Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ümummili lider Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar Tyan-Şanın və Elbrusun zirvələrinə ekspedisiyalar təşkil olunub

Ümummili lider Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar Tyan-Şanın və Elbrusun zirvələrinə ekspedisiyalar təşkil olunub Rusiya Federasiyası "Qələbənin varisləri" beynəlxalq İttifaqının Qırğızıstan Respublikasındakı nümayəndiliyinin dəstəyi ilə 10 aprel 2018-ci il tarixdə veteran təşkilat əməkdaşlarının Tyan-Şan dağının Qırğızıstan ərazisində yerləşən “Müəllim zirvəsi”nə ekspedisiya təşkil edilmişdir. Ekspedisiya iştirakçıları 17 aprel 2018-ci il tarixdə Ümummili lider Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar 4530 metr hündürlükdə yerləşən zirvəyə qalxaraq həmin zirvəyə üzərində Heydər Əliyevin şəkli təsvir edilmiş bayraq sancmışlar. “Qələbənin varisləri” beynəlxalq İttifaqının növbəti ekspedisiyası isə yaxın vaxtlarda Elbrus dağının hündür zirvələrindən birinə planlaşdırılır. “Qələbənin varisləri” beynəlxalq İttifaqının bu ekspedisiyaya qoşulan iştirakçılarının məqsədi veteranların Azərbaycanın ümummili lideri Heydər Əliyevə olan hörmət və diqqətinin beynəlxalq aləmdə bir daha nümayiş etdirilməsidir. Elbrus yürüşünün Ümummili liderin 95 illik yubileyi gününə qədər başa çatması nəzərdə tutulur.

2018-05-07 00:00:00
3829 baxış

Digər xəbərlər

Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin doğum günüdür. O, 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qazyan kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib. Milli Qəhrəmanımız Yunan-Roma güləşi üzrə dəfələrlə respublika, ümumittifaq və beynəlxalq yarışların qalibi olub. Onun rəhbərliyi ilə yetişmiş səkkiz nəfər respublika və SSRİ çempionu olub, 10-dan çox idman ustası, beynəlxalq turnirlərin qalibləri, Heydər Məmmədəliyev isə güləş üzrə dünya çempionu olub. Qarabağ müharibəsi başlayanda Əliyar Əliyev könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin sırasına qoşulub. Əvvəlcə taborun kəşfiyyat bölməsinin komandiri, sonra tabor komandirinin təchizat üzrə müavini təyin edilib. 1992-ci il sentyabrın 30-da Laçın rayonu istiqamətində döyüşə rəhbərlik edib. O, həmin ilin payızında 40 könüllü döyüşçü ilə birlikdə işğal altındakı Laçının 40-a qədər kəndini dörd gün ərzində ermənilərdən azad edib. Milli Qəhrəmanın son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub. “Tikanlı zəmi” yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak olublar. O, Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunub.

Hamısını oxu
Уважаемый Джалил Маликович

Поздравляю с Днём Победы Азербайджанской Республики!Позвольте выразить уважение уровню патриотизма, слаженности действий и профессионализма сотрудников государственных и общественных организаций дружественного Азербайджана в разрешении многолетней болевой проблемы и уверенном отстаивании национальных интересов. Именно опора на национальные интересы открывает перспективы ответственного, уважительного и взаиморазвивающего взаимодействия в этом турбулентном мире, закладывая основы и ценности для дружбы наших следующих поколений!

Hamısını oxu
“27 sentyabr həm Anım Günü, həm də milli qürur və özünütəsdiq günüdür”

