Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Bu gün Azərbaycan Ordusunun əsgəri Əlimuradov Cumart Şıxrəhim oğlunun doğum günüdür

Cumart Əlimuradov 2001-ci il may ayının 31-də Qusar rayonunun Urva kəndində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Cumart Əlimuradov 2020-ci il sentyabrın 27-də  Azərbaycan Silahlı Qüvvələri i tərəfindən Ermənistan  işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın  ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi  zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə  savaşıb. Cumart Əlimuradov oktyabrın 5-də  Suqovuşan döyüşləri zamanı şəhid olub. Qusar rayonnun Urva  kəndində dəfn olunub.

Azərbaycanın  ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cumart Əlimuradov ölümündən sonra “ Vətən uğrunda ” medalı  ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Cumart Əlimuradov ölümündən sonara”Laçının azad olunmasına görə” medalı ilə təltif edildi. 

 

 

2022-05-31 12:28:00
1176 baxış

Digər xəbərlər

Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib. APA xəbər verir ki, paylaşımda deyilir:   “Faşizm üzərində Qələbənin 79-cu ildönümü münasibətilə bütün veteranlarımızı təbrik edirəm! Hər birinizə möhkəm cansağlığı, Vətənimizə – sülh və əmin-amanlıq arzulayıram!”

Hamısını oxu
Özünüz düzəldin hamısını- əsl Əli Kərimli saxtakarlığı

AXCP sədri və son illərdə siyasi fəaliyyətini sosial şəbəkələrdəki bloqerliklə əvəzləmiş Əli Kərimlinin ən yaxın tərəfdaşlarına belə, stabil yanaşma ilə davranış nümunələri sərgiləmədiyi bəlli. Onun özünə uzaq, rəqib və ya artıq maraqsız saydığı insanlara münasibəti isə ikiüzlülük, riyakarlıq və saxtakarlıq həddinə çatır. Ə.Kərimliyə illərlə sədaqətlə çalışan, onun dediklərinə inanan, lakin aldandıqlarını çox gec də olsa, anlayanlarsa avtomatik olaraq "hakimiyyətə işləyən", "iqtidara satılmaş adam" elan olunur. Məsələn, Aydın Əliyev kimi. 1995-ci ildən AXCP-nin üzvü, 2015-ci ildən isə keçirilən qurultaydan sonra partiyanın Nəzarət Təftiş Komissiyasının sədri seçilən Aydın Əliyev məhz Ə.Kərimlinin qəzəbinə gəldiyi üçün cəzalandırılıb. O, partiya sədrinin volüntarizmi, saxtakarlığı və yarıtmaz fəaliyyəti ilə bağlı möqeyini izhar edəndə, Ə.Kərimlini tənqid edəndə sıxışdırılıb, sonra isə heç bir məntiqi səbəb və qanuni əsaslar olmadan vəzifəsindən qovulub. Aydın Əliyev haqqını tələb eləməyə başlayanda isə Əli Kərimli əl-ayağa düşüb. Sosial şəbəkədəki trollar və trolcuqlar dəstəsinin lideri dərhal çıxış yolu aramağa başlayıb. O, təcili olaraq AXCP üzvü İradə Nərimana guya Aydın Əliyevin rəsmi olaraq vəzifəsindən uzaqlaşdırılmasına dair köhnə tarix və imzalarla saxta protokol və digər sənədlər hazırlamasını tapşırıb. Təşviş Nəsimi Rayon Məhkəməsində AXCP Nəzarət-Təftiş Komissiyasının keçmiş sədri Aydın Əliyevin partiya sədri Əli Kərimliyə qarşı iddiası üzrə növbəti məhkəmə iclası ilə bağlı idi. Məhkəmə prosesi hakim Rəşid Səmədovun sədrliyi ilə baş tutub. İclasda Əli Kərimlinin müdafiə tərəfi iştirak etməyib. Bundan öncəki prosesdə şikayətçi Aydın Əliyev məhkəməyə AXCP-nin Neftçala rayon təşkilatının sədr müavini Ələkbər Zahidovun da partiya sıralarından qanunsuz olaraq xaric olunması ilə bağlı sənəd təqdim etmişdi. Xatırladaq ki, A.