Последние новости

4 dekabr - Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür. Qalib Azərbaycan Ordusunun müzəffər Ali Baş Komandanının doğum günündə yolumuz Ağcabədidə yerləşən Laçın obalarınadır. Təəccübləndiniz, deyilmi? O zaman yadınıza salaq - 2011-ci il dekabrın 24-də 50 yaşı tamam olan Prezident İlham Əliyev Ağcabədi rayonuna səfər edərək, Taxtakörpü qəsəbəsində məskunlaşmış Laçından olan məcburi köçkün ailələrlə görüşmüş, yubileyini onlarla birlikdə qeyd etmişdi. O tarixdən artıq doqquz il keçir. Ötən bu müddət ərzində Azərbaycanın da, Prezidentin də, onunla görüşən məcburi köçkünlərin də statusu dəyişib. İndi cənab İlham Əliyev ərazi bütövlüyünü bərpa etmiş qalib ölkənin Prezidentidir, onunla görüşən Laçın sakinləri isə artıq məcburi köçkün deyillər. Həmin görüşdə iştirak edən ailələrdən biri də Laçın rayonunun Mişnə kəndindən olan, hazırda Taxtakörpü qəsəbəsinin Mişnə obasında yaşayan Həsənovlar ailəsidir. Yusif Həsənov həmin günü belə xatırlayır: “50 yubiley yaşıdır. Onu Laçın camaatı ilə keçirməsi - bu qəsəbəyə bundan artıq nə hörmət ola bilər? Onun bizlərlə, bu qaçqınlarla bərabər bir yerdə olmağı doğrudan da nə qədər qiymətlidir. Onu biz nə cür unuda bilərik, onu nə cür qiymətləndirməyə bilərik? Bu cür sadə bir insan hörmətli xanımı ilə bərabər burada oldu. Görüşdə söhbət də elədik. Çox yaxından tanış oldu. Yaxından dindirdi insanları. Dedi, bəlkə imkan vermirlər fikirlərinizi bildirəsiniz”. Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın laçınlı köçkünlərlə görüşünə Yusif baba həyat yoldaşı Təyyarə xanımla getmişdi. Təyyarə nənə deyir ki, Prezident gəlib gedəndən sonra qəsəbədə yüzlərlə laçınlı ailəyə ev inşa olundu, yollar çəkildi. Uzun illər əziyyət çəkdikləri su problemi həll olundu, məktəblər tikildi: “Hələ mənim oğlum qurban deyib ordumuza, üç dənə qurban kəsəcəyəm. Laçına gedək, toxtayaq, onda üç dənə qurban kəsəcəyəm”. Ali Baş Komandan elə həmin görüşdə laçınlı məcburi köçkünlərə demişdi ki, mən sizin öz evlərinizə qayıtmağınız üçün çalışıram və əmin olun ki, bu baş tutacaq: “Allah Prezidentimizin canın sağ eləsin. Buna böyük qələbə demək olmur e, böyük bir möcüzədir. Bunu fikirləşən ağıl, bu planı cızan, bu işi hazırlayan, bu ordunu hazırlayan, bu qüvvəni verən bu insanları səfərbər edən, bu insanlarda bir insana qarşı hörmət, məhəbbət arxasınca getmək. Doğrudan da möcüzədir də…” Bəli, Prezident İlham Əliyev doqquz il əvvəl doğum gününü birlikdə qeyd etdiyi laçınlı məcburi köçkünlərə və bütövlükdə Azərbaycan xalqına verdiyi sözü tutdu, vədini yerinə yetirdi.
Читать далее
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə aztəminatlı və digər həssas qruplardan olan ailələrə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Milli.Az bildirir ki, Heydər Əliyev Fondunun və "Regional İnkişaf" İctimai Birliyinin həyata keçirdiyi aksiya respublika üzrə 100 minədək ailəni əhatə edəcəkYeni il bayramı münasibəti ilə sovqatların çatdırılmasına başlanılıb. . Bura aztəminatlı ailələrlə yanaşı, sağlamlıq imkanları məhdud uşaqlar, 5 və daha artıq uşaqlı, Ermənistanın hərbi təcavüzü zamanı dəymiş zərərlər nəticəsində evlərini tərk edən ailələr daxildir. Ərzaq məhsullarından ibarət sovqatların vətəndaşlara çatdırılması mövcud karantin rejiminin tələblərinə əməl olunmaqla, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə həyata keçirilir. "Regional İnkişaf" İctimai Birliyinin könüllüləri aksiyanın həyata keçirilməsində yaxından iştirak edirlər. Sovqatların paylanılması dekabrın sonunadək davam edəcək. Qeyd edək ki, aztəminatlı ailələri və xüsusi qayğıya ehtiyacı olan şəxsləri daim diqqətdə saxlayan Heydər Əliyev Fondu onlarla bağlı mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir. İndiyədək respublika üzrə sosial yardım alan ailələrə Yeni il, Novruz və Ramazan bayramlarında sovqatlar çatdırılıb, sosial yardıma ehtiyacı olan minlərlə şəxs üçün bayram süfrələri təşkil edilib, hədiyyələr verilib. Eləcə də yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə elan olunmuş xüsusi karantin rejimi dövründə evdən çıxması qadağan edilən yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə və "Biz birlikdə güclüyük" layihəsi çərçivəsində aztəminatlı ailələrə ərzaq payları çatdırılıb.
