Latest news

Cəlilabad rayon Veteranlar Təşkilatının üzvləri rayonun Üçtəpə kəndinə gedərək qəhrəman şəhid Ayxan Cəfərovun anım günündə iştirak edib, onun ev muzeyini ziyarət ediblər. Anım mərasimində Rayon İcra Hakimiyyətində "Şəhid ailələri və qazilərlə işin təşkili" şöbəsinin müdiri Füzuli Cəfərov, "Qarabağ qaziləri" ictimai birliyi Cəlilabad şöbəsinin rəhbəri Maşalla Əliyev, rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman və müharibə veteranı, yazıçı Qurban Əhməd çıxış edərək cəsur döyüşçü olmuş şəhid Ayxan Cəfərovun Füzuli və Cəbrayıl istiqamətində aparılan hərbi əməliyyatlarda göstərdiyi şücaətlərdən danışmış, dövlətimizin şəhid ailələrinə olan diqqət və qayğısını xüsusi vurğulamışlar. Xadırladaq ki, vətənpərvər ruhda böyümüş, torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş Cəfərov Ayxan Cəmaləddin oğlu möhtərəm Prezidentimizin sərəncamları ilə "Cəbrayılın azad olunmasına görə", "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif olunmuşdur.
Read more
Cəlilabad rayonunda şəhid ailələri və qazilərlə görüş keçirilib. Görüşdə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Müdafiə Nazirliyinin Şəhid ailələri, qadınlar və hərbi qulluqçuların ailələri ilə şöbə rəisi Zümrüd Səmədova, Türkiyə Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin nümayəndələri, şəhid ailələri, qazilər və rayon Veteranlar Təşkilatının üzvləri iştirak edib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Cəlilabad şəhərinin mərkəzində ucaldılmış abidəsini və Şəhidlər Parkı Abidə Kompleksini ziyarət ediblər. Heydər Əliyev Mərkəzində keçirilmiş tədbirdə dövlət himni səsləndirilib və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov çıxış edərək, tədbir iştirakçılarını və gələn qonaqları salamlayıb. Rayon rəhbəri qeyd edib ki, bu günlərdə möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin prezident seçilməsinin 20 illiyi ərəfəsində Azərbaycanın üçrəngli qələbə bayrağını Xankəndi, Ağdərə, Xocalı şəhərində, Əsgəran qəsəbəsində, Xocavənddə, Sərsəng su anbarının ərazisində dalğalandırdı. Xalqımız öz tarixində iftixar və fərəhlə yaddaşlarda qalacaq ən parlaq səhifəyə imza atdı. Rafiq Cəlilov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə, Vətən müharibəsi iştirakçılarına göstərilən diqqət və qayğının ən yüksək səviyyədə olduğunu, bu qayğının hər zaman davam edəcəyini bildirib. Müdafiə Nazirliyinin Şəhid ailələri, qadınlar və hərbi qulluqçuların ailələri ilə şöbə rəisi Zümrüd Səmədova vurğulayıb ki, Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canını fəda edən şəhidlərimizin ailələrinə dövlətimizin rəhbərliyi, eləcə də Müdafiə Nazirliyi tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilir. Onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Şəhidlərimizin xatirəsini yad etmək hər birimizin ən müqəddəs borcudur. Bizlər də bu əmanətə ehtiramla yanaşmalıyıq. TUİB İdarə heyətinin sədri Hüseyin Büyükfırat qeyd edib ki, Azərbaycan torpaqlarının bütövlüyü naminə canlarını fəda edən əziz şəhidlərimizin xatirəsini hər zaman böyük ehtiram hissi ilə anır və yad edirik. Müdafiə Nazirliyi ilə birgə hazırladığımız "Qardaş ailə" layihəsi də məhz bu məqsədə xidmət edir. “Tək Millət, Tək Ürək” Beynəlxalq Humanitar Platformamız çərçivəsində biz də ölkə ərazisində geniş vüsat almış bu kimi nəcib təşəbbüsləri davam etdirəcəyik. Tədbirin sonunda incəsənət nümayəndələri vətənpərvərlik ruhunda musiqi nömrələri ilə çıxışı ediblər.
