Ən son xəbərlər
13 oktyabr 2017-ci ildə Bakıda “Xalqların birliyi faşizm üzərində qələbədə və sülhün qorunmasında əsas amil kimi” mövzusunda keçirilən Beynəlxalq konfransın iştirakçıları ilə Azərbaycan Respublikası Milli Məclisində və Müdafiə Nazirliyində görüş keçirilmişdir. Hər iki görüşdə Beynəlxalq konfransın Azərbaycan Respublikasında keçirilməsinin heç də təsadüfi olmadığından, onun müasir dövrdə mühüm əhəmiyyət kəsb etməsindən danışılmış, faşizm üzərində İkinci dünya müharibəsində qələbədə mühüm amillərdən biri olmuş xalqların birliyinin bu gün də eyni təmayüllərin, neofaşizmin, separatçılığın, terrorçuluğun, milli, dini zəmində təzahür edən ekstremizmin qarşısının alınmasında əvəzsiz rolundan bəhs edilmişdir. Milli Məclisdə Beynəlxalq konfransın iştirakçılarını salamlayan Milli Məclis sədrinin 1-ci müavini Ziyafət Əsgərov Azərbaycanın İkinci dünya müharibəsində alman faşizmi üzərində qələbəyə mühüm töhfələr verməsindən, qələbənin 75-ci ildönümünə hazırlıq çərçivəsində “Qələbənin Varisləri” Beynəlxalq İttifaqının Azərbaycan nümayəndəliyinin, Respublika Veteranlar Təşkilatının həyata keçirdiyi ardıcıl və məqsədyönlü tədbirlərdən bəhs etmiş, Azərbaycan xalqının və dövlətinin nəinki regionda, bütün dünyada sülhün qorunmasına bu gün də öz töhfəsini verdiyini vurğulamışdır. Beynəlxalq konfransın iştirakçılarını qəbul edən Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini, general-leytenant Kərim Vəliyev İkinci dünya müharibəsində alman faşizmi üzərində qələbənin tarixi-mədəni irsinin yaşadılmasının gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyini bildirmiş, Bakıda keçirilən tədbirin bu baxımdan diqqətəlayiq olduğunu vurğulamışdır. Hər iki görüşdə həmçinin, Azərbaycanın bu gün erməni faşizmi ilə qarşılaşması, ərazisinin 20 faizinin 25 ildən artıq müddətdə Ermənistanın işğalı altında olması barədə qonaqlara məlumat verilmiş, Azərbaycan və onun problemlərinin həlli ilə bağlı təəssüf ki, həmişə ikili standartların tətbiq edildiyi bildirilmişdir. Dövlət rəsmiləri ölkənin müdafiə qabiliyyətinin yüksəldilməsi, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində Azərbaycan Respublikası Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ardıcıl tədbirlərdən danışmış, iki ölkə arasındakı münaqişənin sülh yolu ilə həllinin mümkün olmayacağı təqdirdə, Azərbaycan əsgərinin öz doğma torpaqlarını silah gücünə azad etməyə qadir olduğunu qeyd etmişlər. Bu görüşlərdə eləcə də Respublika Veteranlar Təşkilatının fəaliyyəti, veteranlara dövlət tərəfindən göstərilən qayğı barədə danışilaraq, Azərbaycan Respublikasında bütün zümrədən olan veteranlara münasibətdə ardıcıl dövlət siyasətinin həyata keçirildiyi qeyd edilmişdir. Onlar hər il 9 may ərəfəsində İkinci dünya müharibəsi veteranlarının ölkə rəhbərliyi tərəfindən qəbul olunmaları, onların hər birinə 1000 manat, həlak olmuş döyüşçülərin dul qadınları və arxa cəbhə iştirakçılarına 500 manat birdəgəlik pul müavinəti verilməsini, bu insanların cəmiyyətdə ən hörmətli, nüfuzlu insanlar kimi qəbul edilməsini diqqətə çatdırmışlar. Beynəlxalq konfransın iştirakçıları adından İkinci dünya müharibəsində alman faşizmi üzərində qələbənin tarixi-mədəni irsini yaşadan “Qələbənin Varisləri” vətəndaş və təşkilatların Beynəlxalq İttifaqının vitse-prezidenti, Moskva vilayət müharibə və hərbi xidmət veteranları Komitəsinin sədr müavini, general-leytenant Qaponenko Alfred Qriqoryeviç, “Müstəqil Dövlətlərin Veteranlar İctimai Təşkilatları Beynəlxalq İttifaqı”nın sədr müavini Tkaçenko Vladimir İvanoviç, Azərbaycan Respublikası Veteranlar Təşkilatının sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynov, sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov və başqaları çıxış edərək bu konfransın mühüm əhəmiyyət kəsb etməsindən həmin müharibədə qələbədə xalqıların birliyinin müstəsna əhəmiyyətini bir daha vurğulamış, belə tədbirlərin və görüşlərin qələbə irsinin yaşadılmasındakı rolundanb bəhs danımışlar. Çıxış edənlər həmçinin, İkinci dünya müharibəsinin tarixinin, ümumən tarixin saxtalaşdırılması cəhdlərindən danışmış, bunun yolverilməz olduğunu qeyd etmişlər. Azərbaycan nümayəndələri ermənilər tərəfindən məqsədli şəkildə həyata keçirilən bu fəaliyyətə Azərbaycanın, onun veteranlarının daim öz qəti etirazlarını bildirmələrini xüsusi diqqətə çatdırmış, bütün veteranları bu mövqeni müdafiə etməyə səsləmişlər. Beynəlxalq konfransın xarici ölkələrdən olan iştirakçıları konfransın işinin yüksək səviyyədə təşkilinə, hər iki qəbula, həmçinin Azərbaycanda gördükləri qonaqpərvərliyə görə, Azərbaycan dövlət və hökumət nümayəndələrinə, Respublika Veteranlar Təşkilatının rəhbərliyinə öz minnətdarlıqlarını bildirmiş, Azərbaycandan ən xoş təəssüratlarla ayrıldıqlarını qeyd etmişlər. Görüşün sonunda Beynəlxalq konfrans iştirakçılarına Azərbaycan Respublikası Müdafiə naziri tərəfindən ziyafət verilmişdir.
