Ən son xəbərlər
Azərbaycanın hərb tarixində İkinci Dünya müharibəsində azərbaycanlıların göstərdiyi qəhrəmanlığın xüsusi yeri vardır. Ancaq alman faşizmi üzərində tarixi qələbədən 71 ildən artıq vaxt keçməsinə baxmayaraq, həmin müharibədə iştirak etmiş azərbaycanlıların bir hissəsinin taleyi bugünədək aydınlaşmamış qalır. Onlar arasında keçmiş SSRİ-nin bir sıra ərazilərində, o cümlədən Moldovada döyüşənlər də olmuşdur. Moldova Respublikasında Azərbaycanın bu ölkədəki səfirliyinin yaxından iştirakı ilə aparılan araşdırmalar nəticəsində vaxtılə itkin düşmüş sayılan soydaşlarımızdan 206 nəfərinin taleyinə aydınlıq gətirilmiş, onların kimlikləri, təvəllüd tarixləri, rütbələri, hərbi xidmətə çağrıldıqları tarix, məntəqələr, dəfn yerləri müəyyən olunmuş, sənədlərinin saxlandığı arxivlər dəqiqləşdirilmişdir. Bu münasibətlə keçirilən tədbir başlanmazdan əvvəl Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.Tədbirdə, Moldova Respublikasının Azərbaycandakı səfiri cənab George Luka, Türkiyənin Müharibə Veteranları Dərnəyinin Qars vilayəti üzrə rəhbərləri Yüksəl Öztürk, Munis Acay və Məvlud Kara, Azərbaycanın Moldova Respublikasındakı sabiq səfiri Namiq Əliyev, Azərbaycan Respublikası 2 saylı İnzibati İqtisad məhkəməsinin sədri Çingiz Bəşirov, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitunun direktor müavini, professor Cəbi Bəhramov, Respublika Hərbi Prokurorluğunun şöbə rəisi ədliyyə polkovniki Toğrul Hüseynov, İkinci Dünya, Qarabağ, Əfqanıstan müharibəsi, əmək və Silahlı Qüvvələr veteranları, ziyalılar, gənclər, media nümayəndələri iştirak etmişlər. Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov açaraq demişdir: “II Dünya müharibəsində faşizm üzərində qələbəyə Azərbaycan böyük töhfə vermişdir. Azərbaycanlılar bu müharibədə əsl rəşadət, igidlik göstərmiş, onlardan 127 nəfəri Sovet İttifaqı qəhrəmanı adına, on minlərlə soydaşımız orden və medallara layiq görülmüşlər. Azərbaycanlıların döyüş yolu həm də Moldovadan, bu torpaqların faşist işğalından azad Azərbaycanın Moldova Respublikasındakı səfirliyinin yaxından iştirakı ilə aparılan araşdırmalar nəticəsində vaxtılə itkin düşmüş sayılan soydaşlarımızdan 206 nəfərinin taleyinə aydınlıq gətirilməsi çox böyük hadisədir.Respublika Veteranlar Təşkilatı II Dünya, Qarabağ, Əfqanıstan müharibələrində döyüşmüş, həlak olmuş, itkin düşmüş əsgər və zabitlərimizin taleyinə aydınlıq gətirilməsi istiqamətində ardıcıl iş aparır. Ötən il Moldova Respublikasında və Rusiya Federasiyası ərazisində həlak olmuş azərbaycanlı döyüşçülərin dəfn edildikləri yerlərin müəyyən olunması bizi olduqca sevindirdi. Artıq qələbə günündə, digər bayramlarda həmin ərazilərdə yaşayan soydaşlarımız, eləcə də yerli ictimaiyyətin nümayəndələri həmin məzarları ziyarət edirlər, üstünə gül dəstəsi qoyurlar. Bu imkan, döyüşmü ruhlarının şad olması həmin insanların doğmaları, yaxınları ilə yanaşı bizim hər birimizin qəlbini sevindirir. Allah onlara rəhmət eləsin”. Azərbaycanın Moldova Respublikasındakı sabiq səfiri Namiq Əliyev öz çıxışında soydaşlarımızdan 206 nəfərinin taleyinə aydınlıq gətirilməsində Moldova Respublikasının dövlət orqanlarının göstərdiyi köməklikdən, səfirliyin bu istiqamətdəki fəaliyyətindən danışdı. Bu insanların taleyinin aydınlaşdırılmasının doğurduğu hisslərin əvəzedilməz olduğunu vurğuladı.Çıxış edən İkinci Dünya müharibəsi veteranı A.A.Qritçenko cəbhə xatirələrini yada saldı, döyüşçülərimizin şücayətindən, rəşadətindən danışdı. Bildirdi ki, Azərbaycanın öz döyüşçü oğullarını unutmaması, onların taleyinə gec də olsa aydınlıq gətirilməsi təqdirəlayiq işdir. Respublika Veteranlar Təşkilatının bu fəaliyyətlərə yaxından dəstək verməsi, belə tədbirlər keçirməsinin gənclərin hərbi vətənpərvərlik tərbiyəsində çox böyük rolu vardır.Çıxış edən II dünya müharibəsində Moldovoda döyüşmüş Veteran İsmayıl Fərəcov müharibə ilə bağlı xatirələrini bölüşdü.Moldova Respublikasında döyüşlərdə həlak olmuş Sumqayıt şəhərindən cəbhəyə yola düşmüş Rzayev Oruc Şirin oğlunun, Xəzər rayonundan cəbhəyə getmiş Abbasov Vəli Abbas oğlunun yaxınları (Rzayev Oruc Şirin oğlunun bacısı oğlu Sərxan, Abbasov Vəli Abas oğlunun qardaşı oğlu Abasov Vəli İmaməli və onun qardaşı Əfqan) çıxış edərək doğmalarının taleyinə aydınlıq gətirilməsinə, xeyirxah işə görə Azərbaycanın Moldova Respublikasındakı səfirliyinin əməkdaşlarına öz minnətdarlığını çatdırdılar, bunun Vətən qarşısında həqiqi xidmət olduğunu bildirdilər.Daha sonra çıxış edənlər Azərbaycanın İkinci Dünya müharibəsində iştirakından, azərbaycanlıların keçdiyi döyüş yolundan bəhs etdilər, Moldova Respublikasında Azərbaycanın bu ölkədəki səfirliyinin yaxından iştirakı ilə aparılan araşdırmalar nəticəsində vaxtılə itkin düşmüş sayılan soydaşlarımızdan 206 nəfərinin taleyinə aydınlıq gətirilməsini böyük hadisə kimi qiymətləndirərək bu xeyirxah işdə, eləcə də “Xatirə kitabı”nın hazırlanmasında əməyi olanların hamısına dərin təşəkkürlərini bidirdilər. Tədbirin sonunda bir neçə şəxs Respublika Veteranlar Təşkilatının təsis etdiyi yubiley medallarları ilə təltif edildilər.