Читать далее
Azərbaycan Prezidenti İlham Əliyev böyük atası, müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin gördüyü işləri müvəffəqiyyətlə davam etdirir. Axar.az xəbər verir ki, bunu Report-a Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski bildirib. “İlham Əliyevin payına düşən ən ağır məsələnin məhz Qarabağ münaqişəsi olduğunu bilirik. O, müasir siyasətlə, ölkə iqtisadiyyatının dirçəlməsilə bağlı bir sıra çox çətin məsələnin öhdəsindən uğurla gələ bilib. İlham Əliyev sayəsində müasir Azərbaycan yanacaq sarıdan, enerji sarıdan müstəqil dövlətə, post-Sovet məkanının ən firavan ölkələrindən birinə çevrildi. İlham Əliyev həmçinin Avropa Oyunları, Bakı Beynəlxalq Humanitar Forumu və s. kimi bir sıra nüfuzlu tədbirlərin təşəbbüskarı və əlaqələndiricisidir”, - deyən rusiyalı deputat bütün bu fəaliyyətə Qarabağ probleminin kölgə saldığını qeyd edib: “30 ilə yaxındır davam edən bu vəziyyət görülən işlərə kölgə salırdı. İlham Əliyev bu qanlı münaqişəni xələflərinə də miras qoyub gedə bilməyəcəyini dərk edirdi. Bu məsələni həll etməli idi və daim də bu barədə danışırdı. Belə də oldu”. “Qarabağ münaqişəsi həll olundu, bütün dünya azərbaycanlıları üçün, bütün dünyada Cənubi Qafqazda baş verənləri izləyən hər kəs üçün tarixi haqq-ədalət bərpa edildi. Bu, müdriklik nümunəsidir, mərdlik nümunəsidir, insanlara qayğı nümunəsidir. Məhz bu məramı Rusiya və Azərbaycan prezidentləri rəhbər tutublar. Qarabağ münaqişəsinin həllindən sonra İlham Əliyev SSRİ-nin də, Azərbaycanın da tarixinə adı qızıl hərflərlə həkk olunmuş atası Heydər Əliyevlə yanaşı, dahi hesab edilməlidir”, - deyə rusiyalı deputat fikrini tamamlayıb.
Читать далее
Səfərbərlik üzrə hərbi xidmətə çağırılmış vətəndaşların mərhələli şəkildə tərxis edilməsi prosesinə başlanılıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında” sərəncamının Azərbaycan Ordusunda icrası ilə əlaqədar Müdafiə nazirinin müvafiq əmri imzalanıb. Əmrə əsasən, Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr tarixli sərəncamı ilə hərbi xidmətə çağırılan hərbi qulluqçular cari ilin dekabr ayının 25-dən 2021-ci ilin aprel ayının 15-dək mərhələli şəkildə səfərbərlik üzrə hərbi xidmətdən tərxis ediləcək. Hərbi qulluqçular onların yaş həddi nəzərə alınmaqla, mərhələli şəkildə və tərxisetmə dövrlərinə uyğun olaraq tərxis olunacaq. Qeyd edək ki, zabit və gizirlərin pul təminatı xidmət etdikləri hərbi hissə üçün müəyyən edilmiş artım əmsalları tətbiq edilməklə təyin olunduğu vəzifələrə uyğun olan vəzifə maaşları, hərbi rütbələrinə görə maaşlar və digər əlavələrdən ibarətdir. Əsgər və çavuşlara isə eyni qaydada təyin olunmuş vəzifə maaşlarına əlavə olaraq 360 manat məbləğində aylıq müavinət verilir. Tərxisetmə ilə bağlı ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.