Hamısını oxu12 oktyabr 2017-ci ildə Bakıda “Park-İnn” hotelində Azərbaycan Respublikası Veteranlar Təşkilatı, “Qələbənin Varisləri” Beynəlxalq İttifaqının Azərbaycan nümayəndəliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkil etdikləri “Xalqların birliyi faşizm üzərində qələbədə və sülhün qorunmasında əsas amil kimi” mövzusunda beynəlxalq konfrans keçirmişdir. Beynəlxalq konfransın iştirakçıları 12 oktyabr 2017-ci ildə ümummilli lider Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını, Şəhidlər Xiyabanını və iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət etmişlər. Dünyanın 20 ölkəsindən yüksək səviyyəli qonaqların, Azərbaycan Respublikasının dövlət orqanları, Parlament üzvləri, ictimai təşkilatlarının, veteranlar, ziyalılar, gənclər və media nümayəndələrinin iştirak etdikləri tədbir başlamazdan əvvəl onun iştirakçıları İkinci dünya müharibəsi, Əfqanıstan, Qarabağ və digər müharibələrdə həlak olmuş, itkin düşmüş insanların xatirəsinin 1 dəqiqəlik sükutla yad etmişlər. Beynəlxalq konfransı giriş sözü ilə Respublika Veteranlar Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov açmışdır. O, İkinci dünya müharibəsində alman faşizmi üzərində qələbənin 75-ci ildönümünə hazırlıq çərçivəsində “Qələbənin Varisləri” Beynəlxalq İttifaqının Azərbaycan nümayəndəliyi, Respublika Veteranlar Təşkilatı və Cənclər və İdman Nazirliyinin birgə təşkil etdikləri bu konfransın mühüm əhəmiyyət kəsb etməsindən danışaraq demişdir: “Bu günkü Beynəlxalq konfransın Azərbaycan Respublikasında keçirilməsi heç də təsadüfi deyil. Azərbaycan İkinci dünya müharibəsində alman faşizmi üzərində qələbəyə mühüm töhfələr vermişdir. Azərbaycan xalqının müharibəyə göndərdiyi 690 mindən artıq övladından 350 min nəfəri qələbə naminə öz həyatını qurban verib, on minlərlə soydaşımız yaralanıb, minlərləsi itkin düşüb. Azərbaycan xalqı həmin müharibədə təkcə cəbhəyə yola saldığı 5 milli diviziya ilə deyil, bütün potensialı ilə iştirak edib. Bakı neftinin böyük qələbənin qazanılmasındakı rolu tarixi fakt kimi hamıya məlumdur. Bundan əlavə bütün Azərbaycan sənayesi, ümumən iqtisadiyyatı “hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarı ilə işləyib və xalqımız dünyaya hər bir soydaşımızın əsrlərlə qürur duyacağı təkrarsız fədakarlıq nümunələri nümayiş etdirib. Azərbaycan oğul və qızlarının şücayəti 124 nəfərin Sovet İttifaqı Qəhrəmanı adı alması, on minlərlə həmvətənimizin orden və medallara layiq görülməsi ilə də tarixə yazılıb. Faşizm üzərində qələbədə mühüm amillərdən biri sözsüz ki, xalqların birliyi olmuşdur. Bu amala sadiq qalan Azərbaycan xalqı və dövləti nəinki regionda, bütün dünyada sülhün qorunmasında öz töhfəsini verir və gələcəkdə də buna hazırdır. Ancaq bu gün erməni faşizmi ilə qarşılaşmış, ərazisinin 20 faizi Ermənistanın işğalı altında olan Azərbaycana qarşı münasibətdə təəssüf ki, eyni prinslər həmişə əməl olunmur. Ümid edirik ki, mövzusu birbaşa faşizmin bütün forma və təzahürlərinə qarşı mübarizəyə həsr edilmiş bugünki beynəlxalq konfrans regionda və dünyada sülhün bərqərar olunmasına öz töhfəsini verəcəkdir”. İlk söz Azərbaycan Respublikası Prezident Admistrasiyası İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini cənab Ərəstun Mehdiyevə verilmişdir. Ə.Mehdiyev alman faşizmi üzərində böyük qələbədə danılmaz payı olan xalqımızın belə tədbirlərə ev sahibliyi etməsini onun mənəvi haqqı adlandıraraq demişdir: “Bu tədbir həm də xalqımızın bütün dünyaya, tərəqqipərvər bəşəriyyətə ünvanlanmış sülh mesajlarıdır. Azərbaycan xalqı sülhsevər və tolerant xalqdır və bütün tarixboyu belə olmuşdur. Azərbaycan bu gün də öz ənənələrinə sadiqdir və dünyada sülhün qorunmasında iştirakı özünün başlıca prioritetlərindən hesab edir. Ancaq bizim 20 faiz torpaqlarımızın bu gün Ermənistan hərbi birləşmələrinin işğalı altında olması faktı yəqin tədbir iştirakçılarına da məlumdur. Azərbaycan prezidenti möhtərəm İlham Əliyev bütün xarici səfərlərində və ölkəmizdə həyata keçirilən rəsmi görüşlərində xarici dövlət başçıları və beynəlxalq ictimaiyyətin diqqətini dəfələrlə bu məsələyə yönəltmişdir. Çünki faşizmlə mübarizə yalnız bir xalqın və dövlətin deyil, özünü sivil dünyanın təmsilçisi sayan hər bir xalqın və dövlətin üzərinə düşən vəzifədir. İkili standartlar kənara qoyulmalı, Ermənistanın birmənalı olaraq təcavüzkar, işğalçı dövlət kimi tanınmalıdır. Məhz belə obyektiv münasibət bölgədə sülhün bərqərar olmasına töhfə verər, yalnız Azərbaycanın ərazi bütövlüyünün təminatı üçün deyil, həmçinin ümumi inkişafa xidmət edən addım olardı. Biz buna ümid edir və məsələnin vaxtında həllini sülhə nail olunmasında mühüm amil sayırıq”. Ə.Mehdiyev daha sonra İkinci dünya müharibəsinin tarixinin, ümumən tarixin ermənilər tərəfindən saxtalaşdırılması cəhdlərindən danışmış, məqsədli şəkildə həyata keçirilən bu fəaliyyətə Azərbaycanın, onun veteranlarının ötən il qəti etirazlarını bildirmələrini, bir sıra ölkələrin dövlət başçılarına, parlamentlərinə, ictimai təşkilatlarına belə münasibətin yolverilməz olduğunun xüsusi vurğulandığı müraciət göndərdildiyini bildirmişdir. Sonra söz tədbir iştirakçılarına verilmişdir. MDB dövlətləri Mərkəzi İcraiyyə Komitəsi sədrinin müavini Jusupbekov Konozbeq Arqınqazinoviç, İkinci dünya müharibəsində alman faşizmi üzərində qələbənin tarixi-mədəni irsini yaşadan “Qələbənin Varisləri” vətəndaş və təşkilatların Beynəlxalq İttifaqının vitse-prezidenti, Moskva vilayət müharibə və hərbi xidmət veteranları Komitəsinin sədr müavini general-leytenant Qaponenko Alfred Qriqoryeviç, Millət vəkili, tanınmış politoloq Rasim Musabəyov, Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, Respublika Veteranlar Təşkilatının əməkdaşı, İkinci dünya müharibəsi veteranı, ehtiyatda olan polkovnik, əməkdar mədəniyyət işçisi, “Qızıl qələm” mükafatı laureatı, “Şöhrət” ordenli Aleksandr Qritçenko, “Müstəqil Dövlətlərin Veteranlar İctimai Təşkilatları Beynəlxalq İttifaqı”nın sədr müavini Tkaçenko Vladimir İvanoviç, , Rusiya Qəhrəmanlar Asossiyasının üzvü, Rusiyanın Qəhrəmanı, əməkdar təyyarəçi Alimov Vladimir Rişadoviç, “Döyüşçü qardaşlığı” jurnalı redaksiyasının MMC-nin baş direktoru, Moskva şəhər Yasenovo dairəsi bələdiyyəsinin deputatı Oskin Vladimir Sergeyeviç, “Qələbənin Varisləri” Beynəlxalq İttifaqının vitse-prezidenti, Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçiliyi Akademiyası filialının - Cənubi Rusiya İdarəetmə İnstitunun direktor müavini Trubiçın Andrey Vitaliyeviç, Beynəlxalq İttifaqının Kanada Respublikası nümayəndəliyinin rəhbəri Djoliya Oleq Mamantyeviç, “Arlan” gənclərin vətənpərvərlik mərkəzi ictimai fondunun prezidenti, Kazaxıstan Respublikasının “Biz xatırlayırıq” Astana axtarış saytının təsisçisi Urazbayev Amanjol Zeynaloviç, Moldovanın “Layiqli yaddaş” xeyriyyə fondunun vitse-prezidenti Skripkaraş Anjela İllarionona, “Qələbənin Varisləri” Beynəlxalq İttifaqının Danimarka nümayəndəliyinin rəhbəri İvançenko-Yensen İrina İvanovna, Beynəlxalq İttifaqının Estoniya nümayəndəliyinin rəhbəri Norvind Vladimir Sergeyeviç, Beynəlxalq İttifaqının Kanada Respublikası nümayəndəliyinin rəhbəri Klinayeva Yelena Vladimirovna, Beynəlxalq İttifaqının Belarusun Mogilyev vilayəti nümayəndəliyinin rəhbəri Artyomçik Vitali Viktoroviç, Ukraynanın “Voin” klubunun sədri Pavlov Oleq Oleqoviç, “Qələbənin Varisləri” Beynəlxalq İttifaqının Vorenej şəhər nümayəndəliyinin rəhbəri Şumlyanskaya Valentina Alekseyevna çıxış edərək keçirilən tədbirin əhəmiyyətindən, onun beynəlxalq sülhə töhfə verəcəyinə inandıqlarına əminliklərindən, İkinci dünya müharibəsində alman faşizmi üzərində qələbədə və hazırda sülhün qorunmasında xalqlar birliyinin oynadığı tarixi roldan danışaraq, öz ölkələrində bu istiqamətdə görülən işləri, tədbirləri qeyd etdilər. Beynəlxalq konfransın işinə Respublika Veteranlar Təşkilatının sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynov və general-leytenant Qaponenko Alfred Qriqoryeviç yekun vurmuşlar. Tədbirin sonunda “Xalqların birliyi faşizm üzərində qələbədə və sülhün qorunmasında əsas amil kimi” mövzusunda Azərbaycan Respublikasının paytaxtı, Bakı şəhərində keçirilən Beynəlxalq konfransın iştirakçıları adından müraciət qəbul edilmişdir.
