Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan ictimaiyyətindən Nobel Komitəsinə açıq məktub: Qorbaçovun Nobel Sülh Mükafatından məhrum edilməsi barədə tarixi qərara imza atın

Bakı, 18 yanvar, AZƏRTAC

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri, ictimai fəalları, 20 Yanvar şəhidlərinin ailə üzvləri, 20 Yanvar veteranları Norveç Nobel Komitəsinin sədrinə və üzvlərinə Açıq Məktub ünvanlayıblar.

AZƏRTAC məktubu təqdim edir:

“Hörmətli Norveç Nobel Komitəsinin sədri cənab Jørgen Watne Frydnes.

Hörmətli Norveç Nobel Komitəsinin üzvləri - cənab Asle Toje, xanım Anne Enger, xanım Kristin Clemet, xanım Gry Larsen.

Biz – Azərbaycanın vətəndaş cəmiyyətinin təmsilçiləri, 20 Yanvar şəhidlərinin ailə üzvləri və 20 Yanvar veteranları, ictimai fəallar Sizə 1990-cı ilin oktyabrında Norveç Nobel Komitəsi tərəfindən Nobel Sülh Mükafatı ilə təltif olunmuş Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovla əlaqədar müraciət edirik.

Mixail Qorbaçovun hələ də Nobel Sülh Mükafatı laureatı adını daşıması bu mükafatın tarixində ən böyük ədalətsizlikdir. Sizdən bu qara ləkəni təmizləməyi, Azərbaycan xalqına qarşı yol verilmiş haqsızlığı aradan qaldırmağı, Mixail Qorbaçovun həmin mükafatdan məhrum edilməsini xahiş edirik.

Azərbaycan xalqı hər il 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilməsi, dinc əhalinin ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutulması nəticəsində ümumilikdə 150 nəfərin kütləvi şəkildə qətlə yetirilməsinin ildönümünü qeyd edir, cəllad Mixail Qorbaçovu lənətləyir, bu faciəni törədənlərə dərin nifrətini ifadə edir. Mixail Qorbaçov Bakıya, dinc əhaliyə qarşı qoşun yeridilməsi əmrini şəxsən verib və kütləvi qətllərə görə birbaşa məsuliyyət daşıyır. Bu cinayətin qanlı izi silinməzdir.

20 Yanvar faciəsini törədən cinayətkarların ədalət mühakiməsinə cəlb olunması üçün kifayət qədər hüquqi əsaslar mövcuddur. Bu hadisə hər şeydən əvvəl BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlərin, konvensiyaların tələblərinin pozulması faktıdır. 20 Yanvar faciəsi bəşəriyyət əleyhinə cinayətdir, bu hadisə zamanı dinc insanlar qətlə yetirilib, yaralanıb, oğurlanıb, işgəncələrə məruz qalıb. Bütöv bir xalqa qarşı tarixi cinayət törədilib.

20 Yanvar qırğını SSRİ-nin ədalətsiz siyasətinə etiraz edən Azərbaycan xalqının azadlıq, müstəqillik mübarizəsinin boğulması üçün əvvəlcədən planlaşdırılmış dövlət cinayətidir. Bu kütləvi qırğın sovet hakimiyyətinə qarşı 1956-cı il Macarıstandakı, 1968-ci il Çexoslovakiyadakı qanlı hadisələrlə eyni sırada dayanır.

Böyük ağrı hissi ilə deyə bilərik ki, məhz bu qırğından sonra Norveç Nobel Komitəsi tərəfindən əlləri Azərbaycan xalqının qanına batmış Mixail Qorbaçovun Nobel Sülh Mükafatı ilə təltif edilməsi bizim üçün 20 Yanvar kədəri qədər əzablıdır.

Azərbaycan ictimaiyyəti uzun illərdir ki, bu ədalətsizliyin bir gün mütləq aradan qaldırılacağına inamını itirməyib.

Mixail Qorbaçovun əmri ilə törədilmiş bu dəhşətli cinayət Azərbaycan xalqının əzmini qıra bilmədi, bir il sonra Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi.

Nobel qardaşları Azərbaycan tarixində müstəsna iz buraxıb. Lakin təəssüf edirik ki, həyatının ən vacib hissələri Bakıdakı uğurları ilə sıx bağlı olan Nobelin arzusu olan mükafatlar Azərbaycan xalqının qanını axıtmış Mixail Qorbaçova verilib.

Mixail Qorbaçovu mükafatından məhrum etmək qərarınız dünya ictimaiyyətinin ədalətə və Nobel Sülh Mükafatının mənəvi nüfuzuna inamını gücləndirərdi. Buna ciddi ehtiyac var.

Biz ümid edirik ki, siz Nobel dəyərlərinin təhqir edilməsinə göz yummayacaq, Azərbaycan xalqının, eləcə də keçmiş Sovet İttifaqının digər xalqlarının dərin nifrətini qazanmış Mixail Qorbaçovun Nobel Sülh Mükafatından məhrum edilməsi barədə qərara imza atmaqla tarixi ədaləti bərpa edəcəksiniz.

Hörmətlə,

Ramil İskəndərli – Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri

Eldar Quliyev - Azərbaycan Ağsaqqallar Şurasının sədri

Novruzəli Aslanov - Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri

Əmir Əliyev - “İnsan Hüquqlarının Təşviqi Mərkəzi” İctimai Birliyinin sədri

Cəlil Xəlilov - Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının İdarə Heyətinin sədri

Novella Cəfərova - D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri

Səidə Qocamanlı - İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri

Səadət Bənənyarlı - Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti-Azərbaycan Milli Bölməsinin İdarə Heyətinin sədri

Əliməmməd Nuriyev - “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti

Zaur İbrahimli - “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri

Dilqəm Əhməd - “Çapar - Milli İrsin Tədqiqi Mərkəzi” İctimai Birliyinin sədri

Azər Allahverənov - “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri

Mayis Əliyev - "Sosial Hüquqların Araşdırılması" İctimai Birliyinin sədri

Davud Rəhimli - Əlil Təşkilatlar İttifaqının sədri

Umud Mirzəyev - Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti

Könül Behbudova - “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri

Sevinc Alızadə - "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri

Mehriban Məmmədova - “Humanitar Tədqiqatlar” İctimai Birliyinin sədri

Xalid Kazımov - “Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyinin sədri

