Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Din cəmiyyətdən və cəmiyyət dindən nə istəyir?

Dinlə bağlı düşündükdə ilk ağlıma gələn suallardan biri belədir: Din cəmiyyətdən nə istəyir və cəmiyyət dindən nə istəyir? Dini mətnlərə, dinin bu günə kimi olan seyrinə nəzər saldıqda bu sualın cavabı və ya cavabları sadədir. Din qəlizliyi sevmir. Mahiyyətindən uzaqlaşdırıldıqda zərər görür və ya zərər üçün vasitəyə çevrilir. Dinlərə görə dəyişsə də, dinin mahiyyəti Yaradanın varlığı və buyuruqları, yaradılanın səadəti, məsuliyyəti və hüdudları, digər yaradılmışlarla münasibəti və sairdən ibarətdir. Dini radikallığa, fanatizmə, aqressiyaya və s. yönləndirməyin nəticələrini hamı bilir. Bununla yanaşı onu əsas məqsədindən uzaqlaşdırıb sadəcə akademik həyata həbs etmək də dinə kənardan baxış deməkdir.


Müasir dövrdə dinin akademik sahəyə yox, bu dövrün özü ilə gətirdiyi fərdi və ictimai problemlərlə mübarizəyə yönəldilməsi zəruridir. Fəzlur Rəhmanın da dediyi kimi əks təqdirdə cəmiyyətlər psixoloji dəstək dərmanlarına getdikcə daha çox ehtiyac duyacaq və bunları ovuc-ovuc içəcəkdir. Əsas hədəfi şəxsiyyət, bəşəri münasibətlər, metafizika və s. olan dini başqa istiqamətlərə çəkmək müasir dövrdə daha da əhəmiyyətsizləşib. Danimarka və Hollandiya kimi kiçik ölkələrin dünya kənd təsərrüfatındakı payı ortada ikən, " Hicri I əsrdə kənd təsərrüfatı" adlı bir araşdırma aparmaq türklər demiş "abesle iştiqal"dan başqa bir şey deyildir. İstehlak tarixi bitən mövzuları "elmi çərçivə"yə salaraq yeni kimi təqdim etməyin istehsalata bir faydası yoxdur.

Mehman İsmayılov- Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru

2022-07-02 13:35:00
1010 baxış

Digər xəbərlər

Крокодиловые слезы «господина» Затулина

Хорошо известно, что одним (может единственным) социально-политическим качеством заместителя председателя комитета Госдумы России по работе со странами СНГ Константина Затулина является армянофильство, точнее, патологическая любовь ко всему армянскому.  Если бы эти странные чувства, являющиеся выражением его узкого мышления и кругозора, он выражал среди представителей армянской диаспоры, за счет которых существует, то можно было на это не обращать внимание. Затулин, однако, пытается периодически оправдать свое армянское бытие в средствах массовой информации выпадами против Азербайджана, его истории, руководства страны. Уже никого не удивляет его умышленные искажения истории в средствах массовой информации, утверждения, что армяне аборигенный народ Южного Кавказа, мистификация судьбы албанских церквей. Этому мнимому историку не мешало бы прочитать дневники Грибоедова и целого ряда других русских генералов, в которых они систематически отчитывались перед царем сколько армян удалось переселить на земли Карабахского, Шекинского и Шамахинского ханств из Ирана, территорий Ближнего Востока. Думаю, «господин» Затулин, хоть и мнимый историк, но знает, что Албанская апостольская церковь не миф, а воплощение древнейшей религии в Закавказье, которая была насильственно упразднена указом Николая I от 11 марта 1836 года. Только после этого духовное и материальное наследие албанцев начало подвергаться арменизации. Восстанавливать историческую справедливость удины (наследники Албанской церкви) начали только в независимом Азербайджане.  Странно, что в России, анонсирующей себя как дружеская с Азербайджаном страна, свободно льется из уст Затулина всякая, удручающая нормальный разум пошлость.  И вот недавно он вновь отличился: сделал абсурдное, аморальное по своей сути, заявление относительно оснований судебного процесса в Баку над армянскими сепаратистами и террористами. Вызывает удивление, что подобное заявление делает не обыватель, а человек наделенный государственными полномочиями, который по своим должностным обязанностям должен знать хотя бы азы юриспруденции, международного права.  В своем заявлении Затулин, по существу, оправдывает сепаратистов, их фашистскую идеологию, нагло фальсифицирует события, происходившие в Карабахе в последние 30 лет. Абсурдными выглядят его попытки оправдать людей, совершивших тяжкие преступления против азербайджанского народа, устроивших Ходжалинский геноцид, погубивших десятки тысяч безвинных людей во время окупации наших земель. Представлять всесторонне аргументированный нынешний судебный процесс как “месть” руководства Азербайджана не что иное как наглая ложь и клевета. Сотни свидетелей, многочисленные документы подтверждают, что изверги, которые сегодня предстали перед судом, на протяжении многих лет совершали многочисленные кровавые преступления против нашего народа, занимались опустошением городов, деревень Карабаха. Достаточно ознакомиться с текстами целого ряда интервью, которые эти фашисты, чувствуя свою безнаказанность, время от времени давали различным СМИ.Еще недавно они не скрывали, а гордились своими преступлениями против человечности. «Господин» Затулин (если условно можно к нему так обратиться), прерасно зная все это, имеет наглость охарактеризовать привлечение к ответственности сепаратистов как “личную месть”, как “несправедливый суд”.  По большому счету, Затулин должен быть привлечен к ответственности, по меньшей мере лишен своей должности, ведь он неоднократно бывал в Карабахе, видел разрушенные города, стертые с лица земли поселения. При этом не только молчал, но и поддакивал на разных политических уровнях сепаратистам. Джалил Халилов, полковник, председателя Организации ветеранов войны, труда и вооруженных сил Азербайджанской Республики

