Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Cəlil Xəlilov: “Təşkilatımız türkdilli dövlətlərin veteran təşkilatları ilə əlaqələri genişləndirəcək”

“Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununda əsaslı dəyişikliklərin aparılması təklifi ilə çıxış etmişik” 

“Hərbi qurumlar və təhsil müəssisələri ilə əməkdaşlığı gücləndirmək niyyətindəyik” 

“Azərbaycanın haqlı mövqeyinin xaricdə çoxsaylı tərəfdarlar qazanması başlıca hədəflərimizdən olacaq”

Məlum olduğu kimi, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 30 sentyabr 2024-cü il tarixli XI plenumunda polkovnik Cəlil Xəlilov yekdilliklə Təşkilatın sədri seçilib. Polkovnik Cəlil Xəlilovla söhbətimizdə Təşkilatın gələcək fəaliyyəti, həyata keçiriləcək mümkün yeniliklər haqqındakı sualalrımıza cavab almağa çalışdıq.

-Cəlil müəllim, öncə sizi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının XI qurultayında sədr seçilməyiniz münasibətilə təbrik edir, uğurlar arzulayırıq. Maraqlıdır, bundan sonra Təşkilatın fəaliyyətində hansı dəyişikliklər, yeniliklər olacaq?

- Təşəkkür edirəm. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının bütün istiqamətlərdə fəaliyyətinin daha səmərəli və operativ təşkili məqsədi ilə mövcud strukturun təkmilləşdirilməsi, rayon şöbələrinin maddi-texniki bazasının, maliyyə təminatının yaxşılaşdırılması əsas məqsədimizdir. Çünki istənilən uğurlu fəaliyyətin arxasında dövrün çağırışlarına cavab verən mobil struktur və düzgün kadr siyasəti dayanır.

Bununla yanaşı, Təşkilatımızın yerli şöbələrinin fəaliyyətinin stimullaşdırılması, onların öz rayonlarının ictimai-siyasi həyatında daha fəal iştiraklarının təmin olunması, ərazidəki dövlət orqanları və ictimai təşkilatlarla işgüzar əlaqələrinin gücləndirilməsi qarşımızda duran əsas vəzifələrdəndir.

Məlumat üçün bildirim ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının demək olar ki, respublikamızın bürün raynlarında şöbələri mövcuddur. Onlar öz fəaliyyətlərini Təşkilatın illik tədbirlər planlarına uyğun qurmaqla, yerlərdə veteranlar, gənclər arasında iş aparır, vətənprəvərlik tərbiyəsinin, milli-mənəvi dəyərlərin təbliği istiqamətində mütəmadi addımlar atırlar. Lakin onların fəaliyyətinin günümüzün tələbləri səviyyəsində qurmaq üçün mövcud maddi-texniki bazanın gücləndirilməsinə ciddi ehtiyac var. Bu baxımdan, gələcək fəaliyyətimizdə rayon şöbələri ilə təmasların daha da sıxlaşdırılması, Təşkilatın bütün bölgələrdə fəaliyyətinin gücləndirilməsi prioritet istiqmaətlərimizdən biri olacaq. 

- Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı hər zaman gənclər arasında vətənpərvərlik tərbiyəsinin təbliğinə, gənclərin öz xalqına, Vətəninə, dövlətinə sədaqət ruhunda yetişməsinə xüsusi diqqət göstərib. Təşkilatın əsas fəaliyyət prioritetlərindən olan bu istiqamətdə işin daha səmərəli qurulması üçün nələri planlaşdırırsınız?

