Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

GYF Rəhbərliyi TİKA Bakı Nümayəndəliyini ziyarət edib

Gəncliyə Yardım Fondunun rəhbərliyi Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı nümayəndəliyini ziyarət edib. Ziyarət çərçivəsində Fond rəhbərliyi nümayəndəliyin koordinator əvəzi Kürşat Özdemir bəylə görüşüb.

Görüşdə Salih Zeki Meriç Gəncliyə Yardım Fondunun son illərdə həyata keçirdiyi sosial, humanitar və təhsil yönümlü layihələri haqqında ətraflı məlumat verib. Salih bəy Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi və Gəncliyə Yardım Fondunun uzun illərdir davam edən birgə əməkdaşlığı nəticəsində ərsəyə gələn layihələrə diqqət çəkərək qeyd edib ki, bu kimi layihələr gənclərin milli-mənəvi dəyərlərinə, mədəniyyətinə və tarixinə sahib çıxması aspektindən xüsusi əhəmiyyət kəsb edir. Gənclərin inkişafına və mədəniyyətimizin təbliğinə istiqamətlənmiş əməkşalığın daha da genişlənəcəyinə ümid etdiyini bildirən Salih Zeki Meriç Kürşat Özdemir bəyə fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.

Gəncliyə Yardım Fondunun Azərbaycandakı fəaliyyətlərini yüksək qiymətləndirən Kürşat Özdemir ziyarətlərindən ötrü Salih Zeki Meriç və nümayəndə heyətinə dərin təşəkkürlərini bildirib. O qeyd edib ki, Gəncliyə Yardım Fondu ilə əməkdaşlığımız gənclərin təhsil, sosial və mədəni inkişafına daha geniş imkanlar yaradacaq və gələcəkdə birgə layihələrimizin uğurla reallaşmasına şərait yaradacaq.

 

2026-04-08 16:56:00
1770 baxış

Digər xəbərlər

Əziz Əliyevin 130 illiyi qeyd ediləcək – SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 130 illiyinin qeyd edilməsi barədə Sərəncam imzalayıb. APA-nın  məlumatına görə, Sərəncamda qeyd edilib ki, 2027-ci ilin yanvar ayında Azərbaycanın görkəmli dövlət və elm xadimi, səhiyyə təşkilatçısı, tibb elmləri doktoru, professor Əziz Məmmədkərim oğlu Əliyevin anadan olmasının 130 illiyi tamam olur. "Yüksək amallara və humanist ideallara sadiq əsl vətənpərvər ziyalı kimi Əziz Əliyev şərəfli bir ömür yolu keçmiş və gələcək nəsillər üçün xalqa xidmətin parlaq nümunəsini yaratmış nadir şəxsiyyətlərdəndir. O, ən müxtəlif məsul vəzifələrdə çalışarkən milli təəssübkeşlik hissi ilə daim dövlət quruculuğu və idarəçiliyin təkmilləşdirilməsi istiqamətində olduqca səmərəli fəaliyyət göstərmişdir. Azərbaycanda səhiyyə sisteminin yeni əsaslar üzərində qurulmasında, tibb təhsilinin dövrün standartlarına uyğun formalaşdırılmasında və bu sahədə yetkin milli kadrların hazırlanmasında Əziz Əliyevin müstəsna rolu vardır. Əziz Əliyev İkinci Dünya müharibəsi illərində hərbi-siyasi əhəmiyyəti ilə seçilən bir sıra mühüm işlərə böyük uğurla rəhbərlik etmişdir. O, Azərbaycan tarixinin həlledici məqamlarında xalqın taleyüklü məsələlərinə münasibətdə atdığı qətiyyətli addımlarla dövlət idarəçiliyi məktəbini zənginləşdirmişdir. Azərbaycan və Dağıstan arasında münasibətlərin daha da möhkəmləndirilməsi naminə göstərdiyi fədakarlıqlar və verdiyi töhfələr Əziz Əliyevin adını xalqlarımızın dostluq və qardaşlığının həqiqi rəmzinə çevirmişdir", - Sərəncamda bildirilib. Sərəncama əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə birlikdə görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 130 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.  

