Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Müharibənin qalibi, sülhün müəllifi” mövzusunda konfrans keçirilib

5 sentyabr 2025-ci il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Müharibənin qalibi, sülhün müəllifi” mövzusunda konfrans keçirilib.

Konfransdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Konfransı açıq elan edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Prezident İlham Əliyevin rəhəbrliyi altında xalqımızın 44 günlük Vətən müharibəsində apardığı mübarizəyə diqqət çəkib, 8 Noyabr zəfərinin önəmini vurğulayıb:

“Vətəni və milləti qarşısında misilsiz xidmətləri olan, müstəqilliyimizin müəllifi və müasir dövlətimizin memarı Ulu Öndər Heydər Əliyevin xalq qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycanın gələcək taleyində əvəzsiz rolu, milləti və dövləti qarşısında müstəsna xidmətləri olan cənab İlham Əliyev kimi böyük şəxsiyyət və müdrik bir lider yetişdirməsi olmuşdur.

Xalqımız öz liderinin – Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək müasir Azərbaycan tarixinin ən böyük uğurunu – bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə – Ali Baş Komandana sahib olduğunu aşkar gördü. 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Uzaqgörən lider İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi. Ərazi bütövlüyümüzü birmənalı olaraq təsdiq etdi. Prezident cənab İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə kimi deyil, diplomatik cəbhədə də böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi.

İnanıram ki, bu konfrans çərçivəsində səsləndirilən məruzələr, çıxışlar və aparılan müzakirələr bizə təkcə Zəfər tariximizi bir daha xatırlatmayacaq, həm də sülhə gedən yolda görülən işlərə, qarşıda duran vəzifələrə və milli hədəflərimizə daha aydın baxış formalaşdıracaq.

Prezident İlham Əliyev təkcə hərbi Qələbənin deyil, eyni zamanda sabitliyin, inkişafın və sülhün memarıdır. Onun müdrik rəhbərliyi ilə Azərbaycan bu gün nəinki regionda, həm də beynəlxalq miqyasda sabitlik adası, əməkdaşlıq mərkəzi və dayanıqlı inkişaf modeli kimi tanınır. Əminik ki, bu model yaxın gələcəkdə bütün dünya üçün nümunəyə çevriləcək və hər kəs  Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqının əldə etdiyi yeni, böyük, tarixi uğurlara şahid olacaq”.

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı – “Azərittifaq”ın sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor, Milli Məclisin deputatı Eldar Quliyev işğal dönəmində ermənilərin törətdiyi vəhşiliyə diqqət çəkib. Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ordumuzun əldə etdiyi tarixi qələbə bütün bu vəhşiliklərə son qoydu, dövlətimizin ərazi bütövlüyünü, suverenliyini təmin etdi. Bu gün Azərbaycanın bütün dünya, xüsusilə də türk dövlətləri ilə geniş əməkdaşlıq əlaqələri qurduğuna diqqət çəkən millət vəkili, bütün bu uğurların müəllifinin Müzəffər Ali Baş Komandan olduğunu vurğulayıb.

AMEA-nın həqiqi üzvü, iqtisad elmləri doktoru, Milli Məclisin deputatı professor Ziyad Səmədzadə çıxışında dövlətimizin əldə etdiyi iqtisadi uğurlara diqqət çəkib. Müstəqilliyin ilk illərində Azərbaycanın bir çox problemlərl yanaşı, həm də ciddi borc problemi ilə üzləşdiyini bildirən millət vəkili, hazırda Azərbaycanın borc verən ölkəyə çevrildiyini söyləyib.

Konfransda çıxış edən filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı - publisist Şərəf Cəlili də Prezident İlham Əliyevin Azərbaycan xalqı qarşısında tarixi xidmətlərinə toxunub. O, qeyd edib ki, məhz İlham Əliyevin dərin zəkası, yüksək siyasi səriştəsi, cəsarət və qətiyyəti Azərbaycanı tarixin ağır sınaqlarından qalib çıxardı, dövlətimizə və xalqımıza  bütün dünyada böyük hörmət və ehtiram qazandırdı.

Tədbirdə Nəsimi Rayon İcra Hakimiyəti başçısının birinci müavini Gülarə Verdiyeva, Əməkdar kənd təsərrüfatı işçisi, I Qarabağ müharibəsi və əmək veteranı  İmran Əbilov da iştirak edib.