Afət Həsənova: “Bu gün bir xalq olaraq sübut etdik ki, tariximizi və taleyimizi istədiyimiz kimi yazmağa qadirik” Bu gün 27 sentyabr – Anım Günüdür. Düz 3 il bundan öncə başlayan Vətən müharibəsi nəticəsində Azərbaycan xalqı erməni işğalındakı torpaqlarını azad etmiş, bir qərinəyə yaxındır ki, davam edən işğal faktına son qoymuşdur. Habelə, 44 günlük müharibədə 3 minə yaxın Azərbaycan oğlu düşmənlə mübarizədə qəhrəmancasına şəhid olub, öz fədakarlıqları ilə böyük zəfəri təmin edib. Moderator.az olaraq millət vəkili Afət Həsənova ilə söhbətimizdə Vətən müharibəsi və bu müharibənin tarixi önəmini, milli və qlobal əhəmiyyətini şərh etməyə çalışdıq: -Afət xanım, bu gün Anım Günü olaraq respublikamızın hər yerində həm kədər, həm də qürur hissi ilə qeyd olunur. İlk öncə bu günün mənəvi-tarixi əhəmiyyəti ilə bağlı düşüncənizi bilmək istərdik. -27 sentyabr həm Anım Günü, həm də milli qürur  və özünütəsdiq günüdür. Çünki bu gün Vətən müharibəsinin ilk şəhdilərini verməklə yanaşı, həm də böyük qələbəyə doğru  ilk addım atmışıq. Biz 27 sentyabr tarixində bütün dünyaya sübut etmişik ki, Azərbaycan xalqı bütün təzyiq və basqılara rəğmən heç vaxt torpaqlarının işğal altında qalması faktı ilə braışmayacaq və haqqını bərpa etmək üçün heç bir fədakarlıqdan çəkinməyəcək. 27 sentyabrın mənəvi əhəmiyyəti olduqca böyükdür. Düz 3 il öncə bu tarixi gündə Azərbaycan Ordusu, Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşmənlə ölüm-dirim mübarizəsinə atıldı. Öz ordusu və sərkərdəsi ətrafında sıx birləşən xalqımız cəmi 44 gün ərzində düşməni darmadağın edərək onu əzəli torpaqlarından qovdu. Vətən müharibəsi sübut etdi ki, Azərbaycan xalqı həqiqətən də böyük və yenilməzdir. Bu gün bir xalq olaraq sübut etdik ki, tariximizi və taleyimizi istədiyimiz kimi yazmağa qadirik. 27 sentyabrın tarixi baxımından da çox böyük əhəmiyyəti var. Bu tarix yalnız Azərbaycanın deyil, bütün türk dünyasının, İslam aləminin, demokratik dünyanın tarixinə qızıl hərflərlə yazılıb. Çünki  Azərbaycan 27 sentyabr tarixindən 10 noyabr tarixinə qədər işğaldakı torpaqlarını azad etməklə yanaşı, türk və islam dünyasının qürurunu da hifz etdi. Azərbaycan Ordusu tarixi torpaqları ilə yanaşı, türk-islam mədəniyyətinin qiymətli nümunlərini – məscidləri, dini və tarixi abidələri, mədəniyyət nümunlərini erməni işğalından azad etdi. Bununla da ölkəmiz ümumilikdə türk-islam dünyası adına çox böyük uğura imza atdı. -Vətən müharibəsi Azərbaycan xalqının, Azərbaycan gənclyinin malik olduğu hansı mənəvi dəyərləri üzə çıxardı? -Müharibə hər şeydən öncə Azərbaycan gəncliyinin vətən eşqini, vətən sevgisini üzə çıxardı. 44 günlük Vətən müahribəsi sübut etdi ki, Azərbaycan gəncliyinin vətənpərvərlik tərbiyəsi yüksək səviyyədədir. Müharibə göstərdi ki, Azərbaycan gəncliyi nəinki milli şüuruna, milli tarixinə, mili ənənələrə sadiqdir, o, həm də bütün bu dəyərlərdən qələbə üçün mənəvi güc mənbəyi kimi istifadə etməyi bacarır. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, məhz vətən eşqi – gəncliyimizin malik olduğu mənəvi dəyərlər 44 günlük Vətən müharibəsində qələbəmizi təmin edən əsas amil oldu. Şübhəsiz, Azərbaycan Silahlı Qüvvələri öz yüksək texniki təchizatı, döyüş hazırlığı, peşəkarlığı ilə işğalçı Ermənistan ordusundan qat-qat yüksək səviyyədə idi. Ordumuzun müharibə öncəsi dünyanın 50 ən güclü ordusu sırasında qərarlaşması da bu gerçəyi əks etdirirdi. Lakin əminliklə demək olar ki, Vətən müharibəsində ordumuzun işğalçılara qarşı ən effektiv silahı məzh Vətən sevgisi, Vətənə sonsuz sədaqət hissi oldu. Məhz bu sevgi, bu sədaqət sayəsində əsgərlərimiz ən keçilməz sədləri keçərək qələbəyə imza atdılar. Xatırladım ki, Prezidentimizin İlham Əliyev də öz çıxışlarında Azərbaycan gəncliyinin vətən sevgisindən məmnunluqla bəhs etmiş, böyük zəfərin əldə edilməsində bu amilin rolunun həlledici olduğunu vurğulamışdı. Düşmən ordusundan 12 min nəfərin fərarilik etdiyi bir halda, Azərbaycan Silahlı Qüvvələrindən bir nəfərin belə öz döyüş övqeyini tərk etməməsi də məhz bu sevginin təzahürü idi. -Afət xanım, istənilən müharibənin taleyinə ən çox təsir göstərən amillərdən biri, bəlkə də birincisi sərkərdə faktorudur. Hansı ki, biz bunu 44 günlük Vətən müharibəsinin gedişində bir daha aydın gördük. -Tamamilə haqlısınız. Vətən müharibəsi Prezident İlham Əliyevin hərbi dühasını, sərkərdəlik bacarığını bütün əzəməti ilə ortaya çıxardı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri cəmi 44 gün ərzində mürəkkəb relyefə malik ərazilərdə düşməni məğlub edərək onu kapitulyasiya sazişi imzalamağa məcbur etdi. Prezident İlham Əliyev hərbi uğurları ilə hər kəsə sübut etdi ki, o, diplomatik müstəvidə olduğu kimi, hərbi müstəvidə də əsl peşəkardır və Ermənistanın bu mübarizədə heç bir şansı yoxdur. Onu da qeyd edim ki, dövlət başçısı müharibə dönəmində erməni faşizminə qarşı  hərbi müstəvidə olduğu kimi, diplomatik və informasiya müstəvisində də uğurla mübarizə apardı. Müharibənin gedişatında Azərbaycan Przidenti dünyanın ən məşhur onlarla media orqanına geniş müsahibələr verdi ki, bu müsahibələrin hər birində Ermənistan hakimiyyəti, onun işğalçılıq siaysəti təkzibedilməz arqumentlərlə ifşa edilirdi. İlham Əliyev bu müsahibələrlə bütün dünyaya göstərdi ki, Azərbaycan məlum mübarizədə haqlı tərəfdir və Ermənistanın ölkəmiz əleyhinə səsləndirdiyi bütün iddialar cəfəngiyyatdan başqa bir şey deyil. -Qələbənin əldə edilməsində nizam-intizamın, qanunçuluq şüurunun, vətənə bağlılığın mühüm rol oynadığı inkaredilməzdir. Bu baxımdan Azərbaycan Silahlı Qüvvələrində intizamın güclənməsi və qanunçuluğun möhkəmlənməsi istiqamətində mütəmadi iş aparan Hərbi Prokurorluğun 8 Noyabr zəfərindəki rolunu necə qiymətləndirirsiniz?  -Hər şeydən əvvəl unutmamalıyıq ki, bu zəfər xalq və dövlət olaraq hamımızın birliyi sayəsində mümkün olub. Xalqımızın hər bir fərdinin Ali Baş Komandanımızn, ordumuzun yanında yer alması 8 Noyabr zəfərini təmin etmiş oldu.   Aydındır ki, hər bir orduda möhkəm nizam-intizamın mövcudluğu olduqca vacibdir. Bunsuz qələbə əldə etmək, düşməni məğlub etmək mümkün deyil. Bu baxımdan Hərbi Prokruluğun orduda nizam-intizamın güclənməsi baxımından gördüyü işlər mühüm əhəmiyyətə malikdir. Hərbi Prokurorluq tərəfindən hərbi hissələrdə keçrilən görüşlər, hərbçilərlə aparılan maarifləndirici söhbətlər, onlara qanunçuluqla yanaşı, həm də Ulu öndər irsindən, Ümummilli liderin  vətənə olan sevgisindən bəhs edilməsi sadəcə nizam-intizamın möhkəmlənməsini