Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Böyük Vətən müharibəsi iştirakçısı Məhərrəm Məmmədyarov vəfat edib

Veteran.gov.az xəbər verir ki, Böyük Vətən müharibəsi iştirakçısı Məhərrəm Məmmədyarov vəfat edib.

 

Qeyd edək ki, Məhərrəm Məmmədyarov 1941–1945-ci illərdə Böyük Vətən Müharibəsində iştrak edib, göstərdiyi qəhrəmanlıqlara görə 12 medal və ordenlə mükafatlandırılıb. Müharibədən sonrakı həyatını elmə həsr edən Məhərrəm Məmmədyarov 1973-1979-cu illərdə AMEA-nın Naxçıvan regional elmi mərkəzinin rəhbəri,1994-cü ildən 2002-ci ilə qədər isə AMEA-nın Mikrobiologiya İnstitutunun direktoru vəzifəsində çalışıb.

 

2005-ci ildə Azərbaycan Respublikasının “Şöhrət” ordeni, 2009-cu ildə “Əməkdar elm xadimi” fəxri adı ilə təltif edilən Məhərrəm Məmmədyarov, 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomuna layiq görülüb.

 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Məhərrəm Məmmədyarovun vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına dərin hüzünlə başsağlığı verir

 

Allah rəhmət eləsin!

 

 

2022-01-06 12:26:00
1501 baxış

Digər xəbərlər

Aprel döyüşlərinə həsr olunmuş "Şanlı Aprel" tədbiri keçirilib

Tədbirdə Sumqayıt Musiqi Kollecinin müəllim-tələbə heyəti konsert proqramı ilə çıxış edib Veteran.gov.az xəbər verir ki, Aprel döyüşlərinə həsr olunmuş "Şanlı Aprel" tədbiri keçirilib. Şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etdikdən sonra Azərbaycan himni səslənib. Sumqayıt Gənclər Evi sosial xidmət müəssisəsinin direktoru Nərgiz Nağıyevanın çıxışından sonra Sumqayıt şəhər İcra Hakimiyyəti aparatının Vətən Muharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tərlan Hacızadə ürək sözlərini deyib. Qazilərimiz Həmzəyev Ramin, Məmmədov Ehtiram, Vəliyev Rəşad Aprel döyüşləri zamanı keçdikləri döyüş yollarından danışıblar. Şəhid Əbdülməcid Axundovun anası Ceyran xanım ürək yanğısı ilə çıxış edərək gənc iştirakçıları vətənpərvərliyə səsləyib. Şəhid Şulan Bayramovun anası Türkan xanım da tədbirdə iştirak edib. Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin tələbələri və müəllim heyəti konsert proqramı ilə çıxış etdilər. Kollecin Vətən Muharibəsi iştirakçıları olan tələbələri Əvəzxan Əzizov və Nicat Tağıyev "Xudayar təsnifi"ni ifa ediblər.   Tarda Kamran Teymurov, kamançada Natavan Həşimovanın müşayəti ilə Sədəf Budaqova və Əvəzxan Məmmədovun ifasında "Qarabağ şikəstəsi" gənc iştirakçılara Vətən sevgisi aşılayıb. Vokalist Lalə Əliyevanın ifasında Fərhad Bədəlbəylinin "Ave Maria" əsəri müharibənin ağrı -acısını bir daha xatırladaraq qəlbləri göynədib. Firəngiz Xəlilovanın rəhbərliyi ilə kollecin tələbə xoru "Həzin oxu,dünya", "Ey Vətən" ifa edib. Allah şəhidlərimizə rəhmət eləsin!  

Hamısını oxu
Tarixi səfər: Azərbaycan-İsrail əlaqələrində yeni mərhələ

Hamısını oxu
Səbail rayonunda 44 günlük Vətən müharibəsi şəhidi Nağıyev Əli Mehman oğlunun anım günü qeyd olunub

25 oktyabr   2021-cu il tarixdə  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının  Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin işçiləri, şöbə müdiri e/o polkovnik Adil Haqverdiyev,  baş  mütəxəssis Nəbi Hacıyev Bakı şəhəri Səbail    rayonunda yerləşən    91  saylı tam orta məktəbdə tədbirdə iştirak edib. Tədbir  44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş, “Vətən uğrunda” medalı ilə təltif olunmuş(ölümündən sonra) Nağıyev Əli Mehman oğlunun anım gününə həsr olunub.   Tədbirdə şəhidin atası Mehman müəllim, anası Lalə xanım, qardaşı Qahir, məktəbin şagird və müəllim kollektivi iştirak edib.   Tədbiri məktəbin direktoru Svetlana Zülfüqarova açıb . O, məktəbin məzunu şəhid Əli Nağıyevin məktəb illərində necə bir şagird olmasından, dərsə davamiyyətindən, yoldaşları ilə davranışından danışıb. Əli şəhidlik zirvəsinə yüksəlməklə təkcə valideynlərinin  övladı yox, bütün ata-anaların  övladına  çevrilib. Məktəb direktoru qeyd edib ki, şəhidlərin hər birini yaddaşlarda yaşatmaq bizim müqədəs vətəndaşlıq borcumuzdur.   Sonra  şagirdlər səhnəyə dəvət olunublar. Hərbi  formada səhnəyə çıxan şagirdlər hazırladıqları şer parçalarını söyləyiblər. Çıxış üçün söz Adil Haqverdiyevə verilib. O, ilk öncə  şəhidlərə Uca Allahdan rəhmət, qazilərimizə, döyüşçülərimizə cansağlığı arzulayıb: Mən bir müharibə veteranı kimi söyləyirəm, müharibə nəqədər çətin olsa da, mənim üçün şəhid analarının  gözlərinə baxmaq daha çətin idi. Mən bir daha siz valideynlərin qarşısında baş əyirəm, sizlərə “çox sağ olun” deyirəm ki, belə oğullar yetişdirdiz. 30 ilin həsrətindən sonra Qarabağda yüksələn üçrəngli bayrağımız tökülən qanların hesabına dalğalanır. Səhidlər ölməzdir, onlar əbədi yaşayacaq”.   Sonra Nəbi Hacıyev çıxış edib. Tədbirin sonunda xatirə şəkli çəkilib.

Hamısını oxu
Türkiyədən DAHA BİR DƏSTƏK: Partiyalar Fransa Senatına qarşı

Türkiyə Böyük Millət Məclisinin Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CHP), Milliyətçi Hərəkət Partiyası (MHP) və İYİ Partiyanın millət vəkillərinin qrup rəhbərləri Fransa Senatının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnaməni pisləyən birgə bəyanat yayıb. Publika.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Bəyanatda Türkiyə parlamenti və xalqının, Fransanın həm ölkələrinə, həm də Azərbaycana qarşı düşmən addımlarını nəzərə alacağı vurğulanır.

Hamısını oxu