Read moreMüharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı 17 oktyabrda “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirib. Bakı şəhəri Nərimanov rayonu Molla Aşıq Cümə küçəsi 46 ünvanında – Nərimanov Bələdiyyəsi parkında reallaşan aksiyada iştirak edən veteranlar onlarla ağac əkib, şəhərin yaşıllaşdırılmasına, ekoloji mühitin yaxşılaşmasına töhfə veriblər. Aksiyada çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov Ulu öndərin Azərbaycan xalqının həyatındakı tarixi roluna diqqət çəkib, bugünkü inkişafa məhz Ümummilli liderin siyasi kursu əsasında nail olunduğunu bildirib. Polkovnik Cəlil Xəlilov ağacəkmə aksiyasına və bu qəbildən olan aksiyaların əhəmiyyətinə də diqqət çəkib. Sədr müavini qeyd edib ki, hər bir qurum, eləcə də hər bir vətəndaş şəhərimizin ekoloji mühitinin yaxşılaşmasına, yaşıllaşdırılmasına töhfə verməli, bu məsələdə əlindən gələni əsirgəməməlidir. Aksiyaya Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev və digər bələdiyyə üzvləri də qatılıb, veteranlarla birlikdə ağacəkmə aksiyasında iştirak ediblər. Tədbirin sonunda xatirə şəkli çəkilib.
Read more
“Azərbaycanın əldə etdiyi bütün zəfərlərin nüvəsində İlham Əliyev faktoru dayanır” Səmyar Abdullayev: “8 Noyabr kimi 15 oktyabr tarixi də ən müqəddəs günlərdən biri kimi xalqımız tərəfindən daim sevgi və ehtiramla anılacaq” Dünən - 15 oktyabr tarixində Prezident İlham Əliyevin siyasi hakimiyyətinin 20-ci ildönümü tamam oldu. Moderator.az olaraq Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevlə söhbətimizdə dövlətimizin son 20 ildəki uğurlarına qısa da olsa nəzər salmağa çalışdıq. -Səmyar bəy, oktyabrın 15-də Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyinin 20 ili tamam oldu. Bu 20 ili sosial-iqtisadi baxımdan necə dəyərləndirərdiniz? -Hər şeydən öncə qeyd edim ki, Prezident İlham Əliyevin 20 illik hakimiyyət dönəmi Azərbaycan tarixində böyük uğurlar, iqtisadi-siyasi, eləcə də hərbi zəfərlərlə yadda qalıb. Sosial-iqtsiadi uğurlara gəlincə, deməliyik ki, son 20 ildə ölkəmizdə əhalinin sosial rifahı ötən dövrlərlə müqayisədə bir neçə dəfə yüksəlib, vətəndaşlarımızın həyat səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Buna səbəb Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının uğurla inkişaf etdirilməsi, dövlət büdcəsinə neft sektoru ilə yanaşı, həm də qeyri-neft sektorundan böyük vəsaitlərin daxil olmasının təmin edilməsi olub. Bu gün Azərbaycan sadəcə siyasi nüfuzuna və hərbi gücünə görə deyil, həm də iqtisadi qüdrətinə görə regionun lider dövlətidir. Bundan daha önəmlisi isə odur ki, Azərbaycan öz liderlik möqeyini hər ötən il daha da gücləndirir. Prezidentimizin rəhbərliyi ilə əldə edilən uğurlar, sosial-iqtisadi inkişaf konkret rəqəmlərdə, statistikalarda da öz əksini aydın surətdə göstərir. Nümunə üçün qeyd edim ki, son 20 ildə Azəbaycanda minimum əmək haqqı 38 dəfə artıb. Bu, yalnız region deyil, dünya miqyasında rekord göstəricidir. Orta aylıq əmək haqqı 12 dəfə, minimum pensiya isə 14 dəfə artıb ki, bu da vətəndaşların sosial rifahına ciddi şəkildə təsir göstərib. Bütün bu rəqəmlər dövlətimizin iqtisadi qüdrətini təcəssüm etdirməklə yanaşı, Prezident İlham Əliyevin xalqa, vətəndaşa, onun sosial rifahının davamlı şəkildə yüksəlməsinə nə qədər mühüm önəm verdiyini göstərir. -Prezident İlham Əliyevin şəhid ailələrinə, müharibə əlillərinə, eləcə də qazilərə daim dəstək olduğu, onların ən xırda