Читать далее
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri cənab general-polkovnik Tofiq Ağahüseynov və Təşkilatın Rəyasət Heyəti Binəqədi rayon Veteranlar Təşkilatının sədri Telman Hətəmov İsi oğlunun vəfatından kədərləndiyini bildirir, şəxsən öz adından və Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti adından yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!
Читать далее
Bu gün Azərbaycanın Baş naziri Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın videokonfrans formatında iclası keçirilib. Nazirlər Kabinetindən Publika.az-a verilən məlumata görə, Baş nazir sərtləşdirilmiş xüsusi karantin rejiminin tələblərinə və sanitar epidemioloji normalara qeyd-şərtsiz olaraq tam əməl olunmasının vacibliyini bildirib. Qeyd olunub ki, Prezident və Birinci vitse-prezidentin təşəbbüsü ilə Azərbaycan ilk peyvənd əldə edən ölkələrdən biri olacaqdır. Səhiyyə müəssisələrində vaksinləmə prosedurlarının müəyyən olunmuş normalara uyğun həyata keçirilməsi və müvafiq protokolların tərtib edilməsi ilə bağlı tapşırıqlar verilib. İclasda sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar görülən işlər barədə məlumat verilib, müvafiq nəzarət tədbirlərinin gücləndirilməsi ilə bağlı məsələlər geniş müzakirə olunub. Sərtləşdirilmiş karantin rejiminin tələblərinin icrasına nəzarətin gücləndirilməsi ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıq verilib.
Читать далее
Dekabrın 22-də Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986-2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2021-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görəcək. Milli.Az
Читать далее
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Möhtərəm cənab Prezident, Sizi ad gününüz, həmçinin qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edir, möhkəm cansağlığı və rifah, ali dövləti vəzifənizdə, milli maraqlara, ali dəyərlərə əsaslanan, ölkəmizin qüdrətinin artmasına xidmət edən çoxşaxəli fəaliyyətinizdə daha böyük uğurlar diləyirəm. Siz, hər bir azərbaycanlının Prezidenti olmaq yolunda inamla və qətiyyətlə, yorulmadan hər daim çalışdınız. Sadə Azərbaycan vətəndaşı da bütün vədlərinizin, ələlxüsus, torpaqlarımızın işğaldan azad olunması barədə sözünüzün gerçəkləşməsini səbrsizliklə gözlədi. Və vaxt yetişdi – bizlər böyük Qələbənin canlı şahidləri olduq. Beləliklə, müstəqil Azərbaycanın vətəndaşı öz dövlətinin qüdrətini, Ordusunun zəfər yürüşünün şahidi oldu, xalqımızın 30 illik torpaq – yurd həsrəti bitdi. Siz, xalqına Zəfər paradını görməyi nəsib edən yenilməz sərkərdə kimi adınızı tarixin yaddaşına əbədi həkk etdirdiniz! Biz veteranlar buna inanırdıq, hər zaman da Sizin qətiyyətli siyasətinizi dəstəkləmişik. Bizim əyani şəkildə gördüyümüz Azərbaycanın uğurları Sizin adınızla, Sizin rəhbərliyiniz altında həyata keçirilən ardıcıl daxili və xarici siyasətlə ayrılmaz şəkildə bağlıdır. Bu yeni tarixin müəllifi Sizsiniz, Müzəffər Ali Baş Komandanımız! Sizi doğum gününüz münasibətilə şəxsən öz adımdan və çoxsaylı veteranlarımız adından bir daha səmimi qəlbdən təbrik edir və Azərbaycan xalqı naminə məsul fəaliyyətinizdə yeni uğurlar arzulayıram. Hörmətlə, Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov
Читать далее
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. AZXEBER.COM-un xəbərinə görə, məktubda deyilir: Möhtərəm İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı bildirməkdən olduqca məmnunam. Biz Sizi təcrübəli və bacarıqlı dövlət xadimi, Azərbaycan xalqının böyük sevgisini və etimadını qazanmış şanlı lider, beynəlxalq arenada ölkəsinin nüfuzunun hərtərəfli artırılmasına şərait yaradan görkəmli siyasi xadim, habelə Özbəkistanın zamanın sınağından çıxmış yaxın dostu kimi tanıyırıq və bunu yüksək qiymətləndiririk. Bununla bərabər, icazə verin, Dağlıq Qarabağda hərbi əməliyyatların başa çatması məsələsində Sizin səyləriniz sayəsində əldə olunmuş razılaşmaya görə Zati-alinizi bir daha təbrik edim. Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə və sənədlərinə müvafiq olaraq qəbul edilmiş bu çox mühüm qərarlar bütün Cənubi Qafqaz regionunda uzunmüddətli sülhün və davamlı inkişafın təmin edilməsi üçün böyük əhəmiyyətə malikdir. Əminəm ki, qarşıdakı yüksək səviyyəli görüşlərin nəticəsində, habelə birgə səylərimiz sayəsində siyasi, ticari-iqtisadi, nəqliyyat, kommunikasiya, mədəni-humanitar sahələrdə bizim çoxplanlı münasibətlərimiz tamamilə yeni səviyyəyə yüksələcək. Fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, ailə səadəti, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirəm".
