Ən son xəbərlər
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” sadəcə adıçəkilən dövlətlərin deyil, bütün türk dünyasının tarixi uğurudur”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, məlum müqavilə Azərbaycanın beynəlxalq müstəvidə yeni müttəfiqlər qazanmaqda davam etdiyini göstərir: “Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik haqqındakı müqavilə hər iki ölkənin müdafiə və təhlükəsizliyi baxımından olduqca önəmlidir. Bu, dövlətimizin beynəlxalq müstəvidə yeni müttəfiqlər tapmaqda davam etdiyini, öz müttəfiqlərinin sayını artırdığın göstərir. İki dövlət arasında imzalanan bu müqavilənin həm Azərbaycanın, həm də Qırğızıstanın təhlükəsizliyinin daha etibarlı şəkildə müdafiəsinə böyük töhfə verəcəyi şübhəsizdir. Bununla yanaşı, əminliklə demək olar ki, Azərbaycanla Qırğızıstan arasında imzalanan müttəfiqlik müqaviləsi, həm də bütün türk dünyasının tarixi uğurudur. Bu müqavilə iki türk dövləti arasında imzalansa da, ümumilikdə türk dünyası arasındakı inteqrasiyadan, güclənən və genişlənən münasibətlərdən xəbər verir. Bu fakt onu deməyə əsas verir ki, son illər Prezident İlham Əliyevin ciddi səyləri nəticəsində türk dövlətləri arasında həmrəyliyin güclənməsi prosesi uğurla davam etməkdə, siyasi-diplomatik, elmi-mədəni sahələrlə yanaşı, həm də hərbi əməkdaşlıq platformasını əhatə etməkdədir”. Polkovnik qeyd edib ki, Prezident İlham Əliyevin liderliyi altında dövlətimizin müdafiə qabiliyyətini mütəmadi şəkildə yüksəltməsi bir çox dövlətləri Azərbaycanla məlum müstəvidə əməkdaşlığa həvəsləndirməkdədir: “Məlum olduğu kimi, 44 günlük Vətən müharibəsindən sonra Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri öz gücünü və peşəkarlığını dinamik şəkildə artırmaqdadır. Silahlı Qüvvələrimizin ən müasir silah-sursatla təchizatı, hərbçilərimizin peşəkarlığının yüksəldilməsi istiqamətində atılan ardıcıl addımlar, müdafiə və təhlükəsizlik sahəsinə ayrılan büdcə vəsaitlərinin hər il artırılması və s. bunun isbatıdır. Ordumuzun güclənməsi dövlətimizin hərbi nüfuzunun da yüksəlməsinə səbəb olur ki, nəticədə beynəlxalq aləmdə Azərbaycanla hərbi sahədə əməkdaşlıq etmək istəyən, müttəfiqlik əlaqələri qurmaq istəyən dövlətlərin də sayı artır. Bu, dövlətimizin ən böyük nailiyyətlərindən biri, onun hərbi-siyasi uğurudur. İnanıram ki, Azərbaycan yaxın gələcəkdə yeni dövlətlərlə oxşar müqavilər imzalayacaq, beynəlxalq müstəvidəki nailiyyətlərini uğurla davam etdirəcək”. Seymur ƏLİYEV
Hamısını oxu
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Qarabağ Milli Parkının yaradılması erməni işğalının təbiətdəki fəsadlarının aradan qaldırılmasına tarixi töhfədir”. Bunu saytımza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, məlum Sərəncam erməni işğalı dönəmində təbiətə dəyən zərərin aradan qaldırılması, pozulan ekoloji tarazlığın bərpası kimi problemlərin həllinə Azərbaycan dövlətinin verdiyi önəmi göstərir: “Təbii ki, Qarabağ Milli Parkının yaradılması Prezidentimizin təbiətə, ekologiyaya olan həssas və qayğıkeş münasibətinin nəticəsidir. Heç kimə sirr deyil ki, 30 illik işğal dönəmində erməni tapdağında qalan ərazilərimizdə meşələr kütləvi şəkildə məhv edilib, təbiət və ekologiyaya ağır zərbə dəyib. İşğaldan azad olunan hər bir ərazidə ermənilər tərəfindən su hövzələrinin və torpaq örtüyüyü çirklənməsi, yaşıllıqların məqsədli şəkildə məhvi hallarına rast gəlinir ki, bu da problemin həlli istiqamətində effektiv və miqyaslı tədbirlər görməyi zəruri edir. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan dövləti Prezident İlham Əliyevin bilavasitə nəzarəti və qayğısı altında təbiətə dəyən ziyanın aradan qaldırılması, ekoloji tarazlığın bərpası istiqamətində fundamental tədbirlər, nəhəng layhələr həyata keçirməkdədir. Təbii meşələrin bəpası və eləcə də süni meşələrin salınması, yaşayış məntəqlərinin ətrafı ilə yanaşı, həm də onların daxilində yaşıllıqların genişləndirilməsi işğaldan azad edilən ərazilərdə həyata keçirilən mühüm tədbirlərdən biridir. Zəngilan rayonunun inzibati ərazisində Azərbaycan Respublikasının Bəsitçay Dövlət Təbiət Qoruğunun və Qarabağ iqtisadi rayonuna daxil olan Şuşa və Xocalı rayonlarının inzibati ərazilərində Azərbaycan Respublikasının Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyəti bunun ən böyük isbatıdır. Bu baxımdan Qarabağ Milli Parkının yaradılması dövlətimizin və Prezidentimizin bu istiqamətdə atdığı çoxsaylı addımların davamı kimi mühüm əhəmiyyət kəsb edir. Bu, Azərbaycan dövləti və xalqının təbiətə olan qayğıkeş münasibətinin, sağlam ekoloji mühit formalaşdırmaq əzminin göstəricidir. Əminliklə demək olar ki, Qarabağ Milli Parkının yaradılması işğal dönəmində təbiətə dəyən zərərin nəticələrinin daha sürətlə bərpasına öz müsbət töhfəsini verəcək, məlum prosesi əhəmiyyətli dərəcədə optimallaşdıracaq. Bu baxımdan Prezident Qarabağ Mili Parkının yaradılması ilə bağlı Sərəncamını alqışlayır, bunu təbiətin qorunması və erməni işğalının nəticələrinin aradan qaldırılması yolunda tarixi qərarlardan biri kimi yüksək qiymətləndiririk”. Seymur ƏLİYEV
Hamısını oxu
Azərbaycanın “Gilavar Foto Klubu” İctimai Birliyi BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi “minasız dünya” məqsədinin elan edilməsi üçün başlatdığı beynəlxalq kampaniyanı 2026-cı il oktyabrın 7-də Çexiyanın ikinci böyük şəhəri - Brnoda davam etdirib. Çexiya azərbaycanlılarının “Land of Fire” diaspor təşkilatının tərəfdaşlığı ilə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair Brnoda ekspozisiya açılıb. Ekspozisiyada Ermənistanın mina müharibəsindən zərər çəkmiş azərbaycanlıların həyat hekayələrini, mina partlayışlarının ağır nəticələrini özündə əks etdirən sənədli fotoşəkillər yer alıb. Ziyarətçilərə məlumat verilib ki, işğal dövründə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən mina ilə kəskin çirkləndirilməsi və qarşı tərəfin səhih mina xəritələrini hələ də təqdim etməməsi azərbaycanlarının doğma yurd yerlərinə təhlükəsiz qayıdışı üçün ən böyük maneələrdən biridir. Qeyd olunub ki, sülhə sadiqliyin əməli ifadəsi, qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün Ermənistan humanitar məsuliyyət nümayiş etdirməli, real mina xəritələrini gizlətməməlidir. Brno ekspozisiyasında o da vurğulanıb ki, mina problemi və itkinlər məsələsi bir-biri ilə sıx bağlıdır, hər ikinin əsas hədəfi dinc insanlardır. Belə ki, işğaldan azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkar olunub, insan qalıqları üzərində aparılmış ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını təsdiqləyib. “Gilavar” Foto Klubu Azərbaycanın QHT Agentliyinin və Qarabağ Dirçəliş Fondunun ANAMA-nın tərəfdaşlığı ilə birgə elan etdiyi “Mina və partlamamış hərbi sursatlar probleminə dair təşəbbüslər” qrant müsabiqəsinin 2026-cı il üzrə qalibidir.
