Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycan Opera İnciləri” filmi təqdim edilib

Filmin ideya müəllifi Əməkdar artist, Heydər Əliyev Sarayının direktoru Ramil Qasımovdur

 

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Azərbaycan Opera İnciləri” filmi təqdim edilib. Filmin ideya müəllifi Əməkdar artist, Heydər Əliyev Sarayının direktoru Ramil Qasımovdur.

 

“Azərbaycan Opera İnciləri” filmi Şuşanın Mədəniyyət paytaxtı elan edilməsinə, həmçinin, zəngin tarixi olan opera teatrımızın şanlı fəaliyyətinə həsr edilib.

 

Filmdə Üzeyir Hacıbəylinin “Koroğlu”, Əfrasiyab Bədəlbəylinin “Nizami”, Müslüm Maqomayevin “Nərgiz”, Reinhold Glierin “Şaxsənəm”, Fikrət Əmirovun “Sevil” və Ramiz Mustafayevin “Vaqif” operalarından əsərlər təqdim edilib.

 

2021-09-24 08:26:00
932 baxış

Digər xəbərlər

Ümummilli Lider Heydər Əliyevin100 illiyi ilə əlaqədar “ Heydər Əliyev müasir Azərbaycan Ordusunun banisidir” mövzusunda tədbir keçirilib.

Veteran.gov.az xəbər verir ki,Müharibə ,Əmək  və Silahlı qüvvələr Veteranları  Təşkilatının    Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları-şöbə müdiri  ehtiyatda olan polkovnik Adil Haqverdiyev və baş  mütəxəssis Nəbi Hacıyev  21.06. 2023-cü ildə tədbir təşkil ediblər.Tədbir   Bakı şəhəri Xətai  rayonunda yerləşən  2 saylı ASAN xidmət mərkəzində baş tutub.       Ümummilli Lider Heydər Əliyevin100 illiyi ilə əlaqədar  “Heydər Əliyev müasir Azərbaycan Ordusunun qurucusudur” adlı  tədbirdə Bakı şəhəri Xətai  rayon  2 saylı ASAN xidmət mərkəzinin direktoru Labidə Batıyeva,konüllülər üzrə məsul şəxs Nərgiz Mirzəyeva və könüllülər iştirak etdilər.   Ümummillli Lider Heydər Əliyevin 100 illiyinə həsir edilmiş tədbiri mərkəzin direktoru Labidə Batıyeva açdi.O,qonaqları tədbir iştirakçılarına təqdim etdi..   Çıxış üçün ilk söz  ehtiyatda olan polkovnik Adil Haqverdiyəvə verildi.   Adil Haqverdiyev ilk öncə RVT-nın sədri Fatma xanım Səttarovanın  və müavini e/o polkovnik  Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırdı. Azərbayçan dövlət himni səsləndirildi.Heydər Əliyevin və vətən uğrunda həlak olan şəhidlərimizin ruhları  bir dəqiqəlik sükutla yad edildi.   Müasir Azərbaycan Ordusunun yaradıcısı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.  Hələ Azərbaycan Respublikasının Mərkəzi Komitəsinin Birinci Katibi seçildiyi dövürdən Azərbaycan Ordusu haqqında düşünmüş və çətinliklərə baxmayaraq C.Naxçıvaniski adına hərbi liseyin yaradılmasına nail olmüşdur.Onun ikinci dəfə xalqın tələbi ilə hakimiyyətə  qayıdışı çöx çətin bir dövrə düşmüşdür, torpaqlarımızın  mənfur qonşular tərəfindən işğal olunan bir dövrə təsadüf etmişdir.Ulu Öndər Heydər Əliyev müasir Azərbayçan Ordusunun təməlini qoydu.Bugün Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyev Heydər Əliyevin qoyduğu dövlət siyasətini uğrla yerinə yetirir.Azərbaycan Ordusu cəmi 44 gün ərzində  düşmənin tuduğu mövqeylərini darmadağın etdi və torrpaqlarımızı   işğaldan azad etdi.Biz bir yumruq olaraq Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşib dovlətimizin dahada güclənməsinə çalışmalıyıq .  Sonra Nəbi Hacıyev çıxış etdi.Tədbirin sonunda xatirə şəkilləri çəkildi.

