Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan siyasətində köhnə siyasi oyunlara yer yoxdur

Azərbaycanın özünün ərazi bütövlüyünü və suverenliyini tam təmin etdiyi və dövlətçilik gücünü və qüdrətini misilsiz şəkildə artırdığı bir zamanda Azərbaycan dövlətinin əldə etdiyi böyük tarixi uğurları qəbul etmək istəməyən qüvvələrin sərgilədiyi xəyanətkar əməllərə qarşı cəmiyyət haqlı olaraq həssaslıqla təpki verir və bu yöndə qətiyyətli və barışmaz mövqe ortaya qoyur. Ramiz Mehdiyev və Əli Kərimli kimi fiqurlar ətrafında gedən müzakirələr, həmçinin bəzi müxalifət dairələri daxilindəki qeyri-şəffaf proseslər bir daha göstərir ki, ölkənin sabitliyini sarsıtmaq potensialı daşıyan istənilən davranış xalq tərəfindən birmənalı şəkildə rədd edilir və qətiyyətlə pislənilir. Azərbaycan özünün inkişaf və təhlükəsizlik strategiyasını heç bir köhnəlmiş siyasi oyuna, heç bir manipulyativ ritorikaya və heç bir xarici təsir cəhdinə güzəşt etməyən, sarsılmaz və prinsipial dövlətçilik iradəsi üzərində qurub.

Azərbaycan bu gün regionda qüdrətini artıran, dünyada gedən siyasi və iqtisadi dalğalanmalar fonunda özünün sabit inkişafını təmin edən bir dövlətdir. Lakin məhz bu yüksəliş dövründə bəzi şəxslərin köhnə siyasi manipulyasiya üsullarına qayıtmaları, səhnəarxası koordinasiyalarla məşğul olmaları və məsuliyyətsiz siyasi davranış nümunələri sərgiləmələri cəmiyyətin haqlı narazılığına səbəb olur. Xalqın mövqeyi qəti və aydındır ki, Azərbaycanın siyasi taleyi köhnə oyunların meydanı ola bilməz!

İctimai fikirdə “boz kardinal” adlandırılan Ramiz Mehdiyevin müxtəlif dövrlərdə siyasi proseslərə dolayı təsir göstərməsi ilə bağlı səslənən fikirlər, eləcə də onun Əli Kərimli ilə paralel görünən bəzi davranışları Azərbaycan cəmiyyətində narahatlıq yaradan məqamlardandır. Milli Şura layihəsinin fiaskosu isə bu narahatlığın təsadüfi olmadığını bir daha üzə çıxardı. Bu layihənin uğursuzluğu göstərdi ki, Azərbaycan cəmiyyətində köhnə siyasi fiqurların köhnəlmiş davranışlarına yer yoxdur.

Əli Kərimlinin “Qafqaz baharı” kimi məsuliyyətsiz şüarları və bu şüarların arxasında duran populist ritorika isə haqlı olaraq siyasi proseslərə zərər vuran, reallıqdan uzaq və cəmiyyətin gözləntiləri ilə uyğunlaşmayan çıxışlar kimi qiymətləndirilir. Azərbaycanın mövqeyi, təhlükəsizlik mühiti və regiondakı rolu belə radikal çağırışlara, süni şəkildə qızışdırılan gərginliklərə yol verəcək qədər zəif deyil.

İctimai diskussiyalarda o da xüsusi vurğulanır ki, Ramiz Mehdiyevin “ənənəvi müxalifət daim öndə olmalıdır” məzmunlu yanaşmaları müxalifətin yenilənməsini deyil, köhnə simaların və köhnə ideyaların qorunmasını təşviq edən xəttin tərkib hissəsi kimi görünür. Cəmiyyət artıq bu modellərin ölkəyə nə verdiyini, daha doğrusu, nə vermədiyini çox yaxşı bilir.