probleminə belə çox böyük həssaslıqla yanaşdığı hər kəsə məlumdur. Sizcə dövlətimizin son 20 ildəki siyasəti şəhid ailələrinin, qazilərin yaşamı, sosial rifahı baxımından hansı mühüm hadisələrlə əlamətdar olub? -Qeyd etdiyiniz kimi, şəhid ailələri, müharibə əlilləri və veteranlar, eləcə də digər əlilliyi olan vətəndaşlarımız, həmçinin, görmə məhdudiyyyəti olan insanlarımız hər zaman dövlət başçısının, eləcə də Birinci Vitse-prezident hörmətli Mehriban xanımın daim diqqət mərkəzində olub. Ölkəmizdə həssas kateqoriyadan olan bu insanlarla bağlı çoxlu sayda sosial layihələr icra olunub, mühüm addımlar atılıb. Rəqəmlərə nəzər salsaq görərik ki, son 20 ildə Prezident İlham Əliyevin tapşırığı ilə şəhid ailələri və qazilərə verilən təqaüd 6 dəfə artırılıb. Habelə, məlum kateqoriyadan olan 124 min vətəndaşımıza yardımlar göstərilib, onların sosial şəraitinin yaxşılaşdırılması istiqamətində silsilə tədbirlər icra edilib. Prezident İlham Əliyevin qayğısı sayəsində məlum kateqoriyadan olan 20 min nəfərin məşğulluq problemi həll edilib, onlar daimi işlə təmin olunublar. Dövlət başçısı veteranlarımızın, müharibə əlillərinin sağlamlıq vəziyyətini də daim diqqət mərkəzində saxlayıb. Qeyd edək ki, 458 nəfər müharibə əlili yüksək texnologiyalar əsasında hazırlanan müasir protezlərlə təmin edilib. Minlərlə müharibə iştirakçısının Türkiyə, Almaniya və digər ölkələrdə müalicəsi təmin olunub. Bir sözlə, dövlətimiz bütün imkan və resurslarından istifadə edərək şəhid ailəlrinin, müharibə əlillərinin, qazilərin problemlərini yüksək səviyyədə həll edib, bu gün də onların sosial rifahının yüksəldilməsi, arzu və istəklərinin reallaşdırılması istiqamətində qətiyyətlə çalışmaqdadır. Prezident İlham Əliyev şəhid ailələrinin, müharibə əlillərinin mənzillə təminatına da xüsusi dqiqət yetirir. Yalnız 2022-ci ildə şəhid ailələri və müharibə əlillərinə 1500-dən çox mənzil və fərdi ev verilib. Vətən müharibəsindən bu günədək isə həmin kateqoriyadan olan 4500 vətəndaş mənzillə təmin olunub. Statistik məlumatlar göstərir ki, ümumilikdə bu günə qədər 13 mindən çox şəhid ailəsi və müharibə əlilinə mənzil verilib. Bu, yalnız region dövlətləri deyil, dünya dövlətləri ilə müqayisədə çox yüksək göstəricidir. Bunu da qeyd edim ki, 2021-2023-cü illər ərzində dövlət başçısının qayğısı sayəsində 500-ə qədər görmə məhdudiyyəti olan vətəndaşımız evlə təmin olunub. Bütün bu faktlar dövlət başçısının şəhid ailələrinə, əlillərə olan sonsuz qayğısının göstəricisidir. -Səmyar bəy, sizcə Prezident İlham Əliyevin 20 illik hakimiyyəti dönəmində xalqa bəxş etdiyi ən böyük sevinc nədən ibarət olub? -Əminliklə deyə bilərəm ki, dövlət başçısının bu illər ərzində xalqımıza, dünya azərbaycanlılarına yaşatdığı ən böyük sevinc 2020-ci ilin Vətən müharibəsi nəticəsində əldə edilən 8 Noyabr zəfəridir. Məhz bu qələbə 30 illik erməni işğalına son qoydu, 90-cı illərin əvvəllərində işğal edilən yüzlərlə yaşayış məntəqəmizə - şəhərlərimiz, kəndlərimizə azadlıq bəxş etdi. Məhz bu zəfər nəticəsində bir milyondan çox qaçqın və məcburi köçkünün geri qayıtması üçün əlverişli şərait yarandı. Hansı ki, artıq minlərlə vətəndaşımızın işğaldan azad edilən ərazilərə qayıdışı təmin edilib. Bu baxımdan, Prezient İlham Əliyevin xalqımıza bəxş etdiyi 8 Noyabr zəfəri müqayisəolunmaz və təkrarsızdır. Və xalqımızın bu böyük günün sevincini əbədi yaşayacaqdır. -Dünən – 15 oktyabr tarixində Przident İlham Əliyev