Hamısını oxuAzərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. İctimai xadim, əmək veteranı, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Səbayil rayon Təşkilatının sədri Ömər Ağacahangir oğlu Ağayev 2017-ci il oktyabr ayının 1-də 89 yaşında vəfat etmişdir. Ömər Ağayev 01 yanvar 1928-cı ildə Şamaxı rayonunun Leninabad (indiki Təklə) kəndində anadan olmuşdur. 1944-cü ildə əmək fəaliyyətinə başlamış, 1952-ci ildən Bakı elektrik maşınqayırma zavodunda çalışmışdır. Vəzifə borcuna məsuliyyətlə yanaşması və təşkilatçılıq bacarığı nəzərə alınaraq, 1960-cı ildə hopdurucular briqadasının briqadiri təyin edilmişdir. Ömər Ağayev yüksək əmək göstəriciləri ilə yanaşı, ictimai-siyasi fəaliyyəti ilə də fərqlənmiş, Azərbaycanın və Sovetlər Birliyinin Ali İdarəedici orqanının qurultaylarının nümayəndəsi, Azərbaycan KP MK-nın üzvü və SSRİ Ali Sovetinin deputatı seçilmişdir. Azərbaycan sənayesinin inkişafında göstərdiyi xidmətlərə görə Ömər Ağayev 3 yanvar 1974-cü ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, Azərbaycan SSR-in və Azərbaycan Respublikasının bir sıra orden və medalları, o cümlədən 2 dəfə Lenin ordeni, 1976-cı ildə Azərbaycan SSR-in dövlət mükafatını almışdır. Ömər Ağayev Azərbaycan Respublikası Prezidentinin Fərdi Təqaüdçüsü idi. Xidmətləri, ölkənin ictimai-siyasi hərəkatında fəal iştirakı, vətənpərvərlik xüsusiyyətləri və təşkilatçılıq qabilyyəti yüksək qiymətləndirilərək Ömər Ağayev Səbayil rayon Veteranlar Təşkilatının sədri vəzifəsinə seçilmiş və uzun müddət bu sahədə çalışmışdır. Azərbaycan veteran hərəkatının genişlənməsində yaxından iştirak edən Ömər Ağayev sədr olduğu dövrdə rayon təşkilatının fəaliyyəti xeyli güclənmişdir. Ömər Ağayev doğulduğu Şamaxı rayonunun (hazırda Qobustan rayonu) Təklə kəndində dəfn olunmuşdur. Ömər Ağayevin əziz xatirəsi Azərbaycan xalqının yaddaşında daim yaşayacaqdır. Allah rəhmət eləsin. Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti.
Hamısını oxuİkinci Dünya müharibəsində alman faşizmi üzərində qələbənin 75-ci ildönümünə hazırlıq çərçivəsində Respublika Veteranlar Təşkilatı “Qələbənin Varisləri” Beynəlxalq İttifaqı ilə birlikdə Bakı şəhərinin Səbayıl rayonu ərazisində yerləşən 160 saylı orta məktəbdə və Nəsimi rayonu ərazisində yerləşən İlyas Əfəndiyev adına Elitar Gimnaziyada “Beynəlxalq sülh” gününün qeyd ediləcəyi 2017-ci il sentyabr ayının 21-də dünyanın 60-a yaxın ölkəsinin qoşulacağı “Sülh göyərçini” mənəvi birliyə çağırş təntənəli yığıncağı keçirmişdir. Tədbirlərdə həmin təhsil ocaqlarının şagird və müəllim kollektivi, veteranlar Respublika Veteranlar Təşkilatının rəhbər əməkdaşları, Təhsil Nazirliyinin və ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Nəsimi rayonu ərazisində yerləşən İlyas Əfəndiyev adına Elitar Gimnaziyada baş tutan tədbiri Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov açmışdır. O demişdir: “İkinci Dünya müharibəsində alman faşizmi üzərində qələbəyə mühüm töhfələr vermiş Azərbaycan Respublikasının bu beynəlxalq tədbirdə iştirak etməsi təbiidir. Azərbaycan xalqı qələbə naminə 320 minə yaxın övladını itirib, on minlərlə soydaşımız yaralanıb, minlərlə soydaşımız itkin düşüb. Azərbaycan xalqı İkinci Dünya müharibəsində təkcə cəbhəyə yola saldığı 700 min nəfər oğul və qızı, 5 milli diviziyası: 77-ci dağatıcı, 223-cü, 396-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları, ümumən 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi ilə iştirak etməyib. Xalqımız elliklə bu müharibəyə qoşulmaqla qələbəyə böyük töhfələr verib. Buna görə də böyük qələbədə danılmaz payı olan xalqımızın belə tədbirlərə və ona ev sahibliyi etməsi onun mənəvi haqqıdır. Bu gün keçirilən təntənəli aksiya həm də xalqımızın bir daha dünyaya sülh mesajları çatdırmasıdır. Bizim 20 faiz torpaqlarımızın bu gün Ermənistan hərbi birləşmələrinin işğalı altında olması da belə tədbirlər çərçivəsində dünya ölkələrinin, beynəlxalq ictimaiyyətin diqqətinə bir daha çatdırmalıdır. Ermənistanın birmənalı olaraq təcavüzkar, işğalçı dövlət kimi tanıdılmasına, bununla isə Azərbaycanın ərazi bütövlüyünün təminatı üçün mühüm əhəmiyyət kəsb edən beynəlxalq dəstəyin daha da güclənməsinə nail olmalıyıq. Azərbaycan dövlətinin, nüfuzlu ictimai təşkilatların inamla apardığı bu müqəddəs işə dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir soydaşımız da dəstək verməlidir. Mən bugünkü tədblərin təşkilində fəal iştiraklarına görə Respublika Veteranlar Təşkilatının rəhbərliyi adından İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın və Səbayil rayonu ərazisində yerləşən 160 saylı orta məktəbin rəhbərliyinə, pedoqoji kollektivinə, şagirdlərə minnətdarlığımı bildirirəm. Veteranlarımıza çox sağ olun deyirəm ki, onlar yaşlarının ahıl çağında da daim belə tədbirlərdə həvəslə iştirak edirlər”. 160 saylı orta məktəbdə keçirilən tədbirdə məktəbin direktoru, əməkdar müəllim Faina Ələkbərova, Respublika Veteranlar Təşkilatının şöbə müdiri, ehtiyatda olan polkovnik Lətif Babayev, İkinci Dünya müharibəsi veteranı Aleksandr Qritçenko, İlyas Əfəndiyev adına Elitar Gimnaziyadakı tədbirdə İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın direktoru Sevda Quliyeva, Nəsimi rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Gülarə Verdiyeva çıxış etmiş, beynəlxalq sülh günündə keçirilən bu tədbirin əhəmiyyətindən, Azərbaycan dövlətinin sülhsevər siyasətindən, xalqımızın məcburən müharibəyə cəlb edilməsinə baxmayaraq, daim sülh tərəfdarı olmasından və bu istəklə yaşamasından danışmışlar. Sonra hər iki təhsil ocağının şagirdləri İkinci Dünya müharibəsi, Qarabağ və digər müharibələrdə həlak olmuş, itkin düşmüş azərbaycanlıların xatirəsinin yad edilməsi ilə əlaqədar hazırlanmış şarları havaya buraxmışlar. Həmin gün Bakı vaxtı ilə saat 16:00 və 16:30-da hər iki təhsil ocağının nümayəndələri, veteranlar dünyanın 60-dan çox ölkəsinin təmsilçilərinin qoşulduğu videokanfransda iştirak etmiş, bir daha Azərbaycan Respublikasının dünyada sülhün bərqərar olması sahəsindəki dəyişməz mövqeyini və xalqımızım sülh, əmin-amanlıq istəklərini bəyan etmişlər. Videokanfranslarda hər iki təhsil ocağının direktorları, Faina Ələkbərova, Sevda Quliyeva, RVT-nin nümayəndələri, ehtiyatda olan polkovniklər Adil Haqverdiyev və Aleksandr Qritçenko çıxış etmişlər. Həmçinin məktəblilər sülh haqqında mahnı ifa etmişlər.
