Ən son xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Bilik Günü münasibətilə münasibətilə məktəbliləri və tələbələri təbrik edib Milli.Az Trend-ə istinadən bildirir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" hesabında paylaşılan təbrikdə deyilir: "Əziz məktəblilər və tələbələr!⠀Sizi yeni dərs ilinin başlanması münasibətilə təbrik edirəm! Ümid edirəm ki, yüksək nəticə əldə etmək və əla qiymətlər almaq, bilikli, savadlı şəxs və Azərbaycanın layiqli vətəndaşı olmaq üçün əlinizdən gələni əsirgəməyəcəksiniz. Hər birinizə möhkəm cansağlığı, gümrahlıq, zehin açıqlığı, əzmkarlıq və öyrənmək həvəsi arzulayıram! Bilik Gününüz mübarək!" Milli.Az
Hamısını oxu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində Milli Qəhrəman Albert Aqarunovun adını daşıyan 154 nömrəli məktəbin yeni binasının açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Milli Qəhrəman, cəsur tankçı Albert Aqarunovun məktəbin həyətindəki büstünün önünə gül dəstəsi qoyub. Məktəbdə yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevə bu təhsil ocağı haqqında məlumat verilib. Bildirilib ki, məktəbin əvvəlki binası 1936-cı ildə inşa edilmişdi. Məktəbin 460 şagird yerlik binasında 22 sinif otağı var idi. Məktəbin binası yararsız vəziyyətdə olduğundan sökülərək yerində 58 sinif otağından ibarət 960 şagird yerlik müasir bina inşa olunub və yeni dərs ilində şagirdlərin istifadəsinə veriləcək. Məktəbdə tikinti işləri 2019-cu ilin aprelində başlayıb və bu ilin avqust ayında başa çatdırılıb. Yeni binada sinif otaqları ilə yanaşı, kimya, fizika laboratoriyaları, informatika kabineti, kitabxana, bufet və idman zalı var. Yeni təhsil ocağında şagirdlərin təlim-tərbiyəsi ilə 52 nəfərdən ibarət pedaqoji heyət məşğul olacaq. Sinif otaqları və laboratoriyalar müasir zəruri avadanlıqlarla təchiz olunub. Məktəbin həyətində geniş abadlıq işləri aparılıb. Qeyd edək ki, bu təhsil ocağının şərəfli həyat yolu hər bir məktəbli üçün nümunə olan Albert Aqarunovun adını daşıması gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi işində mühüm rola malikdir. 13:05 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində Milli Qəhrəman Albert Aqarunovun adını daşıyan 154 nömrəli məktəbin yeni binasının açılışında iştirak edib. Bununla bağlı AZƏRTAC məlumat yayıb. video
Hamısını oxu
“Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Təhsil Mərkəzinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı mərkəzdə yaradılan şəraitlə tanış olub. İqtisadiyyat naziri Mikayıl Cabbarov və “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov Prezident İlham Əliyevə Təhsil Mərkəzi barədə məlumat veriblər. Bildirilib ki, Peşə Təhsil Mərkəzinin binası 500 tələbənin təhsil alması üçün nəzərdə tutulub. Mərkəzin binası 6 korpusdan ibarətdir. Korpuslarda 23 tədris otağı, 13 laboratoriya, 154 nəfərlik akt zalı, 184 nəfərlik yeməkxana, kitabxana, kompüter otağı, idman zalı və 24 inzibati otaq var. Hazırda Peşə Təhsil Mərkəzinə 2020/2021-ci tədris ili üzrə torna və frezer dəzgahlarının, proqramla idarə olunan dəzgahların operatorları, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, sənayedə quraşdırma işləri üzrə usta, veb-dizayner və proqram təminatçısı ixtisasları üzrə tələbə qəbulu həyata keçirilir. Mərkəzin təhsil proqramı beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb. Tədris prosesinə Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin mütəxəssisləri cəlb olunub. Tələbələrin ixtisas fənləri üzrə dərslərinin 80 faizi Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində keçiriləcək. Həmçinin praktiki dərslərin təşkili məqsədilə mərkəzdə təlim avadanlıqları stendləri quraşdırılıb. Qeyd edək ki, sənayeləşmə Prezident İlham Əliyevin iqtisadi siyasətinin mühüm tərkib hissəsidir. Əsas məqsəd tələbatın ödənilməsində yerli məhsulların payının artırılması, ixrac potensialının yüksəldilməsi, ümumilikdə neft-qaz amilindən asılılığın daha da azaldılmasıdır. Bu strategiyanın uğurlarını Sumqayıt Kimya Sənaye Parkının timsalında real rəqəmləri əks etdirən statistikada görmək olar. Belə ki, 2019-cu ilin birinci yarım ili ərzində burada 258 milyon manatlıq məhsul istehsal edilmişdisə, 2020-ci ilin müvafiq dövründə 2 dəfə çox - 534 milyon manatlıq məhsul buraxılıb. İxrac isə 2019-cu ilin ilk 6 ayındakı rəqəmlə (121 milyon manat) müqayisədə 1,5 dəfə artaraq 2020-ci ilin birinci yarısında 182 milyon manat təşkil edib. Prezident İlham Əliyev: “Hesablayın, ümumiyyətlə, illik ümumi daxili məhsul hansı həcmdədir”. Mikayıl Cabbarov: “Möhtərəm cənab Prezident, Sizin tapşırığınızla hazırda Prezident Administrasiyasının aidiyyəti qurumları ilə hər bir bölgəmiz üçün ümumi daxili məhsulun, investisiyaların cəlb edilməsi, adambaşına düşən ümumi daxili məhsulun hamısının qiymətləndirilməsini aparırıq”. Prezident İlham Əliyev: “Bəli, qiymətləndirin. Çünki mən dəfələrlə icra başçıları ilə görüşlərdə demişdim ki, onların fəaliyyətinin əsas istiqamətlərindən biri də məhz bunlar olmalıdır – investisiyaları cəlb etmək, iş yerləri yaratmaq, eyni zamanda, rayon və şəhərlərdə gedən işlərə təkan vermək. Xatırladaq ki, hazırda Sumqayıt Kimya Sənaye Parkında məhsul istehsalı və ixrac istiqamətində müsbət dinamika mövcuddur. Ümumilikdə 2019-cu ildə Sumqayıt Kimya Sənaye Parkında 823 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 276 milyon manatı - təqribən 33 faizi ixrac olunub. 