AXCP-nin fəaliyyət istiqamətləri ilə bağlı ictimai müzakirələrdə səslənən suallar da diqqətdən yayınmır. Rusiyada yaşayan müəyyən dairələrlə əlaqələr və diaspor üzərindən siyasi təsir ehtimalları müxtəlif xarici mərkəzlərin regionda nüfuz savaşı apardığı bir vaxtda xüsusilə təhlükəlidir. Bu iddialar rəsmi təsdiqini tapmasa belə, bu yöndə müzakirələrin mövcudluğu özü göstərir ki, siyasi proseslər milli təhlükəsizlik prizmasından incəliklə qiymətləndirilməlidir.

Siyasi arenada Ramiz Mehdiyev və Əli Kərimli kimi şəxslərin səhnəarxası oyunlarının və onların şəxsi hesablaşmalarının dövlətçiliyə heç bir faydası yoxdur və ola da bilməz. Cəmiyyət bu cür köhnəlmiş siyasi taktikaların qalıqlarını çoxdan rədd edib. “Xəyanətin ifşası” kimi emosional ifadələrin ictimai müzakirələrdə yer alması da, hər nə qədər güclü emosional çalar daşısa da, xalqın bu cür davranışlara münasibətinin harada dayandığını kifayət qədər açıq göstərir.

Qafqaz bölgəsinin bu gün son dərəcə həssas geosiyasi şəraitdə olduğu nəzərə alınanda, daxildə siyasi sabitliyi pozmaq potensialı daşıyan istənilən davranış, istər bilərəkdən olsun, istər bilməyərəkdən, dövlət üçün ciddi risk kimi qiymətləndirilir. Bu səbəbdən AXCP daxilindəki qeyri-şəffaf proseslərin təhlükəsizlik prizmasından araşdırılması tamamilə əsaslıdır və bu, dövlətin üzərinə düşən məsuliyyətin bir hissəsidir.

Azərbaycan dövləti milli maraqlara qarşı yönəlmiş heç bir xətti, heç bir təmayülü, heç bir gizli siyasi oyunu qəbul etməyəcək qədər güclüdür. Dövlətin təhlükəsizlik doktrinası aydındır: heç bir köhnəlmiş siyasi ssenari, heç bir xarici təsirə uyğunlaşdırılmış proses və heç bir manipulyativ çağırış Azərbaycanın sabitlik xəttinə müdaxilə edə bilməz. Xalqın iradəsi də qəti və aydındır: Azərbaycan siyasi meydanı köhnə intriqaların, “boz kardinal” üslubunun, radikal çağırışların və köhnə müxalifət oyunlarının təsiri altında ola bilməz. Xalq nəzarət edir, dövlət tədbir görür və bu dövlətçilik birliyi qarşısında heç bir köhnə siyasi fiqur öz ambisiyalarını milli maraqlardan üstün tuta bilməz.

Vasif Qafarov

Milli Məclisin deputatı

2025-12-04 13:01:00
2410 baxış

Digər xəbərlər

“Moskva Bəyannaməsi Azərbaycan və Rusiya arasında hərbi əməkdaşlığın inkişafı üçün geniş perspektivlər açır”

