Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Tarix yaradan Lider!

 

“Azərbaycan dünyaya günəş kimi doğacaqdır”.

 

Bu sözləri 1993- cü ildə ildə, yenicə əldə olunmuş müstəqilliyini itirmək təhlükəsi ilə üzləşən Azərbaycan adlı məmləkətin xilaskarı, Ümummilli Lider Heydər Əliyev səsləndirmişdir.

İllər keçdi, Ulu Öndərin Azərbaycanın gələcəyinə yönəlik bütün arzuları, vəsiyyətləri real həyatda təsdiqini tapdı. Bu arzuları reallığa çevirməklə, adını dünya tarixnə qızıl hərflərlə yazdıran Lider isə, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevdir.

Tarix yaradan Lider.

 

Son günlər, ölkənin aparıcı Kütləvi informasiya vasitələri, siyasətçilər, ictimai-siyasi xadimlər Prezident İlham Əliyevin rəhbərliyi dövrdə əldə etdiyi, əldə etdiyi nailiyyətlər barədə çoxsaylı yazılar yazılır, çıxışlar edilir. Təbiidir. Xalq öz Liderinə, xilaskarına vəfa borcunu qaytarır.

“Bütün ixtiraların ən mürəkkəbi idarəetmə sistemidir”

Kant.

 

2003-cü ildə Prezident seçildikdən sonra İlham Əliyev, “Regionların sosial-iqtisadi inkişafı haqqında “ 4, “ Bakı şəhərinin və ətraf qəsəbələrin inkişafı haqqında” isə, 3 dövlət proqramını təsdiq etdi.

 

Nəticə olaraq, minlərlə yeni məktəb, uşaq bağçaları,xəstəxanalar, diaqnostika mərkəzləri, olimpiya-idman kompleksləri, mədəniyyət sarayları, magistral yollar, elektrik stansiyaları, inzibati binalar, şəhid ailələri, qazilər, məcburi köçkünlər üçün evlər, yeni ali məktəblər, inzibati binalar tikildi, parklar salındı. Əhalinin elektrik enerjisinə, təbii qaza, içməli və texniki suya olan tələbatının ödənilməsi istiqamətində milyardlarla maliyyə tutumu tələb edən infrastruktur layihələri icra olundu. Aqrar sektorun inkişafına xüsusi diqqət göstərildi. Proqramların icrası, ölkə regionlarının və paytaxtın harmonik inkişafını təmin etmiş oldu.

 

TANAP-(Trans-Anadolu), TAP-(Trans-Adriatik), onun tərkib hissəsi olan “Cənub Qaz Dəhlizi” , Bakı-Tbilisi-Qars dəmiryolu istifadəyə verildi.

 

100 illərdən bəri Bakı əhalsinin 1 nömrəli problemi, içməli suya ehtiyacının ödənilməsi üçün, Oğuz-Qəbələ-Bakı layihəsi icra olundu. Taxtakörpü su anbarı tikildi.

 

Şərq-Qərb, Şimal-Cənub nəqliyyat marşrutlarının, Avropadan Asiyaya çəkilən fiber-optik kabelin Azərbaycandan keçməsi, ölkəmizi regionun nəqliyyat-loqistika mərkəzinə çevirdi.

Azərbaycan yerin süni peyklərini kosmik fəzaya göndərməklə, azsaylı kosmos ailələrinə aid edilən dövlətlərin sırasına düşdü.

 

Azərbaycan, Şərqlə Qərbin arasında körpü rolunu oynayan, beynəkxalq tədbirlərin keçrildiyi multikulturalizm, konfessiyalar arası münasibətlərin nizamlandığı, tolerantlıq mərkəzinə çevrildi.

“Avrovision” musiqi festvalı, ilk Avropa Oyunları, İslam oyunları və çoxsaylı idman yarışları, dünya və Avropa çempionatları keçirildi.

 

Cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin Prezidenti seçildikdən sonra, xeyli sayda idmançılarımız olimpiya, dünya və Avropa çempionları titulunu qazandılar.

