Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Onlar əsir götürülmüş azərbaycanlıları işgəncələrə məruz qoyub, qul kimi işlədib”

Azər Badamov: “Ermənilər buna görə beynəlxalq məhkəmələrdə cavab verməli olacaqlar”

 

Bu gün Beynəlxalq itkinlər günüdür. Məlumat üçün qeyd edək ki, Ermənistanın hərbi cinayətləri səbəbi ilə Birinci Qarabağ müharibəsi dönəmində 3890 nəfər soydaşımız itkin düşüb ki, bu günə qədər də onların taleyindən heç bir xəbər yoxdur.

 

Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Azər Badamov, Ermənistanın törətdiyi cinayətlərə görə cavab verəcəyini vurğulayıb:

 

“30 avqust Beynəlxalq itkilər günüdür. Bu günü 21 dekabr 2021-cı ildə BMT-nin Baş Məclisində təsis olunmuşdur.

 

İtkilərə ən çox məruz qalan ölkələrdən biri də Azərbaycandır. I Qarabağ müharibəsində 4 minə yaxın azərbaycanlı itkin düşmüşdür və onların taleyi haqqında heç bir məlumatımız yoxdur. Təbii ki, bu, erməni cinayətlərinin davamıdır. I Qarabağ müharibəsi dövründə təpədən dırnağa qədər silahlanmış ermənilər Azərbaycanın yaşayış məntəqələrinə hücumlar etmiş, əli silahsız dinc insanları işgəncələrlə qətlə yetirmiş və əsir götürülərək girovluqda saxlamaqdadır. Əsir götürülmüş azərbaycanlıları işgəncələrə məruz saxlamaqla qul kimi işlətmişdir. Təbii ki, bu, heç bir beynəlxalq konvensiyaya və hüquq normalarına uyğun gəlmir. Ermənistanın azərbaycanlılara qarşı törətdikləri bu soyqırımlar bəşər tarixinin böyük faciəsi idi. Buna görə də ermənilər beynəlxalq məhkəmlərdə cavab verməli olacaqlar.

 

Ermənilərdən fərqli olaraq, biz isə müharibəni mülki insanlara qarşı aparmadıq. Müharibəni müharibənin qanunlarına uyğun apardıq və bu gün də məhv etdiyimiz erməni leşlərinin ərazilərimizdə axtarılaraq geri aparılmasına şərait yaradırıq. Ermənilər isə bunun əksi olaraq törətdikləri cinayətləri ilə öyünüb fəxr edirdilər. Rəşadətli ordumuz bu günahsız qanların qisasını döyüş meydanında aldı. Amma hüquq müstəvisində cinayətkarlar cəzalanmalıdırlar. Necə ki, iki erməni cəlladını biz mühakimə elədik və cəzalandırdıq. Gələcəkdə azərbaycanlılara qarşı cinayətlərdə əli olmuş bütün ermənilərin araşdırılıb müəyyən olunaraq cəzalandırılması beynəlxalq məhkəmələrdə iddialar qaldırılacaqdır. Heç bir cinayəti cəzasız saxlamayacağıq. Sadəcə,  hər şeyin öz vaxtı var və biz o zamanın yetişməsini gözləyirik”.

 

Seymur ƏLİYEV

2021-08-30 12:36:00
1221 baxış

Digər xəbərlər

“AzerGold” QSC Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Göygöl və Daşkəsəndə səyyar tamaşalar təşkil edib

