Latest news
Tədbir "Heydər Əliyev müasir gənclər siyasətinin banisidir" adlı tədbir baş tutub Veteran.gov.az xəbər verir ki, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Gəncə Heydər Əliyev Mərkəzində Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş "Heydər Əliyev müasir gənclər siyasətinin banisidir" adlı tədbir keçirilib. Tədbirin açılış mərasimi Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Daha sonra Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri Rəşad Əlizadə, Gəncə Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova və Mərkəzin nümayəndəsi Gülər Ellazova çıxış edərək, Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edib, cəmiyyətin gələcəyinin gənclər olduğunu hamıdan yaxşı anlayan və bunun həyata keçirilməsi üçün lazımi tədbirləri görən yeganə bir insan Heydər Əliyev olduğunu diqqətə çatdırıblar. Tədbir Heydər Əliyev Mərkəzinin bələdçiləri tərəfindən gənclərə Heydər Əliyev Mərkəzində ekskursiya təşkil olunması ilə davam edib. Həmçinin, tədbirdə gənclərə Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən sənədli film təqdim olunub. Sonda Ulu Öndər Heydər Əliyevin abidəsi önündə kollektiv xatirə şəkli çəkilib.
Read more
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin işçiləri, şöbə müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 6 may 2022-ci il tarixində MMQ-nin Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsində keçirilən tədbirdə iştirak ediblər. “Sovet İttifaqı Qəhrəmanlarını gənc nəslə daha yaxından tanıdaq” adlı tədbirdə əsgərlərlə birgə MMQ-nın şəxsi heyətlə iş üzrə şöbəsinin rəisi polkovnik Ayaz Əliyev, hərbi hissə komandirinin psxoloji təminat üzrə müavini polkovnik-leytenant Zabil Əliyev, hərbi hissənin qərargah rəisi –hərbi hissə komandirinin maddi-texniki təminat üzrə müavini mayor Ramil Nurəliyev, Şəxsi heyətlə iş üzrə şöbə rəisinin müavini polkovnik– leytenant Bəhruz Əsədov, ictimayyətlə əlaqələr bölməsinin rəisi İrşad Məmmədli, şəxsi heyətlə iş üzrə şöbənin baş zabiti mayor Şahlar Həsənov iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi, şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə çıxış edən polkovnik Adil Haqverdiyev tədbir iştirakçılarına Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova və sədr müavini polkovnik Cəlil Xəlilovun salamlarını çatdırıb, Azərbaycan xalqının faşizm üzərindəki qələbədəki roluna diqqət çəkib: “Azəbaycan vətəndaşları İkinci Dümnya müharibəsinin qələbə ilə başa çatmasında ön və arxa cəbhədə böyük fədakarlıqlar göstərmişlər. Ön cəbhədə vuruşan qəhrəman oğul və qızlarımızın göstərdiyi qəhrəmanlıqlar haqında kitablar yazılmış, filimlər çəkilmiş, mahnılar bəstələnmişdir. İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Həzi Aslanov, ilk Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədov, bu ali ada layiq görülmüş qəhrəmanlardan Gəray Əsədov, Qafur Məmmədov, əfsanəvi partizan Mehti Hüseynzadə və digər qəhrəmanların şərəfli döyüş yolu gənc nəslə hər zaman örnək olmalıdır. Uzun illər torpaqlarımızın işğal altında olmasına baxmayaraq, ulu babalarımızdan miras qalmış torpaqlarımızı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz azad etdi. Mən çıxışımın sonunda bir daha torpaqlarımızın bütövlüyü uğrunda həlak olan şəhidlərə uca Allahdan rəhmət, qazilərə cansağlığı diləyirəm!” Tədbirin sonunda xatirə şəkli çəkilib.
Read more
Səmyar Abdullayev: “Bu model Prezident İlham Əliyev tərəfindən uğurla genişləndirilib və inkişaf etdirilib” Bu gün Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür. Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevlə söhbətimizdə Ulu öndərin fəaliyyətinə, xüsusilə də sosial sahədə həyata keçirdiyi islashatlara toxunmağa çalışdıq: -Səmyar bəy, ölkəmizdə sosial dövlət modelinin mövcudluğu, bu modelin böyük uğurla vətəndaşlara xidmət göstərdiyi göz önündədir. Bu modelin formalaşma dönəmi, tarixi inkişaf yolu haqında nə deyə bilərsiniz? -Birmənalı şəkildə qeyd etməliyik ki, Azərbaycanda sosial dövlət modelinin banisi xalqımızın Ümummilli lideri Heydər Əliyevdir. Məhz onun səyi və rəhbərliyi altında müstəqilliyimizin ilk illərindən etibarən bu modelin formalaşdırılması istiqamətində mühüm addımlar atılmağa başlayıb. Vətəndaşların sosial rifahının yüksəldilməsini dövlət başçısı kimi əsas məqsədlərindən biri hesab edən Heydər Əliyev, həssas kateqoriyadan olan şəxslərə - sağlamlıq imkanı məhdud şəxslərə, şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara xüsusi qayğı göstərib. Onların problemlərinin həlli istiqamətində sistemli addımlar atıb. Bir məqamı da qeyd edim