Tədbirin sonunda xatirə şəkli çəkilib.

2025-09-05 12:45:00
2777 baxış

Digər xəbərlər

Qara Qızılın İşığında – Akif Əmənovun Şərəfli Həyat Yolu

Azərbaycanın neft tarixində neçə-neçə adlar var ki, onların alın təri, zəhməti, cəsarəti bu torpağın dərinliklərindən gələn qara qızılı xalqın rifahına çevirib. Bu adlar sırasında bir neftçinin ömrü zəhmətin mənəvi ucalığını özündə cəmləyib. Həmin ad Akif Əmənov adıdır. O, həyatını neftə, əməyə, xalqa və Vətənə həsr etmiş nəsil təmsilçilərindəndir. 12 aprel 1942-ci ildə Cəlilabad torpağında dünyaya göz açan Akif Əmənovun uşaqlıq illəri müharibə dövrünün çətinlikləri ilə yoğrulmuşdu. Amma o illərin çətinliyi onun ruhunu sındırmamış, əksinə möhkəmləndirmişdi. Əməksevərlik, sədaqət, təmkin - bu keyfiyyətlər onda hələ o illərdə formalaşmağa başlamışdı. Gənc Akif təhsilini başa vurduqdan sonra taleyini neftlə bağladı. Bu sahə o dövrdə həm ölkənin, həm də xalqın taleyini müəyyənləşdirən mühüm sahələrdən biri idi. 1962-ci ildən etibarən “Şirvanburneft” Trestinin 3 saylı Qazma İdarəsində usta köməkçisi kimi fəaliyyətə başlayan gənc neftçi qısa zamanda özünü peşəkar kimi təsdiqlədi. Neft quyularının dərinliklərində, isti səhralarda, küləkli düzənliklərdə qazma aparmaq təkcə texniki bilik deyil, həm də iradə, məsuliyyət, fiziki güc və mənəvi dözüm tələb edirdi. Akif Əmənov isə bütün bunlara malik idi. Onun rəhbərlik etdiyi komsomol-gənclər komandası 1966-cı ildə neftçilərin ümumittifaq yarışında illik planı cəmi yeddi ayda yerinə yetirərək ikinci yerə layiq görüldü. Bu, o dövrdə həm texniki, həm də mənəvi baxımdan böyük nailiyyət idi. Gənc ustanın uğurları artıq təkcə bölgə səviyyəsində deyil, ümumittifaq miqyasında tanınmağa başlamışdı. Əmənovun qazma işlərində tətbiq etdiyi yeniliklər də diqqətəlayiq idi. Onun rəhbərlik etdiyi briqada qazmada üç qanadlı, üç pilləli LIR qazma bitini ilk sınaqdan keçirənlərdən oldu. Bu, o dövr üçün texniki irəliləyiş idi ki, bununla da həm məhsuldarlıq artmış, həm də iş təhlükəsizliyi təmin edilmişdi. Onun rəhbərliyi altında 1962–1972-ci illərdə 60 kilometrdən artıq qazma işləri aparıldı, 16 neft quyusu uğurla qazıldı. Bu zəhmətin, yeniliyə meylin, əməyə hörmətin nəticəsi idi. Akif Əmənov zəhmətinin qarşılığı olaraq Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldü. Bu ad o dövrün ən yüksək fəxri adı idi və yalnız xalqın etimadını, dövlətin dərin təşəkkürünü qazanmış insanlara verilirdi. Neft buruqlarından yüksələn bu zəhmət adamı tədricən ölkənin ictimai-siyasi həyatında da fəal rol almağa başladı. O, 1968-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü idi. Azərbaycan KP Əli Bayramlı Şəhər Komitəsinin büro üzvü seçilməsi, partiya qurultaylarında nümayəndə kimi iştirakı onun ictimai etimad qazandığının göstəricisi idi. Akif Əmənov təkcə partiya və dövlət tədbirlərində iştirak etmirdi, həm də sadə neftçilərin hüquqlarını, mənafelərini müdafiə edən səs idi. O, 8, 9, 10 və 11-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı, daha sonra isə SSRİ xalq deputatı seçildi. 