Veteran.gov.az xəbər verir ki, “AzerGold” QSC-nin təşkilatçılığı, Göygöl və Daşkəsən Rayon İcra Hakimiyyətlərinin dəstəyi ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Göygöl və Daşkəsən şəhərlərində səyyar kukla tamaşaları təşkil olunub. Göygöl şəhərində açıq hava şəraitində keçirilən tədbirdə 300 uşaq iştirak edib. Peşəkar yaradıcı teatr heyəti tərəfindən rus yazıçısı Korney Çukovskinin məşhur nağılı əsasında səhnələşdirilmiş “Milçək-Vizilçək” tamaşası nümayiş olunub. Rəngarəng personajlar və maraqlı süjet xətti ilə seçilən tamaşa uşaqlara dostluq, cəsurluq və xeyirxahlıq kimi dəyərləri aşılayıb. Daşkəsən Rayon Mədəniyyət Mərkəzində təşkil olunan növbəti tamaşada dramaturq Vüqar Haqverdiyevin “Qarınqulu ayı balası” pyesi əsasında hazırlanmış səhnə əsəri təqdim edilib. 350 uşağın izlədiyi tamaşa sadəlik, təvazökarlıq və qənaətçillik kimi müsbət mənəvi keyfiyyətləri təbliğ edərək iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Tədbirlər çərçivəsində nağıl qəhrəmanlarının iştirakı ilə müxtəlif əyləncəli proqramlar təşkil olunub, uşaqlar üçün interaktiv oyunlar və maraqlı çıxışlar təqdim edilib. Tamaşalarda şəhid ailələrinin övladları, müharibə iştirakçıları və müharibə nəticəsində sağlamlığını itirmiş şəxslərin ailə üzvləri, eləcə də “AzerGold” QSC-nin fəaliyyət göstərdiyi mədənlərin ətrafında yerləşən kəndlərdə yaşayan uşaqlar iştirak ediblər. “AzerGold” QSC-nin regionlarda həyata keçirdiyi bu mədəni-maarifləndirici təşəbbüs şirkətin korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində uşaqların fərdi inkişafına və dünyagörüşünün genişləndirilməsinə yönəlmiş layihələrinin tərkib hissəsidir. Tədbirlərin əsas məqsədi uşaqların asudə vaxtının səmərəli təşkili, onların mədəni istirahət imkanlarının artırılması və bayram sevincinin daha yaddaqalan olmasıdır.

Hamısını oxu
İlham Əliyev: “Qarabağımızı ən qısa zamanda əsl cənnətə çevirəcəyik”

“Dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilmiş möhtəşəm Zəfər Paradı Azərbaycan dövlətinin siyasi, iqtisadi və hərbi qüdrətini, xalqımızın iradəsini, ordumuzun qələbə əzmini, əsgər və zabitlərimizin sarsılmaz döyüş ruhunu nümayiş etdirmişdir”. Bunu Prezident İlham Əliyev dünya azərbaycanlılarına müraciətində bildirib. “Xalqımıza milli qürur və şərəf hissini, qələbə sevincini yaşadan, üçrəngli bayrağımızı işğaldan azad olunmuş torpaqlarımızda, Qarabağın tacı olan müqəddəs Şuşada dalğalandıran müzəffər ordumuzun bütün şəxsi heyətinə bir daha dərin minnətdarlığımı bildirirəm. Şəhidlərimizin ölməz ruhu qarşısında baş əyərək onlara Allahdan rəhmət diləyir, yaralı hərbçilərimizin tezliklə şəfa tapmasını arzulayıram. Vətən müharibəsi zamanı Azərbaycan beynəlxalq informasiya məkanında öz sözünü deyərək ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyalarının qarşısını almış, Ermənistanın vandalizmini və mülki insanlara qarşı terror siyasətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır. Ermənistanın işğalı və vəhşiliyi nəticəsində başdan-başa dağıdılmış doğma Qarabağımızı əminəm ki, biz ən qısa zamanda əsl cənnətə çevirəcəyik”.

Hamısını oxu
Azərbaycanın layiqli övladlarına səs verək...