2020-ci ilin ilk 6 ayı ərzində 534 milyon manatlıq məhsul istehsalı ilə Sumqayıt Kimya Sənaye Parkının ölkə sənayesinin qeyri-neft sektorunda (5,7 milyard manat) xüsusi çəkisi 9,3 faiz, 182 milyon manatlıq ixracla ölkə üzrə qeyri-neft sənaye məhsullarının ixracında (910 milyon manat) xüsusi çəkisi 20 faiz təşkil edib. Hazırda parkda fəaliyyət göstərən müəssisələrdə 5500-dən çox insan daimi işlə təmin olunub”. Prezident İlham Əliyev: “Mən demişəm ki, Sumqayıt bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Sumqayıtın potensialı daha da güclənir. Bu il burada şüşə istehsalı zavodu da fəaliyyətə başlayacaq. Oraya da böyük investisiyalar qoyulub və bizi şüşə ilə təmin edəcəkdir. Baxmayaraq ki, indi tikinti sektoru pandemiyaya görə bir qədər tənəzzülə uğrayıb, amma o, bərpa edilir və ediləcək. Biz özümüzü yerli şüşələrlə təmin edəcəyik. Bu da böyük nailiyyətdir. Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik. Burada Sumqayıt şəhərinin və xüsusilə Kimya Sənaye Parkının mühüm rolu var. Çünki biz son illərdə bu işləri görməklə buna böyük dərəcədə müvəffəq olmuşuq. İndi əsas işimiz ondan ibarətdir ki, baxmalıyıq, harada bizdə idxaldan asılılıq daha böyükdür və bunu əvəzləmək mümkündürsə, bunun üçün xammal varsa, yaxud da texniki-iqtisadi əsaslandırma buna imkan verirsə, mütləq həmin sahələrə böyük diqqət göstərilməlidir. Belə təşəbbüs göstərən şirkətlərə həm rezident statusu verilməlidir, eyni zamanda, dövlət tərəfindən onlara kömək göstərilməlidir, güzəştli kreditlər ayrılmalıdır ki, biz idxaldan asılılığımızı maksimum dərəcədə azaldaq. Çünki hər bir ölkə buna çalışır və xüsusilə əhalisi artan ölkə - Azərbaycan buna mütləq çalışmalıdır. Təbii ki, bizim neft yataqlarımız nə vaxtsa tükənəcək. Düzdür, biz yaxın müddətdə həm yeni neft, həm də qaz yataqlarının istismarına başlayacağıq, çalışacağıq ki, hasilat səviyyəsi sabit olaraq qalsın. Ancaq bizim əsas gəlir mənbəyimiz olan “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarında təbii tənəzzül də qaçılmazdır. Biz bu boşluğu məhz qeyri-neft sektoru hesabına təmin etməliyik. Tədiyyə balansını müsbət səviyyədə saxlamaq üçün əlbəttə ki, bizə çox keyfiyyətli ixracyönümlü məhsul istehsal edən, valyuta gətirən müəssisələr lazımdır. Çünki bu gün tədiyyə balansımızın müsbət səviyyədə saxlanmasının əsas səbəbi neft-qaz amilidir. Amma biz çalışmalıyıq ki, bu amili kənara qoymaqla ixrac-idxal əməliyyatlarında həmişə müsbət saldoya malik olaq. Ona görə ixracyönümlü və idxalı əvəzləyə biləcək istehsalat sahələri mütləq yaradılmalıdır. Burada siqaret fabriki fəaliyyətə başlayıb və artıq statistikada görürük ki, idxaldan asılılıq nə qədər azalıbdır. Elədirmi?” Mikayıl Cabbarov: “Bəli”. Prezident İlham Əliyev: “Çünki biz bu fabrik işə düşənə qədər daha çox idxaldan asılı idik. İndi biz 300 milyon manata qənaət etmişik. Eyni zamanda, bu fabrikin inkişaf potensialı da var. Mən fabrikin açılışında demişdim, çalışın ikinci, üçüncü xətləri də qurun ki, istehsalat artsın və biz bu məhsulu ixrac edə bilək. O vaxt da demişdim, mən elə onu istəyirəm ki, bu məhsulun hamısı ixraca getsin, Azərbaycanda heç kim siqaret çəkməsin və daxili tələbat olmasın. Amma əlbəttə ki, bu, mümkün deyil, ancaq buna çalışmalıyıq. O cümlədən təbliğat işlərimizi düzgün qurmalıyıq, bundan başqa, təbii ki, qadağalar qüvvəyə minibdir. Ona görə mən bu fabriki gələcəkdə sırf ixracyönümlü müəssisə kimi görürəm və belə misallar çox gətirmək olar. İndi bizim tütün istehsalımız, keyfiyyətli avadanlığımız var. Mən deyirdim ki, tütün istehsalı olmayan bəzi ölkələr nə üçün bizə məhsul ixrac edir. Onlar tütünü xaricdən alırlar və sonra onu emal edib satırlar. Düzdür, siz də bilirsiniz ki, siqaret istehsalında biz xarici tütündən də asılıyıq. Ancaq qarşıya vəzifə qoyulub ki, yerli tütünçülərdən də məhsul alınsın və beləliklə, kənd təsərrüfatının inkişafına da təkan verilsin. Bu gün biz Sumqayıt Kimya Sənaye Parkının timsalında yeniləşən, güclənən Azərbaycanı görürük. Xüsusilə yada salmalıyıq ki, bu ərazidə nələr olub, biz bu qərarı verəndə bu ərazi hansı vəziyyətdə idi. Çürümüş, dağılmış, fəaliyyətini başa vuran müəssisələr, həm ekoloji fəlakət zonası, həm də ki, istifadəsiz qalan torpaqlar idi. İndi isə burada yüzlərlə hektar sahədə sənaye parkı qurulubdur. Sahəsi nə qədərdir?” Mikayıl Cabbarov: “Ümumi ərazisi 508 hektardır”. Prezident İlham Əliyev: “508 hektar, amma yəqin ki, hələ genişlənəcək”. “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov: “80 faizdən çox məskunlaşıb, cənab Prezident”. Prezident İlham Əliyev: “Yaxın iki-üç ildə tam dolacaq?” Nazim Talıbov: “Bu dinamika ilə getsək bəli, yaxın iki-üç ildə tam dolacaq”. Prezident İlham Əliyev: “Ona görə yeni ərazilər lazımdır. Burada, Sumqayıtın ətrafında belə ərazilər çoxdur. Siz bəlkə o ərazilər