1985–1990-cı illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü kimi ölkənin siyasi və sosial həyatında fəal iştirak etdi. Akif Əmənovun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirildi. O, Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni, Şərəf nişanı ordeni, eləcə də Ümumittifaq Lenin komsomolu mükafatı ilə təltif olundu. Hətta onun əməyinə beynəlxalq səviyyədə də dəyər verildi – Hindistanın fəxri vətəndaşı adına layiq görüldü. Bu fakt bir daha sübut edirdi ki, zəhmətin dəyəri millət və sərhəd tanımır. 1993–1996-cı illərdə Akif Əmənov “Azneft” İstehsalat Birliyinin Abşeron Qazma İdarəsinə rəhbərlik etdi. Onun təcrübəsi, idarəçilik bacarığı, işə yanaşması yeni nəslin yetişməsinə, qazma mədəniyyətinin təkmilləşməsinə böyük təsir göstərdi. 2002-ci ildən etibarən prezident təqaüdçüsü kimi ölkə rəhbərliyi tərəfindən diqqət və hörmətlə yad edildi. 25 iyun 2021-ci ildə Şirvan şəhərində dünyasını dəyişən Akif Əmənovun ömrü təkcə neftin qoxusu və alovun istisi ilə deyil, həm də zəhmətin, fədakarlığın və vətənə sonsuz məhəbbətin işığı ilə yoğrulmuş bir salnamə idi. O, ömrünün hər səhifəsini əməyin şərəfinə, insanın mənəvi ucalığına həsr etmişdi. Akif Əmənovun həyat yolu Azərbaycan neft sənayesinin ağır və şərəfli illərində parlayan bir işıq kimi həm dövrünün insanlarına, həm də gələcək nəsillərə örnək oldu. O, sadəcə bir neftçi deyildi, o, həm də əməyin qəhrəmanı, xalqın etimadını qazanmış böyük şəxsiyyət, əsl vətəndaş idi. Onun adını yüksəklərə daşıyan təkcə qazdığı quyular, əldə etdiyi göstəricilər deyil, həm də insanlara olan münasibəti, işə olan məsuliyyəti, doğma Vətənə olan sədaqəti idi. O, öz peşəsində səmimiyyətin və fədakarlığın simvoluna çevrildi, çünki Akif Əmənov üçün neft təkcə sərvət deyil, həm də xalqın gücünün, birliyinin və əməyinin təntənəsi idi. Bu gün onun haqqında danışarkən bir insanın ucalığını xatırlayırıq. Akif Əmənovun ömrü zəhmətin ucalığa, əməyin əbədiyyətə çevrildiyi bir ömür idi. O, Azərbaycan neftinin qürur simalarından biri, zəhmət və sədaqət rəmzi kimi yaddaşlarda əbədi qalacaqdır. Bu gün Azərbaycanın neftçiləri, qazma ustaları, gənc mühəndisləri onun kimi insanları xatırlayır və örnək götürürlər. Çünki Akif Əmənovun həyatı bir həqiqəti sübut etdi: əməyə sədaqət, xalqa xidmət və dürüstlük insanı unudulmaz edir. Akif Əmənovun adı Azərbaycan neft tarixində, xalqın yaddaşında və əməyin salnaməsində qızıl hərflərlə yazılıb. Cəlil Xəlilov Azərbaycan Respublikası Müharibə, Əmək və   Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik  