Hörmətli Həmvətənlərimiz!   Bildiyiniz kimi, 9 fevral 2020-ci il tarixində keçiriləcək Parlamaent seçkilərində 5 saylı Şahbuz-Babək seçki dairəsi üzrə YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Əfqanıstan, eləcə də Qarabağ uğrunda gedən döyüşlərdə, həmçinin Sədərək döyüşlərində fəal iştirak etmiş müharibə veteranı Siyavuş Novruzov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edir.   O, hər zaman müharibə və əmək veteranlarına, hərbi qulluqçulara, əlillərə, şəhid ailələrinə diqqət və qayğı göstərmiş, onların həyat və məişət şəraitinin daha da yaxşılaşdırılması üçün əlindən gələni əsirgəmişdir. Əminik ki, Siyavuş Novruzov yenidən Milli Məclisdə təmsil olunacağı halda xalqımızın layiqli nümayəndəsi kimi ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatların həyata keçirilməsində, əhalinin rifahının daha da yaxşılaşmasında, sosial yönümlü qanunların qəbul olunmasında bundan sonra da fəal iştirak edəcək.   Hörmətli seçicilər, hamılıqla Siyavuş Novruzova səs verək!   Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı   Azərbaycan Respublikası "Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondu   "Azərbaycan Əfqanıstan Veteranları" İctimai Birliyi   Azərbaycan Gözdən Əlillər Cəmiyyəti

Hamısını oxu
“Türk dövlətlərinin Xocavənddəki birgə hərbi təlimləri sülh və təhlükəsizliyə xidmət edir”

“Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Xocavənddə keçridiyi birgə təlimlər sülh və təhlükəsziliyə xidmət edir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu təlimlər Azərbaycan və digər qardaş türk dövlətlərinin qlobal müstəvidəki təhdid və təhlükələrə adekvat reaksiyasıdır: “Bildiyiniz kimi, müasir dünyamızda regional və qlobal təhlükəsizliklə bağlı ciddi problemlər mövcuddur. Dünyada münaqişə və qarşıdurmaların, eləcə də hibrid müharibələrin çoxalması bu təhlükələrə çevik reaksiya verməyi, onları zamanında önləməyi zəruri edir. Bu isə hər bir dövlətdən güclü ordu ilə yanaşı, həm də etibarlı müttəfiqlər, qlobal müstəvidə səmimi əməkdaşlıq tələb edir. Bu gün Xocavanddə keçirilən hərbi təlimlər sübut edir ki, türk dünyası öz hərbi gücünü, Silahlı Qüvvələrinin peşəkarlığını dinamik şəkildə artırmaqla yanaşı, qarşılıqlı əməkdaşlığa da xüsusi önəm verir, bu məsələdə vahid, koordinasiyalı mövqe ortaya qoyur”. Polkovnik qeyd edib ki, Xocavənddəki təlimlər gələcəkdə oxşar tədbirlərin daha geniş tərkibdə keçirilməsi üçün ciddi zəmin formalaşdırır: “Heç kimə sirr deyil ki, Azərbaycan dövləti hər zaman, eləcə də günümüzdə qardaş Türkiyə dövləti ilə çoxlu sayda silsilə təlimlər keçirib və bu təlimlər gələcəkdə də davam etdiriləcək. Xocavənddəki təlimlərin əsas özəlliklərindən biri bu təlimlərə qardaş Özbəkistan dövlərinin də qoşulmasıdır. Bu isə o deməkdir ki, yaxın gələcəkdə əksər türk dövlətlərinin iştirakı ilə birgə təlimlər keçirilə bilər ki, bu da türk dünyası daxilində hərbi əməkdaşlığı genişləndirməklə yanaşı, xalqlarımızın birliyinə də böyük töhfə vermiş olar. Əminəm ki, biz qarşıdakı dönəmdə oxşar hərbi təlimlərin Türkiyə və Özbəkistan ərazisində də keçiriləcəyinə şahid olacaq, türk dünyası daxilində hərbi əməkdaşlığın güclənməsi meyillərini qürurla izləyəcəyik”. Seymur ƏLİYEV

Hamısını oxu