Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Şəhid ailələri, əlil və qazilərə qayğı baxımından dünyada Azəbaycanla müqayisə olunacaq dövlət yoxdur”

Tamam Cəfərova: “Onlar bundan sonra da dövlətimizin diqqət mərkəzində olacaq”

 

Azərbaycanda müharibə əlillərinə, qazi və şəhid ailələrinə dövlət qayğısının ciddi bir ənənəyə çevrildiyi, sadəcə qanunvericilik bazasında – hüquqi müstəvidə deyil, həm də xalqımızın mənəvi dəyərlər sistemində, şüur və düşüncəsində özünə mühüm yer tutduğu birmənalıdır. Avqustun 26-da Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Abşeron rayonunda şəhid ailələri, müharibə əlilləri və Vətən müharibəsi qəhrəmanlarına mənzil və avtomobillərin təqdim edilməsi mərasimində iştirakı bunu bir daha sübut etdi.

 Moderator.az olaraq millət vəkili Tamam Cəfərova ilə söhbətimizdə bu istiqamətdə atılan addımları şərh etməyə, bu sahədə görülən işlərin miqyas və mahiyyətinə toxunmağa çalışdıq.

 

-Tamam xanım, ölkəmizdə hər zaman şəhid ailələrinə, müharibə əlilllərinə və qazilərinə dövlətimiz tərəfindən sistemli diqqət və qayğının göstərildiyi göz önündədir. Maraqlıdır, bəs rəqmlər bu haqda nə deyir?

 

-Qeyd etdiyiniz kimi, şəhid ailələrinə, əlillərə, qazilərə qayğı dövlət siyasətimizin prioritet istiqamətlərindən biridir. Bunun dövlət siyasətimizdəki rol və əhəmiyyətini anlamaq üçün bugünə qədər bu sahədə həyata keçirilən layihələrə, görülən işlərə nəzər salmaq kifayətdir.

 Söhbət statistikadan gedirsə, rəqəmlər bu sahədə görülən işləri daha dəqiq və təfsilatı ilə əks etdirir. Baxın, 2021-ci il 26 avqust tarixində şəhid ailələrinə, müharibə əlillərinə və Vətən Müharibəsi Qəhrəmanlarına 300 mənzil, həmçinin müharibə əlillərinə 50 avtomobil təqdim olunub. İndiyədək 7200 müharibə əlili avtomobillə təmin edilib.

 Bundan başqa, müharibə əlillərinin, qazilərin məşğulluğunun həlli istiqamətində də mühüm addımlar atılıb. Şəhid ailələrinin üzvləri və müharibə veteranlarının fəal məşğulluq tədbirləri çərçivəsində son 7 ayda 52 min nəfər işlə təmin olunub, 7 min 200 nəfər özünüməşğulluq proqramına, 56 min nəfər isə ictimai işlərə cəlb edilib. Bu ilin əvvəlindən indiyədək 26 min 200 nəfər reabilitasiya vasitəsilə təmin olunub, 2600 nəfərə isə reabilitasiya xidmətləri göstərilib. Bu qəbildən olan vətəndaşların orta aylıq əməkhaqqısı 2018-2020-ci illərdə 30 faiz, orta aylıq pensiyası isə 60 faiz artıb. Postmüharibə dövründə 26 min nəfərə 36 min xidmət göstərilib. Bütün bu rəqəmlər dövlətimizin öz qazisinə, müharibə əlilinə, şəhidinə verdiyi diqqət və qayğının göstəricisidir. Və mən sizi əmin edirəm ki, bu rəqəmlərə dünyanın heç bir ölkəsində rast gələ bilməzsiniz. Bu məsələdə Azərbaycanla müqayisə oluna biləcək heç bir dövlət yoxdur. Bu isə heç şübhəsiz Prezident İlham Əliyev başda olmaqla dövlətimizin, xalqımızın uğurudur.

 

-Tamam xanım, müharibə əlillərinə yardım, onların sosial rifahının daha da yaxşılaşdırılması da dövləin hər zaman diqqətdə saxladığı məsələlərdəndir. Bu sahədə vəziyyəti necə xarakterizə edərdiniz?

