Latest news

“Dövlət Təhlükəsizliyi Xidməti (DTX) narkotik vasitələrin qanunsuz dövriyyəsi və kibercinayətkarlığa qarşı uğurla mübarizə aparır”. Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, müasir dünyamızın ən böyük bəlalarından olan hər iki problemə qarşı xüsusi xidmət orqanları effektiv mübarizə sərgiləməkdədir: “Bildiyiniz kimi, çağdaş dünyamızda narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də kibercinayətkarlıq kimi bəlalar sürətlə yayaılmaqdadır. Bu gün dünyanın ən böyük, ən qüdrətli dövlətləri belə bu problemlərə qarşı mübarizədə çətinlik çəkirlər. Ancaq sevindiricidir ki, Azərbaycanda həm kibercinayətkarlığa, həm də narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı uğurlu mübarizə aparmaqdadır. DTX-nın həyata keçirdiyi əməliyyatlar nəticəsində bu qəbildən olan çoxlu sayda cinayətkar dəstənin ifşası, onların zərərsizləşdirilərək məsuliyyətə cəlb edilməsi faktı buna nümunədir”. Polkovnik qeyd edib ki, DTX-nın həyata keçridiyi uğurlu əməliyyatların əsas sirri xüsusi xidmət orqanı əməkdaşlarının yüksək peşəkarlığıdır: “Sevindiricidir ki, ölkəmizdə xüsusi xidmət orqanlarının peşəkarlığı yüksək səviyyədədir. Məhz bu səbəbdən də narkotik vasitələrin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq və eləcə də digər qanunsuz əməllərlə məşğuil olan cinayətkar dəstələr xüsusi xidmət orqanı tərəfindən ustalıqla de-şifrə edilir və neytrallaşdırılır. Ölkəmizin həssas coğrafiyada yerləşdiyni, dünyanın bir çox böyük güclərinin bu coğrafiyada söz sahibi olmaqda maraqlı olduğunu nəzərə alsaq , o zaman DTX-nın peşəkarlığının milli maraqlarımızın qorunması baxımından necə böyük rol oynadığı aydın olar. Mən xüsusi xidmət orqanlarımıza fədakar xidmətlərinə görə təşəkkür edir, onlara yeni-yeni uğurlar arzulayıram”. Seymur ƏLİYEV
Read moreMüharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 700 nəfərə yaxın nümayəndəsi respublika üzrə seçki müşahidəçiliyi aparır. AZƏRTAC xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov 20 saylı Nərimanov II seçki dairəsinin 31 saylı seçki məntəqəsində müşahidə apardığını, burada da prosesin normal qaydada davam etdiyini bildirib. “Əksər rayonlarda müşahidəçilərimiz var. Onlardan yerlərdə vəziyyət barədə fasiləsiz olaraq məlumatları alırıq. Veteranlarımız ictimai nəzarəti təmin etməkdə çox fəaldırlar. Hər hansı ciddi problem müşahidə olunmayıb, seçki məntəqələri işini yüksək səviyyədə qurub”. 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 33 saylı seçki məntəqəsində prosesi izləyən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının müşahidəçisi Vüqar Məhərrəmov Ağalıda əhali fəal şəkildə seçkilərə gəldiyini deyib. O bildirib: “Azad edilmiş ərazilərdə ilk dəfədir ki, parlament seçkiləri keçirilir. Zəngilan Qayıdışın ilk ünvanıdır. Seçki məntəqəsində hər hansı pozuntu halı ilə qarşılaşmamışıq. Seçicilərin səsvermə hüququndan rahat istifadə edə bilmələri üçün hər cür şərait yaradılıb. Proses dinc, normal axarda davam edir. Burada digər QHT təmsilçiləri də müşahidə aparırlar. Qeydlərimizi götürürük”. Şuşa şəhərində 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsinin 46 saylı məntəqəsində prosesi izləyən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının müşahidəçisi Anar Məmmədov da deyib ki, seçki prosesi normal şəkildə davam edir, hər hansı kənar müdaxilə faktı qeydə alınmayıb. Qeyd edək ki, bu il parlament seçkilərində müşahidə aparmaq məqsədilə vətəndaş cəmiyyəti və QHT-ləri təmsil edən 5500 nəfərdən çox müşahidəçi qeydiyyatdan keçib. Bu da əvvəlki parlament seçkiləri ilə müqayisədə rekord göstəricidir. Onlar 16 ictimai təşkilatı təmsil edirlər. QHT-lərdən olan ümumrespublika müşahidəçilərinin sayı qeyd olunan kateqoriya üzrə 2015-ci ildə Milli Məclisə seçkilərdəki göstəricidən 7 dəfə, 2020-ci ildəki parlament seçkilərindəki saydan isə 4 dəfə çoxdur.