 

Minlərlə istedadlı gənc, Dövlət maliyyəsi hesabına dünyanın nüfuzlu universitetlərində təhsil almaq imkanı əldə etdi.

 

Post-sovet ölkələri arasında, Rusiyadan sonra BMT Təhlükəsizlik Şurasına

dünyanın 155 ölkəsinin dəstəyini qazanaraq üzv seçildi və sədrlik etdi.

Qoşulmama Hərəkatına üzv olandan sonra qısa zaman kəsiyində sədr seçildi və Hərəkatın ciddi beynəlxalq gücə çevrilməsinə nail oldu. Biz bunun real nəticələrini Vətən müharibəsində gördük.

ÜDM, makro-iqtisadi göstəricilər dəfələrlə artdı. Əhalinin sosial vəziyyəti yaxşılaşdı. İqtisadi imkanlar artdıqca sosial layihələr icra olundu.

 

Elə bir sahə yox idi ki, Prezident onun inkişafında inqlabi nəticələrə nail olmasın. Ancaq, ölkənin əsas problemi, son 30 ildə hər bir azərbacanlının ürəyində yara salmış Qarabağ torpaqları işğalda idi.

 

Ən müasir silahlarla, döyüş texnikası ilə təchiz olunmuş güclü ordu quruldu. 21-ci əsrin müharibəsini aparmaq üçün Silahlı Qüvvələrin bütün növlərinin, NATO sisreminə uyğun, peşəkar hazırlığına xüsusi diqqət yetirildi.

 

Prezident gözəl başa düşürdü ki, tək güclü ordu ilə torpaqları işğaldan azad etmək mümkün deyil. Bunun üçün hüquqi-normativ bazanın yaradılması, aparıcı beynəlxalq təşkilatlar tərəfindən ölkəmizin ərazi bütövlüyünü təsdiqləyən qətnamələrin qəbulu, regionda marağı olan böyük güclərin neytral mövqeyinə nail olmaq lazım idi. Bəllidir ki, məhz, həmin supergüclərin hər birisinin korparativ maraqları, ikili standartlar, xristian təəssübkeşliyi nəticəsində konflikt həllini tapmırdı. Məsələnin ən çətin tərəfi də, geosiyasi gücləri bir araya gətirmək və prosesdən maksimum az zərərlə çıxmaq idi.

 

İlk baxışda, hətta ən güclü dövlətlər üçün mümkünsüz görünən problemi, beynəlxalq münasibətlər sistemini, beynəlxalq təhlükəsizlik sistemini, ən yüksək səviyyədə mənimsəmiş peşəkar diplomat, strateq, Ali Baş Komandan İlham Əliyev bacardı. Və Adını Dünya hərb tarixinə qızıl hərflərlə yazdırdı.

 

Tarixi Qələbədən sonra Azərbaycanın beynəlxalq nüfuzu kəskin artdı. Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının sınmış qüruru bərpa olundu. Hesab edirəm ki, ən böyük xoşbəxtlik, elə budur.

 

İlham Əliyev şəxsiyyəti isə, dünya Liderləri arasında xüsusi rəğbətlə seçilir. Dünyanı bürümüş Pandemiya ilə mübarizədə, cənab Prezidentin təşəbbüsləri, beynəlxalq birlik tərəfindən yüksək səviyyədə dəstəkləndi.

 

Müharibədən sonra regionda yeni reallıqlar yarandı. Tarixi “Şuşa Bəyannaməsi” imzalandı. Qısa zaman kəsiyində fantastik sürətlə bərpa işləri aparılır. Özündə ən innovativ ideyaları əks etdrən İnfrastruktur layihələri həyata keçirilir.

 

Müasir Azərbaycan tarixinin İlham Əliyev Liderliyində görülmüş iri miqyaslı işlərin kiçik bir yazıda sadalanması qeyri-mümkündür.

