Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Şuşaya səfər hər bir vətəndaşımızda qürur və iftixar hissi doğurur”

Cəlil Xəlilov: “Bizə bu qüruru yaşatdığı üçün dövlətimizə, Ali Baş Komandanımıza təşəkkür edirəm”

 

Məlum olduğu kimi, sentyabrın 11-də bir qrup QHT təmsilçisi Şuşaya səfər edib, şəhərdə aparılan qurucluq işləri ilə tanış olub.

 

Səfərlə bağlı veteran.gov.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov bu cür səfərlərin mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb:

 

“Şuşaya səfər hər bir vətəndaşımızda qürur və iftixar hissi doğurur. Mən ilk növbədə bizə bu qüruru yaşatdığına görə dövlətimizə, Ali Baş Komandanımıza təşəkkür edir, şəhdilərimizin ruhu qarşısında ehtiramla baş əyirəm. Biz bu torpaqları ordumuzun və Ali Baş Komandanımızın əzmkarlığı, şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı, xalqımızın fədakarlığı sayəsində nail olduq.

 

Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyilə Şuşaya təşkil olunan səfər əsnasında şəhərin tarixi yerlərini ziyarət etdik, erməni vandalizminin nəticələri ilə yanaşı, dövlətimiz tərəfindən həyata keçirilən nəhəng tikinti-quruculuq işləri ilə tanış olduq. Səfərdə iştirak edən hər bir şəxs görülən işlər, həyata keçirilən layihələrlə tanış olduqca əmin olur ki, Azərbaycan dövləti qısa bir zamanda Şuşada sözün həqiqi mənasında möcüzə gerçəkləşdirib. Şəhər və şəhər ətrafında yol-nəqliyyat və sosial infrastrukturun bərpası ilə yanaşı, şəhərin tarixi-mədəni simasının bərpası, erməni vəhşiliyinin izlərinin ortadan qaldırılması istiqamətində ciddi addımlar atıb. Hansı ki, bu fəaliyyət bu gün də uğurla davam etməkdədir.

 

Şuşa Azərbaycan xalqının qədim mədəniyyət mərkəzi, tarixi qürur, yenilməzlik simvoludur və hər zaman məhz belə qalacaq”.

 

Seymur Əliyev

 

2021-09-13 12:56:00
1110 baxış

Digər xəbərlər

Ermənistan Yunanıstanla hərbi əməkdaşlığını genişləndirir - Hədəf nədir?

