Digər xəbərlər
22 dekabr 2025-ci ildə Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin doğum günü ilə əlaqədar olaraq Novxanıda təntənəli tədbir keçirilib. İş adamı Cəlil Nağıyevin dəstəyi, kənd ağsaqqalı Nuhbala Ağayevin təşkilatçılığı ilə baş tutan tədbirdə əfsanəvi kəşfiyyatçının abidəsi ziyarət olunub, onun həyat və döyüş yolu ilə bağlı maraqlı faktlara toxunulub. Veteran.gov.az-a açıqlama verən millət vəkili Asim Mollazadə bu və bu qəbildən olan tədbirlərin qəhrəmanlıq tariximizin təbliği baxımından mühüm önəm kəsb etdiyini vurğulayıb: "Mehdi Hüseynzadə ilə bağlı keçirilən tədbir xalqımızın qəhrəmanlarına, habelə, milli-mənəvi dəyərlərinə olan sevgisinin təzahürüdür. Bu fakt bir daha sübut edir ki, illər, əsrlər keçsə də, xalq öz qəhrəmanlarını unutmur, bu qəhrəmanları hər zaman böyük hörmət və dərin ehtiram hissi ilə yad edir. 22 dekabr tarixində Novxanıda Mehdi Hüseynzadə ilə bağlı belə bir tədbirin keçirilməsi qürurverici və təqdirəlayiqdir. Bu, hərb tariximizə ehtiram əlaməti olmaqla yanaşı, həm də əsl vətənpərvərlik təbliğatı, gənc nəslə praktiki nümunədir. Bu cür tədbirlər xalqımızın qəhrəmanlıq ənənəsinin nəsildən-nəsilə ötürülməsi, onların öz tarixlərinə bələd olması, gələcəklərini tarixlərindən güc alaraq inşa etməsi baxımından həyati əhəmiyyətə malikdir. Hesab edirəm ki, qəhrəmanlarımızın yad edilməsi, onların igidliklərinin təbliği ilə bağlı bu gözəl ənənə bundan sonra da davam etdirilməli, yaşadılmalı və müqəddəs bir əmanət kimi gələcək nəsillərə ötürüməlidir”. Seymur ƏLİYEV
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin iş planına uyğun olaraq, şöbə müdiri ehtiyatda olan polkovnik Adil Haqverdiyev, baş mütəxəssis Nəbi Hacıyev 14 oktyabr 2022 –ci ildə Bakı şəhəri Xətai rayonunda tədbirdə olub. Zaur Məmmədov adına 171 saylı tam orta məktəbdə “Öncə vətəndir” adlı tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov, Rayon Ağsaqqallar Şurasının sədri İzzət Rüstəmov , müavini Nizami Hüseynov, VT-nın sədri Adil Əzməmmədov, məktəbin direktoru Zenfira Məsiyeva, şagirdlər və müəllimlər iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi, vətənimizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad ediməsi ilə başlayıb. Şagirdlər vətənpərvərlik şeirləri ilə çıxış ediblər. Daha sonra Xətai rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Məzahir Rüstəmovun atası İzzət Rüstəmova söz verilib. O, çıxışında vətən sevgisindən, qəhrəmanların adlarını həmişə uca tutmağın vacibliyindən danışıb. Polkovnik Adil Haqverdiyev çıxşında Ali Baş Komandan İlham Əliyevin daxili və xarici siyasətindən,vətənimizin çiçəklənməsi yolunda səylərindən bəhs edib. O, bildirib ki, xoşbəxt gələcəyimiz Prezident Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməkdən keçir. Adil Haqverdiyev şagirdlərə öz tövsiyyəsini verib,dərslərində uğurlar arzulayıb. Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov rayon ərazisində vətənpərvərlik mövzusunda keçirilən tədbirlərdən, şəhid ailələrinə, veteranlara göstərilən diqqət və qayğıdan danışıb. Məktəbin direktoru Zenfira Məsiyeva isə çıxışında bildirib ki, bu cür tədbirlər şagirdlərdə vətənpərvərlik tərbiyəsinin inkişafına, habelə, onların öz dərslərinə daha diqqətlə yanaşmasına təkan verir. Tədbirin sonunda xatirə şəkli çəkilib.
Hamısını oxu
Bakıda “Ənənəvi idman növlərinin dirçəlişi” devizi altında V Dünya Etnoidman Forumu keçirilmişdir. Veteran.gov.az Sportline.az-a istinadən xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Dünya Etnosport Konfederasiyasının prezidenti Bilal Ərdoğan, BMT İnsan Məskunlaşma Proqramının icraçı direktoru Maimunah Mohd Şərif, AMİNA-nın prezidenti Kazım Qurbanov və 45 ölkədən nümayəndələr iştirak ediblər. İlk olaraq etnosporta aid xüsusi videoçarx nümayiş olunub. Burada müxtəlif ölkələrin tarixi idman növləri göstərilib. Azərbaycan Respublikasının Gənclər və İdman naziri F.Qayıbov bu cür tədbirlərin davamlı təşkilinin vacibliyini diqqətə çatdıraraq forumun Bakıda keçirilməsinə dəstək verdiyinə görə Dünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğana təşəkkür etmişdir. Dünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğan V Dünya Etnoidman Forumuna yüksək səviyyədə ev sahibliyinə görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib. Forumda Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti Kazım Qurbanov da iştirak edib. Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan tərəfindən Kazım Qurbanov V Etnoİdman Forumunun sertfikatı ilə təltif olunub. Həmçinin AMİNA-nın prezidenti Kazım Qurbanov tərəfindən Dünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğana və Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbova xatirə hədiyyələri təqdim edilmişdir. Qeyd edək ki, V Beynəlxalq Etnosport Forumu martın 6-da başa çatıb.
Hamısını oxu
Bərdə rayonunun 32-lər kəndindən iki qardaş - Elşən və Elnur... Vətəni canlarından artıq sevən, Vətən yolunda canlarından keçməyə hazır olan iki qardaş... Aralarında iki yaş fərq var. Torpaqlarımızın bir hissəsi işğal edildiyindən hər ikisi hərbçi olmağı üstün tutub. 24 yaşlı Elnur Möhbalıyev Aprel döyüşlərində iştirak etdikdən sonra hərbi xidməti davam etdirmək qərarına gəlib. 26 yaşlı qardaşı Elşən də eyni yolu seçib. Hər ikisi kurs keçdikdən sonra kiçik gizir hərbi rütbəsi ilə Vətənə xidmət ediblər. Elnur Şuşa istiqamətində gedən döyüşlərdə gözlərindən, qolundan və ayağından ağır yaralanır. Elşən də qardaşı kimi döyüşlərə qatılıb, Ağdərə istiqamətində düşmənə xeyli sarsıdıcı zərbələr vurub. Qələbədən 5 gün öncə, noyabrın 5-də şəhid olub. İgid hərbçilərimizin atası Təvəkkül Möhbalıyev deyir ki, nə qədər çətin olsa da, bir o qədər qürurludur. Azərbaycan Televiziyası Elşən və Elnur Möhbalıyevlərin ailəsindən reportaj hazırlayıb. Həmin reportajı təqdim edirik:
Hamısını oxu