Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Xalqın hərbi-diplomatik müstəvidə tarixi zəfərə imza atan Prezident İlham Əliyevin iqtisadi müstəvidə də böyük uğurlara imza atacağına inamı tamdır”

Cəlil Xəlilov: “Füzuli Beynəlxalq Hava Limanının açılması sadəcə ölkəmiz deyil, bütün region baxımından mühüm əhəmiyyət kəsb edir”

 

Dünən Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Füzili Beynəlxalq Hava Limanının rəsmi açılış mərasimi olub.

 

Bununla bağlı saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu hadisənin regional əhəmiyyətə malik olduğunu bildirib:

 

“Füzuli Beynəlxalq Hava Limanının açılması sadəcə ölkəmiz deyil, bütün region baxımından mühüm əhəmiyyət kəsb edir. Bu, hər şeydən öncə Azərbyacanın iqtisadi gücünün təcəssümüdür və dövlətimizin, xalqımızın quruculuq qabiliyyətindən, tikib-yaratmaq əzmindən xəbər verir. Füzuli Beynəlxalq Hava Limanının açılışı sadəcə ölkəmizdə deyil, bütün regionda iqtisadi həyatın canlanmasına öz müsbət təsirini göstərəcək, yeni iqtisadi inkişaf dalğasını stimullaşdıracaqdır.

 

Bildiyiniz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da açılış mərasimində iştirak etdi,  bütün dünyaya bir daha Azərbaycan və Türkiyənin qardaşlıq münasibəti ilə bağlı ciddi mesajlar verdi. Türkiyə Prezidentinin Füzuliyə bu səfəri sözügedən rayonun, ümumilikdə işğaldan azad edilən torpaqlarımızın iqtisadi önəmindən, regional əhəmiyyətindən xəbər verir.

 

Azərbaycan və Türkiyə prezidentləri Zəngilan rayonunda da birinci özəl investisiya layihəsinin əsasını qoydular. Azərbaycan və Türkiyənin birgə layihəsi olan bu layihə işğaldan azad edilən ərazilərimizdə bərpa-quruculuq işlərinin geniş vüsət aldığını, qardaş Türkiyə dövlətinin də bu prosesdə Azərbaycanla birlikdə iştirak etdiyini göstərir. Birgə həyata keçirilən bu layihələrin miqyas və əhəmiyyəti göstərir ki, işğaldan azad edilən torpaqlar qısa zamanda öz iqtsiadi inkişaf tempinə görə bütün regionda liderliyə yüksələcək, Azərbaycanın ümumi inkişafına böyük təkan verəcəkdir.

 

Bu gün ictimaiyyətin işğaldan azad edilən ərazilərdə həyata keçirilən quruculuq işlərinə münasibəti, media və sosial mediada yer alan məlumatlar, cəmiyyətdən gələn mesajlar göstərir ki, xalqın hərbi-diplomatik müstəvidə tarixi zəfərə imza atan Prezident İlham Əliyevin iqtisadi müstəvidə də böyük uğurlara imza atacağına inamı tamdır. Bizim üçün qürurvericidir ki, işğaldan azad edilən torpaqlarımızda həyata keçirilən bərpa və yenidənqurma prosesində qardaş Türkiyə dövləti də bizimlə birlikdə iştirak edir. Azərbaycan və Türkiyənin həyata keçirdiyi birgə layihələr Qarabağ və ətraf rayonların qısa zamanda dirçəlişini təmin edəcək, bu dirçəliş insanlarımızın sosial rifahının daha da yüksəlməsinə öz müsbət təsirini göstərəcəkdir”.