Hamısını oxu
İctimai müzakirələr nəticəsində inkişaf etdirilmiş qanunvericilik bazası ölkəmizin inkişafına töhfə verəcək

Milli Məclisdə parlamentdə təmsil olunan və dövlət qeydiyyatından keçmiş bir sıra siyasi partiyaların sədrləri və nümayəndələrinin iştirakı ilə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai müzakirənin keçirilməsi təqdirəlayiqdir. 2019-cu ilin sonlarında idarəetmə sistemində aparılan uğurlu islahatlar çərçivəsində ictimai–siyasi sektora dövlətin yeni baxışı formalaşdı. Əvvəllər bəzi məmurların intriqa və şəxsi mənafeləri ucbatında ictimai–siyasi sektorda formalaşan qeyri sağlam münasibətlər sistemi Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yarandığı dövrdən tədricən aradan qalxdı. Həmin şöbə tərəfindən siyasi mövqeyi və partiya mənsubiyyətindən asılı olmayaraq cəmiyyətin bütün sağlam qüvvələri üçün müzakirə platformaların yaradılmasına başlanıldı. Hesab edirəm ki, Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai müzakirənin geniş formatda keçirilməsi bir neçə il ərzində formalaşan siyasi partiyalarla uğurlu iş mexanizminin nəticəsidir. Veteran.gov.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri, Cəsarət Hüseynzadə söyləyib. O bildirib ki, qanunun müzakirəsinə siyasi partiyaların, QHT-lərin, ekspertlərin cəlb edilməsi prosesin şəffaflığına, demokratik dəyərin əsas götürülməsinə dəlalət edir. Bu müzakirələr, eyni zamanda, siyasi iradənin mühüm göstəricidir. Hesab edirəm ki, bu iradənin ən vacib nümunəsi 2020-ci il martın 10-da Prezident İlham Əliyev tərəfindən Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında göstərildi. Prezident siyasi partiyaların rolunun artırılması məqsədi ilə partiya nümayəndələrinin Milli Məclisin Komitələrində rəhbərliyə gətirilməsi ideyasını irəli sürmüşdü. “Geniş ictimaiyyətin öz təklif və təşəbbüslərini irəli sürməsi üçün münbit şərait yaradılması müsbət haldır. Yeni qanunla bağlı müzakirələr açıqdır və Milli Məclisdə baş tutmuş ilk müzakirədə xeyli sayda alternativ fikirlər səsləndirildi. Qanunun bəzi maddələri ilə bağlı hakim Yeni Azərbaycan Partiyası də fikirlər irəli sürür. Bu müzakirə platforması qərarların qəbulunda ictimai iştirakçılığın təmin olunmasına imkan yaradır. Prezident Ilham Əliyevin 27 fevral 2020-ci il Sərəncami ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” 5.5-ci maddəsində də Dövlət orqanlarında kollegial qərarların qəbulu prosedurlarında, dövlət komissiyaları və işçi qruplarda vətəndaş cəmiyyəti institutlarının iştirakının və təmsilçiliyinin genişləndirilməsi qeyd edilib. Bu maddənin icrası, eyni zamanda, Milli Məclisə də tövsiyə edilib. Proses, eyni zamanda, qərarların qəbulunda ictimai iştirakçılığın təmin olunmasın əhatə edir və bu çox vacib amildir”, - deyə Cəsarət Hüseynzadə qeyd edib. Onun sözlərinə görə, iclasdan əvvəl Milli Məclisin sədri Sahibə Qafarovanın tədbirin keçirildiyi zala gəlib, hazırlıq məqsədilə görülən işlərlə tanış olması, həmçinin ictimai müzakirələrdə iştirak edən partiya sədrləri ilə görüşməsi da müzakirə mühitinin inkişafı və müxtəlif siyasi qüvvələr üçün bərabər imkanlar yaradılması baxımdan mühüm addım sayılmalıdır.  Onu da xüsusi qeyd etmək lazımdır ki, qanun layihəsi digər formatlarda da ictimai müzakirələr üçün açıqdır. Bu məqsədlə cari ilin sentyabrın 7-dən qanun layihəsi Milli Məclisin saytında yerləşdirilib. Milli Məclisin saytının internet istifadəçilərinə verdiyi imkan nəticəsində hər bir vətəndaş qanun layihəsinin müzakirəsində onlayn iştirak edərək, rəy və təkliflərini təqdim edə bilər. Qanunun tam və açıq mənbədə ictimaiyyətə təqdim edilməsi, eyni zamanda, media, sosial şəbəkələrdə və digər platformalarda qanun layihəsinin müzakirəsi üçün geniş imkanlar yaradıb. Siyasi partiya nümayəndələri, ekspertlər və sadə insanlar həmin alətlərdən istifadə etməklə öz fikirlərini və mövqelərini açıqlaya bilirlər. Ötən müddətdə davamlı olaraq media subyektlərində geniş ictimai müzakirələr açılmış və müxtəlif siyasi partiyaların nümayəndələri və ekspertlər tərəfindən qanunun müxtəlif maddələri ilə bağlı rəy və təkliflər səsləndirilib. Azərbaycan cəmiyyətinin, siyasi partiyaların və milli maraqlarının əks olunduğu və ictimai müzakirələr nəticəsində inkişaf etdirilmiş qanunvericilik bazası ölkəmizin yeni inkişaf mərhələsinə də öz töhfəsini verəcəkdir.  