Hamısını oxu
Ordumuzun qüdrətini artıran xalq-ordu birliyidir

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. Ordunun yaranması və  quruculuğu sahəsində əhəmiyyətli addımlar Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf etsə də, Cümhuriyyətin süqutundan  sonra ölkəmizdə ordu quruculuğu prosesi dayandı. Yalnız Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Ümummilli liderin yolunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət-xalq-ordu birliyini formalaşmışdır. Bu birliyin nəticəsi İkinci Qarabağ müharibəsində öz təsdiqini tapdı. Ölkə Prezidentinin bir çağırışı ilə minlərlə insan səfərbərlik xidmətlərinə müraciət edərək könüllü cəbhəyə getməyə hazır olduqlarını bildirdilər. İkinci Qarabağ Müharibəsi zamanında Azərbaycan Ordusunda bir dənə də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq. Bu gözəl nümunə Xalq-ordu birliyinin ən bariz nümunəsidir. Vətən müharibəsində xalq-ordu birliyinin nümayişi olaraq insanlar ordumuzla həmrəylik nümayiş etdirdi, öz şəxsi təsərrüfatlarında yetişdirdikləri məhsullardan ordumuza dəstək göstərdilər. Xalq-ordu həmrəyliyi 44 gün davam edən Vətən müharibəsində ölkəmizə qələbə qazandırdı, Azərbaycan torpaqları işğaldan azad edildi. Bu gün ölkəmizdəki həmrəylik həm də dövlətimizin inkişafının, insanların vətənpərvərliyinin göstəricisidir. Ona görə də birliyimiz, həmrəyliyimiz hər il daha da möhkəmlənməli, hər kəs harada işləməsindən, xidmət etməsindən asılı olmayaraq ölkənin inkişafı, tərəqqisi üçün səy göstərməli, müstəqilliyimizin qorunması naminə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, “Qələbə qazanmışıq və bu Qələbə ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik və tərəqqi dövrü olacaqdır". Müstəqil Azərbaycan dövlətinin əbədiliyi ümummilli liderimiz Heydər Əliyevin fəaliyyətinin, xalqımızın bu günü və gələcəyi naminə göstərdiyi misilsiz xidmətləri sayəsində mümkün olmuşdur. Ulu öndərimiz ordu quruculuğuna xüsusi diqqət yetirmiş, onun müdrikliyi və uzaqgörənliyi sayəsində Silahlı Qüvvələrin müasir texnika və silahlarla təchiz olunması, ordunun zabit kadrları ilə komplektləşdirilməsi, hərbi hisələrin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsi sahəsində mühüm nailiyyətlər əldə olunmuşdur. Bütün bunlar ölkəmizin Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevin ulu öndərimizin siyasətini uğurla davam etdirməsinin bəhrələridir. Sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində öz gücünü bütün dünyaya göstərən Azərbaycan ordusu şanlı zəfər tarixi yazdı. Böyük qürurla və iftixar hissi ilə bildirmək istəyirəm ki, Azərbaycan Ordusunun hərbçiləri də Qarabağda gedən hərbi əməliyyatlarda böyük şücaət göstərmiş, torpaqlarımızın işğaldan azad olunması üçün canlarından keçərək şəhidlik zirvəsinə yüksəlmiş, qazi olmuşlar. II Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər.  Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən ordumuzun madi-texniki bazasının gücləndirilməsi yanaşı, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Dillərdə dastan olan "Dəmir yumruq” Azərbaycan xalqının və xalq-ordu birliyin rəmzidir. Vətən Müharibəsi zamanı Azərbaycan xalqı yumruq kimi birləşdi. Bu birlik gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Dövlətin gücü Azərbaycan xalqının dəstəyindədir. Dövlət siyasəti xalq tərəfindən dəstəklənir və bu siyasətə böyük inam var. Müharibə və onun nəticələri bir daha xalq-iqtidar-ordu birliyini və qarşılıqlı inamı nümayiş etdirdi.   Məşhur Məmmədov Milli Məclisin deputatı  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının bir qrup əməkdaşı Təşkilatın sədri polkovnik Cəlil Xəlilovun rəhbərliyi altında Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Ümummilli liderin məzarını ziyarət edib, məzar önünə çələng və gül dəstələri qoyublar.   Daha sonra veteranlar görkəmli akademik Zərifə Əliyeva və tanınmış dövlət xadimi Əziz Əliyevin də məzarlarını ziyarət ediblər.  Fəxri Xiyabanda veteranlar qarşısında çıxış edən polkovnik Cəlil Xəlilov Ulu öndərin tarixi xidmətlərinə diqqət çəkib, müasir Azərbaycanın əldə etdiyi bütün uğurların arxasında Heydər Əliyev siyasi kursunun dayandığını bildirib.  Veteranlar həmçinin iki dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanovun məzarını, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidə kompleksini, eləcə də Milli Qəhrəman Hökumə Əliyevanın, Respublika Veteranlar Təşkilatının sabiq sədrləri Fatma Səttarovanın, generallar Mustafa Nəsirovun, Tofiq Ağahüseynovun, Dadaş Rzayevin, eləcə də polkovnik Rzaqulu Quliyevin məzarlarını ziyarət edib, onların xatirəsini ehtiram hissi ilə yad ediblər.  

Hamısını oxu
İkinci Dünya müharibəsi veteranı Rəşid Qasımov vəfat edib

İkinci Dünya müharibəsi veteranə, I dərəcəli “Vətən müharibəsi” ordenli Rəşid Qasımov vəfat  R.Qasımov 102 yaşında yaşadığı Göyçay rayonunda dünyasını dəyişib. Qeyd edək ki, Rəşid Mənsim oğlu Qasımov 1924-cü il may ayının 9-da Füzuli rayonunda anadan olub. 18 yaşında İkinci Dünya müharibəsinə yollanıb, 1945-ci ildə doğulduğu rayona I qrup əlil kimi qayıdıb. O, müharibədə sağ ayağını itirib. Müharibədə göstərdiyi şücaətə görə I dərəcəli “Vətən müharibəsi” ordeni ilə təltif edilib. Müharibədən qayıdandan sonra Füzuli rayonunda aqronom, zootexnik, ferma müdiri, briqadir vəzifələrində çalışıb. 1993-cü ildə məcburi köçkün kimi Göyçay rayonunun Xəlitli kəndində məskunlaşıb. R.Qasımov Vətən müharibəsinin şəhidi, baş leytenat Səid Rəşidzadənin babası, Füzuli Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Nofəl Qasımovun atasıdır. Qafqazinfo.az

Hamısını oxu