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Azərbaycan Mətbuat Şurasının sədri Vüqar Zifəroğlunu təbrik edib. Təbrik məktubunu oxucuların diqqətinə çatdırırıq:
Hamısını oxu
"İki qardaş ölkə arasında nifaq salmaq istəyənlər var. Amma nə Türkiyə xalqı, nə də Azərbaycan xalqı bu nifaqa uymamalıdır. Xalqlar arasında olan dostluq və qardaşlıq missiyası davam etdirilməlidir. Çünki Türkiyə ilə Azərbaycan arasında həm güclü iqtisadi, hərbi, həm də mədəni əlaqələr mövcuddur. Bu əlaqələri inkişaf etdirmək lazımdır. Münasibətlərdə gərginlik yaradılmasına icazə verməməliyik. Biz Türkiyənin ictimaiyyətinə də müraciət edirik və xüsusilə qeyd edirik ki, əhali arasında olan insanlar da bu yoldan çəkindirilməlidir. Onlara başa salınmalı və tələb olunmalıdır ki, qardaş dövlətləri bir-birinə vurmasınlar, aralarında gərginlik yaratmasınlar". Bunu Redaktor.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirdi. Müsahibimiz diqqətə çatdırdı ki, Azərbaycan və Türkiyə beynəlxalq, hərbi, humanitar və mədəni məsələlərdə həmişə bir yerdə olub: "Beynəlxalq səviyyədə hər birimiz bir-birimizin ölkəsini dəstəkləmişik. Bu gün də belədir, gələcəkdə də belə olacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan xalqına, Azərbaycan ordusuna, Azərbaycanın Prezidentinə və vitse-prezidentinə necə hörmətlə yanaşırsa, Azərbaycan tərəfindən də Türkiyəyə eyni münasibət göstərilir. Yadımdadır ki, müharibə başlamazdan əvvəl Prezident Ərdoğan xüsusi qeyd etdi ki, Azərbaycan tək deyil. Eyni zamanda, xatırlayıram ki, bir dəfə Türkiyə haqqında suallar verirdilər və Türkiyənin orada nümayəndəsi yox idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dedi ki, Türkiyənin nümayəndəsi yoxdur, mən buradayam. Nə sualınız varsa, Türkiyə ilə əlaqədar mən cavablandırım. Yəni bu, bir daha sübut etdi ki, bizim aramızda qardaşlıq, dostluq və əmin-amanlıq var". C.Xəlilov vurğuladı ki, sülhü, əməkdaşlığı və qardaşlığı pozmaq istəyən qüvvələr var: "Xarici dövlətlərdən münasibətləri pozmağa maraq göstərənlər, eyni zamanda, daxilimizdə Azərbaycanı istəməyən qüvvələr var. Biz buna yol verməməliyik. Münasibətləri pozmaq istəyənlərə Türkiyənin alimləri, siyasətçiləri və din xadimləri tərəfindən münasibət bildirilməli, onlar bu işlərdən çəkindirilməlidirlər. Dövlətlər arasında qardaşlıq münasibətləri davam etməlidir. Xarici dövlətlərdən bizə təzyiqlər artdıqca, qardaşlığımız daha da möhkəm və etibarlı olmalıdır ki, xarici təzyiqlərə birlikdə müqavimət göstərək". Həmsöhbətimiz qeyd etdi ki, bu məsələləri yalnız Azərbaycanın dövlət aparatında, Xarici İşlər Nazirliyində çalışanlar və siyasətlə məşğul olan insanlar araşdırmalı, lazım gəldikdə, onlara cavab verməlidirlər: "Siyasətdən başı çıxan, bu məsələləri və problemləri bilən insanlar öz mövqelərini ortaya qoyurlar. Ondan sonra bəzən araşdırılmamış, dəqiqləşdirilməmiş yalan məlumatlar yayılır. Bunun qarşısı alınmalı, hər kəsin Azərbaycanın maraqlarının qorunması adı ilə beynəlxalq səviyyədə hər hansı məsələyə münasibət bildirməsinə imkan verilməməlidir". Aytəkin TOFİQQIZI
Hamısını oxu
