Последние новости

Bu gün Respublika Veteranlar Təşkilatının üzvü, Böyük Vətən Müharibəsi iştirakçısı Əli Nəsirovun 100 yaşı tamam olub. Yubiley münasibəti ilə Respublika Veteranlar Təşkilatının Təşkilati və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nadir İsmayılov, Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev, Təşkilatın Səbail rayon şöbəsinin sədri Adilə Yaqubova, Səbail Rayon İcra Hakimiyyəti və Səbail Rayon Bələdiyyəsinin nümayəndələri Əli Nəsirovu ziyarət edib, ona uzun ömür, cansağlığı arzulayıblar. Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova da yubiley münasibəti ilə Əli Nəsirovu təbrik edib, onu gənclər üçün örnək adlandırıb. Təşkilat sədri tərəfindən yubilyara ünvanlanan təbrik məktubunda deyilir: “Hörmətli Əli müəllim. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı adından və şəxsən öz adımdan Anadan olmağınızın 100 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm. İkinci Dünya Müharibəsi illərində Siz, ordu hissələri tərkibində Qafqazın, Ukraynanın faşist işğalçılarından azad olunması uğrunda gedən hərbi əməliyyatların fəal iştirakçısı kimi şərəfli döyüş yolu keçmisiniz. Siz, müharibədən sonrakı illərdə də quruculuq işlərində fədakarlıqla çalışmısınız, öz bilik və təcrübənizlə bölüşərək gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə mühüm töhfə vermisiniz. Vətən qarşısındakı xidmətlərinizə görə orden və medallarla təltif olunmusunuz. Siz müharibə və əmək veteranı kimi bu gün də gənclərimiz üçün örnəksiniz. Hörmətli Əli müəllim, Sizi bir daha ad gününüz münasibətilə təbrik edir, Sizə cansağlığı arzulayıram”.
Читать далее
Cəlil Xəlilov: “Təcavüzkar dövlət öz mövcudluğunu qorumaq istəyirsə, yaxın tarixdən nəticə çıxarmalı, təxribatlardan əl çəkməlidir” Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "Twitter" səhifəsində Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycana vermək istəməməsini pisləyib, bunu məsuliyyətsiz davranış kimi şərh edib. Veteran.gov.az-a açıqlamasında Ermənistanın bu məkirli addımına toxunan Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, rəsmi İrəvanın yaxın tarixdən dərs çıxarmasının vacibliyini qeyd edib: “Ermənistanın minalanmış ərazilərin xəritəsini ölkəmizə verməməsi onun məkirli xislətindən xəbər verir. Bu, onu göstərir ki, rəsmi İrəvanın hələ də 10 noyabr üçtərəfli sazişinin şərtlərini tam olaraq yerinə yetirməklə bağlı müəyyən tərəddüdləri var. Minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməməsi, Zəngəzur dəhlizinin açılması istiqamətində görülən işlərdə müşahidə edilən ləngimələr, Ermənistan daxilində səslənən cəfəng xarakterli revanşist fikirlər buna sübutdur. Lakin İrəvan anlamalıdır ki, bu kimi addımlar Ermənistan üçün ağır faciələrə səbəb ola bilər. Təcavüzkar dövlət öz mövcudluğunu qorumaq istəyirsə, yaxın tarixdən nəticə çıxarmalı, təxribatlardan əl çəkməlidir. Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində Ermənistanın hərbi potensialının 80%-dən çoxunu məhv etdi. Azərbaycanın “Dəmir yumruğu” qarşısında diz çökən Ermənistan kapitulyasiyaya imza atdı. Əgər Ermənistan yaşadığı ağır məğlubiyyətdən də dərs çıxarmaq, ibrət almaq istəməsə, o zaman bir dövlət olaraq mövcudluğu sual altına düşəcək və heç bir qüvvə onu məhv olmaqdan xilas edə bilməyəcək”. Seymur ƏLİYEV
Читать далее
Bakı, 16 mart, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 16-da Şuşa şəhərində olublar. Səfərdən geniş reportaj martın 17-də təqdim ediləcək.