Telman Qasımov - “Elmi Araşdırmalar” İctimai Birliyinin sədri

Mehdi Mehdiyev - Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri

Füzuli Rzaquliyev - "Azərbaycan Vətən Müharibəsi Veteranları" İctimai Birliyinin sədri

Naibə Behbudova - “Qürur" Şəhid Ailələri Xeyriyyə İctimai Birliyinin sədri

Aqil Camal - “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri

Əhməd Abbasbəyli - “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri

20 Yanvar şəhidi Mirzə Qəniyevin ailə üzvü Gülarə Məmmədova

20 Yanvar şəhidi Allahyar Nəsibovun ailə üzvü Nurayə Сəfərova

20 Yanvar şəhidi İlqar Kərimovun ailə üzvü Lətifə Kərimova

20 Yanvar şəhidi Nurəddin Ağahüseynovun ailə üzvü Şirnayə Axundova

20 Yanvar şəhidi Azad Rzayevin ailə üzvü Dilarə Rzayeva

20 Yanvar şəhidi Bəxtiyar Hüseynovun ailə üzvü Nənəbəyim Quliyeva

20 Yanvar şəhidi Elçin İmanovun ailə üzvü Beydulla İmanov

20 Yanvar şəhidi Yanvar Nəsirovun ailə üzvü Almara Nəbiyeva

20 Yanvar şəhidi İbiş Məmmədovun ailə üzvü Zəri Babayeva

20 Yanvar şəhidi Rasim Muxtarovun ailə üzvü Firəngiz Muxtarova

20 Yanvar şəhidi Asif Əsədullayevin ailə üzvü Rəfiqə Əsədullayeva

20 Yanvar şəhidi Məmmədəli İsmayılovun ailə üzvü İsmayılov İsmayıl

20 Yanvar şəhidi Oqtay Kərimovun ailə üzvü Minarə Kərimova

20 Yanvar şəhidi Ağamehdi İbadzadənin ailə üzvü Sona İbadzadə

20 Yanvar şəhidi Mehman Həsənovun ailə üzvü Səmayə Musayeva

20 Yanvar şəhidi Zahir Nuriyevin ailə üzvü Validə Nuriyeva

20 Yanvar şəhidi Yusif Sadıqovun ailə üzvü Kəhriz Sadıqova

20 Yanvar şəhidi Taryel Abduyevin ailə üzvü Məlahət Əliyeva

20 Yanvar şəhidi Tofiq Novruzovun ailə üzvü Səidə Mehdiyeva

20 Yanvar şəhidi Yusif Qasımovun ailə üzvü Reyhanə Meşkinçapaqani

20 Yanvar şəhidi Cəbrayıl Xanməmmədovun ailə üzvü Şövkət Xanməmmədova

20 Yanvar şəhidi Fuad Mövludovun ailə üzvü Dilarə Mövludova

20 Yanvar şəhidi Ağabəy Novruzbəylinin ailə üzvü Oktay Novruzbəyli

20 Yanvar şəhidi Anar Məmmədovun ailə üzvü Vilen Məmmədov

20 Yanvar şəhidi Nüsrət Yaqubovun ailə üzvü Dilşad Əskərova

20 Yanvar şəhidi İsfəndiyar Zülalovun ailə üzvü Təranə Zülalova

20 Yanvar şəhidi Tenqız Turabovun ailə üzvü Şirmayı Turabova

20 Yanvar şəhidi Aslan Ağaverdiyevin ailə üzvü Zərifə Ağaverdiyeva

20 Yanvar şəhidi İsmayıl Mursaqulovun ailə üzvü Gülüş Mursaqulova

20 Yanvar şəhidi Firuz Cabbarovun ailə üzvü Rəfiqə Cabbarova

20 Yanvar şəhidi Sahib Həsənovun ailə üzvü Ruhəngiz Həsənova

20 Yanvar şəhidi Rövşən Rüstəmovun ailə üzvü Ziyafət Rüstəmova

20 Yanvar şəhidi Mircamal Əbülfətovun ailə üzvü Rəna Əbülfətova

20 Yanvar şəhidi Bayram Əliyevin ailə üzvü Zahirə Əlıyeva

20 Yanvar şəhidi Vaqif Mirzəyevin ailə üzvü Mehparə Mirzəyeva

20 Yanvar şəhidi Rəşid İsmayılovun ailə üzvü Elmira İsmayılova

20 Yanvar şəhidi Baba Xammədovun ailə üzvü Şərqiyyə Babazadə

20 Yanvar şəhidi Zabulla Əliyevin ailə üzvü Ümsələmə Əliyeva

20 Yanvar şəhidi Rahim Babayevin ailə üzvü Yaqut Quliyeva

20 Yanvar şəhidi İsabala Bayramovun ailə üzvü Nəzirə Bayramova

20 Yanvar şəhidi İlqar İbrahimovun ailə üzvü Yekaterina İbrahimova

20 Yanvar şəhidi Zahid Abdullayevin ailə üzvü Zeynəb Abdullayeva

20 Yanvar şəhidi Baloğlan Bağırovun ailə üzvü Aybəniz Bağırova

20 Yanvar şəhidi Zahid Əliyevin ailə üzvü Roza Bağırova

20 Yanvar şəhidi Anagəldi Durdiyevin ailə üzvü Mənsurə Qəhrəmanova

20 Yanvar şəhidi Səxavət Məmmədovun ailə üzvü Şəhla Məmmədova

20 Yanvar şəhidi Ülvi Bünyadzadənin ailə üzvü Kifayət Bünyadzadə

20 Yanvar şəhidi Faiq Əlizadənin ailə üzvü Kəmalə Əlizadə

20 Yanvar şəhidi Musa Adilovun ailə üzvü Xatirə Adilova

20 Yanvar veteran Sultan Əzimzadə

20 Yanvar veteran Eyşan İskəndərov

20 Yanvar veteranı İmran İskəndərzadə

20 Yanvar veteranı Mübariz İsmayılov

20 Yanvar veteranı Şahin İmaməliyev

20 Yanvar veteranı Bafadar İbrahimli

20 Yanvar veteranı Salman Əhədli

20 Yanvar veteranı Rövşən Cahangirov

20 Yanvar veteranı Akif Nəsirov

20 Yanvar veteranı Asif İbrahimov

20 Yanvar veteranı Soltan Abbasov

20 Yanvar veteranı Gülağa Şərifzadə

20 Yanvar veteranı Samir Piriyev

20 Yanvar veteranı Emil Əlayi

20 Yanvar veteran Tahir Fətullayev