Hamısını oxuMustafa Nəsirov SSRİ dövründə bir sıra məsul hərbi vəzifələr tutmuş, ölkəmiz müstəqillik əldə etdikdən sonra isə hərb işinin inkişafında, sərhəd qoşunlarının formalaşdırılmasıda xidmətləri olmuşdur. Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov açaraq demişdir: Mustafa Nəsirov, onun keçdiyi zəngin və şərəfli həyat yolu haqqında izlədiyimiz filmdə tam da olmasa, bir çjö epizodlar öz əksini tapmışdır. Şübhə etmirəm ki, yvbilyarın burada iştirak edən həmkarları, dostları, ailə üzvləri öz çıxışlarında bu böyük insanın keçdiyi həyat yoluna geniş nəzər salınacaqlar. Buna görə də mən qısa danışmaqla, bu yolun yalnız bəzi məqamlarını sizə xatırlatmaq istəyirəm. Onun II Dünya müharibəsində əsl Azərbaycanlı rəşadəti göstərməsini və bütün həyatı boyu bu ənənəsinə sadiq qalmasını xüsusi vurğulamaq istərdim. 1942-ci ildə döyüş cəbhəsindən Saratov Sərhəd Qoşunlarının hərbi məktəbinə göndərilən Mustafa Nəsirov bütün həyatını bu şərəfli peşəyə həsr etmişdir. Azərbaycan və Zaqafqaziya sərhəd dairələrinin qərargahlarında müxtəlif vəzifələrdə xidmət göstərmişdir. Göytəpə Sərhəd Dəstəsinin qərargah rəisi və Neftçala Sərhəd Dəstəsinin rəisi vəzifələrində çalışmışdır. M.Nəsirov 1962-1968-ci illərdə Naxçıvan Sərhəd Dəstəsinin rəisi olmuşdur. 1968-ci ilin oktyabrından ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Zaqafqaziya Sərhəd Dairəsinin hərbi əməliyyat şöbəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir. 1972-ci ilin dekabrından Bakıda HƏŞ-nin rəisi, SSRİ DTK – nin Zaqafqaziya sərhəd dairəsinin rəis müavini, dairənin Hərbi Şurasının və Azərbaycan Respublikası DTK-nin kolleqiyasının üzvü olmuşdur. 1977-ci ildə SSRİ Hərbi Qüvvələrinin Baş Qərargahı nəznindəki Akademiyada rəhbər heyətinin təkmilləşdirilməsi üzrə ali akademik kurslarını bitirmişdir. Mustafa Nəsirov 1993-cü ilin avqustunda Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin sərhəd məsələləri üzrə baş məsləhətçisi təyin olunmuş və bu vəzifədə 1995-ci ilin iyuluna qədər işləmişdir. 1994-cü ildən 1995-ci ilə qədər MDB ölkələri iştirakçılarının parlamentarası Assambleyasının üzvü, mühafizə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyanın sədri olmuşdur. Bir faktı fəxrlə qeyd etmək lazımdır ki, o, sovet dövründə sərhəd qoşunlarında ilk azərbaycanlı zabit olmuşdur. General-mayor M.C.Nəsirov 1987-ci ilin iyununda 65 yaşında istefaya çıxmışdır. M.Nəsirov Respublikamızda veteran hərəkətinin inkişafına da böyük tövhələr vermişdir. Bu gün biz qürurla deyə bilərik ki Mustafa Nəsirov 1987-ci ilin mart ayında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının ilk sədri seçilmişdir. Onun veteranlara göstərdiyi diqqət və qayğı ilə bugünki veteran hərəkatının təməli olmuşdur. Biz, Mustafa Nəsirovun Bakı Təşkilatından Respublika səviyyəsinə yüksəltdiyi təşkilatda fəaliyyət göstərməyimizdən qürür duyur, onun yaratdığı ənənələri bu gün də yaşatmağa çalışırıq. Mustafa Nəsirovun həyat və fəaliyyətindən bəhs edən bir neçə kitab yazılmış, sənədli və bədi film çəkilmişdir. Vətən qarşısındakı xidmətlərinə Mustafa Nəsirov Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülmüşdür. Veteranlar heç bir zaman bu böyük insanın Azərbaycan naminə xidmətlərini unutmurlar. O bizim qəlbimizdə bu gün də yaşayır, sabah da yaşayacaq və nəsillərə nümunə kimi tanıdılacaqdır”. Daha sonra çıxış üçün söz İctimai Televiziya və Radio yayımları şirkətinin direktoru Cəmil Quliyevə verildi. C.Quliyev M.Nəsirovun xidmətlərindən, həmçinin ictimai fəaliyyətindən bəhs etdi. General-mayor Abbasəli Novruzov Mustafa Nəsirovla bağlı xoş xatirələrini yada saldı, onun peşəkar hərbiçi olmasından, əsl sərhədçi rəşadətindən danışdı. Bildirdi ki, müstəqil Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının qurulmasında və inkişafında M.Nəsirovun danılmaz rolu olmuşdur. A.A.Qritçenko, Soltan Məmmədov və başqaları çıxışlarında Mustafa Nəsirovun keçdiyi mənalı ömür yolundan bəhs etdi. Onunla bağlı xatirələrini çatdırdılar. Tədbirin sonunda bir neçə şəxs Respublika Veteranlar Təşkilatının təsis etdiyi yubiley medallarları ilə təltif edildilər. Daha sonra general-mayor Mustafa Nəsirov haqqında film nümaiş olundu.