“Vahid geyim forması ilə bağlı etirazların zorakı formada əksi yolverilməzdir” Səmyar Abdullayev: “Heç bir təxribat Azərbaycan-Türkiyə qardaşlığına xələl gətirə bilməz” Məlum olduğu kimi, “Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər” və “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri” haqqında qərarlarının icrası Türkiyənin sosial media platformalarında bir qrup şəxs tərəfindən sərt tənqid olunmaqdadır. Azərbaycan Respublikasının daxili işi olan bu addıma anti-islami don geyindirməyə çalışan bu şəxslər ölkəmizi sionist siyasətinin təbliğatçısı kimi təqdim etməkdə, dövlətimiz haqqında ağlasığmaz yalanlar səsləndirməkdədir. Moderator.az olaraq “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinin prezidenti Səmyar Abdullayevlə söhbətimizdə baş verənləri şərh etməyə çalışdıq: -Səmyar bəy, Azərbaycanın təhsil müəssisələrində vahid geyim formasının tətbiqi ilə bağlı qərarların icrası qardaş Türkiyədə bir qrup şəxs tərəfindən etirazla qarşılanıb. Sosial media platformalarında ölkəmizə qarşı təhqirlər yağdıran sözügedən şəxslərin absurd ittihamları Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərinə xələl gətirə bilərmi? -Hər şeydən öncə qeyd edim ki, Türkiyənin sosial media platformalarında anti-Azərbaycan kampaniyasının aparılması təəssüf doğuran bir haldır və bu hal haqlı olaraq hər bir azərbaycanlını məyus edir. Təbii ki, həmin kampaniya çərçivəsində dövlətimizlə bağlı səslənən fikirlər, irəli sürülən ittihamlar absurddur və həqiqəti əks etdirmir. Azərbaycan öz milli-mənəvi dəyələrinə sahib çıxan dünyəvi bir dövlətdir və təhsil müəssisələrində vahid geyim formasının tətbiqi qərarı dövlətimizin daxili işidir. Azərbaycan heç vaxt hər hansı bir dövlətin daxili işinə müdaxiəl etməyib və bundan sonra da belə bir niyyəti yoxdur. Türkiyənin sosial media platformalarında ölkəmizlə bağlı məsələlərin təhqir və dezinformasiya fonunda müzakirəsi Azərbaycanın daxili işlərinə qarışmaq deməkdir. Bu da həm beynəlxalq qanunlar, həm də əxlaq və mənəviyyatla təzad təşkil edir. Azərbaycanla Türkiyə arasındakı münasibətlərə gəlincə, bu münasibətlər sağlam, dərin və səmimidir. Hesab edirəm ki, heç bir təxribat, heç bir təbliğat bu müasibətlərə xələl gətirə bilməz. Lakin bununla belə Türkiyə tərəfinin anti-Azərbaycan kampaniyasına “dur” deməsi vacibdir. Çünki bu kampaniya Azərbaycanı maraq və mənafeyi ilə yanaşı, həm də Türkiyənin özünün maraq və mənafeyinə ziddir. -Səmyar bəy, nə qədər arzuedilməz olsa da Türkiyə hakimiyyətində, parlamentində də Azərbayca əleyhinə bu kampaniyada iştirak edən şəxslərə rast gəlinir. Həmin şəxslər barəsində nə demək istərdiniz? -Təəssüf hissi ilə etiraf etməliyik ki, həqiqətən də qeyd etdiyiniz hallara ara-sıra da olsa rast gəlmək mümkündür. Buna nümunə olaraq Türkiyə Respublikası Prezidentinin baş müşaviri Oktay Saral, hakim Ədalət və İnkişaf Partiyasından olan bəzi millət vəkilləri tərəfindən Azərbaycanla bağlı səsləndirilən fikriləri nümunə gətirmək olar. Aydındır ki, Türkiyənin sosial media platformalarında aparılan anti-Azərbaycan kampaniyasına qardaş Türkiyənin az sayda da olsa rəsmi şəxslərinin qoşulması bizi məyus edir. Bu, xalqımızın məlum tendensiya ilə bağlı narahatlığını da artırır. Hesab edirəm ki, Türkiyə hökuməti bu cür halların qarşısını almaq üçün ciddi addımlar atmalı, ən azından bu kampaniyada rəsmi şəxslərin iştirakına sədd çəkməlidir. Çünki baş verənlər mahiyyət etibarı ilə Azərbaycan və Türkiyənin timsalında iki qardaş arasında nifaq salmaq, türk dünyasının birlik və həmrəyliyini pozmağa hesablanıb. Odur ki, bu cür hallara qarşı bütün türk dünyasının həssaslıqla yanaşması, ümüumtürk maraqlarından çıxş etməsi vacibdir. -Vahid geyim formasının tətbiqi məsələsinə Azərbaycanda