20 Yanvar veteranı Valeh Hüseynov

20 Yanvar veteranı Rövşən Abbasov

20 Yanvar veteranı Səttar Bədəlov

20 Yanvar veteranı Şakir Azadəliyev

20 Yanvar veteranı Sadiq Quluzadə

20 Yanvar veteranı Fəridə Muradova

20 Yanvar veteranı Əsəd Əsədzadə

20 Yanvar veteranı Vaqif Namazov

20 Yanvar veteranı Asim Hüseynov

20 Yanvar veteranı Ramiz Hüseynov

20 Yanvar veteranı Abdulla Ağazadə

20 Yanvar veteranı Hüseyn Məmmədov”.

2025-01-19 11:10:22
3556 baxış

Digər xəbərlər

“Modern İnkişaf və Ailə” İctimai Birliyindən möhtəşəm tədbir!

Yeni üzvlərə vəsiqələr təqdim edilib, gələcək layihələr müzakirə olunub... 3 aprel 2026-cı il tarixində “Modern İnkişaf və Ailə” İctimai Birliyi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında şəhid ailələrinin, veteranların, ziyalıların, media və ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbir keçirib. Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiridə açılış nitqi ilə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov “Modern İnkişaf və Ailə” İctimai Birliyinin ölkəmizin ictimai həyatındakı roluna toxunub, bu təşkilatın milli-mənəvi dəyərlərimizin təbliğindəki fəliyyətinə diqqət çəkib: “Modern İnkişaf və Ailə”  İctimai Birliyi hər zaman öz aktivliyi, milli maraqlarımızın müdafiəsi, dövlət siyasətimizin təbliği, vətənpərvərlik tərbiyəsinin inkişafına yönəlik fəaliyyəti ilə diqqət çəkib, bu fəaliyyət xalqımz, cəmiyyətimiz tərəfindən təqdir olunub. Hörmətli Zərifə Quliyevanın rəhbərliyi altında fəaliyət göstərən bu təşkilat daim şəhid ailələrini, veteranları, həssas kateqoriyadan olan digər vətəndaşlarımızı diqqət mərkəzində saxlayır, onlara mütəmadi yardımlar edir, mənəvi dəstək nümayiş etdirir. Zərifə xanım tanınmış ictimai xadim olmaqla yanaşı, həm də bir neçə kitabın müəllifidir. Hesab edirəm ki, Zərifə xanımın çoxşaxəli fəaliyyəti dövlət səviyyəsində təqdir edilməli, mükafatlandırılmalıdır. Mən “Modern İnkişaf və Ailə” İctimai Birliyinə yeni üzv qəbul edilən şəxsləri bu münasibətlə təbrik edir, onlara uğurlar arzulayıram. İnanıram ki, yeni üzv qəbul edilən şəxslər təşkilatın fəaliyyətində yaxından iştirak edəcək, dövlətimizin və Prezidentimizin hər bir çağırışına dərhal səs verəcək”. Tədbirdə çıxış edən “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva yeni üzvləri təbrik edib, təşkilatın keçmiş fəaliyyəti və gələcək planları haqqında ətraflı məlumat verib: “Mən təşkilatımıza yeni üzv seçilən hər bir şəxsi təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram. Mənim üçün olduqca qürurvericidir ki, bu gün təşkilatımıza üzv olan şəxslər arasında şəhid ailələrinin üzvləri, qazilər də var. Hansı ki, bu gün biz sahib olduğumuz azadlığa, suverenliyə, təhlükəsizliyə görə onlara borcluyuq. Məhz onlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın erməni faşizmindən azad edilməsini təmin edib, bu müharibələrdə tarixi qəhrəmanlıqlara imza atıblar. Biz sonsuza kimi şəhidlərimizə və qazilərimizə borcluyuq və bu həqiqəti heç vaxt unutmamalıyıq. Biz daim bu insanları diqqət mərkəzində saxlamlı, onlara sevgimizi və minnətdarlığımız hər an hiss etdirməliyik. Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın nəcib əməlləri bizim hər birimiz üçün örnək olmalıdır. Ulu Öndər Heydər Əliyev ideyalarının təbliği, Prezident İlham Əliyevin yürütdüyü siyasətin sadəcə sözdə deyil, həm də əməli müstəvidə dəstəklənməsi bugünə qədər olduğu kimi bundan sonra da fəaliyyətimizin əsasını təşkil etməlidir. Mən bir daha üzvlük vəsiqəsi alan hər bir şəxsi təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram”. Daha sonra “Modern İnkişaf və Ailə” İctimai Birliyinə üzv qəbul edilən şəxslərə təşkilatın vəsiqələri təqdim olunub, hədiyyələr verilib. Tədbirin sonunda xatirə şəkli çəkilib. Xatırladaq ki, “Modern İnkişaf və Ailə” İctimai Birliyi hər il respublika miqyaslı böyük tədbirlər təşkil edir, layihələr həyata keçirir. Əsasən şəhid ailələri və qazilərlə bağlı olan vərənpərvərlik layihələrin cari ildə də davam etməsi nəzərdə tutulur. Seymur ƏLİYEV  

Hamısını oxu
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş atıcılıq turniri keçirilib

