Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Ermənistanın itkin düşən Azərbaycan vətəndaşları haqqında məlumatları gizlətməsi onun cinayətkar mahiyyətindən xəbər verir”

Cəlil Xəlilov: “Beynəlxalq təşkilatlar Ermənistana təzyiq göstərməli, soydaşlarımızın aqibətinə aydınlıq gətirilməlidir”

 

Dünən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “30 avqust - Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları (itkin düşmüş şəxslər) Günü” ilə əlaqədar onlayn konfrans keçirib. Konfransı giriş sözü ilə açan Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev Ermənistanın təcavüzkar siyasəti nəticəsində xeyli sayda Azərbaycan vətəndaşının itkin düşdüyünü bildirib, Ermənistanın əsirlərə münasibətdə beynəlxalq hüquq qaydalarını ağır şəkildə pozduğunu qeyd edib.

 

Agentliyin Müşahidə Şurasının sədr müavini, Prezident Administrasiyasının məsul əməkdaşı Vüsal Quliyevin moderatorluğu ilə keçirilən konfransda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov da çıxış edib,  Ermənistanın məqsədli şəkildə girov və itkin vətəndaşlarımızla bağlı məlumatları Azərbaycanla bölüşməkdən imtina etdiyini bildirib.

 

Konfransdan sonra veteran.gov.az-a açıqlama verən polkovnik Cəlil Xəlilov Ermənistanın əsir və itkinlərə bağlı Azərbaycan tərəfini məlumatlandırmaqdan imtiana etməsini beynəlxalq hüququn rəsmi İrəvan tərəfindən növbəti dəfə pozulması kimi dəyərləndirib:

 

“Birinci Qarabağ müharibəsində Ermənistanın hərbi cinayətləri nəticəsində 4 minə yaxın sodyaşımız itkin düşüb ki, onların taleyindən bu günə qədər heç bir xəbər yoxdur. Daha dəqiq desək, Azərbaycan Respublikasının Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən 3171 nəfəri hərbçi, 719 nəfəri isə mülki şəxs olmaqla, ümumilikdə 3890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.

 

Onu da qeyd edim ki, itkin düşmüş mülki şəxslərdən 20 nəfəri qız olmaqla 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 154 nəfəri ahıl olmaqla 267 nəfəri qadındır. 3890 nəfərdən 872 nəfərinin, o cümlədən 29 uşağın, 98 qadının, 112 ahıl şəxsin əsir-girov götürülməsi uzun illərdir ki, Azərbaycanı narahat edən məsələdir. Ancaq təəssüflər olsun ki, Ermənistan bugünə qədər də həmin vətəndaşlarımızın aqibətinə aydınlıq gətirmir, onlarla bağlı məlumatları gizlədir. Halbuki, bu, beynəlxalq hüquqla cinayətdir və Ermənistan üçün məsuliyyət doğuran bir haldır”.

 

Cəlil Xəlilov qeyd edib ki, Ermənistanın bu davranışları əlaqədar beynəlxalq təşkilatlar tərəfindən də qınanmalı, rəsmi İrəvana təzyiq göstərilməlidir:

 

“Təbii ki, Ermənistanın hüquqdan və insanlıqdan uzaq olan bu davranışına beynəlxalq təşkilatlar da biganə qalmamalı, rəsmi İrəvana təzyiqlər göstərməli, onu vaxtiylə əsir və girov düşmüş soydaşlarımız haqqında məlumat verməyə məcbur etməlidir. Unuitmaq olamz ki, baş verənlər insan hüquqları ilə bilavasitə bağlıdır və bu hüquqların təmin edilməsində, itkin və əsir düşən soydaşlarımızın aqibətinə aydınlıq gətirməkdə bütün bəşəriyyət, bütün insanlıq maraqlı olmalıdır”.

 

Polkovnik Cəlil Xəlilov rəhbərliyində təmsil olunduğu təşkilatın İkinci Dünya müharibəsində itkin düşən azərbaycanlılar haqqında məlumatların əldə edilməsi istiqamətində mühüm işlər həyata keçirdiyini qeyd edib:

 

“Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq bugünə qədər İkinci Dünya müharibəsində iştirak edən, müharibə zamanı itkin düşən yüzlərlə soydaşımızın aqibətinin müəyyən olunması istiqamətində mütəmadi addımlar atmışıq. Məhz görülən işlərin sayəsində Rusiya, Ukrayna, Belarus, Moldova, Serbiya və digər ölkələrin ərazisində döyüşlərdə iştirak edən xeyli sayda soydaşımız haqqında konkret məlumatlar əldə edilib, onların dəfn olunduğu yerlər müəyyənləşib. Kalininqradın müdafiəsində iştirak edən 400 nəfər soydaşımızın kimliyi müəyyən olunub, habelə Moldovada, Moskva ətrafıdna döyüşlərdə həlak olan sodyaşlarımızın xatirəsinə abidələr ucaldılıb.

