Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

ULU ÖNDƏRƏ HƏSR OLUNMUŞ KİTABIN TƏQTİMATI KEÇİRİLİB

Cəlilabad rayon Veteranlar Təşkilatı Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilovun Ulu Öndər Heydər Əliyevə həsr olunmuş "Xalqa mənsub olan həyat" kitabının təqdimatını keçirib. Möhtəşəm keçən tədbirdə ictimai birliklərin rəhbərləri, Əmək və Müharibə veteranları, şəhid ailələrinin nümayəndələri və tanınmış ziyalılar iştirak ediblər.
Tədbirdən öncə Ümummilli lider Heydər Əliyevin və ölkəmizin suverenliyi və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad olunub.
Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman çıxışının əvvəlində polkovnik Cəlil Xəlilovu Respublika Veteranlar Təşkilayına sədr seçilməsi münasibəti ilə rayonun Əmək və Müharibə veteranları adından təbrik edib, ona məsuliyyətli və şərəfli fəaliyyətində uğurlar arzulayıb. Daha sonra Ədalət müəllim  təqdimatı keçirilən kitab haqqında geniş məlumat verib, qeyd edib ki, kitabda əsrlərə bərabər ömür yaşamış Ulu Öndər Heydər Əliyevin Milli təhlükəsizlik və Milli ordu quruculuğunun formalaşmasında və inkişafındakı misilsiz xitmətindən bəhs olunur. Kitabda, həmçinin dahi şəxsiyyətin ideyalarının işığında bu gün yeni zəfərlərə doğru inamla addımlayan ölkəmizin uğurlarından danışılır. Aktual əhəmiyyət kəsb edən belə kitabların nəşr olunması gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsində bu gün müstəsna rol oynayır.
Masallı rayon Veteranlar Təşkilatının sədri Məmmədağa Şiriyev,  şəhid atası Nazim Paşayev, Vətən Müharibəsi Veteranları İctimai  Birliyi rayon bölməsinin sədri Rza Əkbərov, Beynəlxalq Heydər Ata ədəbi müsabiqəsinin mükafatçısı, şair Gülbala Teymur,  Qarabağ Qaziləri İctimai Birliyi rayon filialının rəhbəri Maşallah Əliyev, Azərbaycan Yazıçılar Birliyinin üzvləri İman Abdulla, Əlövsət Tahirli, şəhid Mibariz İsayevin qardaşı Yaqub İsayev və başqaları çıxış edərək Ümummilli lider Heydər Əliyevin dünyanı heyran qoyan ictimai-siyasi fəaliyyətindən, dövlətçiliyimizin möhkəmləndilməsi, ölkəmizin dünya arenasında tanınması, xalqımızın rifah halının yaxşılaşdılması istiqamətində gördüyü işlərdən danışdılar. Qeyd etdilər ki, Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəliyi sayəsində bu gün qazandığımız tarixi Zəfər də Ulu öndərimizin Milli təhlükəsizlik və Milli ordu quruculuğundakı səmərəli fəaliyyətinin əməli nəticəsidir.
Sonda xatirə şəkilləri çəkildi.

 


 

2024-10-11 11:22:36
3432 baxış

Digər xəbərlər

Millət vəkili Anım Günündə şəhid ailələri ilə görüşüb

Veteran.gov.az xəbər verir ki, 27 sentyabr-Anım Günündə Azərbaycan Respublikası Milli Məclisinin deputatı,Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli Yevlax və Mingəçevir şəhərlərində Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edib, şəhid ailələri və yaxınları ilə görüşüb. Görüşdə şəhdilərimizin ölümsüz xatirəsi qürur hissi ilə yad edilib, onların qəhrəmanlığından iftixarla bəhs olunub.   Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin 2 dekabr 2020 tarixli sərəncamına əsasən,Vətən müharibəsində qəhrəmancasına döyüşmüş,ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, 27 Sentyabr Anım Günü kimi təsis edilib.   Seymur ƏLİYEV  

Hamısını oxu
PA nümayəndəsi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvləri ilə görüşüb

2024-cü il sentyabrın 9-da Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvləri ilə görüşüb. Görüşdə Rəyasət Heyətinin üzvləri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyyətinə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva tərəfindən daim göstərilən diqqət və qayğıya görə təşəkkür edib, bunun bariz nümunəsi kimi təşkilatın rəhbəri Fatma Səttarovanın yüksək dövlət təltifi olan “İstiqlal” ordeni ilə mükafatlandırılmasını mənmunluqla xatırlayıblar. Görüşdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyyətinin daha da gücləndirilməsi üçün əlavə imkanlar müzakirə edilib, təkliflər dinlənilib. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının nümayəndəsi müvafiq qeydlər götürüb. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti

Hamısını oxu
Məşhur tarzənin Qarabağ Universitetində solo konserti keçiriləcək

Moderator.az xəbər verir ki, 9 iyun 2026-cı il tarixində məşhur tarzən, qran-pri mükafatçısı Ayaz İmranovun Qarabağ Universitetində solo konserti keçiriləcək. İncəsənət fakültəsinin böyük zalında saat 19:00-da baş tutacaq konsertdə həm muğam, həm də Azərbaycan və xarici bəstəkarların klassik əsərləri ifa olunacaq.  Məlumat üçün qeyd edək ki, tarzən Ayaz İmranovun 2018-ci ildə Azərbaycan Milli Konservatoriyasında verdiyi konsert Azərbaycan ictimaiyyəti tərəfindən böyk maraqla qarşılanıb, böyük mədəniyyət və incəsənət xadimləri tərəfindən təqdir olunub. Azərbaycan Milli Konservatoriyasının sabiq rektoru Siyavuş Kərimli Ayaz İmranovun konsertini “tar bayramı” kimi xarakterizə edib. (https://moderator.az/az/read/220245/ ).Tarzən Ayaz İmranovun 9 iyun tarixli konsertinin də musiqsevərlər tərəfindən böyük maraq və ictimai müzakirəyə sabəb olacağı gözlənilir.  Məlumat üçün qeyd edək ki, tarzən Ayaz İmranov Prezident İlham Əliyevin 23 noyabr 2024-cü il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.  Seymur ƏLİYEV

Hamısını oxu
“Azərbaycanın ən təhlükəsiz ölkələr sırasında yer alması Prezidentimizin və dövlətimizin tarixi uğurudur”

Cəlil Xəlilov: “Bu fakt dövlətimizin hərbi gücündən, yürütdüyü anti-terror siyasətinin optimallığından xəbər verir” “Mövcud reallıq həm də Dövlət Təhlükəsizliyi Xidmətinin peşəkarlığının göstəricisidir” Məlum olduğu kimi, “Global Terrorism Index 2026” (GTI) Hesabatında dövlətlərin terror təhlükəsinə görə növbəti reytinq sıralanmasını təqdim edib. Ötən ilin terror təhlükəsi üzrə qeyd olunan sıralamada “0.233” indekslə 90-cı reytinq mövqeyində olan Azərbaycan, 2026-cı ildə üç reytinq də yüksələrək “0.123” indekslə 93-cü yerdə qərarlaşıb və bununla da reytinq cədvəlində ən təhlükəsiz ölkələrdən biri kimi yer alıb. Mövzu ilə bağlı saytımıza   açıqlama verən Müharib, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov beynəlxalq hesabatda Azərbaycanın dünyanın ən təhlükəsiz ölkələr sırasında yer alması faktının ciddi mətləblərdən xəbər verdiyini bildirib: “Şübhəsiz ki, beynəlxalq reytinq cədvəlində Azərbaycanın ən təhlükəsiz ölkələr sırasında yer almağı Prezidentimizin və dövlətimizin tarixi uğurudur. Bu fakt Azərbaycan dövlətinin hərbi gücündən, siyasi iradəsindən, yürütdüyü anti-terror siyasətinin optimallığından xəbər verir. “Global Terrorism Index 2026” (GTI) Hesabatında ölkəmizlə bağlı yer alan bu reallıq Prezident İlham Əliyevin Azərbaycanın təhlükəsizliyi naminə həyata keçirdiyi uğurlu siyasətin son dərəcə effektiv olduğunu göstərir. Məlum gerçəklik bir daha sübut edir ki, Müzəffər Ali Baş Komandan Azərbaycanın təhlükəsizlik arxitekturasının memarı, təhlükəsizliyimizin və tərəqqimizin qarantıdır”. Polkovnik Cəlil Xəlilov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) ölkəmizə yönəlik terror cəhdlərinin qarşısının alınmasındakı roluna da diqqət çəkib: “Global Terrorism Index 2026” (GTI) Hesabatında dövlətimizin terror təhlükəsinə görə ən təhlükəsiz ölkələr sırasında yer almasında DTX-nın da mühüm rolu var. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində öz maddi-texniki təchizatını, peşəkarlğını daim yüksəldən DTX, Azərbaycana qarşı həyata keçirilən terror aktlarının qarşısını müvəffəqiyyətlə almaqda, terror cəhdlərini elə hazırlıq mərhələsindəcə neytrallaşdırmaqdadır. Beynəlxalq reytinq cədvəlində dövlətimizin ən yüksək sıralarda yer alması bir sıra amillərlə yanaşı, həm də DTX-nın peşəkarlığının göstəricisidir və bu peşəkarlıq xalqımız tərəfindən təqdir olunmaqda, alqışlanmaqdadır”. Seymur ƏLİYEV

Hamısını oxu