Hamısını oxu
Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin doğum günüdür. O, 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qazyan kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib. Milli Qəhrəmanımız Yunan-Roma güləşi üzrə dəfələrlə respublika, ümumittifaq və beynəlxalq yarışların qalibi olub. Onun rəhbərliyi ilə yetişmiş səkkiz nəfər respublika və SSRİ çempionu olub, 10-dan çox idman ustası, beynəlxalq turnirlərin qalibləri, Heydər Məmmədəliyev isə güləş üzrə dünya çempionu olub. Qarabağ müharibəsi başlayanda Əliyar Əliyev könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin sırasına qoşulub. Əvvəlcə taborun kəşfiyyat bölməsinin komandiri, sonra tabor komandirinin təchizat üzrə müavini təyin edilib. 1992-ci il sentyabrın 30-da Laçın rayonu istiqamətində döyüşə rəhbərlik edib. O, həmin ilin payızında 40 könüllü döyüşçü ilə birlikdə işğal altındakı Laçının 40-a qədər kəndini dörd gün ərzində ermənilərdən azad edib. Milli Qəhrəmanın son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub. “Tikanlı zəmi” yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak olublar. O, Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunub.

Hamısını oxu
Prezidentdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətilə bağlı

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sisteminin müasirləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.   Modern.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sistemində təhlükəsizlik, texniki və proqram vasitələri sahəsində əsaslı dəyişiklik məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə 3,866 milyon (üç milyon səkkiz yüz altmış altı min) manat ayrılıb.

Hamısını oxu
Zaqatala rayonunda əlilliyi olan uşaq və yenmiyetmələr üçün bayram şənliyi təşkil edilib

Veteran.gov.az xəbər verir ki, 24 dekabr 2023-cü ildə görmə üzrə əlilliyi olan 18 yaşına çatmayan şəxslər – uşaq və yeniyetmələr üçün bayram şənliyi təşkil edilib. Qayğıya ehtiyacı olan şəxslərə sosial dəstək ictimai birliyi “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti”nin təşkilati dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sifarişi ilə  “Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü” münasibətilə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün bayram tədbirlərinin təşkili” adlı müsabiqəsi çərçivəsində Zaqatala,  Şəki, Qax, Balakən rayonlarında yaşayan görmə üzrə əlilliyi olan  18 yaşadək uşaqlar üçün  silsilə bayram şənlikləri keçirilib.  Tədbiri giri sözü ilə açan  “Qayğıya Ehtiyacı olan Şəxslərə Sosial Dəstək” İctimai Birliyinin sədri Reyhan Cəfərova tədbir iştirakçılaırnı qarşıdan gələn bayramlar münasibətilə təbrik edib, tədbirin əhəmiyyətindən bəhs edib.  Daha sonra çıxış edən Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev Ulu öndər Heydər Əliyevin tarixi xidmətlərinə diqqət çəkib. Cəmiyyət sədri bildirib ki, məhz Heydər Əliyevin fədakarlığı nəticəsində Azərbaycanın müstəqilliyi nəinki qorunub, həmçinin, ölkəmiz beynəlxalq iqtisadi-siyasi aləmdə öz nüfuzunu gücləndirib, beynəlxalq təşkilatlar, dünya birliyi ilə geniş əlaqələr qurub. Ümummilli liderin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən Səmyar Abdullayev, məhz Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun 30 illik erməni işğalına son qoyduğunu vurğulayıb. Səmyar Abdullayev Prezident İlham Əliyevin ad gününü təbrik edib, dövlətimizin öz liderinin rəhbərliyi altında qarşıdakı illərdə yeni-yeni uğurlara imza atacağını bildirib. Azərbaycan xalqının 2024-cü ilin 7 fevral tarixindəki prezident seçkilərində öz Müzəffər Ali Baş Komandanının namizədliyini dəstəkləyəcəyini bildirən Cəmiyyət sədri qeyd edib ki, həssas kateqoriyadan olan şəxslər kimi gözdən əlillər də İlham Əliyevin namizədliyini müdafiə edəcək. Bayram şənliyində  Zaqatala,  Şəki, Qax, Balakən rayonlar üzrə görmə imkanları məhdud  olan uşaqların iştirakı təmin edilib, hər bir uşaq üçün müvafiq şərait qurulub. Zaqatala regionu üzrə bayram şənliyi Zaqatala şəhərinin “Tala Rooms” otel-restoranında təşkil edilib. Bayram şənliklərində gözdən əlil uşaqlar üçün müyəssər oyun və “Gənc Tamaşaçılar” teatrının aktyorlarının iştirakı ilə təşkil edilmiş şou proqramlarla yanaşı, maraqlı musiqi nömrələri, viktorinalar, flaşmoblar, yemək və şirniyyat süfrəsi ,eləcə də, hədiyyələr təqdim edilib.  Şənlikdə  yüzdən çox  uşaq və onları müşayiət edən valideynləri iştirak edib.  

Hamısını oxu