Hamısını oxu
Qarabağda 23 saatlıq əməliyyatın hərbi sirri - CƏLİL XƏLİLOV

19–20 sentyabr 2023-cü il tarixlərində Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın hərbi tarixində mühüm əməliyyatlardan biri kimi yadda qalıb. Qısa müddət ərzində həyata keçirilən əməliyyat zamanı Azərbaycan Ordusunun müxtəlif qoşun növləri arasında koordinasiya, müasir döyüş vasitələrindən istifadə və dəqiq hədəflərə yönəlmiş zərbələr xüsusi diqqət çəkib. Əməliyyatın gedişi eyni zamanda 2020-ci il Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun döyüş təcrübəsinin hansı istiqamətlərdə inkişaf etdiyini də nümayiş etdirib. Mövzu ilə bağlı Hafta.az-ın suallarını hərbi ekspert Cəlil Xəlilov cavablandırıb. – Cəlil müəllim, Azərbaycan Ordusunun son illərdə əldə etdiyi uğurların əsasını hansı amillər təşkil edib? – 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri Azərbaycanın dövlət suverenliyinin tam bərpası ilə nəticələndi. Azərbaycan Ordusunun peşəkarlığı, müasir texnologiyalardan istifadə imkanları və illər ərzində qazandığı döyüş təcrübəsi əməliyyatların uğurla başa çatmasında həlledici rol oynadı. Qeyd etməliyik ki, Azərbaycan Ordusunun bugünkü gücü uzun illər ərzində aparılan məqsədyönlü siyasətin nəticəsidir. Bunun ilk ciddi nümunələrindən biri 2 aprel 2016-cı ildə başlayan döyüşlər zamanı Lələtəpə yüksəkliyini işğaldan azad edilməsi idi. Bu yüksəklik strateji əhəmiyyət daşıyırdı və onun nəzarətə götürülməsi Aprel döyüşlərinin əsas hərbi nəticələrindən biri hesab olunur. Həmin vaxt Azərbaycan əsgəri yüksək mənəvi-psixoloji hazırlıq nümayiş etdirdi və işğal altında olan torpaqlarımızın bir hissəsini azad etdi. Azərbaycan uzun müddət gözlədi ki, Ermənistan beynəlxalq hüququn tələblərini qəbul etsin, işğal olunmuş ərazilərdən çıxsın və bölgədə sülhə şərait yaransın. Lakin qarşı tərəf bu çağırışlardan nəticə çıxarmadı. Əksinə, təxribatlar davam etdirildi, yaşayış məntəqələri və mülki obyektlər atəşə tutuldu, dinc insanlar həlak oldu. Bu müddətdə Azərbaycan Ordusu müasir silah və texnikalarla təchiz edildi. Dünyanın qabaqcıl ölkələrinin istehsalı olan hərbi vasitələr alındı, NATO ölkələri ilə, xüsusilə qardaş Türkiyə ilə birgə təlimlər keçirildi. Xəzəryanı regionda və digər beynəlxalq təlimlərdə iştirak edən hərbçilərimiz həm peşəkarlıq, həm də döyüş hazırlığı baxımından ciddi təcrübə qazandılar. Nəticədə Ordumuz həm fiziki, həm mənəvi, həm də texniki hazırlıq baxımından yüksək səviyyəyə çatdı və qarşıya qoyulan vəzifələri yerinə yetirməyə tam hazır vəziyyətə gəldi. – Müasir döyüş konsepsiyası baxımından 44 günlük Vətən müharibəsi və sonrakı əməliyyatlar hansı yenilikləri ortaya qoydu? – Müasir müharibələrdə əsas amillərdən biri dəqiq və operativ kəşfiyyat məlumatlarıdır. Əməliyyatlardan əvvəl düşmənin dislokasiya məntəqələri, hərbi bazaları, silah-sursat anbarları, texnikaları və hərəkət marşrutları barədə ətraflı məlumatlar əldə olunur. Bundan sonra hansı istiqamətlərdə hərəkət ediləcəyi və hansı texniki vasitələrdən istifadə olunacağı müəyyənləşdirilir. Azərbaycan Ordusu bu sahədə böyük üstünlüyə malik idi. Düşmənin yerləşdiyi mövqelər, istifadə etdiyi texnika və müdafiə imkanları əvvəlcədən məlum idi. Buna uyğun olaraq ən effektiv vasitələrdən istifadə edildi və qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirildi. 