Digər xəbərlər
Veteran.gov.az xəbər verir ki, Prezident İlham Əliyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanı 100 illik yubileyi münasibətilə təbrik edib. Təbrik məktubunda deyilir: “Hörmətli Fatma xanım, Əlamətdar yubileyiniz – anadan olmağınızın 100 illiyi münasibətilə Sizi ürəkdən təbrik edirəm. Siz şərəfli ömür yolu keçərək bütün həyat və fəaliyyətinizi doğma Vətəninizə xidmətə həsr etmiş, İkinci Dünya müharibəsi illərində yenilməz iradə və qətiyyət nümayiş etdirmisiniz. Cəbhəyə könüllü yollanaraq Leninqrad şəhərinin mühasirəsi zamanı və Moskva ətrafında gedən döyüşlərdə fəal iştirakınız fədakarlıq və şücaətin bariz nümunəsi idi. Xalqımızın məhz Sizin kimi yüz minlərlə mərd övladlarının cəsarəti, igidliyi, əzmkarlığı sayəsində Azərbaycanın adı faşizmə qarşı mübarizənin ön cərgəsində yer almış dövlətlər sırasındadır. Sonrakı dövrlərdə Siz ölkəmizin ictimai həyatında yaxından iştirak etmiş, gənclərin vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinə, layiqli vətəndaşlar kimi yetişməsinə töhfə vermisiniz. 44 günlük Vətən müharibəsi zamanı təmsil etdiyiniz Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı dövlətimizin, ordumuzun yanında olmuş, qazilərimizə, şəhid ailələrimizə mənəvi dəstək vermiş, diqqət və qayğı göstərmişdir. Hörmətli Fatma xanım, Sizin həyat və mübarizə yolunuz Vətənə, xalqa sədaqət və ləyaqətlə xidmət nümunəsi, gənclərə və gələcək nəsillərə örnəkdir. Belə bir xoş gündə Sizə bir daha ən səmimi təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik və fəaliyyətinizdə uğurlar arzulayıram”. Hörmətlə, İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 24 yanvar 2022-ci il
Hamısını oxu
29-30 iyun 2024 tarixləria rasında Baku Flame Towers, Fairmont hoteldə keçirilən Azərbaycan Rinoloqlarının II Beynəlxalq Konqresi keçirilmişdir. Konqresin əsas məqsədi otorinolarinqologiyada burun estetik əməliyyatları, o cümlədən burun ətrafı ciblərin endoskopik sinus cərrahiyyəsi sahəsində olan ən yeni nailiyyətləri müzakirə etmək, xüsusilə gənc nəsil həkimlərimizin inkişafına, elmi-praktik biliklərinin artırılmasına töhfə verməkdir. KonqresAzərbaycan Səhiyyə Nazirliyi Elmi Tibbi Şurası tərəfindən 20 DTT kredit balı ilə akkreditasiya olunmuşdur .“Rinologiyanın inkişafına Dəstək və Azərbaycan Otorinolaringologiya” cəmiyyətlərinin birgə həyata keçirdiyi Konqresin elmi proqramı Rinologiyanın müxtəlif problemlərinə həsr olunmuşdur. Beləki, Rinoplastika, Endoskopik Sinus Cərrahiyyəsi, buruna Dolğu Botoks prosedurlarının icrası, fəsadlaşmalar, fəsadlaşmalardan qaçınma yolları bütün incəliklərinə qədər ələ alınaraq müzakirə olunmuşdur. Konqresin 1 -ci günü panel və məruzələrdən, 2 -ci günü isə həm məruzə, həm də canlı cərrahiyyədən -Rinoplastika (ErenTaştan) və Endoskopik Sinus Cərrahiyyəsi (Babür Küçük, Süha Beton) üzrə masterklassdan ibarət olmuşdur. Konqresmizdə dünyaca məşhur Professor Eren Taştanilk dəfə Azərbaycanda RİNOPLASTİKA FƏLSƏFƏSİ VƏ CANLI CƏRRAHİYYƏ KURSU verib. O, Rinoplastika əməliyyatını bütün incəlikləri haqda çıxış etmiş və canlı əməliyyat, əməliyyat texnikaları əməliyyatxanadan birbaşa izlənmişdir.Azərbaycanın təcrübəli həkimləri, həm də Türkiyənin məhşur Universitet və klinikalarında tədris verən professor-müəllim heyəti tərəfindən həyata keçirilən konqresdə cərrah mütəxəssislər öz təcrübələrini, bilik və bacarıqlarını bölüşmüşlər. Dermatokosmetoloq İlker Yörük və patoloqanatom professor Selçuk Tunalı burunda təhlükəli zonalar, dolğu botoks fəsadlaşmaları və s. məqamları bütün detallarıyla anladaraq masterklass verib.
Hamısını oxu
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə mahnı həsr olunub. “Qalib sərkərdə” adlanan mahnının musiqisi bəstəkar Azad Zahidə, sözləri isə Abdulla Qurbaniyə məxsusdur. Əməkdar artist Ramil Qasımovun ifa etdiyi mahnıda Azərbaycanın II Qarabağ savaşında qazandığı qələbə və Ali Baş Komandanın Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən bəhs edilir. Əməkdar mədəniyyət işçisi Ülviyyə Könül “Qalib sərkərdə” üçün musiqi çarxı hazırlayıb. Musiqi çarxında Azərbaycan Ordusunun şücaəti, Ali Baş Komandanın çıxışları, Azərbaycan xalqına müraciəti yer alıb.
Hamısını oxu
İməclikdə minə yaxın insan iştirak edib Yazın gəlişi ilə əlaqədar aprelin 16-da Şəki Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə ümumşəhər iməciliyi keçirilib. Veteran.gov.az Azərtac-a istinadən məlumat verir ki, aksiyanın keçirilməsində məqsəd ölkəmizin turizm mərkəzlərindən olan qədim Şəki şəhərini təmiz saxlamaq və şəhər sakinlərini buna təşviq etməkdir. İməcilik zamanı şəhərin küçə və prospektlərində, meydanlarda, parkların ərazisində abadlıq və təmizlik işləri aparılıb. Yol kənarları səliqəyə salınıb, yaşıllıqlara, ağaclara aqrotexniki qaydada qulluq olunub. İməcilikdə şəhərdə fəaliyyət göstərən idarə və təşkilatların əmək kollektivləri yaxından iştirak ediblər. Ümumilikdə, aksiyaya minə yaxın insan cəlb olunub. Bu cür aksiyaların davamlı olaraq keçirilməsi nəzərdə tutulur.
Hamısını oxu