Ən son xəbərlər
Veteran.gov.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Azercell Telekom” MMC və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin nümayəndələri ilk dəfə məktəbə qədəm qoyacaq şəhid övladları ilə görüşüblər. Nümayəndələr uşaqları birinci sinfə getmələri münasibətilə təbrik edib, onlara uğurlar arzulayıblar. Görüşdə döyüşlərdə qəhrəmancasına şəhid olmuş Vətən oğulları xatırlanıb. Şəhidlərin övladlarına təhsil üçün planşetlər hədiyyə edilib. “Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi olaraq birinci sinifə qədəm qoyan bütün şəhid öladlarını təbrik edir, uğurlar arzulayırıq.
Hamısını oxu
Yadımdadır, bir neçə il əvvəl qışın oğlan çağında Neftçala təlim-tədris mərkəzində ezamiy-yətdə olarkən vaxtsız gəlişimizlə Ramazan Müslümovu çıxılmaz vəziyyətdə qoymuşduq. Mehmanxanaya getmək, yer tapmaq çətin idi. Onda Ramazan müəllim qeyd etdi ki, dünən Mustafa Nəsirov burada idi. Nə qədər etdim, nə evə getdi, nə də mehmanxanaya. Kabinetə əsgər çarpayısıqoydurdu və burada da gecələdi. O sözdən sonra bizim gecələmək üçün başqa yerə getməyimiz insafdan olardımı? Mustafa Nəsirov yeganə azərbaycanlıdır ki, keçmiş SSRİ Sərhəd Qoşunlarında general rütbəsinədək yüksəlmişdir. Onun haqqında çox yazıblar. Yazıçılarla, jurnalistlərlə maraqlı həmsöhbət olan Mustafa Cəfər oğlunun zəngin tərcümeyi-halı hələ çox-çox məqalənin, kitabın mövzusu olacaq. Taleyini sərhədə bağlayan gənc zabitlər bu maraqlı şəxsiyyətin keçdiyi yolu izləməli və ondan çox şey öyrənməlidirlər. 1921-ci ildə qədim Dərbənddə dünyaya göz açan M.Nəsirov doğma yurdu böyük ürək sevgisi ilə anır, Dərbəndin qədim tarixi, Azərbaycan xalqına verdiyi böyük şəxsiyyətləri, tarixi abidələri və adamları haqqında məhəbbətlə danışır. Valideynlərini qeyri-adi yeniyetmə sevgisi, övlad yanğısıyla xatırlayan ağsaçlı Mustafa müəllim deyir: “Atam qulluqçu idi, halal zəhməti ilə ailəmizi dolandırırdı. Anam isə dindar qadın kimi mehrini övladlarına-ailəsinə salmışdı və bizləri savadlı görmək istəyirdi. Atam “Hümmət” təşkilatının fəal üzvü və ideya adamı idi. Çox təəssüf ki, həyatdan erkən köçdü. Həyat bizi sındıra bilmədi. Anamın arzusu məni müəllim görmək idi. Mənə elə gəlir ki, məhz onun xeyir-duası, verdiyi halallıq ilə bu mərtəbəyə yetişmişəm”... Dərbənddə ilk pedaqoji təhsil alan Mustafa Nəsirov bir müddət işlədikdən sonra təhsilini davam etdirmək üçün Mahaçqalaya gedir. 1938-ci ildə təhsilini bitirən gənc Mustafa pedaqoq kimi çalışır. Daim Azərbaycan tarixini, ədəbiyyatını öyrənir. Zəngin və qədim tarixi olan Oğuz yurdu, Dəmir qapı - Dərbənd haqqmda çox şey öyrənməyə çalışır. İkinci cahan savaşı zamanı Mustafa Nəsirov səfərbərliyə alınıb Moskva ətrafında düşmənlə üz-üzə gəlir. Fiziki cəhətdən hazırlığı, geniş dünyagörüşü diqqəti cəlb etdiyi üçün 1942- ci ildə Mustafa Nəsirovu Saratov Sərhəd İnstitutuna göndərirlər. Ölkədə müharibə getdiyi üçün üç illik kursu doqquz aya başa vurur. Gərgin şəraitdə keçirilən proqramı mənimsəmək asan deyildi. Mustafa Cəfəroğlu bu imtahandan əla və üzüağ çıxır. Onu Orta Asiya Sərhəd Dairəsinin sərəncamına göndərirlər. Pedaqoq-müəllim, döyüşçü Mustafa Nəsirov sərhədçi zabit olur. General xatırlayır: “Oş şəhərində qulluq edərkən şəxsi heyətimiz dörd nəfərdən ibarət idi. Burada bir müddət xidmət etdikdən sonra Frunze şəhərində yerləşən XDİK Qoşunlarının komendantı oldum. O dövr üçün bu çox məsul vəzifə idi. Nədənsə oxumaq, öyrənmək həvəsi məni rahat buraxmırdı. Odur ki, Qırğızıstan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil oldum. Heç bilmirdim ki, nəyə görə müəllimlik məni özünə bu qədər çəkir? Müharibədən sonra ordudan tərxis olunmaq istəyirdim. Deyirdim ki, Vətən qarşısında borcumu yerinə yetirmişəm. Ən böyük arzum Dərbəndə qayıdıb müəllim işləmək idi. Xatirimdədir, müharibədən sonra keçmiş