Veteran.gov.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) mayın 6-da media nümayəndələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş atıcılıq turniri keçirib. Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Atıcılıq Tirində keçirilən turnirdə hər biri 3 nəfərdən ibarət olan 19 mətbuat  komandası qatılıb.   İştirakçılar əvvəlcə Fəxri xiyabanı ziyarət edərək Ulu Öndərin məzarı önünə gül dəstələri qoyub, xatirəsini hörmət və ehtiramla yad ediblər. Tədbirə Azərbaycan Respublikası Dövlət Himninin ifası ilə başlanılıb.   Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Turniri giriş sözü ilə açan SHXÇDX rəisinin müavini, general-leytenant Zaur Abdullayev iştirakçıları salamlayaraq turnir haqqında məlumat verib. Müasir Azərbaycan tarixinin böyük bir hissəsinin, müstəqilliyimizin qorunub saxlanılmasının məhz Ulu Öndərin adı ilə bağlı olduğunu diqqətə çatdıran Z.Abdullayev Azərbaycanı parçalanma və məhv olma təhlükəsindən xilas edən Heydər Əliyev şəxsiyyətinin böyüklüyünün ölkəmizin dostları ilə yanaşı düşmənləri tərəfindən də etiraf olunduğunu bildirib. Qeyd edib ki, Ümummilli Liderin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdə bütün sahələri əhatə edən genişmiqyaslı inkişaf prosesinin əsası qoyuldu, müstəqilliyin qorunub saxlanılmasının təmin edilməsi istiqamətində milli konsepsiya formalaşdırıldı. Ulu Öndərin dövlətçilik strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin onu daha da inkişaf etdirərək ölkəmizə regionun lider dövləti statusu qazandırdığı vurğulanıb. Bildirib ki, peşəkar siyasətçi kimi medianın rolunu dəqiq anlayan və mətbuatın əhəmiyyətini yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyev bütün fəaliyyəti ərzində jurnalistlərin dostu kimi tanınırdı. Z.Abdullayev SHXÇDX-nin mətbuat orqanları ilə mütəmadi olaraq əməkdaşlıq etdiyini, ötən müddət ərzində bir neçə uğurlu layihənin həyata keçirildiyini nəzərə çatdırıb, çıxışının sonunda Ümummilli Liderin xatirəsinə həsr edilmiş turniri açıq elan edib, iştirakçılara xoş əhval-ruhiyyə və uğurlar arzulayıb. Media təmsilçiləri təhlükəsizlik qaydaları barədə təlimatlandırıldıqdan sonra  yarışa start verilib. Turnirdə iştirak edən komandalar 2 mərhələdə mübarizə aparıblar. Birinci mərhələdə ən yaxşı nəticəni göstərən 5 komanda ikinci mərhələdə ilk üçlüyü müəyyənləşdirib. İki mərhələnin yekununda I yeri APA TV,  II yeri Azərbaycan Fotoqraflar Birliyi, III yeri Report İnformasiya Agentliyinin əməkdaşlarından ibarət komandalar tutublar. Qaliblərə kubok, medal, diplom və mükafatlar təqdim edilib.    

Hamısını oxu
Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı yeni məlumat yayıb

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı pulemyotlardan, qumbaraatanlardan, snayper tüfənglərindən, 60, 82 və 120 millimetrlik minaatanlardan və digər artilleriya qurğularından da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 70 dəfə pozub.Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, Ermənistan Respublikası Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.Ağdam rayonunun işğal altında olan Novruzlu, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.Düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Hamısını oxu
Ömrün unudulmaz illəri

