Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Respublika Veteranlar Təşkilatının nümayəndə heyəti Qubada qocaman müharibə veteranlarına ərzaq yardımları çatdırıb.

Respublika Veteranlar Təşkilatının Gənclərin Hərbi Vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və Təşkilatın Mətbuat Xidmətinin əməkdaşı Şəhla Qarayeva, rayon Veteranlar Təşkilatının sədri Tahir Muradov Quba rayonunda İcra Hakimiyyətində olublar. Nümayəndə heyətini qəbul edən Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin əliyev ilk öncə qonaqları salamlayıb , Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə koronavirus (COVİD-19) pandemiyası kimi çətin bir dönəmdə müharibə veteranları üçün başladılan ərzaq yardımı aksiyasını yüksək qiymətləndirib. Ərzaq məhsullarından ibarət sovqatlar Böyük Vətən Müharibəsi veteranlarına təhvil verilib.
Məlumat üçün qeyd edək ki, “Biz birlikdə güclüyük!” çağırışına əsasən 245 müharibə veteranına dəstək olmaq məqsədilə ərzaq yardımlarının paylanılması Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə həyata keçirilir.

2020-07-24 00:00:00
354 baxış

Digər xəbərlər

Diplomat və jurnalist Ənvər Məmmədov haqq dünyasına qovuşub

Veteran.gov.az xəbər verir ki, bu gün görkəmli diplomat və jurnalist Ənvər Məmmədov haqq dünyasına qovuşub. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Ənvər Məmmədovun vəfatından kədərləndiyini bildirir, mərhumun doğmalarına səbr diləyir, dərin hüznlə başsağlığı verir.  Qeyd edək ki, Ə.Məmmədov avqustun 15-i 100 yaşını qeyd edib. O, 1923-cü ildə Bakı şəhərində anadan olub. 1959–1960-cı illərdə “Sovinformbüro”nun baş redaktoru və sədrin birinci müavini olan Məmmədov ölümünə qədər “RİA Novosti” agentliyində redaktor məsləhətçisi olaraq fəaliyyət göstərib. Qeyd edək ki, o, məktəbi bitirdikdən sonra 1941-ci ilin iyun ayında aviasiya məktəbinə müdavim kimi qəbul olunsa da, tezliklə zədə ilə əlaqədar məktəbdən xaric olunub. Bundan sonra isə azərbaycanlı diplomat Bakıya qayıdıb və Qızıl Ordu Baş qərargahının kəşfiyyat xidmətində hərbi tərcüməçi kurslarına göndərilib. O, Böyük Vətən müharibəsində də iştirak edib. 1943-cü ildə ordudan xaric edilərək, SSRİ Xarici İşlər üzrə Xalq Komissarlığında işləməyə göndərilib, 1944–1945-ci illərdə isə İtaliyadakı sovet səfirliyinin mətbuat katibi işləyib. Bununla yanaşı, Məmmədov Nürnberq prosesi zamanı beynəlxalq tribunalın SSRİ-dən olan nümayəndələri arasında olub.  Eyni zamanda, o, 1950-ci ilin fevralınadək SSRİ xarici işlər nazirliyi sistemində müxtəlif vəzifələrdə işləyib. 1953-cü ildə Birinci Moskva Dövlət Xarici Dillər İnstitutunu bitirib. 1956-cı ilədək ABŞ, İngiltərə və Latın Amerikasında yayım üzrə Baş redaksiyanın baş redakoru vəzifəsində işləyən Məmmədov həmin il XİN-ə qayıdıb, 1959-cu ilədək SSRİ-nin ABŞ-dakı səfirliyində müşavir-nümayəndə və “USSR” jurnalının baş redaktoru vəzifəsində işləyib. Ə.Məmmədov ingilis, alman, italyan və fransız dillərini bilib. Allah rəhmət eləsin!    