Hamısını oxu«Vətənpərvərlik hissi olmayan insanın mənəviyyatı yoxdur» Heydər Əliyev «Ölkəsini sevməyən insan, heç nəyi sevə bilməz» Corc Bayron Vətənpərvərlik insanı formalaşdıran, doğma yurduna, dilinə, mənəvi dəyərlərinə olan sevginin bir təzahürüdür. Məşhur amerikalı siyasətçi Edlay Stivensonun vətənpərvərlik «sadəcə emosiyaların partlayışı deyil, insanın bütün həyatı boyunca davam edən sakit və möhkəm sadiqlik hissidir» fikri ilə razılaşmamaq mümkün deyil. İnsana xas olan bu keyfiyyətlər məkan və zaman ölçülərinə sığmırlar, yaşlandıqca zəifləmir və taleyin hökmü ilə onun harada yaşamasından asılı olmurlar. Vətənpərvərin qəlbi Vətəninə məxsusdur və o daim doğma yurdu, insanları, təbiəti haqqında düşünür. Vətənpərvərlik hissləri həm də mədəni arxetiplərə uyğundur, nəsildən nəslə ötürülür, milli şüurun səciyyəvi xüsusiyyətlərini özündə əks etdirir, yazarların, şairlərin, bəstəkarların və rəssamların yaratdıqları əsərlərə hopur və beləcə Vətən haqqında nəğmələr, əsərlər yaranır. Ədəbiyyatda və incəsənətdə vətənpərvərlik hisslərinin ifadəsinin parlaq nümunələri mövcuddur. Məgər rus vətənpərvərliyini Sergey Yeseninin poeziyası olmadan təsəvvür etmək olar!? Rus təbiətini, qışını, ağcaqayınını həm də onun şeirlərindən tanımaq və sevmək mümkündür. Keçən əsrin 20-ci illərində Bakıda olarkən, Şərq dünyasına heyranlığını gizlətməyən şair yazırdı: «Şiraz nə qədər gözəl olsa da, Ryazanın geniş çöllərindən yaxşı ola bilməz». S.Yesenin «dünyanın altıda bir hissəsini təşkil edən, qısaca Rusiya adlanan vətənini bütün varlığı ilə tərənnüm etməyi» özünə borc bilirdi. Vətənpərvərlik hissi bütün Azərbaycan ədəbiyyatına da nüfuz etmişdir. Bu həm mənəvi irsə, həm də doğma yurdumuzun heyranedici və cazibədar təbiətinə münasibətdə bu və ya digər şəkildə təzahür edir. İlk baxışda tar sadəcə musiqi aləti olsa da, Azərbaycan mənəviyyatının simvollarından biridir. Tara nə qədər gözəl şeirlər, misralar həsr edilmişdir. Mikayıl Müşfiqin keçən əsrin 30-cu illərində qələmə aldığı «Oxu tar» şerini hər bir azərbaycanlı bilir. O zaman dövlət ideologiyasını həyata keçirənlər «proletar mədəniyyəti»nin (proletkult) tələblərinə uyğun olaraq, tarı burjua mədəniyyətinin bir qalığı kimi qadağan etməyi təklif edirdilər. Buna baxmayaraq, Mikayıl Müşfiq yazırdı: Oхu, tar, oхu, tar!.. Səsindən ən lətif, şеirlər dinləyim. Oхu, tar, bir qadar!.. Nəğməni su кimi alışan ruhuma çiləyim. Oхu, tar! Səni кim unudar? O illərdə bu şeirin yazılması və çap edilməsi əsl vətənpərvərlik və qəhrəmanlıq nümunəsi idi. Şair tarın melodiyasını tarixi boyunca həm sevinc, həm də kədər yaşamış xalqın səsi kimi təqdim etmişdir. Müşfiq milli ənənələrə xor baxan insanları anlaya bilmirdi. Elə bunun üçün də Stalin repressiyasının qurbanı oldu. Dahi Səməd Vurğunun ölkənin xalq himninə çevrilən, son dərəcə tutumlu «Azərbaycan» şeri də qeyri-adi vətənpərvərliyi ilə seçilir: Mən bir usaq, sən bir ana, Odur ki, baglıyam sana: Hankı səmtə, hankı yana Hey uçsam da yuvam sənsən, Elim, günüm, obam sənsən! Azərbaycan şairləri indi də vətənpərvərlik mövzusunda parlaq sənət əsərləri yaradırlar. Çağdaş şairlərimizin baş mövzusu da Azərbaycan və onun təbiətidir, gözəllikləridir. Leyla Əliyevanın «Xocalı - ağrım mənim» şeirinə biganə qalan insan tapmaq mümkün deyil: «Sən bilirsən ağrı nədir? Bu- yıxılanda qışqırdığın «Oy!» deyil. Sevdiyinin xəyanəti də, haqsız yerə itələnmək də deyil. Ağrı - Xocalıdır. Bu-parçalanmış talelərdir. Bu-gecə vaxtı qaçmaqdır, …Bu-öz körpəsinin nəfəsindən doymadan, ondan ayrılmaqdır, Bu-əzabdır, möhnətdir, qırılmış inam, acı göz yaşlarıdır, Bu-bombalar altında haqsız ölümdür… Vətənpərvərlik fərdin sosiallaşmasında, şəxsiyyətin, onun insani keyfiyyətlərinin formalaşmasında əks olunur. Vətənpərvərlik dəyərlərinin bu baxımdan hərtərəfli dəstəklənməsi, onların inkişafına rəvac verilməsi milli mədəniyyətimizin, onun təkrarsızlığının qorunub saxlanmasının mühüm şərtidir. Qloballaşma proseslərinin minillik ənənələri sıxışdırıb, bəzən hətta sıradan çıxardığı, manqurtluq presedenti yaratdığı, öz tarixini bilməyən, «kütləvi mədəniyyət» okeanında üzən insanların meydana çıxdığı müasir dövrdə bu məsələ xüsusi aktuallıq kəsb edir. Vətənpərvərlik xalqın tarixi yaddaşının əks tərəfidir. Xalqın yaddaşını bu və ya digər vasitələrlə, məqsədyönlü ört-basdır etmək mümkün olduqda, tarixi istənilən şəkildə dəyişdirmək, ictimai şüurla manipulyasiya etmək, təhrif olunmuş geosiyasi transformasiyaları qəbul edən bütöv bir nəsil yetişdirmək olar. Vətənpərvərliyin ölkənin təhlükəsizliyi ilə birbaşa əlaqəsi onu ideoloji mübarizənin ciddi diqqət obyektinə çevirmişdir. Bununla əlaqədar olaraq, Azərbaycan vətənpərvərliyinin oturuşmuş qayda və üsullarına qarşı yönəlmiş mümkün xarici diversiyaları daim nəzərə almaq çox böyük əhəmiyyət kəsb edir. Vətənpərvərliyin əsaslarının «yuyulması» zamanla dövlətin də əsaslarını dağıdan təhlükəli bir işdir. Bu fəaliyyət əksər hallarda hakimiyyətdən narazı olan daxili düşmənlərin, başqa sözlə, «beşinci kolonun» əli ilə həyata keçirilir. Bir qayda olaraq, bunlar milli maraqlara, dövlətin siyasətinə qarşı çıxan siyasi qruplaşmalardır. Tarixdə «beşinci kolonun» dağıdıcı fəaliyyətinə aid çoxsaylı misallar vardır. Təkcə Sovet İttifaqının dağıdılmasını misal çəkmək kifayət edər. Yenidənqurma ideoloqları öz «fəaliyyətlərinə» məhz sovet vətənpərvərliyinin nüfuzdan salmaqla, sovet insanlarının fəxr etdiyi, qürur duyduğu hər şeyə qarşı sistematik alçaldıcı ideoloji iş aparmaqla başladılar. Təsadüfi deyil ki, erməni qəsbkarları indi də hərbi təcavüzü, əzəli