    Hörmətli İbrahim müəllim!Yubiley yaşınızı “Söz” jurnalının kiçik kollektivi, çoxsaylı oxucuları adından təbrik edirəm. Jurnalın adından ona görə dedim ki, “Söz”ün ilk yubileyini – 5 yaşını sizin təşkilatçılığınızla Astarada keçirmişik. O zaman AzərTAC-ın Cənub bölgəsi üzrə xüsusi müxbiri işləyən, sonra İİR-də Azərbaycandan ilk müxbir olan və xidməti vəzifəsi zamanı avtomobil qəzasına uğrayan jurnalist qardaşımız Üzeyir Kərimov sizi məlumatlandırmışdı. Siz də məmnuniyyətlə razılıq vermişdiniz Bakıdan və Lənkərandan böyük bir dəstə ilə Astaraya gəldik. Astara ziyalıları da tədbirimizə qatıldılar. Tədbirdə jurnalist həmkarımız Gülnar Əsədlinin Astara rayonu üzrə xüsusi müxbir olmasının təşəbbüskarı oldunuz və “Söz”ün bir sayının Astara ədəbi mühitinə, Astara ziyalılarına həsr olunmasını istədiniz. Həmin gün unudulmaz bir gün yaşadıq. Söz sözə calandı, şeir şeirə… Astaraya həsr edilmiş “Söz” qısa müddətdə hazır oldu. Qeydiyyatdan 48 səhifə keçən jurnalımız xüsusi buraxılış olaraq 64 səhifə həcmində 1000 sayda çapdan çıxdı. Xüsusi buraxılışın təqdimatı üçün bizi yenə Astaraya dəvət etdiniz. “Söz”ün yubileyi və xüsusi buraxılışı barədə respublika və yerli qəzetlər yazdı. Cənub televiziyası xəbər hazırladı.İbrahim müəllim!Astara sizin hakimiyyət dövrünüzdə respublikanın ziyalı mərkəzinə çevrilmişdi. Təşəbbüsünüzlə “Ziyalılar klubu” da yaradılmışdı. İndi haqq dünyasında olan Seyran Şiriyevin apardığı klubda kimlər qonaq olmadı?! Bu görüşlərin çox mühüm əhəmiyyəti vardı. Nəinki rayon ziyalılarını, eləcə də respublikanın elm, ədəbiyyat, incəsənət xadimlərini ictimaiyyətlə görüşdürüb tanıdırdınız. Həmin illər vətənin sərhəd bölgəsi vətənin döyünən ürəyinə, ziyalı mərkəzinə dönmüşdü. Ulu Öndər də həmin dövrdə Astarada olmuş, təkcə əhali ilə deyil, sərhədçilərlə də görüşmüşdü. Bugünkü fateh Prezidentimiz İlham Əliyev cənabları da Ulu öndəri müşayiət edənlər sırasında idi.İbrahim müəllim!Ulu Öndər sizi Moskvada oxuduğunuz illərdən tanıyırdı. Məlumdur ki, Azərbaycandan kənarda təhsil alan hər bir gənc onun diqqət mərkəzində idi. Sizin isə respublikaya yalnız xoş sorağınız gəlirdi. Ümumiyyətlə, Rusiyada təhsil aldığınız və fəaliyyət göstərdiyiniz dövrdə savadınız, dünyagörüşünüz, intellekt səviyyəniz, əxlaq və davranışınızla bir azərbaycanlı olaraq qeyri-millətlər arasında fikir formalaşdırırdınız.Ulu Öndərlə ilk görüşünüzü bu gün də həyəcanla xatırlayırsınız. O zaman Moskvada aspirantura təhsili alırdınız. 20 Yanvar qırğını sizi də sarsıtmışdı. Moskvada yaşayan və təhsil alan azərbaycanlıların böyük bir dəstəsi etirazlarını bildirmək üçün Azərbaycan nümayəndəliyin qarşısına toplaşmışdı. Bilirdiniz ki, Heydər Əliyev cənabları nümayəndəliyə gələcək, azərbaycanlılarla görüşəcək və mətbuat konfransı keçirəcək. Siz polis geyimində ağsaqqalı qarşılayanda digər azərbaycanlılar da tədbirin təhlükəsizliyini qorumaq üçün sizə qoşulublar. Nümayəndəliyə ailə üzvlərilə gələn Heydər Əliyev xalqımıza dərin hüznlə başsağlığı verdi, faciəni törədənlərə nifrətini bildirdi. Xalqımızın qüdrətli oğlu bəyanat verdi. Xalqı səfərbərliyə səsləyən bəyanat rəğbətlə qarşılandı Öz içimizdən olan separatçılar orda da münaqişə yaratmağa cəhd ediblər. Öyrədilmiş, qərəzli suallarla tədbirə qatılanları bir-bir zərərsizləşdirib aradan çıxarmısınız.İbrahim müəllim!Rusiyada hələ ilkin gəncliyinizdən çox uğurlara imza atmısınız. Xoş sorağınız doğulub boya-başa çatdığınız Lənkəran şəhərinə də gəlib çatır. O illərdə yerli qəzetin redaktoru Şəkər Aslan bir həmyerli olaraq sizin uğurlarınızı izlədiyindən haqqınızda yazı dərc etdirir. Jurnalist Ramiz Hüseynovun “Leninçi” (“Lənkəran”) qəzetində “Biz Lənkərandanıq” rubrikasıyla dərc olunmuş “Narahat gecələrin mükafatı” başlıqlı yazısı qarşımdadır (15.XI.77). O zaman təltif olunduğunuz medallar, Fəxri fərmanlar ilk mükafatlarınız idi.Moskvada İttifaqlar Evinin Sütunlu salonunda sovet milisinin 60 illik yubiley tədbirində çıxış edərkən Azərbaycanın Daxili İşlər naziri Arif Heydərov da orda iştirak edirmiş. Məntiqli çıxışınız, rus dilində mükəmməl və səlis nitqiniz nazirin diqqətindən yayınmır. Fasilə zamanı sizinlə tanış olub görüşür və qürur duyduğunu bildirir. Haradan olduğunuzla maraqlanır. Lənkərandan olduğunuzu deyirsiniz. 