ki, Heydər Əliyev cəmiyyətin həssas kateqoriyasına mənsub insanlara bu qayğını çox çətin hərbi-siyasi dönəmdə - maddi imkanalrın kəskin məhdudluğu şəraitində həyata keçirirdi. Bir tərəfədn Ermənistanın işğalçılıq siyasətinə qarşı hərbi və siyasi cəbhədə mübarizə aparan, digər tərəfdən müstəqilliyimizi möhkəmləndirmək üçün çevik diplomatiya həyata keçirən Heydər Əliyev, eyni zamanda sosial dövlət modelini formalaşdırır, vətəındaşların daha yaxşı yaşaması üçün bütün imkanlardan maksimum istifadə edirdi. Bu, milli tariximizin böyük və qürurverici həqiqətlərindən biridir. -Heydər Əliyevin sosial dövlət modeli vətəndaşların rifahını yaxşılaşdırmaqla yanaşı, xalqın mənəviyyatına, cəmiyyətin psixologiyasına necə təsir göstərdi? -Təbii ki, Ulu öndərin əlillər, şəhid ailələri, qayğıya möhtac vətəndaşlarla bağlı yürütdüyü siyasət, onlara olan humanist yanaşması cəmiyyət üçün mənəvi və psixoloji baxımdan da ciddi mesaj idi. Heydər Əliyev ortaya qoyduğu dövlət siyasəti ilə cəmiyyətə, bu cəmiyyətin hər bir fərdinə belə bir mesaj verirdi ki, həssas kateqoriyadan olan vətəndaşlara qayğıkeş münasibət, onların problemlərinin həllinə yardım hər bir vətəndaşın mənəvi borcudur. Heydər Əliyevin bu yanaşması Azərbaycan xalqının çoxəsrlik milli-mənəvi dəyərlər sistemi ilə də tam uzlaşır, o cümlədən, bu dəyərlərin qorunmasına xidmət edirdi. Xalqımızın xarakterində kök salan köməyə ehtiyacı olan insanlara yardım, darda qalana kömək etmək, çətin məqamda həmrəylik srəgiləmək kimi dəyərlər Heydər Əliyev siyasətinin ana xəttini təşkil edir, cəmiyyəti də bu ruhda kökləyirdi. Bütün bunlar onu deməyə əsas verir ki, Heydər Əliyevin sosial siyasəti həm də mənəvi baxımdan mühüm əhəmiyyət kəsb edirdi. -Azərbaycandakı sosial dövlət modelinin bugünkü vəziyyəti haqqında nə deyə bilərsiniz? -Hesab edirəm ki, Azərbaycandakı müasir sosial dövlət modeli sadəcə region dövlətləri deyil, bütün dünya üçün nümunədir. Çünki bu model sadəcə cəmiyyətin müəyyən kateqoriyalarının deyil, onun hər bir fərdinin sosial rifahının yaxşılaşdırılmasına yönələn əlahiddə bir modeldir. Bu modelin nə qədər effektiv və səmərəli olduğunu anlamaq üçün bəzi rəqəmlərə nəzər salmaq kifayətdir. Nümunə üçün qeyd edək ki, Prezidenmt İlham Əliyevin rəhbərliyi dönəmində ölkəmizdə yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib. Bu rəqəmin özü ölkəmizdəki sosial siyasət modelinin rassionallığından xəbər verir. Bundan başqa, müavinət və təqaüdlərin məbləği orta hesabla 92 faiz, əmək pensiyasının minimum məbləği 72 faiz, büdcə təşkilatlarında çalışanların əməkhaqqı orta hesabla 50 faiz artırılıb. 2018-ci ilin əvvəli ilə müqayisədə orta aylıq nominal əməkhaqqı 39 faiz, əmək pensiyalarının orta məbləğində 60 faiz, sosial müavinətlərin orta məbləğində 2 dəfə, Azərbaycan Respublikası Prezidentinin təqaüdünün orta məbləğində isə artıb 2,2 dəfə artım olub. Bütün bunlar Azərbaycan dövlətinin vətəndaşların sosial rifahını yaxşılaşdırmaq istiqamətində gördüyü mühüm işlərdən, əldə edilən böyük nəticələrdən xəbər verir. -Səmyar bəy, ölkəmizdəki sosial dövlət modelinin yaxın gələcəklə bağlı perspektivlərini necə qiymətləndirirsiniz? -Mövcud sosial model yaxın gələcək üçün də böyük perspektivlər, böyük nəticələr vəd edir. Bunu görülən işlərin miqyası, dövlətimizin bu sahədəki prinsipiallığı da təsdiq edir. Konkret desək, 2022-ci ilin sosial islahatları dövlət başçısının 16 oktyabr 2021-ci il tarixli “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq həyata keçirilir. Bi isə o deməkdir ki, həyata keçiriləcək islahatlara illik əlavə 1,5 milyard manat vəsait ayrılacaq. İslahatlar ümumilikdə 2,1 milyondan çox şəxsi əhatə edəcək. Bu rəqəmin özü həyata keçiriləcək islahatların miqyasını göstərir. Bir məqamı da qeyd edim ki, müavinət və təqaüdlərin miqdarında da ciddi artımlar baş verib və bu artım əlilliyi olan şəxsləri də əhatə edib. 2022-ci ilin əvvəlindən etibarən əlilliyə görə müavinətlər I dərəcə üzrə — 150 manatdan 220 manata, II dərəcə üzrə — 130 manatdan 180 manata, III dərəcə üzrə — 110 manatdan 120 manata çatıb. Bildirək ki, son üç ildə aparılan islahatlar nəticəsində əlilliyə görə I dərəcə üzrə müavinətlər 2,7 dəfə, II dərəcə üzrə 3 dəfə, III dərəcə üzrə isə 2,3 dəfə artırılıb. Ümumi səbəbdən birinci dərəcəli əlilliyi olanlara müavinətlərlə yanaşı, 130 manat məbləğində Prezidentin aylıq təqaüdü də verilir. Müharibə əlilləri də dövlətimizin daim diqqət mərkəzindədir və onların sosial rifahının yaxşılaşdırılması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Müharibə, hərbi xidmət