SSRİ Ali Sovetinin müəllimləri ehtiyata buraxmaq haqqında fərmanı da çıxmışdı. Sərhədçi kadrların azlığından mənimtərxis olunmağım problemə çevrilmişdi. Müraciət etməyimə baxmayaraq, səyim nəticəsizqaldı. Bir zabit kimi rəhbərlik mənim işlərimdən çox razı idi. O zaman polkovnik Yeqorov mənə məsləhət bildi ki, sənədlərimi Frunze adına Akademiyaya verim. Əgər imtahanlardanqeyri-müvəffəq qiymət alsam, məni ehtiyata buraxacaqdılar. Odur ki, deyilən kimietdim. Tarixdən, coğrafiyadan “əla” aldım. Ali təhsilli bir müəllim kimi bu fənlərdən aşağı qiymət almağı şənimə sığışdırmadım. İmtahan götürən müəllimlər çox razı qalmışdılar. Onda taktikadan kəsilmək lazım idi. Bu da alınmadı. Heç taktikadan əməlli-başlı soruşmadılar da.Qeyd etdilər ki, ali təhsilli gənc əvvəlki imtahanlardan müvəffəq qiymət alıb. Taktikanı Akademiyada dörd il oxuyan zaman öyrənəcək. Beləliklə, istəmədən, “zorən” ilkazərbaycanlı sərhədçi zabit kimi Frunze adına Akademiyanın müdavimi oldum. Geriyə yol yox idi. Təhsil illərində çalışırdım ki, hərb elminin sirlərinə yiyələnim. Odur ki, taleyimi bağladığım bu sahədən bir daha ayrılmayacağıma söz verdim”… Mustafa Nəsirov Frunze adma Akademiyanı bitirən ilk azərbaycanlıdır. Akademiyanı bitirdikdən sonra M.Nəsirov Zaqafqaziya Sərhəd Dairəsinə göndərilir. O zaman Azərbaycan Sərhəd Dairəsi indiki “Cənub” mehmanxanasında yerləşirdi. Burada Mustafa Nəsirovdan başqa ali hərbi təhsilli Çerkasenko familyalı bir polkovnik də var idi. Azərbaycan Sərhəd Dairəsində nizam-intizam məsələsinə çox ciddi fikir verilirdi. Əsl məqam yetişmişdi. Akademiya təhsilli M.Nəsirov təşəbbüsü ələ alaraq mühazirələr oxuyur, xidməti işin təşkilində yüksək peşəkarlıq nümayiş etdirirdi. Bütün çıxışlar zabitlər tərəfindən rəğbətlə qarşılanırdı. Bununla yanaşı, qərargahın işində, təşkilində dönüş yaratmaq, yaradıcı əhval-ruhiyyəni yüksəldib, nəzərəçarpacaq nöqsanları aradan qaldırmaq lazım idi. Azərbaycan Sərhəd Dairəsi Sədərəkdən Krasnovodskiyə qədər böyük bir sahəni mühafizə edirdi. Burada xidmət işinə yeni aspektlərlə yanaşmaq lazım idi. Sərhəd Qoşunlarına xas olan bütün keyfiyyətlər sanki unudulmuşdu. Sovet ordusunun quru qoşunlarına aid bütün taktiki gedişlər eyni ilə Sərhəd Qoşunlarına tətbiq olunurdu. General deyir: “Axı, sərhəd naryadının, “Axtarış” və “Həyəcan” qrupunun tapşırıqları başqadır! Sərhəd naryadı - baxış zamanı bir- birinin ləpiri ilə addımlamalı, sakitcə hərəkət etməli, dərindən müşahidə aparmalıdır. ”. Odur ki, müəyyən mülahizələri işləyib qoşun rəisinə məruzə edən M.Nəsirovun ilk cəhdi alınmadı. Azərbaycan Sərhəd Dairəsinin qoşun rəisi general M.A.Eysmond “Bu mülahizələri Moskvaya yazası olsan gərək bütün təfsilatı ilə izah edəsən, inandırasan” - dedi. M.Nəsirovun müştərək müəlliflik ideyası da qəbul edilmədi, amma material yenidən işləndikdən sonra “Poqraniçnik” jurnalında dərc olundu. Yalnız 1956-cı ildən sonra M.Nəsirovun irəli sürdüyü ideyalar öz müsbət həllini tapdı. 1950-60-cı illərdə keçmiş SSRİ Sərhəd Qoşunlarının qarşısında çox mühüm vəzifələr dururdu. İkinci cahan savaşından qalibiyyətlə çıxan sovetlər ölkəsi sosializm düşərgəsi yaradaraq sərhədlərinin təhlükəsizliyini xeyli yaxşılaşdırmışdı. Sovet hökuməti özünü kapitalist ölkələrindən mühafizə etmək üçün sərhədlərdə mühəndis- istehkam qurğularım təkmilləşdirir, əməliyyat-axtarış, kəşfiyyat, əks-kəşfiyyat işinə xüsusi diqqət yetirirdi. Qərbdən - sosializm birliyi ölkələrindən qorxu hiss etməyən SSRİ Finlandiya ilə quru, Norveçlə dəniz sərhədini güclü mühafizə edirdi. Uzaq Şərqdə - Yaponiya və Çin Xalq Respublikası ilə sərhədə də elə bir təhlükə görmürdülər. Əfqanıstan sərhədində də ciddi narahatçılıq keçirməyə elə bir əsas yox idi. Əsas cənub istiqamətində İran və Türkiyə ilə sərhədləri hərtərəfli qorumağa üstünlük verilirdi. Bu barədə