üçün də artıq indidən plan işləyib tərtib edəsiniz ki, - o yerlərin təmizlənməsi, kommunikasiyaların çəkilməsi və digər lazımi məsələlər, - bu iş dayanmasın. Çünki xarici investorların ölkəmizə marağı artır, mən yerli investorları da istiqamətləndirmişəm ki, Azərbaycana pul qoysunlar. Beləliklə, burada inkişaf o qədər sürətli olmalıdır ki, həm işsizlik aşağı səviyyədə olsun, həm idxaldan asılılıq minimuma endirilsin, həm də ixrac qabiliyyətli məhsullar istehsal edilsin”. Mikayıl Cabbarov: “Möhtərəm cənab Prezident, biz Sizin çağırışınıza artıq sahibkarlardan reaksiya alırıq - həm Azərbaycanda, həm də ölkəmizdən kənarda fəaliyyət göstərən iş adamlarından. Baxmayaraq ki, biz hələ mövcud karantin dövründə yaşayırıq, amma əlaqə saxlanılıb, müraciətlər var. Mən güman edirəm ki, növbəti bir il ərzində bu çağırışın da real nəticələri barədə Sizə məruzə olunacaq”. Prezident İlham Əliyev: “Çox yaxşı. Eyni zamanda, əlbəttə, mən çıxışımda xaricdə yaşayan azərbaycanlı iş adamlarına da müraciət edirdim ki, onlar da gəlib Azərbaycana vəsait qoysunlar. Azərbaycan onların vətənidir və onlar hər zaman Azərbaycanın dəstəyini görürlər, güclü Azərbaycan onların da gücünü artırır. Ona görə azərbaycanlılar müxtəlif ölkələrdə iqtisadiyyat, kommersiya, biznes sahələrində böyük uğurlar əldə ediblər. Onlar da öz vətəninə vəsait qoymalıdırlar, öz vətəni ilə daim əlaqə saxlamalıdırlar, öz uşaqlarını Azərbaycan dəyərləri əsasında, milli ruhda tərbiyə etməlidirlər ki, övladları həm Azərbaycan dilini bilsinlər, həm də bizim milli dəyərlərimizi yaşatsınlar. Əgər biz bütün bu amilləri düzgün istiqamətə səfərbər edə bilsək, onda Azərbaycana investisiya axını dayanmayacaq. Bizim də əsas məqsədimiz budur. Xüsusilə dünyada yaşanan, pandemiya nəticəsində dərinləşən böhran, əlbəttə ki, bir çox şirkətlərə mənfi təsir göstərib. Ancaq məhz bu şəraitdə biz elə addımlar atmalıyıq ki, postpandemiya dövrünə ən hazırlıqlı ölkələr sırasında olaq və dərhal, vaxt itirmədən yeni inkişaf dinamikasına sahib olaq. Qeyd olunduğu kimi, Sumqayıt Kimya Sənaye Parkının ərazisinin təxminən 85 faizində müəssisələr yaradılıb. Bu templə yaxın 2-3 il ərzində parkın ərazisi tam dolacaq. Bu, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi sənayeləşmə strategiyasının uğur göstəricisi kimi də qiymətləndirilməlidir. Strategiya özündə gələcəyə aydın baxışı və daimi inkişafı ehtiva edir”. Prezident İlham Əliyev: “Mən qeyd etdiyim kimi, Sənaye Parkının gələcək inkişafı ilə bağlı təkliflər hazırlayın, yerləri seçin. Çünki yenə də deyirəm, belə templə ki, biz gedirik 2-3 ilə bütün bu yerlər dolacaq və 508 hektarda yer qalmayacaq. Ona görə baxın, harada biz bunu davam etdirə bilərik. Şərt deyil ki, bu əraziyə bitişik olsun, buradan bir qədər kənarda ola bilər, amma əsas odur ki, bu yerə rezident statusu veriləcəkdir. Təmizlik, kommunikasiya işlərinə bəlkə də elə bu ildən, vaxt itirmədən başlamaq olar. Çünki bu da vaxt aparacaq. Biz o zaman bu ərazini təmizləyəndə buna təqribən bir il vaxt lazım oldu. Həm təmizləmə, ondan sonra kommunikasiya işləri. Ona görə bəlkə ilin sonuna qədər müəyyən vəsait də ayrıla bilər ki, yeni seçilmiş yerdə biz bu işləri görək, növbəti investorlar artıq maraq göstərəndə vaxt itirməsinlər”. Beləliklə, Sumqayıt Kimya Sənaye Parkının ümumi inkişaf tendensiyası yeniliklərə münasibəti ilə fərqlənir. Elə nəzdində açılışı olan Peşə Təhsil Mərkəzini də bu xüsusda fərqləndirmək olar. Çünki ilk dəfədir ki, ölkədəki sənaye parkı ərazisində peşə təhsili müəssisəsi yaradılır, bununla da bir neçə strateji hədəfə nail olunur: tələbələrə müasir infrastruktura malik mərkəzdə dövrün tələbinə uyğun bacarıqlar və peşə vərdişləri aşılanacaq. Təlim-tədris prosesində iştirak edəcək mütəxəssislər elə parkın rezidentlərinin yüksəkixtisaslı işçilərindən olacaq. Öz növbəsində tələbələr də Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində təcrübə keçməklə, iş yeri əldə etmək imkanı qazanacaqlar. 13:31 “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Təhsil Mərkəzinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı mərkəzdə yaradılan şəraitlə tanış olub. video
Hamısını oxu
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev ön xətdə yerləşən bir sıra hərbi hissələrdə olublar. Müdafiə Nazirliyindən verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyulub və ehtiram ifadə edilib. Düşmənlə üzbəüz yüksək dağlıq şəraitdə döyüş növbətçiliyi aparan şəxsi heyətin xidməti ilə maraqlanan H.Hacıyev komanda-müşahidə məntəqəsindən düşmən mövqelərini müşahidə edib. Sonra Horadiz şəhərində yerləşən Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət edilib, önünə gül dəstələri qoyulub, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi hörmət və ehtiramla yad edilib. Ön xətdə olan qonaqlar döyüş mövqelərində xidmət edən hərbi qulluqçularla görüşüb, onların xidmət şəraiti ilə maraqlanıb. Görüş zamanı Ali Baş Komandanın salamlarını şəxsi heyətə çatdıran H.Hacıyev Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi və hərbi qulluqçuların sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı cənab Prezident İlham Əliyevin verdiyi tapşırıqların icrası istiqamətində fəaliyyətlərin davam etməsindən danışaraq bu məsələlərin ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğunu da xüsusi vurğulayıb. Sonra ön xətdə döyüş növbəsi çəkən hərbi qulluqçularla birgə nahar edilib və çay süfrəsi arxasında söhbət aparılıb.Cəbhəboyu kəndlərdən birində yerli sakinlərlə görüşən H.Hacıyev ölkə başçısının salamlarını onlara çatdırıb və əhalinin qayğıları ilə maraqlanıb. Yaradılan şəraitdən məmnunluqlarını ifadə edən kənd sakinləri onların minnətdarlığının ölkə rəhbərliyinə çatdırılmasını xahiş ediblər.