 

-Dövlətimiz şəhid ailələri kimi müharibə əlillərinə də daim qayğı göstərir, onların hər bir probleminin çevik şəkildə həllini təmin edir. 44 günlük Vətən müharibəsində sağlamlığını itirən hərbçilərimizin müalicəsinin yüksək səviyyədə təmin olunması, onların lazım olduğu təqdirdə öz müalicələrini xarici ölkələrdə davam etdirməsi istqiamətində post-müharibə dönəmində böyük işlər görülüb. Rəqəmlərə nəzər salsanız görərsiniz ki, müharibədən sonra 9 mindən çox insana sosial ödənişlər verilib. Orta hesabla hər insana 2 ödəniş edilib. Yaralı və sağlamlığını itirmiş hərbçilər ən müasir protezlərlə təmin edilir. Onlar üçün son nəsil protezlər alınıb. 180 nəfərdən çox insanın protezə ehtiyacı var, onlardan 140 nəfəri artıq protezlərlə təmin edilib və bu protezlər onları normal həyata qaytarır.

 

Bundan başqa, Vətən müharibəsində xəsarət alan hərbçilərimizin müalicəsini sistemli və koordinasiyalı şəkildə həyata keçirmək üçün YAŞAT Fondu yaradılıb ki, bu Fond çox uğurla fəaliyyət göstərməkdədir. Məhz bu Fondun dəstəyi ilə xeyli sayda yaralı hərbçimiz Türkiyə və dünyanın digər ölkələrində əməliyyat olunub, müasir protezlərlə təmin edilib. Qeyd olunan faktlar Azərbaycanda müharibə əlillərinə olan qayğının əmin bir siyasətdən qaynaqlandığını göstərir və təbii ki, bu da  hər bir vətəndaşda məmnunuq doğurur.

 

-Prezident İlham Əliyev dəfələrə qeyd edib ki, Azərbaycanda şəhid ailələrinə, müharibə əlillərinə və qazilərə dövlət qayğısı bundan sonra da davam etdiriləcək, onlar cəmiyyətin ən dəyərli vətəndaşları kimi daim dövlətin diqqət mərkəzində olacaqlar. Bu baxımdan yaxın gələcəklə bağlı bu kateqoriyadan olan vətəndaşlarımızla bağlı hansı addımların atılması planlaşdırılır?

 

-1997-2021-ci illərdə şəhid ailələrinin üzvlərinə 10 min 500 mənzil və fərdi ev təqdim olunub. Prezident İlham Əliyevin bu ilin yanvarında imzaladığı Sərəncamla bu sahədə yeni proqramlar təsdiq edilib. 2021-2025-ci illərdə şəhid ailələrinə 11 min mənzil və fərdi ev veriləcək. Bu rəqəmin özü də dövlətimizin şəhid ailələrinə olan diqqət və qayğısından xəbər verir. Bir məqamı da qeyd edim ki, bütün bu işlər dövlətimizin işğaldan azad edilən ərazilərdə böyük tikinti-quruculuq işləri ilə eyni vaxtda həyata keçirilir.

 

Onu da qeyd edim ki, cari ildə isə ümumilikdə, 160-dan çox avtomobilin verilməsi nəzərdə tutulub.

 Bütün şəhid ailələrinin və müharibə əlillərinin mənzillərlə təmin edilməsi, qazilərimizin, əlillərimizin sosial problemlərinin yüksək səviyyədə həlli bundan sonra da dövlətimizin diqqət mərkəzində saxladığı əsas məsələ olacaq.

 

-Tamam xanım, müharibədə öz qəhrəmanlığı, şücaəti ilə fərqlənən hərbçilərimizlə bağlı hansı addımların atılması nəzərdə tutulur?

 

-Məlum olduğu kimi, Vətən Müharibəsi Qəhrəmanı adını alan, habelə müharibədə qəhrəmanlıq göstərən, xüsusi şücaət sərgiləyən hər bir şəxs dövlətimiz tərəfindən mənzillə təmin ediləcək. Ölümündən sonra bu ada layiq görülən şəhidlərimiz də mənzillə təmin olunacaq.

 Bundan başqa, həmin şəxslərin adının əbədiləşdirilməsi, göstərdikləri qəhrmanlıqların gənclər arasında təbliği, onların döyüş yolunun tanıdılması və s. kimi addımlar da atılacaq ki, bu da həm qəhrəmanlarımızın xatirəsinin daim yad edilməsi, həm də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından son dərəcə vacibdir.

 

Mən şəhid ailələrinə, qazilərimizə, əlillərimizə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə, o cümlədən  Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edirəm. Onların qazilərimizə, şəhid ailələrini olan münasibəti hər birimiz üçün örnəkdir və əsrlər sonra da əsl vətənpərvərlik nümunəsi kimi ehtiram hissi ilə xatırlanacaqdır.

