Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Bir sıra məktəb direktorları “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı ilə təltif edilib

Nəsimi rayonu 42 nömrəli tam orta məktəbin direktoru Firəngiz Həmidova, Nərimanov rayonu 151 nömrəli tam orta məktəbin direktoru Kifayət Tanriverdiyeva, Binəqədi rayon 246 saylı məktəb-liseyin direktoru Nəbi Mahmudov, Binəqədi rayon 83 nömrəli məktəb-liseyin direktoru Almaz Bayramova, direktor müavini Sevinc Razıyeva veteran hərəkatına göstərdiyi dəstəyə, məktəblilər arasında  hərbi vətənpərvərlik işinin səmərəli təşkili, yeniyetmə və gənc nəslin milli köklərimizə bağlılıq, vətənpərvərlik, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması işində yaxından göstərdikləri köməyə görə  Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov tərəfindən Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 2019-cu il 13 iyun tarixli Sərəncamı ilə təsis olunan “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı ilə təltif edilib.   Medal təqdim olunanlar "Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)”  Rusiya Federasiyasının yubiley medalına layiq görüldüyünə görə başda Cənab Prezident İlham Əliyev olmaqla, eləcə də Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynova öz dərin minnətdarlıqlarını  bildiriblər.

2020-09-08 00:00:00
984 baxış

Digər xəbərlər

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəhbərliyi Gəncə SOS Uşaq kəndini ziyarət edib

Veteran.gov.az xəbər verir ki, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və bir sıra əməkdaşlar Gəncə SOS Uşaq kəndini ziyarət ediblər Ziyarət zamanı Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov Gəncə SOS Uşaq kəndininin direktoru Nəsimi Ələkbərli ilə birgə gəzinti zamanı burada yaradılmış şəraitlə yaxından tanış oldu və uşaqların qayğıları ilə maraqlandı. Bildirildi ki, uşaq kəndinin sakinləri üçün bütün təminatlar və hüquqlar ən yüksək səviyyədə qurulmuş və onların gələcək həyata hazırlıqları məqsədilə təhsil sahəsinə xüsusi diqqət yetirilir. Ziyarət zamanı uşaqların idmana böyük marağının olduğunu nəzərə alaraq, uşaqların fiziki sağlamlığının möhkəmləndirilməsi üçün Baş İdarə tərəfindən bir sıra idman tədbirlərinin burada keçirilməsi istiqamətində işlərin görüləcəyi qeyd edildi. Sonda uşaqlarla birgə kollektiv xatirə şəkli çəkdirildi.

Hamısını oxu
“Bugünün həqiqətlərini sabahkı nəsillərə çatdırmaqda belə filmlərin rolu olduqca böyükdür”

  Məşhur Məmmədov: “Üzləşdiyimiz bəlaların bir çoxuna səbəb məhz unutqanlığımız olub”   “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ərsəyə gətirdiyi filmlərə görə təşəkkür edirəm”   Xəbər verdiyimiz kimi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında çəkilən “Vətən naminə”, “Erməni vandalizmi”, “Qarabağın tarixi-dini abidələri” sənədli filmləri, o cümlədən Komitənin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi, “Azərbaycan Bibliya Cəmiyyəti”nin sifarişi ilə ərsəyə gələn “Mənəvi borc” filmi Xəzər televiziyasında nümayiş etdirilib.   Ordumuzun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqların əbədiləşdirilməsi, habelə erməni vandalizmi tərəfindən törədilən vəhşiliklərin unudulmaması baxımından bu cür filmlərin hazırlanmasının tarixi-ictimai və mənəvi əhəmiyyəti nədən ibarətdir?  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə hazırlanan bu filmləri xalqımız və dövlətimiz qarşısında mühüm tarixi xidmət kimi dəyərləndirmək mümkündürmü?   Saytımıza açıqlama verən millət vəkili Məşhur Məmmədov bu kimi filmlərin bugünümüzlə yanaşı, gələcəyimiz baxımından da mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb:   “Tarix sübut edir ki, bizim başımıza gələn bir çox bəlalara səbəb məhz bizim unutqanlığımız olub. Elə buna görə də tariximiz, keçmişimizlə bağlı həqiqətləri daim diqqət mərkəzində saxlamaq, onların unudulmasına yol verməmək üçün bu cür filmlərin çəkilməsi vacibdir.   44 günlük Vətən müharibəsində Azərbaycan ordusu böyük qəhrəmanlıqlar göstərdi. Hərbçilərimiz düşmən işğalındakı torpaqları çox qısa zamanda işğaldan azad etdi. Torpaqlarımız işğaldan azad olunandan sonra bir bir daha şahid olduq ki, düşmən bu torpaqlarda böyük vəhşiliklər, dağıntılar və talanlar həyata keçirib.   Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, eləcə də sözügedən komitənin nəzdində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə çəkilən filmlərdə həm xalqımızın müharibədə göstərdiyi əzm və fədakarlıq, həm də erməni faşizminin anti-insani mahiyyəti parlaq şəkildə öz əksini tapır. Bu filmlər tariximizin qorunması, olduğu kimi xatırlanması, yaşadılması üçün mühüm önəm kəsb edir. Bugünün həqiqətlərini sabahkı nəsillərə çatdırmaq üçün belə filmlərin çəkilməsi olduqca əhəmiyyətlidir. Bu cür filmlər gələcək nəsillərə imkan verəcək ki, onlar tariximizə dərindən bələd olsunlar, üzləşdiyimiz bəlalardan dərs çıxarsınlar və daim ayıq-sayıq olsunlar.   Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə ərsəyə gətirdiyi filmlərə görə təşəkkür edirəm. İnanıram ki, həm Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, həm də digər dövlət qurumlarının dəstəyi ilə bu cür filmlərin hazırlanması gələcək nəsillərin maariflənməsi baxımından mühüm rol oynayacaq, hər zaman gələcək nəsillərə hərbçilərimizin qəhrəmanlığından, erməni vandallarının törətdiyi vəhşiliklərdən danışacaq”.   Seymur ƏLİYEV  