da fərqli aspektdən yanaşanlar, hətta məktəblərə hücum edənlər, zorakılıq sərgiləyənlər oldu... -Haqlısınız. Nə qədər arzuedilməz olsa da, biz ötən gün ərzində bu cür hallara şahid olduq. Bu məsələ ilə bağlı öncə onu qeyd edək ki, məktəb hamımız üçün müqəddəs bir məkandır. Hər birimiz elmə, biliyə məhz məktəb vasitəsilə nail olmuşuq. Bu məktəbləri inşa edən, bizə həmin məktəblər vasitəsilə təhsil verən isə dövlətimiz olub. Bu baxımdan məktəbə hücum etmək, onu yandırmağa, dağıtmağa cəhd etmək hər şeydən öncə nankorluqdur. Bu, eyni zamanda zorakılıq kampaniyasında iştirak edən şəxslərin nə qədər dar, məhdud düşüncəyə malik olduğundan xəbər verir. Ümumiyyətlə, hər bir vətəndaş anlamalıdır ki, istənilən bir məsələ ilə bağlı mövqeyini mədəni, sivil qaydada, qanunun müəyyən etdiyi üsul və vasitələrlə ortaya qoymalıdır. Məktəbə hücum etmək, onun qapısını, pəncərəsini qırmaq çıxış yolu deyil və bu ancaq həmin şəxslər üçün məsuliyyət yaradır. -Səmyar bəy, bəzi millət vəkilləri, politoloqlar iddia edir ki, ölkəmizdə vahid geyim formasının tətbiqi ilə bağlı etirazları koordinasiya edən, prosesləri qızışdırmağa çalışan kənar güclər mövcuddur. Bu ehtimalı nə dərəcədə real hesab edirsiniz? -Hələlik əlimizdə bununla bağlı konkret bir sübut olmasa da, belə bir ehtimalın reallıq əmsalı böyükdür. Bu gün Azərbaycanın ətrafında, eləcə də regionda və dünyada gedən proseslərə baxsanız görərsiniz ki, bütün dünya müharibə və münaqişələrdəm, terror və qarşıdurmalardan əziyyət çəkir. Azərbaycan isə Prezident İlham Əliyevin uzaqgörən siaysəti nəticəsində bütün bu konfiliktlərdən kənardadır. Azərbaycanda dinclik, sabitlik, əmin-amanlıq mövcuddur. Təbii ki, Azərbaycandakı bu sabitlk, inkişaf və tərəqqi anti-Azərbaycan qüvvələrini qıcıqlandırır. Buna görə də onlar Azərbaycanda daxili gərdinlik və qarşıdurma yaratmağa çalışırlar. Odur ki, hər bir Azərbaycan vətəndaşı sayıq olmalı, təxribat və zorakılığa yol verməməlidir. Azərbaycan qanun və konstitusiya ilə idarə olunan müasir, sivil, dünyəvi bir dövlətdir və öz dövlətçilik modelini bundan sonra da eyni əzmdə qorumaqda qərarlıdır. -Necə hesab edirsiniz, sizcə indiki gərgin zamanda ziyalıların, QHT təmsilçilərinin, tanınmışların üzərinə hansı missiya düşür? Mövcud gərginliyi azaltmaq, yeni qarşıdurmaları qarşısını almaq üçün hansı addımlar atılmalıdır? -Düşünürəm ki, bu gün hər bir ziyalı, elm və mədəniyyət xadimi, QHT təmsilçisi, cəmiyətdə az-çox nüfuz sahibi olan hər kəs məktəblərdə, təhsil müəssisələrində şagird və valideynlərl aktiv iş aparmalı, görüşlər keçirməli, vahid geyim formasının tətbiqinin vacibliyini onlara başa salmalıdır. Vətəndaşlar anlamalıdırlar ki, məlum yenilikdə məqsəd kiminsə dini inancına qəsd etmək, kiminsə hüququnu məhdulaşdırmaq deyil. Məqsəd tədris mühitini yaxşılaşdırmaq, şagirdlərin məsuliyətini artırmaq, nizam-intizamı gücləndirməkdir. Hansı ki, dünyanın bütün qabaqcıl, sivil ölkələrində vahid geyim forması mövcuddur və Azərbaycanda istisna təşkil etmir. Azərbaycanda inanclı kəsimin təhsil hüququnun məhdudlaşdırılması ilə bağlı ortaya atılan fikirlərin heç bir əsası yoxdur. Əksinə, dövlətimiz inanclı kəsimin təhsili üçün hər cür şərait yaradıb ki, Azərbaycan İlahiyyat İnstitutunun, Bakı İlahiyyat Kollecinin və bu qəbildən olan digər təhsil müəssisələrinin fəaliyyəti buna nümunədir. Heç kim unutmamalıdır ki, bu gün bizim qarşımızda dayanan olduqca vacib, həyati