44 günlük Vətən müharibəsi göstərdi ki, müasir texnologiyalar, pilotsuz uçuş aparatları, yüksək dəqiqlikli silahlar və kəşfiyyat məlumatlarının düzgün əlaqələndirilməsi döyüş meydanında üstünlük yaradır. Sonrakı dövrdə bu təcrübə daha da təkmilləşdirildi. – 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirlərini 2020-ci il Vətən müharibəsi ilə müqayisə etdikdə hansı fərqləri görürsünüz? – Ən vacib fərq qazanılmış döyüş təcrübəsi idi. Azərbaycan əsgəri artıq mürəkkəb dağlıq ərazilərdə döyüş aparmağın bütün çətinliklərini yaşamışdı. Şuşanın azad olunması bunun ən parlaq nümunəsidir. Şuşaya doğru hərəkət etmək, sıldırım qayaları aşmaq, silah-sursatla dağlıq ərazilərdə irəliləmək yalnız yüksək fiziki və mənəvi hazırlığa malik əsgərlərin bacaracağı vəzifə idi. Bu təcrübə sonrakı mərhələdə Ordumuzun daha da peşəkarlaşmasına səbəb oldu. Antiterror tədbirləri zamanı həm kəşfiyyat məlumatlarından, həm də əvvəlki illərdə əldə edilən strateji üstünlüklərdən istifadə edildi. Azərbaycan Ordusu bir sıra yüksəkliklərə nəzarət etdiyindən ərazini müşahidə etmək, düşmənin hərəkətlərini izləmək və operativ qərarlar qəbul etmək imkanına malik idi. Düşmənin hərəkət yolları, təchizat imkanları və mövqeləri tam şəkildə öyrənilmişdi. Nəticədə onlar elə vəziyyətə salındılar ki, müqavimət göstərmək imkanları minimuma endi və qısa müddət ərzində Azərbaycan tərəfinin tələblərini qəbul etməyə məcbur oldular. – 2023-cü ilin sentyabr hadisələrinin Azərbaycanın dövlətçilik tarixindəki əhəmiyyətini necə qiymətləndirirsiniz? – Bu hadisələri çox yüksək qiymətləndirirəm. Azərbaycan 1918-ci ildə müstəqilliyini elan etsə də, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşaya bildi. Həmin dövrdə Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Bakını və ətraf bölgələri erməni-daşnak qüvvələrindən azad etməsi Azərbaycan dövlətçiliyinin formalaşmasında mühüm rol oynadı. Sonradan isə bolşevik işğalı nəticəsində müstəqilliyimiz əlimizdən alındı. Bu gün isə Azərbaycan tam müstəqil dövlətdir. 2023-cü ilin sentyabrında həyata keçirilən tədbirlər ölkəmizin suverenliyinin tam bərpa olunduğunu bütün dünyaya nümayiş etdirdi. Bu, müasir Azərbaycan tarixinin ən mühüm hadisələrindən biridir. Təbii ki, bu yolda şəhidlərimiz oldu, qazilərimiz oldu. Biz onların hamısını ehtiramla yad edirik. Azərbaycan xalqı heç vaxt onların qəhrəmanlığını unutmayacaq. Bu gün ölkəmiz iqtisadi, siyasi və hərbi baxımdan daha da güclənir, beynəlxalq əlaqələrini genişləndirir və müstəqil siyasət həyata keçirir. Bununla belə, bölgədə hələ də revanşist düşüncədən əl çəkməyən qüvvələr mövcuddur. Ermənistanda keçmiş hakimiyyətlə bağlı bəzi siyasi dairələr, o cümlədən Robert Köçəryan və Serj Sarkisyan komandasında təmsil olunan şəxslər zaman-zaman qarşıdurma ritorikasını gündəmə gətirməyə çalışırlar. Onlar yenidən gərginlik yaratmaq istəyirlər. Lakin reallıq tamam başqadır. Bu gün Ermənistan cəmiyyətində də başa düşürlər ki, yeni müharibənin heç bir perspektivi yoxdur. Hesab edirəm ki, Ermənistanın hazırkı rəhbərliyi də regionda yaranmış yeni reallıqları anlayır. Onlar görürlər ki, hər hansı yeni qarşıdurma Ermənistan üçün əlavə problemlər yaradacaq və ölkəni daha ağır vəziyyətə sala bilər. Bu baxımdan sülh gündəliyi xüsusi əhəmiyyət daşıyır. Vaşinqtonda paraflanmış sülh sənədi də göstərir ki, tərəflər münasibətlərin normallaşdırılması istiqamətində müəyyən addımlar atırlar. Regionun gələcəyi qarşıdurmada deyil, əməkdaşlıqda, iqtisadi inkişafda və təhlükəsizlik mühitinin formalaşdırılmasındadır. Azərbaycan öz mövqeyini açıq şəkildə ortaya qoyub. Dövlətimiz bölgədə davamlı sülhün və sabitliyin tərəfdarıdır. Ancaq eyni zamanda hər kəs anlamalıdır ki, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün kifayət qədər güclü orduya malikdir. Bu gün xalqımız öz Ordusu ilə fəxr edir və həmin uğurların müəllifi olan şəhidlərimizin, qazilərimizin və hərbçilərimizin xidmətlərini daim yüksək qiymətləndirir. Hafta.az