“Moskva Bəyannaməsi Azərbaycan və Rusiya arasında hərbi əməkdaşlığın inkişafı üçün geniş perspektivlər açır”.   Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Cəlil Xəlilov qeyd edib ki, 22 fevral 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində iki dövlət başçısı tərəfindən imzalanan “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” dövlətimizin maraqlarına tam cavab verir:   “Bu Bəyannamə Azərbaycan və Rusiyanın strateji müttəfiq olduqlarını bir daha təsdiqləyir, müttəfiqlik münasibətlərinin inkişafı üçün yeni imkanlar açır. Bəyannamənin 12-16-cı bəndlərində ikitərəfli hərbi əməkdaşlığın genişlənməsi məsələləri öz əksini tapır. Hansı ki, Azərbaycanın şimal qonşusu olan və dünyanın hərbi baxımdan ən güclü dövlətlərindən biri sayılan Rusiya ilə belə bir müqavilənin imzalanması Azərbaycanın hərbi maraqlarına tam cavab verir”.   Polkovnik qeyd edib ki, Bəyannamə Rusiya və Azərbaycan orduları arasında birgə təlimlərin keçirilməsini, hərbi əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur:   “Bildiyiniz kimi, Azərbaycan hərbi sahədə dünyanın bir sıra dövlətləri, o cümlədən Rusiya ilə əməkdaşlıq edir. Xəzər dənizində mütəmadi şəkildə birgə təlimlərin keçirilməsi, iki dövlətin güc strukturları arasında möcud olan birgə əməkdaşlıq buna nümunədir. Bu baxımdan Moskva Bəyannaməsinin 13-cü bəndi xüsusi əhəmiyyət kəsb edir. Həmin bənddə qeyd edilir ki, “tərəflər Rusiya Federasiyasının və Azərbaycan Respublikasının Silahlı Qüvvələri arasında əməliyyat və döyüş hazırlığı üzrə birgə tədbirlərin keçirilməsi də daxil olmaqla qarşılıqlı əməkdaşlığı dərinləşdirəcək, eləcə də ikitərəfli hərbi əməkdaşlığın digər istiqamətlərini inkişaf etdirəcəklər”.   Bəyannamədə birgə hərbi məhsulların istehsalı da öz əksini tapıb. Moskva Bəyannaməsinin 14 və 15-ci bəndləri bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Həmin bəndlərdə Azərbaycan və Rusiya Silahlı Qüvvələrinin modern silahlarla təmin edilməsi, habelə silahlar və hərbi texnika üçün texniki xidmət, təmir, müasirləşdirmə üzrə xidmət mərkəzlərinin yaradılması, eləcə də hərbi təyinatlı məhsulların müxtəlif növlərinin birgə istehsalının təşkil edilməsinin önəmi qeyd edilir. Bu isə o deməkdir ki, yaxın gələcəkdə hər iki dövlətin hərbi istehsal sahədə birgə əməkdaşlığına şahid ola bilərik”.   Cəlil Xəlilovun sözlərinə görə, Moskva Bəyannaməsində terrorizmə qarşı birgə mübarizənin təşkili məsələsi də öz əksini tapıb ki, bu da regionun təhlükəsizliyi baxımından mühüm əhəmiyyətə malikdir:   “Bəyannamənin 18-ci bəndi hər iki dövlətin beynəlxalq terrorizmə qarşı birgə mübarizəsi baxımından mühüm əhəmiyyətə malikdir. Həmin bənddə qeyd olunur ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər”. Bu, tarixən erməni terrorizmindən əziyyət çəkən, terrora qarşı mübarizədə hər zaman qətiyyətli mövqe sərgiləyən, 44 günlük Vətən müharibəsində erməni faşizmini məğlub etməklə terrorizmə qarşı mübarizəyə böyük töhfə verən dövlətimizin maraqlarına tamamilə uyğundur.   Hesab edirəm ki, bu Bəyannamə iki dövlətin xüsusi xidmət orqanları arasında əməkdaşlığın genişlənməsinə, qarşılıqlı məlumat mübadiləsi prosesinin daha da optimallaşmasına da öz müsbət təsirini göstərəcək ki, bu da regionun təhlükəsizliyinin etibarlı şəkildə təmin edilməsi baxımından mühüm əhəmiyyətə malikdir.   Onu da qeyd edim ki, Moskva Bəyannaməsi beynəlxalq qanun və konvensiyalara tamamilə uyğundur və hər hansı üçüncü dövlət üçün heç bir təhdid təşkil etmir”.  