Читать далее
Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova ilə 44 günlük Vətən müharibəsində iştirak edən bir qrup qazi arasında görüş keçirilib. Veteran.gov.az xəbər verir ki, tədbirdən öncə qaziləri Respublika Veteranlar Təşkilatının fəaliyyəti ilə yaxından tanış edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov qaziləri təşkilatın fəaliyyəti ilə yaxından tanış edib, onların suallarını cavablandırıb. Respublika Veteranlar Təşkilatında baş tutan görüşdə çıxış edən təşkilatın sədri Fatma Səttarova, 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlığa diqqət çəkib, bu qəhrəmanlığın sadəcə milli tariximizə deyil, bütövlükdə dünya hərb tarixinə qızıl hərflərlə həkk olunduğunu bildirib. Tədbirin sonunda xatirə şəkli çəkilib, qazilərə bayram sovqatı verilib. Seymur ƏLİYEV
Читать далее
"Respublika" qəzetinin baş redaktoru Teymur Əhmədov vəfat edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti bununla bağlı mərhumun yaxınlarına dərin hüzünlə başsağlığı verib, səbr diləyib. Başsağlığı müraciətində vurğulanır ki, Teymur Əhmədov peşə fəaliyyəti dövründə ölkə jurnalistikasının inkişafına mühüm töhfələr verib, hər zaman mili maraqların, dövlətçilik maraqlarının keşiyində dayanıb. Şəhid ailələri, qazi və veteranlarla bağlı məsələlərə xüsusi həssaslıqla yanaşan Teymur Əhmədov, veteranlarla əlaqədar çoxsaylı tədbir və görüşlərin işıqlandırılmasında, onların arzu və istəklərinin əlaqədar qurumların diqqətinə çatdırılmasında, veteranlara dövlət dəstəyi ilə bağlı layihələrin ictimailəşməsində mühüm rol oynayıb. Bu səbəbdən də Teymur Əhmədov sadəcə yaxınlarının, media nümayəndələrinin, ictimai-siyasi fəalların deyil, eyni zamanda veteranların qəlbində hər zaman yaşayacaq, dərin hörmət və ehtiram hissi ilə yad ediləcək. Məlumat üçün qeyd edək ki, Teymur Əhmədov 1995-ci ildən "Respublika" qəzetinin baş redaktoru olub.
Читать далее
Cəlil Xəlilov: “Bu ideologiya bu gün də davam və inkişaf etdirilməkdədir” 44 gün davam edən Vətən müharibəsində ökəmizdə yaşayan və Azərbaycan vətəndaşı olan bütün xalqların yaxından iştirak etdiyi, qələbəyə öz töhfəsini verdiyi hər kəsə məlumdur. Bununla bağlı Veteran.gov.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu həmrəyliyin arxasında duran məqamlara diqqət çəkib, Azərbaycanın burada məskunlaşan bütün xalqların vətəni olduğunu qeyd edib: “44 günlük Vətən müharibəsində sadəcə azərbaycanlıların deyil, Azərbaycan vətəndaşı olan digər xalqların nümayəndərləinin də erməni faşizminə qarşı mübarizədə yaxından iştirak etdiyi, düşmən üzərində qələbəyə ciddi töhfə verdiyi hər kəsə məlumdur. Müharibənin ilk günündən etibarən dövlətimizin həyata keçiridyi qismən səfərbərlik çağırışına səs verən, könüllü şəkildə ordu sıralarına qatılaraq cəbhədə düşmənə qan udduran bütün vətəndaşlarımız vahid amal üçün – işğaldakı torpaqlarımızı azad etmək uğrunda qəhrəmancasına mübarizə aparıb. Təkcə bir faktı qeyd edim ki, müharibədə Azərbaycan vətəndaşlığı daşıyan rus millətindən olan xeyli sayda insan iştirak edib ki, onların 3-ü şəhid olub, 10 nəfərə qədəri isə yaralanıb. Onların arasında Şuşaya qədər gedib çıxan, Şuşa uğrunda mübarizə aparan rus millətindən olan vətəndaşlarımız olub. Azərbaycan Respublikasının Milli Qəhrəmanları arasında Yuri Kovalyov, Sergey Murtuzalıyev, Sergey Senyuşkin kimi cəsur hərbçilər mövcuddur. Yəhudi əsilli Albert Aqarunovun Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqlar bütün dünyaya məlumdur. Ukrayna millətindən olan Ruslan Polovinko, Belarus əsilli