Azərbaycan torpaqlarının işğalını maddi dəyərlərimizin mənimsənilməsi və ya onların tarixi mahiyyətinin yanlış şərh olunması ilə əlaqələndirməyə çalışırlar. Şübhəsiz ki, biz erməni mədəniyyətini inkar etmək fikrində deyilik. Lakin özlərini «qədim xalq» hesab edən ermənilər heç bir vicdan əzabı çəkmədən, yaxşı məlum olan tarixi faktların əksinə, özlərini Zaqafqaziyanın aborigenləri kimi təqdim edir, regionun həm maddi, həm də qeyri-maddi mədəniyyət abidələrini özününküləşdirirlər. Ermənilərin Rusiya imperiyası tərəfindən İran, Suriya və Türkiyə ərazilərindən ilk növbədə Azərbaycan xanlıqlarının ərazisinə köçürülməsi yaxşı məlumdur və bu barədə kifayət qədər tarixi sübutlar var. İranda səfir vəzifəsində çalışarkən Aleksandr Qriboyedovun çar I Nikolaya və başqa yüksək mənsəbli rus məmurlarına yazdığı məktublarını xatırlatmaq kifayətdir. Bu məktublar əslində on minlərlə erməni ailəsinin İrəvan və Qarabağ xanlıqlarının ərazisinə köçürülməsi barədə özünəməxsus bir hesabat idi. Çar Rusiyası tərəfindən idarə olunan bu miqrasiyanın gözlənilməz nəticələrindən biri də yerli əhalinin tədricən sıxışdırılması ilə yanaşı, onun mədəni irsinin məhv edilməsi və ya mənimsənilməsi oldu. Rusiyanın cənub istiqamətində ekspansiyası yenicə birləşdirilmiş torpaqlarda ermənilərin yerləşdirilməsi yolu ilə müsəlman mühitində «xristian» forpostlarının yaradılmasını nəzərdə tuturdu. Bu ideya ilk dəfə I Pyotr tərəfindən irəli sürülmüşdür. I Pyotrun 2 mart 1711-ci il tarixli məşhur Fərmanında deyilirdi: «Ermənilərə mümkün qədər mehriban münasibət göstərin və vəziyyətlərini yaxşılaşdırın ki, onların daha çox gəlmələri üçün həvəsləri olsun». Rusiya siyasətçiləri bu gün də həmin fərmana istinad edərək Ermənistianı özlərinin «həqiqi strateji tərəfdaşı» hesab edirlər. Lakin bu «strateji tərəfdaş» ilk növbədə, Zaqafqaziyanın, daha sonra isə Şimali Qafqazın əsrlərlə oturuşan etnik həyatına bir dissonans gətirdi. Hal-hazırda «erməni metastazı» artıq Rusiyanın cənub bölgələrinə də nüfuz etmişdir. Ermənilərin soxsaylı hiylələrini və sərsəmləmələrini bir kənara qoyaraq, XIX əsrin sonu - XX əsrin əvvəllərinin tanınmış rus tədqiqatçısı Vasili Veliçkonun Gürcüstanın qeyri-maddi mədəniyyət dəyərlərinin ermənilər tərəfindən mənimsənilməsi cəhdlərinə aid yazdıqlarını xatırlatmaq istərdim. O yazırdı: «Ermənilər gürcülərə məxsus məbədlərdə və monastırlarda onların izlərini silir və məhv edir, daşlarda olan gürcü yazılarını qazır və ya pozurlar, daşların özlərini tikililərdən çıxarır və erməni yazıları ilə əvəz edirlər». Görkəmli Azərbaycan alimi akademik Ziya Bünyadov özünün çoxsaylı əsərlərində göstərmişdir ki, qədim alban abidələrinə qarşı bu qəbildən olan diversiya xarakterli işləri ermənilər sistematik şəkildə Azərbaycan ərazisində də həyata keçirmişlər ki, sonradan bunların erməni mənşəli olduğunu sübuta yetirsinlər. XIX əsrin sonlarında məşhur gürcü mütəfəkkiri və yazıçısı İlya Çavçavadze Rusiya hakimiyyətini peyğəmbərcəsinə xəbərdar edirdi: «Zatı-aliləri, ermənilərin mərkəzi rus torpaqlarında məskunlaşmasına imkan verməyin. Onlar elə bir tayfadır ki, bir neçə on il yaşadıqdan sonra bütün dünyaya bağırmağa başlayacaqlar ki, bura onların dədə-baba torpaqlarıdır». Tarixi gerçəklik budur və o təsdiq edir ki, mənəvi, qeyri-maddi mədəni dəyərlərin xalqın təhlükəsizliyi, dövlətçiliyi ilə ayrılmazdır. Mübaliğəsiz deyə bilərik ki, ermənilərin mənəvi sahədə bu günki hiylələri bizim mədəniyyətimizə, azərbaycanlıların vətənpərvərliyinin əsaslarına qarşı yönəlmişdir. UNESKO-da Ermənistanı «Zaqafqaziyada qeyri-maddi dəyərlərin yeganə xəzinəsi» kimi təqdim etmək istəyənlərlə bu məsələ ətrafında ciddi mübahisələr gedir. Azərbaycan və Gürcüstan mədəniyyət xadimlərinə, bu ölkələrin UNESKO-da nümayəndələri ermənilərin hər cür təxribatlarına layiqli cavab verirlər. Azərbaycan Prezidenti və hökuməti, respublikanın vətəndaş cəmiyyəti institutları vətənpərvərliyin dəstəklənməsi, tərbiyə, təhsil, informasiya siyasəti sistemində, ictimai şüurun müxtəlif sahələrində vətənpərvərlik ideyalarının düşünülmüş şəkildə əks olunması istiqamətində yorulmadan, iri miqyaslı iş aparırlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd edir ki, «Azərbaycan cəmiyyəti vətənpərvər cəmiyyətdir… əxlaq, vətənpərvərlik, ləyaqət və milli qürur Azərbaycanın milli dəyərləridir… və biz onları qoruyacayıq». Vətənpərvərliyin dəstəklənməsi və formalaşdırılması üzrə Azərbaycanda aparılan işin gedişində respublikanın çoxmillətli və çoxkonfessiyalı olmasını daim nəzərə alınır. Metodoloji baxımdan belə bir fəaliyyət əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq konsepsiyası, tolerantlıq, etiqad azadlığı və multikulturalizm prinsipləri üzərində bərqərar olmuşdur. Azərbaycanda mədəniyyət müxtəlifliyinin dəyərini, onun əhəmiyyətini və prioritetini çox yaxşı dərk edirlər. Hal-hazırda respublikamız multikulturalizmin dövlət siyasəti statusu aldığı az sayda dövlətlər sırasına daxildir. Bu həm humanist, həm də müdrik bir siyasətdir. Əvvəla, bu siyasət separatizmin, milli ayrıseçkiliyin qarşısını almaqla, ölkənin təhlükəsizliyini möhkəmləndirir; ikincisi, müxtəlif mədəniyyətlərin nümayəndələrinin mənəvi və əqli potensialını inteqrasiya etməklə, əhalini yaratmağa, bütün cəmiyyətin maraqlarına cavab verən aktual sosial-iqtisadi problemlərin həllinə yönəldir. Çoxmillətli Azərbaycan şəraitində vahid vətənpərvərlik dəyərlərinin üstünlük təşkil etməsi burada əsrlərlə yaşayan xalqların tarixi bağlılığı ilə şərtlənir. Azərbaycan təcrübəsi əsl vətənpərvərlik nümayiş etdirir, xalqları