general Mustafa Nəsirov qısaca şərh verir: “İran və Türkiyə ilə sərhəddəki vəziyyət əməliyyat baxımından çox mürəkkəb idi. İranın şimalında yaşayan əhalinin əksəriyyəti azərbaycanlılardır. Elə kəndlər var ki, sərhəd onları yan bölüb. Qohum-qardaş yan cənubda, yan şimaldadır. Üstəlik 1946-cı il İranda baş verən Pişəvari hərəkatından sonra çoxlu cənublu şimala üz tutub. İstər İran, istərsə sovet hökuməti bunu ciddi nəzarətə götürmüşdü. Sərhədboyu tikanlı məftillər, əlavə qoruyucu qurğular yerləşdirilmişdi. Əməliyyat şəraiti gücləndirildiyindən ən xırda detal da nəzarətdə idi. Bir də ki, üçüncü dövlətin casus-təxribatçı qüvvələri bu sahələrdən sovet ittifaqına qarşı istifadə edə bilərdilər. İran SENTO- nun, Türkiyə NATO-nun üzvü idi. Üstəlik, Amerikamn və digər inkişaf etmiş Qərb ölkələrinin İranla, Türkiyə ilə əlaqəsi möhkəm olduğundan cənub cinahında güclü ordu saxlayan keçmiş sovet dövləti sərhəd xidmətində azərbaycanlılara o qədər də etibar etmirdi. Düzdür, o zamana qədər sərhəddə az-çox azərbaycanlı gözə dəyirdi, amma 60- cı illərdən sonra vəziyyət xeyli dəyişdi. Yavaş-yavaş azərbaycanlıları həkim, mühəndis, baytar, maliyyə, texnik vəzifəsinə qəbul etməyə başladılar. Bu kadrlar ehtiyatda olan zabitlər idilər”. Mustafa Nəsirov 1964-cü ildə polkovnik hərbi rütbəsi alıb. Generallığa doğru gedən yol on ilə qədər çəkib. Həmişə xidməti ilə sayılıb-seçilən Mustafa Cəfər oğlunun ürəyi xalqı ilə bir olub. General M.Nəsirov Zaqafqaziya Sərhəd Dairəsi komandanının müavini təyin olunub. Bu məsul vəzifəni vicdanla, şərəflə yerinə yetirən Mustafa Nəsirov Sərhəd Qoşunlarında yüksək nizam-intizam, əməliyyat-döyüş hazırlığının təkmilləşməsinə çalışıb. Araz çayı üzərində tikilən su elektrik stansiyası və bəndin inşası zamanı səlahiyyətli və xüsusi imtiyaza malik sərhəd nümayəndəsi kimi ortaya çıxan problemlərin aradan qaldırılması üçün çox iş görüb. Söhbət əsnasında general onu da bildirdi ki, daim çalışıb ki, istedadlı, hərb işinə can yandıran azərbaycanlılar bütün çətinliklərə baxmayaraq sərhəddə xidmət etsinlər. General deyir: “Hər dəfə gənc zabitləri qəbul edərkən onlara məsləhətlə bildirirdim ki, yeni xidmət sahəsində tələsməsinlər. Azərbaycanlıları daha çox əməliyyat işlərinə cəlb edirdilər. Amma şəxsi heyətlə işləyənlərin akademiyaya qəbul olunmaq şansları çox olur. Mən xalqımızın əsgər və zabitlərə göstərdiyi diqqət və qayğını həmişə görmüşəm. Lakin gənclər hərbi xidmət zamanı əsasən inşaat işlərinə, nə bilim, yüngül sahələrə meylli olurdular. Bu narahatçılıq doğururdu”. 1969-cu ildə respublika rəhbərliyinə Heydər Əliyevin gəlişi ilə həyatın bütün sahələrində olduğu kimi hərb işində də keyfiyyət dəyişikliyi baş verdi. C.Naxçıvanski adına hərbi məktəbin yaradılması, azərbaycanlı gənclərin seçilib ölkənin ali hərbi məktəblərinə göndərilməsi çox mühüm əhəmiyyət, böyük siyasi məna daşıyırdı. Təhsil almağa gedən gənclərin hamısı imtahanlardan çox uğurla çıxırdılar. İndiki yüksək çinli zabitlər o dövrün yetirmələridir. Sərhədçi zabitlərin bütün problemləri həmişə Heydər Əliyevin diqqətində olub. İstər Naxçıvan, istərsə də Göytəpə Sərhəd Dəstəsində tikilən inzibati və yaşayış binaları sərhədçilərə və onların ailələrinə gözəl hədiyyə olub. Azərbaycan özünün müstəqilliyini əldə edəndən sonra qarşıda Sərhəd Qoşunlarının yaradılması kimi çox mühüm bir vəzifə dururdu. Rusiya Federasiyasının sərhədçiləri əlverişli şəraiti, hər cür rahatlığı olan bir diyardan getmək istəmirdilər. Amma sərhədi də mühafizə etmirdilər. Azərbaycanın strateji xammalı, varı-yoxu dağıdılırdı. Qaçaqmalçılıq baş alıb gedir, bir sözlə, anarxiya hökm sürürdü. Bu vəziyyətlə bağlı generalın fikrini bilmək olduqca maraqlı idi. Mustafa Cəfər oğlu siqaret yandınb tüstüsünü sinəsinə çəkdi. Bir xeyli fikrə getdi. Onun gözlərinin dərinliyində acı bir kədər, təəssüf hissi vardı. Sanki ağrılı yerə toxunduğum üçün özüm də narahatçılıq hissi keçirməyə başladım. “Qoşun yaratmaq asan məsələ deyildi. Xüsusən Sərhəd Qoşunları özünün spesifik cəhətlərinə görə seçilir. Odur ki, sərhədlərə toxunmadan, mühəndis-istehkam qurğularını, rabitə sistemini dağıtmadan da Sərhəd Qoşunlarım yaratmaq olardı. 