Hamısını oxu
Tarixi ədaləti bərpa edənlər əbədi yaşayacaqlar

Vətən müharibəsində xalqımızın qazandığı şanlı qələbə ulu öndərin yolunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. 30 il işğal altında olan torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası müstəqilliyimizin əbədi olduğunu bir daha təsdiq etdi. Bu mənada Vətən müharibəsi Azərbaycan tarixinin şanlı zəfər salnaməsidir. Bu salnaməni xalqımızın igid və mərd oğulları qanları ilə yazdı, xalqımız yüzlərlə şəhid verdi. Nəsillərdən-nəsillərə örnək olacaq bu salnamə həm də gənclərə vətənpərvərlik, torpaq sevgisi, birlik, həmrəylik örnəyidir. Müdafiə Nazirliyindən verilən məlumata görə, tarixi ədalətin bərpa olunmasında Naxçıvan oğulları da əsl qəhrəmanlıq göstərdilər.   Dekabrın 7-də Naxçıvan Beynəlxalq Hava Limanında şəhidlərimizin qarşılanma mərasimi olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tədbirdə iştirak edib. Dövlət və hökumət nümayəndələri, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin zabitləri və şəhidlərin ailə üzvləri tədbirdə iştirak ediblər. Şəhid olan hərbi qulluqçularımız Əliyev İbrahim Mustafa oğlunun və Məmmədov Sahil Rasim oğlunun üçrəngli bayrağımıza bükülmüş cənazələri hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirildi. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Ali Məclisin sədri şəhidlərin xatirəsinə ehtiramını bildirdi. Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun əsgərləri tərəfindən yaylım atəşi açıldı. Sonra “Qurani-Kərim”dən ayələr oxundu, şəhid cənazələrinin önündən keçildi. Şəhidlərin cənazələri doğulduqları kəndlərə yola salındı. Ali Məclisin sədri şəhidlərin ailə üzvləri ilə görüşərək onlara başsağlığı verdi.  

Hamısını oxu
Полковнику Джалилу Халилову

Hamısını oxu
Mənəvi Dəyərlərin Təbliği Fondu mətbuat nümayəndələri arasında müsabiqə elan edir

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu qarşıdan gələn 22 iyul - Azərbaycanda Milli mətbuat və Jurnalistika günü ilə əlaqədar olaraq mətbuat nümayəndələri arasında şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə həsr edilmiş "Mənəvi dəyərlərimiz: vətənpərvərlik" adlı məqalə müsabiqəsi elan edir. Müsabiqəyə vətənpərvərliyin media vasitəsilə təbliği, Vətən sevgisinin yeniyetmə və gənclərə aşılanması, azərbaycançılıq, qürur yerimiz olan şəhidlər, Qarabağ zəfəri və s. kimi müxtəlif mövzularda məqalələr göndərilə bilər. Kriteriyalar: - Məqalə innovativ və əhatəli olmalıdır; - Müsabiqə elan olunduqdan sonra, qəzet və ya elektron internet portallarında dərc edilməlidir; - Məqalənin həcmi 8 000 (səkkiz min) işarədən artıq olmamalıdır. (1,5 aralıq məsafə ilə təxmiən 2-3 A4 formatlı vərəq həcmində); - Yazılar qəzetdə dərc edilərsə: A4 formatlı vərəqdə (Times New Roman 14 şrift) və 1 nüsxə qəzet şəklində Fonda təqdim olunmalıdır; - Elektron portalda dərc edilərsə: A4 formatlı vərəqdə (Times New Roman 14 şrift) link əlavə edilərək Fonda təqdim edilməlidir. QEYD: Müsabiqəyə təqdim edilmək üçün hazırlanan materiallar kağız və ya elektron daşıyıcıda birbaşa Fonda, yaxud elektron poçt vasitəsilə mdtf.press@gmail.com adresinə göndərilə bilər. Mükafat: I yer-1000 AZN Il yer - 800 AZN III yer - 600 AZN Hər biri 400 AZN olmaqla 4 həvəsləndirici mükafat Müsabiqənin müddəti: 01 iyun - 15 iyul 2022-ci il Əlaqə vasitələri: Tel: (012) 436-98-52 E-mail: mdtf.press@gmail.com Ünvan: Bakı şəh., Yasamal r., M.Naxçıvani küç. 29  

Hamısını oxu