 

2021-10-27 14:39:00
1209 baxış

Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününün 104-cü ildönümü ilə bağlı tədbir keçirilib.   Təşkilatın Rəyasət Heyətinin və veteranların iştirak etdiyi tədbirdə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov 31 Mart soyqırımı və bu soyqırımının anti-insani mahiyyətindən danışıb:   “31 Mart soyqırımı miqyas və mahiyyətini görə XX əsrin ən dəhşətli soyqırımlarından biridir. Təəssüf hissi ilə qeyd etməliyik ki, erməni faşizmi XX əsrdə bir deyil, bir neçə dəfə xalaqımıza qarşı soyqırım və qətliamlar törədib. XX əsrin sonlarında  -1992-ci ildə baş verən Xocalı soyqırımı buna nümunədir. Bütün bu faktlar onu göstərir ki, erməni faşizmi Azərbaycan xalqına qarşı əsrlər uzunudur ki, sistemli şəkildə soyqırımları həyata keçirməkdə, genosid törətməkdədir. Bizim üçün qürurvericidir ki, 2020-ci ilin 27 sentyabr tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında erməni faşizminə ağır zərbə vurdu, işğaldakı torpaqlarımızın azadlığını təmin etdi. İşğalçı Ermənistan  xalqımıza qarşı törətdiyi cinayətlərə görə layiqli şəkildə cəzalandırıldı. Bununla yanaşı ,erməni faşizminin xalqımıza qarşı törətdiyi soyqırımlarına görə beynəlxalq hüquq müstəvisində də öz layiqli cəzasını alması vacibdir və əminəm ki, Azərbaycan xalqı gec-tez buna nail olacaqdır.   Onu  da untumaq olmaz ki, bütün bu soyqırımları mahiyyət etibari ilə həm bütün bəşəriyyətə, bütün insanlığa qarşı törədilib. Bu baxımdan erməni faşizminin tarixin müxtəlif dönəmlərində xalqımıza qarşı törətdiyi qətliamlara görə beynəlxalq hüquq müstəvisində məsuliyyətə cəlb edilməsi sadəcə Azərbaycan xalqının deyil, bütün bəşəriyyətin mənafeyi və təhlükəsizliyi baxımından zəruridir”.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Hüquq və kadr şöbəsinin müdiri Bəhram Zahidov da çıxışında 31 Mart soyqırımı və erməni faşizminin beynəlxalq müstəvidə ifşasının önəmindən danışıb. Professor qeyd edib ki, erməni cinayətkarlarının cəzalandırılması üçün hərbi tribunalın yaradılması, xalqımıza qarşı qətliamlar, soyqırımları törədənlərin bu tribunal qarşısında cavab verməsi vacibdir.

Hamısını oxu
“Qalib xalqın sağlam gəncləri” layihəsi sona çatıb

Azərbaycan Respublikası Gənclər Fondunun XV qrant müsabiqəsinin qalibi olan “Gənc Velosipedçilər” İctimai Birliyi “Qalib xalqın sağlam gəncləri” layihəsi çərçivəsində Respublika Velotrekində velosiped idman növü üzrə nəzəri və praktiki təlimlər təşkil edib. Layihənin məqsədi yeniyetmə və gənclər, o cümlədən şəhid və qazi övladları, həmçinin 29 yaşadək qazilər arasında velosiped idmanına marağı artırmaq, bu idman növünün sağlamlıqda rolu və ondan düzgün istifadə qaydalarını təşviq etməkdir.   Layihə Biləsuvar, Zaqatala və Bakı şəhərində 150 nəfərə yaxın gəncləri əhatə etmiş, rayonlarda “Gənclərin inkişaf və karyera mərkəzi”nin velosiped bölməsinin işinin fəallaşması və təkmilləşməsi işinə öz töhfəsini vermişdir. Respublika Velotrekində keçirilən son günün seminarında Azərbaycan Velosiped İdmanı Federasiyasının Baş katibi Fərhad Əliyev, Gənclər və İdman nazirliyinin məsul əməkdaşı Elçin Qasımov və Respublika Olimpiya Velosiped Məktəbinin direktoru Faiq Qurbanov iştirak etmişdir. Toplantıda ilk öncə Qarabağ Müharibəsi Şəhidlərinin ruhları 1 dəqiqəlik sükutla yad edilmiş, daha sonra layihə haqqında geniş məlumat verilmişdir. Seminar zamanı "Gənc Velosipedçilər" İctimai Birliyininin sədri Nur Axundova, velobloger Nurlan Qədirli və məşqçi müəllim Elçin Qasımov layihə iştirakçılarına velosiped idmanı haqqında və onun sağlamlıqdakı rolu ilə bağlı məlumat vermiş, ikitəkər nəqliyyat vasitəsinin üzərində nəzəri və praktiki təlimlər keçirilmişdir. Daha sonra müxtəlif çap materialları paylanılıb, iştirakçıları maraqlandıran suallara cavab verilib. Tədbirin sonunda fərqlənən iştirakçılar diplomla təltif edilib.  