 

Seymur ƏLİYEV

 

2021-08-30 07:55:00
1084 baxış

Digər xəbərlər

Hərbi prokurora müavin təyin edildi

Azərbaycan Respublikası Hərbi prokurorunun müavini vəzifəsinə təyinat olub. Veteran.gov.az-ın məlumatına görə, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kadrlar şöbəsinin rəisi ədliyyə polkovniki Elmir Süleymanlı Azərbaycan Respublikası Hərbi prokurorunun müavini vəzifəsinə təyin edilib. Bununla bağlı Baş Prokuror Kamran Əliyevin müvafiq əmr imzalayıb.  

Hamısını oxu
Azərbaycan Karate Federasiyasında yeni təyinat

Veteran.gov.az xəbər verir ki, Vüsal Abdullazadə Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyevin köməkçisi vəzifəsinə təyin olunub. Məlumat üçün bildirək ki, Vüsal Abdullazadə  həmçinin Azərbaycan Karate Federasiyasının ənənəvi karate üslubu üzrə  "Dünya Fudokan Federasiyası"nın Azərbaycan Respublikasında rəsmi və səlahiyyətli nümayəndəsidir. Vüsal Abdullazadə eyni zamanda  hərbi döyüş çoxnövçülüyü və karate üzrə 3 qat dünya çempionudur. O eyni zamanda 2016-cı il aprel döyüşlərinin iştirakçısıdır. Əlavə olaraq qeyd edək ki,  son illər idman sahəsində aparılan islahatlar nəticəsində Azərbaycanda dövlət tərəfindən tanınan və akkreditasiya olunmuş tək karate federasiyası Azərbaycan Karate Federasiyasıdır. Digər bütün karate növləri (üslublar) AKF -nın nəzdində inkişaf etdirilir. Qurumun prezidenti isə Karate üzrə dünya və avropa çempionu, 8-ci dan qara kəmər sahibi, Milli Məclisin deputatı Ülvi Quliyevdir.

Hamısını oxu
Yeni məktəb binası tikiləcək - SƏRƏNCAM

Qazax şəhərində Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binası sökülərək yenidən tikiləcək. Publika.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev “Qazax şəhərində Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” 2020-ci il 5 mart tarixli 1899 nömrəli Sərəncamında dəyişiklik edib.

Hamısını oxu
Azərbaycan Prezidenti: Həmsədr ölkələrinin səfirləri bu məsciddə olublar, niyə məsələ qaldırmayıblar

Bir neçə il bundan əvvəl Minsk qrupunun həmsədr ölkələrinin səfirləri bu məsciddə, burada olublar. Onlar iki dəfə faktaraşdırıcı missiyalar keçiriblər və mənə deyiblər ki, Ağdam məscidində olublar. Niyə məsələ qaldırmayıblar? Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Ağdam məscidinin qarşısında çıxışı zamanı deyib. Dövlət başçısı bildirib: "Biz UNESCO ilə çox sıx əməkdaşlıq edirik. Amma gəlib xristian məbədlərinə baş çəkmək istəsə, buraya gəlsin. Gəlsin və desin vəhşi erməni neyləyib burada. Bir də ki, bir neçə il bundan əvvəl Minsk qrupunun həmsədr ölkələrinin səfirləri bu məsciddə, burada olublar. Onlar iki dəfə faktaraşdırıcı missiyalar keçiriblər və mənə deyiblər ki, Ağdam məscidində olublar. Niyə məsələ qaldırmayıblar? Niyə bu, bəzi Qərb liderlərində narahatlıq yaratmayıb? Deməli, müsəlman məscidlərini təhqir etmək olar, inək, donuz saxlamaq olar, dağıtmaq olar. Belədirsə, belə də desinlər və getsinlər öz ölkələrində problemlərlə məşğul olsunlar, bizim işimizə burunlarını soxmasınlar. Heç kim bizim işimizə qarışmasın. Biz özümüz gəlmişik buraya. Bütün o ölkələrin səylərinə rəğmən gəlmişik, bütün təxribatlara rəğmən gəlmişik, qan tökə-tökə gəlmişik və durmuşuq bizim torpağımızda. Hərə getsin öz işi ilə məşğul olsun. Bizim işimizə qarışmaq istəyənin cavabını vermişik və verəcəyik". Milli.Az

Hamısını oxu