və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olanlara I dərəcəyə görə 400 manat, II dərəcəyə görə 350 manat, III dərəcəyə görə 300 manat məbləğində Prezidentin aylıq təqaüdü ödənilir. Əlillərlə yanaşı, onlara qulluq edən şəxslərin də təqaüdündə artım baş verib. Belə ki, birinci qrup əlillərə qulluq üçün Prezidentin aylıq təqaüdü gələn ilin əvvəlindən 60% artırılaraq 80 manata çatdırılıb. Bir sözlə, bütün bu rəqəmlər, sadaladığımız faktlar ölkəmizdəıki sosial dövlət modelinin bugünü ilə yanaşı, gələcək perspektivlərindən xəbər verir. Təbii ki, biz bütün bunlara görə həm sosial dövlət modelimizin qurucusu olan Ümummilli liderimiz Heydər Əliyevə və Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarıq. Əminik ki, işğaldan azad edilən torpaqlarımızda həyata keçirilən layihələr, bu torpaqlarda gerçəkləşdirilən böyük quruculuq işləri, dövlətimizin artan iqtisadi gücü və maliyyə imkanları sosial dövlət modelimizin bundan sonra da qüsursuz şəkildə işləməsini təmin edəcək, vətəndaşlarımızın sosial rifahının yaxşılaşmasına öz töhfəsini verəcəkdir. -Səmyar bəy, həssas kateqoriyaya məxsus vətəndaşlarla birbaşa təmasda olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətini necə dəyərləndirirsiniz? -Hesab edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dövlət başçısının tapşırıq və tövsiyyəsindən irəli gələn məsələlərin həlli istiqamətində həqiqətən də ciddi addımlar atır və bu tapşırıqların icrasına həssaslıqla yanaşır. Buna nümunə olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu müstəvidə həyata keçirdiyi bəzi layihələrə qısa nəzər salmaq kifayətdir. Məlumat üçün qeyd edim ki, təkcə cari il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi xüsusi qayğıya ehtiyac duyan şəxslərin reabilitasiya yönümlü sosial xidmətlərlə təminatı üzrə 150-dən çox layihə həyata keçirməyi planlaşdırır. Layihələr qayğı və icma əsaslı reabilitasiya mərkəzlərinin də yaradılması, müvafiq kateqoriyalardan olan şəxslərə sosial-psixoloji, nevroloji, pedaqoji və s. xidmətlər, habelə ailələrinə hüquqi məsləhət xidmətləri göstərilməsi kimi məsələləri əhatə edir. Sağlamlıq imkanları məhdud uşaqlar və əlilliyi olan şəxslər arasında idman tədbirlərinin keçirilməsi, onların beynəlxalq yarışlarda iştirakına şərait yaradılması, autizm eşitmə və nitq qabiliyyəti olmayan uşaqlara reabilitasiya xidmətlərinin göstərilməsi, övladlığagötürmə, insan alverinə qarşı mübarizə və s. ilə bağlı təbliğat məqsədli layihələrin icrası da nəzərdə tutulur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən məşğulluq xidmətlərinin icrasında həssas əhali qruplarına, o cümlədən, gözdən əlil vətəndaşlara üstünlük verilir. Qeyd edək ki, 2021-ci ildə 1348 nəfər əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb olunub. Agentlik tərəfindən ötən il 2850 əlilliyi olan şəxs əmək müqaviləsi əsasında münasib işlərlə təmin edilib. 6 mindən çox işsiz şəxs layihə üzrə biznes təlimlərə cəlb edilib ki, onların 1033-ü şəhid ailəsi üzvü və müharibə iştirakçısıdır. Vətəndaş müraciətlərinin çevik şəkildə cavablandırılması, hər bir müraciətin ətraflı şəkildə araşdırılması da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinə xas mühüm xüsusiyyətlərdən biridir. Bu baxımdan əminliklə söyləmək olar ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaxın gələcəkdə də vətəndaş məmnunluğunun təmini istiqamətində mühüm addımlar atacaq, dövlət başçısının tapşırıqlarını bugünə qədər olduğu kimi, bundan sonra da çox böyük dəqiqlik və məsuliyyət hissi ilə icra edəcəkdir. Seymur ƏLİYEV
Read more
10 may tarixi müasir dövlətçiliyimizin banisi, ümummilli liderimiz Heydər Əliyevin dünyaya gəldiyi gündür. Onun fiziki yoxluğundan neçə illər ötməsinə baxmayaraq, Azərbaycan xalqı öz xilaskarını heç zaman unutmur, daim onu ehtiramla yad edir. Tək 10 may günü deyil, adi vaxtlarda da insanlar Fəxri xiyabana gedərək Ulu Öndərin məzarını ziyarət edir, ruhu qarşısında baş əyirlər. Ulu Öndərin hamıya örnək ömür kitabını vərəqləyəndə belə qənaətə gəlirik ki, ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərlər heç zaman unudula bilməz. Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən söhbət açanda ilk öncə 1969-1982-ci illərə, onun Sovetlər birliyi dövründə respublikamıza rəhbərlik etdiyi vaxtlara nəzər yetirmək vacibdir. Həmin illərdə yaşamış dövlət və sənət xadimləri, təsərrüfat adamları, ziyalılar, ictimaiyyət nümayəndələri daim Ulu Öndərimizlə bağlı xatirələrində belə görkəmli şəxsiyyətlə eyni dövrdə yaşayıb fəaliyyət göstərmələrindən qürurlandıqlarını bildirir və qeyd edirlər ki, onun Azərbaycana rəhbərliyi ölkəmizin tarixində əsaslı dönüş nöqtəsi olub. O vaxta kimi Azərbaycan adlı respublika nəinki dünya, hətta ittifaq miqyasında o qədər də tanınmırdı. Halbuki respublikamız ittifaqda zəngin yerüstü, yeraltı sərvətləri ilə seçilib. Təəssüf ki, respublikamızın adı ucqar milli əyalətlərdən biri kimi çəkilirdi. Məhz 1969-cu ilin tarixi iyul plenumunda Heydər Əliyevin respublika rəhbəri təyin edilməsi ilə Azərbaycanın tarixində sürətli inkişaf dövrü başlayıb. Qısa vaxt ərzində onun təşəbbüsü ilə mühüm sənaye müəssisələri Azərbaycanın şəhərlərində inşa edilib, təsərrüfat, elm və təhsil sahələrində qətiyyətli islahatlar həyata keçirilib. Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyevin ikinci hakimiyyət dövrü isə müstəqillik qazandığımız çox çətin və mürəkkəb illərə təsadüf edir. 1990-cı illər Azərbaycanın tarixinə ağır faciələrin yaşandığı bir dövr kimi daxil olub. Həmin vaxt Sovetlər birliyi süqut edəndə 15 ittifaq dövləti sırasında Azərbaycan yeganə ölkə oldu ki, ərazisinin 20 faizi işğal edildi, 20 mindən çox şəhid verdik, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Sovet rejiminin qəddarlığı sayəsində Azərbaycanda baş verən 20 Yanvar qırğınlarından sonra Heydər Əliyev doğulduğu Naxçıvana qayıtdı və burada xalqın iradəsi ilə Ali Məclisə rəhbərlik etməyə başladı. Məhz onun qətiyyəti və fədakarlığı sayəsində bu diyarda ölüm-itki olmadı, insanlar müdrik rəhbərin ətrafında sıx birləşərək onun timsalında xilas yolunu tapdılar. Ulu Öndərin dünyaya gəlişindən 99 il ötür. Təəssüf ki, ömür vəfa etmədi, qurub-yaratdığı ölkənin bugün dünya ölkələri ilə müqayisə olunduğunu, xalqa əmanət qoyduğu idarəçilik məktəbinin layiqli davamçısı cənab Prezident İlham Əliyevin diplomatik bacarığı sayəsində ölkəmizin regionda söz sahibinə çevrildiyi günləri görmədi... Bu gün öz Prezidentinə etimad göstərən, onun ətrafında sıx birlik nümayiş etdirən xalqımız əmindir ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən yaradılan müstəqil dövlətimizin inkişafı etibarlı əllərdədir. Nə qədər ki, Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Ümummilli Lider Heydər Əliyev həmişə hörmətlə anılacaq, onun dövlətçilik məktəbi uğurla fəaliyyətini davam etdirəcək! Məşhur Məmmədov Millət vəkili
Read more
İllər keçəcək, əsrlər ötəcək, ulu öndər Heydər Əliyev bir mayak kimi daim Azərbaycan xalqına və digər xalqlara xoşbəxt gələcəyə aparan düzgün yolu göstərəcəkdir. Artıq ulu öndər Heydər Əliyevin anadan olmasından 99 il ötür. Zaman keçdikcə Ümummilli Liderin dahiliyi daha da aydın görünür. Ulu öndər Heydər Əliyev demişdir: “XXI əsr Türk əsri olacaq”, “Azərbaycan dünyaya günəş kimi doğacaq”. XXI əsrin başlanğıcında söylənmiş bu ifadələrin real həyatda təcəssümünü yaşadıqca Ulu Öndərin uzaqgörən, fenomen insan olmağının bir daha şahidi oluruq. 1987-ci ilin oktyabr ayında ermənipərəst M.S.Qorbaçov ümumilli lider Heydər Əliyevi vəzifədən uzaqlaşdırdıqdan iki həftə keçməmiş ermənilər baş qaldırdılar və Azərbaycanın problemli günləri başladı. Ulu Öndərin hakimiyyətdə olmadığı illər 1987-ci ilin oktyabr ayından 1993-cü ilin 15 iyununa - Qurtuluş gününə qədər ölkəmizdə xaos, hərc-mərclik, hakimiyyət davası, torpaqların əldən getməsi, Azərbaycanın müstəqilliyinin itirilməsi və parçalanması təhlükəsi ilə üz-üzə qalması, sosial-iqtisadi qayğılar, çörək növbələri, insanların küçələrə çıxa bilməməsi və digər problemlər hökm sürmüşdür. Bütün bunları biz yaşamışıq. Nə yaxşı ki, müdrik ağsaqqallarımız o vaxt Naxçıvanda yaşayan ulu öndər Heydər Əliyevə müraciət edərək, Azərbaycanı bu problemlərdən ancaq onun qurtara biləcəyini söylədilər. AXC-müsavat cütlüyünün yarıtmaz idarəçiliyindən cana doymuş xalq da bu müraciətə qoşularaq Azərbaycanı bu bəlalardan xilas etmək üçün Ümummilli Lideri ölkə rəhbərliyinə dəvət etdi. Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbini və ölkəmizin düşdüyü acınacaqlı vəziyyəti təhlil edərək, Azərbaycan naminə ikinci dəfə hakimiyyətə qayıtdı və qısa müddətdə öz fenomen bacarığı ilə respublikamızı düşdüyü bu girdabdan çıxarmağa başladı. Bu yolda ona daxildən və xaricdən çox təzyiqlər oldu. Azərbaycanı istəməyən qüvvələrin daim Heydər Əliyevə qarşı apardığı ədalətsiz mübarizə və hətta çevriliş cəhdləri onu yolundan döndərə bilmədi. Çünki o, Ulu Öndər, Ümumilli Lider, Xalqını, Azərbaycanı özündən çox sevən Heydər Əliyev idi və bu böyük şəxsiyyətin öz Vətəninə göstərdiyi əvəzedilməz xidmət onun bu tarixi fikrində bariz ifadə edilmişdir: “Əgər hər hansı namərd gülləsi məni həyatdan götürərsə, mənim özüm də, övladlarım da Azərbaycan dövlətinin yolunda