 

Bu baxımdan Birinci Qarabağ müharibəsində itkin düşən soydaşlarımızın aqibətinin müəyyənləşdirilməsi ən aktul məsələlərdən biridir və təşkilatımız bu müstəvidə də əlindən gələni etməyə hazırdır.

 

Birinci Qarabağ müharibəsində əsir və itkin düşən soydaşlarımızla bağlı məlumatlaırn əldə olunmasında Ermənistanda fəaliyyət göstəərn beynəlxalq QHT-lərin, habelə ikinci, üçüncü dövlətlərin də imkanlarından maksimum istifadə edilməlidir”.

 

Cəlil Xəlilov 44 günlük Vətən müharibəsi nəticəsində Birinci Qarabağ müharibəsində ermənilər tərəfindən şəhid edilən bir sıra hərbçilərimizin dəfn olunduğu yerlərin də müəyyən olunduğunu xatırladıb, bu istiqamətdə daha əhatəli addımların atılmasının zəruriliyini qeyd edib.

 

Daha sonra sədr müavini bu cür konfransların keçrilməsinin vacibliyinə diqqət çəkib:

 

“Bu cür konfransların keçirilməsinin çox mühüm əhəmiyyəti mövcuddur. Bu, hər şeydən əvvəl Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, öz mövqeyini bir kəs daha ortaya qoyması deməkdir. Bu, həm də dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara öz məsuliyyətlərini xatırladan bir addımdır. Ümid edirəm ki, heç olmasa bundan sonra dünyanın aparıcı dövlətləri, beynəlxalq təşkilatlar Azərbaycanın bu narahatlığını anlayacaq, minlərlə soydaşımızın taleyinə münasibətdə biganəlik sərgiləməyəcək”.

 

Seymur ƏLİYEV

 

 

 

2021-09-02 11:44:00
1078 baxış

Digər xəbərlər

“Gələcəyimizə çıraq ol” sosial layihəsi çərçivəsində növbəti tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, 6 may 2023-cü il tarixində “Gələcəyimizə çıraq ol” sosial layihəsi şagirdlər üçün növbəti tədbirini Şamaxı rayonu Qaleybuğurd kənd orta məktəbində həyata keçirmişdir. Layihənin məqsədi respublikamızın ucqar kəndlərində yaşayan və sosial cəhətdən həssas qrupa daxil olan, o cümlədən az təminatlı, valideyn himayəsindən məhrum aşağı siniflərdə təhsil alan məktəbli uşaqların asudə vaxtının səmərəli təşkili, dünyagörüşü, müasir texnologiyalardan istifadə imkanları ilə bağlı biliklərinin artırılmasına təmənnasız yardımçı olmaqdır. Layihə rəhbəri Jalə Qurbanlı və BXA-nın müəllimi Aygül Qurbanovadır.  

Hamısını oxu
“Dilrubə Camalovanın xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır”