-          Şübhəsiz, bu məsələ Təşkilatımızın əsas və ənənəvi fəaliyyət istiqamətlərindən biri kimi daim diqqət mərkəzimizdədir. Gənclərin vətənpərvər, öz xalqını, dövlətini, Vətənini sevən və ona layiqincə xidmət etməyə daim hazır olan şəxslər kimi yetişdirilməsi, onların milli-mənəvi dəyərlərə sədaqət ruhunda böyüməsi indiki həssas dönəmdə ikiqat əhəmiyyət kəsb edən məsələdir. Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev öz çıxışlarında dəfələrlə gənclərin vətənpərvərlik və mili-mənəvi dəyərlərə sadiq şəkildə yetişdirilməsinin önəminə toxunub, bunun xalqımızın, dövlətimizin bugünü və gələcəyi baxımından önəmini qeyd edib. Bildiyiniz kimi, bu ilin sentyabr ayının 14-də VII çağrış Milli Məclisin açılışındakı nitqində dövlətimizin başçısı bu məsələlərə xüsusi diqqət yetirərək demişdir: “Gənc nəslin milli ruhda böyüməsi sadəcə olaraq, sözlər deyil. Bu, Azərbaycanın gələcək inkişafının əsas təminatçısıdır, çünki ölkələri insanlar idarə edir. İnsanların fikirləri, düşüncələri, cəsarəti, yaxud da ki, tam fərqli mənfi xüsusiyyətləri və ölkələrin düşdükləri vəziyyət də böyük dərəcədə bundan asılıdır. Ona görə elə gənc nəsil yetişdirilməlidir ki, həm bilikli, savadlı olmalıdır, həm də Vətənə bağlı olmalıdır. Xarici təsirə boyun əyməməlidir, qürurlu olmalıdır”. Dövlət başçısının vurğuladığı kimi, məhz gənclərin vətənpərvərlik eşqi, Vətənə, torpağa, bayrağa olan məhəbbəti düşmənin darmadağın edilməsi, işğaldakı torpaqlarımızın azad edilməsinə səbəb oldu. Erməni faşizmi gənclərimizin vətən sevgisi qarşısında davam gətirə bilmədi.

Biz bu gün gənclərimiz arasında vətənpərvərlik ruhunun güclənməsinə xüsusi diqqət yetirməli, onların yad ideologiyalardan qorunması üçün lazımi iş aparmalı, bütün bu istiqamətdə əməli addımlar atmalıyıq. Bu məqsədlərin uğurla reallaşdırılması məqsədi ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, o cümlədən Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi ilə birgə müvafiq iş planlarının hazırlanması və həyata keçirilməsini təmin etməyə çalışacağıq. Şübhə etmirəm ki, birgə, əlaqələndirilmiş fəliyyət öz nəticələrini verəckdir.

Qeyd edim ki, Təşkilatımız bu məqsədlə ötən illərdə də bu istiqamətdə bir sıra görüşlər keçirib, layihələr gerçəkləşdirib. Bu gün isə biz bu əməkdaşlığın miqyasını genişləndirməklə, daha çox gəncin bu layihələrdən bəhrələnməsini təmin etməklə bərabər, fəaliyyətimizin konkretliyini, səmərəliliyini yüksəlməli, hədəfyönlü olmalıyıq. İnanıram ki, biz səylərimizi artırmaqla, peşəkar kadrları cəlb etməklə bu işin də öhdəsindən gələ biləcəyik.

Həmişə olduğu kimi, müxtəlif kateqoriyadan olan veteranlar, Vətən müharibəsi qaziləri və şəhidlərin ailə üzvləri ilə Təşkilatımızın mərkəzi ofisində, rayon şöbələrində, hərbi hissələrdə, universitet və orta məktəblərdə mütəmadi görüşlərin təşkili, Müdafiə Nazirliyinin Milli Müdafiə İnstitutunda, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmətlərinin Akademiyalarında,  digər hərbi təmayüllü məktəblərdə təhsil alan gənc hərbçilərlə görüşlərin keçirilməsi də diqqət mərkəzimizdə olacaq. 

-Cəlil müəllim, şəhid ailələri və veteranlara qayğı dövlətimiz üçün prioritet məsələlərdən biridir. Bu istiqamətdə Təşkilatınız daha hansı addımların atılmasını məqsədəuyğun hesab edir?

-Şəhid ailələri və veteranlarla bağlı məsələlərin bundan sonra da diqqətdə saxlanılması, onların problemlərinin həlli ilə bağlı dövlət orqanları ilə əlaqələrin gücləndirilməsinə çalışacağıq. Veteranların sanator-kurort müalicəsi, istirahətləri və asudə vaxtlarının təşkili məsələlərinin diqqətdə saxlanılması da həyata keçirəcəyimiz layihələrdə yer alacaq.