1988-ci ildən başlayaraq sərhədlərdə baş alıb gedən özbaşınalıq Azərbaycan üçün baha başa gəldi. Sərhədi mühafizə qurğularına qətiyyən toxunmaq lazım deyildi. Bununla mərkəz o zaman azərbaycanlıları təxribata çəkirdi. Bizim fikrimizi nəzərə almırdılar. Sərhəddə xidmət edən bir şəxs kimi mən onun acı nəticəsini görürdüm. Hər şey dəqiq mexanizm ilə qurulmuşdu, bu qurğuların qiyməti ölçüyə gəlməz idi. Bəziləri məni qmaya bilərlər. Amma hər şey bizə - Azərbaycan xalqına, yeni qurulan Sərhəd Qoşunlarına qalırdı. Mən çox şadam ki, indi yavaş-yavaş o qurğuları bərpa edirlər. Qonşu dövlətlərlə dostluq əlaqələrinin qurulmasının tərəfdarıyam. Gediş-gəliş üçün nəzarət-buraxılış məntəqələri var. Sağlam niyyətli adam dövlət sərhədini pozub keçməz. Tez-tez sərhəd dəstələrində oluram. Sərhəd Qoşunlarımızın günü-gündən formalaşdığını görəndə qürur duyuram. Bu gün Sərhəd Qoşunlarında xidmət edən, onun yaranmasında rolu olan şəxslər prezident Heydər Əliyevin yaratdığı məktəbin yetirmələridir. Tarixə həmişə nəzər yetirmək, ondan ibrət götürmək, öyrənmək lazımdır. Bilikləri daim artırmaq, öz üzərində çalışmaq hər bir sərhədçinin vəzifəsidir. Sərhəd Qoşunlarında adı hörmətlə çəkilən generallar - A.Novruzovun, İ.Allahverdiyevin, polkovniklər A.Əliyarovun, N.Qasımovun, F.Seyfullayevin, R.Canməmmədovun keçdiyi yolu gənclər öyrənməlidirlər”. General M.Nəsirov haqqında çəkilən sənədli filmlərdən, yazılan kitablardan danışmadıq. Eləcə, keçilən yollardan bəzi epizodları, xatirələr dolu kitablardan bir neçə yarpağı vərəqlədik: “Bir dəfə “Bakı-Astara” qatarında pasportsuz bir qadını saxlamışdılar. Altmış yaşı olardı. Lənkərana qızının evinə qonaq gedirdi. Sərhəd naryadına göstəriş verə bilmədim ki, onu buraxsınlar. Bir arayış gətiriləndən sonra qadmı yola saldılar. Mərkəzi Komitədə işləyən vəzifəli şəxsin sərhəd zonasma gəlməyə icazəsi yox idi. Oğul atanın yanına gəlmək üçün mütləq arayış gətirməli idi. Bax bir azərbaycanlı kimi bu mənim qəlbimi ağrıdırdı. Bu insanları məngənədə saxlamaq idi. Təhqir idi... Allaha şükür, həmin illər artıq keçmişdə qalıb. Bu gününsə qədrini bilməliyik”. Mustafa Nəsirov istefaya çıxdıqdan sonra 1987-ci ilin mart ayında Azərbaycan Respublikası Müharibə, Əmək və Hərbi Qüvvələr Veteranları Şurasının ilk sədri seçilmişdir. Bu təşkilatın fəaliyyətinin daha da canlanması üçün var qüvvəsi ilə çalışmışdır. Hər dəfə mötəbər tədbirlərdə Mustafa Nəsirovun çox fəal iştirakının şahidi olmuşuq. Ömrünün 45 ilini hərb işini elm bilib ona bağlanan general Mustafa Nəsirovun həyat yolu daim gənclərə örnək olacaqdır. Bakı-1996 İlqar Quliyev P.S. Ermənistanın xaincəsinə torpaqlarımızı işğal etməsi bütün xalqımızı üzdüyü kimi general-mayor Mustafa Nəsirova da ağır təsir etmişdi. Bir hərbçi kimi Mustafa müəllim torpaqlarımızın və sərhədlərimizin işğal altında olmasını heç cür qəbul etmirdi. 2020-ci ilin sentyabr ayının 27-dən başlayaraq müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz 44 gün ərzində erməni işğalçılarını darmadağın etdi. Şanlı Azərbaycan ordusu xalqımıza qələbə sevincini yaşatdı. İndi işğaldan azad olan sərhədlərimizdə Sərhəd Qoşunlarımızın şəxsi heyəti öz xidmətlərini aparırlar. İkinci Qarabağ savaşında igid sərhədçilərimiz düşmənə layiqli, sarsıdıcı zərbələr endirdilər. Bu gün xalqımızın ləyaqətli oğlu general-mayor Mustafa Nəsirovun ruhu çox şaddır. Çünki Qarabağımız azaddır, çünki işğaldan azad olan sərhədlərimizdə Azərbaycan bayrağı dalğalanmaqdadır.
