Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Respublika Veteranlar Təşkilatında Heydər Əliyevin anadan olmasının 95 illlik yubileyi ilə bağlı tədbir keçirilmişdir.

04 may 2018-ci il tarixində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illlik yubileyi ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə ümummilli lider Heydər Əliyevlə birgə işləmiş, onun idarəçilik məktəbində yetişmiş dövlət orqanlarının keçmiş yüksək vəzifəli əməkdaşları, ölkənin tanınmış insanları, o cümlədən, Heydər Əliyev dövründə Prezidentin hərbi məsələlər üzrə köməkçisi olmuş general-polkovnik Tofiq Ağahüseynov, Sərhəd Qoşunlarının Komandanı olmuş, general-mayor İskəndər Allahverdiyev, Sərhəd Qoşunlarının Komandanının birinci müavini olmuş, general-leytenant İnayət Xəlilov, Neft Sənayesi naziri olmuş Kamil Akimov, Kənd Təsərrüfatı naziri olmuş Kamil Seyidov, Mərkəzi Komitənin əməkdaşı olmuş Aydın Əliyev, Kənd Təsərrüfatı Nazirinin müavini olmuş İmran Əbilov, Milli Məclisin deputatları olmuş Viktor Timoşenko, Bəhram Zahidov, RVT Rəyasət Heyətinin üzvü Musa Bağırov, Azərbaycan Respublikası Prezident Adminstrasiyası İctimai-siyasi şöbəsinin əməkdaşı Rasim Mirzəyev, ziyalılar, İkinci Dünya, Qarabağ, Əfqanıstan müharibələri, əmək və Silahlı Qüvvələr veteranları, gənclər, media nümayəndələri iştirak etmişlər. Tədbir başlamazdan əvvəl ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad olunmuşdur. Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov açaraq, sözü Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilova vermişdir. C.Xəlilov Heydər Əliyevin həyatı və fəaliyyəti barədə geniş məlumat verərək demişdir: “Bu gün biz burada Azərbaycanın dahi oğlu, böyük dövlət adamı və görkəmli siyasətçi, xalqımız qarşısında tarixi xidmətləri olan ulu öndər Heydər Əliyevin 95 illlik yubileyini etmək üçün toplaşmışıq. Heydər Əliyevin xatirəsi qədirbilən xalqımız tərəfindən daim əziz tutulur.  Hazırda ölkənin müxtəlif ərazilərində keçirilən silsilə tədbirlər bunu bir daha sübuta yetirir ki, vaxtılə səsləndirilmiş “Heydər – xalq, xalq – Heydər” tandemi əbədidir və bu iki məfhumun ayrılmazlığı zaman keçdikcə daha qabarıq şəkildə üzə çıxır. Heydər Əliyev zamanın fövqündə dayanan, illər keçdikcə dühası və əzəməti daha qüdrətli və parlaq şəkildə üzə çıxan nadir şəxsiyyətlərdəndir. Bu günədək Heydər Əliyev haqqında yazılan kitablar, çəkilən filmlər, neçə-neçə məşhur insanların dediyi fikirlər onun şəxsiyyətinin bütün çalarlarını əhatə edə, bu dahi şəxsiyyətin bütün məziyyətlərini tam aça bilməyib. Onlar ən yaxşı halda Heydər Əliyev şəxsiyyətinin bir neçə cəhətini ümumiləşdirməyə, yaxud həyatının müəyyən dövrü ilə bağlı həqiqətləri yenidən dəyərləndirib üzə çıxarmağa nail olublar. Bu isə gələcəkdə onun barəsində yeni-yeni kitabların yazılmasını, filmlər çəkilməsini zəruri edir. Heydər Əliyevi xalqın, dövlətin tarixində əbədi