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova “Respublika Xatirə Kitabı” redaksiyasının baş redaktoru ilə görüşüb

Bu gün Respublika Veteranlar Təşkilatında “Respublika Xatirə Kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova və sədr müavini Cəlil Xəlilov arasında görüş keçirilib.   Veteran.gov.az xəbər verir ki, qəbul üçün Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarovaya təşəkkür edən Nəzakət Məmmədova, veteranların ölkəmizin ictimai həyatındakı roluna diqqət çəkib, onların istər həyat, istərsə də döyüş yolunun gənc nəslə nümunə olduğunu bildirib.   Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova veteran hərəkatının tarixindən bəhs edib, xalqımızın igid oğul və qızlarının tarixin bütün mərhələlərində düşmənə qarşı mərdliklə mübarizə apardığını bildirib. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ordusunun öz tarixi ənənəsinə sadiq qalaraq böyük qəhrəmanlıqlara imza atdığını bildirən Fatma Səttarova, gənc nəslin öz atalarının, babalarının sahib olduğu vətənpərvərlik ruhunda tərbiyə edilməsinin vacibliyinə toxunub.   Respublika Veteranlar Təşkilaıtnın sədr müavini, polkovnik Cəlil Xəlilov isə dövlətin veteranlara böyük diqqət və qayğı göstərdiyini bildirib, bu sahədə görülən işlərə, həyata keçirilən layihələrə diqqət çəkib.   Sonda Nəzakət Məmmədova "1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı ilə təltif olunub.

Hamısını oxu
Gəncə İdman Liseyində yunan-Roma güləşi üzrə "Təhsil" Respublika İdman Mərkəzinin Respublika birinciliyi keçirilib

Yarışda Gəncə şəhərinin komandası 3-cü yerə layiq görülüb Veteran.gov.az Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər verir ki, cari ilin 8-10 aprel tarixində Gəncə İdman Liseyində U 15 kiçik yaşlı yeniyetmələr arasında yunan-roma güləşi üzrə "Təhsil" Respublika İdman Mərkəzinin Respublika birinciliyi keçirilib. Birinciliyin açılış mərasimində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıb, yunan-Roma güləşinin inkişafı üçün belə yarışların keçirilməsinin əhəmiyyətini qeyd edib. Məlumat üçün qeyd edək ki, 38 kq, 41 kq, 44 kq, 48 kq , 52 kq, 57 kq , 62 kq , 68 kq , 75 kq, 85 kq çəki dərəcələrində idmançıların mübarizə apardığı yarışda Gəncə şəhərinin komandası 3-cü yerə layiq görülüb. Seymur ƏLİYEV

Hamısını oxu
Abşeronda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Veteran.gov.az xəbər verir ki, Abşeron rayonunda 20 Yanvar faciəsi qurbanlarının 32-ci ildönümü dərin ehtiramla yad edilib. Xırdalan səhərində şəhidlərin əziz xatirəsinə inşa edilmiş Şəhidlər Abidə Kompleksinin qarşısında keçirilən anım mərasimində rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron Rayon İdarəsinin rəisi Ruslan Rəhimov, Rayon Polis Şöbəsinin rəisi Şəhriyar Şəmşirli, Abşeron rayon prokuroru Qabil Qasımov, Abşeron rayon Mühafizə Polisi İdarəsinin rəisi Arif Məmmədov, Yeni Azərbaycan Partiyasının Aberon Rayon Təşkilatının sədri Bilman Vəliyev, Abşeron rayon İdman və Gənclər idarəsinin rəisi Əsgər Əmrəliyev, səhiyyə və təhsil müəssisələrinin rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar və rayon ictimaiyyəti iştirak edib.   Azərbaycanın müstəqilliyi, bötövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.   Mərasimdə şəhidlərin ruhuna dualar oxunub.   Azərbaycan xalqının qürur mənbəyinə çevrilmiş 20 Yanvar faciəsindən 32 il keçməsinə baxmayaraq, həmin hadisə təkcə ümumxalq hüzn günü kimi deyil, eyni zamanda, öz azadlığına və müstəqilliyinə can atan xalqımızın mübarizliyini, məğrurluğunu nümayiş etdirən qəhrəmanlıq tarixi kimi qeyd olunur.   Rayon rəhbərliyi və tədbir iştirakçıları Şəhidlər Abidə Kompleksini ziyarət edib, üzərinə tər çiçəklər düzüblər.   Allah şəhidlərimizi rəhmət eləsin.  

Hamısını oxu