Hamısını oxu
Veteran.gov. az xəbər verir ki, “Nar” ənənəsinə sadiq qalaraq bu il də ali məktəblərə daxil olmaq üçün qəbul imtahanlarında ən yüksək bal toplamış abituriyentləri mükafatlandırdı. Ən yüksək nəticə göstərmiş Əbil Şəfiyev (697,1 bal), Ayxan Kazımov (695,5 bal) və Kamil Əfəndiyevə (692,5 bal) mobil operator tərəfindən müasir smartfonlar, “Nar” nömrələri və hədiyyə kartları təqdim edildi. “Azerfon”un Baş icraçı direktoru Qunnar Panke ilin uğurlu gəncləri ilə görüşüb və onlara gələcək karyeralarında uğurlar arzulayıb: “Qəbul imtahanlarında on minlərlə gənc arasında ən yaxşı üçlüyə daxil olmağınız münasibətilə sizi təbrik edirəm! Bu böyük müvəffəqiyyət sizin zəhmətkeşliyinizin və savadınızın göstəricisidir. İnanıram ki, bilik və bacarıqlarınızı daha da təkmilləşdirərək öz ixtisasınızın peşəkarları olacaq və daha da böyük nailiyyətlər əldə edəcəksizin. Sizin kimi gənclərin cəmiyyətin inkişafı və ölkənin tərəqqisi üçün çox faydalı işlər görəcəyinə əminəm”. Qeyd edək ki, təhsil, maariflənmənin inkişafı, gənclərdə oxumaq həvəsi oyatmaq “Nar”ın KSM strategiyasının əsas istiqamətlərindən biridir.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə 6308 tarix və mədəniyyət abidəsi dövlət mühafizəsinə götürülüb. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tarix və mədəniyyət abidələrinin pasportlaşdırılması və mühafizə zonalarının müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir. 2021-ci ildə 110 tarix-mədəniyyət abidəsinin pasportu hazırlanaraq, təsdiq edilib. Son illər pasportları hazırlanan tarixi abidələrin sayı isə ümumilikdə 368-dir. Pasportlaşdırılan abidələrdən 15-i Azərbaycanın Respublikasının vaxti ilə işğal altında qalmış ərazilərində yerləşən tarix-memarlıq abidələridir. Bu da müstəqilliyimizin bərpasından sonra işğaldan azad olunmuş ərazilərimizdə yerləşən abidələrimizə verilən ilk pasportlardır. Həmin pasportlar hələ işğal dövründə arxiv materialları, tarixi sənədlər, fotolar və internet resursları hesabına ərsəyə gəlib. Pasportları hazırlanan tarix-memarlıq abidələri Şuşa şəhərində yerləşən Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa və Saatlı məscidləri, Xan qızı Natəvanın evi, Mehmandarovların malikanə kompleksi, Hacıqulların malikanəsi, Əsəd bəyin mülkü, Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarası, Şirin su hamamı, Ağdam şəhərində Qutlu Musa oğlu türbəsi, Cümə məscidi, Kəlbəcər rayonunda Gəncəsər və Xudavəng monastırları, Laçın rayonunda Malik Əjdər türbəsi və Xocavənd rayonunda yerləşən Amaras monastırıdır. Abidələrin mühafizə zonalarının müəyyənləşdirilməsi üzrə 243 layihə hazırlanıb. Mühafizə zonaları müəyyən edilərkən müvafiq olaraq layihələr Rayon İcra Hakimiyyətləri, Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılır və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən təsdiqlənir. Pasportlaşdırma və mühafizə zonalarının müəyyən edilməsi istiqamətində görülən işlər davam etdirilir. Cari il üçün pasportlaşma üzrə 155, mühafizə zonalarının müəyyənləşdirilməsi üzrə isə 108 layihənin hazırlanması nəzərdə tutulur. Onlardan 42 abidənin pasportunun hazırlanmasına və 10 abidənin mühafizə zonasının müəyyənləşdirilməsinə işğaldan azad edilmiş ərazilərdə yerləşən tarix-mədəniyyət abidələri daxil edilib.