Hamısını oxu
Münaqişələrin həllində nümunəvi yanaşma

Hamısını oxu
“Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür”

Cəlil Xəlilov: “Bu qanun vətənpərvərlik tərbiyəsinin təbliğində yeni bir səhifə açacaq” “Uşaqların vətənpərvərlik ruhunda tərbiyəsinin qanuniləşdirilməsi tarixi-hüquqi uğurumuzdur" “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür”. Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, “Uşaq hüquqları haqqında” yeni qanun bugünəqədərki qanun layihəsindən əhəmiyyətli dərəcədə fərqlənir: “Prezident İlham Əliyev təfərəfindən təsdiqlənən “Uşaq hüquqları haqqında” yeni qanun əvvəlki qanundan önəmli dərəcədə fərqlənir. Yeni qanunda diqqət çəkən ən mühüm yenilik uşaqların vətənpərvərlik ruhunda tərbiyəsinin dövlət siyasətinin məqsədləri sırasına daxil edilməsidir. Bu, ölkə qanunvericiliyi üçün tamamilə yeni hadisə hesab oluna bilər. Çünki bugünə qədər uşaq və gənclər arasında vətənpərvərlik tərbiyəsinin təbliği həyata keçirilsə də, bu, qanundan daha çox tarixi-mənəvi ənənələrimizə əsaslanırdı. Məhz bu ənənələr əsasında cəmiyyətimizdə, uşaqlar və gənclər arasında təbliğati iş aparılır, qəhrəmanlıq tariximiz təbliğ olunurdu. İndi isə artıq bu təbliğat bilavasitə qanuna, qanunun tələblərinə əsaslanır. Uşaqların vətənpərvərlik ruhunda tərbiyəsi dövlət siyasətinin məqsədləri sırasına daxil edilməsi Prezident İlham Əliyevin xalqımız, dövlətimiz qarşısında ən mühüm tarixi xidmətlərindən biridir. Bu fakt Prezidentimizin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə necə böyük önəm verdiyini göstərir. Bununla yanaşı, “Uşaq hüquqları haqqında” yeni qanun Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Qarşısında yeni vəzifələr qoyur. Bu qanun tələb edir ki, ki, uşaqlar arasında vətənpərvərlik tərbiyəsinin təbliği daha da genişləndirilməli, bu istiqamətdə görülən işlər keyfiyyət etibarı ilə yeni səviyyəyə yüksəldilməlidir. İnanıram ki, veteranlarımız bu məsələdə ciddi fəallıq sərgiləyəcək, uşaqlar arasında vətənpərvərlik tərbiyəsinin təbliğinə daha ciddi töhfələr verəcək”. Seymur ƏLİYEV  

Hamısını oxu