Hamısını oxu
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Lənkəran rayonunda inşa etdirilmiş 14 fərdi yaşayış evi şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilib. Nazirlikdən Axar.az-a verilən məlumata görə, evlərin təqdim edilməsi tədbirində Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Xalid Rəhimov iştirak edib. Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğı göstərdiyini vurğulayan V.Behbudov bunun daha bir təzahürü kimi həssas əhali qrupları ilə bağlı sosial müdafiə proqramlarının ildən-ilə genişləndiyini diqqətə çatdırıb. O qeyd edib ki, şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, rifah halının yaxşılaşdırılması ölkəmizdə aparılan sosial siyasətin əsas istiqamətlərindən biridir. Bu kateqoriyalardan olan vətəndaşların mənzillə təminatı işləri də getdikcə güclənir. Onlara 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626, ötən il 934 mənzil və fərdi ev verilib. Dövlət başçısının tapşırığına əsasən 2020-ci ildə isə şəhid ailələrinə və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Hazırda Lənkəran rayonunda təqdim edilən fərdi evlər də daxil olmaqla, onlardan artıq 568 mənzil və fərdi ev (o cümlədən 554 mənzil, 14 fərdi ev) verilib. Digər mənzillər və fərdi evlər də ilin sonunadək veriləcək. V.Behbudov ümumilikdə ötən dövrdə şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 8156 mənzil və fərdi ev verildiyini bildirib. O, həmçinin Nazirlik tərəfindən müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə 600 avtomobil verildiyini deyib. 2020-ci ildə onlara 400 avtomobil verilməsinin nəzərdə tutulduğunu və onlardan artıq 150-nin təqdim edildiyini, bu vaxta qədər müharibə əlilləri və onlara bərabər tutulanların 6900 minik avtomobili ilə təmin olunduğunu qeyd edib. Yeni fərdi yaşayış evi ilə təmin edilən şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri onların sosial müdafiəsinin gücləndirilməsinə göstərilən yüksək qayğıya, yeni fərdi yaşayış evləri ilə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Hamısını oxu
Prezident İlham Əliyev Ağdaş rayonunun Qobuüstü–Yuxarı Nemətabad–Hacılar–Aşağı Nemətabad–Yenikənd–Qəribli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Axar.az sərəncamın mətnini təqdim edir: 1. Altı min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Qobuüstü–Yuxarı Nemətabad–Hacılar–Aşağı Nemətabad–Yenikənd–Qəribli avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 16,4 milyon (on altı milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. *** Prezident İlham Əliyev Qazax rayonunda yerli əhəmiyyətli avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: 1. Altı min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Qobuüstü–Yuxarı Nemətabad–Hacılar–Aşağı Nemətabad–Yenikənd–Qəribli avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 16,4 milyon (on altı milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Hamısını oxu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərdəkan-Zuğulba avtomobil yolunda yerüstü piyada keçidinin açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, bu yerüstü piyada keçidi tikilərkən ətrafdakı yaşayış massivi, məktəbin mövcudluğu, insanların daha çox yolun bu hissəsindən istifadəsi və digər amillər nəzərə alınıb. Keçid Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində inşa edilib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov keçidin texniki-iqtisadi göstəriciləri barədə dövlətimizin başçısına məlumat verib. Bildirilib ki, keçidin ümumi uzunluğu panduslarla birlikdə 180 metrdir. Üç dayaq üzərində torşəkilli metal konstruksiyadan quraşdırılmış keçidin orta hissəsinin uzunluğu 52 metr, eni 4,5 metrdir. Piyada keçidi bir-biri ilə 57 dərəcə bucaq altında kəsişən 39 ədəd polad halqadan yığılıb. Rahat hərəkət üçün keçiddə beynəlxalq standartlar nəzərə alınmaqla panduslar quraşdırılıb. Pandusların maililiyi 8 dərəcəyə bərabərdir. Qeyd edək ki, bu piyada keçidinin layihəsi italiyalı dizaynerin təxəyyülünün məhsuludur, konstruksiyaları isə yerli mütəxəssislər tərəfindən hazırlanıb. video
Hamısını oxu
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sisteminin müasirləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Modern.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sistemində təhlükəsizlik, texniki və proqram vasitələri sahəsində əsaslı dəyişiklik məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə 3,866 milyon (üç milyon səkkiz yüz altmış altı min) manat ayrılıb.