canımızdan keçməyə hazırıq”. Ümummilli Lider prezident olduğu dövrdə Ulu öndər Heydər Əliyev prezident olduğu dövrdə 60-dan çox ölkəyə səfər etmiş, bu səfərlər zamanı Qarabağ həqiqətlərini həmin dövlətlərin liderlərinə və ictimaiyyətinə çatdırmış, 1994-cü ildə atəşkəs elan etməklə ordu quruculuğunun gücləndirilməsinə xüsusi önəm vermişdir. Ulu öndər Heydər Əliyev haqqında dünyanın lider ölkələrinin rəhbərləri, ictimai-siyasi və din xadimləri çox müsbət, dəyərli fikirlər söyləmişlər. Rəcəb Tayyib Ərdoğan: “Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə türk və dünya tarixində şərəfli yer tutmuşdur”, Corc Buş: “Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur”, Vladimir Putin: “O böyük dövlət xadimi idi. Mübaliğəsiz demək olar ki, siyasət nəhəngi idi”, II İohan Pavel: “Görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikası son illər dünya birliyində layiqli yer tutmuşdur” və s. Hələ SSRİ Nazirlər Soveti sədrinin I müavini işlədiyi dövrlərdə 300 milyonluq SSRİ-yə rəhbərliyi zamanı Heydər Əliyevin şəxsində bütün SSRİ-də yaşayan xalqların, xüsusilə rusların azərbaycanlılara qarşı münasibəti ciddi şəkildə müsbətə doğru dəyişmişdir. 1994-cu ildə daxili və xarici təzyiqlərə baxmayaraq “Əsrin müqaviləsi”ni - böyük neft kontraktını gerçəkləşdirməsi nəinki gələcəkdə Azərbaycana axacaq valyutanın təməlini qoydu, eləcə də Azərbaycanın təhlükəsizlik məsələsini həll etmiş oldu. Ali Baş Komandan, ölkə başçısı cənab İlham Əliyevi Azərbaycana xilaskar kimi bəxş etdiyinə görə xalqımiz müasir dövlətimizin qurucusu və banisi ulu öndər Heydər Əliyevin ruhuna hər zaman dualar oxumalıdır. Ümummili Liderin dediyi “Mən İlham Əliyevə özüm kimi inanıram” tarixi fikri sadəcə atanın öz istəkli oğlu haqqında dediyi ifadə deyildi. Bu, bütün Türk dünyasının fenomen, müdrik ağsaqqalının potensialını əvvəlcədən bildiyi bir gənc haqqında söylədiyi dəyərli bir fikir idi. “Ot kökü üstə bitər” deyib atalarımız. Dövlət başçısı cənab İlham Əliyev ölkəyə rəhbərlik etdiyi gündən, özü dediyi kimi, hər bir azərbaycanlının prezidenti olaraq, ulu öndər Heydər Əliyevin daxili və xarici siyasət kursunu uğurla davam etdirmiş, Azərbaycanı dünyanın mötəbər tədbirlərin keçirildiyi məkana, regionun lider dövlətinə çevirmişdir. Azərbaycanda olan siyasi sabitlik, sosial-iqtisadi inkişaf, iş yerlərinin açılması, aparılan böyük tikinti-quruculuq işləri, o cümlədən idman olimpiya komplekslərinin tikilməsi, idmançılarımız tərəfindən qazanılan qızıl medalların, yüksək nəticələrin sayının ilbəil artması, Azərbaycanın bölgələrinin, xüsusilə Bakının gündən-günə gözəlləşməsi və hayata keçirilən digər böyük işlər ulu öndər Heydər Əliyev kursunun inamla və müvəffəqiyyətlə davam etdirilməsindən xəbər verir. 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfər Azərbaycan tarixində misli görünməmiş bir qələbədir. Müzəffər Ali Baş Komandan İlham Əliyev prezident olduğu zamandan etibarən hər gün Azərbaycanı bir addım qələbəyə yaxınlaşdırırdı. Belə ki, ordu quruculuğu, iqtisadiyyatın inkişafı, digər ölkələrlə qarşılıqlı və çoxtərəfli faydalı münasibətlərin qurulması, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, Azərbaycanın beynəlxalq aləmdə özünə layiqli yer tutması və etibarlı tərəfdaş kimi tanınması və s. 44 günlük Vətən müharibəsində qazanılan böyük Qələbənin başlanğıcı idi. Belə bir hikmətli kəlam var: “Müdrik sərkərdə əvvəlcə müharibəni udur, sonra döyüşə başlıyır”. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “Nəyi nə vaxt, necə etmək lazımdır, bunu mən bilirəm!” Və həmin həlledici məqam yetişdi. Azərbaycanın haqq döyüşündə, 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında rəşadətli Ordumuzun igid əsgər və zabitlərinin canı və qanı bahasına əldə olunmuş möhtəşəm Zəfər nəinki xalqımızın, bütün Türk dünyasının qamətini düzəltdi, qürurlandırdı. Bu böyük fəxarəti bizə yaşadan ölməz Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə uzun ömür, cansağlığı diləyirik. 