60 illik yubiley ərəfəsində sosializm yarışının qalibləri haqqında xüsusi bukletlər, braşurlar buraxıbmış. Yerli yazıçılardan birinin sizin haqqınızda yazdığı “Sənətə məhəbbət” adlı povest dərc olunmuş kitabça da nazirin əlində idi.Nazir sizi Azərbayacana dəvət etmək istədiyini söyləyir. Siz isə bildirirsiniz ki, Kirov vilayətinin rəhbərliyi işimi yüksək dəyərləndirir. Burdan getməyim yaxşı düşməz. Nazir elə o dəqiqə sizin generalla danışır. Azərbaycanda lazımlı olduğunuzu bildirir. Çətinliklə də olsa, generaldan razılıq alır, elə pəncərə önündə sizə raport yazdırır. Bir qədər sonra Azərbaycana qayıdıb, Daxili İşlər Nazirliyində fəaliyyətə başladınız.Gəncədə SƏDM-in müavini təyin olundunuz. Həmin illər Gəncədə hadisələrin ən gərgin dövrü idi. Rusiyada qazandığınız təcrübəyə əsasən hadisələrin həllinə tez nail oldunuz. Sonra Şəhər Partiya Komitəsinin plenumundakı çıxışınız Azərbyacan KP MK-nın II katibi Puqaçovun da diqqətini cəlb edir. Bir qədər sonra çox gənc yaşınızda polis rəisi təyin olundunuz. DİŞ naziri sizin enerji və işgüzarlığınıza bələd olduğundan bu addımı atmışdı. Məlumdur ki, Vətənə dönənə kimi Rusiya Federasiyasında sahə insprektorluğundan bölmə rəisi vəzifəsinədək yüksəlmişdiniz. Litvada xüsusi milis məktəbində, sonra SSRİ DİN-in ali məktəbində təhsil alıb, DİN-in Akademiyasının 1 fakültəsini fərqlənmə diploma ilə bitirmişdiniz. Gəncə kimi özünəməxsus xüsusiyyətləri olan böyük, qaynar şəhərdə insanların sevmədiyi bir sahənin rəisi olmaq asan məsələ deyildi. 11 ildə necə işləmisinizsə, nə gəncləlilər sizi unudur, nə də siz gəncəliləri. Bu gün də dostluq münasibətində olduğunuz şəxslər sırasında gəncəlilər üstünlük təşkil edir. Əlbəttə, bütün bunların əsasında işə vicdanlı münasibətiniz, dövlətçiliyə sədaqətiniz, daxili mədəniyyətiniz, haqqa, ədalətə, halallığa bağlılığınız dayanır. Onu da qeyd edim ki, həyat yoldaşınız Kəmalə xanım da Nizami yurdunda dünyaya göz açıb.Sonrakı fəaliyyətiniz Quba, Yevlax şəhərlərilə bağlıdır. Bu şəhərlərdə uzun müddət işləməsəniz də, çox cinayətin qarşısını alıb, insanların düz yola qayıtmasına yardımçı olmusunuz. Dağlar diyarı Yardımlıya öz istəyinizlə təyinat aldınız. İranla sərhəd olan bu bölgədə də işləmək asan deyildi. Milli azadlıq hərəkatının qaynar dövründə yerli adamların tələb və iddiaları da ayrı cür idi. Ümumiyyətlə, hər hansı yerə təyin olunanda hadisələrin ən gərgin dövrünə düşmək sanki alnınıza yazılmışdı.İbrahim müəllim!Səhv etmirəmsə, Akademiyanın I fakültəsini, özü də fərqlənmə diplomu ilə bitirən kadrlar respublikada barmaqla sayılası qədərdir. Akademiyaya hər il yalnız bir adam göndərilirdi. Bunun da müəyyən şərtləri vardı – yaşı 40-dan yuxarı, rəislik müddəti 5 ildən az, işlədiyi yerin əhalisi 150 mindən az, rəhbərlik etdiyi kollektivin sayı 100 nəfərdən az olmamalı idi. Bütün göndərişlər Azərbaycan KP MK-nın və SSRİ DİŞ-in kollegiya qərarı ilə olurdu. Həmin fakültə İttifaq respublikaları üçün rəhbər kadrlar hazırlayırdı.İbrahim müəllim!Astara rayonuna polis rəisi təyin olunanda Talış-Muğan Respublikası yaratmaq istəyən separatçıların meydan sulayan vaxtları idi. Fövqəladə vəziyyətlə əlaqədar hərbi komendant təyin olunanda daha çox hücumlara məruz qaldınız. Yeddi günlük həbsdən sonra azad edildiniz. Həmin günlərin mənzərəsi indi haqq dünyasında olan astaralı şair Tarif Əsgərin “Prokuror” poemasında bütün aydınlığıyla əksini tapıb. Poemanın bir hissəsi sizin komendant olduğunuz günlərin yaşantılarıdır. Sizin qondarma Talış-Muğan Respublikasının prezidentinə cavablarınız hədəfə ox kimi dəyir: Qədim Odlar yurdu Azərbaycana,İgid oğul doğub müqəddəs ana.Odur bu torpağa əbədi rəhbər,Xalqı alıb ələ, edib səfərbər. O kar qulaqların eşitsin yaxşı,Çox nağıl danışma, ağrıtma başı.Heydər Əliyevdir ismi şərifi,O, xalqın vicdanı, xalqın şərəfi. Yenə işinizə qayıdıb müstəqil Azərbaycanın dövlətçiliyinə xidmət edir, qanunların aliliyinə riayət etdiniz. Separatçı qüvvələri tam zərərsizləşdirdikdən sonra hərəkatın ən fəal üzvü kimi Heydər Əliyev cənabları sizi və Lənkəran ziyalılarını qəbul etdi. Dövlətçiliyə sədaqətinizə görə sizə yüksək qiymət verdi. Bu həmin dövr idi ki, Ali Sovetin sədri Heydər Əliyevin imzası ilə “Azərbaycan Respublikasının Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında yaranmış vəziyyət haqqında” qərarı olmuşdu. Qərarda “Astara rayon polis şöbəsinin rəisi İbrahim Quliyev də Əlikram Hümbətovun qanunazidd tapşırıqlarını yerinə yetirmədiyinə görə girov götürülmüşdür” sözləri xüsusi qeyd olunmuşdu. Separatçılar tam zərərləşdirildikdən – Lənkərandakı 23 avqust hadisələrindən sonra Heydər Əliyev sizi Astara rayon İcra Hakimiyyətinin başçısı təyin etdi. Bu təyinat elə astaralıların da ürəyincə oldu. Siz bunu işinizlə sübut etdiniz. Astaranın problemlərilə bağlı qaldırdığınız bütün məsələlər Ulu Öndərin tapşırığıyla həllini tapırdı. Astara həmin illədə əsl ziyalı mərkəzinə çevrilmişdi. Yubileylər, valideyinlər günü, muğam festivalları və digər tədbirlər bayrama dönürdü. Astaranın ən ucqar dağ kəndlərində işləyən