Hamısını oxuOktyabrın 14-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında dövlət müstəqilliyimizin bərpasının 25-ci ildönümünə həsr edilmiş “Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir” mövzusunda tədbir keçirilib.Tədbirdə müharibə, əmək və Silahlı Qüvvələr və Qarabağ müharibəsi veteranları, ictimai təşkilatların nümayəndələri, ziyalılar, gənclər və media təmsilçiləri iştirak ediblər. Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış edərək bildirib ki, tədbir Prezident İlham Əliyevin oktyabrın 11-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında imzaladığı Sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar təşkil edilib. Azərbaycanın müstəqillik günü ölkə daxilində olduğu kimi, xaricdə də qeyd edilir. Ötən 25 il ərzində Azərbaycan siyasi, iqtisadi, hərbi və digər sahələrdə böyük nailiyyətlər əldə edib. O, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik edib.Qeyd edilib ki, Azərbaycan xalqı 70 ildən çox müddətdə sovet imperiyasının tərkibində azadlıq, müstəqillik arzusu ilə yaşayıb. Nəhayət XX əsrin sonlarında SSRİ-nin süqutu müstəqilliyin bərpasına tarixi imkan yaradıb. 1988-ci ilin fevralından başlanan meydan hərəkatı Azərbaycan xalqının əzəli arzusu olan dövlət müstəqilliyinə qovuşmaq ideyası ilə geniş vüsət almışdı. Ulu öndər Heydər Əliyevin 20 Yanvar hadisələrinin ertəsi günü etiraz olaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyindəki mətbuat konfransında xalqımıza qarşı törədilən qanlı faciəyə siyasi qiymət verməsi müstəqillik uğrunda mübarizəyə yeni təkan verdi. Azərbaycan bundan sonra daha böyük inad və inamla müstəqilliyə doğru irəlilədi. 1991-ci il oktyabrın 18-də Respublika Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Beləliklə, xalqımız uzun illərdən bəri can atdığı azadlığına, müstəqilliyinə qovuşdu. Müstəqillik qazanılsa da, 1993-cü ilin ortalarına doğru hakimiyyət böhranı, vətəndaş müharibəsinə zəmin yaranması, müxtəlif bölgələrdə separatçılıq meyillərinin baş qaldırması Azərbaycanı müstəqil bir dövlət kimi parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qoydu. Azərbaycanın böyük oğlu Heydər Əliyevin xalqın bu ağır günlərində hakimiyyətə gəlməsi daxili, xarici düşmənlərimizin bütün planlarını iflasa uğratdı. Dövlət strukturlarının yaradılması, idarəetmə mexanizminin təkmilləşdirilməsi Azərbaycanın inkişafına müsbət təsir göstərdi. Xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını aldı. Azərbaycan gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizin iqtisadi inkişafına təkan verdi.Diqqətə çatdırılıb ki, müstəqillik dövründə ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlər Azərbaycanın müdafiə potensialını gücləndirib. Azərbaycan müdafiə sənayesinin inkişafı Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsinə zəmin yaradıb və ordunun döyüş qabiliyyətini artırıb. Ermənistanın təxribatçı fəaliyyəti səbəbindən cari ilin aprelində cəbhədə baş verən hadisələrin nəticələri Qafqazda ən güclü orduya malik olduğumuzu bir daha təsdiq etdi.Veteranlarımıza dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışan Cəlil Xəlilov vurğulayıb ki, hərtərəfli qayğı ilə əhatə olunan veteranlarımız bu gün bütün sosial şəraitlə təmin ediliblər.“Hazırda Azərbaycan Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın sürətlə inkişaf edən qüdrətli, sabit ölkələrindən birinə çevrilib, müxtəlif sahələrdə böyük nailiyyətlər qazanıb. Bu gün müstəqilliyimizi qoruyub saxlamaq, möhkəmləndirmək və inkişaf etdirmək hər bir vətəndaşın borcudur. Hər bir Azərbaycan vətəndaşının qarşısında duran əsas vəzifələrdən biri bunu qürur mənbəyinə çevirməkdir”, - deyə Cəlil Xəlilov vurğulayıb.Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova tədbirdə çıxış edərək müstəqillik illərində ölkəmizin böyük nailiyyətlər qazandığını söyləyib. O vurğulayıb ki, bu gün Azərbaycan beynəlxalq aləmdə söz sahibi olan ölkəyə çevrilib.F.Hüseynova bildirib ki, dövlət müstəqilliyimizin qorunmasında veteranların da xidmətləri böyükdür. Onlar gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayırlar. Veteranlarımızda olan Vətən sevgisi hər bir azərbaycanlıda olmalıdır.Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini gündən-günə inkişaf edən ölkəmizdə şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlara hər zaman yüksək diqqət və qayğı, hərtərəfli yardım göstərildiyini vurğulayıb.Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Rasim Mirzəyev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq kafedrasının professoru Bəhram Zahidov, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun elmi katibi, professor Bədirxan Əhmədov məruzə ilə çıxış edərək dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizin ictimai-siyasi həyatında baş verən hadisələrdən, müstəqil Azərbaycanın davamlı inkişafının təmin edilməsində və dünyada nüfuzunun artmasında həyata keçirilən uğurlu strategiyanın nəticələrindən danışıblar. Sonda ölkənin ictimai-siyasi həyatında fəal iştiraklarına və Azərbaycan gənclərinin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsindəki xidmətlərinə görə bir qrup şəxsə Respublika Veteranları Təşkilatı Rəyasət Heyətinin təsis etdiyi medallar təqdim edilib.