yaşadan ən mühüm cəhətlərdən biri, bəlkə də birincisi onun Azərbaycanın ən çətin zamanlarında idarəetmə sükanını inamla ələ alaraq xalqı və dövləti düşdüyü bəladan qurtarması, onu tarixi inkişafın yeni mərhələsinə çıxarmaq bacarığıdır. Tarixi yaradan, onun gedişini dəyişməyə qadir insan kimi Heydər Əliyev dünyanın ən böyük dövlət adamları olan Bismark, Atatürk, Adenaur və digərlər ilə bir sırada dayanır. Artıq Azərbaycan Respublikası öz dövlət müstəqilliyinin bərpasının 27-ci ilini yaşayır. Azərbaycan xalqının tarixi nailiyyətimiz olan Dövlət müstəqilliyinin bərpası yolunda hansı bəlalarla qarşılaşdığı hamınıza yaxşı məlumdur. Torpaqlarımıza təcavüz edən erməni daşnakları öz havadarlarının dəstəyi ilə Dağlıq Qarabağı Azərbaycandan qoparmağa çalışırdılar. Müstəqillik ideyasının geniş vüsət aldığı bir vaxtda Sovet İmperiyası Bakıda 20 Yanvar qırğını törətdi. Ulu öndər Heydər Əliyevin 20 Yanvar hadisələrinin ertəsi günü Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində keçirdiyi mətbuat konfransında 20 Yanvarda xalqımıza qarşı törədilən qanlı faciəyə siyasi qiymət verdi və bununla da xalqın müstəqillik uğrunda mübarizəsinə yeni təkan verdi. Azərbaycan daha böyük inad və inamla müstəqilliyə doğru irəlilədi və buna nail oldu. Ancaq müstəqillik əldə olunsa da, ölkədə daxili və xarici pozucu qüvvələrin fəallaşması, hakimiyyətə gəlmiş komandanın səriştəsizliyi və davam etməkdə olan erməni təcavüzü respublikada vəziyyətin gərginləşdirmişdi. Bəzi silahlı dəstələrin başıpozuq hərəkətləri, daxildə qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması bu gərginliyi daha da artırmışdı. 1993-сü ilin əvvəllərindən ayrı-ayrı bölgələrdə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması təhlükəsi ilə üzləşdirmişdi. 1993-cü ilin ortalarına doğru hakimiyyət böhranı daha kəskin xarakter alımış, Azərbaycanın müstəqilliyi üçün təhlükə yaranmışdı”. Cəlil Xəlilov daha sonra demişdir: “Azərbaycanın görkəmli oğlu böyük vətənpərvər Heydər Əliyev xalqın bu ağır günündə, şübhəsiz onun yanında olmalı idi. O, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib 1993-cü il iyunun 9-da Bakıya gəldi və bununla da daxili, xarici düşmənlərimizin bütün planları iflasa uğradı. Xilaskarlıq missiyasını öz üzərinə götürən ulu öndər vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını aldı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra "olum, ya ölüm" ayrıcında qalmış Azərbaycan gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrilmək yoluna qədəm qoydu”. Məruzəçi daha sonra Azərbaycanın bu gün siyasi, iqtisadi sahədə qazandığı böyük uğurlardan, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə regionun qüdrətli dövlətinə çevrilməsindən, dünyanın sürətlə inkişaf edən ölkələri sırasına çıxmasından danışmışdır. Tədbirdə general-polkovnik Tofiq Ağahüseynov çıxış edərək demişdir: Bugünkü çıxışlarda Heydər