Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Bu il Azərbaycanda 9 May qeyd olunacaqmı?

Rusiya Prezidenti Vladimir Putinin sərəncamı ilə Moskvada hərbi parad keçiriləcək. Parad Qırmızı Meydanda təşkil olunacaq. 

Kremlin mətbuat xidmətinin məlumatına görə, Böyük Vətən Müharibəsindəki qələbənin 77-ci ildönümünə həsr olunmuş paradın məşqi mayın 7-də, hərbi parad isə mayın 9-da keçiriləcək.

Paradda kimlərin iştirak edəcəyi, hansı ölkələrdən qonaqların təşrif buyuracağı hələlik məlum deyil. 

Rusiyanın Ukraynada apardığı müharibə ilə əlaqədar bir çox ölkələr bu addıma etirazla yanaşıb. Belə ki, Latviya parlamenti 9 may tarixini Ukraynada həlak olan şəxslərin anım günü elan edən qanun layihəsi qəbul edib. Layihəni Seymin 100 deputatından 61-i dəstəkləyib.

Qanun mayın 9-da Qələbə gününün qeyd olunmasını qadağan edir. Həmin gün dövlət və yerli özünüidarəetmə qurumları tərəfindən əyləncə və bayram tədbirləri keçirilməyəcək. Həmçinin kütləvi tədbirlərin təşkilinə də icazə verilməyəcək.

Digər keçmiş Sovet ölkələrində 9 may tarixinin hansı şəkildə qeyd olunacağı hələlik açıqlanmayıb.

 

Bəs, Azərbaycanda 9 may – Qələbə günü qeyd olunacaqmı?

 

Bu barədə Modern.az-a açıqlama verən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov 9 Mayla bağlı bəzi tədbirlərin keçiriləcəyini bildirib:

“Təbii ki, biz həmin tarixə hörmətlə yanaşırıq. Ona görə ki, 700 minə yaxın azərbaycanlı müharibədə iştirak edib. Onların yarısından çoxu geri qayıtmayıb. Bu tarixi günü ümummilli lider Heydər Əliyev hələ o zaman bayram kimi tanıyıb. 9 May bayramını həmişə qeyd edirik”.

“Tarixi faktları gənclərimizin yadına salırıq. Bizim babalarımız faşizmə qarşı necə mübarizə aparıb, necə qalib gəliblər, bunu bir daha xatırlayırıq. Onların abidələrini ziyarət edirik, gül qoyuruq. Müəyyən konfrans və tədbirlər keçiririk”, - deyə C.Xəlilov vurğulayıb.

Xatırladaq ki, bəşər tarixi özünün ən qanlı savaşını 1939-1941-ci illərdə yaşayıb. Xeyli insanın ölümünə səbəb olan müharibənin qalibi SSRİ olub. SSRİ-də birləşmiş xalqlar faşizm üzərində tarixi zəfər qazanıb. O xalqlar arasında azərbaycanlılar da xüsusi qəhrəmanlıq göstəriblər. 700 minə yaxın azərbaycanlı müharibə başlayan kimi cəbhəyə yollanıb. Berlində zəfər bayrağını sancan da məhz azərbaycanlı olub.

Qələbədə payı olmuş ölkələrdə hər il 9 may münasibətilə tədbirlər keçirilir, bu tarixdə müharibə iştirakçıları, onların keçdiyi zəfər yolu xatırlanır. Rusiyanın paytaxtı Moskvada isə 9 mayla bağlı hər il ənənəvi qələbə paradı təşkil olunur. Paradda bir sıra ölkələrdən gələn qonaqlar da iştirak edirlər. Bu il keçirilməsi nəzərdə tutulan qələbə paradının qrafiki hələlik bəlli deyil.

2022-04-08 11:16:00
1376 baxış

Digər xəbərlər

Bu gün Heydər Əliyevin doğum günüdür - 23 YAŞIN MÜBARƏK

Bu gün Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin nəvəsi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oğlu Heydər Əliyevin doğum günüdür. Prezident İlham Əliyevin oğlu Heydər Əliyevi 23 yaşı tamam olması münasibəti ilə Respublika Veteranlar Təşkilatının rəhbərliyi və çoxsaylı veteranlar adından səmimi qəlbdən təbrik edir, ona gələcək həyat və fəaliyyətində uğurlar diləyirik. Xatırladaq ki, Heydər İlham oğlu Əliyev 3 avqust 1997-ci  ildə Bakı şəhərində anadan olub. Orta məktəbi 2013-cü ildə bitirdikdən sonra Azərbaycan Diplomatiya Akademiyasına yüksək bal toplayaraq qəbul olan Heydər Əliyev “Beynəlxalq münasibətlər” ixtisası üzrə təhsil alıb.   Hörmətlə: Respublika Veteranlar Təşklatının sədri general-polkovnik  Tofiq Ağahüseynov

