Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin və Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə “Nəsillərin görüşü” keçirilib

Bu gün Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin və Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə “Nəsillərin görüşü” keçirilib.

İlk öncə Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı arasında birgə əməkdaşlığa dair Memorandum imzalandı.

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatı arasında imzalanmış əməkdaşlıq haqqında memoranduma müvafiq olaraq gələcəkdə Şəhid ailələri, Qazilər, Müharibə iştirakçəlarında diqqət və qayğı yönümündə birgə ictimai təşəbbüslər layihə və tədbirlər uğurla davam etdiriləcək. Daha sonra hər iki qurumun birgə təşkilatçılığı və İydə parfumun tərəfdaşlığı ilə 8 noyabr Zəfər günün 1-ci ildönümü ərəfəsində "Nəsillərin görüşü" adlı tədbir keçirildi.

Tədbirdə Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin sədr əvəz Qalib Əliyev, İctimai birliyin sədr müavini Məcid Məmmədov, icraçı direktoru Zamin Zeynal, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının sədri Fatma Səttərova, sədr müavini Cəlil Xəlilov, İydə parfumun rəhbərliyi, Qazilər, Müharibə iştitakçıları iştirak edərək çıxış etdilər.

Birlik rəsmiləri çıxış edərək qeyd etdilər ki, Azərbaycan tarixinə qızıl hərflərə həkk edilmiş 44 günlük Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandan, cəsarətli Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında fədakar Azərbaycan ordusu tarixi, əbədi, əzəli Azərbaycan məxsus olan Qarabağ torpalarımızı, düşmənin istilasından azad etməyə müvəffəq olmuşdur. Bu gün hər bir vətəndaş cəmiyyəti təsisatı milli, Vətənpərvər ruhda birlik, həmrəylik nümayiş etdirərək Ali Baş Komandanın daha böyük Azərbaycan naminə həyata keçirdiyi məqsədyönlü, uğurlu, daxili və xarici siyasətinə öz ictimai, siyasi töhfəsini verməlidir.

Birliyin icraçı direktoru Zamin Zeynal mətbuata açıqlamasında bildirdi ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatı ilə birgə belə bir tədbiri gerçəkləşdirməkdə məqsəd Dövlət Başçısının Şəhid ailələri, Qazilər, Müharibə iştirakçıları ilə bağlı gördüyü uğurlu işlərə birgə fəaliyyət çərçivəsində ictimai təkan olmaqdır. Qeyd edək ki, tədbirdə vətənpərvər fəaliyyətinə və vətənə ləyaqətlə xidmətinə görə bir qrup müharibə əlili və iştirakçısı fəxri fərman və hədiyyələr ilə təltif olundu.

 

