Latest news

Veteran.gov.az xəbər verir ki, İkinci Dünya müharibəsi veteranı Əliyev Əli Hüseyn oğlu vəfat edib. Müharibə, Əmək və Silahlı Qüvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Əli Əliyevin vəfatından kədərləndiyini bildirir və bu münasibətlə mərhumun doğmalarına dərin hüznlə başsağlığı verir. Məlumat üçün qeyd edək ki, Əli Əliyev müharibə dönəmində bir sıra cəbhələrdə faşizmə qarşı mübarizədə aktiv iştirak edib, döyüşlərdə böyük igidliklər göstərib. Məhz bütün bunların nəticəsidir ki, cəsur azərbaycanlı hərbi komandanlıq tərəfindən “Qırmızı ulduz” ordeni, “Böyük Vətən Müharibəsi” ordeni və daha 15 medalla təltif edilib. Allah rəhmət eləsin!
Read more
Cəlilabad rayonunda Vətən müharibəsi şəhidi Heydərov Qadir Ədalət oğlunun adını daşıyan küçənin açılışı olub. Rayonun mərkəzində yerləşən küçənin açılış mərasimində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon Veteranlar Təşkilatının üzvləri və şəhidin valideynləri iştirak ediblər. RİH-nin başçısı Rafiq Cəlilov çıxış edərək bildirib ki, Qadir Heydərov 11 may 1998-ci ildə Cəlilabad rayonun Əsədli kəndində doğulmuşdu. O, orta məktəbi 2016-cı ildə bitirib, həmin ilin oktyabr ayında Cəlilabad rayonundan hərbi xidmətə yollanıb və 2018-ci ildə xidməti başa vuraraq evə qayıdıb. Qadir Heydərov İkinci Qarabağ savaşı başlanan gündən səfərbərliyə qoşulub ön cəbhəyə gedib. Qəhrəman döyüşçü kimi Qubadlı, Zəngilan, Cəbrayıl istiqamətlərində gedən qızğın döyüşlərdə fəal iştirak edib. O, 29 oktyabr 2020-ci ildə Qubadlının yüksəklikləri uğrunda gedən döyüşlərdə şəhid olub, əbədiyyətə qoşulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Qadir Heydərov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Qubadlının azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" medalları və “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir. Şəhidin atası Ədalət Heydərov göstərdikləri diqqət və qayğıya görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib. Qeyd edək ki, həmin gün rayonun Sabirabad kəndində "Azərbaycan bayrağı" ordenli şəhid Musa Əsgərovun da adını daşıyan küçənin açılışı olub. Rayon Veteranlar Təşkilatının nümayəndələri Vətən Müharibəsi şəhidi Rəfail İşiyevin yaşadığı binanın önündə vurulmuş barelyefin açılışında da iştirak ediblər.
Read more
Bakı, 27 oktyabr, AZƏRTAC Oktyabrın 23-25–də Bakıda, Naxçıvan Muxtar Respublikası və azad edilmiş ərazilərimiz də daxil olmaqla bir neçə istiqamətdə Azərbaycan və Türkiyənin birgə hərbi təlimləri keçirilib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov AZƏRTAC-a açıqlamasında təlimlərin önəminə diqqət çəkərək deyib: “Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təlimi və bu qəbildən olan digər təlimlərin həm Azərbaycan, həm də Türkiyə ordusunun döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, peşəkarlığının artırılması baxımından mühüm əhəmiyyəti var. Məhz birgə təlimlər vasitəsi ilə ordunun döyüş hazırlığındakı bütün müsbət və mənfi nüanslar üzə çıxır. Təlimlər imkan verir ki, döyüş hazırlığındakı çatışmazlıqlar aşkarlansın və onların aradan qaldırılması istiqamətində konkret addımlar atılsın. Azərbaycan və Türkiyə hərbi-texniki təchizatına, habelə peşəkarlığına görə nəinki regionun, dünyanın ən güclü ordularındandır. İki türk dövlətinin birgə təlimləri hər iki ölkənin həm də siyasi-mənəvi baxımdan bir yerdə olduğunu göstərir. Bu baxımdan qardaş Türkiyənin 100 illiyinə həsr edilən təlimləri həm də Türkiyə və Azərbaycanın, bütövlükdə türk dünyasının dünyaya mesajı hesab etmək olar. Bu mesajın məğzi ondan ibarətdir ki, Azərbaycan və Türkiyə hər zaman olduğu kimi bu gün də bir yerdədir. Onların suverenliyinə, təhlükəsizliyinə təhdid təşkil edən bütün təhlükələrə birlikdə cavab verəcəklər”. Polkovnik qeyd edib ki, təlimlərdə Azərbaycan Ordusunun Quru Qoşunları, Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri, Raket və Artilleriya Qoşunları, Mühəndis Qoşunları, Xüsusi Təyinatlı Qüvvələr, həmçinin Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları və Türkiyə Silahlı Qüvvələrinin müvafiq qoşun növü mənsubları iştirak ediblər: “Təlimlərdə müxtəlif qoşun növləri iştirak edib ki, bu da onların geniş miqyasından xəbər verir. Bu kimi təlimlərin mütəmadi xarakter alması da təqdiredici haldır. İstər Rusiya-Ukrayna müharibəsi, istərsə də Yaxın Şərqdə baş verən proseslər bir daha sübut edir ki, dünyada gücə, qüdrətli orduya daha çox ehtiyac var. Güclü ordusu olmayan dövlətlər öz haqlarını lazımınca müdafiə edə bilmirlər. Beynəlxalq hüquq belə onların pozulan haqlarını təmin etmir. Məhz buna görə güclü orduya malik olmaq ən əsas şərtlərdən biri, bəlkə də birincisidir. Azərbaycan və Türkiyənin müdafiə və təhlükəsizlik məsələlərinə diqqət yetirməsi, güclü ordu formalaşdırmaq istiqamətindəki davamlı addımları məhz bununla bağlıdır”. Cəlil Xəlilovun sözlərinə görə, təlimin adı, habelə onun Türkiyənin 100-cü ildönümünə həsr edilməsi də qürur doğuran məqamlardandır: “Bu, hər şeydən əvvəl Türk dünyasının, eləcə də Azərbaycanın qardaş Türkiyəyə olan sevgi və ehtiramını əks etdirir. Azərbaycan Türkiyə üçün olduqca əlamətdar olan bir gündə və tarixdə, çətin günlərdə olduğu kimi xoş gündə də onunla birlikdədir.”.