44 günlük Vətən müharibəsində qazanılan böyük Qələbə şanlı tariximizə müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin adı ilə bağlı olaraq qızıl hərflərlə yazılacaq. Qızıldan imza atdın Tarixin yaddaşına. Şanlı bir tarix yazdın Vətənin savaşına. Prezidentim İlhamım! Ali Baş Komandanım! Qarabağı almağı Məqsəd qoydun qarşına. Dəmir Yumruq endirdin Düşmənlərin başına. Prezidentim İlhamım! Ali Baş Komandanım! Alqış sizə, min yaşa, Ərdoğanla dur qoşa. Qələbə çal, zəfər çal, Düşməni döndər daşa. Prezidentim İlhamım! Ali Baş Komandanım! Azərbaycan-Türkiyə Bir millət–iki dövlət. Haydı çatıb zamanı Yarat böyük Turanı. Prezidentim İlhamım! Ali Baş Komandanım! Qaytardın torpaqları, Yandırdın ocaqları. Bayram deyər bir daha Ucaltdın bayraqları. Prezidentim İlhamım! Ali Baş Komandanım! Biz unutqan olmamalıyıq! Bu günümüzün qədrini bilməliyik. Gənc nəsillərə bu xoşbəxt günlərə hansı çətin, keşməkeşli yollarla gəlib çıxmağımızı başa salmalıyıq. Hər zaman ayıq-sayıq olmalıyıq. Azərbaycanı sevməyən şər qüvvələrin cavabını yerindəcə verməliyik. Ümummilli liderimiz Heydər Əliyevin işıqlı yolunu, onun daxili və xarici siyasətini böyük uğurla davam etdirən müzəffər Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək Azərbaycanı xoşbəxt gələcəyə aparmaq üçün əlimizdən gələni etməliyik. Bayram YUSİFOV Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, “Gəncəli” İstehsalat Kommersiya şirkətinin rəhbəri
Read more
1941-1945-ci illər İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 77-ci ildönümü münasibətilə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, müharibə və əmək veteranı Fatma Səttarova ilə görüşüb. H.Abdullayev Qələbə günü münasibəti ilə nazirliyin rəhbərliyi və kollektivi adından F.Səttarovanı və onun timsalında Təşkilatın kollektivini təbrik edib, xoş arzularını ifadə edib. Görüşdə ümummilli liderimiz Heydər Əliyev tərəfindən İkinci Dünya müharibəsi iştirakçılarına göstərilmiş xüsusi diqqət və qayğıdan, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq həmin müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi üçün aparılan işlərdən bəhs olunub. İkinci Dünya müharibəsi iştirakçılarının sosial təminat sistemi ilə əhatə olunduqları, onlara diqqət və qayğının bundan sonra da davam edəcəyi qeyd olunub. F.Səttarova onun və bütün müharibə veteranlarının, həmçinin Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının daim dövlət qayğısı ilə əhatə olunmasından razılığını bildirib və buna görə Prezident İlham Əliyevə minnətdarığını ifadə edib. Görüşdə İkinci Dünya müharibəsi iştirakçılarının gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində xidmətlərindən bəhs olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşlığına dair fikir mübadiləsi aparılıb. www.sosial.gov.az
Read more
Mayın 9-da faşizm üzərində Qələbənin 77 ili tamam olur. Faşizm üzərində Qələbənin qazanılmasında Azərbaycan xalqının böyük xidmətləri olub. 1941-1945-ci illər müharibəsində igid Azərbaycan oğulları xalqımıza xas qəhrəmanlıq nümunəsi göstəriblər. Xalqımızın sarsılmaz iradəsi və inamı ön və arxa cəbhəni birləşdirib, faşizm üzərində Qələbəyə mühüm töhfə verib. Azərtac xəbər verir ki, dünya hərb tarixinə ən dağıdıcı və dəhşətli müharibə kimi daxil olan 1941-1945-ci illər müharibəsinin başlandığı ilk gündən on minlərlə azərbaycanlı döyüş cəbhəsinə könüllü göndərilmək üçün ərizə verib. Azərbaycan xalqı faşizmə qarşı müharibədə həlak olanların xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir. Bu müharibənin iştirakçıları, o cümlədən bütün veteranlar dövlətin diqqət və qayğısı ilə əhatə olunublar. Faşizm üzərində Qələbə müharibədə iştirak edən bütün xalqların birgə səyinin, əzmkarlığının və fədakarlığının nəticəsi idi. Bu Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Müharibə illərində göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar Polşa, Çexiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər. Partizan hərəkatında iştirak edən soydaşlarımızın da qəhrəmanlıq nümunələri saysız-hesabsızdır. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyən qəhrəmanlıq və şücaəti gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir. Azərbaycan xalqının qələbəyə töhfəsi təkcə ön cəbhə ilə məhdudlaşmayıb. Xalqımız faşizmə qarşı müharibədə döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də əsl əzmkarlıq nümayiş etdirib. İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynayıb. Müharibənin başlandığı ilk gündən Bakı neftçiləri gecə-gündüz çalışaraq, cəbhənin və iqtisadiyyatın bütün sahələrini yanacaqla təmin ediblər. Təkcə bir faktı xüsusi olaraq qeyd etmək yerinə düşər ki, 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. Müharibə illərində Azərbaycan alimləri tərəfindən yüksək oktanlı aviasiya yanacağının kəşf olunması amili də xalqımızın Qələbəyə verdiyi əvəzsiz töhfələrindən biridir. Sovet aviasiyası məhz bu yanacağın hazırlanmasından sonra cəbhədə düşmənə ağır zərbələr endirməyə müvəffəq oldu. Bundan başqa, xalqımız cəbhəyə yeddi tondan çox donor qanı göndərib, döyüşən ordunun ərzaq və isti geyimlə təchizatında fəal mövqeyi ilə seçilib. Azərbaycan faşizm üzərində Qələbə naminə bütün imkanlarını maksimum səfərbər edib. Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə xüsusi diqqət yetirib, onlara hərtərəfli qayğı ilə yanaşıb və sosial məsələlərinin həlli istiqamətində mühüm addımlar atıb. Məhz Ulu Öndərin ədaləti uca tutması sayəsində İkinci Dünya müharibəsi iştirakçılarının mənəvi haqları müstəqilliyin ilk illərində özlərinə qaytarılıb və 1994-cü ildən başlayaraq Azərbaycanda 9 May - Qələbə Günü qeyd olunur. Ümummilli Lider müharibə veteranlarını “Xalqımızın qızıl fondu” adlandırırdı. Ulu Öndərin bu sahədəki siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev İkinci Dünya müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranların qayğılarına həssaslıqla yanaşır. Qələbə bayramı ərəfəsində Prezident İlham Əliyevin müharibə veteranlarına qayğının artırılması, onların sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı sərəncamlar imzalaması artıq ənənə halı alıb. Azərbaycan Prezidentinin 2022-ci il 19 aprel tarixli Sərəncamı ilə 1941–1945-ci illər müharibəsində iştirak etmiş şəxslərə 1500 manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 750 manat məbləğində birdəfəlik maddi yardım verilib. Bütün bunlar bir daha sübut edir ki, müharibə veteranlarına hərtərəfli diqqət və qayğı Azərbaycanda dövlət siyasətinin başlıca prioritetlərindən biridir. İkinci Dünya müharibəsinin veteranları xalqımızın fəxridir. Onların müharibə illərində göstərdiyi qəhrəmanlıq bu gün də böyük hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur. Böyük Qələbənin qazanılmasından 77 il ötsə də, İkinci Dünya müharibəsində misilsiz şücaət göstərmiş xalqımızın, onun igid oğullarının xidmətləri daim xatırlanır. İkinci Dünya müharibəsi xalqımızın qəhrəmanlıq ənənələrinin davamıdır. Ön cəbhədə, arxa cəbhədə ata-babalarımızın göstərdikləri hünər, igidlik nümunələri gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi üçün əhəmiyyətli olmaqla yanaşı, həm də onların döyüş ruhunun formalaşmasında, qələbəyə doğru addımlarının mətin olması yolunda böyük önəm daşıyır. Otuz il ərzində Ermənistanın işğalçılıq və soyqırımı siyasətinin acı nəticələrini yaşamış Azərbaycan xalqı 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına və növbəti hərbi təcavüzünə cavab olaraq Vətən müharibəsinə qalxdı. Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdi və tarixi Qələbə qazandı. Azərbaycan xalqı daha bir qəhrəmanlıq salnaməsi yazaraq qalib xalq olduğunu bütün dünyaya sübut etdi, ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixi, ata və babalarımızın igidlik, mərdlik, şücaət ənənələri daha da zənginləşdirildi.
Read more
Mayın 8-də Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən İkinci Dünya müharibəsində Qələbənin 77-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ziyarət olunub. Azərtac xəbər verir ki, təşkilatın rəhbəri Fatma Səttarova ilə görüşən FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov veteranları faşizm üzərində Qələbə günü münasibətilə təbrik edərək, Fövqəladə Hallar Nazirliyi adından əklil və bayram sovqatı təqdim edib. Baş idarə rəisi tarixi Qələbənin qazanılmasında Azərbaycanın igid oğul və qızlarının layiqli töhfəsindən, milli Azərbaycan diviziyalarının müharibə tarixinə parlaq səhifələr yazmasından, veteranların döyüşlərdə, həmçinin arxa cəbhədə qəhrəmanlıq və böyük fədakarlıq göstərmələrindən danışıb. General-mayor xüsusi vurğulayıb ki, artıq ikinci ildir bu bayramı 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə Ermənistan üzərində qazanılmış parlaq Zəfərin yaratdığı sonsuz sevinc və qürur hissi ilə qarşılayırıq. Bildirib ki, dövlətçiliyimizin ən şərəfli səhifəsi olan tarixi Zəfərlə Azərbaycan Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı əzəli torpaqlarımızı işğaldan azad edib, ərazi bütövlüyümüz bərpa olunub. N.Zamanov veteranlarımızın bu gün də müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak etməsini, gənclərin orduya hazırlanmasında və ordumuzun şəxsi heyətinin döyüş ruhunun daim yüksək saxlanılmasında səylərini əsirgəməməsini qeyd edib, şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyən qəhrəmanlığı və şücaətini gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsi adlandırıb. Görüşdə İkinci Dünya müharibəsi veteranı Fatma Səttarova zəngin və şərəfli tarixə malik Azərbaycan xalqının İkinci Dünya müharibəsində Qələbənin əldə olunmasında böyük xidmətlərini vurğulayıb, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən qəhrəmanlıq salnaməmizə imzalarını atmış ön və arxa cəbhə veteranlarına, onların ailələrinə daim yüksək diqqət, qayğı göstərildiyini bildirib.