Hamısını oxuAzərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qarabağ uğrunda döyüşlərin qəhrəmanlarını tanıyaq və tanıdaq!” adlı layihənin icrasını təmin etmək məqsədi ilə 02 sentyabr 2016-cı il tarixdə Şəki şəhərində seminar–müşavirə keçirtmişdir. Layihınin rəhbəri - Respublika Veteranlar Təşkilatının sədri ehtiyatda olan general- mayor Dadaş Qərib oğlu Rzayevdir. Seminar –müşavirəni Respublika Veteranlar Təşkilatın sədr müavini polkovnik Cəlil Malik oğlu Xəlilov açaraq layihə haqqında məlumat verib. Layihə Oarabağ uğrunda müharibədə şücaət göstərərək Azərbaycanın Milli Qəhrəmanları adına layiq görülmüş, eyni zamanda, 2016-cı ilin aprel ayında şəhid olan hərbçilərimizin həyatından və döyüş yolundan bəhs edir. Layihənin əsas mahiyyəti xalqımızın qəhrəmanlıq tarixində mühüm xidmətləri olan Azərbaycan övladlarının keçdiyi şərəfli həyat yolunun yeniyetmə və gənclərə daha yaxından tanıdılması, onlarda xalqına, dövlətinə sədaqət, tarixinə hörmət, vətənpərvərlik ruhunun gücləndirilməsi, həmçinin onlar arasında milli-mənəvi dəyərlərimizin, dövlətçilik ənənələrimizin təbliği istiqamətində dövlət orqanlarının apardığı işə dəstək verilməsidir. Layihənin əsas məqsədi ölkədə yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində görülən işlərdə yaxından iştirak etmək, Azərbaycan dövlətinin həyata keçirdiyi Dövlət Gənclər siyasətinə dəstək vermək, gənc nəslə hərb tariximiz, döyüş ənənələrimiz, milli qəhrəmanlarımız, tarixi abidələrimiz haqqında geniş bilgilər çatdırmaqla maarifləndirmə işləri aparmaq, gənc nəslin Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına hər an hazır olmaq ruhunda yetişmələri məqsədilə müvafiq təbliğat işləri aparmaq, yeniyetmə və gənclərə ən ağır problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı Azərbaycanın dövlət mövqeyinin çatdırılması ilə onları hərtərəfli məlumatlandırmaqdır. Seminar-müşavirədə Şəki, Balakən Qəbələ, Qax, Oğuz, Zaqatala, Mingəçevir şəhər (rayon) veteran təşkilatlarının sədrləri, eyni zamanda Şəki şəhər Veteranlar Təşkilatının əməkdaşları, həmin rayonun fəal gəncləri, veteranları, şəhid ailələri, müvafiq dövlət və ictimai təşkilatlarının nümayəndələri iştirak etmişdir. Seminar-müşavirədə “Aprel döyüşləri xalqımızın qəhrəmanlıq salnaməsinin parlaq səhifəsidir”, “Qəhrəmanlar unudulmur”, “Xalqı qəhrəmanlar ucaldır”, “Şəki qəhrəmanlar diyarıdır” mövzularında məruzələr dinlənilib, çıxışlar olub. Tədbirin sonunda Azərbaycan Milli Qəhərmanlarına həsr olunan film nümayiş etdirilib, bir neçə şəhid ailəsinə ərzaq yardımı edilib.
Hamısını oxuAzərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qarabağ uğrunda döyüşlərin qəhrəmanlarını tanıyaq və tanıdaq!” adlı tədbir 08noyabr 2016-cı il tarixdə Bakı şəhərində seminar–müşavirə keçiriləcəkdir. Seminar-müşavirə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşları tərəfindən həyata keçiriləcək. Tədbirdə Qarabağ uğrunda müharibədə şücaət göstərərək Azərbaycanın Milli Qəhrəmanları adına layiq görülmüş, eyni zamanda, 2016-cı ilin aprel ayında şəhid olan hərbçilərimizin həyatından və döyüş yolundan bəhs edir. Tədbiririn əsas mahiyyəti xalqımızın qəhrəmanlıq tarixində mühüm xidmətləri olan Azərbaycan övladlarının keçdiyi şərəfli həyat yolunun yeniyetmə və gənclərə daha yaxından tanıdılması, onlarda xalqına, dövlətinə sədaqət, tarixinə hörmət, vətənpərvərlik ruhunun gücləndirilməsi, həmçinin onlar arasında milli-mənəvi dəyərlərimizin, dövlətçilik ənənələrimizin təbliği istiqamətində dövlət orqanlarının apardığı işə dəstək verilməsidir. Seminar-müşavirədə Bakı və Bakı ətrafı rayonların veteran təşkilatlarının sədrləri, veteranlar iştirak edəcəklər.
Hamısını oxuAzərbaycan xalqı Vətən, torpaq uğrunda, xalqının, millətinin azadlığı və sabahı yolunda canından keçən şəhidləri və qəhrəmanları ilə daim qürur duyub. Tariximizin bütün mərhələlərində yetişən bu insanlar bizim milli kimliyimizin daşıyıcıları, xalqımızın var olmaq haqqını dünyaya nümayiş etdirən şəxslər olaraq dünən də, bu gün də nəsillərə nümunədirlər. Cari il aprel ayının 2-5 arasında erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması, mülki əhaliyə zərər vurması ilə başlanan və Azərbaycan əsgərinin layiqli cavab zərbəsi nəticəsində düşmənin darmadağın olunduğu hadisələr xalqımızın şəhidlik və qəhrəmanlıq taixinə yeni səhifələr yazdı. Azərbaycan dövləti və xalqı şəhid övladlarını etiramla son mənzilə yola saldı. Xüsusilə Müdafiə Nazirliyinin rəhbərliyi və yüksək rütbəli zabitləri bu tədbirlərin təşkilatçıları və ən fəal iştirakçıları oldular. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması, erməni işğalçılarının cəbhə xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması zamanı göstərdikləri igidliyə görə xüsusi fərqlənən bir qrup Azərbaycan hərbçisi 2016-cı il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanları ilə mükafatlandırıldılar. Onlardan 3 nəfəri ən yüksək fəxri ada, “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görüldü, digər hərbçilərimiz “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenləri, “Vətən uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olundular. Bir qrup hərbçi isə Müdafiə Nazirinin və yerli birləşmələrin komandirlərinin əmri ilə təltif edildilər. Şəhidlərimizin ailə üzvləri və doğmalarının sosial problemlərinin həlli ilə əlaqədar müvafiq qanunvericiliyə uyğun olaraq göstərişlər verildi, lazımi addımlar atıldı, digər tədbirlər görüldü. Şəhid ailələri, müharibə əlliləri və döyüşlərdə fərqlənmiş digər şəxslər daim Azərbaycan dövlətinin qayğısı ilə əhatə olunurlar. Şəhidlərə ehtiram, şəhid ailələrinə diqqət və qayğı Azərbaycanda dövlət tərəfindən həyata keçirilən və prioritet xarakter daşıyan siyasətdir. Hazırda bu dövlət siyasəti ölkə rəhbərliyi tərəfindən uğurla gerçəkəşdirilir. Bu baxımdan, son vaxtlar ölkənin müxtəlif KİV-lərində xüsusilə ayrı-ayrı saytlarda cari il aprel ayının 2-5 arasında erməni silahlı bölmələrinin hücumlarının qarşısını alarkən həlak olmuş əsgər və zabitlərimizin ailə üzvlərinə və doğmalarına dövlət orqanları tərəfindən biganəlik göstərildiyi, onların müəyyən problemlərlə qarşılaşdıqları bardə həqiqəti əks etdirməyən məlumatların yayılması ciddi narahatlıq doğurur. Faktların təhlili göstərir ki, şəhid ailəsinin hər hansı probleminin guya dövlət orqanlarının şəhid ailələrinə biganəliyi kimi qələmə verilərək ictimailəşdirilməsi məqsədli xarakter daşıyır. Müdafiə Nazirliyinin, yaxud digər dövlət orqanının fəaliyyətinə kölgə salmaq niyyəti güdülən bu məlumatların əksəriyyəti real faktlara əsaslanmasa da, ictimai rəyi çaşdırır, insanlarda, xüsusilə yetişməkdə olan gənc nəsldə inamsızlıq yaradır. Digər tərəfdən, Silahlı Qüvvələrin döyüş ruhuna, mənəvi-psixoloji hazırlığına mənfi təsir göstərən belə məlumatların yayılmasının müharibə şəraitində yaşayan bir ölkə üçün nə demək olduğunun yəqin ki, geniş izahata ehtiyacı yoxdur. Respublika Veteranlar Təşkilatı gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi ilə məşğul olan İctimai Birlik kimi belə zərərli münasibətin digər mənfi nəticələr, o cümlədən gənc nəsildə ruh düşkünlüyü doğura biləcəyi qənaətindədir. Məhz qeyd olunanlara görə, biz hansısa məmurun işinə məsuliyyətsiz yanaşması ucbatından şəhidin ailəsinin hansısa problemlə üzləşməsindən narahatlıq keçirir, bunu yolverilməz hesab edirik. Şəhid ailəsi dövlət orqanlarında yalnız qayğıkeşliklə qarşılaşmalıdır. Çoxsaylı faktlar göstərir ki, xalqına, Vətəninə xidmət yolunda həlak olmuş insanların ailələri məhz belə münasibətlə əhatə ediliblər. Vətən, torpaq uğrunda canından keçən şəhidlərimizin adının əbədiləşdirilməsini hər birimiz, xüsusilə doğmaları və yaxınları istəyirlər. Ancaq yəqin hər birimiz belə bir həqiqəti də qəbul etməliyik ki, təltiflər göstərilmiş xidmətlərə uyğun olmalıdır. Azərbaycanın müvafiq dövlət orqanları ilə bağlı qanunvericilikdə, xüsusilə normativ sənədlərdə bu qaydalar və standartlar öz dolğun əksini tapmışdır. Bəzən şəhid ailələrinin şəhidin layiq olduğu fəxri ad, orden və medallarla təltif edilməsi üçün dövlət orqanlarına müraciətini tirajlayanlar məsələnin mahiyyətinə varmadan Müdafiə Nazirliyini günahlandırırlar. Doğrudur, bizlər və şəhidin ailəsi üçün hər bir şəhid həqiqi qəhrəmandır. Çünki, o, canını Vətən uğrunda qurban verib. Ancaq, hərbi qulluqçuların mükafatlandırılması onun döyüş zamanı göstərdiyi xidmətlərin komandalıq tərəfindən ciddi araşdırılaraq qiymətləndirilməsi ilə baş tutur. Bu mənada, fəxri adlar kiminsə, hətta kimlərinsə istəyi ilə deyil, məhz müvafiq normalar nəzərə alınmaqla verilir. Bu tipli məsələlər yalnız hüquqi əsası olduqda qaldırıla bilər. Əks-halda çaşqınlıq yaranır, hansısa rəsmi şəxs qərəzçikikdə günahlandırılır. Belə məsələlri məqsədli qabardanlar açıq şəkildə insanların etibarından istifadə etməklə, onların hisləri ilə oynayırlar. Respublika Veteranlar Təşkilatı Müdafiə Nazirliyi, eləcə də digər dövlət orqanları ilə sıx əlaqəli şəkildə işləyən İctimai təşkilat kimi şəhid ailələrinin daim diqqət mərkəzində olduğunu yaxşı bilir. Bir çox hallarda şəhid ailələri və onların yaxınları həm həmin dövlət orqanlarına, həm də bizə və digər ictimai birliklərə müraciət edərək müəyyən problemlərinin həllində kömək istəyirlər. İstər dövlət orqanları, istərsə də bizlər bu məsələlərə yüksək həssaslıqla yanaşır, onların müsbət həllində qarşılıqlı səylərimizi əsirgəmirik. KİV nümayəndələrinə müraciətimiz də bununla bağlıdır ki, hər hansı problemi dəqiqləşdirmədən, tələsik nəticələr çıxarmasınlar. Əksinə aldıqları məlumatları müvafiq orqanlarla dəqiqləşdiməklə onlar məsələ haqında daha müfəssəl və obyektiv informasiyakar əldə edə bilərlər. Bununla onlar həm şəhid ailələrinə həqiqi dayaq olar, həm də sonradan hansısa yanlışa görə təkzib verməkdən özlərini sığortalayardılar. Yeri gəlmişkən, məhz bu işə önəm verilərək Müdafiə nazirinin müvafiq əmri ilə bu ilin əvvəlində nazirliyin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsində "Sosial müdafiə və şəhid ailələri ilə iş bölməsi"nin yaradılmışdır. Artıq bir neçə aydır ki, bu bölmə uğurla fəaliyyət göstərir və məsələ ilə əlaqədar KİV-in istənilən suallarının cavablandırılmasına hazırdır.