Əliyevin dövlət quruculuğunun müxtəlif sahələrindəki geniş fəaliyyətindən bəhs edildi, onunla bağlı olduqca maraqlı xatirələr danışıldı. Mənsə bu dahi şəxsiyyətin ordu quruculuğu istiqamətində gördüyü işləri yada salmaq istəyirəm. Bilirsiniz ki, sovet dövründə Azərbaycanın hərbi cəhətdən inkişafı məsələlərinə yumşaq desək soyuq yanaşılırdı. Azərbaycanlılar hərbi xidmətdə qeyri-döyüş istiqamətlərində, daha çox da tikinti sahəsində xidmət edirdilr. Heydər Əliyevə qədər Azərbaycanın heç bir rəhbəri də bu məsələlərə lazımi diqqət göstərmədiyindən bizdə hərbi mütəxəssislər son dərəcədə az idi. Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrdə, 1972-ci ildə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin təşkilinə nail oldu. O, azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasını da daim diqqət mərkəzində saxlayırdı. O dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin dövlət müstəqilliyin bərpasından sonra Silahlı Qüvvələrin formalaşmasında mühüm rolu oldu. Müstəqilliyin ilk illərində Azərbaycanın maliyyə imkanları o qədər də çox deyildi. Ancaq Heydər Əliyev həmin məhdud imkanlarla müasir ordu quruculuğu istiqamətində çox böyük işlər görülməsinə nail oldu. Azərbaycanın müasir ordusunun strukturu yaradıldı və sonrakı mərhələdə Möhtərəm prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin başçılığı altında bu işlər inamla və daha geniş miqyasda davam etdirildi. Azərbaycan ordusu ən müasir silahlar və texniki vasitələrlə təmin edildi. Bu gün bizim ordumuz regionun ən qüdrətli ordusu olmaqla, dünyanın 50 ən güclü və müasir ordusu sırasında yer alır. Bu çox böyük səylər və gərgin zəhmət nəticəsində mümkün olub və biz ölkənin müdafiə qüdrətinin indiki yüksək səviyyəsinə görə Heydər Əliyevə minnətdarıq. Bu gün ölkə rəhbəri tərəfindən uğurla davam etdirilən veteranlara qayğı və hərtərəfli diqqət siyasətinin əsası da Ulu öndər tərəfindən qoyulub və biz veteranlar bunu daim yüksək qiymətləndiririk. Heydər Əliyevin Azərbaycan dövləti və onun xalqı qarşısındakı tarixi xidmətləri gənc nəslə dolğunluğu ilə çatdırılmalı, onların bu dahi şəxsiyyətin əbdiyaşar iursinə sədaqət ruhunda yetişmələri üçün ardıcıl iş aparılmalıdır. Çünki bu irs Azərbaycanı daim qələbələrə aparmağa qadirdir. Daha sonra Azərbaycan Respublikası Prezident Adminstrasiyası İctimai-siyasi şöbəsinin əməkdaşı Rasim Mirzəyev, general-leytenant İnayət Xəlilov, RVT Rəyasət Heyətinin üzvləri Viktor Timoşenko, Bəhram Zahidov və Musa Bağırov, keçmiş nazirlər Kamil Akimov və Kamil Seyidov, Aydın Əliyev və başqaları çıxış etmiş, Ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini yada salmış, onuin Azərbaycan dövləti və xalqı qarşısındakı fəaliyyətindən danışmışlar. Sonda tədbir iştirakçıları görkəmli kinorejissor Vaqif Mustafayevin Heydər Əliyev haqqında çəkdiyi 5-ci televiziya filminin qısa variantına tamaşa etmişlər.

