Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Selçuk Bayraktara Azərbaycan Texniki Universitetinin fəxri doktroru adı verilib

Veteran.gov.az xəbər verir ki, mayın 25-də “Baykar” şirkətinin texnoloji lideri, “Teknoloji Takımı Vakfı”nın (T3 Vakfı) Qəyyumlar Şurasının sədri, “Qarabağ”ordenli Selçuk Bayraktara Azərbaycan Texniki Universitetinin (AzTU) fəxri doktoru adının verilməsi mərasimi keçirilib. Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı, hər iki ölkənin müxtəlif nazirliklərinin rəhbər şəxsləri, universitetin professor-müəllim heyəti və tələbələri iştirak edib.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov Selçuk Bayraktarı AzTU-da görməkdən məmnunluğunu ifadə edib. Bildirib ki, şəxsin inkişafı onun mükəmməl elmə və təhsilə yiyələnməsi ilə birbaşa bağlıdır. Bu mənada  Bayraktarı bütün dünyaya tanıdan onun mükəmməl elmə, təhsilə yiyələnməsi olub. Azərbaycanda müdafiə sənayesinin inkişafına göstərilən diqqətdən danışan nazir müavini qeyd edib ki, bu istiqamətdə yüksəkixtisaslı kadr hazırlığının aparılması da mühüm şərtlərdəndir. O qeyd edib ki, hazırda AzTU regionda müdafiə sənayesi üzrə kadr hazırlayan yeganə universitetdir. Firudin Qurbanov son illər AzTU-nun Türkiyənin aparıcı universitetləri, tədqiqat və innovasiya mərkəzləri ilə əməkdaşlıq əlaqələrini yüksək səviyyədə inkişaf etdirdiyini də diqqətə çatdırıb.

Sonra AzTU-nun fəxri qonağı Selçuk Bayraktar tələbələrlə görüşüb. Müdafiə sənayesinin inkişafının ölkə üçün əhmiyyətini vurğulayan Bayraktar müəllifi olduğu müasir texnologiyalar, eyni zamanda hazırda Türkiyənin ilk uçan avtomobili olan “CEZERİ”, Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi olacaq Bayraktar Kızılelma (MİUS) layihələri və üzərində çalışdığı yeni tədqiqat işləri barədə tələbələrə məlumat verib.

Daha sonra Selçuk Bayraktara Azərbaycan Texniki Universitetin fəxri doktoru adının verilməsi mərasimi keçirilib. Fəxri doktor diplomunu qonağa AzTU-nun rektoru, professor Vilayət Vəliyev təqdim edib.

Rektor qeyd edib ki, Selçuk Bayraktar AzTU-nun fəxri doktorları arasında ən gəncidir. Vilayət Vəliyev Selçuk Bayraktarın rəqəmsal platformada texnoloji gələcək üçün apardığı araşdırmalar, elm və texnologiyanın inkişafına verdiyi əvəzsiz töhfələri xüsusi qeyd edib və AzTU-nun tələbələri ilə görüşdüyü üçün ona təşəkkür edib.

Qeyd edək ki, bu günə qədər 15 nəfərə AzTU-nun fəxri doktoru adı verilib, onlardan biri də Selçuk Bayraktardır. 

Selçuk Bayraktara AzTU-nun fəxri doktoru adı onun rəqəmsal platformada texnoloji gələcək üçün apardığı araşdırmalar, verdiyi ideyalar və ağıllı həllər nəticəsində elm və texnologiyanın inkişafına əvəzsiz töhfələrinə, Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın ən yüksək səviyyəyə çatdırılmasındakı dəstəyinə, Azərbaycanda gənc mühəndis kadrların hazırlanmasına və texnoloji innovasiyaların öyrənilməsinin kütləviləşməsinə verdiyi müstəsna xidmətlərinə görə təqdim edilib. 

Tədbirdən sonra Selçuk Bayraktar universitetin foyesində “TEKNOFEST Azərbaycanda”iştirak edəcək AzTU komandalarının əl işlərindən ibarət sərgiyə və rəsm sərgisinə baxıb.

Sonda xatirə şəkli çəkdirilib.

 

2022-05-26 08:44:00
1136 baxış

Digər xəbərlər

İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik etdi

Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasına təbrik məktubu ünvanlayıb. Publika.az-ın məlumatına görə, mətndə deyilir: "Hörmətli həmvətənlər! Yəhudi xalqının yeni il bayramı – Roş-Ha-Şana münasibətilə sizi ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm. Zəngin tarixi-mədəni irsə və çoxəsrlik tolerantlıq ənənələrinə malik Azərbaycanda tarix boyu yəhudilər digər xalqların və dinlərin nümayəndələri ilə sülh, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşamışlar. Azərbaycan etnik-dini dözümsüzlüyün, ksenofobiyanın və antisemitizmin mövcud olmadığı nadir məkanlardan biridir.