Hamısını oxuCari il avqust ayının 2-də Respublika Veteranlar Təşkilatında Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsində (referendumda) təşviqat qrupu qismində iştirak etmək üçün Respublika Veteranlar Təşkilatı tərəfindən təşəbbüs qrupunun yaradılması məqsədilə təşəbbüsçülərin yığıncağı keçirilib. Yığıncaqda 250 ilkin təşəbbüsçünü təmsil edən 90 nümayəndə iştirak edib. Tədbiri giriş sözü ilə açan Azərbaycan Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq referendumun 2016-cı il sentyabrın 26-na təyin edilməsi, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına ümumxalq səsverməsinin bu Sərəncamda göstərilən tarixdə keçirilməsinin təmin edilməsi ilə əlaqədar zəruri tədbirlərin həyata keçirilməsinə başlandığını və bununla əlaqədar ölkənin ictimai təşkilatlarında, idarə və müəssisələrdə Təşəbbüs qruplarının yaradılmağa başlandığını bildirib. Respublika Veteranlar Təşkilatının öz sıralarında veteranlar ordusu kimi böyük bir qüvvəni birləşdirən ictimai təşkilat olaraq referendumda fəal iştirak edəcəyinə əminliyini ifadə edən Cəlil Xəlilov bunun üçün müvafiq Təşəbbüs qrupunun yaradəlmasını təklif etmişdir. Tədbirdə şıxış edən Respublika Veteranlar Təşkilatının şöbə müdiri ehtiyatda olan polkovnik Adil Haqverdiyev, təşkilatın nümayəndəsi Əliş Əliyev, Nəsimi rayon veteranlar təşkilatının sədri, İkinci dünya müharibəsi iştirakçısı İsmayıl Fərəcov və başqaları referendumun Azərbaycanda siyasi islahatlar, ölkənin daha etibarlı sabahı baxımından əhəmiyyətindən danışmış Təşəbbüs qrupunun fəal iş aparması üçün əllərindən gələni əsirgəmiyəcəklərini bildirmişlər. Təşəbbüsçülərin yığıncağında Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq təşəbbüs qrupunun 20 nəfər səlahiyyətli nümayəndəsi təyin olunmuşdur. Eynii zamanda yaradılan Təşəbbüs qrupunun qeydiyyatdan keçməsi məqsədilə Mərkəzi Seçki Komissiyasına bildiriş təqdim edilməsi barədə qərar qəbul olunmuşdur.
Hamısını oxuAzərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Respublikanın tanınmış alimi və ictimai xadimi, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət Mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar Elm Xadimi, texnika elmləri doktoru, professor İsmayıl Əli oğlu İbrahimov 2016-cı il iyulun 16-da ömrünün 101-ci ilində vəfat etmişdir. İsmayıl İbrahimov 1915-ci il dekabr ayının 31-də Azərbaycanın Ordubad şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1930–1935-ci illərdə Bakı şəhərində Sənaye Politexnik Texnikumunun mexanika fakültəsində oxumuş, 1935–1941-ci illərdə isə Azərbaycan Sənaye İnstitutunun energetika fakültəsində ali təhsil almışdır. 1941-ci ildə Azərbaycan Baş Energetika İdarəsində əmək fəaliyyətinə böyük mühəndis olaraq başlayan İsmayıl İbrahimov elə həmin il ordu sıralarına çağırılaraq 1942-ci ilədək Budyonnı adına Hərbi-Elektrotexniki Rabitə Akademiyasında təhsil almışdır. O, döyüşən ordu sıralarına göndərilmiş və cəbhədə bacarıqlı hərbi mütəxəssis kimi fərqlənərək batalyon komandirliyinə qədər yüksəlmişdir. İsmayıl İbrahimov İkinci Dünya müharibəsindən qayıtdıqdan sonra 1946–1988-ci illərdə Azərbaycan Sənaye İnstitutunda baş laborant, assistent, baş müəllim, dosent, professor və kafedra müdiri işləmişdir. O, 1960–1970-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun rektoru vəzifəsini tutmuşdur. 1970-ci ildə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkilən İsmayıl İbrahimov 1978-ci ildə yenidən Azərbaycan Neft və Kimya İnstitutunun rektoru təyin olunmuş və 1988-ci ilədək həmin vəzifədə çalışmışdır. O, 1997-ci ildən ömrünün sonunadək Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunda baş elmi işçi vəzifəsində çalışmışdır. İsmayıl İbrahimov 1952-ci ildə texniki elmlər üzrə namizədlik, 1964-cü ildə isə doktorluq dissertasiyasını müdafiə etmiş, 1968-ci ildə isə professor adını almışdır. O, elə həmin ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilmişdir. Akademik İsmayıl İbrahimov uzun illər ərzində səmərəli elmi fəaliyyəti sayəsində Azərbaycanda kibernetika, idarəetmə sistemləri, avtomatlaşdırma və informasiya texnologiyalarının inkişafında mühüm xidmətlər göstərmişdir. Alim özünün çoxillik elmi yaradıcılığı ilə ölkədə neftayırma, neft-kimya emal qurğu və proseslərinin kompleks avtomatlaşdırılması üzrə sxemlərin işlənib hazırlanaraq sənayedə tətbiqi işinə töhfələr vermişdir. Bu tədqiqatlar istehsalatın səmərəliliyinin yüksəldilməsi üçün lazımi zəmin yaratmışdır. İsmayıl İbrahimov 140-dan artıq elmi əsərin, o cümlədən 20-dək monoqrafiyanın, elmi-metodiki vəsait və dərsliklərin müəllifi idi. Alimin rəhbərliyi altında 40-dan çox fəlsəfə və elmlər doktorları hazırlanmışdır. O, bir sıra mötəbər beynəlxalq simpozium, konfrans və forumlardakı çıxışları ilə ölkə elmini