məsələlər mövcuddur. Bunlardan ən vacibi təhlükəsizlyimizi gücləndirmək, milli həmrəyliyimizi qoruyub saxlamaqdır. Bu, bizi hər cür təhdid və təhlükədən hifz edə biləcək yeganə vasitədir. Buna görə də hər bir azərbaycanlı dövlətinin, Prezidentinin ətrafında sıx birləşməkdə davam etməli, bütün qanunazidd əməllərə “yox” deməlidir. Bundan başqa, biz xalq olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə etdiyimiz tarixi zəfərin nəticələrindən irəli gələn missiyanı əzmlə davam etdirməli, işğaldan azad edilən ərazilərimizin dirçəldilməsi, “Böyük qayıdış”ın uğurla başa çatdırılması üçün dövlətimizə dəstək verməliyik. Vicdanımızın, dövlətimiz qarşısındakı vətəndaşlıq borcumuzun bizdən tələb etdiyi məhz budur!. Seymur ƏLİYEV
Hamısını oxu
Azərbaycan – qayalarda bitən bir çiçək, Azərbaycan – çiçəklərin içində qaya. Mənim könlüm bu torpağı vəsf eləyərək, Azərbaycan dünyasından baxar dünyaya. Məmməd Araz Əziz bacılarım, dəyərli həmvətənlərim! Mən bu gün Vətən sevgisi, dövlətə sədaqət və hüquqa hörmət naminə düşüncələrimi qələmə almağı özümə borc bildim. Sizə bir hüquqşünas kimi deyil, ilk növbədə bu Vətənin taleyinə biganə qalmayan, dövlətimizin gələcəyini düşünən bir Azərbaycan vətəndaşı kimi müraciət edirəm.Bilirəm ki, hicab bir çox qadınlarımız üçün mənəvi dəyərlərin, inancın və şəxsi seçimin ifadəsidir. Hər bir insanın dini hisslərinə hörmətlə yanaşmaq, onun ləyaqətini qorumaq cəmiyyətimizin mənəvi borcudur. Lakin gəlin, bu gün məsələyə yalnız şəxsi inancımızın prizmasından deyil, övladlarımızın gələcəyi, dövlətimizin təhlükəsizliyi və xalqımızın birliyi baxımından da nəzər salaq. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 96 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli Qərarının və “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 oktyabr 2026-cı il tarixli Qərarının ətrafında yaranmış müzakirələrdə emosiyalara deyil, hüquqi arqumentlərə, qarşılıqlı anlayışa və sağlam düşüncəyə üstünlük verək. Qərarla razılaşmamaq hüququmuz varsa, mövqeyimizi qanuni yollarla ifadə edək. Amma bir həqiqəti də unutmayaq: Məktəb yalnız bilik verilən yer deyil, həm də gələcəyin vətəndaşlarının formalaşdığı məkandır. Orada uşaqlarımız təkcə elm öyrənməməli, həm də qanuna hörmət etməyi, fərqli düşüncələrə dözümlü yanaşmağı, cəmiyyət qarşısında məsuliyyət daşımağı bacarmalıdırlar. Əziz valideynlər! Bu müzakirələrin ən həssas tərəfi bizim övladlarımızdır. Uşaqlarımız böyüklərin fikir ayrılığının mərkəzinə çevrilməməli, onların təhsili və psixoloji rahatlığı zərər görməməlidir. Məktəbə getmək hər uşağın hüququdur və heç bir mübahisə övladımızı bu hüquqdan məhrum etməməlidir. Ona görə də övladlarımıza qanunlara hörməti, fərqli düşüncəyə dözümlülüyü və təmkinli davranışı öz nümunəmizlə öyrədək. Onları gərginliyə, qarşıdurmaya cəlb etməyək, qoy hər uşaq sakit və təhlükəsiz mühitdə oxusun. Azərbaycan bizim ortaq Vətənimizdir. Bu dövlətin təhlükəsizliyi, xalqımızın əmin-amanlığı, övladlarımızın sabit və təhlükəsiz mühitdə təhsil alması hər birimizin məsuliyyətidir. Dövlətimizin möhkəmliyi və cəmiyyətimizin birliyi qorunmalı olan ümumi dəyərlərimizdir. Bu dəyərlərə sahib çıxmaq dini inancımızdan imtina etmək deyil; əksinə, vətəndaşlıq məsuliyyətimizi dərk etməkdir. Unutmayaq ki, vətənpərvərlik yalnız Vətəni sevdiyimizi söyləməklə ölçülmür. Vətənpərvərlik çətin məqamlarda təmkinli olmaqda, hüquqa hörmət