Читать далее
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qubadlı rayonuna səfər edib. Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videoməlumat paylaşılıb. Qubadlıda hərbçilərlə görüşən dövlət başçısı Azərbaycana məxsus torpaqların müharibə yolu ilə qaytarıldığını xüsusi vurğulayıb. “Qarabağ danışıqlar yolu ilə yox, döyüş meydanında əldə edildi. Danışıqlar yoluna qalsaydı, hələ 30 il də davam edəcəkdi. Bizim başımızı aldadırdılar. Amma görün, 27 ildə ermənilər özləri üçün burada qəsəbə salıblar. Xaricdən ermənilər gətiriblər. Gördülər bizim gücümüzü. Hesab edirdilər ki, əbədi bizim torpaqlarımızda oturacaqlar, bizə meydan oxuyacaqlar. Səbrimiz tükəndi, dedik, irəli. Məğrur Azərbaycan əsgəri özü gücünü bütün dünyaya göstərdi. İndi mənə məlumat verilir ki, dünyanın aparıcı ölkələrinin ali məktəblərində bizim döyüş taktikamız öyrənilir. Bu bir yenilikdir. 21-ci əsrin müharibəsidir. Həm peşəkarlıq, həm iradə, həm milli ruh, həm də qəhrəmanlıq hesabına torpaqlarımızı işğalçılardan azad etmişik”.
Читать далее
Azərbaycan Respublikasının Birinci vitse prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində Zəngilan və Qubadlı rayonlarından paylaşım edib. Publika.az xəbər verir ki, Mehriban Əliyeva yazıb: "Əziz və doğma Zəngilan və Qubadlı torpaqlarından dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN"
Читать далее
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ünvanına məktublar gəlməyə davam edir. APA məktublardan bir neçəsini təqdim edir: Raşit İşcandan, Karaman, Türkiyə “Hörmətli cənab Prezidentimiz İlham Əliyev. Mən Türkiyənin Karaman şəhərindəki Mərkəzi İmam Hatip Liseyinin şagirdiyəm. Azərbaycanı çox sevirəm. Bu sevgimi bildirmək, Azərbaycan Ordusuna dəstəyimi ifadə etmək üçün gündəlik xərcliyimdən topladığım 1000 türk lirəsini Silahlı Qüvvələr Fonduna göndərmişəm. Sizlər orada Vətən torpağı üçün canla-başla mübarizə apararkən topladığım pulu xərcləməyi özümə halal bilmərəm və bununla tarixi mübarizənizdə az da olsa payımın olmasını istəyirəm. Mənim Azərbaycana olan sevgimi, səmimi hisslərimi qəbul edin. Siz ata-baba torpaqlarınızda qəhrəmanlıq dastanı yazırsınız. Rəbbim Sizə və şanlı Ordunuza zəfərlər nəsib etsin. Qəlbim və dualarım daim Sizinlədir. İnşallah, imkan olanda Azərbaycanı ziyarət edəcəyəm, ikinci Vətənimlə bağlı xəyallarımı həyata keçirəcəyəm. Siz də yəqin ki, gələcəkdə gözəl Türkiyəmizə səfər edəcəksiniz. Fürsət və qismət olarsa, türk və İslam dünyasının iki güclü Liderini ziyarət edib əllərinizdən öpmək arzumdur. Sizi və can Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm. Bu haqq savaşınızda Allah yar və yardımçınız olsun. Mən Azərbaycan Ordusuna hər zaman kömək etməyə hazıram”. Veysel Barkan İpəkdən, Antalya, Türkiyə “Cənab Müzəffər Ali Baş Komandanım. Erməni terrorçuları tərəfindən işğal olunmuş torpaqlarımızı azad etməklə Siz bütün türklərin başını göylərə qaldırdınız. Türkiyədə yaşayan hər bir insan Sizin möhtəşəm Qələbənizə, Azərbaycan Ordusunun və Azərbaycan xalqının Zəfərinə ürəkdən sevinir. Torpaqlarımızın azadlığı yolunda şəhid olan əsgərlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa, ailələrinə isə səbir diləyirik. Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan Ordusu! Yaşasın türk milləti! Yaşasın Müzəffər Ali Baş Komandanımız İlham Əliyev!” Valeh Abdullayevdən, Ağdam, Azərbaycan “Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş komandan. Siz bizə ən xoş günlərimizi, ən xoş arzularımızı Cəbrayılın, Zəngilanın, Xocalının, Füzulinin, Xocavəndin, Ağdamın, Ağdərənin, Xankəndinin, Kəlbəcərin, Laçının, Azərbaycanın döyünən ürəyi olan Şuşanın işğaldan azad edilməsi və Qələbəmizin təmin olunması xəbərlərini bizə çatdırmaqla yaşatdınız, 27 illik Vətən həsrətimizə son qoydunuz. Dünyaya göz açdığım doğma Ağdamın Güllücə kəndinə qayıdacağımız gün yaxındadır. Bu tarixi Zəfər bayramını bizə yaşatdığınız üçün Sizə sonsuz minnətdarlığımızı bildiririk, cənab Prezident! Uca Tanrı Sizə yar olsun! Eşq olsun Müzəffər Ali Baş Komandanımıza! Yaşasın rəşadətli Ordumuz!” Elcan Mirzəyevdən, Şuşa, Azərbaycan “Cənab Ali Baş Komandan. Hazırda Azərbaycan xalqı tarixinin ən gözəl günlərini yaşayır. Mən özüm də əslən Şuşa rayonundanam Bizə bu sevinci yaşatdığınız üçün Sizə təşəkkür edirəm. Siz Azərbaycan tarixinə adınızı qızıl hərflərlə yazdınız. Vətənim Şuşa şəhəri Sizin sayənizdə azadlığa qovuşdu. Sizin 17 illik hakimiyyətiniz müddətində Azərbaycan böyük inkişaf yolu keçib, regionda iri iqtisadi layihələr reallaşdıraraq dünyada söz sahibinə çevrilib. Hazırda Azərbaycan inkişafına görə Avropa ölkələri ilə müqayisə ediləcək səviyyədədir. Həmçinin əhalinin rifahı yüksəlib, ölkəmizdə turizm sahəsi inkişaf edib. Eyni zamanda, Azərbaycan beynəlxalq idman yarışlarına ev sahibliyi edir. Ölkəmizi dünyanda tanıtdığınız üçün Sizə dərin minnətdarlığımı bildirirəm. İnanıram ki, Sizin rəhbərliyinizlə Azərbaycan daha da inkişaf edəcək və yaxın zamanda dünyanın super gücünə çevriləcək. Siz xalqımızın xoşbəxtliyində çox böyük rol oynamışınız. İnanıram ki, Siz cənnət Qarabağımızı yaxın gələcəkdə gülüstana çevirəcəksiniz. Sizə gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm”. Əzizxan Hüseynovdan, İmişli, Azərbaycan “Hörmətli cənab Prezident. Bütün Azərbaycan vətəndaşları kimi, mən və ailə üzvlərim də Sizə və Mehriban xanıma cansağlığı, yenilməz, müzəffər Ordumuza Qələbə uğurları arzulayırıq. Qoy, Ulu tanrı xalqımıza kömək olsun! Şükür Allaha ki, Ordumuz qanı ilə, canı ilə tarixi Qələbəni qazandı. Mümkün qədər az itki ilə qazanılmış bu Qələbə Sizin müdrik siyasətinizin, gecə-gündüz əzmlə çalışmağınızın nəticəsidir. Sizə edilən bütün xoş alqış və dualar halaldır. Allah Sizi qorusun. Azərbaycan Respublikasının Prezidenti kimi Sizinlə fəxr edirik”. Mikayıl Qeybullayevdən, Şəki, Azərbaycan “Hörmətli Prezident, cənab Ali Baş Komandan. Bu gün bütün Azərbaycan qürur hissi ilə Sizin müdrikliyinizdən, uzaq gələcəyə yönələn tədbirlərinizdən və bütün bunların uğurlu nəticəsi olaraq erməni faşizmi üzərində parlaq Qələbənizdən, əzəli torpaqlarımızın azad edilməsindən danışır. Bizim Zəfərimiz bütün dünyanı silkələmiş, mat vəziyyətinə salmışdır. Qısa müddət ərzində "dəmir yumruq" mənfur düşmənin başını elə əzmişdir