Hamısını oxu
Xatirə lövhəsi generalın-polovnikin Tofiq Ağahüseynovun 7 il uşaqlığı keçdiyi evin divarında asılıb. Hal-hazırda həmin ev Şəkidə Tibb Kolleci olaraq fəaliyyət göstərməkdədir. Xatirə lövhəsinin açılışı Respublika Veteranlar Təşkilatının hərbi vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və Təşkilatın Mətbuat şöbəsinin əməkdaşı Şəhla Qarayevanın iştirakı ilə baş tutub. Xatırladaq ki, Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlıdır. Azərbaycan Prezidenti Heydər Əliyevin 1997-ci il 17 aprel tarixli sərəncamı ilə Tofiq Ağahüseynov prezidentin hərbi məsələlər üzrə köməkçisi təyin olunmuş, eyni zamanda, general-polkovnik rütbəsində Azərbaycan Milli Ordusu sıralarına bərpa edilir. O, üç çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. Müharibə illərində və sonralar dövlətin ali mükafatlarına, orden və medallara layiq görülüb. Qırmızı Bayraq, Oktyabr İnqilabı, Birinci Dərəcəli Vətən Müharibəsi, Qırmızı Ulduz ordenləri onun yaxasını bəzəyir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 fevral 2008-ci il tarixli Sərəncamı ilə Azərbaycanda hərbi qulluqçuluq sahəsində xidmətlərinə görə “Şöhrət” ordeni ilə, 17 yanvar 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin formalaşdırılmasında və hərbçi kadrların hazırlanmasında xüsusi xidmətlərinə görə “Azərbaycan Bayrağı” ordeni və 31 yanvar 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif olunmuşdur.
Hamısını oxu
Azərbaycan və Türkiyənin dostluq və qardaşlıq tellərinin möhkəm təməllərə söykənməsi özünü bir sıra tarixi aspektlərdən təsdiq etməkdədir. Məhz bu sarsılmaz və əbədi bağların hər birində şərəf, qürur, əzm, iradə və qətiyyətə xas olan mübarizlik tandemləri dayanır. Ümumiyyətlə, əgər biz Azərbaycan və Türkiyə münasibətlərinin ən möhkəm təməllərə söykəndiyini vurğulayırıqsa, əgər bir millət iki dövlət olaraq, regionda və dünyada baş verən proseslərə eyni çərçivədən yanaşırıqsa, beynəlxalq diplomatiya və hərbi siyasətlərimizə dəstək göstəririksə və belə bir dəstəyin digər başqa dövlətlər arasında olmadığını faktiki olaraq görürüksə, demək ki, bu bir sarsılmaz qardaşlıq amilidir. Türkiyədə azərbaycanlı, Azərbaycanda isə türk şəhidlərimiz uyuyur Türk xalqının böyük oğlu Mustafa Kamal Atatürk “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci isə bizim sevincimizdir” kəlamını ifadə edərkən, bu kəlamın kökündə qardaşlığın ən bariz nümunəsinin özünü nə qədər ali məqamda izhar etdirdiyinin bir daha şahidləri olarıq. Bəli, məhz bu kəlamın nəticəsidir ki, Çanaqqala zəfərinin (1915-16) qazanılmasında minlərlə soydaşımızın da payı var və həmin döyüşlərdə qəhrəmancasına döyüşmüş şəhidlərimiz Çanaqqaladakı qardaşlıq məzarlarında uyumaqdadırlar. Eləcə də, Azərbaycanın 1918-ci ildə üzləşdiyi siyasi böhran zamanı xalqımızın soyqırımına və ərazilərinin işğal təhlükəsi ilə qarşı-qarşıya qaldığı vaxtlarda Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun xilaskarlıq missiyasını həyata keçirməsini, azərbaycanlı qardaş və bacılarını düşmən caynağından qurtarmasını xatırlatmaqla həmin tarixi həqiqətləri şərəflə ana bilərik. Bu gün Azərbaycan torpağında da minlərlə türk qardaşlarımız şəhidlik şərbəti içərək uyumaqdadırlar. Bu bir silinməyəcək taledir ki, Türkiyədə azərbaycanlı, Azərbaycanda isə türk şəhidlərimiz uyuyur! Belə bir məqamda, Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət Heydər Əliyev öz çıxışlarının birində bu gün dillər əzbəri olan tarixi kəlamını səsləndirmişdir – BİR MİLLƏT, İKİ DÖVLƏT! Ulu Öndər Heydər Əliyev: “Biz tarixi ənənələr əsasında, həmin fundamental əsaslar üzərində bundan sonra da irəliyə getməliyik, inkişaf etməliyik” Bu məfhum xalqlarımızın qanına hoparaq özünü bütün məqamlarda, bütün cəhətlərdə əks etdirməkdədir. Hələ Ulu Öndərimiz Naxçıvan Muxtar Respublikanın Ali Məclisinə Sədrlik etdiyi vaxtlarda, yəni Muxtar Respublikanın blokada şəraitində olduğu zaman, Naxçıvan əhalisinin yağı düşmənlə ağır döyüşlərdə iştirak etdiyi anlarda Türkiyə ilə sərhəddə “Ümid” körpüsünün açılmasına, bunun ardınca isə sosial-iqtisadi, strateji və hərbi-müdafiə dəstəyinin əldə edilməsinə nail oldu. Bu kimi həssas bir məsələnin həmin dövrdə nə qədər çətin bir proses olduğunu isə yəqin ki, çoxları bilir. Məhz Türkiyə dövləti belə bir çətin anda öz qucağını Azərbaycana, Naxçıvana açdı və növbəti dəfə bariz qardaşlıq nümunəsini ortaya qoydu. Çünki qeyd etdiyimiz kimi, həmin qardaşlıq nümunəsi tarixlərə bağlı olan bir şərəf salmaməsinin məntiqi