2018-05-04 00:00:00
4296 baxış

Digər xəbərlər

Bərdəyə atılan raket erməni faşızmin təzahürlərindən biridir.

Ermənistan silahlı qüvvələrinin bu gün axşam saatlarında Bərdə şəhərinə etdiyi qanlı hücumda biri 2 yaşında olmaqla, dörd mülki insan həyatını itirib, 13 nəfər yaralanıb.İşğal etdiyi Azərbaycan torpaqlarında məğlubiyyətlə üzləşən Ermənistanın bu qanlı hücumlarına beynəlxalq təşkilatlar və onların havadarları səssizlik nümayiş etdirməktədir. Bütün dünya bilməlidir ki, Bərdəyə atılan raket erməni faşızmin təzahürlərindən biridir. Hər bir vicdanlı insan Ermənistanın bu qeyri-insani hücumunu qətiyyətlə pisləməlidir, vicdanı və məsuliyyəti olan ölkələri Ermənistanın davam etdirdiyi müharibə cinayətlərini dayandırmağa çağırırıq. 26 oktyabrda elan edilən atəşkəsə baxmayaraq, Ermənistanın Azərbaycandakı münaqişə zonası xaricindəki mülki yaşayış məntəqələrinə qarşı davam etdiyi bütün ümumbəşəri və mənəvi dəyərləri tapdayan hücumları heç bir halda qəbul edilə bilməz. Hər kəs bilməlidir ki, bizim savaş xalqın iradəsidir və Azərbaycan xalqı Prezidentinin, cənab İlham Əliyevin yanındadır! Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov şəxsən öz adından və çoxsaylı veteranlar adından qanlı cinayətin qurbanı olan vətəndaşlarımıza Allahdan rəhmət, yaralananlara şəfa diləyir. QARABAĞ AZƏRBAYCANDIR!

Hamısını oxu
Salyan rayon Kürqaraqaşlı kənd tam orta məktəbində “Gələcəyimizə çıraq ol” layihəsi gerçəkləşib

Xalqımızın Ümummilli lideri, bu il anadan olmasının 100 illiyini qeyd etdiyimiz dahi şəxsiyyət Heydər Əliyevin təməlini qoyduğu və bu gün onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial siyasətdə uşaqların sağlam böyüməsi, onların baxımsızlığı hallarının aradan qaldırılması, valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud, məcburi köçkün ailələrdən olan uşaqların sosial müdafiəsinin təmin edilməsi prinsipləri dövlətin qəbul etdiyi sosialyönümlü proqramlarda xüsusi yer tutur və bu gün müstəqil Azərbaycanın uşaqları dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən xüsusi diqqət və qayğı ilə tam əhatə olunmuşdur. Müəllim Jalə Qurbanlı və Bakı Xoreoqrafiya Akademiyasının müəllimi Aygül Qurbanova tərəfindən təşkil olunmuş “Gələcəyimizə Çıraq ol” layihəsinin təşkil olunduğu növbəti ünvan Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsinin dəstəyi ilə Salyan rayon Kürqaraqaşlı kənd tam orta məktəbi olmuşdur. 05 mart 2023-cü il tarixdə həmin məktəbdə 70-dən yuxarı aşağı sinif şagirdləri üçün müxtəlif master-klasslar həyata keçirilməklə təşkil olunmuş layihənin məqsədi məktəblilərin yaddaşlarında xoş iz buraxmaq, onların asudə vaxtının səmərəli keçirilməsi, kiçik motorik bacarıqlarının inkişaf etdirilməsi, estetik zövqünün formalaşması, yaradıcılıq qabiliyyətlərinin inkişafına az da olsa, yardım etmək olmuşdur. Belə ki, “AzeRobot Education” Robototexnika tədris mərkəzinin rəhbəri İmamir Mirzoyevanın yaxından dəstəyi ilə həmin tədris mərkəzinin mentorları Murad Hüseynov və İbrahim İbrahimlinin təşkil etdiyi robototexnika master klassları uşaqların istedadlarının üzə çıxarılması və təlim zamanı yiyələndikləri bacarıqların praktiki tətbiq edilməsi sayəsində uşaqlar müxtəlif robotlar hazırlayaraq və həmin robotlarla yarışaraq səmərəli zaman keçirmişlər. Bundan başqa, Bakı Xoreoqrafiya Akademiyasının Tədris işləri üzrə prorektoru, rektor əvəzi Nailə Məmməd-zadə və Akademiyanın orta ixtisas təhsili pilləsinin direktoru Tahir Eynullayevin dəstəyi ilə BXA-nın bir qrup müəllimi və tələbələri Nihad Hüseynzadə, Səma Əzməmmədzadə rəqsin incəliklərini uşaqlara öyrədərək, estetik zövqlərinin formalaşmasına köməklik göstərmişdir. Eyni zamanda, Teatral Studiya Uşaq Aktyorluq Akademiyasının bədii rəhbəri Səbinə Məmmədzadənin dəstəyi ilə Teatral Studiya aktyorları uşaqlara maraqlı səhnəciklər və eləcə də, aktyorluq sənətinə dair master klass təşkil etmişdirlər. Layihədə iştirak edən uşaqlara sertifikatlar və hədiyyələr təqdim olunmuş, xatirə fotoşəkilləri çəkilmişdir.

