Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Türk Tarix Qurumu ilə Azərbaycan-Türkiyə, ortaq tariximizə dair layihələr müzakirə olunub

Moderator.az xəbər verir ki, Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Ankaradakı Türk Tarix Qurumunun rəhbəri professor Dr. Yüksel ÖZGEN araslnda görüş keçirilib. Türk Tarix Qurumunda baş tutan görüşdə Azərbaycanın Türkiyədəki Səfirliyinin birinci katibi İslam Quliyev də iştirak edib.

Türk Tarix Qurumunun rəhbəri professor dr. Yüksel Özgen Azərbaycanla münasibətlərə xüsusi önəm verdiklərini, Azərbaycana səfərləri, Azərbaycan tarixi ilə bağlı rəhbərlik etdiyi təşkilatın layihələri, nəşrləri haqqında danışıb. Təşkilatın fəaliyyətinin əsas məqsədinin Türk tarixi və Türkiyə tarixinə bağlı mövzular, türklərin sivilizasiyaya verdiyi töhfələrə əsaslanaraq elmi cəhətdən araşdırmaq, tanıtmaq, yaymaq və elmi dəyəri olan əsərlər nəşr etmək olduğunu söyləyərək, qardaş ölkələr olan Azərbaycan-Türkiyə arasında bu mövzuda əməkdaşlıq edildiyini vurğulayıb. O, yeni yaradılmış Azərbaycan Mədəniyyət Mərkəzi ilə əməkdaşlığın önəmli olacağını qeyd edib.

Səfirliyin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan-Türkiyə dövlətləri arasında yüksək səviyyəli əlaqələr, imzalanmış strateji əhəmiyyətli sənədlərin icrasını təmin etmək üçün təşkilatlarımız arasında əməkdaşlığa dair mühüm imkanlar açıldığını söyləyib. O, böyük potensiala malik, nüfuzlu təşkilat olan Türk Tarix Qurumunun tariximizin müxtəlif dövrlərinə aid tədqiqatlar aparmaq, mühüm əsərlər yaratmaq və dünyaya tanıtmaq kimi imkanlarının olduğunu və bu istiqamətdə əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Samir Abbasov Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti nəticəsində 30 ilə yaxın iyirmi faizə yaxın ərazilərimizin işğal altında saxlanıldığını, 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində azad edilmiş ərazilərimizdə infrastrukturla yanaşı, tarixi abidələrimiz dağıdıldığını, məhv edildiyini və digərlərinin saxtalaşdırıldığını qeyd edib. Diplomat Türkiyəli alimlərin, tarixçilərin ortaq tariximizin birgə tədqiqi, Qərbi Azərbaycandan soydaşlarımızın – Azərbaycan türklərinin öz yurtlarından dəfələrlə deportasiyası, Azərbaycanlıların bu torpaqlarda yaratdığı böyük mədəni irs və abidələr mövzusunda elmi tədqiqatların aparılması və əsərlər yaradılmasını təklif edib.

Azərbaycanın Türkiyədəki Səfirliyinin birinci katibi İslam Quliyev Türk Tarix Qurumunun  Azərbaycan tarixinə dair layihələri, yayınlamış əsərlər haqqında danışaraq, gələcəkdə Azərbaycan alimləri ilə də birgə tədqiqatların əhəmiyyətli olduğunu vurğulayıb. O, Azərbaycan Səfirliyinin və onun nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin birgə layihələrə daim dəstək olmağa hazır olduğunu vurğulayıb.

Görüşdə qeyd edilmiş təkliflərə dair birgə əməkdaşlıq və ortaq layihələrə dair razılıq əldə olunub.

Sonda Türk Tarix Qurumunun rəhbəri professor Dr. Yüksel ÖZGEN milli mədəniyyətimizə dair hədiyyələr təqdim olunub.