daha bir neçə yaşayış məntəqəsində, eləcə də Ağdərə, Xocalı, Əsgəran və Xankəndidə Azərbaycan bayrağını ucaltdı, xalqa müraciət etdi. Baş verən bu mühüm olayları milli tariximiz, siyasi reallığımız baxımından necə qiymətləndirirsiniz? -Prezidentin bu torpaqlara səfəri, Azərbaycan bayrağını Xocalıda, Ağdərədə, Əsgəranda, Xankəndidə qaldırması istər tarixi, istər mənəvi, istərsə də siyasi baxımdan olduqca mühüm, analoqsuz bir hadisədir. Bu, Prezident İlham Əliyevin Vətən müharibəsindən sonra xalqımıza yaşatdığı ən böyük sevincdir. Yada salım ki, düz 3 il bundan öncə bəzi qüvvələr ordumuzun, Ali Baş Komandanımıızn Vətən müharibəsində əldə etdiyi tarixi qələbəyə kölgə salmağa cəhd edir və bu məqsədlə bəzi ərazilərin – Xocalının, Ağdərənin, Xankəndinin və s. ərazilərin hələ də ermənilərin nəzarətində olduğunu qeyd edirdilər. Halbuki, hələ o zaman da hər kəsə məlum idi ki, bu torpaqlar da Azərbaycanın nəzarətinə keçəcək, erməni separatizminin bu torpaqlardakı varlığına son qoyulacaq. Çünki dövlət başçısı öz çıxışlarında dəfələrlə vurğulamışdı ki, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü üçün nə lazımdırsa ediləcək, bu məsələdə hər hansı güzəştə yol verilməyəcək. Dünən biz Prezidentin bugünə qədər verdiyi bütün sözlər kimi bu vədinə də əməl etdiyinə şahid olduq. Xocalıda, Ağdərədə, Əsgəranda, Xankəndidə Azərbaycan bayrağı ucaldıldı. Prezident İlham Əliyev bu torpaqları qarış-qarış gəzərək Azərbaycan həqiqətlərini bir kəs daha bütün dünyanın diqqətinə çatdırdı. Prezident addım atdığı hər bir tarixi Azərbaycan ərazisində üçrəngli bayrağımızı ucaltmaqla sübut etdi ki, son söz Azərbaycanındır və bu söz haqqın, ədalətin təntənəsi deməkdir. Xankəndi və digər torpaqlarımızda Azərbaycan bayrağının ucaldılmasının mənəvi əhəmiyyəti də olduqca böyükdür. Bu torpaqlar tarixi Azərbaycan torpaqlarıdır və əsrlər boyu bu torpaqlarda Azərbaycan xalqının nümayəndələri yaşayıb. Lakin Ermənistanın uzun illər ərzində apardığı diskriminasiya və soyqıırm siyasəti, işğal faktoru vətəndaşlarımizin bu torpaqlardan didərgin düşməsi ilə nəticələnmişdi. Prezidentin Xankəndidə, Ağdərədə, digər yaşayış məntəqələrində ucaltdığı bayraq bu nisgilə, bu ayılığa da son qoydu. Vaxtiylə bu torpaqlardan qovulan, didərgin salınan vətəndaşlarımız yenidən öz tarixi ata-baba yurdlarına qayıtmaq imkanı əldə etdilər. Biz buna görə cənab Prezidentə təşəkkür edir, ona öz sonsuz minnətdarlığımızı bildiririk. Əminəm ki, Prezident İlham Əliyevin bu tarixi xidməti sonsuza kimi xalqımız tərəfindən sevgi və minnətdarlıq hissi ilə xatırlanacaq, hər zaman iftixar hissi ilə yad ediləcək. -Səmyar bəy, Prezident çıxışında bildirdi ki, bu torpaqlarda olmağına səbəb Azərbaycan xalqı, Azərbaycan övladlarıdır. Sizcə bu açıqlama dövlət başçısının fədakar xalqımıza, qəhrəman ordumuza, onların tarixi əməyinə verdiyi yüksək qiymət hesab edilə bilərmi? -Şübhəsiz. Prezident haqlı olaraq qeyd etdi ki, bütün bu torpaqların işğaldan azad olunmasına səbəb şəhidlərimiz və qazilərimizdir. Məhz onların qəhrəmanlığı, cəsarəti, rəşadəti sayəsində erməni faşizmi məğlub olmuş, torpaqlarımız düşmən işğalından azad edilmişdir. Lakin bu məsələdə hər kəsə məlum olan bir həqiqət var ki, bu da əldə edilən bütün bu zəfərlərin məhvərində, nüvəsində Ali Baş Komandan faktorunun olması gerçəyidir. Bütün dünyaya yaxşı məlumdur ki, Azərbaycan xalqı son 20 ildəki bütün qələbələrini, eləcə də Qarabağda əldə