Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Xalq Ali Baş Komandanı qızıl qəlbli rəhbər adlandırır

Azərbaycanda və xaricdə yaşayan həmvətənlərimiz, eyni zamanda, xarici ölkələrin vətəndaşları Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət edirlər. Müraciətlərdə şanlı ordumuzun sentyabrın 27-də işğalçı qoşunlarına qarşı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlatdığı hərbi əməliyyatlar birmənalı olaraq alqışlanır və böyük dəstək ifadə olunur. Xalq bildirir ki, Ali Baş Komandan bütün dünyaya bizim xalqın, millətin gücünü və qüdrətini bir daha sübut etdi. Onlar Prezidenti qızıl qəlbli rəhbər adlandırıb.

 
Prezidentə müraciət edənlər qeyd edir ki, Ali Baş Komandan müdrik və uzaqgörən siyasəti ilə Azərbaycan xalqına şərəfli bir tarix yaşatdı. Azərbaycan xalqının bu günü və xoşbəxt gələcəyi naminə yorulmadan çalışdı. Bu yolda həmvətənlərimiz daim Prezidentimizi dəstəkləyir. Zəfərin Azərbaycan xalqının yanında olduğuna inanırlar.

2020-11-18 00:00:00
3591 baxış

Digər xəbərlər

Qəhrəmanlar unudulmur! Yaraları Sararaq Qazanılan Qələbə: Klavdiya İvanovna Kuvayeva

Tarixin yaddaşında iz buraxan insanlar vardır. Onların adları bəzən çəkilmədən qalır, lakin etdikləri fədakarlıq millətlərin taleyində silinməz izlər qoyur. Klavdiya İvanovna Kuvayeva Böyük Vətən Müharibəsində öz yoluyla döyüşmüş azərbaycanlı hərbi tibb bacısı məhz bu qəhrəmanlardan biridir. Onun həyatı, mərdliyi və sədaqəti bu gün bizə yalnız keçmişi deyil, həm də insanlığın və vətənpərvərliyin əbədi dəyərlərini xatırladır. 1923-cü ilin sentyabrında Bakı şəhərində dünyaya göz açan Klavdiya İvanovna, 1942-ci ildə tibb institutunu bitirərək Şamaxıya işləməyə göndərilir. Lakin 1944-cü ilin yanvarında Vətən onu mübarizəyə çağırır. O, tərəddüd etmədən Birinci Ukrayna Cəbhəsinə yola düşmüş və ondan sonra müharibənin qanlı səhnələrində əsgərlərlə çiyin-çiyinə mübarizə aparmağa başlamışdı. Klavdiya İvanovna sadəcə tibb bacısı deyildi. O, həm də döyüş meydanında həyatla ölüm arasındakı incə xətti qoruyan bir mələk idi. Yaralı əsgərlərin həyatını xilas etməklə yanaşı, onların ruhunu da yaşatmağa çalışırdı. Cəbhədə ponton körpülərdən keçərkən Oder və Elba çaylarının sahillərində, ağır döyüşlərin içində tibb batalyonlarında əsgərlərə şəfa verir, onlara güc verirdi. Qafqazın və Ukraynanın azad olunmasında iştirak etmiş, baş serjant kimi Drezdenə qədər irəliləmişdi. Qələbə xəbərini də məhz orada, sevincli insanların arasında qarşılamışdı. 1945-ci ildə müharibə başa çatdı. 27 milyondan çox insanın həyatına son qoyan Böyük Vətən Müharibəsi Sovet xalqlarının, o cümlədən Azərbaycan xalqının tarixində əbədi iz buraxdı. Azərbaycan müharibəyə 100 minlərlə oğul və qız göndərdi, onların yarısı geri qayıtmadı.  Ön cəbhədə vuruşanlarla yanaşı, arxa cəbhədə çalışan həkimlər, tibb bacıları, mühəndislər və fəhlələr də bu qələbəyə böyük töhfələr verdilər. Müharibədən sonra Klavdiya İvanovna doğma Bakıya qayıtdı və 24 il ərzində Bakı Beynəlxalq Dəniz Ticarət Limanında katib kimi çalışdı. O, “Hərbi xidmətlərə görə” medalı ilə təltif olundu. Lakin onun ən böyük mükafatı sağaltdığı əsgərlərin, xilas etdiyi həyatların minnətdarlığı idi. Bu gün Azərbaycan dövləti və onun Prezidenti cənab İlham Əliyev müharibə veteranlarının xidmətlərinə yüksək qiymət verir. Veteranlara sosial dəstək proqramları, müavinətlər, mənzillərlə təmin olunma və dövlət tədbirlərində onların xüsusi ehtiramla qarşılanması bu diqqətin bariz nümunəsidir. Prezidentin təşəbbüsü ilə hər il 9 May Qələbə Günü münasibətilə tədbirlər keçirilir, sağ qalan veteranlar təltif edilir, dünyasını dəyişənlərin xatirəsi isə dərin hörmətlə yad olunur. Bu siyasət bir millətin öz tarixinə sahib çıxmasının təzahürüdür. Klavdiya İvanovna Kuvayeva bir tibb bacısının timsalında minlərlə adsız qəhrəmanın təmsilçisidir. Onun həyatı sübut edir ki, bəzən qəhrəman olmaq üçün silah tutmaq yox, yaraları sarmaq, ümid vermək və insan canını qorumaq yetərlidir. O, yalnız döyüş meydanında deyil, insanlıq tarixində də qalib gəlmiş bir qadındır. Bugün bizlər üçün onun bircə arzusu qaldı: “İnsanların və sağ qalanların şücaətini mümkün qədər tez-tez xatırlayın.” Bu sözlər gələcək nəsillər üçün bir çağırış, bir vəzifədir.  Tarixi unutma, qəhrəmanı tanı, sülhə sahib çıx! Cəlil Xəlilov  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
“Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyində görüş keçirilib

“Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyində  Birliyin sədri polkovnik Cəlil Xəlilov və “Alyans”   Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyinin sədri polkovnik Fəxri Abasov arasında görüş keçirilmişdir. Ölkəmizdə veteranlar təşkilatının fəaliyyətinə yaradılan əlverişli şəraitdən bəhs edən polkovnik Cəlil Xəlilov  cənab Prezident İlham Əliyevin və  Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın təşkilata göstərdikləri dövlət dəstəyini vurğuladı.   Görüşdə Təşkilatın sədri Cəlil Xəlilov rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib, əməkdaşlığın genişləndirilməsinə dair təkliflərini səsləndirib.     Həmçinin görüşdə hər iki təşkilatın arasında tərəfdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikir mübadiləsi aparılıb, əlaqələrin inkişaf etdirilməsinin önəmi vurğulanıb.

Hamısını oxu
Birinci vitse-prezident Mehriban Əliyeva: Xocalı soyqırımı kimi faciələr unudula bilməz

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Xocalı soyqırımının 29-cu il dönümü ilə bağlı paylaşım edib. AZƏRTAC paylaşımı təqdim edir: "Xocalı soyqırımı kimi faciələr unudula bilməz. Günahsız insanların vəhşicəsinə qətlə yetirilməsinə heç nə ilə haqq qazandırmaq olmaz! Biz o dəhşətli hadisələr haqqında həqiqətləri təhrif olunması cəhdlərindən hər zaman qoruyacağıq. Xocalı soyqırımı qurbanlarının işıqlı xatirəsini ehtiramla yad edir, Uca Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirəm".

Hamısını oxu
Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, əhalinin rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə qərara alıram: 1. Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən aşağıdakı təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları 2025-ci il yanvarın 1-dən orta hesabla 15 faiz artırılsın: 1.1. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və Aparatı, Gəncə bölməsinin Aparatı; 1.2. Heydər Əliyev Mərkəzi; 1.3. “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi; 1.4. Azərbaycanda Atatürk Mərkəzi; 1.5. Azərbaycan Respublikasının dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri; 1.6. Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu; 1.7. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu; 1.8. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi; 1.9. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin Aparatı; 1.10. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Elm -Tədris Mərkəzi; 1.11. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi -Metodiki və İxtisasartırma Mərkəzi; 1.12. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət Film Fondu; 1.13. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Quba şəhərində “Soyqırımı memorial kompleksi”; 1.14. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Aparatı; 1.15. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi; 1.16. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzi; 1.17. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu; 1.18. icra hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıqlar. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan qurumlarda çalışan rəhbər və digər işçilərin vəzifə maaşlarının yeni məbləğlərini təsdiq etsin; 2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.   İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 7 yanvar 2025-ci il

Hamısını oxu