Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Respublika Veteranlar Təşkilatında veteranlarla görüş

Respublika Veteranlar Təşkilatı Dünya Azərbaycanlılarının Həmrəyliyi  günü və Yeni il münasibəti ilə veteranlarla görüş keçirdi. Veteranları hər iki Bayram münasibəti ilə təbrik edib onlara hədiyyələr təqdim olundu. 2016-cı il ərzində fəallıq nümaiş etdirən bir qrup II Dünya müharibəsi veteranı Fəxri Fərmanlarla təltif edildilər.   II Dünya müharibəsi veteranı Bahadur Hüseynovla görüş isə onun yaşadığı evdə baş tutdu. Təşkilatın sədr müavini e.o polkovnik Cəlil Xəlilov veteranın səhhəti ilə maraqlandı, 95 illik yubileyi ilə və yeni il münasibəti ilə təbrik edib, hədiyyə təqdim etdi. Həmçinin Bahadur Hüseynov təltif edildiyi medalı veterana təltif edildi. Sosialist əməyi qəhrəmanı, əmək veteranı Ömər Ağayevə də hədiyyə təqdim olundu. 2016 - ci ildə veteran hərəkatında göstərdiyi xidmələrə görə “Veteran Həmrəyliyi” medalı ilə təqdim olundu. Veteranlar onlara göstərilən diqqət və qayğıya görə Ölkə Başçısı cənab ilham Əliyevə, eləcə də, Respublika Veteranlar Təşkilatına və onun kollektivinə minnətdarlıqlarını bildirdilər.

2016-12-29 00:00:00
3331 baxış

Digər xəbərlər

İlham Əliyevin hakimiyyəti dövründə yetişən NƏSİL - Onlar İNANILMAZI BACARDI

“Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. On yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi”. Publika.az-ın xəbərinə görə, bunu Preizdent İlham Əliyev Şuşaya səfəri çərçivəsində Cıdır düzündə çıxışı zamanı deyib. “2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi. Gənc nəsil, yaşlı nəsil, təcrübəli insanlar, bütün xalqımız, bütün etnik qrupların nümayəndələri, bütün dinlərin nümayəndələri bir yumruqtək birləşib. Qələbəmizin rəmzi təsadüfən yumruq seçilməyib. Mən demişəm, burada - Cıdır düzündə bir daha demək istəyirəm ki, bu yumruq, həm gücdür, həm birlikdir. Onsuz da bizdə birlik kifayət qədər yüksək səviyyədə idi, bundan sonra daha da güclü olacaq. Birliyi olan ölkələr qələbə qazanırlar. İradəli olan liderlər qələbə qazanırlar. Heç nəyə baxmayan, heç kimdən çəkinməyən, milli maraqları müdafiə edən liderlər qələbə qazanırlar. Azərbaycanın timsalında bunu hər kəs gördü”.