etdiyi zəfərləri məhz Prezident İlham Əliyevin dərin zəkası, sonsuz qətiyyəti və müdrikliyi sayəsində əldə edib. Hesab edirəm ki, 8 Noyabr zəfəri kimi 15 oktyabr tarixi də Azərbaycan tarixində ən müqəddəs günlər kimi qeyd ediləcək, hər zaman xalqımızın, ordumuzun və Pezidentimizin mübarizlik və qələbə əzmi kimi qürurla yad ediləcək. Və nə qədər ki, Azərbaycan xalqı var, ona bu böyük zəfərləri bəxş edən İlham Əliyev ismi də xalqımızla birlikdə yaşayacaq, sonsuza kimi ehtiram hissi ilə xatırlanacaqdır. -Prezidentin Xankəndi və digər torpaqlarımızda Azərbaycan bayrağını ucaltması Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə təsadüf etməkdədir. Sizcə Ali Baş Komandanın bu tarixi zəfərini həm də “Heydər Əliyev İli”nə ən böyük töhfə hesab etmək olarmı? -Sizinlə tamamilə razıyam. Uzun illər erməni işğalında olan torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanması Ulu öndərin ən böyük arzusu idi. Bu arzunu isə məhz onun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan reallığa çevirdi. İlham Əliyev Xankəndidə Azərbaycan bayrağını ucaltmaqla bütün dünyaya göstərdi ki, Heydər Əliyev ideyaları, Azərbaycan xalqının iradəsi hər zaman qalib gəlir. İlham Əliyev Ağdərə, Əsgəran, Xocalıda üçrəngli bayrağımızı yüksəltməklə sübut etdi ki, o, ata vəsiyyətinə, xalqın arzu və istəyinə sadiqdir və bunun üçün hər cür fədakarlığa hazırdır. Mən bir daha xalqımıza yaşatdığı bunca böyük səadətə görə Prezident İlham Əliyevə təşəkkür edir, ona bu çətin, tarixi missiyasında yeni-yeni uğurlar arzulayıram. Seymur ƏLİYEV
Read more"Xankəndidə Azərbaycan bayrağının ucaldılması “Heydər Əliyev İli”ndə xalqımıza ən böyük töhfədir". Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu fakt həm də Azərbaycan xalqının, onun liderinin iradəsinin yenilməz olduğunu bir daha bütün dünyaya göstərdi: “Xankəndi, habelə Ağdərə, Əsgəran və Xocalıda Azərbaycan bayrağının ucaldılması bütün türk dünyasında qürur və sevinc doğuran tarixi hadisədir. Bu, 44 günlük Vətən müharibəsindən sonra xalqımıza bəxş edilən ən böyük sevinc və səadətdir. Mən buna görə bütün veteranlar adından Prezident İlham Əliyevə təşəkkür edir, ona sonsuz minnətdarlığımızı bildiririk”. Onun sözlərinə görə, Azərbaycan bayrağının Xankəndi və digər yaşayış məntəqələrində qaldırılması uzun illər erməni işğalı altında qalan torpaqlarımız üzərində dövlətimizin nəzarətinin tam şəkildə, de-fakto təmin edilməsi deməkdir. Hətta Vətən müharibəsindən sonra bəzi qüvvələr Xankəndi, Xocalı, Ağdərə və sair ərazilərimizin aqibəti ilə bağlı pessimist fikirlər səsləndirir, 44 günlük Vətən müharibəsinin nəticələrinə kölgə salmağa çalışırdı. Lakin oktyabrın 15-də Prezidentimizin bu torpaqlara səfəri, üçrəngli bayrağımızı tarixi torpaqlarımızda yüksəltməsi bir daha göstərdi ki, Azərbaycanın, onun Müzəffər Ali Baş Komandanının zəfəri tam və mübahisəsizdir. Baş verənlər bir daha sübut etdi ki, Prezident İlham Əliyev həqiqətən də nəyi, nə zaman etmək lazım gəldiyini yaxşı bilir və xalqın iradəsini çox böyük əzmlə, qətiyyətlə həyata keçirir. “Dövlətimizin başçısının gördüyü işlər göstərir ki, İlham Əliyev Azərbaycanın milli dövlətçilik tarixində müstəsna yerə və rola malik əvəzsiz liderdir. Veteranlarımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti və xalqı yeni-yeni zəfərlərə imza atacaq, öz arzu və xəyallarını inamla gerçəkləşdirəcək”, - deyə təşkilatın sədr müavini fikrini yekunlaşdırıb.