Hamısını oxu
Üçrəngli Bayraq – Zəfərin, Qürurun və Müstəqilliyin Əbədi Rəmzi

Noyabrın 9-u... Bu tarix Azərbaycan xalqının yaddaşına qürurun, milli heysiyyatın və dövlətçiliyin simvolu kimi əbədi həkk olunub. Hər il bu gün Vətənin səmasında dalğalanan üçrəngli bayrağımıza baxanda hər bir azərbaycanlının qəlbində vətən sevgisi, qürur və fəxarət hissi alovlanır. Çünki bu bayraq xalqımızın tarixi, azadlıq iradəsi və müstəqillik əzminin təntənəsidir. Bu bayraq Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı, azadlığımızın ilk müjdəçisi, milli kimliyimizin rəmzidir. 1918-ci il mayın 28-də Azərbaycan öz müstəqilliyini elan edərək Şərqdə ilk demokratik respublikanın təməlini qoydu. Bu, əsrlərlə davam edən mübarizənin, xalqımızın istiqlal arzularının möhtəşəm zəfəri idi. Cümhuriyyət dövründə demokratik islahatlarla yanaşı, dövlət rəmzləri – bayraq, gerb və himn qəbul edildi. İlk hökumət qərarına əsasən 1918-ci il iyunun 21-də Azərbaycan bayrağı qırmızı fonda ağ aypara və səkkizguşəli ulduzdan ibarət olmalı idi. Qırmızı rəng o zaman azadlıq və hürriyyət uğrunda tökülən qanların rəmzi idi. Lakin elə həmin ilin noyabrın 9-da Azərbaycan hökuməti ikinci qərarını qəbul etmiş və mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət milli bayraq elan edilmişdi. Bu qərarla qəbul edilən bayraq Əli bəy Hüseynzadənin “Türkçülük, İslamçılıq və Müasirlik” ideyalarının parlaq ifadəsinə çevrildi. Mavi – türklüyümüzü, yaşıl – mənsub olduğumuz İslam mədəniyyətini, qırmızı isə müasirliyə, azadlığa və tərəqqiyə yönəlmiş iradəmizi ifadə edir. Cümhuriyyət süqut etdikdən sonra bu bayraq endirilsə də, xalqın yaddaşından heç vaxt silinmədi. O, xalqın qəlbində gizli, amma diri bir ümid kimi yaşadı. Və 70 ildən sonra – 1990-cı il noyabrın 17-də Naxçıvanda Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayraq yenidən ucaldıldı. Daha sonra 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Soveti “Dövlət Bayrağı haqqında” Qanunu qəbul etdi və bu bayraq Azərbaycan Respublikasının dövlət rəmzi elan olundu. Həmin ilin oktyabrın 18-də isə Azərbaycan müstəqilliyini bərpa edərək Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən üçrəngli bayrağını qəbul etdi. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi milli inkişaf yolu bu gün Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına uyğun şəkildə qətiyyətlə və uğurla davam etdirilir. Azərbaycançılıq məfkurəsinin qorunması, milli ideologiyanın möhkəmləndirilməsi dövlət siyasətinin əsas dayaqlarından biridir. Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Dövlət Bayrağı Meydanının yaradılması, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında imzaladığı sərəncamlarla bu müqəddəs rəmzə olan ehtiramı daha da yüksəltdi. Hər il noyabrın 9-da xalqımız bu günü qürur və fəxarətlə qeyd edir. 2007-ci il dekabrın 30-da paytaxtın Bayıl sahilində Dövlət Bayrağı Meydanının təməli qoyuldu. 2010-cu il sentyabrın 1-də Prezident İlham Əliyevin iştirakı ilə bu möhtəşəm abidə-istirahət kompleksi istifadəyə verildi. 162 metr hündürlüyündə səmaya qalxan üçrəngli bayraq 35 metr enində, 70 metr uzunluğunda  Azərbaycanın qüdrətini, birliyini və müstəqilliyini əks etdirir. Dövlət başçısı açılış mərasimində demişdi: “Dövlət Bayrağı Meydanı ölkəmizin mədəniyyət və siyasi mərkəzinə çevriləcək. Bura baş çəkən hər kəs Azərbaycanın nəyə qadir olduğunu dərk edəcək.” 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi xalqımızın tarixi qələbəsi ilə nəticələndi. Bu gün o böyük zəfərin beşinci ildönümünü qeyd edərkən hər bir azərbaycanlı qürurla deyə bilər: “Bayrağımız öz doğma torpaqlarında, azad səmalarda dalğalanır.” Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında qalmış Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər və digər torpaqları azad etdi. Hər bir azad edilən şəhərdə, hər bir yüksəkliyin zirvəsində üçrəngli bayrağımız qaldırıldı. Unutmayaq: “Bayraqları bayraq edən üstündəki qandır, Torpaq uğrunda ölən varsa, Vətəndir!” Bu müqəddəs bayraq müstəqilliyimizin, milli varlığımızın və əbədi azad ruhumuzun rəmzidir. Onu qorumaq, ucalığını daim yaşatmaq hər bir azərbaycanlının müqəddəs borcudur. Çünki üçrəngli bayrağımız yalnız səmalarda deyil, həm də hər birimizin ürəyində, şəhidlərin qanı ilə yoğrulmuş Vətən sevgisində dalğalanır. Bu gün Azərbaycan xalqı fəxrlə deyir: Eşq olsun Azərbaycan Bayrağına! Eşq olsun Müzəffər Ordumuza! Eşq olsun Ali Baş Komandana! Cəlil Xəlilov      Azərbaycan Respublikası Müharibə, Əmək və   Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
Siyavuş Novruzov deputatları dövlətin yanında olmağa SƏSLƏDİ