vətəndaşımız Anatoli Davidoviç, Gürcüstanda anadan olan Viktor Seryogin və bu qəbildən olan digər qəhrəmanlarımız bütün Azərbaycanın fəxri və qürurudur. Dövlətimiz bütün bu qəhrəmanların adının əbədiləşdirilməsi istiqamətində ciddi addımlar atıb, onların abidə və büstləri ucaldılıb, keçə və meydanlara onların adı verilib. Bu faktın özü göstərir ki, ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri Azərbaycanı öz ana vətənləri hesab edir və bu vətənin keşiyində durmağı, onu düşməndən müdafiə etməyi özlərinə şərəf bilirlər. Cənab prezident öz çıxışlarında dəfələrlə qeyd edib ki, düşmən üzərində zəfərimizi təmin edən başlıca amil bizim həmrəyliyimiz olub. Bu həmrəyliyi təmin edən əsas amillərdən biri, bəlkə də birincisi isə azərbaycançılıq ideologiyasıdır. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu ideologiya ölkəmizdə yaşayan bütün xalqların birliyini, həmrəyliyini, qardaşlığını nəzərdə tutur. Bu ideologiyanın mahiyyəti ondan ibarətdir ki, Azərbaycanda yaşayan, Azərbaycan Respublikasının vətəndaşı olan hər kəs hansı xalqa mənsub olmasından asılı olmayaraq, vətəni Azərbaycanı sevməli, onun maraq və mənafeyini qorumalıdır. Ümummilli lider tərəfindən irəli sürülən və cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu ideologiya xalqımızın birliyini, bərabərliyini, gücünü təçmin edən başlıca faktordur. Hansı ki, məhz bu faktor bizi 44 günlük Vətən müharibəsindən qalib çıxardı, düşmən üzərində həlledici qələbəmizi təmin etdi. Bu baxımdan əslində ordumuzun 8 noyabr zəfərini həm də ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının qələbəsi kimi də qiymətləndirmək mümkündür. İnanıram ki, xalqımızın bu birlik və bütövlüyü bundan sonra da qorunacaq, Azərbaycan xalqı gələcəkdə də düşmənlərə sözünü öz birliyi, həmrəyliyi ilə deyəcək”. Seymur ƏLİYEV
Читать далее
Respublika Veteranlar Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev Xəzər rayonunda qazilərlə görüş keçirib. Veteran.gov.az xəbər verir ki, 12 mart 2021-ci il tarixində keçirilən tədbirdə Xəzər rayon VT nin sədri Səxavət Məcnunov, müavini Samir Məmmədov, Xəzər rayon İkinci Qarabağ Müharibəsi Əlilləri Cəmiyyətinin sədri Səfa Əliyev, 44 günlük Vətən Müharibəsi iştiakçıları Nurlan Şıxəliyev, İlham Məmmədyarov, Mikayıl Zeynalov, Birinci Qarabağ müharibəsi veteranları Tahir Abdullayev, Əliqulu Məmmədov və başqaları iştirak edib. Tədbiri giriş sözü ilə açan Xəzər rayon Veteranlar Təşkilatının sədri Səxavət Məcnunov Xəzər Rayon İcra Hakimiyyəti başçısı Elşən Salahovun müharibə veteranlarına göstərdiyi diqqət və qayğıdan bəhs edib. Daha sonra çıxış edən Adil Haqverdiyevin təşəbbüsü ilə vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova və sədrin müavini, polkovnik Cəlil Xəlilovun salamını tədbir iştirakçılarına çatdıran Adil Haqverdiyev, Vətən müharibəsi iştiakçıları ilə yaxından tanış olub. Azərbaycanın 44 günlük müharibədə düşmənlərə öz “Dəmir yumruğu”nu göstərdiyini bildirən Adil Haqverdiyev, ordumuzun bundan sonra da hər cür təxribatı qətiyyətlə dəf edəcəyini vurğulayıb. Daha sonra çıxış edən edən Xəzər rayonu VT-nin sədr müavini Samir Məmmədov Respublika Veteranlar Təşkilatının qazilərlə bu cür görüşlərini müsbət qiymətləndirib, bunun gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə müsbət təsir göstərdiyini qeyd edib. Xoş ovqat şəraitində keçən tədbirin sonunda xatirə şəkli çəkilib. Seymur ƏLİYEV
Читать далее