Read more
Bəşər tarixində liderlərin böyüklüyü bir tərəfdən yaşadığı dövrdə gördüyü işlərin, yaratdıqlarının əhəmiyyəti ilə ölçülürsə, digər tərəfdən onların fəaliyyətinin gələcəyin axarına təsiri, əks-sədaları ilə müəyyənləşir. Dərin fəlsəfəyə əsaslanan, daim zamanın nəbzini tutmağı, hadisələrə müdrik qiymət verməyi, siyasi potensialını çevik dəyərləndirməyi bacaran şəxsiyyətlər cəmiyyətdəki prosesləri düzgün istiqamətləndirməyə nail olur, təmsil etdikləri xalqları zamanın sərt fırtınalarından, çətin sınaqlarından üzüağ çıxarır, milli xilaskara çevrilirlər. Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyev çağdaş tariximizdə əbədiləşmış, respublikamıza rəhbərliyinin bütün dövrlərində vətən və xalq qarşısında misilsiz xidmətlər, xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi nümunəsi göstərmişdir. 1993-cü ildə xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ümummilli Lider andiçmə mərasimindəki nitqində deyib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.” Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bildi, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etdi və onun həyata keçirilməsi üçün mühüm addımlar atdı. Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş apardı, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, müharibədə uzunmüddətli atəşkəsə nail olunmaqla erməni təcavüzü dayandırıldı, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edildi. "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” deyən Ulu Öndər 1994-cü ildə Gənclər və İdman Nazirliyinin əsasını qoydu. Bu siyasi dövlət institutu qısa vaxtda gənclər siyasətinin əsas konturlarını müəyyənləşdirdi və reallaşdırmağa başladı.1995-ci ildə Gənclər Təşkilatlarının Milli Şurası yaradıldı. Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və bir çox vacib problemlərin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək məqsədilə ümummilli lider Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsü irəli sürüldü. Beləliklə də, 2 fevral 1996-ci ildə gənclərin I Forumu keçirildi. İlk Forum Azərbaycanda gənclər siyasətinin müəyyən olunmasında mühüm rol oynadı. 1997-ci il fevralın 1-də forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən ulu öndər Heydər Əliyev 2 fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında Sərəncam imzaladı. Azərbaycanın digər mühüm sahələrlə yanaşı, həm də bir idman ölkəsi olaraq beynəlxalq aləmdə tanınması və olimpiya hərəkatına qoşulması geniş vüsət aldı. Dövlət idman siyasətinin həyata keçirilməsində əvəzsiz xidmətləri olan Ulu öndərin diqqət və qayğısı sayəsində 1997-ci ildə Azərbaycan idmanı özünün ən mühüm mərhələsinə qədəm qoydu. Cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ölkəmizdə idmanın daha böyükmiqyaslı tərəqqisinə, Azərbaycanın dünya idman ailəsinin üzvü olmasına, idmançılara dövlət qayğısının artırılmasına, maddi-texniki bazanın möhkəmlənməsinə geniş üfüqlər açdı”. Ulu Öndər beş dəfə keçmiş SSRİ-nin Lenin ordeni ilə, Qırmızı Ulduz ordeni və çoxsaylı medallarla təltif edilmiş, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına, həmçinin müxtəlif ölkələrin ali mükafatlarına, nüfuzlu ali məktəblərin fəxri adlarına layiq görülmüşdür. Bu gün müstəqil Azərbaycan dövlətində təhlükəsiz və firavan şəraitdə yaşadığımıza görə məhz ümummilli lider Heydər Əliyevə borcluyuq.Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Möhtərəm Prezidentimiz tərəfindən aparılan uğurlu siyasət nəticəsində Azərbaycan böyük inkişaf yolu keçib, 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanaraq ərazi bütövlüyünü bərpa edib, regionun lider dövlətinə çevrilib, beynəlxalq aləmdə mövqeyini xeyli möhkəmləndirib. Məqalə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunub. Həmid Nəsirov Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, 1-ci dərəcə dövlət qulluqçusu, YAP ərazi partiya təşkilatının sədri
Read more
Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar olaraq bir qrup veteran ulu öndərin məzarını ziyarət edib, dahi rəhbərin məzarı önünə gül dəstələri qoyub. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovun moderatorluğu altında baş tutan ziyarətdə Ulu öndər Heydər Əliyevin dönəmində çalışan 20-yə qədər sabiq məmur, elm və siyasət adamı, o cümlədən 20-yə qədər gənc nəslin nümayəndəsi – orta məktəb və universitet tələbələri, 44 günlük Vətən müharibəsinin gənc qaziləri də iştirak edib. Polkovnik Cəlil Xəlilov Ümummilli liderin fəaliyyətindən, Azərbaycan dövləti və xalqı qarşısındaklı tarixi xidmətlərindən bəhs edib, Heydər Əliyev siyasi kursunun yol açdığı uğurlu inkişafdan danışıb. Tədbir iştirakçıları daha sonra Heydər Əliyev Mərkəzini ziyarət edib, Ümummilli liderin həyat və fəaliyyəti ilə ətraflı tanış olub, ulu öndərlə bağlı xatirələrini bölüşüblər.
Read more