Read more
Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatının üzvləri tez-tez şəhid ailələrini ziyarət edir, qazilərin sağlamlıq durumu ilə maraqlanır, onlara diqqət və qayğı göstərirlər. 11 oktyabr 2023-cü il tarixində rayon təşkilatının üzvləri "Şərəf" ordenli şəhid Mahir Paşayevin anım günündə iştirak edib, şəhidin ailəsi ilə görüşüblər. Anım mərasimdə Əməkdar mədəniyyət işçisi Xeyrulla Şahbazlı, "Gənc Qazilər" İctimai Birliyinin sədri Vüsal Muradzadə, şəhid ataları və ictimaiyyət nümayəndələri də olublar. Xadırladaq ki, şəhid Mahir Bəxtiyar oğlu Paşayev rayonun İranla həmsərhəd kəndi olan Əsədlidə dünyaya göz açmışdı. Vətən sevdalısı olan igid kəşfiyyatçı Xüsusi Təyinatlı döyüş yoldaşları ilə birgə Hadrudun, Suqovuşanın, Kəlbəcərin azad olunmasında böyük şücaət göstərmişdir. O, kəşfiyyatçı dəstə ilə strateji əhəmiyyətli yüksəkliyi ələ keçirərkən 2020- ci il oktyabrın 10-da qəhrəmancasına həlak olmuş, şəhidlik məqamına ucalmışdır. Paşayev Mahir Bəxtiyar oğlu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə "Zəfər" ordeni və 8 döyüş medalı ilə təltif edilmişdir.
Read more
Veteran.gov.az xəbər verir ki, 11 oktyabr 2023-cü il tarixdə 44 günlük Vətən müharibəsi şəhidi Məmmədəlizadə Məmmədəli Asif oğlunun anım günü qeyd olundu. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyəti, şəhid valideyinləri, Agdam Rayon Müharibə,Əmək və Silahlı Qüvvələr veteranlar Təşkilatı, icra nümayəndələri, Ağdam rayon dörd yol, iki tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər. Şagirdlər şəhidlərimiz haqda şeirlər deyiblər. Şəhidlərimizin məzarları üstünə güllər düzülüb ,əkil qoyulub. Allah cəmi şəhidlərimizə rəhmət eləsin.
Read more
Dövlətimizin başçısı İlham Əliyev 20 illik prezidentlik dövründə sadə vətəndaşların, eləcə də veteranların, şəhid ailələrinin, müharibə əlillərinin yanında olub, onlara mütəmadi qayğı və diqqət göstərib. Məhz bunun nəticəsidir ki, ümumxalq məhəbbətini qazanan İlham Əliyev xalqın bütün təbəqələri tərəfindən sevilməkdədir. Prezident İlham Əliyevin veteranlara, o cümlədən şəhid ailələrinə olan diqqət və qayğısı vətənin müdafiəçilərinə necə böyük önəm verdiyini, onların fədakarlığını necə yüksək qiymətləndirdiyini göstərir. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Prezidentin 20 illik fəaliyyətinin bütün vətəndaşlar, eləcə də veteranlar tərəfindən məmnunluqla qarşılandığını, ölkə başçısının ümumxalq sevgisi qazandığını bildirib: “Son 20 ildə ölkəmizdə veteranlara, şəhid ailələrinə yönəlik sosial layihələrin sayına, bu layihələrin icrasına ayrılan vəsaitlərin miqdarına nəzər salsaq, görərik ki, Prezident İlham Əliyevin həssas kateqoriyadan olan vətəndaşlara göstərdiyi diqqət həqiqətən də misilsizdir. Nümunə üçün qeyd edək ki, yalnız 2022-ci ildə şəhid ailələri və müharibə əlillərinə 1500-dən çox mənzil və fərdi ev verilib. 2020-ci ilin Vətən müharibəsindən bu günədək isə həmin kateqoriyadan olan 4500 vətəndaş mənzillə təmin olunub. Ümumilikdə isə bu günə qədər 13 mindən çox şəhid ailəsi və müharibə veteranı mənzillə təmin olunub ki, bu da çox yüksək göstəricidir. Bu rəqəmlərin özü sübut edir ki, Prezident İlham Əliyev hər zaman şəhid ailələrinin, veteranların, müharibə əlillərinin mənzil-məişət problemini yaxşılaşdırmaq üçün ciddi addımlar atıb, onların hər bir probleminə xüsusi diqqətlə yanaşıb”. Polkovnik Cəlil Xəlilov qeyd edib ki, “YAŞAT” Fondunun yaradılması, habelə bu Fonda milyonlarla manat vəsaitin ayrılması gerçəyi də ölkə başçısının veteranlara, onların sağlamlığına verdiyi diqqətin göstəricisidir: “Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə “YAŞAT” Fondu yaradılıb ki, məqsəd müharibədə yaralanan, sağlamlıq problemi yaşayan veteranların müalicəsini yüksək səviyyədə həyata keçirməkdədir. İndiyədək yüzlərlə veteranın “YAŞAT” Fondu vasitəsi ilə Türkiyə və digər ölkələrdə müalicəsi, respublikamızdakı ən müasir xəstəxanaların, tibbi avadanlıqların imlanlarından yararlanması faktı buna nümunədir. “YAŞAT” Fonduna vətəndaşlarla yanaşı, dövlətimiz tərəfindən də ciddi maliyyə