Respublika Veteranlar Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsi cari ilin 11 mart tarixində Suraxanı rayonunda I Qarabağ müharibəsi veteranları, o cümlədən Vətən müharibəsi qaziləri ilə görüş keçirib. Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyevin rəhbərliyi və baş mütəxəssis Nəbi Hacıyevin iştirakı ilə keçirilən görüşdə Suraxanı rayon VT-nın sədri Eldar Rüstəmov, 44 günlük Vətən müharibəsi iştirakçıları Namiq Rufullayev, Davud Əliyev, Həmid İsmayılov, Azad Sultanov, Həsən Paşayev və eyni zamanda birinci Qarabağ müharibəsinin veteranları iştirak edib. Tədbirdən öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Suraxanı rayon VT-nın sədri Eldar Rüstəmov çıxış üçün Adil Haqverdiyevə söz verib. Öncə I Qarabağ müharibəsinə toxunan Adil Haqverdiyev, həmin dövrdə ordunun silah –sürsatın çatışmamazlığından, nizami ordu və vahid komandanlığın olmamasından danışıb və qeyd edib ki, məhz bu kimi amillər torpaqlarımızın müvəqqəti olaraq itirilməsinə səbəb olub. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusunun şanlı qalibiyyətinə toxunan Adil Haqverdiyev, ordumuzla yanaşı, bütün xalqın bu çətin günlərdə böyük birlik və fədakarlıq sərgilədiyini qeyd edib, 8 noyabr zəfərinin tarixi əhəmiyyətini vurğulayıb. Adil Haqverdiyev bundan sonra da veteranları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında sıx birləşməyə səsləyib. Daha sonra çıxış edən qazi Namiq Rufullayev də 8 noyabr zəfərinin əhəmiyyətinə toxunub, heç bir təxribatmı qüvvənin bu tarixi qələbənin üstünə kölgə sala bilmədiyini vurğulayıb. Tədbirin sonunda xatirə şəkli çəkilib. Məlumat üçün qeyd edək ki, Respublika Veteranlar Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsi mütəmadi şəkildə qazi və veteranlarla görüşlər keçirir, onların arzu və istəkləri ilə maraqlanır. Seymur ƏLİYEV
Читать далее
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova Daxili Qoşunlarının yaranmasının 29-cu ildönümü münasibəti ilə DİN-nin Daxili Qoşunlarının bütün şəxsi heyətini təbrik edib. Təbrik müraciətində deyilir: “Bu gün Azərbaycan Respublikasının ərazi bütövlüyü, suvetrenliyi uğurunda gedən müharibələrdə yaxından iştirak edən, istər Birinci Qarabağ müharibəsi, istərsə də 44 gün davam edən Vətən müharibəsində böyük qəhrəmanlıqlara imza atan DİN-nin Daxili Qoşunlarının yaranmasının 29-cu ildönümüdür. Bu tarixi gün münasibəti ilə Daxili Qoşunların bütün şəxsi heyətini təbrik edir, onlara bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıram. Daxili Qoşunlar Birinci Qarabağ müharibəsinin gedişatında yaranan, döyüşlərdə möhkəmlənən, öz mövcudluğunu cəsarəti və qəhrəmanlığı ilə isbatlayan qoşun növüdür. 1992-ci il martın 12-də Daxili Qoşunların Biləcəri, Sumqayıt, Gəncə hərbi hissələri erməni işğalçılarına qarşı döyüşlərə başlayıb, Ağdam rayonunun Papravənd, Qalayçılar, Manikli, Baş Güneypəyə, Canyataq, Gülyataq kəndləri uğrundakı döyüşlərdə iştirak edib. Bu döyüşlər zamanı çavuş Hətəmxan Babayev, leytenant Rafiq İsmayılov, baş leytenant Ruber Səfərəliyev şəhid olublar. Hansı ki, onlar Daxili Qoşunların ilk şəhidləri hesab edilir və elə buna görə də həmin döyüş günü rəmzi olaraq Daxili Qoşunlar Günü kimi müəyyən edilib. I Qarabağ müharibəsi zamanı Daxili Qoşunların şəxsi heyətindən 496 nəfər həlak olub, 1166 nəfər yaralanıb, 268 nəfər isə itkin düşüb. Daxili Qoşunların Birinci Qarabağ müharibəsindəki qəhrəmanlığı, düşmənə qarşı əzmkar mübarizəsi ulu öndər Heydər Əliyev tərəfindən də yüksək qiymətləndirilib. Təsadüfi deyil ki, məhz ümummilli ldierin 9 mart 1995-ci il tarixli Fərmanı ilə 12 mart Daxili Qoşunlar Günü elan edilib. Sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində də Daxili Qoşunlar işğaldakı torpaqlarımızın azad edilməsində fəal iştirak edib, misilsiz qəhrəmanlıqlara imza atıb. Möhtərəm prezidentimiz, Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyev tərəfindən Vətən müharibəsindəki qəhrəmanlıqlarına görə Daxili Qoşunların hərbçilərinin çoxsaylı orden və medallarla təltif edilməsi də bu həqiqətin ali isbatıdır. Mən bu tarixi gün münasibəti ilə bir daha Daxili Qoşunları təbrik edir, onun bütün şəxsi heyətinə xidməti fəaliyyətində müvəffəqiyyətlər arzulayıram. Daxili Qoşunlar və onların ərazi bütövlüyümüz uğrundakı mübarizəsi Azərbaycan tarixinin şanlı səhifələrindən biridir və bu tarix hər zaman qürur hissi ilə xatırlanacaq”. Seymur ƏLİYEV
Читать далееBu gün Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikovun rəhbərlik etdiyi nümayəndə heyəti Respublika Veteranlar Təşkilatını ziyarət edib, təşkilatın sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilovla görüşüb. Görüş əsnasında Respublika Veteranlar Təşkilatnın fəaliyyəti ilə yaxından tanış olan səfirə görülən və görülməsi nəzərdə tutulan işlər haqqında məlumat verilib, Rusiya və Azərbaycan veteran təşkilatları arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivi ilə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycan və Rusiya xalqları arasında möhkəm dostluq əlaqələrinin mövcudluğuna diqqət çəkən Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova, faşizmə qarşı xalqlarımızın birgə mübarizə apardığını, bəşəriyyətin gələcəyi təhdid edən “qəhvəyi taun”a qarşı mübarizədə tarixi həmrəylik sərgilədiklərini bildirib. Bu gün də iki dövlət arasında sıx dostluq münasibətlərinin mövcudluğuna diqqət çəkən Fatma Səttarova, Azərbaycan və Rusiyanın dövlət başçıları arasında da şəxsi dostluq münasibətinin mövcudluğunu vurğulayıb, bu dostluğun xalqlarımız üçün də nümunə olduğunu qeyd edib. Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov da Azərbaycan-Rusiya münasibətlərinin tarixən dinamik şəkildə inkişaf etdiyini, hər iki xalqın bir-birlərinin tarixinə, mədəniyyətinə, ədəbiyyatına böyük maraq göstərdiyini qeyd edib. Cəlil Xəlilov Respublika Veteranlar Təşkilatının fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında da ətraflı danışıb. Daha sonra çıxış edən Rusiya Federasiyasının səfiri Mixail Boçarnikov səmimi qəbula görə Fatma Səttarovaya təşəkkürünü bildirib, təşkilat sədrinə gül dəstəsi təqdim edib. Azərbaycan-Rusiya xalqlarının dostluq və əməkdaşlığından məmnunluğunu ifadə edən Mixail Boçarnikov Azərbaycan xalqının faşizmə qarşı mübarizədəki xidmətlərini yüksək qiymtələndirib, birgə tarixi mübarizənin xalqlarımızın həmrəyliyinə nümunə olduğunu bildirib. Mixail Boçarnikov onu da qeyd edib ki, Respublika Veteranlar Təşkilatının fəaliyyətini maraq və məmnunluqla izləyir. Görüşün sonunda səfir Mixail Boçarnikov Fatma Səttarovaya Rusiyanın “Qələbə” Təşkilatı Komitəsinin “1941-1945-ci illər Böyük Vətən Müharibəsi Qələbəsinin 75 ili” medalını təqdim edib. Respublika Veteranlar Təşkilatına bu cür mötəbər medalın təqdim edilməsinə, təşkilata və şəxsinə göstərilən etimada görə Mixail Boçarnikova, onun timsalında Rusiya dövlətinə təşəkkür edən Fatma Səttarova, Azərbaycan-Rusiya dostluğunun bundan sonra da davam edəcəyinə inamını ifadə edib. Seymur ƏLİYEV