layiqincə təmsil etmişdir. İsmayıl İbrahimov elmi yaradıcılığını pedaqoji fəaliyyəti ilə ahəngdar şəkildə əlaqələndirmişdir. Alim respublikada və onun hüdudlarından kənarda tanınan mötəbər bir ali təhsil ocağına rəhbərlik etdiyi illər ərzində neftçi kadrların yetişdirilməsi və Azərbaycanın “neft akademiyası” kimi şöhrətinin artırılmasında böyük xidmətlər göstərmişdir. İsmayıl İbrahimovun ictimai fəaliyyəti də zəngin və təqdirə layiqdir. O, bir neçə çağırış Azərbaycan və SSRİ Ali Sovetinin deputatı seçilmiş, uzun müddət Azərbaycan Uşaq Fondunun İdarə Heyətinin sədri olmuşdur. Alimin fədakar əməyi yüksək qiymətləndirilmişdir. O, müxtəlif orden və medallar almış, müstəqil Azərbaycan Respublikasının ali təltiflərindən olan “Şərəf” ordeninə layiq görülmüşdür. Tanınmış ictimai xadim, alim və pedaqoq İsmayıl Əli oğlu İbrahimovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır. Allah rəhmət eləsin! İlham Əliyev Artur Rasizadə Oqtay Əsədov Ramiz Mehdiyev Elçin Əfəndiyev Hacıbala Abutalıbov Fatma Abdullazadə Akif Əlizadə Mikayıl Cabbarov Arif Mehdiyev Arif Paşayev İsa Həbibbəyli Tofiq Nağıyev İbrahim Quliyev Rasim Əliquliyev Telman Əliyev Maqsud Əliyev Çingiz Qacar Mustafa Babanlı
Hamısını oxuAzərbaycanda veteranlara diqqət və qayğı siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin 1993-cü ildə ölkə rəhbərliyinə qayıdışı ərəfəsində az qala unudulmaqda olan 9 May – Qələbə Gününün yenidən dövlət bayramları sırasına daxil edilməsi, müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm işlərin görülməsi, o cümlədən onlara dövlət hesabına mənzil və xüsusi nəqliyyat vasitəsinin verilməsi təmin olunub. Müdrik dövlət xadimi Heydər Əliyevin 1994-cü il iyunun 28-də imzaladığı “Veteranlar haqqında” Qanunda bu diqqət və qayğının hüquqi əsasları müəyyənləşdirilib. Əlamətdar gün münasibətilə iyunun 28-də Respublika Veteranlar Təşkilatının rəhbərliyi və üzvləri, müharibə, əmək və Silahlı Qüvvələr veteranları, ictimai təşkilatların nümayəndələri, ziyalılar, gənclər Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb. Sonra Şəhidlər xiyabanına gələn veteranlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar. İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun da xatirəsi dərin ehtiramla yad olunub, abidəsi önünə əklil qoyulub. Respublika Veteranlar Təşkilatının inzibati binasında keçirilən tədbirdə bu qurumun sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev bu günün əhəmiyyətindən danışıb. Bildirib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə respublikada bütün sahələrdə olduğu kimi, veteranlar təşkilatının fəaliyyətində də canlanma yaranıb. Qeyd olunub ki, 1987-ci il mayın 6-da Respublika Veteranlar Təşkilatı yaradıldı. Həmin vaxt təşkilata general-mayor Mustafa Nəsirov sədrlik edirdi. Ancaq sonrakı mərhələdə, xüsusilə 1990-cı illərin əvvəllərində ölkədə yaşanan xaos, hərc-mərclik Respublika Veteranlar Təşkilatının fəaliyyətinə də mənfi təsir göstərib. Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycanda rəhbərliyə qayıtması ilə veteranlar təşkilatının fəaliyyəti bərpa olunub, veteranlara münasibət dəyişib, bu istiqamətdə ardıcıl və məqsədyönlü addımlar atılıb. Ulu Öndərin imzaladığı ilk sənədlərdən biri də məhz “Veteranlar haqqında” Qanun olub. Bununla da veteranlara dövlət qayğısı tam bərpa edilib, onlara münasibət yüksək səviyyəyə qaldırılıb. D.Rzayev vurğulayıb ki, Azərbaycanda veteranlarla bağlı ardıcıl şəkildə həyata keçirilən dövlət siyasətinin əsası məhz həmin vaxtdan etibarən qoyulub. Bu siyasət sonrakı mərhələdə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilib, veteranlara dövlət qayğısı yeni səviyyəyə qaldırılıb. Bu qayğının ən son nümunəsi kimi Respublika Veteranlar Təşkilatına ayrılan və müasir standartlara cavab verən inzibati binanı, 1941- 1945-ci illər İkinci Dünya müharibəsində faşizm üzərində Qələbə münasibətilə ayrılan birdəfəlik maddi yardımın və pensiyaların miqdarının ildən-ilə artırılmasını, veteranların mənzil və şəxsi avtomobillə təmin edilməsini, pulsuz müalicə olunmalarını, onlara digər yardımların göstərilməsini qeyd etmək olar. Sədr bu baxımdan Respublika Veteranlar Təşkilatına 500 min manat məbləğində vəsaitin ayrılmasının önəmini xüsusi vurğulayıb, buna görə veteranlar adından dövlətimizin başçısına minnətdarlığını bildirib. Tədbirdə, eyni zamanda, veteranlar və ictimai təşkilatların nümayəndələri çıxış edib, onlara göstərilən qayğının ilbəil artırılmasına görə dövlətimizin başçısına minnətdarlıqlarını çatdırıblar. Çıxış edənlər Azərbaycanda veteran gününün təsis edilməsinin məqsədəuyğun olduğunu bildiriblər. Sonda ictimai təşkilatların nümayəndələrinə və bir qrup veterana Respublika Veteranlar Təşkilatının yubiley medalları təqdim edilib.