Hamısını oxu
İlham Əliyev Əfv Məsələləri Komissiyasının yeni tərkibini təsdiq etdi - SƏRƏNCAM

“Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 fevral tarixli 1792 nömrəli sərəncamında dəyişiklik edilib. AZƏRTAC xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.   Sərəncama əsasən, Əfv Məsələləri Komissiyasının sədri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev olub.  Bundan başqa, Komissiyanın üzvləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov, Ədliyyə naziri Fikrət Məmmədov, Daxili İşlər naziri Vilayət Eyvazov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, Şeyxülislam, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, Milli Məclisin deputatları Əhliman Əmiraslanov, Zahid Oruc, Fazil Mustafa, Azay Quliyev və Sədaqət Vəliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rəşad Məcidov, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev, “Xan Şuşinski” Fondunun rəhbəri Bəyimxanım Verdiyeva, Akademik Zərifə Əliyeva adına liseyin direktoru Mehriban Vəliyeva, Komissiyanın katibi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektorunun müdiri Kəmalə İsmayılova olub.  Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Hamısını oxu
Azərbaycan Respublikası “Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin sədri Fatma Hüseyn qızı Səttarova dünyasını dəyişib.

Azərbaycan ictimaiyyətinə, həmçinin müharibə, əmək və Silahlı Qüvvələr veteranlarına  ağır itki üz verib. Azərbaycan Respublikası “Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin sədri Fatma Hüseyn qızı Səttarova 14 sentyabr 2024-cü ildə dünyasını dəyişib.   Müharibə və əmək veteranı Fatma Hüseyn qızı Səttarova 1922-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1941-ci ildə İkinci Dünya müharibəsində tibb bacısı kimi könüllü surətdə cəbhəyə yollanmışdır. Alman faşizminə qarşı döyüşlərdə şücaətlər göstərən Fatma Səttarova müharibədən sonra  Bakı Dövlət Universitetində İqtisadiyyat fakültəsində təhsil almışdır. Fatma Səttarova yüksək təhsili, dünyagörüşü ilə fərqlənmiş, uzun illər dövlət qurumlarında çalışdığı dövrlərdə o, səmərəli fəaliyyəti ilə bunu dəfələrlə sübuta yetirmişdir. Müharibə və əmək veteranı kimi Respublika Veteranlar Təşkilatının uzun illər Rəyasət heyətinin üzvi olmuş Fatma Səttarova 16 yanvar 2021-ci ildən Təşkilatın sədri vəzifəsinə seçilmişdir. Təşkilatın fəaliyyətinin səmərəli təşkil olunmasında, əsl Azərbaycan qadını, ana kimi gənclərin Vətənə, dövlətə sədaqət ruhunda tərbiyəsində təcrübəsini və biliyini əsirgəməmişdir. Fatma Səttarova Prezident İlham Əliyevin 24 yanvar 2022-ci il tarixli Sərəncamı ilə “İstiqlal” ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fatma Səttarovanın 100 illiyi münasibəti ilə Təşkilat sədrinə ünvanladığı təbrik məktubunda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 44 günlük Vətən müharibəsi zamanı dövlətin, ordunun yanında olduğunu, qazilərə, şəhid ailələrinə dəstək verdiyini qeyd etmiş, Təşkilatın fəaliyyyətini yüksək qiymətləndirmişdir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti adından mərhumun doğmalarına, əzizlərinə səbir diləyir, kədərlərini bölüşürük.   Allah rəhmət eləsin!”.

Hamısını oxu