Читать далееBu gün Sovet İttifaqı Qəhrəmanı, dünya şöhrətli tarixçi alim Ziya Bünyadovun nəvəsi Əli Bünyadov Respublika Veteranlar Təşkilatını ziyarət edib. Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova və təşkilatın sədr müavini Cəlil Xəlilovla görüşən Əli Bünyadov qəbula görə Təşkilat rəhbərliyinə öz təşəkkürünü bildirib, Ziya Bünyadov haqqında xatirələrindən söz açıb. Ziya Bünyadovun faşizmə qarşı mübarizəsindəki xidmətlərinə diqqət çəkən Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova, onun sadəcə silahı ilə deyil, həm də qələmi ilə düşmənlərə qarşı mübarizə aparıdğını vurğulayıb. Fatma Səttarova qeyd edib ki, Ziya Bünyadov Azərbaycana bütün dünyada şöhrət gətirən, onun adını ucaldan dəyərli ziyalılardan olub və onun adı tariximizdə hər zaman iftixar hissi ilə çəkiləcək. Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov da Ziya Bünyadovun faşizmə qarşı mübarizədə böyük qəhrəmanlıqlara imza atdığını, Azərbaycanın müstəqilliyindən sonra erməni faşizminə qarşı da eyni qətiyyətlə mübarizə aparıdğını vurğulayıb. Daha sonra Əli Bünyadov Respublika Veteranlar Təşkilatnın fəaliyyəti ilə ətraflı tanış olub. Sonda görkəmli alimin nəvəsinə "1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı təqdim olunub. Seymur ƏLİYEV
Читать далее
Cəlil Xəlilov: ”Bu təlimlər göstərir ki, “Dəmir yumruq” yerindədir və bundan sonra da yerində olacaq” Xəbər verdiyimiz kimi, Azərbaycan ordusu 10 min şəxsi heyət, tank və digər zirehli texnikaların iştirakı ilə təlimlərə start verib. Veteran.gov.az-a açıqlamasında bu təlimlərin önəminə diqqət çəkən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov ordumuz tərəfindən keçirilən bu təlimlərin bir çox aspektdən mühüm əhəmiyyətə malik olduğunu vurğuladı: “Şübhəsiz ki, bu və bu kimi hərbi təlimlər Azərbaycan ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi, onun peşəkarlığının artırılması baxımından mühüm əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, 44 günlük Vətən Müharibəsinə qədərki dönəmdə də Azərbaycan ordusu çoxlu sayda irimiqyaslı təlimlər keçirirdi. Hansı ki, bu təlimlərdə məqsəd müxtəlif qoşun növlərinin fəaliyyətinin döyüş şəraitində təşkili, şəxsi heyətin çətin və mürəkkəb relyef şəraitində hərəkətinin təmin edilməsi, şərti hədəflərin yüksək dəqiqlikllə məhv edilməsi, tank və artilleriya bölmələrinin hazırlıq səviyyəsinin yüksəldilməsi və s. kimi məqsədlərə xidmət edirdi. Sevindiricidir ki, biz bütün bunların bəhrəsini 44 günlük Vətən Müharibəsində əməli şəkildə gördük. Ordumuz Ali Baş Komandanımızın rəhbərliyi altında qısa zamanda işğaldakı torpaqları azad etdi, düşməni sözün həqiqi mənasında darmadağın etdi. Məşhur hərbi deyimlə desək, təlim nə qədər ağır olarsa, döyüş o qədər asan olar. Ordumuz Vətən müharibəsində bu deyimin doğruluğunu bir daha təsdiq etdi. Bugünlərdə keçirilən təlimlər ordumuzun Vətən müharibəsindəki döyüş hazırlığının qorunub saxlanılmasına və möhkəmlənməsinə hesablanıb. Əvvəlki təlimlərdə olduğu kimi, bu təlimlərdə də piyadalarla yanaşı tankların, ağır artileriyanın birgə iştirakı ilə hücum əməliyyatının təşkili, müxtəlif qoşun növlərinin birgə fəaliyyətinin operativ və effektiv şəkildə təmini, hücum və anti-terror əməliyyatları zamanı müasir silahların tətbiqi və s. diqqət mərkəzində saxlanılan əsas məsələlərdən biridir. Ona görə də bu təlimləri və onun ordumuz üçün əhəmiyyətini yüksək qiymətləndirirəm. Hesab edirəm ki, düşmənlərimiz bu təlimlərdən lazımi nəticə çıxarmalı, ölkəmizə qarşı hansısa təxribata əl atacaqları təqdirdə Azərbaycan ordusu tərəfindən ağır şəkildə cəzalanacaqlarının mütləqliyini dərk etməlidirlər. Ölkə başçısının qeyd etdiyi kimi, “Dəmir yumruq” yerindədir və hər zaman da yerində olacaq”. Seymur ƏLİYEV
Читать далее