dəstəyi göstərilməkdədir. Prezidentin bu ilin 19 aprel tarixli Sərəncamı ilə 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan “YAŞAT” Fonduna 5 milyon manat vəsait ayrılıb. Həmin vəsait “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların və şəhid olmuş şəxslərin ailə üzvlərinin və dövlət orqanlarının (qurumlarının) işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onların nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş əməkdaşlarının və ya həlak olmuş əməkdaşların ailə üzvlərinin müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi üçün” nəzərdə tutulub”. Respublika Veteranları Təşkilatının sədr müavininin sözlərinə görə, şəhid ailələrinə, müharibə əlilləri və veteranlara Heydər Əliyev Fondu tərəfindən də mütəmadi diqqət göstərilməkdədir: “Ölkəmizdə şəhid ailələri, müharibə əlilləri, habelə veteranlarla bağlı mühüm sosial kampaniyalar həyata keçirən qurumlardan biri də Heydər Əliyev Fondudur. Bu günə qədər Heydər Əliyev Fondu tərəfindən minlərlə şəhid ailəsi mənzillə təmin olunub, onların məişət şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. 2021-2025-ci illər ərzində Heydər Əliyev Fondu tərəfindən 11 mindən çox şəhid ailəsi və müharibə əlilinin mənzillə təmin olunması nəzərdə tutulur. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığına uyğun olaraq Fond tərəfindən 2881 şəhidin ailə üzvləri, həmçinin 3100 yaralı olmaqla, bütövlükdə ümumilikdə 14 min 579 şəxslə görüş keçirilib, onların problemlərinin həlli təmin edilib. Bundan başqa, 89 Vətən müharibəsi qazisinin müxtəlif ölkələrdə yüksək səviyyədə müalicəsi təmin olunub. Bütün bunlar Heydər Əliyev Fondunun timsalında dövlətimizin şəhid ailələrinə, veteranlara olan qayğısını göstərir”. Cəlil Xəlilov deyib ki, dövlətimizin başçısı ölkəmizdə veteran hərəkatının da inkişafına böyük töhfə verib, veteranların sosial durumunun, mənzil şəraitinin yaxşılaşması, veteranların təcrübəsindən gənc nəslin faydalanması üçün daha optimal şəraitin yaradılmasını istiqamətində mühüm addımlar atıb: “Prezident İlham Əliyev 20 illik fəal siyasi fəaliyyəti dövründə veteranlara da ciddi dəstək verib, onların qayğı və problemlərinin həllini daim diqqət mərkəzində saxlayıb. Bunu təşkilatımıza olan münasibətin timsalında da aydın şəkildə görmək olar. “Bizim üçün qürurvericidir ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasının açılışında iştirak edib. Hansı ki, müasir tələblərə yüksək səviyyədə cavab verən bu binada veteranların aktiv ictimai fəaliyyət göstərməsi üçün hər cür imkan mövcuddur. Məhz bizə yaradılan şəraitin nəticəsidir ki, Respublika Veteranlar Təşkilatı kimi binamızda mütəmadi şəkildə ölkənin ictimai-siyasi gündəmini əhatə edən məsələlərlə bağlı mütəmadi tədbirlər təşkil edilir. Binada digər veteranlar təşkilatları da müxtəlif tədbirlərin keçirilməsində iştirak edir, ictimai maarifçilik fəaliyyətlərində Təşkilatımıza yaradılan bu imkandan faydalanırlar. Bütün bunların hamısı Prezident İlham Əliyevin veteranlara, onların məşğulluğuna verdiyi önəmi göstərir. Prezidentin biz veteranlara olan münasibəti, diqqət və qayğısı bizə böyük mənəvi stimul verir, üzərimizə düşən məsuliyyət hissini artırır. Biz veteran təşkilatı olaraq bir daha bəyan edirik ki, bundan sonra da Prezidentimizi, onun müdrik siyasətini dəstəkləyəcək, hər zaman dövlətimizlə birlik sərgiləyəcək, onun inkişafı üçün əlimizdən gələni əsirgəməyəcəyik. Respublika Veteranları Təşkilatı 44 günlük Vətən müharibəsi dövründə Ali Baş Komandanımızın və Ordumuzun yanında olub, erməni faşizminin dezinformasiyalarına qarşı fəal mübarizə aparıb. Müharibə zamanı beynəlxalq tədbirlərdə, habelə, yerli və xarici mediaya verilən məlumatlarda erməni vəhşiliklərini və erməni vandalizmini ifşa edib, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmağa çalışıb. Bu konkret faktlar, sübutlar əsasında göstərmişik ki, Azərbaycan haqq işi uğrunda mübarizə aparır və bu məsələdə həm hüquqi, həm də mənəvi baxımdan haqlı olan tərəf dövlətimizdir”, - deyə hərbi-siyasi ekspert fikrini yekunlaşdırıb.