Hamısını oxu
Məşhur Məmmədov: “Məlum festival həm də bütün dünyaya göstərdi ki, bu torpaqlar havası, suyu, gülü, çiçəyi, mədəniyyəti, tarixi – bir sözlə, hər şeyi ilə bizimdir” Sentyabrın 18-dən başlayan ənənəvi Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı davam etməkdədir. Sentyabrın 24-nə qədər davam edəcək festival çərçivəsində bəzi konsert proqramları Ağdam, Şuşa kimi işğaldan azad edilən şəhərlərdə keçirilməkdədir ki, bu da sadəcə mədəniyyət xadimləri tərəfindən deyil, bütövlükdə cəmiyyət tərəfindən məmnunluqla qarşılanmaqdadır. Veteran.gov.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov sözgedən festivalın mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb: “Hesab edirəm ki, bu festival hər şeydən öncə Azərbaycan ruhunun və mədəniyyətinin o torpaqlara yenidən qayıdışıdır. Bu festival Qarabağ və ətraf rayonların Azərbaycan torpağı olduğunu, bizim bu torpağı, bu vətəni nə qədər çox sevdiyimizi göstərir. Bu festival bir daha sübut etdi ki, Azərbaycan öz mədəniyyətinin, tarixinin bərpasında, bu topaqlardan didərgin salınan məcburi köçkünlərimizin həmin torpaqlara qayıdışında son dərəcə qərarlıdır. Ermənistan 30 il ərzində bu ərazilərdə heç bir iş görməyib. Ancaq ziyan vurub, talayıb, məhv edib... Erməni faşistləri mədəniyyət və tarixi abidələri, qəbiristanlıqları, məktəbləri, məscidləri dağıdıb. Bu gün Azərbaycan erməni vandalizminin dağıtdığı, sıradan çıxardığı abidələri, sosial infrastrukturu, yaşayış məntəqlərini, məscidləri bərpa etməklə məşğuldur. Bu festival çərçivəsində bəzi konsertlər Şuşa şəhərində keçirilməkdədir. Hansı ki, Şuşa bizim qədim mədəniyyət mərkəzimiz, mədniyyət paytaxtımızdır. Bu festival bütün dünyaya göstərdi ki, Şuşa, Qarabağ Azərbaycan üçün sadəcə adi bir torpaq parçası deyil. Bura, bizim vətənimizdir. Bura bizə öz canımızdan əzizdir. Bu torpaqlar havası, suyu, gülü, çiçəyi, mədəniyyəti, tarixi – bir sözlə, hər şeyi ilə bizimdir və hər zaman bizim olaraq qalacaqdır”. Seymur ƏLİYEV
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, 19 sentyabr, festivalın ikinci günü, Ü.Hacıbəyli adına BMA nəzdində Opera Studiyasının səhnəsində görkəmli baletmeyster, Azərbaycan Respublikasının xalq artisti Rəfiqə Axundovanın 90 illiyinə həsr olunmuş “Balet, ömrüm mənim” sənədli filminin nümayişi baş tutdu. “Dublyaj” kinostudiyasında çəkilən bu sənədli filmin rejissoru Gülər Tokgöz, ssenari müəllifi musiqişünas Rəhliə Abbasova, operatoru Emin Hüseynov, montaj rejissoru Etibar Həsənov, prodüserləri Qafar Məcidov və Aysel Rəcəblidir. Filmin göstərilişindən əvvəl Rəhilə Abbasova, filmin bir ssenari müəllifi və auditoriyanı xoş ovqata kökləyən bir natiq qismində çıxış edərək, filmin çəkiliş ideyası, prosesi və bu yaradıcı işdən alınan təəssüratlarını bölüşdü. “Balet, ömrüm mənim” filmi Azərbaycan balet sənətinin müasir ənənələrinin təməl daşlarını qoymuş iki görkəmli sənətkar və ustad – Rəfiqə Axundova ilə Məqsud Məmmədovun həyat və yaradıcılıq yolunu işıqlandırır. Hər iki artistin uşaqlıq çağları, musiqi və balet təhsili, ilk müəllimlər və tamaşalar, müxtəlif illərdə çalışıb birlikdə işlədikləri baletlər – “Yeddi gözəl”, “İldırımlı yollarla”, “Məhəbbət əfsanəsi”, “Babək”, “Muğam”, “Xəzər balladası” balet tamaşalarından söz açılıb fraqmentlər göstərildi. Azərbaycan balet sənətinin görkəmli və parlaq ulduz alyansını təşkil edən bu artistlərin sənət dostları, həmkarları – Qara Qarayev, Vladimir Vasilyev, Yuriy Qriqoroviç, Mixail Lavrovskiy, Vyaçeslav Qordeyev, Yaroslav Sex, yazıçı Anar, xalq rəssamı Tahir Salahov, xalq artistləri - dirijor Rauf Abdullayev, Fidan Qasımova və digər həmkarların ürək sözləri ilə rəyləri səsləndi. Böyük maraqla və səmimi alqışlarla qarşılanan bu film festivalın balet sənətimizə dərin ehtiramla səslənən bir ithafı oldu.