Hamısını oxu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Söhbət zamanı dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin strateji müttəfiqlik zəminində inkişaf etdiyini bir daha vurğulayıblar. Dövlətimizin başçısı Prezident Rəcəb Tayyib Ərdoğanın və Əminə xanım Ərdoğanın Azərbaycanda keçirilmiş COP29 konfransının liderlər sammitində fəal iştirakını məmnuniyyətlə qeyd edərək, geniştərkibli Türkiyə nümayəndə heyətinin konfransın işinə əsaslı töhfələr verdiyini vurğulayıb. Prezident Rəcəb Tayyib Ərdoğan öz növbəsində COP29-un uğurla keçirilməsi və danışıqlar prosesində əldə olunmuş nəticələr münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb. Telefon danışığı əsnasında Cənubi Qafqaz və Yaxın Şərq regionuna aid məsələlərə toxunulub, xüsusilə Suriyada Əsəd rejiminin çökməsindən sonra yaranmış vəziyyət müzakirə olunub. Dövlət başçıları bu münasibətlə Suriya xalqına təbriklərini, Suriya dövlətinin ərazi bütövlüyünə və suverenliyinə dəstəklərini ifadə ediblər. Prezident İlham Əliyev bundan sonra Türkiyənin yaxın dəstəyi ilə Suriyada sabitlik dövrünün başlayacağına ümidvar olduğunu bildirərək, Azərbaycanın qardaş Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazır olduğunu qeyd edib. Prezident Rəcəb Tayyib Ərdoğan bütün sahələrdə olduğu kimi Suriya xalqına humanitar yardım və dəstək məsələsində də Azərbaycan və Türkiyənin birgə fəaliyyət göstərəcəyini məmnuniyyətlə qeyd edib. Söhbət əsnasında Azərbaycan və Türkiyə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Hamısını oxu
“Xocalı bizim qan yaddaşımızdır” mövzusunda tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin əməkdaşları - şöbə müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev, baş mütəxəssis Nəbi Hacıyev və aparıcı mütəxəssis Osman Məhərrəmov 24 fevral 2023-cü ildə Bakı şəhəri Binəqədi rayonunda tədbir təşkil ediblər. Tədbir Həsən Cəbrayılov adına 99 saylı tam orta məktəbdə baş tutub. Xocalı soyqırımının 31-ci il dönümü ilə əlaqədar “Xocalı bizim qan yaddaşımızdır”adlı tədbirdə Binəqədi rayon VT –nın sədri Teyyub Həsənov, Təşkilatın üzvləri Zakir Ağdamlı, Şahmalı Həsənov,məktəbin direktoru Ofelya Məmmədova,şagird və müəllim kollektivi iştirak etdiblər. Tədbiri məktəbin direktoru Ofelya Məmmədova açıb. O,qonaqları tədbir iştirakçılarına təqdim etdi. Sonra dövlət himni səsləyib. Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad olunub. Çıxış üçün ilk söz ehtiyatda olan polkovnik Adil Haqverdiyevə verilib. Adil Haqverdiyev ilk öncə RVT-nın sədri Fatma xanım Səttarovanın və müavini Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırdı. Polkovnik çıxış edərək bildirdi ki, Birinci Qarabağ müharibəsində ermənilərin törətdiyi vəhşiliyin canlı şahidi olub: “Xocalı soyqırımı xalqımızın başına gətirilən ağlasığmaz vəhşiliyin bir hissəsidir. Xocalı soyqırımı ermənilərin havadarları olan 366-cı alayın köməkliyi ilə törədilmişdir. Bu tədbir bizim gələcəkdə ayıq-sayıq olmağımıza bir təkandır. Biz orta və yaşlı nəslin nümayəndələri hər zaman çalışırıq ki, keçmişdə buraxılan səhvləri siz buraxmayasınız. Heç kəs bilmir ki, bu gün parta arxasında oturan bir şagird gələcəkdə dövlətimizin inkişafında hansı töhfələri verəcəklər. Bunun üçün yaxşı oxumaq və müəllimlərin verdikləri bütün tapşırıqları yerinə yetirmək vacibdir. Çıxışımın sonunda torpaqlarımızın düşmən tapdağından təmizləyən və bu yolda şəhid olanlara Allahdan rəhmət,qazilərimizə isə cansağlığı diləyirəm”. Daha sonra Zakir Ağdamlı çıxış etdi. Şagirdlərin Xocalı soyqırımına həsir etdikləri kompozizsyalara baxıldı. Tədbirin sonunda xatirə şəkli çəkildi.

Hamısını oxu
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının tərkibi təsdiq edildi

Prezident İlham Əliyev Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamla Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 7 avqust tarixli 1120 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan İnvestisiya Holdinqinin Nizamnaməsi"nin 4.4-cü bəndinə uyğun olaraq Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilir: Müşahidə Şurasının sədri Azərbaycan Respublikasının Baş Naziri Müşahidə Şurasının üzvləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Azərbaycan Respublikasının İqtisadiyyat naziri Azərbaycan Respublikasının Maliyyə naziri. Milli.Az 

Hamısını oxu