Hamısını oxu
““YAŞAT” Fondunun fəaliyyəti dövlətin veteranlara, şəhid ailələrinə olan diqqətinin bariz göstərcisidir”

Azər Badamov: “Dövlətimiz vətən uğrunda canından keçmiş igid oğullarını unutmur və unutmayacaq”   Məlum olduğu kimi, dövlətimiz istər YAŞAT Fondu, istər icra hakimiyyətləri, istər nazirliklər, istərsə də digər strukturlkar vasitəsi ilə veteranların, qazilərin, şəhid ailələrinin problemini diqqətdə saxlayır, onları hər cür qayğı ilə əhatə edir.   Veteran.gov.az-a açıqlamasında dövlətin veteranlara, şəhid ailələrinə olan qayğısını yüksək qiymətləndirən millət vəkili Azər Badamov, Azərbaycanın bu sahədəki təcrübəsinin digər dövlətlərə örnək olduğunu vurğuladı:   “Bu gün şəhid ailələri, qazilər və veteranlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. II Qarabağ müharibəsindən sonra bu kateqoriyadan olan insanlara diqqət daha da artıb. İcra Hakimiyyətlərində bu sahə ilə məşğul olmaq üçün xüsusi şöbələr yaradılıb və bu şöbələrdə vətən uğrunda döyüşlərdə şücayət göstərmiş gənclər işlə təmin olunub. Bu şöbələr şəhid ailələrinin və müharibə iştirakçıların birbaşa müraciət edə biləcəyi ünvan olacaq.   Bütün nazirliklərdə, dövlət idarə və müəssisələrdə Vətən müharibəsi iştirakçılarına hörmətlə yanaşılır, onların müraciətlərinə dərhal baxılır. Ölkə başçımızın fərmanı ilə yaradılmış “YAŞAT” Fondu hər bir şəhid ailəsinə getmiş, onların məişət-sosial problemləri ilə maraqlanmışdır. O cümlədən, müharibədə sağlamlıqlarını itirmiş gənclərimizi də “YAŞAT” Fondu diqqət mərkəzində saxlayır, onların müalicəsi və reabilitasiya məslələrini həll edir. Dövlətimiz şəhid ailələri və qazilərimizin evlərlə təminatı üçün xüsusi proqram icra edir və 2025 - ci ilə qədər mənzilə ehtiyacı olan bütün ailələr evlə təmin olunacaqdır.   Azərbaycanda şəhid ailələrinə və qazilərə olan dövlət qayğısı və diqqət dünyanın bir çox ölkələri üçün nümunədir. Düşünürəm ki, bir çox ölkələr Azərbaycanın bu sahədəki təcrübəni öyrənəcəklər. Dövlətimiz vətən uğrunda öz  canından keçmiş igid oğullarını heç vaxt unutmur və onların qəhrəmanlıqlarını həmişə də yüksək dəyərləndirəcək”.   Seymur ƏLİYEV

Hamısını oxu
Bakıda Zəfər atəşfəşanlığı

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda 44 günlük Vətən Müharibəsinin məntiqi yekunu olan Zəfər paradı keçirilib. Paraddan sonra xalqımızın qələbə sevincini əks etdirən atəşfəşanlıq keçirilib. Baku TV həmin görüntüləri təqdim edir:

Hamısını oxu