müəllimlərin də 50 yaşdan sonrakı yubileylərini qeyd edir, özünüz də həmin tədbirlərdə iştirak edib təbrik sözünüzü deyirdiniz. Füzulinin 500 illiyi, Səməd Vurğunun, Osman Sarıvəllinin, Şıxəli Qurbanovun yubileyləri çox yüksək səviyyədə təşkil olunmuşdu. Bu gün də minnətdarlıqla yad etdiyiniz, namərdcəsinə qətlə yetirilmiş Arif Heydərovun yubileyi barədə Ulu Öndərə məktubu siz göndərmişdiniz. Ulu Öndər də məktubdan sonra sizi qəbul edib təşəbbüsünüzü dəyərləndirib, general-leytenantın 70 illiyi barədə sərəncam imzalayıb. Arif Heydərovun adına verilmiş küçənin və büstünün açılışı, eləcə də yubiley tədbiri çox təntənəli və yaddaqalan oldu. Tədbirlərdə iştirak edən həyat yoldaşı Ədilə xanım, oğlu Murad Heydərov sizə, tədbirlərdə həvəslə iştirak edən bütün astaralılara minnətdarlıq bildirdilər.Bütün Qafaqzın şeyxi Hacı Allahşükür Paşazadənin 50 ilik yubileyi də sizin təşəbbüsünüzlə Astaradan start götürüb başqa yerlərdə də qeyd olundu.Xalq şairi Zəlimxan Yaqub, professorlar Məsudi Dövran, Seyfulla Əsədullayev, şair Novruz İbadoğluyla olan görüşlər unudulmaz təəssüratlar yaratdı. Əməkdar müəllim Mirhaşım Talışlının, urologiya üzrə sayseçmə akademiklər Mirməmməd Cavadzadənin, Sudeyf İmamverdiyevin, eləcə də pedaqoji sahənin ağsaqqallarından olan Bəşir İmamverdiyevin, ictimai-siyasi xadim Sultan Məmmədovun, şair-publisist Əhəd Muxtarın, Şabanova hacılarının – Fatma Həsənqızı və Fərbiyə xanımın yubileyləri bu gün də xoş təəssüratla xatırlanır. Sadaladığım yubileylərin bəzilərində şəxsən iştirak etmişəm. Akademik Mirməmməd Cavadzadənin yubileyi bütün aydınlığıyla yadımdadır. Astaraya Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı, sizə bacı qədər əziz olan Dilruba xanım Camalovayla gəlmişdim. Şeyx həzrətlərindən tutmuş tibbin sayseçmə alimləri, Səhiyyə Nazirliyinin əməkdaşları, SSRİ xalq rəssamı Tahir Salahov, xalq artisti Canəli Əkbərov və digər sənət adamları həmin gün Astarada idi. Bir payız günündə unudulmaz bir gün yaşadıq. Həmin yubileydə Mirməmməd Cavadzadəni “Astaranın fəxri Vətəndaşı” seçdiniz, adına küçə verildiyini söylədiniz.İbrahim müəllim!Astaranın tarixi keçmişinə də çox diqqət yetirirdiniz. Bilirdiniz ki, kiçik bir rayonda 5 Sovet İttifaqı Qəhrəmanı var. Halbuki SSRİ-nin Astara tipli heç bir yerində 5 qəhrəmanı olan şəhər və rayon yoxdur. Odur ki, Qəhrəmanlıq Xiyabanı yaratmağa nail oldunuz. Xiyabanı qəhrəmanların büstləri bəzədi. Akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovun büstü də hələ sağlığında xiyabanda özünə yer aldı. Adına küçə də elə sağlığında əbədiləşdi. 70, 75 illik yubileyləri də yaddaqalan oldu.Valideyinlər və tələbələrlə görüşləri hər il keçirirdiniz. Muğam, mahnı festivalları, idman yarışlarında Astara gəncləri ön sıralarda idilər.Amma sonralar o ziyalı münasibəti o qədər də görmədim. İlk kitabımın qəhrəmanı, Astaradan 15 yaşında çıxıb, Bakıda adi dəniz matrosluğundan Mərkəzi Komitədə şöbə müdiri, Daxili İşlər nazirinədək yüksələn Aydın Məmmədov bu Cənub diyarından pərvazlanmışdı. BDU-da kitabın çox yüksək səviyyədə təqdimatı keçirilsə də, qəhrəmanımı astaralılara da tanıtmaq istəyirdik. Bu istək BDU-dakı təqdimatda təklif olundu. Akademik Sudeyf İmamverdiyev hər zaman söyləyir ki, belə tədbirlər, görüşlər örnəkdir. Astaralı uşaq biləndə ki, onun elindən belə insanlar çıxıb və belə dəyərləndirilir, özünü ona oxşatmağa çalışır, daha yaxşı oxuyur.Astarada əlaqədar təşkilatlarla danışdıq. Tədbir plana salındı. Hazırlaşıb gedəndə zəng olundu ki, tədbir sonraya qaldı. Bu sonralar bir neçə dəfə təkrar olundu və baş tutmadı.İbrahim müəllim!Fəaliyyətiniz təkcə ictimai-siyasi işlərlə, mədəni tədbirlərlə bitmirdi. Rayonun rəhbəri olaraq xalqın maddi-rifah halı da diqqət mərkəzində idi. Uzun illər Lənkəran-Astara Ümumittifaq tərəvəz bostanı olmuşdu. Çayçılığın şöhrəti də hüdudları aşmışdı. Lakin tərəvəzin əsas bazarı olan Rusiyaya yollar bağlanmışdı. Çayçılığa da diqqət azalmışdı. Odur ki, iqtisadiyyatın istiqamətini dəyişməli oldunuz. Dənli bitkilərin əkininə üstünlük verdiniz. Vaxtilə Lənkəran-Astarada əkilən düyü növlərini bərpa etdiniz. “Həsəni”, “Sədri” və s. düyü növləri bazarlarda öz yerini tez tapdı. Çayçılıq Astarada mühüm sahə olaraq inkişaf etdirildi. Xarici şirkətlərlə işgüzar əlaqələriniz rayonun iqtisadi göstəricilərinə müsbət təsirini göstərdi.