etməkdə, cəmiyyətdə qarşıdurma yaratmamaq üçün səy göstərməkdə və dövlətimizin gələcəyinə məsuliyyətlə yanaşmaqda da özünü göstərir. Gəlin, heç kimin dini inancını alçaltmadan, heç kimin hüququnu tapdalamadan, bir-birimizi düşmən deyil, eyni Vətənin övladları kimi görək. Mövqeyimizi qanuni, mədəni və əsaslandırılmış şəkildə ifadə edək. Dövlət qurumları ilə vətəndaşlar arasında etimadın möhkəmlənməsinə töhfə verək. Dövlətə hörmətlə hüquqa hörmət bir-birinə zidd deyil. Hüquqi dövlətin gücü həm qanunların aliliyində, həm də vətəndaşların hüquq və azadlıqlarına hörmət edilməsindədir. Buna görə də mübahisəli məsələlərin həlli qarşılıqlı dinləmə, hüquqi əsaslandırma və dialoq yolu ilə axtarılmalıdır. Mən sizi qarşıdurmaya deyil, anlaşmaya; emosional reaksiyaya deyil, düşünülmüş mövqeyə; ayrılığa deyil, milli birliyə çağırıram.Gəlin, hicablı və hicabsız olmağımızdan asılı olmayaraq, Azərbaycan naminə bir olaq! İnancımıza hörmət edək, qanunlarımızı öyrənək, dövlətimizin təhlükəsizliyini və xalqımızın əmin-amanlığını qoruyaq. Fərqli baxışlarımızı milli birliyimizə maneəyə çevirməyək. Çünki bizim hamımızın bir adı var — AZƏRBAYCAN VƏTƏNDAŞI! Və bizim hamımızın ortaq bir məsuliyyəti var — bu Vətəni qorumaq, dövlətimizin güclənməsinə töhfə vermək və gələcək nəsillərə sabit, təhlükəsiz, hüquqi dövlət miras qoymaq. Allah birliyimizi, həmrəyliyimizi daim etsin. Dövlətimizi, xalqımızı və müqəddəs Vətənimizi hər cür bəladan qorusun. Allah Azərbaycanımızı qorusun! “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin hüquq məsləhətçisi Vüsalə Cəfərli
Hamısını oxu
“Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər” və “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri” haqqında qərarları mütərəqqi qərarlardır və dini etiqad azadlığı ilə ziddiyyət təşkil etmir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Nazirlər Kabinetinin məlum qərarları tədris mühitini yaxşılaşdırmaq, nizam-intizamı gücləndirmək, şagirdlərin məsuliyyət hissini artırmaq məqsədi daşıyır: “Şübhəsiz ki, Nazirlər Kabineti tərəfindən vahid geyim forması ilə bağlı qəbul edilən qərarlar təhsil müəssisələrində tədirisin keyfiyyətini yaxşılaşdırmaq məqsədinə xidmət edir. Vahid geyim forması tədris mühitinə öz müsbət təsirini göstərməklə yanaşı, məktəbərdə nizam-intizamın möhkəmlənməsinə, şagirdlərin məsuliyyət hissinin artırılmasına kömək edəcək. Bu baxımdan, təhsil müəssisələrində vahid geyim formasının tətbiqi ilə bağlı qərarı dini etiqad azadlığının, yaxud hansısa konstitusyon hüququn məhdudlaşdırılması kimi şərh etmək yanlışdır. Azərbaycan xalqı özünün bütün milli-mənəvi dəyərləri kimi dini dəyərlərinə də sahib çıxır və bu dəyərləri qoruyur. Azərbaycan dövləti xalqın bu dəyərlərinin ən ali təminatçısı qismində çıxış edir. Bunu dövlətimiz təərfindən qəbul edilən qanunlar, ölkəmizdə həyata keçiriən dini maarifləndirmənin miqyası, habelə, bütün təhsil müəssisələri kimi dini təhsil ocaqlarına göstərilən diqqət və qayğı da sübut edir. Ölkəmizdə həm kollec, həm də universitet səviyyəsində dini biliklər tədris edən müəssisələr, çoxsaylı dini ibadət yerləri var ki, bütün bunlar dövlətimizin dinimizə olan qayğı və ehtiramının göstəricisidir. Odur ki, vətəndaşlarımız dövlətimizin qəbul etdiyi qərarlara hörmət etməli, onun icrasına həssaslıqla yanaşmalıdır”. Polkovnik bəzi qüvvələrin baş verənlərdən bədxah məqsədlərlə istifadəyə can atdığını da vurğulayb, xalqı