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rəhbərliyi kənd təsərrüfatı işçilərini peşə bayramı münasibəti ilə təbrik edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rəhbərliyi başda kənd təsərrüfatı naziri İnam Kərimov olmaqla, bütün kənd təsərrüfatı işçilərini peşə bayramı münasibəti ilə təbrik edib. Təbrik müraciətində deyilir:   “1 noyabr – kənd təsərrüfatı işçilərinin peşə bayramıdır. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq bu əlamətdar günlə əlaqədar olaraq kənd təsərrüfatı naziri İnam Kərimovu, eləcə də adıçəkilən nazirliyin bütün əməkdaşlarını təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.   Ölkəmizin iqtisadi qüdrətinin artmasında, insanlarımızın sosial rifahının yaxşılaşmasında kənd təsərrüfatı işçilərinin böyük əməyi, danılmaz zəhməti mövcuddur. İnanırıq ki, Prezident İlham Əliyevin kənd təsərrüfatı işçilərinə göstərdiyi diqqət və qayğı sayəsində Kənd Təsərrüfatı Nazirliyi daha böyük uğurlara imza atacaq, ölkəmizin inkişafına bundan sonra da öz dəstəyini verəcəkdir”.   Dərin hörmətlə: Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova və təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilov    

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında “Nəsillərin görüşü” silsiləsindən növbəti görüş keçirilib