Read more
Türkiyədəki Azərbaycan Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə cari il 29 avqust tarixində “Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirlərinə Marmaris şəhərində başlayıb. Tarixi turizm şəhəri olan Marmarisdə açıq havada qədim amfiteatr səhnəsində keçirilən “Elvedasız şarkılar” adlı möhtəşəm konsert proqramı təqdim olunub. Çoxsaylı marmarislərin və şəhərin turistlərinin də iştirak etdiyi konsert proqramında Azərbaycan mədəniyyəti, tarixi, sənəti, turizminə dair videomaterial nümayiş etdirilib. Tədbirdə təbrik çıxışı ilə Marmaris şəhər valisi Nurullah KAYA, Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış edərək, mədəniyyət və sənətin bayramına çevrilmiş məşhur musiqi layihəsi “Elvedasız şarkılar” proqramı haqqında danışaraq, bu layihə çərçivəsində Azərbaycan musiqi sənəti ilə tanış olmaq fürsətinin əhəmiyyətini qeyd ediblər. Çıxışlarda Azərbaycan-Türkiyə qardaşlığı, mədəni əlaqələrimiz, mədəniyyətimiz, zəngin musiqi sənətimiz, keçirilən “Azərbaycan mədənuyyəti və sənəti günü” haqqında məlumat verilib. Daha sonra məşhur sənətçi Bora Gencerin layihəsi ilə keçirilən “Elvedasız şarkılar” adlı möhtəşəm konsert proqramı təqdim olunub. İlk öncə Türkiyənin məşhur müğənniləri ilə Azərbaycan və Özbəkistanın xalq artisti Gülyanaq Məmmədova milli musiqilərimizi ifa etmişlər. Azərbaycan musiqiləri ifa edildikcə Azərbaycanın zəngin mədəniyyəti, tarixi və turizm gözəlliklərinə dair video materiallar nümayiş olunub. Gənc azərbaycanlı müğənni Aynur İsgəndərlinin “Çırpınırdı Qara dəniz” adlı əsərin ifası tamaşaçıların alqışları ilə qarşılanıb. Türk dünyası arasında həmrəylik, Vətən, Azərbaycan-Türkiyə qardaşlığına həsr olunmuş musiqilər maraqla qarşılanıb. Azərbaycan Mədəniyyət Mərkəzinin Azərbaycan Xalq Rəqsləri Ansamblı milli rəqslərimiz – “Azərbaycan suitası”, “Cəngi” və s. Send a text rəqslərimiz təqdim olunub. Tədbirdə “Elvedasız şarkılar” musiqi layihəsinin müəllifi, müğənni Bora Gencer musiqilər ifa edib. Tədbirin qonaqları olaraq konsert proqramında Türkiyə tərəfindən məşhur müğənnilər Murat Kekilli, Fatih Erkoç, Yeşim Salkım, Nühket Duru, Ozan Orhon və b. müğənnilər çıxış edərək gözəl musiqilər səsləndiriblər. Tədbir çoxsaylı iştirakçılar tərəfindən maraqla qarşılanıb, tamaşaçıların alqışları ilə müşaiyət olunub. Qeyd edək ki, “Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirləri cari ilin 31 avqust tarixində Antalya şəhərində davam edəcək. Antalyada Nazim Hikmət Konqre Mərkəzində “Azərbaycan gözəl sənətləri” adlı sərgi təqdim olunacaqdır.