təmin etməmiş, həm də hərbçilərin mənəvi-psixoloji əhval-ruhiyyəsinin də yaxşılaşmasına öz töhfəsini vermişdir. Bu baxımdan şübhəsiz ki, 8 Noyabr zəfərinin əldə edilməsində Azərbaycan Silahlı Qüvvələri ilə yanaşı, qanunçuluğun keşiyində duran Hərbi Prokurorluğun, eləcə də digər dövlət qurumlarının da mühüm rolu var. -Afər xanım, ölkəmizdə şəhid ailələri, müharibə əlilləri, qazi və veteranlar hər zaman dövlətimizinn mütəmadi diqqəti altında olub, dövlət rəhbərliyinin qayğısını hiss edib. Sizcə şəhid ailələrinə, qazilərə olan bu münasibət onların sosial rifahını yüksəltməklə yanaşı, bu qayğıya şahid olan cəmiyyətə, xüsusilə də gənclərə hansı mətnaltı mesajlar verir? -Azərbaycanda şəhid ailələrinə, veteranlara hər zaman yüksək diqqət və qayğının göstərildiyi bir həqiqətdir. Bu gün dünyada elə bir ölkə tapılmaz ki, vətənin müdafiəsində dayanan insanlara, onların ailəsinə bunca qayğı göstərsin. Bu, heç şübhəsiz Prezident İlham Əliyevin, hörmətli I Vitse-prezident Mehriban Əliyevanın şəhidlərə, qazilər verdiyi yüksək qiymətdən xəbər verir. Bu qayğı onu göstərir ki, Azərbaycan dövləti üçün onun keşiyində dayanan, xalqın təhlükəsizliyini təmin edən, bunun üçün öz canını fəda edən insanlar hər şeydən qiymətlidir. Təbii, dövlətimizin şəhid ailəlrinə, qaizlərə göstərdiyi diqqət və qayğı gənclərimiz üçün də bir mesajdır. Baş verənlərə şahid olan ölkə gəncliyi bundan özü üçün lazımı nəticələr çıxardır. Dövlətin vətənin müdafiəçilərinə, onların ailələrinə olan münasibətinə şahidlik edən gənclər hər şeydən öncə vətəni qorumağın necə böyük, müqəddəs bir iş olduğunu anlayırlar. Onlar başa düşürlər ki, vətənin, dövlətin və xalqın təhlükəsizliyi hər şeydən – bütün maarq və mənafelərdən önəmlidir. Bu qavrayış onlarda milli şüurun daha da inkişaf etməsinə, vətənpərvərlik tərbiyəsinin güclənməsinə səbəb olur.  Gəcnlər anlayırlar ki, onlar bu vətənin, bu torpağın, bu xalqın bir parçalarıdırlar və sabah zərurət yarananda onlar da öz atalarının, babalaırnın göstərdiyi qəhrəmanlıqları təkrarlamalıdırlar. Bu baxımdan dövlətimizin şəhid ailələri və veteranlarla bağlı siyasətindən gənclərimizin çox böyük dərsər çıxardığı şübhəsizdir. Onu da qeyd edim ki, ölkəmizdə gənclərə də dövlətimiz tərəfindən çox böyak qayğı göstərilir. Gənclər bizim sabahımız, gələcəyimizin qəhrəmanlarıdır və dövlətimiz də onlarla məhz bu şəkildə davranır. Seymur ƏLİYEV  

Hamısını oxu
“Vətən uğrunda” medalı ilə təltif edilən qəhrəman: Məhəmmədəli Ələkbərov!

Məhəmmədəli Bayram oğlu Ələkbərov 1990-cı ilin oktyabrın 15-də Ağstafa rayonunun Poylu kəndində anadan olub.    Azərbaycan Ordusunun giziri olan Məhəmmədəli Ələkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda aparılan Vətən müharibəsində iştirak edib. Cəsur döyüşçü oktyabrın 21-də Zəngilan döyüşləri zamanı şəhid olub, Ağstafa rayonunun Poylu kəndində  dəfn olunub.   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmmədəli Ələkbərov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.   Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə ölkə başçısnın 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmmədəli Ələkbərov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.   Ailəli və 2 qız atası idi.

Hamısını oxu