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Goranboy rayonunda Vətən müharibəsi şəhidi Əlövsət Məmmədovun məzarı və ailəsi ziyarət olunub. Bu barədə Goranboy rayon Gənclər və İdman İdarəsinin sosial şəbəkədəki hesabında məlumat verilib. Məlumatda deyilir: “19 sentyabr 2021-ci il tarixdə Goranboy rayon Gənclər və İdman İdarəsi, Rayon İcra Hakimiyyətinin əməkdaşı və bir qurup gənc könüllülərlə birgə Vətən Müharibəsi şəhidi, rabitə xidmətinin rəisi mayor Məmmədov Əlövsət Əli oğlunun məzarı və ailəsi ziyarət olunub. Məmmədov Əlövsət Əli oğlu 28.02.1988-ci il tarixdə Goranboy rayon Muzdurular kəndində doğulub, 44 günlük Vətən Müharibəsində qəhramancasına şəhid olub, 09.11.2020-ci il tarixdə dəfn olunub. Ailəlidir, 3 övladı var. Şəhidimizin kiçik oğlu Sənanın bu gün doğum günüdür. Bu münasibətlə ona ad günü hədiyyəsi təqdim edilib. Şəhid ailəsilə görüşdə atası Əli Məmmədov onlara göstərilən diqqətə görə Ali Baş Komandan, Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Oğlunun nə qədər qoçaq olduğunu və onun kimi igid, qəhrəman övladlarımızla fəxr etdiyini vurğulayıb.Onlara əmanət olan şəhidimizin övladlarını da vətənə layiqli övlad kimi böyüdəcəyini bildirib. Şəhidimizin övladları da gələcəkdə ataları kimi hərbiçi olacaqlarını deyiblər. Doğum günü münasibətilə qəhraman şəhidimizin övladı Sənan balanı təbrik edir, cansağlığı və uzun omur arzu edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, millət vəkili Tahir Mirkişili dünən Sumqayıtda bir qrup şəhid ailəsi ilə görüşüb. Millət vəkili sosial şəbəkədəki hesabında bu barədə aşağıdakıları yazıb: “Vətən müharibəsinin ildönümü ərəfəsində bu gün Sumqayıtda bir qrup şəhid ailəsini ziyarət etdik. Şəhidlərimizin döyüş yolunu əks etdirən kadr və şəkilləri gördükcə düşmən üzərindəki möhtəşəm zəfərimizin hansı iradə və əzmkarlıq hesabına başa gəldiyini bir daha anlayırsan… Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun bu möhtəşəm qələbəsi tariximizin ən şərəfli səhifədir. Hər bir şəhid ailəsi onlara göstərilən qayğıya görə Prezident cənab İlham Əliyevi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanı xüsusi minnətdarlıq hissi ilə qeyd edirlər. Şəhid ailə üzvləri ilə söhbət edib, onları narahat edən məsələləri dinlədik. İndidən sonra da şəhid ailə üzvlərinə, onların ideyalarına dəstək olmağı davam etdirəcəyik”. Seymur ƏLİYEV
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Lahıc qəsəbəsində “Bələdiyyə turizmi” xidməti yaradılıb. Bununla bağlı qəsəbədə tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı, qəsəbə sakinləri, rayon ictimaiyyətin nümayəndələri iştirak edib. Burda turistlərin rahatlığı üçün tikilmiş 3 ədəd kotecin açılışı olub. Pandemiya qaydalarına uyğun təşkil olunan tədbirdə çıxış edən rayon rəhbəri İsmayıllı rayonunun turizm potensialının geniş olduğunu bildirib, həmçinin o, qeyd edib ki, Lahıc qəsəbəsi Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biri olmaqla yanaşı, həm də sənətkarlığı və adət-ənənələri ilə də məşhurdur. Son illər qəsəbəyə gələn turistlərin sayında artım müşahidə olunur. Turizmin daha da inkişaf etdirilməsi üçün həmçinin onların maraqlarının təmin olunması istiqamətində daha geniş işlər aparıldığını vurğulayıb. Tədbirdə o ,da vurğulanıb ki, İsmayıllı rayonunda və eləcə də, turizm potensialı yüksək olan kəndlərdə, qəsəbələr də "Kənd turizmi" inkişaf etdiriləcəkdir. Qəsəbə sakinləri ilk növbədə ölkə başçısı Prezident İlham Əliyevə və layihənin Lahıcda həyata keçirilməsində rolu olan hər bir kəsə dərin minnətdarlıqlarını bildiriblər. Məlumat üçün bildiriririk ki, görülən işlər Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Lahıc bələdiyyəsi tərəfindən həyata keçirilib.Layihənin davamı olaraq tikilən koteclərin ətrafında turistlərin vaxtlarının səmərəli və maraqlı keçməsi üçün əlavə işlər görüləcək.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, Mənəvi Dəyərlərin Təbliği Fondunun Dəstəyi ilə “Zəfər yolu” layihəsi çərçivəsində Azərbaycan universitetlərinin tələbələri arasında “Vətənim Azərbaycandır!”adlı esse yazı müsabiqəsinə start verilir. Müsabiqə Vətən müharibəsinin 1-ci ildönümünə həsr edilir və 3 mövzunu əhatə edir. Müsabiqə 25 oktyabr 2021-ci il tarixinədək həyata keçiriləcəkdir. Qaliblər pul mükafatı ilə mükafatlandırılacaqdır.