Əliyev 1995-ci ildən Azərbaycan Xalq Cəbhəsi Partiyasında fəaliyyət göstərib, 27 sentyabr 2015-ci ildə AXCP-nin qurultayında Nəzarət Təftiş Komissiyasına üzv, sonra sədr seçilib. NTK sədri Əli Kərimlinin ürəyincə olmayıb. "Əli Kərimli partiyada sərt diktatura rejimi qurub. Onun antidemokratik hərəkətlərinə etiraz edənləri ən çirkin üsullarla ləkələyib. Əli Kərimli siyasi dələduz olaraq bizi, xalqımızı illərdir ki, aldadır. Bu gün də gənclərimizi aldadaraq özünün çirkin oyunlarına qurban vermək istəyir", - Aydın Əliyev deyirdi. Onun sözlərinə görə, Əli Kərimli onun normal fəaliyyətinə imkan verməyib: "O, bunu bilərəkdən edib. Partiyaya daxil olan maliyyə vəsaitlərinin onun tərəfindən mənimsənilməsinin üstünün açılmamasına görə belə edib. Partiyaya daxil olan ianələr və digər pulları ancaq öz nəzarətində saxlayan Əli Kərimlini mənim kimi düzgün, əqidəli adam qane etməyib". A.Əliyevin partiya sıralarından kənarlaşdırılması ilə bağlı Əli Kərimlinin göstərişi ilə hazırlanmış protokolda bəzi imzaların saxta olması ilə bağlı vəsatət qaldırıb. Belə ki, protokola imza atanlardan biri - Solmaz Hüseynova həmin vaxt ölkə xaricində olub. S.Hüseynova 01. 06. 2019-ci il tarixində Azərbaycan sərhədindən Türkiyə ərazisinə keçib, 13.06.2019-ci ildə geri qayıdıb. A.Əliyevin partiyadan xaric olunduğuna dair sənədin imzalanması zamanı (10.06.2019) S.Hüseynova ölkədə olmayıb. Protokola onun əvəzindən saxta imza atılıb. Faktiki olaraq Aydın Əliyevin partiya sıralarından kənarlaşdırılması üçün təqdim edilən sənəd əsassız idi. Çünki yığıncaqda iştirak edən şəxslərin bəziləri ümumiyyətlə nizamnaməyə əsasən, Rəyasət Heyətinin üzvləri ola bilməzlər. Partiyanın nizamnaməsində göstərilib ki, Rəyasət Heyətinin üzvləri AXCP Ali Məclisinin üzvlərindən seçilməlidir. Amma protokol sənəddə ümumi yığıncağın iştirakçısı olaraq qeyd edilən Fuad Qəhrəmanlı, Gözəl Bayramlı, Məmməd İbrahim qeyri-qanuni fəaliyyət göstərir. Açıq şəkildə görsənir ki, bütün bunlar Əli Kərimlinin göstərişi ilə həyata keçirilib. Məhkəmə qərarı obyektiv və aydın idi. Belə ki, Aydın Əliyevin AXCP-yə və partiyanın sədri Əli Kərimliyə qarşı qaldırdığı, ümumi yığıncağın qərarının ləğv edilməsi, AXCP üzvlüyünə və AXCP Nəzarət Təftiş Komisiyasının sədri vəzifəsinə bərpa olunması ilə bağlı iddia tələbi təmin olunub. Qərara əsasən, AXCP Ali Məclisinin Rəyasət Heyətinin ümumi yığıncağının 10 iyun 2019-cu il tarixli qərarı ləğv olunub. Bundan əlavə, iddiaçı A.Əliyevin AXCP üzvlüyünə və AXCP Nəzarət Təftiş Komissiyasının sədri vəzifəsinə bərpa olunması qərara alınıb. Və Əli Kərimli gerçək həyatda, siyasi fəaliyyətdə və tarixin qarşısında olduğu kimi, məhkəmə çəkişməsində də uduzub. AXCP-ni lümpen davranışı ilə kloşar "fəlsəfəsi"nin daşıyıcılarının isterik çağırtıları, qanunsuz aksiyalar zamanı plakat "mübarizliyi", sosial şəbəkələrdə isə aqressivlik və radikallıq, bəzi hallarda isə tərbiyəsizlik nümayiş etdirənlərin ön plana çıxdıqları təşkilata çevirən Əli Kərimli müxalifət düşərgəsindəki ən toksik, perspektivsiz və isterik siyasi fiqurantlardan biridir. Sənədin saxtalaşdırılması ilə bağlı olay isə onun çoxsaylı maskalarının əslində nimdaş və köhnə olduğunu, o maskaların arxasındakı əsl simanın antipatikliyini göstərdi. video Elçin AlıoğluMilli.Az