Read more
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını – Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin direktoru, MDB dövlətlərinin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının sədri Aleksandr Bortnikovu, Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkini, Belarusun Dövlət Təhlükəsizlik Komitəsinin sədri İvan Terteli, Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin sədri Yermek Sagimbayevi, Qırğızıstanın Baş nazirinin müavini, Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyevi, Özbəkistanın Dövlət Təhlükəsizlik Xidmətinin sədri Abdusalom Azizovu, Tacikistanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Saymumin Yatimovu və MDB-yə üzv dövlətlərin Antiterror Mərkəzinin rəhbəri Yevgeniy Sısoyevi qəbul edib.
Read more
101 yaşlı müharibə veteranı Tofiq Hüseynov vəfat edib. Hüseynov Tofiq Paşa oğlu 1922-ci ilin fevral ayında Gəncə şəhərində anadan olub. 1941-ci ildə 18 yaşında ikən Qori şəhərində hərbi təlimlərə qatılıb, Kazak polkunun 45-ci qvardiyasında süvari kimi xidmətə başlayıb. Avropanın 4 ölkəsində onlarla şəhərin alman işğalçılarından azad olunmasında xüsusi igidlik göstərib. Tofiq Hüseynov xidməti dövründə 20 medalla təltif olunub. Uzun müddət Gəncə Şəhər Mərkəzi Mədəniyyət Evinin direktoru, Uşaq Yaradıcılıq Mərkəzinin rəhbəri vəzifələrində çalışıb. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Tofiq Hüseynovun vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınların dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!
Read more
Cəlilabad rayon Veteranlar Təşkilatının üzvləri şəhid Şamo Kərimovun anım günündə iştirak etmək üçün rayonun Maşlıq kəndinə gedib, şəhidin məzarını ziyarət ediblər. Anım tədbirində Rayon İcra Hakimiyyətində "Şəhid ailələri və qazilərlə işin təşkili" şöbəsinin müdiri Füzuli Cəfərov, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti idarəsinin Cəlilabad rayon şöbəsinin rəisi, polkovnik Rasim Həsənov, şəhid ataları, qazilər və ictimaiyyət nümayəndələri də iştirak ediblər. Qeyd edək ki, idman ustası olan Şamo Kərimov Vətən müharibəsinin ilk günündən ön cəbhəyə yollanıb. O, silaha sarılaraq döyüş yoldaşları ilə birgə Füzuli və Cəbrayıl istiqamətində düşmənin istehkamlarını və canlı qüvvələrini məhv edib. Şamo torpaqlarımızın azadlığı uğrunda apardığımız haqq savaşında 2020-ci il oktyabr ayının 6-da qəhrəmancasına həlak olub, şəhidlik zirvəsinə ucalıb. Kərimov Şamo Elman oğlu Prezidentin sərəncamları ilə "Cəsur döyüşçü", "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
Read moreVeteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Təşkilatın Rəyasət Heyətinin 2022-ci il “15” noyabr tarixli İclasında təsdiq etdiyi Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Tədbirlər planının icra vəziyyəti müzakirə edilib. İclasda çıxış edən Təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilov Tədbirlər planının icra vəziyyətini ümumilikdə qənaətbəxş hesab edib, bununla yanaşı, görülməsi gərəkən işlərə diqqət çəkib. İclasda bu və digər məsələlərlə bağlı ətraflı fikri mübadiləsi aparılıb, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovun anadan olmasının 100 ilik yubileyi ilə əlaqədar tədbirlər planının hazırlanması qərara alınıb. Toplantıda həmçinin 1941-1945-ci illər Böyük Vətən Müharibəsində alman faşizmi üzərində Qələbənin 80-ci ildönümü ilə əlaqədar Tədbirlər Planının layihəsinin hazırlanması müzakirə edilib. Iclasda Vətən müharibəsində əldə edilən qələbənin təbliği ilə bağlı xüsusi planın qəbulu ilə bağlı da təkliflər dinlənilib.
Read more