Read more
“Ermənistanı himayə edən beynəlxalq güclər onu təmas xəttində təxribatlara sövq etməklə regionda vəziyyəti gərginləşdirməyə, bununla da özlərinə süni şəkildə tələbat yaratmağa çalışırlar”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Pokovnik qeyd edib ki, Ermənistanın ordumuza məhz öz himayədarlarının sifarişi ilə atəş açdığı heç kimə sirr deyil: “Azərbaycan 2020-ci ilin 44 günlük Vətən müharibəsində Ermənistan ordusunu darmadağın edərək ona öz yerini göstərdi. Ordumuz, xalqımız, Müzəffər Ali Baş Komandanımız sübut etdi ki, himayədarlarının İrəvana verdiyi bunca dəstəyə baxmayaraq, Azərbaycan işğaldakı torpaqlarını azad etməyə, öz təhlükəsizliyini, ərazi bütövlüyünü təmin etməyə qadirdir. Bu baxımdan, 44 günlük Vətən müharibəsində hərbi potensialının 80%-dən çoxunu itirən Ermənistanın ordumuzun mövqelərinə yalnız öz iradəsi ilə atəş açması, təxribatlar törətməsi inandırıcı deyil. Bu, daha çox ermənipərəst dairələrin, xaricdəki böyük güclərin təhriki ilə həyata keçirilir. Onlar regiona yol tapmaq, buradakı mövcudluqlarına haqq qazandırmaq üçün çalışırlar ki, regionda yeni hərbi qarşıdurma yaratsınlar. Azərbaycanla Ermənistan yenidən üz-üzə gəlsin ki, onlar da bu qarışıqlıqdan istifadə edərək regionda möhkəmlənə, proseslərin axarına yön verə bilsinlər. Şübhəsiz, Azərbaycan bütün bunları görür və anlayır. Lakin bu məsələdə Ermənistan hakimiyyətinin də azad iradə nümayiş etdirməsi, onu təxribata sürükləyən güclərə qətiyyətlə “yox” deməsi vacibdir. İrəvan Qərbin, onun ayrı-ayrı dairələrinin əlində alət olmaqdan çıxmalı, kənar güclərin regiona müdaxiləsinə, bölgədə vəziyyəti gərginləşdirməsinə imkan verməməlidir. İrəvan unutmamalıdır ki, istənilən gəginlik sonunda Ermənistanın faciəsi ilə nəticələnəcək”. Polkovnik Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsindən sonra daha da gücləndiyini, öz peşəkarlığını, hərbi-texniki təchizatını yeni mrəhələyə yüksəltdiyini bildirib: “Azərbaycan Ordusu Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Vətən müharibəsi dövründəki ordu deyil. Ordumuz öz peşəkarlığını, hərbi-texniki təchizatını daha da yüksəldib. Silahlı Qüvvələrimiz mahiyyət etibarilə yeni, daha ali mərhələyə qədəm qoyub. Bu isə bizə imkan verir ki, xalqımızı, dövlətimizi, təhlükəsizliyimi təhdid edən istənilən təhlükəni dəf edək. Ermənistan və onların havadarları da bilməlidirlər ki, Azərbaycan Ordusu istənilən təhdid və təxribatın qarşısını almağa qadirdir. Yeni bir qarşıdurma sadəcə Ermənistanı deyil, onun himayədarlarını da məyus edəcək, Azərbaycanın zəfər tarixini isə daha da zənginləşdirəcək”.
Read moreSon 4 ildə aparılmış araşdırmaların nəticəsi olaraq “Sükuta dalmış həqiqətlər: Azərbaycanın intellektual mülkiyyətinə vurulan zərbə” adlı kitabın I hissəsi çap olunub. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının geniş zalında keçirilən təqdimat mərasini aparan hüquq müdafiəçisi Rauf Zeyni çıxış edərək kitabın strateji əhəmiyyətdən danışaraq qeyd etdi ki, kitab 1937-ci ildə və sonrakı dönəmlərdə repressiyalara məruz qalan, təqib edilən şəxslərin həyatından bəhs edir. Daha sonra kitabın müəllifi Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri, araşdırmaçı-jurnalist çıxış edərək bildirib: “Hər sənədi vərəqlədikcə incidilmiş Azərbaycanın böyük şəxsiyyətlərinin narahat ruhlarının harayını eşidirdik. Bu insanların taleyi ilə bağlı müxtəlif mənbələrdən məlumat toplayarkən, bu