Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Həzrət Əzizlini dəstəkləyən qazilər, idmançılar, muğamsevərlər...

Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə 2005-ci ildən ölkəmizdə Muğam Televiziya Müsabiqəsi keçirilir. Builki müsabiqəyə mayın 10-da start verilib.

Muğam müsabiqəsinin keçirildiyi qısa zamanda televiziya ekranlarından daha əvvəl də tanıdığımız, bənzərsiz ifa tərzi ilə muğamsevərləri öz səsinin sehrinə salmağı bacaran Həzrət Əzizli müsabiqədə uğurla addımlayır, gözəl ifası, avazı ilə muğamsevərləri valeh edir. Bu həftə Həzrətin ifasını dinləməyə gələnlər arasında “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə dəstək təşkilatının sədri Qalib Əliyev və Biləsuvar rayonundan gəlmiş Vətən müharibəsi qaziləri, Məhərrəm Aslanov, Ramin Şirinov, Əlihüseyn Şahbazli, Nurlan Qurbanov, Əli Qurbanov və Biləsuvarın hörmətli insanlarından olan beşqat dünya çempionu, peşəkarlar arasında Avropa kəmərinin sahibi, Xocalı idman klubunun direktoru Ehram Məcidov da var idi.

1001info.az Ehram Məcidovdan müsahibə alıb. Məşhur idman xadimi Vətən muharibəsi Qəhrəmanları, Qazilərlə birlikdə Mugam Müsabiqəsində Həzrətə dəstək olduqlarını vurğulayıb, gənc ifaçının bənzərsiz ifasından böyük zövq aldıqlarını söyləyib.
Biləsuvar rayonun fəxri, Azərbaycan muğamının istedadlı gənc ifaçısı, gələcəyin böyük sənətkarı kimi yetişməkdə olan Həzrət Əzizlininin üzərində böyük əməyi olan müəllimi , gözəl sənətkar Aytən Məhərrəmovaya Biləsuvar rayon əhalisi adından, idmançılar adından dərin təşəkkürünü bildirib.

Ehram Məcidov və onunla birğə müsabiqədə qonaq olan qazilər yaranmış imkandan istifadə edib muğam müsabiqəsinin təşkilatçılarına, xalqımızın mədəni irsinin, mənəvi dəyərlərinin qorunub saxlanmasında müstəsna xidməti olan Mehriban xanım Əliyevaya böyük hörmət və təşəkkürlərini çatdırıblar.

Millixeber.az

2022-07-25 11:11:00
1283 baxış

Digər xəbərlər

Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzində geniş Novruz bayramı şənliyi keçirilib

Veteran.gov.az xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Novruz bayramı münasibətilə böyük bayram tədbiri keçirilib. Tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyinin əməkdaşları, Türkiyə Səfirliyinin diplomatları, Özbəkistanın mədəniyyət, ədəbiyyat və incəsənət xadimləri, yerli azərbaycanlılar,  Daşkənddəki ali məktəblərin müəllim və tələbələri, jurnalistlər iştirak ediblər. Azərbaycan Mədəniyyət Mərkəzinin foyesində təşkil olunan sərgidə Novruz bayramı, “Şuşa ili” ilə əlaqədar, habelə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı iqtisadi islahatlar haqqında nəşrlər və milli mədəniyyətimizə dair suvenirlər nümayiş etdirilib. Qonaqlar Bahar bayramı münasibəti ilə Mədəniyyət Mərkəzində açılmış “Bahar çələngi” sərgisi ilə də tanış olublar. İştirakçılar Novruza dair bayram xonçaları, şirniyyatlar, şəkərbura, paxlavaya qonaq ediliblər. İlk öncə tədbir iştirakçılarını Novruz bayramı münasibəti ilə təbrik edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov milli bayramımız olan Novruzun Azərbaycanda, Özbəkistanda, eləcə də  Türk dünyası ölkələrində qeyd olunması, dilimiz, dinimiz, soykökümüz, mədəniyyətimiz, adət-ənənələrimiz kimi ortaq bayramlarımızın da xalqlarımızı birləşdirdiyini söyləyib. O, tarixi faktlardan sitat gətirərək Novruzun Türk dünyasında qədimdən qeyd olunduğunu, Mahmud Kaşqarinin “Devonu luğati türk” əsərində, Azərbaycan şairi Nizami Gəncəvinin “İsgəndərnamə”, “Leyli və Məcnun”, “Xosrov və Şirin” poemalarında, Əbu Rayhan Biruni, Əlişir Nəvai, Zəhiriddin Baburun əsərlərində bu bayram haqqında məlumatların öz əksini tapdığını vurğulayıb. Samir Abbasov xalqlarımızın qədimliyini, zəngin mədəniyyətini, adət və ənənələrini nümayiş etdirən Novruz Bayramının Azərbaycanın Heydər Əliyev Fondunun təşəbbüsü ilə YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edildiyini vurğulayıb. “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov, Özbəkistan Şərqşünaslıq Universitetinin dosenti, tanınmış alim Adxambek Olimbekov Azərbaycanın təşəbbüsü, Özbəkistanın və bir sıra digər dövlətlərin dəstəyi ilə 2020-ci ildə BMT Baş Məclisi yekdilliklə martın 21-nin “Beynəlxalq Novruz Günü” kimi tanınması ilə əlaqədar qətnamə qəbul etdiyini söyləyərək, Novruzun sülhə, dostluğa, əmin-amanlığa çağırış, yenilik və barış bayramı olduğunu qeyd ediblər. Tədbirin bədii hissəsində Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə hazırlanmış, Azərbaycan-Özbəkistan dostluğuna həsr olunmuş “Dostluğun mədhi” musiqi klipi nümayiş etdirilib. Klipdəki musiqi Özbəkistanın xalq artisti Ramiz Usmanov və Özbəkistan Dövlət Uşaq Filarmoniyasının Xor Kapellası tərəfindən icra olunub. Bayram tədbirində Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universitetinin tələbələrinin şeir kompozisiyası ilə davam edib, tələbələr Novruz bayramı və Azərbaycan-Özbəkistan dostluğuna dair şeirlər səsləndiriblər. Özbəkistanın dünyada tanınmış, məşhur “Uzbegim Yoshları: Özbək gəncləri” musiqi qrupu tərəfindən Azərbaycan və Özbək mahnıları ifa olunub, Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində “Əməkdar artist Kaykep Aliyeva adına Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi, bahara dair rəqslər təqdim ediblər.

Hamısını oxu
Cəlilabadda Heydər Əliyev ili çərçivəsində şeir müsabiqəsi keçirilib

Veteran.gov.az xəbər verir ki, 25 aprel 2023-cü il tarixdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsi Cəlilabad rayon sektoru, rayon Veteranlar Təşkilatı və Cəlilabad rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Şəhər 9 nömrəli tam orta məktəbdə şeir müsabiqəsi keçirilib.  Tədbirin açılış mərasimində  Cəlilabad rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, LARTİ-nin Cəlilabad rayon sektorunun metodisti İlham Əhmədov, AYB-nin üzvü, rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman iştirakçılara müsabiqə haqqında geniş məlumat verərək bildiriblər ki, müsabiqənin  keçirilməsində məqsəd həyatını xalqına həsr edən dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan tarixində dərin iz buraxan siyasi və dövlət xadimi kimi zəngin fəaliyyətini gənc nəslə aşılamaqdır.  Müsabiqədə şagirdlər Ulu Öndər Heydər Əliyev və vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər. Müsabiqə iştirakçılarının söylədiyi şeirlər münsiflər heyəti tərəfindən qiymətləndirilib. Nəticələrə uyğun olaraq şeir müsabiqəsinin qalibləri müəyyən olunub. Müsabiqənin qaliblərinə Ulu Öndərin doğum günündə mükafatlar təqdim olunacaqdır.

Hamısını oxu
Yeni tv

Hamısını oxu
С НОВЫМ ГОДОМ

Hamısını oxu