Ümumiyyətlə, hesab edirik ki, mövcud reallıqlar veteranlara, onların qayğı və tələbatlarına yeni bir baxışı zəruri edir. Buna görə də veteranların problemlərinin həllində mühüm rol oynayacağını nəzərə alaraq, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununda əsaslı dəyişikliklərin aparılması üçün müvafiq dövlət orqanları ilə birgə işin təşkilini vacib sayırıq. Hesab edirik ki, 30 il əvvəl qəbul edilmiş bu qanunda zəruri dəyişikliklərin olunması artıq günün tələbidir. Ona görə də, bu qanunda mövcud reallıqlar nəzərə alınmalıdır. Biz bununla bağlı təkliflərimizi aidiyyatı dövlət orqanların diqqətinə çatdırmışıq və lazım gələrsə, qanunun yeni variantının hazırlanmasında yaxından iştirak edə bilərik. 

- Ölkədə öz üzvlərinin sayına və digər parametrlərinə görə əsas veteran təşkilatı olaraq beynəlxalq əlaqələrinizin genişləndirilməsi və xarici veteran təşkilatları ilə münasibətlərin yeni keyfiyyət mərəhələsinə yüksəldilməsi üçün hansı planlarınız var?

-          Bu istiqamətdə fəaliyyətimizi əsaslı şəkildə canlandırmağı düşünürük. Çünki bu gün dünyada haqq səsimizin eşidilməsi, milli mənafelərimizin qorunması üçün dostlarımızın sayını artırmalı, Azərbaycana qarşı yönəlmiş qərəzli, qeyri-obyektiv münasibətlərin qarşısının alınmasında möhtərəm Prezidentimizin yeritdiyi uğurlu siyasətə hərtərəfli dəstək olmalıyıq. Təşkilatımızın türkdilli dövlətlərin, MDB ölkələrinin veteran təşkilatları və beynəlxalq veteran təşkilatları ilə əlaqələrinin gücləndirilməsi ilə Azərbaycanın haqlı mövqeyinin daha dolğun çatdırılması və yeni çoxsaylı tərəfdarlar qazanması üçün bu imkanlardan maksimum yararlanmağı düşünürük. Çünki dünyanın əksər ölkələrində veteran sözü getdikcə daha ucadan eşidilməkdə və dövlətlərin mövqeyinə təsir imkanlarını artırmaqdadır. Əlbəttə, bunun üçün zəruri xarici səfərlərin təşkili məqsədi ilə Təşkilatımıza maliyyə imkanlarının yaradılması lazımdır və biz bu məslənin öz həllini tapacağına inanırıq.

- Təbliğat və təşviqat sahəsində hansı yeniliklər gözlənilir?

Təşkilatımızın fəaliyyətinin ölkə ictimaiyyətinə daha operativ çatdırılması üçün AzTV, yaxud İctimai TV-nin proqramında ayda 1 saatlıq “Veteran saatı” verilişinin efirə verilməsi, elektron media resursumuzun maddi-texniki bazasının gücləndirilməsi və fəaliyyətinin daha da optimallaşdırılması da başlıca planlarımızdan biridir. 

Əminəm ki, dövlətimizin qayğısı, üzvlərinizin əməyi sayəsində bütün planlarımızın reallaşmasına nail olacaq və Təşkilatımızın tarixində yeni bir dönəmin başlanğıcını qoyacağıq.

-          - Uğur olsun!

-     -   Çox sağ olun.

Seymur ƏLİYEV

2024-10-18 11:43:32
3454 baxış

Digər xəbərlər

Xocalı soyqırımı ilə bağlı inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

Veteran.gov.az xəbər verir ki, 24 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 26 fevral - Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş “Xocalı soyqırımını unutma” məktəblilər arasında keçirilmiş inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. Qaliblər Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallar ilə təltif edilib. Tədbirdə çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov Xocalı soyqırımının sadəcə Azərbaycan xalqına qarşı deyil, ümumilikdə bütün insanlığa qarşı törədilən cinayət olduğunu vurğulayıb. İdarə rəisi qeyd edib ki, gənc nəsil Xocalı soyqırımı və erməni faşizminin xalqımıza qarşı törətdiyi çoxsaylı cinayətlər haqqında məlumatlı olmalı, erməni vəhşiliklərini unutmamamlı və hər an doğma vətənin müdafiəsinə hazır olmalıdır.  