qənaətə gəldik ki, ədalətin bitdiyi, vicdanın susduğu yerdə repressiya və qanunsuz əməllər başlayır. Həmin dövr ərzində minlərlə Azərbaycan ziyalısı Sibirə, Qazaxıstana və digər yerlərə sürgünə göndərilib. Əslində, Azərbaycan cəmiyyətinin ağıllı, elmli, istedadlı, əməksevər, mənəviyyatlı təbəqəsinin çox böyük hissəsi məhv edildi. Dəhşətli faktdır ki, repressiya qurbanlarının sayına görə Azərbaycan keçmiş sovet respublikaları içərisində öndə olub. Bir xalqın, toplumun ziyalılarını qətlə yetirmək, onu uzun illər elm nurundan, təhsil işığından məhrum etmək deməkdir”. Daha sonra BDU-nun müəllimi, xeyli sayda kitabın redaksiya heyətinin üzvü Nazim Vəlişov kitabda qaldırılan məqamlara diqqət çəkdi və ümumilikdə repressiya tarixindən danışdı. Daha sonra Təhmasib Novruzov, İradə Rzazadə, Əlisəfa Mehdiyev,Firudin Məmmədov, Müşfiq Əliyev, AMEA-nın Tarix institutunun professoru Vaqif Abışov, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov və digər şəxslər çıxış edərək kitabla bağlı fikirlərini bildirdilər. Qeyd edək ki, tariximizə ehtiram əlaməti olaraq ərsəyə gələn bu kitab Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin “Azərbaycanın intellektual mülkiyyətinə vurulan zərbə” layihəsi çərçivəsində işıq üzü görüb. Həmçinin kitabla bağlı AMEA-nın Ədəbiyyat İnstitutunun rəyi vardır.
Read more
Veteran.gov. az xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov ad günü münasibətilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib. Milli Qəhrəman Mehriban Əliyevanın tarixi xidmətlərinə diqqət çəkib, gördüyü işlərdən bəhs edib: “26 avqust Azərbaycan Respublikasının Birinci vitse- prezidentinin və Birinci xanımının doğum günüdür. Görkəmli dövlət və ictimai xadim kimi Mehriban xanım Əliyevanın fəaliyyəti boyu əldə etdiyi uğurları müqabilində layiq bilinmiş titulları sadalasaydım, çox böyük siyahı alınardı. O, sadəcə birinci xanımdır. O, bütün parametrlərə görə birincidir. Açığı, Azərbaycanın tarixi mühitində mübariz xanım surəti bir növ şifahi xalq ədəbiyyatının məhsulu kimi şişirdilmiş qadın obrazlarını xatırladır mənə. Lakin müasir dünya texnoloji imkanlarına görə çox kiçilib. Odur ki, Mehriban xanımın zəngin həyat fəaliyyətini izləmək çox asandır. Hər şey göz önündədir. Yuxarıda qeyd etdiyim kimi, Mehriban xanımın saysız-hesabsız titullarını sadalamaq fikrində deyiləm. İstisna olaraq deyim ki, 20 il öncə onun təşəbbüsü və rəhbərliyi ilə yaradılan Heydər Əliyev Fondunun timsalında durmadan göstərdiyi fəaliyyəti özlüyündə hər şeyi əhatə edir. Ulu Öndər Heydər Əliyev irsinin, azərbaycançılıq fəlsəfəsinin ölkədə yayılmasını başlıca istiqamət götürən fond nizamnamədə göstərilən bütün sahələr üzrə fəaliyyət proqramı üzərində fenomenal uğurlara imza atmaqda davam edir. Şəhid ailələri və müharibə veteranlarına, imkansız ailələrə göstərilən maddi və mənəvi yardım, səhiyyəyə göstərilən qayğı, mədəni və tarixi irsimizin qorunması, ekologiyaya verdiyi töhfə, Azərbaycan idmanının inkişafı, saysız –hesabsız sosial tədbirlər prezidenti olduğu Heydər Əliyev fondunun fəaliyyətinin qayəsini təşkil edir. Elm, mədəniyyət və təhsilə göstərilən diqqəti xüsusi qeyd etməyə lüzum yoxdur. Mehriban xanım Əliyevanın fəaliyyəti ictimai həyatın bütün aspektlərini əhatə etməklə dövlət strukturlarına göstərilən ən böyük dayaq kimi qəbul edilir. Şübhəsiz ki, adı çəkilən sahələr üzrə görülən işlərin tam siyahısını tərtib etsək, bitməyən fantastik nailiyyətlərə artıq müvəffəq olmağın şahidi olarıq. Təbii ki, belə bir statistika Mehriban xanımın marağında deyil. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım ölkədə ən böyük xeyriyyəçi kimi qəbul edilir. Heydər Əliyev Fondu və onun rəhbəri çarəsiz insanların son ümid yeri, istinad nöqtəsidir. Bu gün Mehriban xanım Azərbaycanda o qədər sevilir ki, ad çəkmədən “xanım” sözü işlədilirsə, bu, mütləq Mehriban xanım kimi qəbul edilir: sadəcə XANIM. Belə deyirlər ki, hər güclü liderin arxasında güclü xanım dayanır. Etiraf edək ki, bugünkü Azərbaycan reallığında bu, həqiqətən belədir. Ulu Öndəri ən layiqli davamçısı İlham Əliyev hakimiyyəti illərində Azərbaycan fantastik uğurlara imza atmışdısa, onu hər an dəstəkləyən ömür-gün yoldaşı Mehriban xanım olub. İşğaldan azad edilmiş torpaqlarda aparılan nəhəng tikinti layihələrinin həyata keçirilməsində Mehriban xanımın göstərdiyi əməli fəaliyyət göz önündədir. Bir zamanlar Mehriban xanıma Şuşada muğama qulaq asmaq imkanı yaratmağı söz verən məxluqatlar necə rəzil vəziyyətə düşdükləri həzm edə bilmirlər. Məhz Mehriban xanımın təşkilatçılığı ilə muğama, Qarabağ muğam məktəbinə göstərilən qayğı, məhz Şuşada keçirilən möhtəşəm muğam konsert proqramları hər birimizin ürəyini riqqətə gətirir. Xalqın sevgisini qazanmış Mehriban xanım Əliyevanı doğum günü münasibətilə ürəkdən təbrik edir, ona ilk növbədə möhkəm cansağlığı, uzun ömür, ailə xoşbəxtliyi və Ulu Öndər Heydər Əliyevin görmək istədiyi çiçəklənən Azərbaycan uğrunda göstərdiyi yorulmaz fəaliyyətində yeni-yeni nailiyyətlər arzu edirəm. Mehriban xanımın adı belə insanda pozitiv aura yaradır. Bu, bəlkə də Tanrının lütfündəndir”.
Read more
На днях наша Республика отметила юбилей замечательного человека, выдающегося политического и общественного деятеля, Виц-Президента страны Мехрибан-ханум Алиевой. Каждый азербайджанец с почтением относится к Мехрибан-ханум. Не только и столько за высокую должность, которую она достойно занимает, а за ее уникальные человеческие качества. Откуда у современного политика такие качества? Хочу поделиться своими мыслями на сей счет. Начну с имени. Считается, что имя человека имеет определенный смысл, отражает его судьбу, характер. Имя «Мехрибан» призвано характеризовать человека, обладающего сильным чувством сострадания и способного проявлять заботу о других. И Мехрибан - ханум действительно отличается душевной теплотой и готовностью прийти на помощь людям. Она оправдывает свое имя — это человек любящий своих близких и милосердный к судьбе каждого человека. Она обладает умением проявлять эмоциональное поддержку и доброжелательность, создавать гармоничные отношения с разными людьми, внушает доверие и любовь. Есть порясающая, созвучная современной генетике, азербайджанская пословица – «Трава появится, если есть корень (оt kökyn ystə bitər»). Дед Мехрибан-ханум по отцу — известный азербайджанский писатель и литературовед — Мир Джалал Пашаев. Отец — Ариф Пашаев, доктор физико-математических наук, профессор, академик. Дед по матери — Насир Имангулиев, был видным журналистом, основателем и главным редактором газеты «Баку». Мать — Аида Имангулиева была признанным востоковедом, доктором наук. Вот какие корни у Мехрибан – ханум, вот в какой интеллектальной семье она сформировалась. Излешне говорить, что Мехрибан – ханум патриот Азербайджана, что она всесторонне знает историю страны