Cəlil Xəlilov: “Onun cəsarəti, fədakarlığı Ulu öndər Heydər Əliyev tərəfindən də yüksək qiymələndirilib” Bu gün Azərbaycanın müstəqilliyindən sonra təyin olunan ilk xanım icra başçısı Dilrubə Camalovanın doğum günüdür. Bununla bağlı Veteran.gov.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Dilrubə Camalovanın tarixi xidmətlərinə diqqət çəkib, onun əsl vətənpərvər, böyük ziyalı kimi xalq tərəfindən daim sevildiyini vurğulayıb: “Dilrubə Camalova Azərbaycan xalqının vətənpərvər ziyalılarından biri olub. Sovet dönəmində müxtəlif məsul vəzifələrdə çalışan Dilrubə Camalova,  müstəqillik dönəmində də öz ağlı, bilik və bacarığı ilə xalqımıza ləyaqətlə xidmət edib. O, Azərbaycanın cənub rayonlarında separatçı qüvvələrə qarşı da mətanətlə mübarizə aparıb. Təsadüfi deyil ki, onun cəsarəti, fədakarlığı Ulu öndər Heydər Əliyev tərəfindən də yüksək qiymələndirilmiş, Dilrubə Camalova Lənkəran  şəhərinə icra başçısı təyin edilmişdir. O, bu vəzifədə çalışdığı dönəmdə də xalqın arzu və istəklərinə, qayğı və problemlərinə həssaslıqla yanaşmış, hər zaman xalqın səsinə səs vermişdir. Bu səbəbdən də Azərbaycan xalqı bu gün də Dilrubə Camalovanı sevgi və minnətdarlıq hissi ilə xatırlayır, onu hörmət və ehtiram hisis ilə yad edir. Əminəm ki, Dilrubə Camalovanın ölümsüz xatirəsi hər zaman xalqımızın qəlbində beləcə yaşayacaq, daim ehtiramla yad ediləcəkdir”. Xatırladaq ki, Dilrubə Camalova 1938-ci il yanvarın 7-də Lənkəran şəhərində anadan olmuşdur. 1955-ci ildə Yardımlıda orta məktəbi, 1960-cı ildə ali məktəbi, 1987-ci ildə isə Bakı Ali Partiya Məktəbini bitirmişdir. Əmək fəaliyyətinə Lənkəran şəhər 2 saylı orta məktəbində müəllimlikdən başlamışdır. 1960–1972-ci illərdə müəllim, 1972–1975-ci illərdə Lənkəran Şəhər Xalq Maarif Şöbəsinin müdiri işləmişdir. 1975–1981-ci illərdə Lənkəran Şəhər Partiya Komitəsinin ikinci katibi, 1981–1988-ci illərdə Lənkəran Şəhər Partiya Komitəsinin birinci katibi, 1989–1992-ci illərdə Azərbaycan Pedoqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunun Lənkəran filialında müəllim, direktor müavini, direktor, 1992–1993-cü illərdə Lənkəran Dövlət Universitetinin prorektoru, 1993–2000-ci illərdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı, 2000–2006-cı illərdə isə Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifələrinə çalışmışdır. 1965–1990-cı illərdə Lənkəran şəhər və rayon sovetlərinin deputatı, İcraiyyə Komitəsinin üzvü olmuşdur. 1972–1990-cı illərdə ardıcıl olaraq Lənkəran Şəhər Partiya Komitəsinin üzvü və büro üzvü, 1985-ci ildə Azərbaycan SSR Ali Sovetinə deputat və Ali Sovet Rəyasət Heyətinin üzvü seçilmişdir. "Qırmızı Əmək Bayrağı", "Oktyabr İnqilabı" ordenləri və bir çox medallarla təltif olunmuşdur. 1988-ci ildə Heydər Əliyevin əleyhinə Mərkəzi Komitənin plenumunda və Ali Sovetin sessiyasında çıxış etmədiyinə görə Azərbaycan KP MK-nın rəhbərliyi tərəfindən Lənkəran Şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsindən azad edilmişdir. Xarici və daxili düşmənlərin fitvası ilə qondarma "Talış-Muğan Respublikası"nı "quran" Ə.Hümbətov və onu dəstəkləyənlərə qarşı qətiyyətlə mübarizə aparmışıdr. 2009-cu il martın 13-də Cəlilabad rayonunda avtomobil qəzasında həlak olmuşdur. Allah rəhmət eləsin.  