 

Bütün bu nailiyyətlərin müəllifi, bu gün 60 yaşını qeyd edən, Tarix yazan və Tarix yaradan Prezident, Ali Baş Komandan İlham Heydər oğlu Əliyevdir.

 

Çox Hörmətli cənab Prezident!

 

Sizi doğum günü münasibətilə ürəkdən təbrik edirəm. Sizə, ailənizə möhkəm can sağlığı, uzun ömür, xoşbəxtlik, Azərbaycanın gələcəyi naminə gördüyünüz işlərdə uğurlar arzulayıram!

 

Tanrı Sizləri qorusun!

 

24.12. 2021.

Nəsib Məhəməliyev, millət vəkili

 

 

2021-12-24 11:25:00
1264 baxış

Digər xəbərlər

Millət vəkili qazilərlə görüşüb

Veteran.gov.az xəbər verir ki, millət vəkili Elnur Allahverdiyev Vətən müharibəsi iştirakçıları ilə görüşüb. Bu barədə millət vəkili özünün sosial şəbəkədəki hesabında məlumat verib. Məlimatda deyilir:   “44 günlük Vətən Müharibəsinə dairəmizdən 158 sakinimiz yollanıb. 4 şəhidimiz var. Allah onlara rəhmət etsin! Evlərinə sağ-salamat dönən müharibə iştirakçıları və qazilərimizlə mütəmadi görüşlərim olur - seçici qəbullarında, Yasamal Rayon İcra Hakimiyyətində keçirilən tədbirlərdə, son bir aydır ki, Fəxri Xiyabanda, - şəhidlərimizi anma mərasimlərində. Bir neçəsinin evində olub, valideyinləri ilə tanış olmuşam. Ötən aydan etibarən isə cəngavərlərimizlə çay süfrəsi arxasında görüşüb söhbətləşir, onları maraqlandıran suallara cavab, narahat edən problemlərə əlac, qarşılaşdıqları çətinliklərdən birlikdə çıxış yolu axtarmağa çalışırıq.   Görüşlərimizin bu formatı həm mənim, həm də onların ürəyincədir. Səmimi atmosferdə, rahat, qeyri-formal şəraitdə döyüş yollarından bəhs edirlər. Növbəti dəfə bu gənclərin necə böyük ürəyə malik olduqlarının şahidinə çevrilirik. Allah hamısının ürəyincə versin!   Bu gün növbəti görüşümüzü gerçəkləşdirdik. Dairəmizin 11 müharibə iştirakçısı ilə çay süfrəsi arxasında bir araya gəldik. Bu, bu gün keçirəcəyim görüşlərdən ilki oldu. Görüşdə iştirak edən hər birimizin qəhrəmanlarımızdan aldığı bu müsbət enerji ötənilki Zəfərimizin nə qədər önəmli tarixi hadisə olduğunu təsəvvürlərimizdə bir daha canlandırmış oldu.   Budəfəki görüşümüzdə I Qarabağ savaşının qazisi Elxan Abbasov və müharibə iştirakçısı Rövşən İmanov da iştirak edirdi. R.İmanovun qardaşı ilk Qarabağ müharibəsində şəhid olub. İki Qarabağ müharibəsinin iştirakçıları, iki nəsil vətənpərvər döyüşçülərimizin fikir mübadiləsi görüşümüzə əlavə rəng qatdı.   Qarşıdakı günlərdə qazilərimizlə görüşlərim davam edəcək. Yaşasın Azərbaycan gəncləri!   Qarabağ Azərbaycandır!”   Seymur ƏLİYEV  

Hamısını oxu
Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi(1919-2019)” yubiley medalı Respublika Veteranlar Təşkilatının rəhbərliyinə təqdim edilib

Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov və Təşkilatın sədr müavini polkovnik Cəlil Xəlilov “Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalı ilə təltif edilib.