и гордится ею. И это нисколько не мешает ей с уважением и пониманием относится к другим странам и народам, видеть сложную палитру мировой истории. В сознание азербайджанцев красивая, мудрая, смелая женщина неизменно ассоциируется с образами верных сподвижниц Кероглы — Нигяр и Гачага Наби — Хаджар. Эти образы стали своеобразными эталонами в трактове смысла и значения роли женщины в азербайджанской семье, азербайджанском обществе. Искажения от этого канона, порой происходящие под влиянием религиозных догм, социальных неурядиц всегда критически оценивались в классической азербайджанской литературе. Достаточно в этой связи вспомнить пьесы Джафара Джабарлы, Самеда Вургуна, Ильяса Эфендиева... В этих произведениях в отличие от традиций Востока, в которой женщина представлялась только как объект любви, женщина показывается активной, волевой и самостоятельной личностью. Разве не узнаем мы здесь Мехрибан-ханум? В целом я склоняюсь к мысли, что в становлении образа Мехрибан-ханум, ее человеческих качеств счастливо сошлись и сплелись семейно-психологические истоки и социально-культурные архетипы нашего народа. По роду службы я встречаюсь с деятелями разных стран, все они неизменно считают, что Азербайджану просто повезло с руководством в такое сложное геополитическое время. Да, и мы уверены, что наш харизматичный Президент Ильхам Алиев и ее прекрасная, надежная супруга, Вице-Президент Мехрибан-ханум уверено ведут Азербайджан в счастливое будущее! Джалил Халилов, полковник, заместитель председателя Организации ветеранов войны, труда и вооруженных сил Азербайджанской Республики
Read more
Veteran.gov.az xəbər verir ki, İkinci Dünya müharibəsi veteranı Nuriyev Nəbi Balı oğlu vəfat edib. Nəbi Nuriyev Qərbi Azərbaycanın Vedi rayonunda anadan olub. 1942-ci ildə Qarabağlar rayon hərbi komissarlığından cəbhəyə yola düşərək 130-cu atıcı alayın tərkibində hərbi əməliyaytlara qatılıb. Bölmə komandiri vəzifəsinə qədər yüksələn Nəbu Nuriyev Yaponiyaya qarşı müharibədə də iştirak edib. Yaponiyanın Vadlin şəhərinədək döyüş yolu keçən Nəbi Nuriyev Kvantun ordusunun təslim olması əməliyyatında iştirak edərək böyük qəhrəmanlıqlar göstərib. Nəbi Nuriyev Yaponiya üzərində qələbəyə görə, həmçinin Qələbənin 20, 40, 50, 60, 65, 70, 75 illik yubiley medalları ilə təltif edilib, II dərəcəli "Vətən müharibəsi veteranı" medalına və SSRİ Silahlı Qüvvələrinin 70 illiyi ordeninə layiq görülüb. Nəbi Nuriyevin faşizm üzərində qələbənin 55 illiyi ilə əlaqədar 2000-ci ildə ulu öndər Heydər Əliyev Sərəncamına əsasən "1941-1945-ci illər müharibəsi veteranı" nişanı ilə də təltif olunub. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Nəbi Nuriyevin vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!
Read more
Cəlil Xəlilov: “Respublikamızın sürətli inkişafında onun əməyi danılmazdır” “Azərbaycan Respubliklasının Birinci vitse-prezidenti Mehriban Əliyeva müstəqillik tariximizin ən görkəmli dövlət xadimlərindən biridir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Ad günü münasibətilə Mehriban Əliyevanı təbrik edən Cəlil Xəlilov, onun çoxşaxəli ictimai-siyasi, sosial-mədəni fəaliyyətinə diqqət çəkib: “Mehriban Əliyeva və onun rəbərikl etdiyi Heydər Əliyev Fondu respublikamızın bir çox bölgələrində çoxsaylı layihələr həyata keçirib, vətəndaşların sosial rifahının yaxşılaşması, onların yaşam səviyyəsinin yüksəldilməsi üçün böyük əmək sərf edib. Sağlamlıq