Hamısını oxu
Şirvanda 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Şirvanda 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə gəncləri təbrik edib, onlara sağlam gələcək, firavan həyat, işlərində uğurlar və nailiyyətlər arzulayıb. Müstəqil Azərbaycan gəncliyinin keçdiyi tarixi inkişaf yolundan bəhs edərək, Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş və bu gün uğurla davam etdirilən dövlət gənclər siyasətinin Azərbaycanda gənc nəslin mənəviyyatca zəngin, vətənpərvərlik ruhunda tərbiyəsi, gənclərin hərtərəfli inkişafı və ölkə həyatında fəal iştirakı üçün mühüm zəmin yaratdığını qeyd edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən ölkə gənclərinə göstərilən yüksək diqqət və qayğıdan danışaraq, bu sahədə qəbul edilən fərman və sərəncamların, dövlət proqramlarının əhəmiyyətini vurğulayıb.

Hamısını oxu
Nəsirov Cahangir Əmir oğlu

Azərbaycan veteran ictimaiyyətinə ağır itki üz vermişdir. Hüquq-mühafizə orqanları və əmək veteranı, baş ədliyyə müşaviri, prokurorluq orqanlarının fəxri işçisi Nəsirov Cahangir Əmir oğlu 12 noyabr 2018-ci ildə, 83 yaşında vəfat etmişdir. Cahangir Nəsirov 19 dekabr 1935-ci ildə Xaçmaz şəhərində anadan olmuşdur. 1957-ci ildə Xaçmaz şəhər orta məktəbini bitirmiş, Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. 1963-cü ildə ali təhsilini başa vuraraq, elə həmin il Quba-Xaçmaz Birləşmiş rayonlararası Komsomol Komitəsinin katibi seçilmişdir. 1964-1967-ci illərdə Qazax rayon prokurorluğunun baş müstəntiqi, 1967-1975-ci illərdə Azərbaycan SSR Prokuroru yanında xüsusilə mühüm işlər üzrə müstəntiq, 1975-1991-ci illərdə isə Yevlax, Qazax və Bakı şəhərinin indiki Səbail, Xəzər rayonlarında prokuror vəzifəsində işləmişdir. C.Nəsirovun xidmətləri nəzərə alınaraq, 1982-ci ildə Əmək veteranı medalı, 1983-cü ildə prokurorluq orqanlarının fəxri işçisi döş nişanı ilə təltif edilib. Təcrübəli əməkdaş olan C.Nəsirov 1992-1997-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaqa Nəzarət İdarəsində prokuror vəzifəsində işləmişdir. O, 10 aprel 1997-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü idi. Cahangir Nəsirovun ictimai-siyasi fəallığı, təşkilatçılıq qabilyyəti və peşəkarlığı yüksək qiymətləndirilərək 2015-ci il mart ayının 2-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Nəzarət-təftiş Komissiyasının sədri vəzifəsinə təyin edilmişdir. Ailəli idi, 5 övladı var. Nəsirov Cahangir Əmir oğlu Sumqayıt şəhərində dəfn olunmuşdur. Allah rəhmət eləsin.   Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti

Hamısını oxu
Beş ildir ki, hər ilin 27 sentyabrında Azərbaycan xalqı başı dik, qürurla və ehtiramla şəhidlərini yad edir.

Yenixeber.org: Bu tarix bir xalqın əsrlərlə davam edən ədalətsizliyə qarşı hayqırtısı, torpaq həsrətinə son qoymaq üçün bir millətin ayağa qalxdığı gündür. 27 sentyabr 2020-ci il Azərbaycanın müasir tarixində dönüş nöqtəsidir. Məhz bu gündən etibarən xalqımız 30 ilə yaxın davam edən erməni işğalına "yetər!" dedi və tariximizin ən şanlı səhifələrindən birini yazmağa başladı. Vətən müharibəsində canını torpaq uğrunda fəda edən oğulların qəhrəmanlığı bu günü həm kədər, həm də qürur günü kimi yaddaşlara həkk etdi. Azərbaycan xalqı bu gündə 44 gün boyunca döyüş meydanında qanı və canı ilə tarix yazan qəhrəman Vətən oğullarının xatirəsini sonsuz ehtiramla anır. Bu gün eyni zamanda, 200 ildən artıq davam edən erməni təcavüzkarlığına və düşmənçiliyinə verilən ən qəti və ədalətli cavabın rəmzidir. Bu tarix həm də bütün dünyaya, xüsusən də düşmənlərimizə Azərbaycanın gücünü, əsgərinin şücaətini, xalqının birliyini və dövlətin iradəsini nümayiş etdirdi. Bir sözlə, 27 Sentyabr Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida!” sözlərinin gerçəyə çevrildiyi, xalqın bu amal uğrunda bir yumruq kimi birləşdiyi gündür.2020-ci il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı başladığı növbəti hərbi təcavüzə cavab olaraq Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsinə başladı. Artıq səbirlər tükənmişdi. Hər kəs o günü, Müzəffər Ali Baş Komandanın əmrini gözləyirdi. Otuz il davam edən beynəlxalq riyakarlıq, ikili standartlar, münaqişənin nizamlanması üçün yaradılmış Minsk Qrupunun nəticəsiz fəaliyyəti, kağız üzərində qalan beynəlxalq qətnamələr və Ermənistanın bu illər ərzində ərazilərimizdə törətdiyi təxribatlar, təmas xətti boyunca dinc əhalimizə atəş açması xalqın səbr kasasını doldurmuşdu.2016-cı ilin Aprel döyüşləri, 2020-ci ilin Tovuz döyüşləri və sentyabrın 27-də ölkəmizə qarşı başlanan növbəti təcavüz bir daha bütün dünyaya göstərdi ki, Azərbaycan bu işğalla heç vaxt barışmayacaq. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzə son qoymaq məqsədilə Ali Baş Komandan İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. Beləliklə, rəşadətli Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü, tarixi ədaləti və beynəlxalq hüququ bərpa etmək üçün silaha sarıldı. Ali Baş Komandanın döyüş əmri bizi Qarabağ arzumuza yaxınlaşdıran tarixi günün başlanğıcı oldu. O gün millətin daxilində illərlə yığılıb qalan döyüş ruhu və birlik hissləri sanki vulkan kimi püskürdü. Dövlət başçısının xalqa müraciətində dediyi “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” sözləri əsgərimizin döyüş əzmini daha da gücləndirdi.Bəli, xalqın çoxdan gözlədiyi gün gəlmişdi. “Vətən bizi çağırır!” deyərək könüllü cəbhəyə yollanan gənclərin üzlərində sevinc, gözlərində isə qisas hissi vardı. Vətən uğrunda şəhidliyi mükafat olaraq qəbul edən Azərbaycan oğulları 44 gün ərzində necə döyüşdüklərini, Vətən borcuna necə sadiq olduqlarını bütün dünyaya nümayiş etdirdilər. Döyüş meydanında da, arxa cəbhədə də hər kəs bir məqsədə xidmət edirdi: Rəhbər, ordu və xalq birliyi. Bu isə Vətən müharibəsində qələbəni şərtləndirən əsas amil oldu. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə gecə-gündüz çalışan mülki insanlar və bütövlükdə xalqımızın iradəsi, bir yumruq kimi birləşməsi düşmənə sarsıdıcı zərbələr endirdi. Qan-qadasız, itkisiz müharibə olmur. Hər qazanılan zəfərin arxasında qəhrəman şəhidlərin qanı var. Torpaq şəhidlərin qanı ilə Vətən olur. Bu mənada xalq oğullarını necə təntənə ilə cəbhəyə yola salırdısa, şəhidlərini ondan da böyük izdihamla qarşılayırdı. Üçrəngli bayrağımızı öpüb bağrına basan, “Vətən sağ olsun” deyən neçə-neçə mətanətli şəhid valideyni gördük. Bütün dünya Azərbaycan əsgərinin şücaətinə şahidlik etməklə yanaşı, “Ermənistanın güclü ordusu var”, “erməni xalqı döyüşkən xalqdır” kimi miflərin sadəcə uydurma olduğunu da anladı. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, bayrağımızı işğaldan azad edilən torpaqlarda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq Prezident İlham Əliyevin 27 sentyabrın Anım Günü kimi qeyd olunması ilə bağlı imzaladığı Sərəncam şəhidlərimizə və onların doğmalarına ali ehtiramın göstəricisidir. Qarabağda tarix yazan Vətən oğullarına vəfa borcumuz isə hər gün, hər an davam edir. Unutmamalıyıq ki, bu gün Qarabağa Böyük Qayıdışın sevinci onların sayəsindədir. Bu gün viran qalmış yurd yerlərimizdə yanan işıqlar öz nurunu şəhid ruhlarından alır. Qəhrəman Azərbaycan əsgərinin ayaq izlərinin açdığı cığırla başlayıb doğma Şuşamıza uzanan möhtəşəm Zəfər yolu onların əsəridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə azad olunmuş torpaqlarda bu gün çoxşaxəli layihələr həyata keçirilir. 1990-cı illərdə yenicə müstəqilliyini əldə etmiş Azərbaycan Ermənistanın təcavüzü ilə üz-üzə qalmış, daxildə isə siyasi çəkişmələr, dövlətçiliyə təhlükə yaradan qüvvələr ölkəni uçuruma aparırdı. Belə bir zamanda xalqın israrlı tələbi ilə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı vəziyyəti sabitləşdirdi, vətəndaş müharibəsinin qarşısını aldı. Xalqımızın qarşısında duran növbəti böyük hədəf torpaqlarımızın işğaldan azad edilməsi idi. Amma ermənipərəst güclər bu məsələnin həllini sonsuzadək uzatmağa çalışırdı. ATƏT-in Minsk qrupu 28 il ərzində sadəcə bölgəyə turist kimi səfərlər etməklə işlərini bitmiş hesab edirdilər. Məqsədləri münaqişəni Ermənistanın xeyrinə dondurmaq idi. Nəhayət, 2020-ci ilin Vətən müharibəsində Azərbaycan özü ədaləti bərpa etdi. BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməyən 4 qətnaməsi hərb meydanında reallığa çevrildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Ağdam, Laçın və Kəlbəcər bir güllə atılmadan azad olundu. 2023-cü ilin sentyabrında 23 saatlıq antiterror tədbirləri ilə separatizmə son qoyularaq dövlət suverenliyimiz tam təmin edildi. Bu qələbə ilə Cənubi Qafqazda yeni reallıqlar formalaşdı. Təhlükəsizlik, dayanıqlı sülh və əməkdaşlıq üçün zəmin yarandı. Bütün bunlar Prezident İlham Əliyevin 22 illik qətiyyətli siyasəti, sərrast diplomatiyası və xalqın dəstəyi ilə mümkün oldu. Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən bir nömrəli vəzifə kimi torpaqlarımızın işğaldan azad edilməsini və məcburi köçkünlərin doğma yurdlarına qayıdışını qarşısına məqsəd qoydu. Həmin vaxtdan etibarən milli maraqlarımızın təmin olunması uğrunda məqsədyönlü və uzaqgörən siyasət yürüdən qalib lider İlham Əliyev dünya gücləri ilə bərabər səviyyədə mübarizə apararaq Azərbaycanı bütövləşdirdi. Beləliklə, o, həm də Ulu Öndər Heydər Əliyevin vəsiyyətini gerçəkləşdirdi.  