Hamısını oxu
Naxçıvanda şəhid övladlarına həsr olunmuş möhtəşəm bayram tədbiri keçirilib

Veteran.gov.az xəbər verir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin təşkilatçılığı və Səfər Əlirzayevin dəstəyi ilə şəhidlərimizin bizlərə əmanət etdikləri övladları üçün möhtəşəm bayram şənliyi təşkil olunub. Şənlikdə dövlət və hökumət nümayəndələri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Xalq artistləri, ziyalılar, el ağsaqqalları, şəhid və qazi ailələri iştirak ediblər. Tədbir çərçivəsində təşkil olunan şou proqram, uşaqlar üçün müxtəlif əyləncəli oyunlar və maraqlı səhnəciklər tədbir iştirakçılarının böyük maraq və sevincinə səbəb olub. Tədbirin sonunda şəhid övladlarına hədiyyələr təqdim olunmuş, şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilərək, ruhlarına dualar oxunub. Bu mərasimdə, həmçinin şəhid ailələrinə və onların övladlarına dəstəyin vacibliyi bir daha vurğulanmış, şəhidlərin qəhrəmanlıqları qeyd olunmuş, onların irsinin gələcək nəsillərə ötürülməsi üçün mühüm bir mesaj verilmişdi.

Hamısını oxu
Gənclərimizin sağlam həyat tərzinin təbliğində Milli Olimpiya Komitəsinin mühüm xidmətləri vardır

Ölkəmizin beynəlxalq aləmdə idman ölkəsi kimi tanınmasının təməlində dövlətimizin uğurlu idman siyasəti dayanır. Rəhbərlik etdiyi bütün sahələrdə uğurlara imza atan cənab İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi Azərbaycan idmanının həyatında mühüm və əlamətdar hadisə kimi tarixə yazıldı. Bu tarixi seçim Ümummilli Lider Heydər Əliyevin respublikada idmanın inkişafı ilə bağlı ideyalarının daha sürətlə gerçəkləşməsini təmin etdi, idman sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə reallığa çevrilməsinə böyük imkanlar açdı. Cənab İlham Əliyevin idman və bədən tərbiyəsinin tərəqqisi, Azərbaycanın dünya idman ailəsinin əvəzolunmaz üzvünə çevrilməsi üçün atdığı addımlar ölkənin bütün idman ictimaiyyəti tərəfindən razılıqla qarşılandı. Respublikamızın Prezidenti seçildikdən sonra isə ölkədə idmanın inkişafı daha da sürətləndi.   Uğurlu idman siyasətinin nəticəsi olaraq, Azərbaycan dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. Dövlət başçısı İlham Əliyevin müvafiq Sərəncamı 2012-ci ilin «İdman ili» elan edilməsi idman sahəsinin inkişafına diqqət və qayğının bariz nümunəsi idi. Müstəqilliyimizi əldə etdiyimiz vaxtdan bu günə qədər Azərbaycan idmançılarının müxtəlif səviyyəli beynəlxalq yarışlarda iştirakı və minlərlə medala layiq görülməsi bunun əyani sübutudur. İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, tikilmiş müasir Olimpiya kompleksləri və digər tədbirlər nəticəsində ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilmişdir. Bakı şəhərində bədii gimnastika, güləş və boks üzrə dünya çempionatlarının, habelə futbol üzrə qadınlar arasında dünya çempionatının keçirilməsi bunu bir daha təsdiq edir. Ən əsası 2015-ci ilin dünyanın idman tarixində yeni bir səhifə açması - ölkəmizin birinci Avropa Oyunlarına ev sahibliyi etməsi uğurlarımızın zirvə nöqtəsi kimi dəyərləndirildi. 2017-ci ildə isə Bakı müsəlman dünyasını bir araya gətirən İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişdir. Prezident İlham Əliyevin olimpiya oyunları və Bakıda keçirilən beynəlxalq turnirlər zamanı idmançılarımızın çıxışlarını birbaşa zaldan izləməsi isə idmançılarımıza göstərilən ən böyük mənəvi dəstəkdir. Sevindirici haldır ki, ölkə Prezidenti, idman aləminin qayığıkeşi, idmançıların dostu Cənab İlham Əliyevin bu gün imzaladığı Sərəncam ilə Milli Olimpiya Komitəsinin yaranmasının 30 illiyi dövlət səviyyəsində qeyd ediləcəkdir. Bu əlamətdar hadisə yetişməkdə olan gənc nəslimizi idmanın müxtəlif növlərinə cəlb edərək, idmanımızı daha da kütləviləşdirəcəkdir. Nəcəf Novruzov Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi

Hamısını oxu