problemi olan şəxslərin müalicəsindən tutmuş şəhid ailələrinin, veteranların mənzillə təminatına qədər müxtəlif müstəvilərdə sistemli fəaliyyət ortaya qoyan Mehriban xanım, həm də böyük mədəni layihələrin müəllifidir. Qədim tarixi abidələrin qorunması, onların yenidən bərpası və təbliği Mehriban xanımın bütün ictimai-mədəni fəaliyyətinin əsasını təmin edib. Milli musiqimizin, adət-ənənlərimizin yaşadılması və dünyada təbliği də Mehriban xanımın adı ilə bağlıdır. Unutmaq olmaz ki, məhz Mehriban xanımın dəstəyi ilə ölkəmizdə bir neçə dəfə muğam müsabiqələri həyata keçirilib, bu müsabiqələr yüzlərlə musiqiçidə muğama hədsiz maraq yaradıb, onları bu sahəni tədqiq etməyə həvəsləndirib. Mən ad günü münasibətilə hörmətli Mehriban xanımı təbrik edir, ona ictimai-siyasi fəaliyyətində yeni-yeni uğurlar arzulayıram”. Polkovnik Mehriban Əliyevanın ictimai-mədəni fəaliyyətinin yalnız ölkəmizlə məhdudlaşmadığını, dünyanın bir çox dövlətlərini əhatə etdiyini bildirib: “Mehriban xanımın yalnız Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində mədəni layihələr həyata keçirdiyi, tarixi abidələrin bərpası istiqamətində mühüm addımlar atdığı heç kimə sirr deyil. Mehriban xanımın bu fəaliyyətinə Avropanın bir çox ölkəsində, eləcə də müxtəlif coğrafiyalarda rast gəlmək mümkündür. Bütün bunlar onu göstərir ki, Mehriban xanım öz fəaliyyətində milli dəyərlərlə yanaşı, həm də ümumbəşəri dəyərləri rəhbər tutub, bütün insanlığın mənafeyini müdafiə edib. Bu, Mehriban xanımın timsalında Azərbaycan insanının, Azərbaycan qadınının mənəvi ucalığından xəbər verir”. Sədr müavini vurğulayıb ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu veteranlara və şəhid ailələrinə də böyük diqqət göstərir, onlardan qayğısını əsirgəmir: “Heydər Əliyev Fondu Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatına da mütəmadi qayğı göstərir, veteranlarımızı tək qoymur. Biz uzun illərdir ki, hörmətli Mehriban xanımın, Heydər Əliyev Fondunun bu dəstəyini öz üzərimizdə hiss edirik. Heydər Əliyev Fondu veteranların, şəhid ailələrinin problelərinə də daim həssaslıqla yanaşıb, bu probemlərin həlli istiqamətində qəti addımlar atıb. Bu günə qədər Heydər Əliyev Fondu tərəfindən minlərlə şəhid ailəsi mənzillə təmin olunub, onların məişət şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. 2021-2025-ci illər ərzində Heydər Əliyev Fondu tərəfindən 11 mindən çox şəhid ailəsi və müharibə əlilinin mənzillə təmin olunması nəzərdə tutulur. Mehriban xanımın tapşırığına uyğun olaraq Fond tərəfindən ötən ilin oktyabr ayına qədər 2881 şəhidin ailə üzvləri, həmçinin 3100 yaralı olmaqla, bütövlükdə 14 min 579 şəxslə görüş keçirilib, onların problemlərinin həlli təmin edilib. Bundan başqa, onlarla Vətən müharibəsi qazisinin müxtəlif ölkələrdə yüksək səviyyədə müalicəsi təmin olunub. Bütün bunlar Heydər Əliyev Fondunun timsalında dövlətimizin şəhid ailələrinə, veteranlara olan qayğısını göstərir. Mehriban xanım Birinci vitse-prezident kimi də uğurla fəaliyyət göstərməkdə, dövlətimizin maraqlarını siyasi-diplomatik platformalarda müvəffəqiyyətlə müdafiə etməkdədir. Mən bütün bu xidmətlərinə görə bütün veteranlar adından Mehriban xanıma təşəkkürümü bildirir, onu yubiley münasibətilə təbrik edirəm. Əminəm ki, Mehriban xanım bundan sonra da mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin, şəhdi ailələrinin və veteranların əsas himayədarı olaraq qalacaq”.
Read more
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 74 saylı Masallı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Məşhur Məmmədovun Masallı rayonu, Viləş və Şıxlar kəndlərinin seçiciləri ilə görüşü keçirilib.Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.Görüşü giriş sözü ilə açan YAP Masallı rayon seçki qərargahının üzvü Cəlal Əliyev bildirib ki, postmüharibə dövründə zamanın tələbinə uyğun olaraq inkişafın yeni mərhələsinə qədəm qoyan Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi yeni reallıqlardan doğan zərurətdir.Seçki hüququ olan hər bir vətəndaşı seçkilərdə fəal iştiraka çağıran C.Əliyev YAP-ın hər zaman verdiyi sözlərə əməl etməsi ilə etimadı doğruldaraq xalqın partiyasına çevrildiyini diqqətə çatdırıb.Çıxış edən deputatlığa namizəd Məşhur Məmmədov budəfəki parlament seçkilərinin müstəqilliyimizi bərpa etdikdən sonra ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsini tarixi və əlamətdar hadisə adlandırıb. Qeyd edib ki, bu uğurların kökündə YAP-ın və müstəqil Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin davam etdirdiyi müdrik siyasət dayanır.M.Məmmədov hazırkı reallıqların fonunda YAP-ın qarşısında duran hədəflər barədə görüş iştirakçılarına ətraflı məlumat verib. O, regionların sosial-iqtisadi inkişafından, Masallı rayonunun istər Vətən müharibəsi dövründə, istərsə də hazırda dövlətin rifahı naminə hər zaman fəallıq göstərdiyini diqqətə çatdırıb. M.Məmmədov seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.Görüşdə çıxış edən seçicilər Bayram Əsgərov, Allahverdi Ağayev, Əlisa Qədiyev, Tahir Əzizov, Subhan Babayev və Miryəhya Bədirov Prezident İlham Əliyevin həyata keçirdiyi milli maraqlara xidmət edən çoxşaxəli islahatların bəhrəsini gördüklərini, YAP-ın hər zaman etimadlarını doğrultduğunu bildiriblər.
Read more
Sentyabrın 1-də keçiriləcək parlament seçkilərində bütün respublika üzrə müşahidə aparmaq məqsədilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 700 nəfərdən çox üzvü müşahidəçi kimi qeydiyyatdan keçib. Bu barədə “Seçki 2024” Müstəqil Media Mərkəzinə siyasi elmlər üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov məlumat verib. “Veteranlar seçki prosesində həm müşahidəçi, həm də seçici kimi aktiv iştirak edəcək, əvvəlki seçkilərdə olduğu kimi bu seçkidə də xüsusi fəallıq sərgiləyəcəklər”, - deyə Cəlil Xəlilov vurğulayıb.
Read more
Cəlil Xəlilov: “Region dövlətləri İrəvanın bu siyasətinə etiraz etməlidir” “Ermənistan Avropa İttifaqı missiyasını, Fransa, ABŞ hərbi təlimatçılarını regiona cəlb etməklə Cənubi Qafqazı faktiki olaraq Qərbin plasdarmına çevirməyə çalışır”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvəlıər Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Vətən müharibəsindən sonra kənar qüvvələri həvəslə Ermənistana dəvət edən İrəvan, bununla regionda hərbi-siyasi status-kvonu süni şəkildə dəyişməyə çalışır: “Təbii ki, İrəvanın Qərbi Ermənistana dəvət etməsində məqsəd regionda möhkəmlənməyə çalışan bu qüvvələrin vasitəsilə bölgədə qüvvələr nisbətini dəyişmək, onların dəstəyi ilə nələrəsə nail olmaqdır. Halbuki, Ermənistanı həvəslə silahlandıran və ona dəstək xarakterli bəyanatlar verən dövlətlərin əsl niyyəti sadəcə, regionda möhkəmlənməkdən, öz maraqlarını təmin etməkdən ibarətdir. Bunun xaricində, Ermənistan və onun aqibəti heç kim üçün maraqlı deyil. İrəvan isə bu həqiqəti anlamaq və qəbul etmək iqtidarında olmadığı üçün Qərbin hər bir avantürasını dəstəkləyir, bunu ona verilən qiymət hesab edir. Düşünürəm ki, Ermənistanın kənar gücləri, təxribatçı qüvvələri bölgəyə gətirməsi yalnız ölkəmizin deyil, bütün region dövltələrinin maraqlarına ziddir. Buna görə də rəsmi İrəvanın bu siyasətinə bütün region dövlətləri etiraz etməli, bu siyasətdən imtina etməsi üçün İrəvana təzyiq göstərməlidir. İran və Rusiya ilə qarşıdurma vəziyyətində olan Qərbin Cənubi Qafqazdakı hərbi mövcudluğu regiona gərginlikdən, qeyri-müəyyənlikdən başqa heç nə vəd etmir. Bu isə bütün region dövlətləri kimi Ermənistanın öz mənafeyinə də ziddir”.
Read more