Hamısını oxu
Masallıda Birinci Qarabağ və Vətən müharibəsi iştirakçıları ilə görüş olub

Masallı Rayon Ağsaqqallar Klubunda rayon icra hakimiyyəti, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Masallı rayon şöbəsi, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Masallı rayon təşkilatının birgə təşkilatçılığı ilə Birinci Qarabağ və Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib. Azərtac-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Görüşdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev Birinci Qarabağ və Vətən müharibəsi iştirakçılarına, düşmənlə müharibədə öz sağlamlıqlarını itirmiş qazilərə göstərdikləri şücaətə görə minnətdarlığını ifadə edərək onların, o cümlədən şəhid ailələrinin daim dövlətimizin başçısının diqqət mərkəzində olduğunu söyləyib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Masallı rayon təşkilatının sədri, ehtiyatda olan polis polkovnik-leytenantı Məmmədağa Şiriyev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Masallı rayon təşkilatının sədri Nahid Rəhimov çıxışlarında Birinci Qarabağ və 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən Masallıdan olan döyüşçülərin qəhrəmanlıqlarından danışıblar. Şəhid çavuş Rafael Hüseynovun atası Teymur Hüseynov, Birinci Qarabağ və Vətən müharibəsinin iştirakçısı, ehtiyatda olan kapitan Camaləddin Məmmədov, Vətən müharibəsi iştirakçısı Amil Fərəcov və başqaları çıxış edərək ölkəmizdə müharibə iştirakçılarına, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Görüşdə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən Birinci Qarabağ müharibəsi əlili Vəli Nurullayevə “Vətən naminə” medalı təqdim edilib.  

Hamısını oxu
“Daha iki rayonla bağlı minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməsi Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsidir”

Cəlil Xəlilov: “Bu diplomatik uğur yüzlərlə, minlərlə vətəndaşımızın həyatının qorunması baxımından da mühüm addımdır”   “Ermənistanın daha iki rayonun – Füzuli və Zəngilanın minalanmış xəritəsini Azərbaycana verməsi ölkə başçısının növbəti diplolmatik qələbəsidir və bu qələbə Ali Baş Komandanımızın gücündən, onun hərbi müstəvidəki uğurlarının diplomatik müstəvidə müvəffəqiyyətlə davam etdirildiyindən xəbər evrir”.   Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu uğurların yaxın gələcəkdə davam edəcəyi şübhəsizdir:   “Azərbaycan daha iki rayonla bağlı xəritəni Ermənistandan almaqla sübut etdi ki, o, hərbi müstəvidə olduğu kimi, diplomatik müstəvidə də diktə edən tərəfdir və  Ermənistan bu müstəvidə də Azərbaycana müqavimət göstərə, öz şərtlərini diktə edə bilməz. Azərbaycan bütün sahələrdə olduğu kimi diplomatik müstəvidə diktə edən tərəfdir və öz maarqlarını qətiyyətlə müdafiə edir.   Bu baxımdan iki rayonunun minalanmış əraziləri ilə bağlı xəritələrin Azərbaycana verilməsi hərbi müstəvidəki zəfərimizin diplomatiik müstəvidə davamı hesab edilə bilər”.   Cəlil Xəlilov bildirib ki, bu uğur minlərlə insanın həyuatının xials edilməsi deməkdir:   “Minalanmış ərazilərin xəritəsinin əldə edilməsi yüzlərlə, minlərlə insanın həyatının xilas edilməsi baxımından da olduqca önəmlidir. Bildiyiniz kimi, müharibədən sonra bir çox vətəndaşımız Ermənistanın basdırdığı minalara düşərək həlak oldu və ya ağır xəsarətlər aldı. Mina xəritəsinin əldə edilməsi bu təhlükəni də aradan qaldırır. Buna görə də, ölkə başçısının bu uğurunu bütün aspektlərdən son dərəcə uğurlu addım və böyük müvəffəqiyyət hesab edilməldir”.

Hamısını oxu