“Milli Şura bildirib ki, karantin rejiminin uzanması onlara sərf edir. Onlar insanların taleyini düşünmür. Yalnız düşünürlər ki, insanlar narazı olsa, onların tərəfinə keçəcək”.Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin növbədənkənar iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.Deputat bildirib ki, pandemiyanın nə qədər çəkəcəyini heç kim bilmir:“Müəyyən məsələlərə toxunanda biz reallıqdan çıxış etməliyik. Biz bu gün dövlətin yanında olmalıyıq. Çünki karantin rejimi böyük dövlətləri çökdürüb”.

Hamısını oxu
“Onlar əsir götürülmüş azərbaycanlıları işgəncələrə məruz qoyub, qul kimi işlədib”

Azər Badamov: “Ermənilər buna görə beynəlxalq məhkəmələrdə cavab verməli olacaqlar”   Bu gün Beynəlxalq itkinlər günüdür. Məlumat üçün qeyd edək ki, Ermənistanın hərbi cinayətləri səbəbi ilə Birinci Qarabağ müharibəsi dönəmində 3890 nəfər soydaşımız itkin düşüb ki, bu günə qədər də onların taleyindən heç bir xəbər yoxdur.   Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Azər Badamov, Ermənistanın törətdiyi cinayətlərə görə cavab verəcəyini vurğulayıb:   “30 avqust Beynəlxalq itkilər günüdür. Bu günü 21 dekabr 2021-cı ildə BMT-nin Baş Məclisində təsis olunmuşdur.   İtkilərə ən çox məruz qalan ölkələrdən biri də Azərbaycandır. I Qarabağ müharibəsində 4 minə yaxın azərbaycanlı itkin düşmüşdür və onların taleyi haqqında heç bir məlumatımız yoxdur. Təbii ki, bu, erməni cinayətlərinin davamıdır. I Qarabağ müharibəsi dövründə təpədən dırnağa qədər silahlanmış ermənilər Azərbaycanın yaşayış məntəqələrinə hücumlar etmiş, əli silahsız dinc insanları işgəncələrlə qətlə yetirmiş və əsir götürülərək girovluqda saxlamaqdadır. Əsir götürülmüş azərbaycanlıları işgəncələrə məruz saxlamaqla qul kimi işlətmişdir. Təbii ki, bu, heç bir beynəlxalq konvensiyaya və hüquq normalarına uyğun gəlmir. Ermənistanın azərbaycanlılara qarşı törətdikləri bu soyqırımlar bəşər tarixinin böyük faciəsi idi. Buna görə də ermənilər beynəlxalq məhkəmlərdə cavab verməli olacaqlar.   Ermənilərdən fərqli olaraq, biz isə müharibəni mülki insanlara qarşı aparmadıq. Müharibəni müharibənin qanunlarına uyğun apardıq və bu gün də məhv etdiyimiz erməni leşlərinin ərazilərimizdə axtarılaraq geri aparılmasına şərait yaradırıq. Ermənilər isə bunun əksi olaraq törətdikləri cinayətləri ilə öyünüb fəxr edirdilər. Rəşadətli ordumuz bu günahsız qanların qisasını döyüş meydanında aldı. Amma hüquq müstəvisində cinayətkarlar cəzalanmalıdırlar. Necə ki, iki erməni cəlladını biz mühakimə elədik və cəzalandırdıq. Gələcəkdə azərbaycanlılara qarşı cinayətlərdə əli olmuş bütün ermənilərin araşdırılıb müəyyən olunaraq cəzalandırılması beynəlxalq məhkəmələrdə iddialar qaldırılacaqdır. Heç bir cinayəti cəzasız saxlamayacağıq. Sadəcə,  hər şeyin öz vaxtı var və biz o zamanın yetişməsini gözləyirik”.   Seymur ƏLİYEV

Hamısını oxu