ayırmır, birləşdirir. Azərbaycan multikulturalizmi vahid vətənpərvər cəmiyyətin təzahürüdür. Bizim veteranlarımız vətənpərvərlik tərbiyəsinin ön xəttində yer tuturlar. Onların məqsədyönlü və planlı fəaliyyəti Respublika Veteranlar Şurası tərəfindən təmin olunur. Veteranlar hər bir dövlətin qızıl fondunu, onun əsasını təşkil edir, xüsusi mənəvi iqlim formalaşdırır, yeni nəsillər üçün mənəvi oriyentirlər yaradırlar. Onların tarixi təcrübəsi, həyatın keşməkeşli yollarında sınaqdan çıxmış dəyər yanaşmaları və dünyagörüşləri siyasi və iqtisadi fəaliyyətin, mədəni inkişafın ölçü vahidinə çevrilir. Nəsillərin davamlılığı, varisliyi olmasa, dövlətin bütövlüyünü, milli mədəniyyət ənənələrini qoruyub saxlamaq olmaz. Veteranlar Şurası ən müxtəlif səviyyəli təhsil təsisatlarında, təşkilatlarda, müəssisələrində mütəmadi olaraq vətənpərvərlik tərbiyəsi, qloballaşma şəraitində şəxsiyyətin formalaşması məsələlərinə həsr olunmuş toplantılar keçirirlər. Biz öz fəaliyyətimizdə tərbiyəvi işin ən müxtəlif formalarından istifadə edirik. Tərəfimizdən müharibə dövrünün və müharibədən sonrakı illərin «Faşizmlə müharibə qəhrəmanları», «Xalqın arxa cəbhədə qəhrəman əməyi», «Sovet xalqının faşizm üzərində qələbəsinə Azərbaycanın töhfəsi» şüarları altında həyata keçirilən ən yaxşı inşa, şəkil və mahnılar üzrə qəhrəmanlıq və vətənpərvərlik müsabiqələri keçirilir. Bu müsabiqələrin qalibləri müxtəlif hədiyyələrlə və Fəxri fərmanlarla mükafatlandırılırlar. Təşkilatımızda çap materiallarının təbliğatı da yaxşı təşkil olunmuşdur. Öz qəzetimiz, jurnalımız nəşr olunur. Son illər Böyük Vətən Müharibəsinə həsr olunmuş 50-dən artıq kitab və toplu işıq üzü görmüşdür. Veteranlarımız mütəmadi olaraq Qarabağ cəbhəsinin ön mövqelərinə gedir, əsgərlər və komandirlər qarşısında çıxışlar edir, aparıcı artistlərin konsertlərini təşkil edir, kitablar, broşürlər və qəzetlər yayırlar. Veteranlarımız vacib sosial və siyasi məsələləri, Qarabağ münaqişəsinin mümkün həlli yollarını da müzakirə edirlər. Azərbaycanın Veteranlar təşkilatı respublikanın rus, ukrayna, belorus icmaları ilə fəal əlaqə saxlayır. Biz həm də MDB ölkələrinin səfirlikləri ilə əlaqə saxlayırıq. Xüsusilə, Rusiya səfirliyi ilə sıx əlaqələrimiz var. Rusiya səfirliyi daim Böyük Vətən müharibəsi veteranlarını dəstəkləyir, onlara sanatoriyalara putyovkalar verir, bayram qəbullarına və başqa tədbirlərə dəvət edir. Son illərdə Bakı və Xəzəryanı Patriarxı ilə əlaqələrimiz xeyli möhkəmlənmişdir və bu öz töhfəsini verməkdədir. Azərbaycanda vətənpərvərlik tərbiyəsi müasir dövrdə bir sıra ölkələrdə çiçəklənən faşizm ideologiyasına müqabil aparılır. Biz insanlığa, bəşəriyyətə nifrət hissləri yayan irqçilik ideologiyalarına biganə qala bilmərik. Respublikamızın prinsipial antifaşist mövqeyini nəzərə almaqla, «Müstəqil dövlətlərin veteranlarının ictimai təşkilatları Birliyi» Beynəlxalq ittifaqının qərarı ilə oktyabr ayında bizim Veteranlar Şurası bazasında sözügedən məsələyə həsr olunmuş iri miqyaslı beynəlxalq konfrans keçiriləcək. Onlarla dövlətin nümayəndəsi bu məqsədlə Bakıda toplaşacaq və “faşizm niyə təkrar olunur?” və “bu dəhşətli bəlanın qarşısını necə almaq olar?” suallarına cavab tapmağa çalışacaq... Cəlil Xəlilov, Azərbaycan Respublikası Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent.
Hamısını oxu“Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” İctimai Birliyi “Şəhid ailələri, müharibə veteranları və əlillərin sosial problemlərinin həllinə ictimai dəstək” layihəsi çərçivəsində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında tədbir keçirib. Tədbirdə Birliyin sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında İctimai Şuranın üzvü Rövşən Ağamalıyev çıxış edərək müəllifi olduğu layihə çərçivəsində görülən işlərdən danışıb. Qeyd edib ki, Qarabağ müharibəsi əlilləri, müharibə veteranları və şəhid ailələrinin sosial problemlərinin həlli daim dövlətin diqqət mərkəzindədir. Respublikamızda dayanıqlı iqtisadi inkişafa paralel olaraq daim güclənən sosial siyasət kursu Qarabağ müharibəsi əlilləri və şəhid ailələrini də əhatə edir. Hazırda şəhid ailələri, müharibə veteranları və əlillərin mənzil probleminin həlli istiqamətində mühüm addımlar atılır. Bu təbəqədən olan şəxslərin mənzil almaq üçün lazımi sənədlərin toplanması və siyahıya düşmək qaydaları barədə maarifləndirilməsi məqsədilə xüsusi sayt yaradılıb. Saytda bunun üçün tələb olunan bütün sənədlərin siyahısı yerləşdirilib. Həmçinin yaradılmış “qaynar xətt”ə də müraciət etmək imkanı yaradılıb. Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov bildirib ki, bu gün şəhid ailələrinin, müharibə veteranlarının, əlillərin sosial problemlərinin həlli dövlətin daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin bu təbəqələrdən olan insanların sosial rifah halının yaxşılaşdırılması məqsədilə ardıcıl imzaladığı fərman və sərəncamlar, dövlətimizin başçısının tapşırığı əsasında ildən-ilə gücləndirilən mühüm sosial proqramlar onların etibarlı sosial müdafiə sistemi, hərtərəfli dövlət qayğısı ilə əhatə olunmalarına şərait yaradıb. Bu tədbirlər sırasında Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin yeni mənzillərlə təminatı mühüm yer tutur. C.Xəlilov deyib ki, Respublika Veteranları Təşkilatı da şəhid ailələrinin, müharibə və silahlı qüvvələr veteranlarının, əlillərin tibbi-sosial məsələlərinin həlli istiqamətində səylə çalışır. Digər çıxışlarda da bu istiqamətdə görülən işlərdən danışılıb, Azərbaycan dövlətinin bu sahəyə diqqət və qayğısının minnətdarlıq hissi ilə qarşılandığı vurğulanıb.