ki, o, uzun müddət özünə gələ bilməyəcək. Cənab Prezident, Siz öz bacarığınız, mətinliyiniz, dönməzliyiniz və ən əsası, torpaqlarımızın düşmən tapdağından qurtulması məqsədilə çoxmillətli Azərbaycan xalqını birləşdirməyə nail oldunuz. Müharibə dövründə 30-dan çox xarici informasiya kanalına verdiyiniz dolğun müsahibələrinizlə Siz sübut etdiniz ki, Ulu Öndər məktəbinin yetirməsisiniz. Səbriniz, iradəniz, sualları cavablandırmaq tərziniz, diplomatiyanız "prokuror" kimi sorğu-sual edənləri şoka salmışdı. Onlar şərtlə gəlib suyu süzülə-süzülə qayıtdılar. Bu, milyonlarla insanın Azərbaycan, münaqişə haqqında fikirlərinin dəyişməsinə, bəzi ölkə başçılarının utancına səbəb oldu. Dünyanın hər yerində milyonlarla insan Sizi öz kumirinə çevirdi, çalışdı ki, mədəniyyəti, hazırcavablılığı, savadı ilə Sizə oxşasın, Sizi təlqin etsin. Hörmətli cənab Prezident, biz Sizi Azərbaycan Milli Qəhrəmanı və ən yüksək hərbi vəzifə daşıyan insan kimi görmək istəyirik. Siz buna layiq Vətən oğlusunuz! Yaşasın Müzəffər Odumuz! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!” Sənəm Məmmədovadan, Ağsu, Azərbaycan “Hörmətli cənab Prezident. Sizin uzaqgörən siyasətiniz nəticəsində Qarabağ torpaqları düşmən işğalından azad edildi. Buna görə Sizə dərin təşəkkürümü bildirirəm. Allah ulu öndərimiz Heydər Əliyevə rəhmət eləsin, Sizin kimi cəsur və dərin zəkalı savadlı övlad yetişdirib. Əziz Prezidentimiz, Sizə möhkəm cansağlığı arzulayıram. Sizinlə fəxr edirik. Qarabağ Azərbaycandır!” Gülnar Əlizadədən, Şəki, Azərbaycan “Cənab Müzəffər Ali Baş Komandan. Qarabağ münaqişəsini birdəfəlik həll etdiyiniz üçün Sizə minnətdarlığımı bildirirəm. Siz böyük, yorulmaz səylər göstərməsəydiniz, hazırda Qarabağ yenə mənfur düşmənin tapdağı altında olardı. Cənab Prezident, arzu edirəm ki, Siz daim Azərbaycan Respublikasının Ali Baş Komandanı olasınız. Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!” Vüsalə Hacıyevadan, Sumqayıt, Azərbaycan “Möhtərəm cənab Prezident. İcazə verin, möhtəşəm Qələbə münasibətilə Sizə dərin minnətdarlığımı bildirim. Siz təqvimdəki işğal günlərini ləğv edib, bizə Zəfər Günü yaşatdınız. Mənim uşaqlığım doğma Qubadlıda, Cəbrayılda keçib. Lakin uzun illər idi ki, işğal altında olan ata-baba yurdlarımıza həsrət qalmışdıq. Buna baxmayaraq, hər zaman ürəyimizdə bir inam var idi ki, Ali Baş Komandanımız mütləq torpaqlarımızı işğaldan azad edəcək. Həmin gün nəhayət ki, gəlib yetişdi. Şükür Allaha ki, bu günləri yaşamaq bizə nəsib oldu. Çox xoşbəxtəm ki, səs verdiyim, dəstəklədiyim, qəlbən inandığım Prezident işğal altında olan bütün torpaqlarımızı azad etdi. Cənab Prezident, 44 günlük müharibə bütün dünyaya Sizin necə müdrik siyasi xadim, diplomat və güclü sərkərdə olduğunuzu, müzəffər Ordu qurduğunuzu bir daha göstərdi. Sizin televiziya vasitəsilə etdiyiniz bütün çıxışları ailəliklə sevə-sevə dinlədik və paylaşdıq, Sizinlə hər zaman qürur duyduq və bir an belə ümidsizliyə qapılmadıq. Siz təkcə torpaqlarımızı deyil, bizim uşaqlıq xatirələrimizi işğaldan azad etdiniz. İndi mən Cəbrayılda, Qubadlıda babalarımın evlərini ziyarət edəcəyim, o yerləri