25 yanvar 2024-cü il saat 11:00-da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında “Nəsillərin görüşü” silsiləsindən gənclərin və veteraların iştirakı ilə növbəti görüş keçirilib.   2 fevral – Azərbaycan Gəncləri Günü ərəfəsində təşkil olunan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin müqəddəs xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov gənclər və veteranlar arasında bu cür görüşlərin mütəmadi şəkildə keçirilməsinin vacibliyinə diqqət çəkib: “Gənclər və veteranlar arasında bu cür görüşlərin keçirilməsinin həm mənəvi, həm tarixi, həm də ictimai baxımdan çox böyük əhəmiyyəti mövcuddur. Çünki məhz bu cür görüşlər sayəsində gənclərimiz veteranlar, onların həyat və döyüş yolları haqqında ətraflı məlumat almaq imkanı əldə edirlər. Hər biri bir tarix olan veteranlarımızla belə təmaslar gənclərimizin dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. Onlar veteranların timsalında vətənin qorxmaz müdafiəçisini görürlər. Onlar məhz veteranların simasında vətəni necə qorumaq lazım gəldiyini öyrənir, milli tariximizin ayrılmaz bir parçası olan veteranların fikir və düşüncələri ilə tanış olaraq mənəvi zənginliklərini artırırlar.  Gənclərlə veteranlar arasında bu cür görüşlər gənc nəslin milli mənəvi dəyərlər əsasında tərbiyəsi baxımından da olduqca faydalıdır. Bildiyiniz kimi, həm Ulun öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev xalqımızın milli mənəvi dəyərlərinin yaşadılmasına, bu dəyərlərin gənclərə təbliğ edilməsinə xüsusi diqqət və həssaslıqla yanaşıb. Məhz dövlətimizin apardığı məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün gənclərimiz milli tarixə, milli soykökünə, milli mənəvi dəyərlərimizə olduqca bağlıdırlar. Vətən müharibəsi və onun qürurverici nəticəsi bunu bir daha sübut edir.  Mən qarşıdan gələn 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə bütün gənclərimizi təbrik edir, onlara uğrular arzulayıram. Əminən ki, gənclər və veteranlar hər zaman olduğu kimi bundan sonra da əl-ələ, çiyin-çiyinə milli mənafeyimizin, dövlətimizin və dövlətçiliyimizin keşiyində dayanacaq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hər bir  çağırışına anındaca səs verəcəklər”. Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin professoru Ağalar Abbasbəyli Heydər Əliyev ideyalarından, Ulu öndərin gənclərə olan münasibətindən, onlara göstərdiyi qayğı və diqqətindən danışıb: “Heydər Əliyev hər zaman gənclərə xüsusi sevgi və qayğı ilə yanaşıb, onların özlərini inkişaf etdirməsini, milli dəyərlərə bağlı şəxsiyyətlər kimi formalaşamasını vacib sayıb. Bu baxımdan Heydər Əliyev irsinin öyrənilməsi və təbliği sadəcə bugünümüz deyil, gələcəyimiz baxımından da mühüm əhəmiyyət kəsb edir”. "Security Operation Services" (SOS) MMC-nin direktoru Anar Məmmədov isə çıxışında Azərbaycan gənclərinin Vətən müharibəsindəki qəhrəmanlığından bəhs edib, eləcə də gənclərlə veteranlar arasında bu cür görüşlərin əhəmiyyətindən danışıb. Xalq yazıçısı Elmira Axundova da 44 günlük Vətən müharibəsinin Azərbaycan gəncliyinin mövcud durumu ilə bağlı vəziyyəti ən xırda çalarları ilə üzə çıxardığını vurğulayıb. O, qeyd edib ki, gənclərin Vətən müharibəsindəki vətənpərvərliyi, yüksək döyüş əzmi onların öz qəhrəman ata-babalarının layiqli davamçıları olduğunu göstərdi. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova isə çıxışında Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının Vətən müharibəsindəki qələbəsinin bütün dünyaya səs saldğını, bütrün türk dünyasının bu zəfərlə fəxr etdiyini bildirib: “Biz 44 günlük müharibədəki zəfərimizə görə hər şeydən öncə qəhrəman şəhidlərimizə və qazilərimizə, Müzəffər Ali baş Komandanımıza, onun ətrafında yumruq kimi birləşən xalqımıza, onun fədakarlığıa borcluyuq. Vətən müharibəsində İlham Əliyev əsl sərkərdəlik bacarığı sərgilədi. O, 44 gün ərzində bir dəfə belə belə olsun hərbi mundiri əynindən çıxarmadı. Bütün təzyiqlərin qarşısında mətanətlə, cəsarətlə dayandı. O, qəhrəman Azərbaycan Ordusunun şanlı zəfərləri ilə sübut etdi ki, Azərbaycan xalqı yenilməzdir, öz təhlükəsizliyini qorumağa, ərazi bütövlüyünü təmin etməyə qadirdir. Böyük inam və qətiyyətlə bildirirəm ki, biz veteranlar öz liderimizi dəstəkləyirik və bundan sonra da onun hər bir çağırışına bütün qəlbimizlə səs verəcəyik”. Tədbirin sonunda bəzi veteranlara Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən Fəxri Fərmanlar və üzvlük vəsiqələri paylanılıb.    

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı ilə görüşüb

Bu gün Respublika Veteranlar Təşkilatına qonaq olan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev təşkilatın sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilovla görüşüb. Faşizm üzərindəki qələbənin 76-cı ildönümü münasibəti ilə Fatma Səttarovanın timsalında bütün veteranları təbrik edən icra başçısı, Respublika Veteranlar Təşkilatının sədrinə gül dəstəsi bağışlayıb, təşkilatın fəaliyyətinə uğurlar arzulayıb.   Gəlişinə görə icra başçısına təşəkkürünü bildirən Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova, təşkilatın fəaliyətinə verdiyi yüksək qiymətə görə icra başçısına minnətdarlığını ifadə edib, birgə əməkdaşlığın davam etdirilməsinin önəmini vurğulayıb.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu