Latest news
Sumqayıt Tibb Mərkəzi və tabeliyində olan tibb müəssisələrində 27 sentyabr Anım Günü ilə əlaqədar tədbirlər keçirilib. Veteran.gov.az xəbər verir ki, bu barədə Sumqayıt Tibb Mərkəzinin sosial şəbəkədəki rəsmi hesabında məlumat verilib. Məlumatda deyilir: “Tədbirlərdə torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Anım tədbirlərində 44 günlük zəfər savaşından geniş söhbət açılıb. Çıxış edənlər şəhid adının müqəddəsliyindən danışıb, onların xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını qeyd ediblər. STM-in kollektivi Sumqayıt Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin ruhlarına ehtiramlarını ifadə ediblər, məzarları üzərinə gül dəstələri düzüblər”. Məlumat üçün qeyd edək ki, Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Sumqayıtda şəhid ailələri və müharibə qazilərinə həm Sumqayıt Şəhər İcra Hakimiyyəti, həm də Sumqayıt Tibb Mərkəzi tərəfindən ciddi qayğı və diqqət göstərilir, məlum kateqoriyaya daxil olan insanların hər bir müraciətinə xüsusi həssaslıqla yanaşılır. Seymur ƏLİYEV
Read more
Bu gün – 27 sentyabr Anım Günüdür. Düz iki il bundan öncə düşmən təxribatına əks-hücumla cavab verən Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində işğaldakı torpaqlarımızı azad etmiş, Azərbaycanən ərazi bütövlüyünü təmin etmişdir. Şübhəsiz, 44 günlük Vətən müharibəsi Azərbaycan üçün də itkisiz ötüşməmiş, üç min hərbçimiz şəhidlik zirvəsinə yüksəlmişdir. Qürurvericidir ki, müharibədə verdiyimiz şəhidlər xalqımızın, o cümlədən şəhid ailələrinin iradəsini, mübarizə əzmini qrımamış, əksinə, şəhidlərimiz kimi onların anaları, bacıları, qızları, həyat yoldaşları da əsl fədakarlıq sərgiləmiş, onların bəzisi şəhidini əbədi mənzilə öz çiynində vüqarla daşımışdır. Veteran.gov.az xəbər verir ki, 5-ci sinif şagirdi, bədii qiraətçi Zəhra İmranlı “Şəhidin çiynində daşıyan qadın!” şeirində Azərbaycan qadının bu mübarizliyini vəsf etmiş, bunu vətən, bayraq sevgisinin bütün dünyaya örnək olan ən ali nümunəsi kimi xarakterizə etmişdir. Zəhra İmranlının müəllifi olduğu “Şəhidin çiynində daşıyan qadın!” şeirini oxucuların diqqətinə çatdırırıq.
Read more
Talıb Əliyev: “27 sentyabr Azərbaycan xalqının özünütəsdiq günüdür” “27 sentyabr Azərbaycan xalqının özünütəsdiq günüdür”. Bunu Moderator.az-a açıqlamasında Birinci Qarabağ müharibəsi qazisi, ehtiyatda olan polkovnik-leytenant Talıb Əliyev bildirib. Talıb Əliyev qeyd edib, məhz 27 sentyabr tarixində ayağa qalxan Azərbaycan xalqı qəhrəman ordusunun və Ali Baş Komandanının fədakarlığı sayəsində tarixi zəfərə imza atdı, dünya hərb tarixində yeni bir səhifə açdı: “27 sentyabr sadəcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının tarixi baxımından son dərəcə əlamətdar gündür. Çünki məhz bu tarixi gündə Azərbaycan xalqı 30 illik erməni işğalına son qoymaq üçün qəti şəkildə ayağa qalxdı, qanlı hərb meydanında öz haqqının axtarışına çıxdı. Azərbaycan xalqı öz qəhrəman ordusu və yenilməz Ali Baş Komandanı sayəsində düşmənə, onun havadarlarına, eləcə də bütün dünyaya sübut etdi ki, onu yenmək, onun haqqını qəsb etmək, torpağını əsarətdə saxlamaq mümkün deyil. Azərbaycan xalqı həm də onu sübut etdi ki, o, zəngin mənəvi dəyərlər malikdir və bu cür dəyərlər malik xalqa zor gücünə nəyisə diktə etmək imkansızdır. Bu baxımdan əminliklə demək olar ki, 27 sentyabr Azərbaycanm xalqının özünütəsdiq günüdür. Azərbaycan xalqı 30 ildən sonra öz haqqı ilə yanaşı, həm də qürurunu, vüqarını bərpa etdi, mənəvi baxımdan yeni bir zənginliyə qovuşdu”. Talıb Əliyev bildirib ki, əldə edilən bu tarixi zəfərə görə ilk növbədə şəhidlərimizə və qazilərimizə borcluyuq: “Təbii ki, müharibə həm də şəhid, göz yaşı, itki deməkdir. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı üç minə nəfərə qədər şəhid verdi, minlərlə qazimiz sağlamlığını itirdi. Mülki vətəndaşlarımız arasında da şəhidlər oldu. Lakin bütün bu itkilər Azərbaycan xalqının mübarizə əzmini qıra bilmədi. Əksinə, Ordumuz şəhdilərimizin qısasını döyüş meydanında aldı. Qəhrəman şəhidlərimiz, qazilərimiz həyatları, canları və qanları bahasına mənfur düşməni tarixi torpaqlarımızdan qovmaqla yenidən o torpaqlara azadlıq bəxş etdi. Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən torpaqlarımızda geniş yenidənqurma işləri həyata keçirilməkdədir. Artıq Zəngilan rayonunun Ağalı kəndinə ilk sakinlərin qayıdışı təmin olunub. Gələn il biz Qarabağa yön alan daha böyük köçlərə şahidlik edəcəyik. Və heç vaxt unutmayacağıq ki, bütün bunlara görə müqəddəs şəhidlərimizə, onların qəhrəmanlığına borcluyuq. Şəhidlərimizə rəhmət diləyir, vətənimizə əbədi sülh və firavanlıq arzulayıram!” Seymur ƏLİYEV
Read moreXalqımız hər zaman bizə qələbə bəxş edən qəhrəman övladlarını sevinc və minnətdarlıq hissi ilə anacaq. 27 Sentyabr xalqımızın qürur və özünəqayıdış günüdür. 44 günlük Vətən müharibəsinin ilk günü olan 27 sentyabr Azərbaycanın hərb və dövlətçilik tarixində hər zaman ehtiram və iftixar hissi ilə anılacaq. Bu fikirləri “Xalq qəzeti”nə müsahibəsində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Müsahibəni təqdim edirik: – Cəlil müəllim, müharibənin başladığını necə xatırlayırsınız? – 2020-ci ilin 27 Sentybar tarixi 44 günlük şanlı Vətən müharibəsinin başladığı, ordumuzun bütün cəbhə xətti boyu əks-hücuma keçdiyi gündür. Məhz 27 sentyabr tarixində Azərbaycan xalqı, Azərbaycan Ordusu, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev 30 illik erməni işğalına qarşı hərbi müstəvidə mübarizəyə başladı və bu mübarizə cəmi 44 gün ərzində yağı düşmənin məğlub olması, Ermənistanın hərbi potensialının 80 faizdən çoxunun darmadağın edilməsi ilə nəticələndi. Azərbaycan 44 gün ərzində düşməni torpaqlarımızdan qovub çıxardı. Bir sıra iri rayonlarımız – Ağdam, Laçın və Kəlbəcər isə bir güllə belə atılmadan, Prezident İlham Əliyevin diplomatik səriştəsi nəticəsində erməni işğalından azad edildi. Ermənistanın bu 30 ildə qurduğu bütün istehkamlar 44 gün ərzində yarıldı, hərbi texnikaları dəmir yığınına çevrildi. Bu, Azərbaycan hərb tarixinin ən böyük, ən möhtəşəm qələbəsi idi. Əminəm ki, illər, əsrlər keçsə də, bu qələbə Azərbaycan xalqının qan yadaşında, Azərbaycan tarixində ən şanlı qalibiyyət kimi yaşayacaq, öz əzəmətindən heç nə itirməyəcəkdir. 27 Sentyabr həmişə tarixin yaddaşında qalacaq. – Cənab polkovnik, istərdik müharibənin tarixi əhəmiyyətindən danışasınız. – 30 il ərzində Azərbaycan bütün dünya ictimaiyyətinə - xarici dövlətlərə, təşkilatlara öz sülh təklifini verdi. Bu istiqamətdə xeyli görüşlər baş tutdu. Azərbaycan hər zaman sülhə, sülh danışıqlarına sədaqət nümayiş etdirdi. Təəssüf ki, ermənilər işğalçılıq ideyalarından, vandal aktlarından, faşist təfəkküründən əl çəkmədilər. Bu mənada müharibə qaçılmaz idi. Bu müharibəni həm də xalqımız, gənclərimiz, orduda xidmət edən zabitlərimiz, əsgərlərimiz tələb edirdi. Qələbənin əldə edilməsi Azərbaycan Silahlı Qüvvələrinin, Azərbaycan xalqının qəhrəman övladlarının fədakarlığı sayəsində mümkün olub. Şübhəsiz, 30 il torpaqlarımızı işğalda saxlayan, bu torpaqlarda çoxlu sayda maneə və istehkamlar inşa edən erməniləri tarixi torpaqlarımızdan qovub çıxarmaq heç də asan məsələ deyildi. Bu, yüksək dağ şəraitində döyüşə bilən bacarıqlı, peşəkar ordu, sözün əsl mənasında dahi sərkərdə tələb edirdi. Bundan başqa, bu müharibədə qələbə qazanmaq üçün həm də həqiqi fədakarlıq, yüksək mənəvi keyfiyyətlər tələb olunurdu. Qürurvericidir ki, Azərbaycan xalqı qələbə üçün gərəkli olan bütün amilləri ortaya qoya bildi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri qısa zamanda düşməni darmadağın edərək işğaldakı torpaqları azad etdi. Müharibə nəticəsində üç min hərbçimiz şəhid oldu, minlərlə hərbçimiz yaralandı. Ermənistan müharibəni beynəlxalq hüquq prinsiplərinə uyğun aparmırdı. Dinc sakinləri, mülki obyektləri, şəhər və kəndlərimizi hədəf olaraq seçirdi. Bütün bunlar qəzəb, hiddət doğururdu. Lakin bütün bunlara baxmayaraq, xalqımız qələbəyə imza ata, düşmənə tarixi dərs verə bildi. Bu gün 44 günlük Vətən müharibəsinin başlamasından iki il ötür. Biz sadəcə 27 sentyabr tarixində deyil, hər zaman qəhrəman şəhidlərimizi sevgi ilə anır, onlarla fəxr edir, qəlbən öz minnətdarlığımızı bildiririk. Çünki dövlətimizin ərazi bütövlüyü məhz onların sayəsində bərpa olunub. Xalqımız öz mənəvi bütövlüyünü, öz qürurunu məhz onların igidliyi, fədakarlığı sayəsində bərpa edib. Məhz onların sayəsində biz hər kəsin gözünə dik baxa, öz milli kimliyimizlə fəxr edə, işğaldan azad edilən torpaqlarımızda azad və qürurla gəzə bilirik. Dünyanın aparıcı ölkələri belə Azərbaycana irad tuta bilmirlər. Çünki bu müharibə Azərbaycanın haqq savaşı idi. Azərbaycan Ordusu Azərbaycan torpağında terrora, erməni silahlı dəstələrinə qarşı ədalətli müharibə aparırdı. Ədalət tərəfdarı olan Türkiyə, Pakistan kimi bir çox ölkələr Azərbaycanın haqq savaşını dəstəkləyirdi. – Cəlil müəllim, ordumuz, gənclərimiz müharibəyə hansı səviyyədə hazırlıqlı idi? – Biz qələbəni olduqca yüksək əhval-ruhiyyə ilə hazırlıqlı olan ordumuz, gənclərimiz sayəsində qazandıq. Son 30 ildə gənclərimiz yüksək səviyyədə döyüşə hazırlanmış, mənəvi-psixoloji cəhətdən yetişmişdi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra bu proseslər başladı – ictimai-siyasi sabitlik yarandı, ordu quruculuğu, iqtisadiyyat və idarəetmə gücləndirildi, xarici dövlətlərlə iqtisadi-siyasi əlaqələr quruldu, Azərbaycan gənclərinin xaricdə hərbi təhsil almaları üçün imkanlar yaradıldı. Hərbi məktəblərin yaradılması, güclü ordunun formalaşması, NATO kimi təşkilatların ölkələri ilə əlaqələrin genişləndirilməsi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirildi. Azərbaycan Ordusu yüksək səviyyədə təmin olunmuş, NATO standartları səviyyəsinə çatdırılmışdı. Türkiyə, Rusiya, Çexiya, İsrail kimi ölkələrdən ən müasir silah və texnikalar alınaraq, Azərbaycan Ordusunun arsenalına daxil edilmişdi. Bütün bu imkanlardan sonra qalib gəlməmək mümkün deyildi. Bu müharibədə Ali Baş Komandan həm də diplomat kimi olduqca yüksək səriştə göstərdi. Dünya ictimaiyyətinə Azərbaycanın haqq savaşını çatdırmaqla yanaşı, ordumuza da yüksək dəstək göstərdi. 44 gün ərzində hərbi formanı çıxarmadı, zabit və əsgərlərimizin yanında oldu. Prezident hər an cəbhədə gedən məsələləri araşdırır, analiz edir və təkliflər verirdi. – Düşünürəm ki, qələbənin qazanılmasında xalq-dövlət birliyi də az rol oynamadı. – Əlbəttə ki, bu belə idi. Səfərbərlik və hərbi çağırış xidməti idarələrinin qarşısı gənclərlə, ehtiyatda olan zabitlərlə dolu idi. Hər kəs döyüşmək istəyirdi. Hər bir azərbaycanlı əsgərlərimizin yanında olmaq, onlarla birgə döyüşmək istəyirdi. – Biz həm də arxa cəbhədə xüsusi fəallıq görürdük. – Bəli, iş adamlarımız, dövlət müəssisələri, qurum və təşkilatlar orduya lazım olan ləvazimatlar göndərirdi. Təminat o qədər güclənmişdi ki, onları yerləşdirmək belə olmurdu. Müharibədə iştirak edən bir qazimizin mənə danışdığı hissələri sizinlə bölüşəcəm. Qazimiz deyirdi ki, bir məktəbli uşaq əsgərə corab göndərmişdi və üzərinə yazmışdı ki, “əsgər əmi, geyin bunu, ayaqlarına soyuq olmasın”. Bu məktəblidən tutmuş yüz yaşındakı veteranlarımıza maddi və mənəvi birlik nümayiş etdirdi. Ordumuzu bu birlik daha da irəli aparırdı. Hər gün irəli gedir, 44 gün ərzində bir gün belə ləngimirdi, ancaq irəli. – Siz Əfqanıstan və Qarabağ müharibələrinin veteranı olmaqla yanaşı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavinisiniz. Təmsil olunduğunuz təşkilat istər müharibə ərəfəsində, istərsə də müharibədən sonra hansı işləri həyata keçirib? – Təmsil olunduğum təşkilat hər zaman şəhidlərimizin təbliğinə, onların xatirəsinin əbədiləşdirilməsinə xüsusi diqqət yetirib və bu amil təşkilatın gələcək fəaliyyətində də əsas istiqamətlərdən biri olaraq qalacaqdır. Hesab edirəm ki, kimliyindən, sosial statusundan, harada, hansı vəzifədə çalışmasından asılı olmayaraq, hər kəs şəhidlərimizin xatirəsini uca tutmalı, onların xatirəsinin əbədiləşdirlməsi, müharibədə göstərdikləri qəhrəmanlıqların təbliğ edilməsi, gənc nəslə tanıdılması istiqamətində əlindən gələni etməlidirlər. Bu mənada, təşkilatımız gənclərin orduya hazırlanması ilə bağlı müxtəlif qurumlarda, təhsil ocaqlarında görüşlər keçirib. Hərbi qanunvericiliyi, Azərbaycanın tarixini xüsusi təbliğ edirik. Ordumuzda olan texnikalardan istifadə qaydaları, nizam-intizama riayət edilməsi məsələlərinin təbliği istiqamətində, gənclərin fiziki hazırlığı cəhətdən xeyli işlər görmüşük. Təkcə ölkə daxilində deyil, müxtəlif xarici dillərdə dünya ictimaiyyəti, dünya veteranlar təşkilatları qarşısında da təbliğatımızı yüksək səviyyədə aparmışıq. Həmin proses bu gün də davam etdirilir. Biz həm xaricə dəvət olunur, həm də ölkəmizə qonaqlar dəvət edərək nəzərlərinə çatdırırıq ki, Azərbaycan ərazi bütövlüyünü təmin etməsi üçün mübarizə aparır, heç bir dövlətə ərazi iddiası yoxdur. Sadəcə, bugünkü gənclər deyil, gələcək nəsillər də bilməlidirlər ki, biz 8 Noyabr Zəfərinə görə kimlərə borcluyuq. Bu baxımdan Müharibə, Əmək və Silahlı Qüvvələrt Veteranlar Təşkilatı mütəmadi iş aparmaqda, orta və ali təhsil müəssiələrində, müxtəlif auditoriyalarda şəhidlərimizin və onların qəhrəmanlıqlarının təbliği ilə məşğul olmaqda, onların xatirəsinin əbədiləşdirilməsi üçün əlaqədar dövlət orqanları qarşısında məsələlər qaldırmaqdadır. Biz hər vasitə ilə çalışırıq ki, gənclərimiz şəhidlərimizi tanısın, onların döyüş yoluna dərindən bələd olsunlar. Bu, həm milli və hərb tariximizin öyrənilməsi, həm də qəhrəmanlıq ənənələrinin davam etdirlməsi baxımından əhəmiyyətlidir. Müharibə, Əmək və Silahlı Qüvvələrt Veteranlar Təşkilatı olaraq gələcəkdə bu istiqaməti daim diqqət mərkəzində saxlayacaq, şəhdilərimizin təbliği istiqamətində yeni-yeni addımlar atacaq, layihələr həyata keçirəcəyik. – Müsahibəmizin sonuna gəldik. Sonda vurğulamaq istədiyiniz fikirlərinizi bölüşə bilərsiniz. – Ermənistan sülhdən yayınır. Bu həm də Ermənistan rəhbərliyinin xalqına olan xəyanətidir. İşğalçılıq niyyətindən əl çəkərək, orada yaşayan insanların firəvanlığı üçün nələrsə edə bilərlər. Ermənilər xaricdən yardım alaraq, təxribatlar törətməyə son qoymalı, kiminsə oyuncağına çevirlməkdən yaxa qutarmağı düşünməlidirlər. Görünən odur ki, himayədarları onları düzgün təlimatlandıra bilmirlər. Müharibə itkisiz, qələbə şəhidsiz olmur. Sözsüz ki, şəhidlərimiz, qazilərimiz oldu. Mən həm Birinci Qarabağ müharibəsində, həm də 44 günlük Vətən müharibəsində həlak olan şəhidlərimizə Allahdan rəhmət diləyir, onların ruhu qarşısında baş əyirəm. Şəhidlərimizə olan sevgimiz sonsuz və əbədidir. Qazilərimizə can sağlığı arzulayıram. Qələmə aldı: Rizvan FİKRƏTOĞLU, “Xalq qəzeti”
Read more
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Cəlilabad Rayon Təşkilatının təşkilatçılığı ilə “Tut bağı” istirahət mərkəzində Qarabağ müharibəsi veteranı, yazıçı Qurban Əhmədin yeni kitabının təqdimatı keçirilib. Tədbirdə təşkilatın idarə heyətinin üzvləri, şəhid ataları, qazilər, əmək və müharibə veteranları, ictimai birliklərin və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirdən öncə iştirakçılar tərəfindən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Təqdimat mərasimini Cəlilabad rayon Veteranlar Təşkilatının sədri Ədalət Salmanov giriş sözü ilə açaraq təşkilatın gördüyü işlər barədə məlumat verdikdən sonra yazıçı Qurban Əhmədin həyat və yaradıcığı haqqında geniş danışııb, rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiyini xüsusi vurğulayıb və ona Cəlilabad rayon Veteranlar Təşkilatının Fəxri fərmanını təqdim edib. Tədbirdə təşkilatın İdarə Heyətinin üzvləri Mirzəbala Hüseynov, Əfrahim Abbas, Yusif Əzimov, Mirdamət Muradov, şəhid atası Əsədxan Həşimov, əmək və müharibə veteranları Əsəd Əliyev, Adil Hüseynov, Sahib Əliyev, Həsən Mirzəyev, Cəlilabad şəhər nümayəndəliyinin rəsmisi İlqar Mirzəyev, rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Salamat Nəcəfov, pedaqoji işçilərdən Dadaş Bayramov, Xəlil Fərəməzoğlu, Tarix Vüsallı, “Gücümüz dəmir yumruqdadır” ictimai birliyinin Cənub bölgəsi üzrə sədri İlham Əliyev, “Cəlilabad Ziyalıları İctimai Mühitin Demokratik İnkişafına dəstək” ictimai birliyinin sədri Əzizxan Əzizxanlı, Maşlıq kənd məsçidinin axundu Kamran Sadıqov, mədəniyyət işçilərindən Xeyrulla Şahbazov, Ramin İbrahimov, Telman Əsgərov, şair-yazıçılardan Əlövsət Tahirli, Mikayıl İnçəçaylı, Əfsanə Soltan, Məhəmməd Əliabadlı və başqaları çıxış edərək rayon Veteranlar Təşkilatının gördüyü xeyirxah işləri yüksək qiymətləndiriblər və Qarabağ müharibəsi veteranı, yazıçı Qurban Əhmədin yeni kitabı haqqında öz ürək sözlərini deyiblər, ona yaradıcılıq uğurları arzulayıblar. Veteran müəllim Yusif Əliyev isə bitki toxumları ilə hazırladığı “Şəhidlər ölməz, Vətən bölünməz” tablosunu yazıçıya hədiyyə edib. Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovun tapşırığı ilə tədbirdə iştirak edən İcra Hakimiyyətinin baş məsləhətçisi Varid Əsgərov rayon Veteranlar Təşkilatının fəaliyyəti haqqında xoş sözlər deyib, Qarabağ müharibəsi veteranı, yazıçı Qurban Əhmədə ədəbi və ictimai fəaliyyətində nailiyyətlər arzulayıb.. Sonda xatirə şəkilləri çəkdirildi.
Read more
Veteran.gov.az xəbər verir ki, Niderland Krallığının Rotterdam şəhərində fəaliyyət göstərən Benilüks Azərbaycanlılarının Konqresi şəhidlərimizin Anım Gününə həsr edilən mərasim keçirib. Mərasim Rotterdam şəhərində yerləşən “Qarabağ” idman klubunun ofisində baş tutub və şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət himni səslənib. 44 günlük müharibəyə həsr edilən filmin nümayişindən sonra çıxış edən tədbir iştirakçıları şəhidlərimizin şücaətindən qürurla bəsh edib. Tədbirdə Azərbaycan və türk icmasının nümayəndələri itşriak edib. Azərbaycan Niderland “Odlar Yurdu” Cəmiyuətinin üzvləri, Hollanda Batı Trakya Türk Kültür ve Dayanışma dərnəyinin başkanı İbrahim Paşalı və üzvləri, Hollanda Azərbaycan Türk Kültür dərnəyinin nümayəndələri və digərləri qatılmışdılar. Çıxışlardan sonra iştirakçılar ehsan süfrəsinə dəvət olunub. Allah bütün şəhidlərimizə rəhmət etsin! Şəhidlərimizin ruhları şad olsun, məkanları cənnət olsun! Şəhidlər ölməz, Vətən bölünməz! Seymur ƏLİYEV
Read more
Veteran.gov.az xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “27 sentyabr Anım Günü” ilə bağlı Ulu Öndər Heydər Əliyevin məzarına, 2-ci Fəxri Xiyabana, Şəhidlər Xiyabanına ziyarət təşkil edilib. Ziyarətdə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri, Agentliyin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev, Müşahidə Şurasının üzvləri, Agentliyin əməkdaşları, 500-ə yaxın qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. Ziyarət iştirakçıları Ulu öndər Heydər Əliyevin, ərazi bütövlüyümüz uğrunda şəhid olmuş qəhrəman Vətən oğullarının xatirəsini ehtiramla anaraq, məzarları üzərinə gül dəstələri qoyublar. Dünya hərb tarixinə həkk olunan misilsiz döyüş qabiliyyəti nümayiş etdirərək şəhidlik zirvəsinə ucalmış qəhrəman igidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Seymur ƏLİYEV
Read more
İvan Levşaya ASCO tərəfindən xüsusi təqaüd də veriləcək Veteran.gov.az xəbər verir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədri Rauf Vəliyev yüksək bal toplayan tələblələrlə görüşüb. Görüş əsnasında Rauf Vəliyev bu il Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri sırasına qoşulan, akademiyanın “Dəniz naviqasiyası mühəndisliyi” ixtisası seçən 44 günlük Vətən müharibəsi qazisi, Prezident İlham Əliyevin sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunan İvan Levşanın təhsil haqqının ASCO tərəfindən ödəniləcəyini bəyan edib. Həmçinin, bildirilib ki, Vətən mmüharibəsi qazisinə ASCO tərfindən xüsusi təqaüd də veriləcək. Məlumat üçün qeyd edək ki, bu, ASCO tərəfindən müharibə iştirakçılarına göstərilən diqqət və qayğı ilə bağlı yeganə fakt deyil. Belə ki, son iki ildə ASCO mütəmadi surətdə müharibə iştirakçıları ilə bağlı məsələlərə xüsusi diqqət sərgiləyib ki, bu da cəmiyyətdə mənunluqla qarşılanıb. Vətən müharibəsi qazisinin təhsil haqqının ASCO tərəfindən ödənilməsi ilə bağlı qərar da ictimaiyyət tərəfindən təqdirlə qarşılanıb. Seymur ƏLİYEV
Read more
Veteran.gov.az xəbər verir ki, bu gün Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilat sədri Fatma Səttarova ilə görüşüb. Görüşdə dövlətimizin şəhid ailələri və qazilərə göstərdiyi diqqət və qayğıdan bəhs olunub, cəmiyyətdə, xüsusilə də gənclər arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinin önəmi vurğulanıb. Görüşdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, Nərimanov Bələdiyyəsinin sədri Təhmiraz Tağıyev də iştirak edib. Seymur ƏLİYEV
Read more
Bu gün Bakının Nərimanov rayonunda yerləşən 45 nömrəli tam orta məktəbdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşlarının iştirakı ilə 21 sentyabr – Beynəlxalq Sülh Günü təntənə ilə qeyd edilib. Açıq səma altında keçirilən tədbiri giriş sözü ilə açan məktəbin direktoru Nəcibə Axundova tədbir iştirakçılaırnı salamlayaraq dövlətimizin sülhə, əminamanlığa verdiyi önəmə diqqət çəkib. Məktəb direktoru bildirib ki, Azərbaycan bu gün regionda sülhün və sabitliyin əsas qarantıdır və dünyadakı bütün qarşıdurmaların sülh yolu ilə həllini vacib sayır. Tərəqqi və inkişafa yalnız sülh şəraitində nail olmağın mümkünlüyünü vurğualayan Nəcibə Axundova azyaşlılar, yeniyetmə və gənclər arasında bu ideyanın təbliğinin mühüm önəm kəsb etdiyini bildirib. Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev Sülh gününün önəmindən bəhs edib. Polkovnik qeyd edib ki, Azərbaycan dövləti hər zaman sülhün, sabitliyin bərqərar olması üçün bütün resurslardan istifadə edib, bu gün də bölgədə sülhün əsas təminatçısı qismində çıxış edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşı Rasim Mirzəyev də çıxışında sülh və sabitliyin əhəmiyyətindən bəhs edib, sülhün mövcudluğunu hər bir dövlətin inkişafı üçün başlıca şərt kimi qiymətləndirib. Tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin baş mütəxəssis Nəbi Hacıyev və digər veteranlar iştirak edib. Azərbaycanın sülh dövləti olduğuna diqqət çəkib, sülhün alternativinin olmadığnı bildiriblər. Tədbirdə azyaşlılar sülhə aid şeirlər səsləndirib, mahnılar oxuyub. Tədbirin sonunda səmaya sülh rəmzi olan göyərçinlər və şarlar buraxılıb.
Read more
Türkiyənin ölkəmizdəki keçmiş səfiri Hulusi Kılıç Moderator.az-a açıqlamasında ermənilərin son təxribatlarına münasibət bildirib. Erməniləri cəbhəyə səsləyən diplomat, Azərbaycanın təxribatçılara gərəkli dərsi 44 günlük Vətən müharibəsində olduğu kimi hərb meydanında verməyə hazır olduğunu bildirib: “Fransadakı Azərbaycan səfirliyinə erməni terroirçuları tərəfindən edilən hücumu şiddətlə qınayır və pisləyirəm. Onlara buradan səslənirəm: “Parisdəki Azərbaycan səfirliyinə yox, cəbhəyə gəlin! Gəlin cəbhəyə, sizə yerinizi göstərək, dərsinizi verək”!. Təəssüf ki, biz son hadisələr fonunda Fransa hökumətinin terroristlərlə əməkdaşlıq etdiyini bir daha gördük. Fransa sözdə həmsədrlərdən biri idi. Bu, həm də onu göstərir ki, 28 il həmsədr kimi heç bir iş görməyən Fransa problemin həlli üçün deyil, həll edilməməsi üçün səy göstərən dövlət idi. Biz bunu 44 günlük savaşda da gördük. Makron həmin vaxt da Ermənistanı dəstəklədi , Fransa senatı Azərbaycan əleyhinə qərar aldı. Biz bu davranışı qınayırıq və hesab edirik ki, Fransa öz mövqeyinə yenidən baxmalı, ədalətli mövqe sərgiləməldiir. BMT-nin məlum dörd qətnaməsində imzası olan Fransa problemin həlli üçün əməli baxımdan heç nə etmədi, 44 günlük Vətən müahribəsində Ermənistanı dəstəklədi. Sentyabnn 12-də ermənilərin törətdiyi təxribatdan sorna Paşinyanın zəng etdiyi ilk ldierlərdən biri də Fransa prezidenti oldu. Istəyirik ki, artıq Fransa dövlət kimi davransın, terrorçularaa, terror dövlətinə dəstək olmasın. 1961-ci ilin Vyana müqaviləsindən qaynaqlanan diplomatları qorumaq öhdəliynə də əməl etsin. Ermənilərin Fransadakı Azərbaycan səfirliyinə edilən erməni hücumunda qəhrəman səfirlik əməkdaşı təkbaşına qapını qorudu, qapını terrorçuların üzünə açmadı. Əgər qapı açılsayda, nə olacaqdı? Hücum zamanı dövlət başçımızın da fotosunu yandırdılar. Onlar 45-46 məsləkdaşımı vəhşicəsinə qətlə yetirən adamlardır. Bizim hörmətli dövlət başçımız İlham Əliyev bildirmişdi ki, bir dövlətin iki diasporu ola bilməz. Biz bu sözü əməli işimizlə gerçəyə çevirməliyik. 2007-ci ildə söylənilən bu sözün gerçəkələşməsi gərəkir. Bizim Qərbdəki diaporumuzun güclü olması lazımdır. Diasporlarımız da birləşməlidir. Türk və Azərbaycan diapsorları briləşməli, bir millətin bir diasporu olmalıdır. ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistahan ziyarətinin zamanlaması da çox düşündürücüdür. Bu şəxs 2 avqustda Tailanda getdi, oranı qarışdırdı. Çinlə ABŞ üz-üzə gəldi. Bir neçə gün öncə isə Ermənistaan səfər etdi. Onun Ermənistana səfəri və orada səsləndirdiyi fikirlər bölgədə sülh üçün ciddi təhdid yaradır. Bu səfəri uğrusuz və gərəksiz hesab edirəm”. Seymur ƏLİYEV
Read more