İbrahim müəllim!Pedoqoji sahəyə marağınızı Ulu Öndər də bilirdi. Onun razılığı ilə Astarada Ziya Bünyadov adına 2 saylı orta məktəbdə və Lənkəran Dövlət Universitetində konstitusiya hüququndan dərs deyirdiniz. Astaradakı bütün uğurlu fəaliyyətinizə baxmayaraq fəaliyyətinizi əvvəlki peşənizə yönəltdiniz. İcra Hakimiyyəti başçılığı vəzifəsindən azad olunmaq barədə dəfələrlə yazdığınız ərizəyə nəhayət ölkə rəhbəri Heydər Əliyev qol çəkdi.Moskvada doktorontura təhsilinə də Ulu Öndərin, xeyir-duası və Nazirlər Kabinetinin qərarı ilə getdiniz. Aspirantura təhsili kimi doktorantura təhsilinizi də əyani aldınız.Elmi işinizi müdafiə edib, hüquq elmləri doktoru oldunuz. Namizədlik kimi yüksək səviyyədə keçən doktorluq müdafiənizdə də Rusiyada qalmaq, Moskvanın hər hansı ali məktəbində dərs demək təklifini alsanız da, Vətənə qayıtdınız. Akademik Arif Paşayevin dəvətilə Milli Aviasiya Akademiyasına gəldiniz.Hüquq kafedrasına rəhbərlik etdiniz. Ardıcıllarınızı yetişdirdiniz. Müdafiə Şurasının sədri olaraq 56 fəlsəfə, 2 elmlər doktorunun xeyir-duasını vermisiniz. SSRİ Daxili İşlər Nazirliyinin “Əməkdar işçisi” və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Əməkdar müəllim” adları zəhmətinizin halal haqqıdır. Dərsliklərə, elmi kitablara imza atdınız…Birgə işlədiyiniz uzun illərdə akademikin diqqət və qayğısını gördünüz. Pedoqoji fəaliyyətinizdən əlavə tədbirlərdəki dolğun və zəngin çıxışlarınızı da yüksək dəyərləndirirdi.Ötən il akademiyadan getməyi qərara aldınız. İndi hüquq üzrə məqalələr, kitablar üzərində işləyirsiniz.İbrahim müəllim!Sizə çox şeirlər, hekayələr, oçerklər, poemalar həsr olunub. Bu yazılanlar zəngin arxivinizin ən qiymətli xəzinələridir. İxtisasca hüquqşünas olan şair Şirin Məmmədlinin “General Arif Heydərov” kitabı sizə daha əzizdir. Kitabda müəllifiin generala münasibəti sizin məhəbbətinizlə üst-üstə düşür. Sizə həsr etdiyi hissədə bu öz əksini tapmışdır: İbrahim söyləyən xoş xatirəsi,Alıram qələmə aramla, qardaş.Arifdən öyrəndik həyat dərsini,Dedikcə axırdı gözlərindən yaş. İbrahim müəllim!İnsanlara sədaqət hissiniz ölçüyə gəlməz dərəcədədir. Unutqanlıq xarakterinizə yaddır. Ulu Öndər Heydər Əliyev məktəbinin yetirməsi olmağınızla, idarəetmədə formalaşmağınızda bu məktəbin rolunu xüsusi qeyd edirsiniz. Layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında işləməyinizlə qürur duyduğunuzu söyləyirsiniz.Unuda bilmədiyiniz insanlar arasında Həsən Həsənovun, Ramiz Əhmədovun, Cəfər Vəliyevin müstəsna rolunu da unutmursunuz.İbrahim müəllim!Tanıdığım icra başçılarının əksəriyyəti işlədikləri yerdən ayrılandan sonra o yerə qonaq kimi qayıtmağa belə üzləri olmur. İstər yerli adam olsun, istər gəlmə. Siz isə bu gün də Astaranın əbədi “fəxri vətəndaşı” olaraq başdasınız. İştirak etdiyiniz tədbirlərdə necə qarşılandığınızın şəxsən şahidiyəm. 2018-ci ildə dünya şöhrətli uroloq, əməkdar elm xadimi, akademik Sudeyf İmamverdiyevin 80 illik yubileyi ata yurdu Astarada keçirilirdi. Bakıdan, digər yerlərdən də xeyli qonaq var idi. Amma sizin yeriniz başqa idi. Astaralılar sizinlə görüşə can atırdılar. Belə insani münasibətdən yalnız qürur duymağa dəyər.İbrahim müəllim!Bütün sadaladığım uğurların fövqündə halal, sağlam kökə bağlılığınız və zəhmətsevərliyiniz dayanır. Lənkəranda sadə, çoxuşaqlı bir ailədə doğulmusunuz. Allah sevgisi, İslama məhəbbət ailənizin əsas məziyyətlərindən olub. 6 qardaş, 1 bacının hamısı ailəyə yalnız başucalığı gətirib. Estafet indi nəvələrdədir. Hər biri cəmiyyətdə layiqli mövqedədir.Ata ocağına, yurda bağlılıq cəhətdən misliniz yoxdur. Ata-ananızı, vaxtsız gedən qardaşlarınızı, eləcə də digər əzizlərinizi istər dini bayramlarda, istər doğum və ya anım günlərində yad etməyi unutmursunuz. Bakıdan Lənkərana gedib məzarlara baş çəkir, ruhları sevindirirsiniz. Xeyir-şər adamısınız. “Dayı” dediyiniz Şəkər Aslanın dəfninə, “əmi” dediyiniz Mirsalam və Mirsayad Babayev qardaşlarının, “bacı” dediyiniz Dilruba müəllimənin, Mirhaşım Talışlının, İltifat Salehin, Sultan Məmmədovun, bu yaxınlarda dünyasını dəyişən Canəli Əkbərovun dəfn mərasiminə birinci gələnlərdən idiniz. Eləcə də mənim anamın, Astarada jurnalist həmkarımız Hacı Gülnar Əsədlinin anası Gülçöhrə xanımın. Dostumuz Musa Quluzadə həyat yoldaşını itirəndə ən yaxın sirdaşı siz oldunuz. Xeyir işlərdə də beləcə.Çox hörmətli İbrahim müəllim!Nə vaxt idi haqqınızda yazı hazırlamaq istəyirdim. Qismət 70 yaşınıza imiş. “Söz”ün bu sayını Qarabağ torpaqları uğrunda qələbənin ildönümünə həsr eləmişəm. Sizin qələbə sayına düşməyiniz heç də təsadüfi deyil. Birinci Qarabağ savaşının veteranlarından biri də sizsiniz. Həmin dövrdə müxtəlif yerlərdə polis rəisi olaraq həftələrlə, aylarla Qarabağ torpaqlarında xidmət göstərmisiniz. Nə xoş ki, yubiley yaşınız qələbə ilinə düşür. Qalib ölkənin vətəndaşı olaraq sizə sağlam canla uzun ömür, yaradıcılıq uğurları, könül rahatlığı arzusuyla:   Sevda Əlibəyli"Söz" jurnalının baş redaktoru kriteri.az  

Hamısını oxu