Hamısını oxuİyunun 23-də Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 98-ci ildönümünə həsr edilən tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Respublika Veteranlar Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev Azərbaycan Silahlı Qüvvələrinin yaradılması tarixindən danışıb. Bildirib ki, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Kabinetinin qərarına əsasən 1918-ci il iyunun 26-da birinci nizami hərbi hissə - əlahiddə Azərbaycan korpusu, avqustun 1-də isə Xosrov bəy Sultanovun rəhbərliyi ilə Hərbi Nazirlik yaradılıb. Azərbaycanın müstəqilliyini gözü götürməyən istilaçılardan ölkəmizin müdafiə edilməsində Hüseyn xan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar və başqalarının böyük xidmətləri olub. Vurğulanıb ki, ümummilli lider Heydər Əliyev hələ sovet dövründə milli hərbi kadrların hazırlanmasına xüsusi diqqət yetirib. Bu məqsədə çatmaqda 1972-ci ildə açılmış Cəmşid Naxçıvanski adına hərbi liseyinin böyük rolu olub. Məktəbin məzunları erməni təcavüzkarlarına qarşı mübarizədə, habelə müasir Azərbaycanın Silahlı Qüvvələrinin yaradılmasında iştirak ediblər. Qeyd edilib ki, Azərbaycan rəhbərliyinin hərbi sahənin inkişafına daim diqqət göstərməsi nəticəsində ölkəmiz regionda müstəqilliyin keşiyində duran və dövlətimizin pozulmuş sərhədlərini bərpa etməyə hər zaman hazır olan qüdrətli orduya malikdir. D.Rzayev tədbir iştirakçılarını Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 may tarixli Fərmanına əsasən iyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü qeyd edilir. Silahlı Qüvvələrin yaradılmasının ildönümü azərbaycanlı vətənpərvərlər üçün mühüm hadisədir. Sonra Böyük Vətən müharibəsində Qələbə münasibətilə Azərbaycan veteranlarına “Rusiya Veteranları İttifaqı” Ümumrusiya Veteranları İctimai Təşkilatının xatirə nişanları təqdim edilib. D.Rzayev Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin nümayəndəsinə Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının “Həzi Aslanov” medalını təqdim edib. Həmçinin Böyük Vətən müharibəsi, Qarabağ müharibəsi veteranlarına və Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvlərinə “Səməd Mehmandarov”, “Əliağa Şıxlinski” medalları təqdim edilib.
Hamısını oxuBir neçə gündür ki, Azərbaycan Ermənistan qoşunlarının təmas xəttində gərginlik yaşanır. Aprelin 2-nə keçən gecə bütün cəbhəboyu mövqelərimiz və təmas xəttinə yaxın mülki əhalinin kompakt yaşadığı bir sıra yaşayış məntəqələri iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutulub. Öz xalqının etimadını tamamilə itirmiş Ermənistan kriminal rejimi ölkədəki dözülməz vəziyyətdən, əhalinin narazılığından diqqəti yayındırmaq məqsədilə mütəmadi suratdə cəbhə xəttində təxribatlar törədir. Ümumiyyətlə, son vaxtlar erməni silahlı bölmələrinin təmas xəttində atəşkəs rejimini mütəmadi olaraq pozması, düşmən təxribatlarının intensiv xarakter daşıması Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatını və Azərbaycanın 1 milyon 300 minlik veteranlar ordusunu da ciddi narahat edir. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə, dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının qərar və bəyənatlarına baxmayaraq, Ermənistan tərəfi nəinki işğal altında saxladığı 20 faizdən çox Azərbaycan ərazisini işğaldan azad etmir, hətta özünün təcavüzkarlıq siyasətini daha açıq və arxayın şəkildə davam etdirir. Bu qərarların icrasına nail olunsa idi, qarşı tərəf indiyədək öz təcavüzkar siyasətini və beynəlxalq hüquqa zidd hərəkətlərini davam etdirə bilməzdi. Rusiya rəsmlərinin münaqişə tərəflərini dərhal atəşi dayandırmağa və təmkin nümayiş etdirməyə çağrışları başa düşülən olsa da, fikrimizcə, belə çağrışların başlıca məzmunu Ermənistan tərəfinin işğalçılıq siyasətinə son verməsini etiva etməlidir. İşğalçı tərəfin atəşkəs rejimini pozması dünya birliyi, həmçinin nüfüzlu beynəlxalq təşkilatlar tərəfindən də pislənməli, onlardan qeyd-şərtsiz Azərbaycan torpaqlarını tərk etmələri tələb olunmalıdır. Əks-halda Ermənistanın dövlət rəhbərlərinə qarşı ən sərt beynəlxaıq sanksiyalar tətbiq edilməlidir. Azərbaycanın güclü, müasir silahlarla təchiz olunmuş ordusu var. Silahlı Qüvvələrimiz düşmən işğalı altındakı torpaqlarımızı hər an azad etmək üçün Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin əmrini gözləyir. Biz veteranlar ordusu da bu sırada durmağa həmişə hazırıq. Bunu Azərbaycan ordusunun və xalqının gücünə bələd olan düşmən də bilsin. Onu da bilsin ki, Azərbaycan əsgərinin işğal altındakı ərazilırimizi düşməndən azad edəcəyi gün uzaqda deyil. Respublika Veteranlar Təşkilatıının sədri e/o general-mayor Dadaş Rzayev
Hamısını oxuAzərbaycan Respublikası Veteranlar Təşkilatının sədri, general-mayor Dadaş Rzayev Odlar Yurdu Universitetinin tələbə-müəllim heyəti ilə görüşüb. Universitetin rektoru, professor Əhməd Vəliyev gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində belə tədbirlərin və görüşlərin əhəmiyyətini qeyd edib. Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu qurum, həmçinin general-mayor Dadaş Rzayevin döyüş yolu haqqında ətraflı məlumat verib. Görüşdə gənclərlə hərbi vətənpərvərlik mövzusunda ətraflı söhbət aparılıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə son dövrdə Milli Ordumuzun yüksək döyüş hazırlığı nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunması istiqamətində aparılan ardıcıl, düzgün, məqsədyönlü siyasətin ölkəmizin hər bir vətəndaşı tərəfindən dəstəkləndiyi görüş iştirakçılarının diqqətinə çatdırılıb. Belə tədbirlərin elm-təhsil ocaqlarında, xüsusi ilə universitetlərdə mütəmadi keçirilməsinin gənclər üçün zəruri və əhəmiyyətli olduğunu qeyd edilib. Ölkəmizdə veteran hərəkatının gücləndirilməsində xidmətlərinə görə Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin qərarı ilə “Veteranların qayğıkeşi” diplomu, həmçinin “General Səməd Bəy Mehmandarov” və “General Həzi Aslanov” yubiley medalları ilə təltif olunub.
Hamısını oxu