2021-10-29 18:58:00
1541 baxış

Digər xəbərlər

İlham Əliyev dünya azərbaycanlılarına müraciət etdi

Prezident İlham Əliyev dünya azərbaycanlılarını təbrik edib. Təbrikdə deyilir: "Əziz həmvətənlər! Hörmətli soydaşlar! Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə sizi ürəkdən təbrik edir, hər birinizə səmimi arzu və diləklərimi çatdırıram. 2020-ci ili bütün dünyada koronavirus pandemiyası ilə gərgin mübarizə şəraitində başa vururuq. Yaranmış vəziyyətdən minimum itkilərlə çıxmaq üçün Azərbaycan hökuməti ilk günlərdən ardıcıl tədbirlər həyata keçirmişdir. Bu addımlar, habelə Azərbaycanın köməyə ehtiyacı olan dövlətlərə humanitar yardımları Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilmişdir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın təşəbbüsü ilə hər iki təsisatın COVID-19-a qarşı mübarizəyə həsr olunmuş videoformatda Zirvə görüşü baş tutmuşdur. Cari ilin dekabr ayında Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü əsasında və 150-dən artıq dövlətin dəstəklədiyi BMT Baş Assambleyasının koronavirusa qarşı dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası keçirilmişdir. Bu, Azərbaycanın qlobal proseslərdə fəal iştirakının, ölkəmizə olan hörmətin, beynəlxalq dəstəyin əyani göstəricisidir. Ermənistanın danışıqlar prosesini sarsıdan təhrikçi açıqlamaları və əməlləri, iyul ayında dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi hərbi təxribat, qoşunlarını təmas xəttinə cəmləşdirməsi, terror əməllərini törətmək üçün diversiya qruplarını göndərməsi onun növbəti çirkin niyyətlərindən xəbər verirdi. Bu ilin sentyabr ayında BMT Baş Assambleyasının 75-ci sessiyası zamanı beynəlxalq ictimaiyyət Ermənistanın yeni müharibəyə hazırlaşması barədə xəbərdar edilmişdir. Sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təcavüzə cavab olaraq Azərbaycan xalqı Vətən müharibəsinə qalxmışdır. Müzəffər Azərbaycan Ordusu hər anı qəhrəmanlıqlarla dolu 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğratmış və ölkəmizin ərazi bütövlüyünü bərpa etmişdir. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə edilmişdir. Ordumuzun ərazi-relyef baxımından son dərəcə mürəkkəb şəraitdə və qısa müddətdə həyata keçirdiyi “Dəmir yumruq” əməliyyatı dünya hərb tarixinə düşərək aparıcı hərbi mərkəzlər və mütəxəssislər tərəfindən öyrənilir. Dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilmiş möhtəşəm Zəfər Paradı Azərbaycan dövlətinin siyasi, iqtisadi və hərbi qüdrətini, xalqımızın iradəsini, ordumuzun qələbə əzmini, əsgər və zabitlərimizin sarsılmaz döyüş ruhunu nümayiş etdirmişdir. Xalqımıza milli qürur və şərəf hissini, qələbə sevincini yaşadan, üçrəngli bayrağımızı işğaldan azad olunmuş torpaqlarımızda, Qarabağın tacı olan müqəddəs Şuşada dalğalandıran müzəffər ordumuzun bütün şəxsi heyətinə bir daha dərin minnətdarlığımı bildirirəm. Şəhidlərimizin ölməz ruhu qarşısında baş əyərək onlara Allahdan rəhmət diləyir, yaralı hərbçilərimizin tezliklə şəfa tapmasını arzulayıram. Vətən müharibəsi zamanı Azərbaycan beynəlxalq informasiya məkanında öz sözünü deyərək ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyalarının qarşısını almış, Ermənistanın vandalizmini və mülki insanlara qarşı terror siyasətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır. Ermənistanın işğalı və vəhşiliyi nəticəsində başdan-başa dağıdılmış doğma Qarabağımızı əminəm ki, biz ən qısa zamanda əsl cənnətə çevirəcəyik. Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur. Əziz həmvətənlər! Doğma Azərbaycanımızın daha da güclənməsi və çiçəklənməsi naminə fəaliyyətinizdə hər birinizə uğurlar arzulayıram".

Hamısını oxu
“Nar” qəbul imtahanlarında ən yüksək bal toplamış abituriyentləri mükafatlandırıb

Veteran.gov. az xəbər verir ki, “Nar” ənənəsinə sadiq qalaraq bu il də ali məktəblərə daxil olmaq üçün qəbul imtahanlarında ən yüksək bal toplamış abituriyentləri mükafatlandırdı. Ən yüksək nəticə göstərmiş Əbil Şəfiyev (697,1 bal), Ayxan Kazımov (695,5 bal)  və Kamil Əfəndiyevə (692,5 bal) mobil operator tərəfindən müasir smartfonlar, “Nar” nömrələri və hədiyyə kartları təqdim edildi.     “Azerfon”un Baş icraçı direktoru Qunnar Panke ilin uğurlu gəncləri ilə görüşüb və onlara gələcək karyeralarında uğurlar arzulayıb: “Qəbul imtahanlarında on minlərlə gənc arasında ən yaxşı üçlüyə daxil olmağınız münasibətilə sizi təbrik edirəm! Bu böyük müvəffəqiyyət sizin zəhmətkeşliyinizin və savadınızın göstəricisidir. İnanıram ki, bilik və bacarıqlarınızı daha da təkmilləşdirərək öz ixtisasınızın peşəkarları olacaq və daha da böyük nailiyyətlər əldə edəcəksizin. Sizin kimi gənclərin cəmiyyətin inkişafı və ölkənin tərəqqisi üçün çox faydalı işlər görəcəyinə əminəm”.   Qeyd edək ki, təhsil, maariflənmənin inkişafı, gənclərdə oxumaq həvəsi oyatmaq “Nar”ın KSM strategiyasının əsas istiqamətlərindən biridir.  