Hamısını oxu
“Zərifə Quliyeva əsl Azərbaycan xanımı olmaqla yanaşı, milli-mənəvi dəyərlərimizin ən fəal təbliğatçılarındandır”

Bu gün Modern İnkişaf və Ailə İctimai Birliyinin sədri Zərifə Quliyevanın ad günüdür. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bu münasibətlə Veteran.gov.az-a açıqlamasında Zərifə Quliyevanı təbrik edib, onunla bağlı arzulrını dilə gətirib: “Hər şeydən öncə ad günü münasibətilə hörmətli Zərifə xanımı təbrik edir, ona uzun ömür, cansağlığı, ictimai-siyasi fəaliyyətində yeni-yeni uğurlar arzulayıram. Zərifə xanm əsl Azərbaycan xanımı olmaqla yanaşı, milli-mənəvi dəyərlərimizin ən fəal təbliğatçılarındandır. Onun rəhbərlik etdiyi təşkilat ölkəmizdəki ictimai-siyasi proseslərdə aktiv iştirak etməkdə, Ümummilli Lider Heydər Əliyev ideyalarını və Prezident İlham Əliyevin siyasətini yolrulmadan təbliğ etməkdədir. Təsadüfi deyil ki, bu gün Zərifə xanım şəhid ailələrinin, müharibə əlillərinin, veteranların ən yaxın dostu kimi tanınmaqdadır. O, tez-tez həssas kateqoriyadan olan ailələrlə baş çəkir, onlara yardımlar edir, Prezident İlham Əliyevin siyasətini əməli şəkildə dəsəkləməklə gənc nəslə nümunə göstərir. İnanıram ki, Zərifə xanım bundan sonra da ölkəmizin çiçəklənməsinə böyük töhfələr verəcək, milli-mənəvi dəyərlərimizin təbliği istiqamətindəki fəaliyyətini eyni müvəffəqiyyətlə davam etdirəcək. Bir daha Zərifə xanımı təbrik edir, uğurlar arzulayıram”. Seymur ƏLİYEV      

Hamısını oxu
Fransanın Ermənistanı silahlandırmaq siyasəti sülhə xəyanətdir

Fransanın Ermənistanı silahlandırmaq siyasəti sülhə xəyanətdir. Makron rejiminin məqsədi Cənubi Qafqazda yeni gərginliyin meydana çıxmasına nail olmaqdır”. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik xatırladıb ki, 44 günlük Vətən müharibəsindən sonra Ermənistanı açıq şəkildə himayə etməyə başlayan Fransa son bir ildə İrəvana ağır artilleriya, zirehli maşınlar və raket sistemləri verməkdə davam edir: “Paris açıq şəkildə bildirir ki, Ermənistan ordusunun yenidən qurulmasına yardım göstərəcək, silahlandırma prosesini bundan sonra da davam etdirəcək. Ermənistanın müdafiə nazirinin Parisə son səfərində Ermənistanla Fransa arasında silah alqı-satqısı ilə bağlı yeni müqavilələrin imzalanması Makron hakimiyyətinin bölgə ilə bağlı məkirli niyyətlərinin əməli göstəricisidir. Ermənistan indiki həssas məqamda diqqətli olmalı, Fransanın təxribatlarına boyun əyməməlidir. Rəsmi İrəvan bilməlidir ki, Fransanın təxribatlarına uyacağı, ölkəmizə qarşı hansısa təhrikedici addım atacağı təqdirdə, bunun cəzasını ağır şəkildə ödəməli olacaq”. Polkovnik daha sonra deyib: “Bu gün Azərbaycan Ordusunun gücü, döyüş əzmi bütün dünyaya yaxşı məlumdur. Vətən müharibəsi günlərində öz gücünü əyani şəkildə ortaya qoyan Azərbaycan Silahlı Qüvvələri postmüharibə dövründə öz qüdrətini daha da artırıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışlarında bu məsələyə dəfələrlə toxunub, ordumuzun artan gücündən iftixar hissi ilə bəhs edib. Ermənistan da bu həqiqəti unutmamalı, regional sülhü hansısa uzaq dövlətlərin mənafeyinə qurban verməməlidir. Əks təqdirdə, bu, Ermənistanın özü üçün fəlakətlə nəticələnəcək”.

Hamısını oxu