Hamısını oxuСекретариат Международного консультативного комитета организаций офицеров запаса и резерва проводит Международный конкурс фотографий членов МКК под девизом «Мир глазами военных вне службы. Красота спасет мир». Просим для участия в конкурсе направить в Оргкомитет конкурса авторские оригинальные фотографии в электронном виде, отражающие мир глазами военных вне службы, фотомгновения, зафиксированные фотолюбителями членами Вашей организации по темам сюжетов, природа, люди, искусство. В конкурсе не участвуют фотографии военной тематики. Сроки представления фотографий в Оргкомитет - до 15 октября 2017 г. Количество фотографий одного автора — до 10 штук. Фотографии, участвующие в конкурсе, будут размещены на сайте МКК (www.iacro.ru). 25 октября 2017 года фотографии будут направлены во все организации, входящие в МКК для их оценок по 5 бальной системе. Сроки направления в Секретариат МКК оценок фотографий - до 10 ноября 2017г. Победителями конкурса (1,2 и 3 места) станут авторы фотографий, получившие наибольшее число голосов по итогам оценок в организациях. Итоги конкурса будут объявлены на сайте МКК 25 ноября 2017г. Победители конкурса награждаются Дипломами. Контактное лицо: Анатолий Кумахов, Генеральный секретарь Международного консультативного Комитета организаций офицеров запаса и резерва. Секретариат МКК: 30, Улица Маршала Прошлякова, Москва, 123458, Россия E-mail: iасго@mail.ru www.iacro.ru Mobile: +7 (926) 206-84-25 Tel: +7 (499) 550-00-87
Hamısını oxu12 sentyabr 2017-ci ildə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclası keçirilmişdir. Gündəliyinə uyğun olaraq, iclasda Respublika Veteranlar Təşkilatının fəaliyyətinin gücləndirilməsi barəsində məsələ müzakirə edilmişdir. RVT-nin sədr müavini, ehtiyatda olan polkovnik C.Xəlilov Təşkilatın son aylardakı fəaliyyəti, mövcud vəziyyət və qarşıda duran vəzifələrlə əlaqədar məruzə ilə çıxış etmişdir. İclas iştirakçıları ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən Respublika Veteranlar Təşkilatının 2017-ci üzrə fəaliyyətini yüksək qiymətləndirmiş, veteranların sosial-hüquqi müdafiəsinin gücləndirilməsi, gənclətrin hərbi vətənpərvərlik, dövlətçilik ruhunda tərbiyəsinin təşkili və s. istiqamətlərdə gördüyü işləri qənaətbəxş hesab etmişlər. Eyni zamanda, Respublika Veteranlar Təşkilatı sədrinin səhhəti ilə əlaqədar Təşkilatın gündəlik fəaliyyəti ilə bağlı bəzi məsələlərin daha operativ həllində çətinliklərin yaranması qeyd olunmuşdur. RVT-nin ümumi fəaliyyətinin gücləındirilməsi zərurəti nəzərə alınaraq, istefada olan general-mayor Dadaş Rzayevin müalicəsinin davam etdirilməsi və Respublika Veteranlar Təşkilatının sədri vəzifəsindən azad olunması məqsədəuyğun hesab edilmişdir. Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin üzvləri tərəfindən Respublika Veteranlar Təşkilatının sədri vəzifəsinin icrasının istefada olan general-polkovnik Tofiq Ağahüseynova həvalə edilməsi təklif olunmuşdur. Hər iki təklif səsə qoyularaq, yekdilliklə qərar qəbul olunmuşdur.
Hamısını oxuSovet dövründə bizim xeyli tanınmış hərbi sərkərdəmiz olub. Onların sıra-sında general-leytenant Hüseyn Rəsulbəyovun xüsusi yeri və dəsti-xətti vardır. Müharibədən əvvəl təhsil və əmək fəaliyyətə başlaması, texniki işlərlə məşğul olması, hərbi akademiyanı bitirdikdən sonra döyüşən orduya, müharibəyə yollanması, orada özünü əsl komandir və mütəxəssis kimi göstərməsi onun peşəkarlığından və parlaq gələcəyindən xəbər verirdi. Bir məsələni açıq şəkildə söyləmək istəyirəm. Sovetlər dönəmində qeyri-slavyan millətindən olan insanların ali vəzifələrə təyin olunması, yüksək rütbələr alması heç də asan məsələ deyildi; səbəb də o idi ki, qeyri-slavyan millətindən olan insanlara o qədər də inanmırdılar. Bu stereotipləri qırmaq yüksək professionallıq tələb edirdi, gərək digərlərindən mütləq dərəcədə fərqlənəydin ki, səni yüksək vəzifəyə təyin edəydilər. Uzun müddət işinlə, əməlinlə sübut yetirməliydin ki, sən professionalsan, sən düzgün insansan, sən ədalətlisən, sən işini bilənsən, yüksək təşkilatçılıq bacarığın var, idarəetmə qabiliyyətinə maliksən. Bu xüsusiyyətlərə malik olmaq sovet dövründə asan məsələ deyildi və Hüseyn Rəsulbəyov general-leytenant rütbəsinə yüksələrək Azərbaycanın adını xeyli ucaltmışdır. Rəsulbəyov 1941-ci ilə Moskvada F.E. Dzerjinski adına Hərbi Mühəndislik Akademiyanı bitirmiş ilk azərbaycanlı olub. O, hava hücumundan müdafiə sisteminin zenit-raket qoşunlarının komandanı vəzifəsinə yüksəlmiş yeganə azərbaycanlıdır. Rəsulbəyov sayılıb-seçilən generallardan idi. Hər bir Azərbaycan gənci üçün, hər bir Azərbaycan zabiti üçün onun 40 illik xidmət dövrü gözəl bir nümunədir. Ona görə də tarixdə belə şəxsiyyətlər qalmalıdır və qalır. Onun keçdiyi həyat yolu, fəaliyyəti dərindən öyrənilib gənclərimizə, zabitlərimizə, əsgərlərimizə çatdırılmalıdır. Azərbaycan ictimaiyyəti onun haqqında geniş məlumata malik olmalıdır. General-leytenant H. Rəsulbəyov həm Moskvada, həm də keçmiş Sovet İttifaqının müxtəlif yerlərində, hətta uzaq Misirdə, Qvineya-Bisauda, Əfqanıstanda və digər xarici ölkələrdə xidmət etmişdir. Hərbi xidmətdən sonra Azərbaycanın rabitə naziri vəzifəsinə təyin edilən Hüseyn Rəsulbəyov bu sahədə də böyük uğurlara imza atıb. Onun Azərbaycanın şəhər və kəndlərinin telefonlaşmasında, radio-televiziyanın maddi-texniki bazasının möhkəmlənməsi və yenilənməsində xüsusi xidmətləri olmuşdur. Qədirbilən Azərbaycan xalqı general-leytenant Hüseyn Rəsulbəyovun ölkəmiz qarşısında xidmətlərini heç vaxt unutmayacaqdır. Mən də 40 ildən artıq hərbi sahədə xidmət etmişəm. Biz kursantlar vaxtilə belə sərkərdələrin adını eşidəndə, azərbaycanlılar arasında belə generalların çıxmasını görəndə çox sevinir və fəxr edirdik. Onlar həmişə bizim fəxrimiz, tariximizdilər, Azərbaycan tarixində xüsusi xidmətləri olan insanlardılar. Bunları biz heç vaxt unutmamalıyıq. General-leytenant Hüseyn Rəsulbəyov Vətənimiz üçün yüzlərlə peşəkar hərbiçinin yetişdirilməsində iştirak etmiş, Azərbaycanın inkişafı üçün önəmli addımlar atmışlar. Azərbaycanda rabitə kommunikasiyaların qurulmasında da onun böyük xidmətləri var. Ona görə biz ona minnətdarıq, fəxr edirik ki, Azərbaycan tarixində belə generallar var. Çox istəyərdik ki, general arzusunda olan zabitlərimiz, əsgərlərimiz, gənclərimiz elə insanların həyat yolunu özlərinə nümunə götürsünlər, onlar kimi çətinlikləri keçməyi, hörmət qazanmağı bacarsınlar. Görkəmli sərkərdə və dövlət xadimi general-leytenant Hüseyn Rəsulbəyov Azərbaycan tarixində, onun hərbi salnaməsində əbədi olaraq yaşayacaqdır. Polkovnik Cəlil XƏLİLOV, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru
Hamısını oxuAdil İsmayıl oğlu Haqverdiyev 1942-ci il avqustun 20 -də Cəbrayıl rayonunun Dağtumas kəndində anadan olmuşdur. O, Azərbaycan Silahlı Qüvvələrinin təcrübəli hərbiçisi, Əfqanıstan və Qarabağ müharibəsi veteranıdır. Tədbirdə Müdafiə Nazirliyinin ictimai əlaqələr və mədən-kütləvi iş şöbəsinin rəisi polkovnik-leytenant Etbar Əliyev, veteranlar, yubliyarın xidmət, eləcə də, döyüş yoldaşları, Respublika Veteranlar Təşkilatının kollektivi və digər şəxslər iştirak etmişdirlər. Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov açaraq Adil Haqverdiyin keçdiyi həyat yolundan, xidmət illərindən, bu gün gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsindəki fəaliyyətindən danışaraq demişdir: “Adil Haqverdiyevin peşəkar hərbçi kimi həyatının 40 ilə yaxın bir dövrü ordu ilə, Silahlı Qüvvələrlə bağlı olmuşdur. Öz istəyilə seçdiyi bu mürəkkəb və şərəfli yol Xarkov Ali Hərbi Tank qosunları komandanlığı məktəbini bitirdiyi 1964-cü ildən başlanmış, Ukraynadan, Rusiya Federasiyasından, Moldavadan, Özbəkistandan, Əfqanıstandan keçərək, nəhayət doğma Azərbaycana qədər uzanmışdır. Müxtəlif hərbi hissələrdə yüksək vəzifələr tutmuş, Əfqanıstanda, Qarabağda döyüş əməliyyatlarında işturak etmiş, hərbi tədrislə məşğul olduğu illərdə də eyni həvəs və məsuliyyətlə çalışmış, vəzifə borcuna daim sadiq qalmışdır. 1975-ci ildə Moskvada M.B Frunze adına Hərbi Akademiyanı bitirmiş azsaylı azərbaycanlılardan biri kimi Vətənin çətin günündə övladlıq borcunu layiqincə yerinə yetirmiş, öz biliyini, təcrübəni doğma Azərbaycan torpaqlarının müdafiəsinə həsr etmiş, 2 dəfə yaralansada da öz postunu tərk etməmişdir. Xidməti vəzifələrin öhdəsindən layiqincə gəldiyinizə görə, A.Haqverdiyev komandanlıq tərəfindən dəfələrlə müxtəlif mükafatlara, təltiflərə layiq görülmüşdür. A.Haqverdiyevin 2015-ci ildən bugünədək Respublika Veteranlar Təşkilatının şöbə müdiri kimi gənclərin hərbi vətənpərvərlik tərbiyəsi sahəsində ardıcıl və səmərəli fəaliyyət göstərir. Hazırda 75 yaşının tamam olduğu vaxtda da yenə sırada olmaqla, gənc peşəkarlar nəslinin yetişdirilməsində yaxından iştirak edir, bilik və bacarığını əsigəmir”. Daha sonra Müdafiə Nazirliyinin əməkdaşı polkovnik-leytenant Etbar Əliyev və digər qonaqlar çıxış edərək, yubliyarla bağlı xatirələrini danışıb Adil Haqverdiyevi bir daha ürəkdən təbrik edib, ona fəaliyyətində uğurlar arzuladılar. Tədbirin sonunda söz yubiliyara verildi. Adil Haqverdiyev xoş sözlərə görə minnətdarlığını ifadə edərək, peşəkar hərbiçi kimi torpaqlarımızın azadlığı uğrunda hər zaman döyüşməyə hazır olduğunu və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi üçün bundan sonra da əlindən gələni əsirgəməyəcəyini bildirdi.
Hamısını oxuİyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyevin Soçidə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü iki ölkə arasında əməkdaşlığın daim yüksələn xətt üzrə davam etdiyini göstərir. Bu görüş xüsusilə son dövrlər Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əlaqələrin inkişafında guya problemlərin olması ilə bağlı bəzi məkrli qüvvələrin məqsədli şəkildə yaydıqları fikirlərin əsassızlığını bir daha təsdiqlədi. Bu fikirləri Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov AZƏRTAC-a müsahibəsində bildirib. Azərbaycan Prezidentinin Rusiyaya səfərinin mühüm əhəmiyyət daşıdığını göstərən bir neçə amili qeyd edən C.Xəlilov deyib: “Bunlardan birincisi prezidentlərin regionda hazırda həqiqətən də, sadə olmayan vəziyyət və ondan çıxış yollarının tapılması, təhlükəsizliyin möhkəmləndirilməsi, eləcə də ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün birgə planların həyata keçirilməsi perspektivlərini müzakirə etmələridir”. Respublika Veteranlar Təşkilatının sədr müavini deyib ki, ikinci mühüm amil görüşdə beynəlxalq və regional problematika ətrafında fikir mübadiləsi kontekstində Azərbaycan üçün prioritet olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlərin müzakirə olunmasıdır. Bu sırada, həmçinin Azərbaycan Prezidentinin Rusiya ilə münasibətlərin yüksək səviyyəsini, siyasi, ticari-iqtisadi, humanitar sahələrdə əməkdaşlığın fəal surətdə aparıldığını qeyd edərək, indiki görüşün bu sahədə yaxşı impuls olacağını bildirməsidir. Belə ki, xüsusilə iki ölkənin nəqliyyat və energetika sahələrində yaxşı əməkdaşlıq perspektivlərinə malik olduğunu vurğulayan Azərbaycan Prezidenti qarşılıqlı münasibətlərin həyatın praktiki olaraq bütün sahələrini əhatə etdiyini diqqətə çatdırıb. “Nəhayət, Azərbaycan-Rusiya prezidentlərinin Soçi görüşü ölkələrimiz arasında münasibətlərə kölgə salmaq istəyən qüvvələrin məkrli plan və niyyətlərinin heç bir perspektivinin olmadığını, bütün bunların puç və mənasız olduğunu qəti şəkildə təsdiqlədi. Strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğundan xəbər verən belə görüşlərin iki ölkə arasında dostluq münasibətlərinin inkişafına mühüm təsir göstərdiyi şübhəsizdir. Məhz bu baxımdan dövlət başçıları strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildiriblər. Bəli, bu görüş bir daha göstərdi ki, xalqlarımızın və dövlətlərimizin iradəsini əks etdirən Azərbaycan-Rusiya münasibətləri sağlam məcrada inkişaf edir və yaxşı perspektivlərə malikdir”, - deyə ehtiyatda olan polkovnik vurğulayıb.
Hamısını oxuAzərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Milli Mətbuatın 142 illiyi ərəfəsində - Milli Mətbuat və Jurnalistika Günü münasibəti ilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan sədr müavini, e.o polkovnik Cəlil Xəlilov ölkəmizin jurnalist ictimaiyyətini, Təşkilatın əməkdaşlıq etdiyi media qrumlarının nümayəndələrini və Respublika Veteranlar Təşkilatının mətbu orqanı olan “Azərbaycan Veteranı” qəzetinin əməkdaşlarını Milli Mətbuat və Jurnalistika Günü münasibətilə təbrik edib, onlara cansağlığı, məsuliyyətli və şərəfli işlərində yeni-yeni uğurlar arzulayıb. Natiq bu günün önəmindən danışaraq vurğulayib ki: “Azərbaycan milli mətbuatının yaranmasında Həsən bəy Zərdabinin və onun yaratdığı "Əkinçi" qəzetinin müstəsna rolu və əhəmiyyəti vardır. Azərbaycanda mətbuat siyasəti "Azad söz azad cəmiyyətin təməl daşıdır" prinsipi əsas meyar kimi götürülməklə müəyyənləşmişdir. Bu gün ölkə rəhbərliyi jurnalistləri xüsusi qayğı ilə əhatə edir. Dövlət başçısı jurnalistlərin sosial-iqtisadi, mənzil-məişət problemlərinin həlli istiqamətində mütəmadi olaraq sərəncamlar verir, tapşırıq və göstərişlərini çatdırır. Bu il Milli Mətbuat Günü ərəfəsində jurnalistlər üçün 255 mənzilli binanın istifadəyə verilməsi bunun bariz nümunəsidir. Bu gün təməli qoyulan növbəti bina isə, yaxın illərdə jurnalistlərin ixtiyarına veriləcəkdir. Tədbirin sonunda Respublika Veteranlar Təşkilatının İctimaiyyətlə əlaqələr və analitik informasiya bölməsinin rəhbəri və “Azərbaycan Veteranı” qəzetinin kollektivi Mətbuat Günü münasibətilə mükafatlandırılmışdır.
Hamısını oxu