 

 

2024-07-18 13:27:34
3341 baxış

Digər xəbərlər

Polkovnik Cəlil Xəlilov 102 yaşlı müharibə veteranı Qaflan Ömərovu ziyarət edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Quba şəhərində yaşayan İkinci Dünya Müharibəsi veteranı 102 yaşlı Qaflan Ömərovu ziyarət edib. Qaflan Ömərovun səhhəti, sosal təminatı, mənzil-məişət şəraiti ilə maraqlanan Cəlil Xəlilov, dövlətimizin hər zaman veteranlara böyük diqqət və qayğı ilə yanaşdığını vurğulayıb, müharibə veteranına uzun ömür, möhkəm cansağlığı arzulayıb. Ziyarətə görə Cəlil Xəlilova təşəkkürünü bildirən Qaflan Ömərov, veteranlara göstərdiyi qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandana, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürünü bildirib. Məlumat üçün qeyd edək ki, 1924-cü ildə Quba rayonunun Ərməki kəndində anadan olan Qaflan Ömərov 1942-ci ildə könüllü olaraq müharibəyə qatılıb. O, Moskvadan Smolenskə qədər döyüş yolu keçib, dəfələrlə komandanlıq tərəfindən təltif olunub. 1943-cü il martın 6-da ağır yaralanan Qaflan Ömərov bir müddət hospitalda müalicə olunduqdan sonra Qubaya qayıdıb, ölkəmzidə aparılan quruculuq prosesində yaxından iştirak edib. Seymur ƏLİYEV

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının rəhbərliyi şəhid Hüseyn Novruzzadənin yas mərasimində iştirak edib

Sentyabrın 28-də Müharibə, Əmək və Silahlı Qüvələr Veteranları Təşkilatının rəhbərliyi şəhid Novruzzadə Hüseyn Faiq oğlunun yas mərasimində iştirak edib.  Mərasimdə çıxış edən Təşkilatın sədr müavini polkovnik Cəlil Xəlilov Hüseyn Novruzzadənin 19 sentyabr lokal antiterror tədbirlərində iştirak etdiyini, separatçılara qarşı mübarizədə böyük igidliklər göstərdiyi və bu mübarizədə qəhrəmancasına şəhid olduğunu bildirib. Dövlətimizin suverenliyinin və ərazi bütövlüyünün məhz şəhidlərin, veteranların qanı və canı bahasına təmin edildiyini bildirən Cəlil Xəlilov, dövlətimizin və xalqımızın öz şəhidlərini heç vaxt unutmayacağını, onları hər zaman minnətdarlıq hissi ilə yad edəcəyini bildirib. Polkovnik qeyd edib ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı bütün şəhidlər kimi Hüseyn Novruzzadənin göstərdiyi igidliklərin də gənclər arasında təbliğini diqqətdə saxlayacaq, şəhidlərimizdən miras qalan qəhrəmanlıq irsinin davam etdirilməsi, onların adının əbədiləşdirilməsi üçün bütün imkanlardan istifadə edəcək. Allah rəhmət eləsin! Seymur ƏLİYEV  