Hamısını oxu
Lətif Şüküroğlu - 60

Lətif Şüküroğlu (Babayev) “Cümhuriyyət hökuməti repressiya məngənəsində”, “Azərbaycan Xalq Cümhuriyyətinin sərhəd mühafizəsi tarixi (1918-1920)”, “AXC dövründə ordu quruculuğu” (və s.) kitablarının müəllifi, tarix üzrə fəlsəfə doktorudur. İxtisasca jurnalistdir. AYB üzvüdür. Jurnalist kimi qələmindən çoxlu məqalə çıxsa da, yazıçı tək onu avtobioqrafik “Taleyin izləri” romanı təmsil edir. Bioqrafiyasının bir önəmli cəhəti də Xüsusi Xidmət Orqanlarında işləməsi olub, ehtiyatda olan polkovnikdir. Hal-hazırda Milli Məclisdə çalışır.       ÜMİDLƏRİMİZİN YAZ SƏHƏRİ... Gəncliyin qızıl illərində Rəfiq  Özdəkin “Türkün qızıl kitabı”nı bir də əlimə götürəndə tərcüməçilərinə baxdım: Lətif Şüküroğlu, Nəsiman Yaqublu.  “İndiyədək niyə fikir verməmişəm?” Lətiflə neçə ildi eyni qurumda çalışırdıq. Ancaq Lətif özü də bu barədə danışmamışdı. Dəyərli bir kitabın tərcüməsi üçün ona “sağ ol” dedim.       Lətif adı gələndə, Qarabağ uğrunda şəhidlər verən Zəngilana  xidməti ezamiyyətdəykən yazdğım şeirim yadıma düşür həmişə, xüsusən də, bu misralar: Di gəl bu qansız ağaclar gör necə ürəkdən açıb... ...Gözlərimi Lətifin telefon zənginə açdım,– gecə gec yatmışdım. “Sənin ilin gördün də necə başladı,–” tez onu qabaqladım. “Nə olsun, koronavirus qadağaları sənin doğulduğun gündən sərtləşdi,-”dedi. Gülüşdük. “Pəncərədən baxıram.., həyətdəki ağacın nə çiçəyi var, nə yarpağı, ancaq üzərində buğum-buğum yaşılı görünür,-” söylədi Lətif. “Ancaq Zəngilanda barıt qoxulu havada belə, ağaclar ürəkdən açırdı,–” öz-özümə düşündüm. “Həyətdəki ağacın üzərindəki buğum-buğum yaşıl isə bəlkə ölməyən son ümidlərimizdir,-” bunu da ürəyimdə söylədim. Bir yaz səhəri mənə Zəngilandan zəng elə, Lətif!  Və... səsini “su kimi alışan ruhuma çiləyim...” Qardaşxan aprel, 2020 P.S. “Karantin fürsəti”ndə mənə qalın-qalın kitablar yazmağı arzulayan dost, qoy bu kiçik yazı bir başlanğıc olsun.

Hamısını oxu
Prezident İlham Əliyev Şuşada Azərbaycan bayrağını yüksəldib

Prezident İlham Əliyev Şuşada Azərbaycan bayrağını yüksəldib. Publika.az xəbər verir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar.  

Hamısını oxu