bir də görəcəyim günü səbirsizliklə gözləyirəm. Bu xoşbəxtliyi bizə nəsib etdiyiniz üçün Sizə sonsuz minnətdarlığımı bildirirəm. Sizin rəhbərlik etdiyiniz ölkədə yaşadığım üçün çox xoşbəxtəm. Allah hər zaman Sizə kömək olsun”. Mədinə İbadovadan, Şirvan, Azərbaycan “Cənab Ali Baş Komandan. Bu gün bütün Azərbaycan xalqı Sizin komandanlığınız altında gerçəkləşən tarixi Zəfərin qürurunu yaşayır. Siz bu qələbənizlə min illərə söykənən tariximizdə hər sətiri qızıl hərflərlə yazılan yeni səhifə yaratdınız. Gücümüzü bütün dünyaya nümayiş etdirdiniz. 30 ilə yaxındır azadlıq həsrəti ilə çırpınan Qarabağımızda qaldırdığınız Zəfər Bayrağı bizim hər birimizin qürur mənbəyidir. Möhtərəm cənab Prezident, hər bir vətəndaşımız bu müqəddəs amal uğrunda apardığınız haqq mübarizəsində Sizin ətrafınızda bir yumruq kimi birləşərək, Sizinlə birgə addımladı və bundan sonra da addımlayacaq. Xalqla olan birliyiniz Sizin Zəfər yolunuza işıq saldı. Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhadətə yüksələn şəhid övladlarımızın ailələrinə, qazilərimizə göstərdiyiniz hərtərəfli diqqət və qayğı Sizin ölkəmizin hər bir vətəndaşına verdiyiniz ali dəyərin təzahürüdür. Biz Sizinlə fəxr edirik. Var olun, cənab Ali Baş Komandan!” İkram Kərimovdan, Gəncə, Azərbaycan "Möhtərəm Prezident, cənab Ali Baş Komandan. Mən hər zaman Sizin siyasətinizi dəstəkləmişəm. Siz 27 il həsrətində qaldığımız dədə-baba torpaqlarımızı özümüzə qaytardınız. Siz ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı olaraq onun nəsihətlərini, vəsiyyətini yerinə yetirdiniz. Cənab Prezident, Sizə və Türkiyə Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğana çox minnətdaram. İndi çox rahatam, öz ata-baba yurdum olan Kəlbəcər rayonunun Ağyataq kəndinə qayıdacağam, atamın məzarını ziyarət edəcəyəm. Bir arzum da var, doğma kəndimə qayıdaraq Sizin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ayaqları altında qurban kəsim. Allah hər ikinizi qorusun. İnşallah, 100 illik yubileylərinizi Şuşada, Kəlbəcərdə qeyd edəsiniz. Cənab Prezident, istərdim ki, kəndimizdə yerləşən civə zavodunun fəaliyyəti tezliklə bərpa edilsin. Cənab Prezident, Sizə uzun ömür, möhkəm cansağlığı arzulayır, torpaqlarımızın azad olunması münasibətilə Zati-alinizi səmimi-qəlbdən təbrik edirəm. Daha bir arzum isə Sizə "Marşal" hərbi rütbəsinin verilməsidir”. Bəhrəm Hüseynlidən, Bakı, Azərbaycan “Cənab Ali Baş Komandan. Sizə dərin təşəkkürümü bildirirəm ki, bizə bu sevincli günləri yaşatdınız. Mən xoşbəxtəm ki, Sizin kimi bir müdrik Lideri olan ölkədə yaşayıram. Sizinlə qürur duyuram. Allah Sizə uzun ömür, cansağlığı versin. Qarabağ Azərbaycandır!” Fərid Babayevdən, Qusar, Azərbaycan “Hörmətli cənab Prezident. Sentyabrın 27-dən sonra yaşadığımız günlər tariximizin unudulmaz və parlaq səhifəsidir. 