Hamısını oxu
Dəli

“Qardaş xalqlar ədəbiyyatı - Özbək ədəbiyyatı” silsiləsindən IV yazı   Aşiq mənəm… Eşqlə doğuldum… Qəlbim alov... Bədən ələnqə. Mən özümü sevgiyə gömdüm, Bürüməyin indi kəfənə.   Məşuq mənəm… Hər dəfə sərhoş, Onun adın şərabtək içdi. Baxışına sığındım hər dəfə, Ayağına yıxıldım… Öpdüm…   Derviş mənəm… Məkansiz... Yersiz... Ürək tikdim! Ona gizləndim. Biri satdı məni bəlkə də, Qəlbdən çıxdım… Sevdim, qırıldım.   Məğlub mənəm… Və qalib mənəm… Çox qazandım, çoxca uduzdum. Bisatimda – ürəyim idi… Mən onu da sənə tutdurdum!   Unutamazsan   İllər keçəcəktir, keçir mövsümlər, Taqdir deyəməzsən, yox, qəbul etəməzsən. Əlindən də gəlməz, ürək ağrıyır, Məni unutmazsan, unutamazsan.   Qucaqlarsan dizini, kirpik tərpədəməzsən, Göyə baxarsan, heç öyrəşə bilməzsən, Gözündən yaş süzər, xəyal dizginsiz, Məni unutmazsan, unutamazsan.   Keçmişi düşünür, məni axtarırsan, Xəyal ağacını yıxa bilməzsən, Təəssüf, qayıdamazsan, qayıda bilməzsən, Məni unutmazsan, unutamazsan!   Yuxuların dalaşır adım çağıraraq, Günlərin səhv düşür izimdən gələrək, Bağışla, qəlbini geri verəmədim, Məni unutmazsan, unutamazsan!   Şairə Lətafət ƏMİROVA Özbəkistan Respublikası Özbək dilindən tərcümə etdi: Rəhmət Babacan

Hamısını oxu
Veteran.gov.az saytının yeni versiyasının təqdimetmə mərasimi keçirilib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında təşkilata məxsus veteran.gov.az saytının yeni versiyasının təqdimetmə mərasimi keçirilib.   Müharibə veteranlarının, media təmsilçilərinin, ictimai-siyasi xadimlərin qatıldığı mərasimi giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri vəzifəsini icra edən polkovnik Cəlil Xəlilov, saytın yeni versiyasının hazırlanmasını zəruri edən səbəblərə toxunub. 44 günlük Vətən müharibəsində dövlətimizin düşmənə qarşı həm də informasiya cəbhəsində ciddi mübarizə apardığını bildirən Cəlil Xəlilov, bu mübarizənin bu gün də davam etdiyini bildirib. Polkovnik qeyd edib ki, düşmənlə informasiya müharibəsinin hələ də davam etməsi, o cümlədən müasir dünyamızda çevik informasiya təminatının artan rolu daha təkmil və müasir informasiya vasitələrinə sahib olmağı zəruri edir. Veteran.gov.az saytının yeni versiyasının məhz bu səbəbdən hazırlandığını bildirən polkovnik, yeni saytın kiber hücumlara, kənar müdaxilələrə qarşı daha mükəmməl müdafiə sisteminə malik olduğunu, yeni dizaynla fəaliyyət göstərəcəyini bildirib.   Saytın yeni versiyasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları tərəfindən hazırlandığını bildirən polkovnik Cəlil Xəlilov, göstərdiyi dəstəyə görə adıçəkilən qurumun rəhbərliyinə, o cümlədən həmin nazirliyin əməkdaşlarına öz təşəkkürünü bildirib, onları Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Fəxri Fərmanları ilə təltif edib.   Veteran.gov.az saytı haqqında tədbir iştirakçılarına məlumat verən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşı Günay Əhmədova, saytın yeni versiyasının müasir tələblər əsasında hazırlandığını bildirib, iştirakçıları maraqlandıran sualları cavablandırıb.   Tədbirdə çıxış edən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə müasir dövrdə medianın roluna diqqət çəkib, istər cəmiyyətin operativ şəkildə məlumatlandırılmasında, istər düşmənlərəə qarşı informasiya mübarizəsində medianın mühüm platformalardan biri olduğunu bildirib. Dövlətimizin şəhid ailələri və müharibə əlilləri ilə yanaşı, həm də veteranlara yüksək diqqət və qayğı göstərdiyini bildirən Vüqar Rəhimzadə, veteranların məlumatlandırılmasında, habelə onların keçdiyi döyüş yolu, göstərdikləri qəhrəmanlıqlar haqqında gənc nəslin məlumatlandırılmasında medianın müstəsna əhəmiyyət kəsb etdiyini bildirib, veteran.gov.az saytının fəaliyyətinə uğurlar arzulayıb.   Tədbirin sonunda xatirə şəkli çəkilib.

Hamısını oxu