milli birlik və həmrəyliyə sadiq qalmağa səsləyib: “Təəssüf hissi ilə qeyd edək ki, mövcud situasiydan istifadə edən bəzi qüvvələr vətəndaşları dövlətlə üz-üzə qoymağa cəhd edir, bununla da milli birliyimizi zəiflətməyə, ölkə daxilində sabitliyi pozmağa çalışırlar. Vətəndaşlarımız bu cür hallara qarşı son dərəcə diqqətli olmalı, hər hansı qanunazidd əmələ yol verməməlidir. Unutmaq olmaz ki, bu gün bir çox qüvvələr Azərbaycanın inkişafını əngəlləməkdə, ölkəmizdəki əmin-amanlığa son qoymaqda maraqlıdır. Ona görə də biz indiki həssas məqamda milli həmrəyliyi qorumalı, dövlətimizin və Prezidentimizin ətrafında sıx birləşməli, bütün anti-milli qüvvələrə qətiyyətli cavab verməliyik. Biz öz nümunəvi vətəndaş davranışımızla bütün dünyaya göstərməliyik ki, Azərbaycan xalqı öz dövlətinin, öz Prezidentinin yanındadır və onun qəbul etdiyi bütün qərarları alqışlayır, bu qərarların onun mənafeyinə, inkişaf və tərəqqisinə xidmət etdiyini dərk edir”. Seymur ƏLİYEV
Hamısını oxuHərbi Prokurorluğun rəhbərliyi Müdafiə Nazirliyinin Heydər Əliyev adına Hərbi İnstitutunda təhsil alan qadın hərbi kursantlarla görüşüb. Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlar, Silahlı Qüvvələrin formalaşması, Vətən müharibəsində əldə olunan möhtəşəm qələbə, o cümlədən hərbçilərə göstərilən diqqət və qayğı barədə geniş məlumat verilib. Həmçinin, hərbi intizamın qorunmasının, qanunçuluq prinsiplərinə riayət edilməsinin, hərbi qulluqçuların hüquq və vəzifələrini dərindən bilməsinin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, hərbi sahədə peşəkarlıq, məsuliyyət, vətənpərvərlik və yüksək mənəvi keyfiyyətlər gələcək zabitlərin formalaşmasında mühüm rol oynayır. Qadın kursantların hərbi təhsil alması Azərbaycan Ordusunda qadınların rolunun genişlənməsi və onların hərbi sahədə peşəkar inkişafı baxımından əhəmiyyətlidir. Bu istiqamətdə gənc kursantların bilik və bacarıqlarının artırılması, onların dövlətə və Vətənə sədaqət ruhunda yetişdirilməsi xüsusi önəm daşıyır. Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib, kursantları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb. Belə görüşlər hərbi qulluqçuların hüquqi maarifləndirilməsinə, qanunçuluq və intizamın möhkəmləndirilməsinə, eləcə də gələcək zabitlərin peşəkar inkişafına mühüm töhfə verir.
Hamısını oxu
Tovuz rayonunun Çatax kəndində 44 günlük Vətən müharibəsi şəhidi Əlizadə Eltac İsmayıl oğlunun atası Abdıyev İsmayılın dəfn mərasimi keçirilib. Dəfn mərasimində Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasim iştirakçıları mərhumun ailə üzvlərinə və yaxınlarına başsağlığı verib, onlara səbir diləyiblər. Qeyd edək ki, Əlizadə Eltac İsmayıl oğlu 1996-cı il oktyabrın 15-də Tovuz rayonunun Çatax kəndində anadan olub. X. Cəfərov adına Çatax kənd tam orta məktəbində və Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil alıb. 2018–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçib. Eltac Əlizadə 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində könüllü olaraq iştirak edib, Füzuli və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə şücaət göstərib. O, 2020-ci il oktyabrın 27-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub və doğulduğu Çatax kəndində dəfn edilib. Şəhid Eltac Əlizadə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları, həmçinin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Allah rəhmət eləsin.
Hamısını oxu