30 il ərzində gözlədiyimiz, arzuladığımız nəticəni cəmi 44 gündə əldə etdik. Bu Qələbənin qazanılmasında Sizin cəsarətiniz, uzaqgörənliyiniz, vətənpərvərliyiniz, liderə xas olan bütün keyfiyyətlərimiz əsas rol oynadı. Lider-xalq birliyi, hərtərəfli hazırlıqlı yenilməz Azərbaycan Ordusu Qələbəmizin əsasını təşkil etdi. Siz bu Qələbə ilə bütün dünyaya sübut etdiniz ki, torpaqlarının işğalı ilə barışmayan mübariz Azərbaycan xalqı var. Düşməni məğlub etməklə, həm də bölgədə qara ləkə olan erməni faşizmini məhv etdiniz. Yenilməz Azərbaycan Ordusuna eşq olsun! Tanrı Sizi qorusun! Qarabağ Azərbaycandır!” Rahib Abdullayevdən, Abşeron, Azərbaycan “Cənab Müzəffər Ali Baş Komandan. Sizin yürütdüyünüz uzaqgörən siyasət nəticəsində bu gün Azərbaycan xalqı bayram edir. Möhtəşəm Qələbə münasibətilə Sizi şəxsən öz adımdan, ailəmin adından ürəkdən təbrik edir, Sizə və müzəffər Ordumuza təşəkkürlərimizi bildiririk. Otuz ilə yaxın müddətdə düşmən tapdağı altında qalan torpaqlarımız Sizin qətiyyətli addımlarınız, ordu quruculuğu sahəsində apardığınız uğurlu siyasət nəticəsində 44 gün ərzində işğaldan azad olundu. Bu sevincli günləri xalqımıza yaratdığınız üçün Allah Sizi, cəsur hərbçilərimizi qorusun. Uca Yaradan Sizin kölgənizi Azərbaycan xalqının üzərindən əskik etməsin. Qarabağ Azərbaycandır!” Aqşin Nəzərovdan, Bakı, Azərbaycan “Hörmətli Prezident, cənab Ali Baş Komandan. Mən 1997-ci ildən televiziya sahəsində çalışıram. O vaxtdan bu günədək ölkədə baş verən bütün ictimai-siyasi hadisələrin canlı şahidiyəm - ulu öndər Heydər Əliyevin torpaqlarımızın işğalının qarşısını almasından Sizin kimi Fatehin ərazilərimizi azad etməsinə qədər. Cənab Prezident, sağ olun ki, bizə bu duyğuları yaşatdınız. Mən Birinci Qarabağ müharibəsinin iştirakçısıyam. Çox heyf ki, o zaman Sizin kimi Komandanımız olmadı. On mindən artıq hərbçi şəhid oldu, ərazilərimiz qəsb edildi, mülki əhaliyə divan tutuldu, insanlar evlərindən didərgin düşdülər. Bir televiziya işçisi kimi bundan sonra Sizin sayənizdə ağrılı-acılı işğal günləri, soyqırımları haqqında deyil, Zəfər, qürurlu Qələbə dolu proqramlar hazırlayacağıq. Ulu Öndərimiz bizə azərbaycanlı olmağımızın fəxrini yaşatdı, Siz isə azərbaycanlı olmağımızın qürurunu. Dəmir yumruq İlhamdır, Qarabağ Azərbaycandır!” Nurlan Vəlişovdan, Beyləqan, Azərbaycan “Hörmətli Prezident, cənab Ali Baş Komandan, Sizin hərbçilərə verdiyiniz dəyər hamımızı daha böyük qələbələrə ruhlandırır. Adımın "Cəsur döyüşçü" medalı ilə təltif olunanların siyahısında olması məni və ailə üzvlərimi çox sevindirdi. Şəxsən öz adımdan və ailəmin adından Sizə möhkəm cansağlığı, uğurlar, daim ailənizin və dövlətimizin başında olmağınızı arzu edirəm. Var olun, Allah Sizi qorusun!” Mikayıl İsmayılovdan, Şamaxı, Azərbaycan “Hörmətli cənab Ali Baş Komandan. Sizi Vətən müharibəsində qazanılan Qələbə münasibətilə təbrik edirəm. Sizin rəhbərliyinizlə qazanılan zəfərlərdən sonra Azərbaycan üçün yeni dövr başlayır. Yeni dövrdə biz artıq qalib xalq kimi çıxış edəcəyik. Biz bu şərəfli adı Sizin uzun illər yorulmadan göstərdiyiniz səylərin, gərgin fəaliyyətinizin, xalqımızın birliyinin, şəhidlərimizin canı, qanı sayəsində əldə etdik. Sizin uzaqgörən siyasətiniz sayəsində şanlı Ordumuz Azərbaycanın adını ucaltmağa nail oldu. Biz artıq öz gücümüzə inanan, gələcəyə nikbin baxan xalqıq. Sizə uzun ömür, cansağlığı arzu edirəm. Uca Allah Sizi xalqımızın üstündən əskik etməsin”.
Читать далее