Hamısını oxu
Faşizm üzərində qələbədə Azərbaycan xalqı müstəsna rol oynayıb

İyunun 22-də Hitler Almaniyasının SSRİ-yə hücumundan 79 il ötür. Yetmiş doqquz il bundan əvvəl qəfildən SSRİ-yə hücum edən faşistlər Şərqdə beş il davam edəcək müharibənin əsasını qoyub ki, bu müharibə faşist Almaniyasının özünün məğlubiyyəti ilə nəticələnib. AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov faşizm üzərində Qələbədə Azərbaycanın və xalqımızın rolundan danışarkən deyib. Polkovnik Cəlil Xəlilov bildirib ki, 1941-ci il iyunun 22-də faşistlərin Pribaltikaya hücumu ilə SSRİ İkinci Dünya müharibəsinə cəlb olunub. SSRİ belə bir hücuma hazırlıqsız olduğu üçün müharibənin ilk illəri onun üçün xüsusilə ağır keçib. 1941-1942-ci illərdə faşist ordularının hücumları ilə geri çəkilməyə məcbur olan SSRİ həm insan, həm də ərazi baxımından böyük itkilər verib. Lakin 1942-ci ilin sonu, 1943-cü ilin əvvəllərində Sovet ordusu müharibənin taleyində dönüş yarada, faşist hücumlarını dəf edərək uğurlu əks-həmlələr təşkil etməyə başlayıb. Nəticədə müharibə 1945-ci il mayın 9-da faşistlərin tam məğlubiyyəti ilə nəticələnib. Cəlil Xəlilov deyib ki, faşizm üzərində Qələbənin qazanılmasında Azərbaycan müstəsna rol oynayıb. Azərbaycanlılardan ibarət beş milli diviziya təşkil olunub ki, bu diviziyalar ağır və şərəfli döyüş yolu keçib, onların bəzisi Berlinədək gəlib çıxdı. 700 minədək azərbaycanlı əldə silah cəbhələrdə faşizmə qarşı böyük əzmkarlıqla mübarizə aparıb, 123 soydaşımız göstərdiyi qəhrəmanlıqlara görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. “Azərbaycan xalqı arxa cəbhədə də böyük fədakarlıqlara imza atıb. Bakı nefti sovet hərb maşınının hərəkətini təmin edib. Tankların, təyyarələrin, digər artilleriya növlərinin yanacağa olan tələbatını yüksək keyfiyyətlə ödəyib. İnsanlarımız faşizmə qarşı mübarizəyə dəstək məqsədi ilə zinət əşyalarını belə orduya yardım fondlarına bağışlayıb. Nəticədə mütərəqqi bəşəriyyətin birgə səyləri nəticəsində faşizm məğlub olub. Əminəm ki, hazırda erməni faşizminin işğal siyasəti ilə üzləşən xalqımız bu problemin də öhdəsindən layiqincə gələcək, düşməni məğlub edərək ölkəmizin ərazi bütövlüyünü təmin edəcək. Tarixi keçmişimiz, milli maraqlarımız, beynəlxalq hüquq və ədalət bizdən məhz bunu tələb edir”, - deyə Cəlil Xəlilov vurğulayıb.

Hamısını oxu
“Əbədi Birlik” GİB sədri Şahin Əliyev və Quzey Kıbrıs nümayəndəsi Serdar Şengül Respblika Veteranlar Təşkilatının qonağı olub

“Əbədi Birlik” GİB sədri Şahin Əliyev və Quzey Kıbrıs nümayəndəsi Serdar Şengül Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru polkovnik Cəlil Xəlilovu təşkilatın ofisində ziyarət edib, əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıblar.  Şahin Əliyev Cəlil Xəlilova müəllifi olduğu “İlhamlı Zəfər - 20” və “Kıbrıs - Şərqi Aralıq Dənizində Türklərin Əbədi Qalası” kitablarını hədiyyə edib. Şahin Əliyev və Serdar Şengül  qonaqpəvərliyinə görə  görə Cəlil Xəlilova təşəkkür ediblər.

Hamısını oxu