davamı idi. Dahi Heydər Əliyev dühası Türkiyəyə olan rəğbətini bu ifadələri ilə də tarixə yazmışdı: “Mən bu gün, həqiqətən, qeyd etmək istəyirəm ki, bizim xalqlarımız əsrlər boyu bir-birinə yaxın dost olmuşlar. Biz bir kökdənik, biz birdilli xalqlarıq. Bizim milli ənənələrimiz çox yaxındır, bir-birinə bənzərdir, oxşardır. Ona görə də bunlar hamısı xalqlarımızı hələ biz müstəqil olmadığımız vaxtda, ayrı-ayrı dövlətlərin əsarəti altında yaşadığımız vaxtda da bir-birimizdən ayırmayıb, bir-birimizə bağlayıb, bir-birimizlə daha sıx əlaqədə saxlayıb. İndi isə xalqlarımız öz müstəqilliyini əldə edəndən sonra, müstəqil dövlət kimi dünyada tanınandan sonra biz tarixi ənənələr əsasında, həmin fundamental əsaslar üzərində bundan sonra da irəliyə getməliyik, inkişaf etməliyik”. Azərbaycan öz yanında Türkiyəni, Türkiyə isə öz yanında Azərbaycanı çiyin-çiyinə olaraq görməkdədir Bəli, bu gün də həmin nümunə uğurla davam etdirilir, Ulu Öndərimizin tövsiyələri və arzuları iki qardaş ölkə tərəfindən uğurla reallaşdırılır və hər anda özünü ən açıq şəkildə dünya birliyinə əxz etdirir. Belə ki, bu gün ölkələrimiz arasındakı birlik və bərabərlik dünyanın başqa heç bir ölkələri, dövlətləri arasında mövcud deyil. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Cümhuriyyətinin dövlət başçısı cənab Rəcəb Tayyib Ərdoğanın timsalında qazanılan sosial, iqtisadi, hərbi-strateji və s. sahələrdəki nailiyyətlərin hər birinin kökündə tarixi bağlılıq reallığı, tarixi qardaşlıq gerçəkliyi dayanır. Azərbaycan öz yanında Türkiyəni, Türkiyə isə öz yanında Azərbaycanı çiyin-çiyinə olaraq görməkdədir. Bu gün dünyanın siyasi təlatümlərlə üzləşdiyi, toqquşan maraqların artdığı bir vaxtlarında belə bir qardaşlıq amili öz vacibliyini daha qabarıq fonda sərgiləməkdədir. Türkiyənin dövlət və hakimiyyət nümayəndələrindən tutmuş sıravi vətəndaşlarına qədər hər kəs Prezident İlham Əliyev cənablarının qətiyyətli bəyanatlarını alqışladı Haşiyə çıxaraq, bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev cənablarının Yaponiyanın və Yunanıstanın ölkəmizə təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul etdiyi vaxt irəli sürdüyü mühüm fikirlərini bir daha xatırlatmaq yerinə düşərdi. Bildiyimiz kimi, məhz yunan səfirinin etimadnaməsini qəbul etdiyi zaman dövlətimizin başçısı ali diplomatik dəyərləri ilə qardaş Türkiyənin mövqeyinə birmənalı dəstəyini ifadə etdi. O da bəllidir ki, Türkiyə dövlətinin Şərqi Aralıq dənizi akvatoriyasında tədqiqat aparmasından narahat olduğunu bəyan edən ölkələrdən biri də Yunanıstandır. Sirr deyil ki, Türkiyə dövləti yalnız yataqlar məsələsində deyil, eyni zamanda Şimali Kiprdə yaşayan türklərin də qarantı olaraq çıxış edir. Belə olan halda, yəni bu kimi bənzər məsələlərdə qardaş ölkə ilə təhdid dilində danışmağa çalışanların cavabının Azərbaycan Prezidenti tərəfindən yüksək diplomatik tərzlə verilməsi söz yox ki, türk qardaşlarımızla birgə hər birimizi - deyərdim ki, böyük türk dünyasını qürurlandırdı. Əbəs deyil ki, Türkiyənin dövlət və hakimiyyət nümayəndələrindən tutmuş sıravi vətəndaşlarına qədər hər kəs Prezident İlham Əliyev cənablarının qətiyyətli bəyanatlarını alqışladı, bunu növbəti sarsılmaz qardaşlıq nümunəsi olaraq dəyərləndirdi. Bu məqamda haşiyənin davamı olaraq növbəti xatırlatmanı da etmək istərdim. Əslində Azərbaycanın Türkiyəyə olan bu kimi dəstəkləri daha əvvəllər də olub. Bir neçə il əvvəl - Türkiyədə FETÖ terror təşkilatı tərəfindən dövlət çevrilişinə cəhd edilən zaman ölkəmizin başçısı dərhal bəyanat verərək, Azərbaycan dövlətinin və xalqının bütün mənalarda Türkiyə dövlətinin, hakimiyyətinin və xalqının yanında olduğunu qətiyyətlə vurğuladı. Bu anda xüsusilə toxunmaq istərdim ki, sözügedən faktor yalnız iki strateji və müttəfiq ölkələr arasında əldə edilmiş rəsmi razılaşmaların göstəricisi deyil, bu eyni zamanda, iki sarsılmaz (!) qardaşlığın heç vaxt dəyişilməyəcək, əbədi qalacaq bariz nümunəsidir. Prezident İlham Əliyev Türkiyə rəhbərliyinin toplantıda iştirak etməməsindən sui-istifadə edən Ermənistan rəhbərliyini sözün əsl mənasında yerində oturtmuşdu Bu mənada, cənab Ali Baş Komandanımız İlham Əliyev ən yüksək diplomatiya məktəbinin ali nümunəsini, bənzərsiz peşəkarlığını göstərərək, Azərbaycanın Türkiyə dövlətinin yanında olduğunu bəyan etdi. O cümlədən, Türkiyəyə qarşı çıxan tərəflərə sərt bir mesaj ötürdü ki, bu məsələdə ədalətli mövqe Türkiyənindir. Yeri gəlmişkən, bir neçə il öncə cənab Prezident İlham Əliyev beynəlxalq