İlham Əliyevin rəhbərliyi ilə Şuşaya, Xankəndiyə, Kəlbəcərə, Laçına qayıdış sadəcə torpağa deyil, kimliyə, tarixə və milli qürura qayıdış oldu. Xankəndidə beynəlxalq və yerli media nümayəndələri ilə keçirilən görüş zamanı Prezident İlham Əliyev bu müqəddəs vəzifənin onun üçün hansı əhəmiyyət daşıdığını belə ifadə etdi: “Əgər bilsəydim ki, torpaqları geri qaytara bilməyəcəyik, biz bəlkə də daha 17 il gözləyəcəkdik, sonra yenə 17 il. O zaman artıq mən olmayacaqdım və bu, vacib olmayacaqdı. Mən mənəvi baxımdan hazır idim ki, bunu kimsə başqa biri edəcək. Amma başa düşürdüm ki, əgər mən etməsəm, yəqin ki, bunu heç kim edə bilməz. Bu, bəlkə də çox iddialı səslənə bilər, amma bu, sadəcə, mənim fikirləşdiyim idi və xatirələrimi bölüşürəm. Qələbəmiz ədalətli və tam bir qələbədir. Bu Qələbə göstərdi ki, ədalət var, sadəcə, ona nail olmaq lazımdır. Bu ədaləti əldə etmək üçün hər gün işləmək, hər gün qələbəyə yaxınlaşmaq lazımdır. Ən vacib amil isə cəmiyyətin həmrəyliyidir. Həmrəyliyin Prezident, Ali Baş Komandan olaraq mənə verdiyi mənəvi güc çox böyük idi. Əmin idim ki, xalq mənim arxamda dayanacaq. Bu da yəqin ki, həlledici amillərdən biri oldu.” Bu fikirlər artıq tarixin yaddaşına yazıldı. Hər günü bir dastan, hər anı bir qəhrəmanlıq salnaməsi olan bu müharibə, Azərbaycan tarixinin ən şanlı və ən möhtəşəm səhifələrindən biri kimi əbədi yaddaşlara həkk olundu. O səhifələr şəhidlərimizin müqəddəs qanı, qazilərimizin rəşadəti, xalqımızın sarsılmaz iradəsi və ən əsası, qalib sərkərdəmiz, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti ilə möhürləndi. Prezident İlham Əliyev bir millətin 30 illik həsrətinə, Qarabağ dərdinə son qoydu. O, yalnız torpaqları deyil, xalqın ümidini, ləyaqətini, milli kimliyini geri qaytardı. Şuşaya qayıdışı ilə xalqın mədəni ruhunu dirçəltdi, Xankəndini azad edərək ədaləti bərpa etdi, Laçını və Kəlbəcəri isə sülh yolu ilə, siyasi iradə və qətiyyətlə geri aldı. Bu tarixi ədalətə, əzəli həqiqətə, xalqın milli heysiyyatına qayıdış idi. Bu, zamanın axarında pozulmağa çalışılan yaddaşın bərpası, milli ruhun yenidən doğuluşu idi. Bu gün artıq Qarabağda həyat bərpa olunur. İllərlə viran qalan şəhərlər yenidən dirçəlir. Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Şuşa və digər bölgələrdə yollar çəkilir, məktəblər, xəstəxanalar, evlər inşa olunur. Qarabağda həyat var, çünki artıq orada Azərbaycan əsgəri var, Azərbaycan bayrağı dalğalanır, Azərbaycan xalqı öz doğma yurduna qayıdır. Bu gün Qarabağda yanan hər bir işıq, əsən hər bir bayraq, atılan hər bir bərpa addımı bir daha sübut edir: Qarabağ Azərbaycandır! Bu, artıq sadəcə bir şüar deyil bu, tarixdir, bu, gerçəkdir, bu, xalqın qələbə salnaməsidir! Azərbaycan xalqı bu Zəfəri unutmur və heç zaman unutmayacaq. Qalib Ordumuzun, şəhidlərimizin və Müzəffər Ali Baş Komandanın yazdığı bu şanlı tarix hər birimizin mənəvi borcudur yaşatmalı, gələcək nəsillərə ötürməliyik. Çünki bu Zəfərin müəllifi  xalqı ilə birgə bir yumruq kimi birləşərək tarix yazan, iradəsi ilə torpaqları azad edən, sarsılmaz liderliyi ilə düşmənə diz çökdürən Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Cəlil Xəlilov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu