Digər xəbərlər
Yanvarın 21-də Bakı Hərbi Məhkəməsində Ermənistanın hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlərdə təqsirləndirilən Arayik Arutyunyan və digərlərinin açıq məhkəmə prosesi keçirilib. Saytımıza açıqlamasında məlum məhkəmə prosesinə toxunan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, separatçılarla bağlı keçirilən məhkəmə prosesinin həm hüquqi, həm də mənəvi baxımdan mühüm önəm kəsb etdiyini bildirib: “Separatçıların məhkəmə qarşısında dayanması hər şeydən öncə dövlətimizin gücündən və ədalətindən xəbər verir. Vaxtiylə Azərbaycan xalqına qarşı ağır hərbi cinayətlərə yol verən, insanlarımızın həyatına qəsd edən, dinc vətəndaşlara qarşı belə xüsusi amansızlıq sərgiləyən şəxslərin bu gün məhkəmə qarşısında dayanması göstərir ki, Azərbaycan dövləti ədaləti təmin etməyə, kimliyindən asılı olmayaraq xalqımıza qarşı cinayət törədənləri cəzalandırmağa qadirdir. Heç kimə sirr deyil ki, qondarma “Dağlığ Qarabağ respublikası”nın rəhbərləri 44 günlük Vətən müharibəsinə qədər özlərini toxunulmaz hesab edirdi. Onlar belə hesab edirdi ki, heç vaxt etdikləri cinayətlərə görə məsuliyyətə cəlb olunmayacaq, cəzasızlıq mühitində növbəti cinayətlərini həyata keçirəcəklər. Lakin Azərbaycan dövlətinin qətiyyəti və əzmi sayəsində onlar tutularaq məhkəmə qarşısına çıxarıldı və bununla da bütün dünya gördü ki, dövlətimizin təhlükəsizliyinə qəsd edən, onun ərazi büövlüyünü pozmağa çalışan, xalqımıza qarşı cinayət törədən heç kim məsuliyyətdən qaça, cəzadan qurtula bilməyəcək. Separatçılarla bağlı məhkəmə prosesində Azərbaycan dövlətinin ədalətini əks etdirən məqamlardan biri də ittiham olunan şəxslərin hüquqlarının yüksək səviyyədə qorunması, onların tərcüməçilər, vəkillər və s. ilə təmin edilməsidir. Məhkəmə prosesi açıq şəkildə keçirilir ki, bu da şəffaflığın təmin edilməsi, bütün dünyanın, eləcə də beynəlxalq ekspert və müşahidəçilərin bu prosesi rahat şəkildə izləməsi baxımından olduqca əhəmiyyətlidir. Bu fakt bir daha göstərir ki, xalqımız qarşısında törətdikləri cinayətlərin hədsiz ağırlığına baxmayaraq, rəsmi Bakı məhkəmə prosesinin beynəlxalq hüquq normaları çərçivəsində, şəffaf və ədalətli şəkildə keçirilməsini təmin edir. Dövlətimiz bununla yalnız separatçılara deyil, demokratiya, beynəlxalq hüquq, insan haqları adı altında insan hüquqlarını kütləvi şəkildə pozan, ağır cinayətlər törədən Fransa və bu qəbildən olan ermənipərəst dövlətlərə hüquq və insanlıq dərsi keçir. Rəsmi Bakı bununla bir kəs daha göstərir ki, Azərbaycan hüquq dövlətidir və kimliyindən, törətdiyi cinayətlərin ağırlığından asılı olmayaraq, hər kəsin məhkəmə qarşısında ədalətli mühakimə olunmaq hüququna hörmət edir, bu hüququ zərrə qədər də olsun pozmaq niyyətində deyil. Özünü “demokratiyanın beşiyi” hesab edən, insan hüquqlarının müdafiəsi adı altında insan hüquqlarına qəsd edən dövlətlər Azərbaycanın ədalətindən ibrət götürməli, sözdə deyil, əməldə insan hüquqlarına hörmət sərgiləməlidirlər”. Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar. Seymur ƏLİYEV
Hamısını oxu
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərinin tarixi məlum olub. Türkiyə KİV-lərinin məlumatına görə, səfər 9-10 dekabrda baş tutacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ayın 10-da Bakıda keçiriləcək Qələbə paradında iştirak edəcək. Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyə telekanalları məlumat yayıb. Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsindəki tarixi qələbəsi münasibətilə dekabrın 10-da Bakının Azadlıq meydanında Qələbə paradının keçiriləcəyi gözlənilir.
Hamısını oxu
Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən 2 nömrəli Şəhər Xəstəxanasında yaradılmış yeni Göz Mərkəzinin açılışı baş tutub. “Qafqazinfo” xəbər verir ki, açılış mərasimində TƏBİB-in İcraçı direktoru vəzifəsini müvəqqəti icra edən Anar İsrafilov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov, 2 saylı Sumqayıt Şəhər Xəstəxanasının baş həkimi Arzu Bəndəliyeva və Göz Mərkəzinin rəhbəri Leyla Qəhrəmanova iştirak ediblər. Mərkəzdə yaradılmış şərait barədə məlumat verən Elnur Azadxanov bildirib ki, yeni Göz Mərkəzi Sumqayıt şəhəri ilə yanaşı, Abşeron - Xızı regionu üzrə əhaliyə geniş spektrdə oftalmoloji xidmətlər təqdim edəcək. Qeyd olunub ki, Mərkəz dünyanın aparıcı istehsalçılarının müasir tibbi avadanlıqları ilə, o cümlədən OCT Angio, optik biometriya sistemləri və yüksək dəqiqlikli diaqnostika avadanlıqları ilə təchiz olunub. Mərkəzdə quraşdırılan angioqrafiya sistemi retina damar patologiyalarının erkən aşkarlanması və dəqiq qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir və bir çox hallarda görmənin qorunmasında həlledici rol oynayır. Bununla yanaşı, Mərkəzdə yüksək dəqiqlikli fakoemulsifikasiya cərrahiyyə sistemləri və müasir əməliyyat mikroskopları quraşdırılıb. Burada oftalmoloji xəstəliklərin müasir standartlara uyğun diaqnostikası, müalicəsi və yüksək texnologiya tələb edən mürəkkəb cərrahi prosedurların icrası mümkün olacaq. Mərkəzdə tor qişa xəstəlikləri, katarakta, qlaukoma, diabetik retinopatiya, makula patologiyaları və refraktiv qüsurlar üzrə geniş çeşiddə xidmətlərin göstərilməsi nəzərdə tutulur. Bildirilib ki, Mərkəzdə xaricdə təhsil almış və beynəlxalq təcrübəyə malik peşəkar həkimlər fəaliyyət göstərəcək. Burada 12-si həkim olmaqla, ümumilikdə 35 nəfər tibb və qeyri-tibb işçisi vətəndaşlara müasir tibbi yanaşmalar əsasında ambulator və stasionar xidmətlər göstərəcək. Qeyd edək ki, burada göstərilən tibbi xidmətlər icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara ödənişsiz əsaslarla təqdim olunur. Yeni Göz Mərkəzinin istifadəyə verilməsi regionda oftalmoloji xidmətlərin əlçatanlığını əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, vətəndaşların paytaxta üz tutmadan yüksək keyfiyyətli və mürəkkəb tibbi xidmətlərdən yararlanmasına geniş imkanlar yaradacaq.
Hamısını oxu22 noyabr 2016-cı ildə Respublika Veteranlar Təşkilatının inzibati binasında Respublika Veteranlar Təşkilatının VI Plenumu keçirilmişdir. Tədbir Azərbaycan Respublikası Dövlət himninin səslənməsi ilə başlanmışdır. Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatın sədr müavini, e/o polkovnik Cəlil Xəlilov açmışdır. C.Xəlilov Respublik Veteranlar Təşkilatının 2016-cı il üzrə Tədbirlər Planına və Rəyasət Heyətinin qərarlarına uyğun olaraq Təşkilatın ilin əvvəlindən bu günədək olan fəaliyyəti ilə əlaqədar VI Plenumun keçirilməsi məqsədi ilə toplaşdıqlarını, tədbirdə, RVT-nin şəhər və rayon təşkilatlarının sədrləri, İkinci Dünya, Qarabağ, Əfqanıstan müharibələri, əmək və Silahlı Qüvvələr veteranları, ziyalılar, media nümayəndələrinin iştirak etdikrlərini bildirmişdir. Çıxışlara başlamazdan əvvəl Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin, eləcə də Təşkilatın ötən plenumdan sonra dünyasını dəyişmiş Rəyasət Heyəti üzvlərinin xatirəsini 1 dəqiqəlik sükutla yad edilmişdir. Plenumda Respublika Veteranlar Təşkilatının bütün şəhər və rayon təşkilatlarından, RVT Rəyasət Hüyətinin üzvləri, Mərkəzi aparatın işçiləri, İkinci Dünya, Qarabağ müharibələri və Silahlı Qüvvələr veteranları olmaqla seçilmiş 118 nəfər üzvdən 103 nəfəri Plenumda iştirak etmişdir. Təşkilatın sədr müavini, e/o polkovnik Cəlil Xəlilov Plenumun gündələyini elan etmiş, sonra birinci məsələnin müzakirəsinə başlanılmışdır. Respublika Veteranlar Təşkilatının 2016-cı ilin 11 ayı ərzidəki fəaliyyəti ilə bağlı Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxaş məruzə ilə çıxış etmişdir. Sonra Respublika Veteranlar Təşkilatının illik fəaliyyəti bağlı məsələlərlə əlaqədar, məruzə ətrafında çıxışlara başlanılmış, ilk söz İkinci Dünya müharibəsi veteranı Fatma xanım Səttarovaya verilmişdir. Suraxanı rayon Veteranlar Təşkilatının sədri Eldar Rüstəmov, Şəki rayon Veteranlar Təşkilatının sədri Müstafa Əhmədov, Şamaxı rayon Veteranlar Vəşkilatının sədri Ağarza Bayramov, Təşkilatın Nəzarət-Təvtiş Komissiyasının sədri Cahangir Nəsirov, millət vəkili Xanhüseyn Kazımlı, Prezident Adminstrasiyasının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rasim Mirzəyev çıxış etmiş, Respublika Veteranlar Təşkilatının illik fəaliyyətini qənaətbəxş qiymətləndirmişlər. Sonra gündəliyin 2-ci məsələsi, RVT-nin 2017-ci ilə aid fəaliyyət planı barədə Təşkilatın sədr müavini, e/o polkovnik Cəlil Xəlilov qısaca məlumat çatdırmış, onun təsqdi olunması ilə bağlı təkliflər səsləndirilmişdir. Plan bəzi təkliflər nəzərə alınmaqla qəbul olunmuşdur. Plenum işini başa çatdırmışdır.
Hamısını oxu