sammitlərin birində Türkiyə rəhbərliyinin həmin toplantıda iştirak etməməsindən sui-istifadə edən Ermənistan rəhbərliyini də sözün əsl mənasında yerində oturtmuşdu. Dövlətimizin başçısı tarixi "Əgər Türkiyə burada yoxdursa, mən varam!" bəyanatını səsləndirməklə qardaş ölkəyə qarşı irəli sürülən ittihamlara qətiyyətli cavab verməklə, əslində dünya miqyaslı lider olduğunu da sübut etmişdir. Cənab Rəcəb Tayyib Ərdoğanın bəyanatı yalnız Ermənistana tərəf yönəlməmişdi... Eləcə də, ötən ay Azərbaycan xalqı Türkiyə dövlətinin növbəti qardaşlıq mücəssəməsinin şahidi oldu. İşğalçı Ermənistanın Tovuz rayonu ilə həmsərhəd ərazilərindəki təxribatçılıq əməllərinin ardınca, dərhal dövlət və ali hakimiyyət səviyyəsində bəyanatlar səsləndirən Türkiyə bu dəfə açıq-aydın olaraq tərəf (!) olduğunu vurğuladı. Cənab Rəcəb Tayyib Ərdoğanın bəyanatı yalnız Ermənistana tərəf yönəlməmişdi. Çünki söz yox ki, bu gün Ermənistanın işğalçılıq mövqeyini gizli, ya da açıq qaydada dəstəkləyən ölkələr də bu bəyanatlardan sarsıldılar. Artıq sübut olundu ki, heç bir düşmən münasibəti nümayiş etdirən qüvvə nə Azərbaycanı, nə də Türkiyəni ayrı-ayrılıqda görməyəcək! Rəsmi Bakının Ankara ilə eyni mövqeləri bölüşməsi bizi istəməyən qüvvələri nəinki narahat edir, hətta ciddi şəkildə təlaşlandırır Həmçinin, bu məqamda da qeyd etmək yerinə düşərdi ki, iki qardaş dövlət arasındakı hərbi strateji müttəfiqlik özünü bütün sferalarda təsdiq edib İllər əvvəl “Türk ulduzları” ilə “Azərbaycan şahinləri” Bakı səmasında bəzi qüvvələrə bir mesaj göndərdilər ki, artıq iki ölkə bir yumruqda birləşib və bu vahidliyi kimsə sarsıda bilməz. Ondan sonrakı illərdə ölkələrimiz arasında dəfələrlə birgə hərbi təlimlər baş tutdu. Xüsusən “Azadlıq Meydanı”nda keçirilən hərbi paradda azərbaycanlı və türk əsgərlərin eyni sırada hərbi yürüşlə keçmələri, parad zamanı iki ölkə Ali Baş Komandanlarının irəli sürdükləri nitqləri Azərbaycan-Türkiyə müttəfiqliyinin ən bariz təcəssümlərindən biri kimi ortaq tarixlərimizə yazıldı. Artıq dünyanın siyasi, iqtisadi düzəni dəyişir və xüsusilə, Qafqaz, Şərqi Aralıq, Yaxın Şərq və s. bölgələrdə yeni söz sahibləri meydana gəlib. Belə söz sahiblərindən biri də rəsmi Ankaradır. Bu xüsusda rəsmi Bakının da Ankara ilə eyni mövqeləri bölüşməsi söz yox ki, bizi istəməyən qüvvələri nəinki narahat edir, hətta ciddi şəkildə təlaşlandırır. Türkiyə ilə Azərbaycan Silahlı Qüvvələrinin ikitərəfli və irimiqyaslı, habelə döyüş şəraitinə ən yaxın olan hərbi təlimləri baş tutdu, bu təlimlər istər Bakıda, istər digər rayon və şəhərlərimizdə, habelə Naxçıvanda keçirildi. Bu günlərdə də Naxçıvanda yüksək döyüş qabiliyyətlərinə əsaslanan hərbi təlimlər keçirilməkdədir ki, sözügedən reallıq düşməni həqiqətən də sarsıdır və qarşılaşacağı məğlubiyyətinin acısını indidən yaşadır. Düşmənin heç bir cəhdləri istədikləri nəticələri verməyəcək və layiqli, birdəfəlik cavabını alaraq rüsvayçı məğlubiyyətə uğrayacaq. Bu gün Ermənistan rəhbərliyi müəyyən süni görüntülərlə gah işğal altındakı Qarabağa səfərlər edir, gah “Qadınlar sülh naminə” adı altında siyasi oyunbazlıq göstərib, sonradan silahı Azərbaycanın mülki vətəndaşlarına doğru yönəldir, şəkillər çəkdirib Ermənistan mətbuatında və sosial şəbəkələrdə yayır gah da digər uğursuz cəhdlər edirlər. Əslində isə onlar ilk növbədə ölkələrində artan və qiyama doğru inkişaf edən xalqın narazılığını pərdələmək üçün cəhdlər göstərirlər. Ancaq fakt budur ki, düşmənin heç bir cəhdləri istədikləri nəticələri verməyəcək və layiqli və birdəfəlik cavabını alaraq rüsvayçı məğlubiyyətə uğrayacaq. Bax, bu həqiqət Ermənistanı ciddi narahat qalmaqda davam edir. Ancaq o da məlumdur ki, Türkiyənin regional gücdən beynəlxalq gücə çevrilməsi faktoru da Ermənistana dəstək göstərən bəzi qüvvələrin maraqlarına cavab vermir. Söz yox ki, bu həqiqətləri biz həm hərbi, həm də digər cəhətlərdən təhlil edir, hansı məcrada olduğunu yaxşı bilirik və Azərbaycan-Türkiyə qardaşlığı timsalında hər zaman istənilən təhdidə layiqli, sərt, qətiyyətli, məğlubedici cavab verməyə hazırıq. Artıq belə bir həqiqət özünü kifayət qədər və danılmaz isbatları ilə təsdiq edib - bu gün regionda əldə edilən uğurlar bilavasitə Türkiyənin və Azərbaycanın birgə səyləridir. Məhərrəm Əliyev, Azərbaycan Respublikası Prezidentinin köməkçisi–Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik
Hamısını oxu
“Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 fevral tarixli 1792 nömrəli sərəncamında dəyişiklik edilib. AZƏRTAC xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, Əfv Məsələləri Komissiyasının sədri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev olub. Bundan başqa, Komissiyanın üzvləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov, Ədliyyə naziri Fikrət Məmmədov, Daxili İşlər naziri Vilayət Eyvazov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, Şeyxülislam, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, Milli Məclisin deputatları Əhliman Əmiraslanov, Zahid Oruc, Fazil Mustafa, Azay Quliyev və Sədaqət Vəliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rəşad Məcidov, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev, “Xan Şuşinski” Fondunun rəhbəri Bəyimxanım Verdiyeva, Akademik Zərifə Əliyeva adına liseyin direktoru Mehriban Vəliyeva, Komissiyanın katibi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektorunun müdiri Kəmalə İsmayılova olub. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Hamısını oxu
Azərbaycan vətəndaşı 1980-ci il təvəllüdlü İsayev Elvin İltixam oğlu Ukrayna miqrasiya qanunvericiliyinin tələblərini pozduğuna görə 12 dekabr 2019-cu il tarixdə Azərbaycana deportasiya olunmuş və Baş Prokurorluğun İstintaq idarəsində istintaq edilən cinayət işi üzrə barəsində Nəsimi Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli qərarı əsasında seçilmiş həbs qətimkan tədbirinin icrası ilə əlaqədar 2019-cu il dekabrın 14-də Penitensiar xidmətin 1 saylı istintaq təcridxanasına yerləşdirilib. Baş Prokurorluğun Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Azərbaycan Respublikası ərazisində kütləvi iğtişaşlara və dövlət əleyhinə yönələn açıq çağırışlar etməsi faktları üzrə 15 avqust 2019-cu il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs Elvin İsayevin müdafiə hüququ cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq qaydada tam təmin edilib. İstintaqla müəyyən edilmişdir ki, Elvin İsayev 2018-ci ilin əvvəllərində Azərbaycan Respublikasının vətəndaşları olmaqla hazırda Avropanın müxtəlif ölkələrində müvəqqəti məskunlaşmış Orduxan Bəbirov, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı, Süleyman Süleymanlı və şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Azərbaycan Respublikasını tərk etdikdən sonra, müvəqqəti məskunlaşdığı Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində özünə məxsus hesablar vasitəsilə "youtube" və "facebook" sosial şəbəkələrində Azərbaycan dilində yerləşdirdiyi video müraciətlərində, yayımladığı video görüntülərdə və paylaşımlarda hakimiyyətin zorla ələ keçirilməsi və zorla saxlanılmasına, habelə ölkəmizin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ərazi bütövlüyünün parçalanmasına yönələn ifadələr işlətməklə Azərbaycan Respublikası vətəndaşlarına müraciət edərək hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal itaətsizlik və müqavimət göstərilməklə kütləvi iğtişaşlar və zorakılıqlar etməyə açıq çağırışlar edib. Qeyd olunanlara əsasən Elvin İsayev Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) və 12.1, 34.2, 281.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar dövlət əleyhinə yönələn açıq çağırışlar etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılmaqla baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Eyni zamanda, Elvin İsayevin qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əməllərində iştirak etmiş Orduxan Bəbirov, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı və Süleyman Süleymanlı barəsində Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci maddələri ilə ayrıca icraata ayrılmış cinayət işi üzrə həmin şəxslər təqsirləndirilən şəxs qismində cəlb edilmişlər, Baş Prokurorluğun təqdimatı əsasında Nəsimi Rayon Məhkəməsinin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib. İstintaq idarəsi tərəfindən qeyd edilən şəxslər barəsində beynəlxalq axtarışın elan edilməsinə dair müvafiq qərarlar qəbul edilməklə, icra edilməsi üçün Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə, həmçinin "İnterpol"un Milli Mərkəzi Bürosuna göndərilib. Prokurorluq orqanları tərəfindən qeyd edilən şəxslərin konkret olaraq olduğu yerlər müəyyən edilməklə qanunvericiliyin və müvafiq beynəlxalq Konvensiyaların tələblərinə uyğun olaraq Azərbaycan Respublikasına ekstradisiya edilmələri və məhkəmə məsuliyyətinə verilmələri üçün mümkün olan bütün tədbirlərin həyata keçirilməsi təmin ediləcəkdir. Hazırda həmin cinayət işi üzrə intensiv istintaq tədbirləri davam etdirilir. Milli.Az
Hamısını oxu