Hamısını oxu
Bu gün dünyada güclü, nüfuzlu və qalib ölkə kimi tanınan Azərbaycanın müstəqillik illərində mühüm nailiyyətlər qazanaraq öz iqtisadi və siyasi imkanlarını artırmasında vacib rol oynayan amillərdən biri uğurlu enerji siyasətinin həyata keçirilməsidir. Enerji ehtiyatlarından səmərəli istifadə olunaraq ölkənin milli gücünün artırılması siyasətinin əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. Xüsusilə də, 20 sentyabr 1994-cü il tarixində "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycanın qarşısında yeni üfüqlər açıldı, ölkəmizin ikitərəfli və çoxtərəfli münasibətlərinin davamlı inkişafı, milli-iqtisadi tərəqqi üçün əlverişli zəmin yarandı. Ən mühüm məqamlardan biri budur ki, Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Təbii ki, Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkədə sabitliyin, təhlükəsizliyin hökm sürməsi Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayının artmasına səbəb oldu və bu, imzalanan sazişlərdə, anlaşma memorandumlarında öz əksini tapdı. Avrasiyanın yeni geoiqtisadi xəritəsini müəyyənləşdirən “Əsrin müqaviləsi” yenicə müstəqillik əldə etmiş Azərbaycanın dünya birliyi ilə tərəfdaşlığının həlledici amillərindən birinə çevrildi. Praqmatik enerji strategiyası Azərbaycanın milli gücünün artmasını şərtləndirib Təqdirəlayiq haldır ki, Ümummilli Liderimizin müəllifi olduğu neft strategiyasının Onun layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizə böyük üstünlüklər qazandırıb. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin istifadəyə verilməsi də Azərbaycanın regionun lider ölkəsinə çevrilməsini şərtləndirən mühüm amillərdən biri olub. 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin, daha dəqiq desək, «Azəri», «Çıraq» və «Günəşli» yataqları üzrə yeni sazişin imzalanması, müddətin 2050-ci ilə qədər uzadılması isə Azərbaycanın iqtisadi uğurlarının, ötən dövr ərzində dünyada yeri və rolunun, etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsinin təqdimatı oldu. Beləliklə, Azərbaycanın enerji siyasətində yeni mərhələnin əsası qoyuldu. Digər tərəfdən, Azərbaycanın təşəbbüsü, moderatorluğu və liderliyi ilə reallaşdırılan layihələr çoxtərəfli əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişlənməsinə səbəb olub. 2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılışının olması, onun əsas seqmentlərindən olan TANAP-ın və TAP-ın istifadəyə verilməsi bu baxımdan xüsusi qeyd edilməlidir. “Qara qızıl”ın intellektual kapitala çevrilməsi Azərbaycanın qarşısında yeni perspektivlər açıb Bütövlükdə, Azərbaycanın uğurlu enerji strategiyası və reallaşdırılan layihələr çərçivəsində davam etdirilən genişmiqyaslı əməkdaşlıq əlaqələri ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsinə töhfədir. Bununla yanaşı, enerji layihələri həm də Azərbaycan iqtisadiyyatının inkişafına yeni stimuldur. Belə əməkdaşlıqlar nəticəsində əldə edilən gəlirlər qeyri-neft sektorunun inkişafına dəstəkdir. “Qara qızıl”ın intellektual kapitala çevrilməsi Azərbaycanın qarşısında yeni perspektivlər açıb. Digər tərəfdən, Azərbaycanın enerji proyektlərinin uğurlu nəticələri regionların sosial-iqtisadi inkişafı, əhalinin məşğulluq səviyyəsinin artması, insanların rifahının yaxşılaşması baxımından da olduqca mühüm əhəmiyyətə malikdir. Öz ərazi bütövlüyünü bərpa etmiş – torpaqlarını işğaldan azad etmiş Azərbaycanı qarşıdakı dövrdə yeni inkişaf prosesləri və quruculuq işləri gözləyir. Şübhəsiz ki, uğurlu enerji strategiyası həm respublikamızın regionlarında, həm də ən əsası, işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı işlərin görülməsi üçün mühüm imkanlar yaradacaq. Nəticə etibarı ilə, səmərəli və məqsədyönlü enerji strategiyası Azərbaycanın gələcək inkişafı – ölkəmizin milli tərəqqisi üçün dayanıqlı zəmin yaradıb. Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva "Media və təhsil dialoqu" adlı təlimdə çıxış edib. Təhsil Nazirliyi və Medianın İnkişafı Agentliyinin kütləvi informasiya vasitələrinin nümayəndələri (KİV) üçün təşkil etdiyi təlimdə çıxış edən Mehriban Vəliyeva "Paytaxt məktəblərində yeni tədris ilinə hazırlıq" mövzusunda təqdimatla çıxış edib. M.Vəliyeva mövcud şəraitdə təhsil müəssisələrində tədrisin təşkili, məktəb idarəetməsi, pandemiya şəraitində tədris prosesinin effektiv təşkili, ümumi təhsil müəssisələrində keyfiyyətin artırılması, istedadlı şagirdlərlə iş, təhsildə innovativ layihələrin idarəolunması, tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkili, təhsil işçilərinin vaksinasiyası, məktəblərdə dezinfeksiya işləri, infrastruktur, elektron xidmətlər və digər mövzular ətrafında məlumat verib. Daha sonra İdarə müdiri KİV nümayəndələri tərəfindən ünvanlanan suallara cavab verib, müvafiq mövzular ətrafında müzakirələr aparılıb.
Hamısını oxu