Hamısını oxu
Qəhrəmanlar unudulmur! Zəfərin Qəhrəmanı – İmran Əliyev

Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi əsrlər boyu igid oğulların qanı, canı və Vətənə sonsuz sevgisi ilə yazılıb. Bu salnamənin ən parlaq səhifələrindən biri isə 44 günlük Vətən müharibəsidir. Bu müqəddəs savaşda Azərbaycan Ordusu öz qüdrətini, gücünü və yenilməz ruhunu bütün dünyaya nümayiş etdirdi. Bu zəfərin arxasında isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və qəhrəman əsgər və zabitlərimizin misilsiz şücaəti dayanırdı. Bu gün azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımızın qürurla dalğalanması şəhidlərimizin bizə əmanətidir. Onlar təkcə tarix yazmadılar, onlar həm də xalqın ruhunu dirçəldən, 30 illik Qarabağ nisgilinə son qoyan müqəddəs bir yol açdılar. Şəhidlərimiz Azərbaycanın ən şanlı səhifəsinin müəllifləridir. Onların hər biri bir dastan, bir örnək, bir məktəbdir. Belə qəhrəmanlardan biri də Əliyev İmran Əli oğludur. 7 aprel 1993-cü ildə Göyçay şəhərində dünyaya göz açan İmran Əliyev uşaqlıq və gənclik illərini Bakı şəhərində keçirmişdir. O, paytaxtda yerləşən 54 nömrəli məktəbdə təhsil almış, daha sonra Azərbaycan Texniki Universitetinin kompüter mühəndisliyi fakültəsinə daxil olaraq ali təhsilini başa vurmuşdur. Vətənə xidmət amalını həyatının əsas məqsədinə çevirən İmran Əliyev Naxçıvan Muxtar Respublikasında Fövqəladə Hallar Nazirliyinin hərbi hissəsində xidmət etmiş, sonra isə təlim-tədris mərkəzində kurs keçərək leytenant rütbəsi ilə Bərdə şəhərində yerləşən hərbi hissədə fəaliyyətə başlamışdır. 2020-ci ilin əvvəlindən etibarən xidmətini davam etdirən İmran, qısa zamanda özünü nizam-intizamlı, məsuliyyətli və cəsur zabit kimi göstərmişdir. Daha sonra Tərtər istiqamətinə ezam olunan İmran Əliyev Vətən müharibəsinin ilk günlərindən döyüşlərə atılmışdır. Suqovuşan uğrunda gedən ağır və şiddətli döyüşlərdə o, misilsiz igidlik nümayiş etdirmiş, son damla qanına qədər Vətən uğrunda vuruşaraq qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Onun həyat yolu Vətənə bağlılığın, şərəfin, qeyrətin və sonsuz vətənpərvərliyin təcəssümüdür. İmran Əliyev sübut etdi ki, Azərbaycan oğulları yenilməzdir, qorxmazdır və Vətən uğrunda canlarını fəda etməyə hər zaman hazırdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən İmran Əliyev ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Bu mükafatlar onun qəhrəmanlığına dövlət tərəfindən verilmiş yüksək qiymətin göstəriciləridir. Bu gün İmran Əliyev təkcə doğmalarının deyil, bütün Azərbaycan xalqının qəlbində yaşayır. Azərbaycan var olduqca onun adı da yaşayacaq, xatirəsi daim ehtiramla anılacaq. Çünki şəhidlər ölmür, onlar Vətənin yaddaşına çevrilir, xalqın ruhunda əbədi yaşayırlar. Ruhun şad olsun, qəhrəman         Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik  Cəlil Xəlilov

Hamısını oxu
“Mehdi Hüseynzadə kimi qəhrəmanların təbliği yeni qəhrəmanlar yetişdirmək deməkdir”

Xəbər verdiyimiz kimi, 22 dekabr 2025-ci il tarixində əfsanəvi kəşfiyyatçı Mehdi Hüseynzadənin doğum günü ilə əlaqədar olaraq qəhrəmanın Novxanı kəndindəki abidəsi ziyarət olunub, bu əlamətdar günlə bağlı böyük tədbir keçirilib. İş adamı Cəlil Nağıyevin dəstəyi, kənd ağsaqqalı Nuhbala Ağayevin təşkiltaçılığı ilə keçirilən tədbirdə qəhrəmanın abidəsi önünə gül dəstələri qoyulub, onun ölümsüz xatirəsi ehtiramla yad edilib.  Mövzu ilə bağlı Veteran.gov.az-a açıqlama verən Xalq artisti Nurəddin Mehdixanlı qəhrəmanların təbliğinin milli-mənəvi dəyərlərimizin təbliği, mili kimliyimizin yaşadılması baxımından mühüm önəm kəsb etdiyini bildirib: “Mehdi Hüseynzadənin göstərdiyi qəhrəmanlıqlar öz miqyas və əzəzəmətinə görə zamana sığmayan, zamanın fövqündə dayanan qəhrəmanlıqdır. İnsanlığın “qəhvəti taun”dan xilas edilməsinə, bəşəriyyətin təhlükəsizliyinə xidmət edən bu qəhrəmanlıqlar, həm də Azərbaycan insanının milli kimliyindən, xarakterindən, yenilməzliyindən xəbər verir. Bu mənada Mehdi Hüseynzadənin doğum günü ilə bağlı Novxanı bu cür möhtərəm tədbirin keçirilməsi təqdirəlayiqdir. Bu və bu qəbildən olan tədbirlər keçmişə ehtiram əlaməti olmaqla yanaşı, həm də gələcəyə yönəlik addımlardır. Mehdi Hüseynzadə kimi qəhrəmanların təbliği yeni qəhrəmanlar yetişdirmək deməkdir. Çünki bu cür tədbirlər keçmişlə gələcək qəhrəmanlar arasında bir növ mənəvi körpü rolunu oynayır. Bugünün və gələcəyin qəhrəmanları keçmişə baxaraq, keçmişdən öyrənərək öz ruhi-mənəvi güclərini artırırlar. Mən Mehdi Hüseynzadə ilə bağlı Novxanı keçirilən bu tədbiri yüksək qiymətləndirir, bunu xalq, vətən, tarix qarşısıdna mühüm xidmətlərdən biri kimi dəyərləndirirəm. İnanıram ki, söügedən ənənə bundan sonra da qorunub saxlanılacaq və daim təkrarlanacaq”. Seymur ƏLİYEV

Hamısını oxu