Hamısını oxu
Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı özbək dilində sənədli film hazırlanıb

Veteran.gov.az xəbər verir ki, Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Xocalı soyqırımı haqqında həqiqətlərin Özbəkistan ictimaiyyətinə daha yaxından çatdırılması məqsədilə özbək dilində sənədli film hazırlanaraq, bu ölkənin ən populyar Kun.uz xəbər portalının “Youtube” kanalında izləyiçilərə təqdim olunub.   “Xocalı soyqırımı-bəşər tarixinin qanlı səhifəsidir” adlı filmdə Xocalı hadisələrinin XX əsrin ən böyük faciəsi kimi tarixə yazıldığı, faciə zamanı yüzlərlə dinc sakinin erməni silahlı qüvvələri tərəfindən vəhşicəsinə qətlə yetirildiyi, dözülməz işgəncələrə məruz qaldığı və doğma yurd-yuvalarından didərgin düşməyə məcbur edildiyi bildirilir. Bundan başqa, faciənin başvermə səbəbi kimi Ermənistanın tarixən Azərbaycana qarşı ərazi iddiaları irəli sürərək, torpaqlarımızı işğal etmək və soydaşlarımıza qarşı soyqırımı törətmək siyasəti yürütməsi göstərilib. Qeyd edilir ki, Azərbaycan 30 ilə yaxın işğal altında olan torpaqlarını azad edib, Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunan Xocalı şəhərində və digər torpaqlarda Azərbaycanın Dövlət bayrağını dalğalandırıb. Sənədli filmdə 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin blokada şəraitində olan köməksiz bir şəhərə - Xocalıya ağır texnika, tank və iriçaplı silahlarla hücuma keçdiyi, Xocalı soyqırımının XX əsrin sonlarında yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ağır cinayət kimi tarixə düşdüyü qeyd olunur. Bildirilir ki, 7 min əhalisi olan Xocalı o gecə yerlə yeksan olundu, qocaları, qadınları, uşaqları nəzərə almadan hamını qırdılar. Faciə zamanı amansızlıqla öldürülənlər, yaralananlar, itkin düşənlər haqqında məlumat verilir, vurğulanır ki, bu qırğında 106 qadın, 63 uşaq, 70 qoca qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Həmin gün 1275 nəfər əsir götürülüb, 150 nəfərin taleyi haqqında hələ də heç bir məlumat yoxdur. Ermənistan ordusunun və keçmiş SSRİ-nin 366-cı alayının Xocalını hədəf seçməkdə məqsədlərindən biri də şəhərin strateji mövqeyi, tarixi-mədəni və sosial əhəmiyyəti idi. Xocalının məhvi, əhaliyə qarşı soyqırımın törədilməsi əvvəlcədən planlaşdırılan işğalçılıq siyasəti olub. Qeyd edilir ki, 2008-ci ildən başlayaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması məqsədilə “Xocalıya ədalət!” adı altında möhtəşəm, genişmiqyaslı beynəlxalq informasiya kampaniyası aparılır. “Xocalı soyqırımı-bəşər tarixinin qanlı səhifəsidir” adlı filmlə aşağıdakı linkə daxil olaraq izləyə bilərsiniz: https://www.youtube.com/watch?v=kx62tH1bBgE&rco=1

Hamısını oxu
Bu gün Bakıda Zəfər paradı keçiriləcək

Azadlıq meydanında keçiriləcək hərbi paradda 3 000 nəfərdən çox şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilən müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş olunacaq. Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri paradda keçid edəcək. Paradda həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirilən hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qələbə paradında iştirak edəcək. Qeyd edək ki, Azadlıq meydanında keçiriləcək hərbi paradla əlaqəli texnikaların hərəkətində təhlükəsizliyi təmin etmək məqsədilə bəzi küçə və prospektlərdə hərəkətə məhdudiyyət qoyulub. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumata görə, Rəşid Behbudov - Neftçilər prospektinin kəsişməsindən hərəkət Rəşid Behbudovdan keçməklə Zərifə Əliyeva, Üzeyir Hacıbəyov, Cavanşir körpüsü və Afiyəddin Cəlilov küçələri ilə iki istiqamətli müəyyənləşdirilib. Bu ərazilərdə sıxlığın, süni tıxacın yaranmaması üçün sürücülərdən xahiş olunur ki, hərbi parad bitənədək Azneft dairəsi və Neftçilər prospekti və Azadlıq meydanı istiqamətində şəxsi avtomobillərdən mümkün qədər istifadə edilməsin. Eləcə də Azadlıq meydanı, Dəniz vağzalı istiqamətdə kəsişən bütün küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılır. Mərkəzdən Nobel prospekti istiqamətində hərəkət etmək istəyənlər yalnız 10-cu zavod dairəsi və Babək prospektindən keçməklə hərəkət etməlidirlər. Həmçinin 20-ci sahə dairəsindən, Bakı-Salyan yolunun 14-cü kilometrliyindən, Bayıl qəsəbəsi Üzgüçülük hovuzunun yanından və Səbail rayonu Yanğından Mühafizə İdarəsinin inzibati binasının yanından istiqamətlərin dəyişdirilməsi nəzərdə tutulub. Afiyəddin Cəlilov küçəsi və Yusif Səfərov küçəsindən hərəkət yalnız sağa müəyyənləşdirilib. Yeni bulvar ərazisində də şəxsi avtomobillərlə hərəkət mümkün olmayacaq. Çünki həmin istiqamətdəki bütün yollara hərbi texnikalar yerləşdirilib. Eyni zamanda, Zəfər paradı və mərasimin təlim-məşqlərinə hazırlıqla əlaqədar olaraq, Lökbatan - Bayıl - 20-ci sahə, Neftçilər prospekti - Azneft dairəsi - “28 May” m/st-sı, Nobel prospekti - Xətai m/st-sı - “28 May” m/st-sı istiqamətində, eləcə də ətraf küçə və prospektlərdən keçən marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilib.

Hamısını oxu
"Gənclər Şəbəkəsi" Təşəbbüsü İctimai Birliyi 16 yaşdan yuxarı autizmli gənclərlə bağlı tədbir keçirib

"Gənclər Şəbəkəsi" Təşəbbüsü İctimai Birliyi 16 yaşdan yuxarı autizmli gənclərin sosial inteqrasiyasına, yaradıcılıq bacarıqlarının inkişafına və cəmiyyət həyatında fəal iştirakına dəstək məqsədilə növbəti tədbirini reallaşdırıb. Layihə "Inclusive Sport and Health Club" ilə tərəfdaşlıq çərçivəsində təşkil olunub. Tədbir zamanı iştirakçılar müxtəlif rəsm və yaradıcı fəaliyyətlərə cəlb ediliblər. Gənclər üçün öz potensiallarını sərbəst ifadə edə biləcəkləri rahat və inklüziv mühit yaradılıb. Onlar rəngkarlıq materiallarından istifadə edərək öz əl işlərini hazırlayıb, fərdi yaradıcılıq imkanlarını nümayiş etdiriblər. Layihənin əsas məqsədi autizmli gənclərin yalnız xüsusi qayğıya ehtiyacı olan şəxslər kimi deyil, cəmiyyətdə zəngin maraqları, bacarıqları və yaradıcılıq potensialı olan şəxslər kimi daha geniş yer almasına şərait yaratmaqdır. Bu cür tədbirlər gənclərin sosial ünsiyyət imkanlarının genişlənməsinə, yeni bacarıqlar əldə etməsinə və asudə vaxtlarının səmərəli təşkilinə xidmət edir. Tədbir "Inclusive Sport and Health Club" ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib. Klubun inklüziv idman və sağlamlıq istiqamətindəki fəaliyyəti ilə yanaşı, autizmli gənclərin sosial və yaradıcı həyata cəlb olunmasına yönəlmiş birgə təşəbbüslər gələcək üçün geniş imkanlar açır. Gənclərin hazırladıqları rəsmlər isə onların daxili dünyasını, yaradıcı yanaşmalarını və fərdi baxış bucaqlarını əks etdirib. "Gənclər Şəbəkəsi Təşəbbüsü" İB inklüzivliyin inkişaf etdirilməsi, autizmli gənclərin cəmiyyətə inteqrasiyasının artırılması və onların müxtəlif sahələrdə özlərini ifadə etməsi üçün yeni layihələr həyata keçirməyə davam edəcək. Təşkilatçılar gələcəkdə də tərəfdaş qurumlarla birlikdə 16 yaşdan yuxarı autizmli gənclərin sosial, yaradıcı, idman və inkişafyönümlü fəaliyyətlərə cəlb olunmasına xidmət edən silsilə tədbirlər nəzərdə tutur.

Hamısını oxu