Read more
Veteran.gov.az xəbər verir ki, Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatın Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin əməkdaşları - şöbə müdiri ehtiyatda olan polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 25 oktyabr 2023-cü il tarixində Nəsimi rayonunda tədbir təşkil ediblər. Tədbir Nəsimi rayonunda yerləşən Samir Hacıyev adına 5 № tam orta məktəbdə baş tutub. Lokal antiterror tədbirlərinin uğurla başa çatmasına həsr olunmuş tədbirdə Nəsimi rayon VT-nın sədri Validə Vəliyeva, 44 günlük Vətən müharibəsi iştirakçıları Elçin Əhmədov, Xəyyam Quluyev, məktəbin direktoru Nərminə Gündüzlü,tarix müəllimi Mehparə Sadıqova,təşkilatçı Zabitə Şirinova , şagird və müəllim kollektivi iştirak ediblər. Tədbiri məktəbin direktoru Nərminə Gündüzlü açıb, qonaqları tədbir iştirakçılarına təqdim edib. Daha sonra Dövlət Himni səsləndirilib, torpaqlarımızın düşmən tapdağından azad olunmağı yolunda canlarından keçmiş şəhidlərimiz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış üçün söz ehtiyatda olan polkovnik Adil Haqverdiyevə verilib. O, ilk öncə Təşkilatın sədri Böyük Vətən Müharibəsi veteranı Fatma Səttarovanın və sədr müavini, polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb. Adil Haqverdiyev daha sonra lokal antiterror tədbirlərini zəruri edən amillərə diqqət çəkib: “19 sentyabr 2023-cü ildə lokal xarakterli antiterror 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın şərtlərinə əməl olunmadığına görə “Dəmir yumruq “işə düşdü. Ali Baş Komandan İlham Əliyevin əmrini Azərbaycan Ordusunun əsgər və zabit heyəti uğurla yerinə yetirdi. Tapşırığa və beynəlxalq qanunvericiliyə uyğun olaraq yalnız düşmənin tutduğu hərbi hissələrin mövqeyləri məhv edildi. Yüksək peşəkarlıq nümayiş etdirən ordumuz dinc əhaliyə və infrastruktura zərər vermədir. Ali Baş Komandan hər zaman olduğu kimi öz humanistliyini göstərərək Qarabağda yaşayan ermənilərin ölkənin vətəndaşları saydı. Qarabağdakı sadə ermənilərə seçim şansı verildi. Qalan qaldı, gedənlər sərbəst getdilər. Dövlətimizin içərisində dövlət qurmaq xülyasında olanlarsa bu gün müttəhimlər kürsüsündə oturublar”. Adil haqverdiyev çıxışının sonunda şəhidlərə rəhmət diləyib, onların qəhrəmanlığının heç vaxt unudulmayacağını vurğulayıb. Sonra Mehparə Sadıqova, Zabitə Şirinova, Nəbi Hacıyev çıxış ediblər. Tədbirin sonunda xatirə şəkli çəkilib.
Read more
Cəlilabad Rayon Veteranlar Təşkilatı öz fəallığı və təşkilatçılığı ilə rayonda Qeyri-hökumət təşkilatlarına həmişə örnək olmağa çalışır. Təşkilat bu dəfə də öz təşəbbüsü ilə xeyirxah bir ilkə imza atıb. Şəhid ailəsini sevindirmək üçün Vətən Müharibəsi şəhidi Əlikram Xanışovun yadigar qalan şeirlərindən ibarət kitabını çapa hazırlayıb nəşr etdirib. "Elm və təhsil" nəşriyyatında işıq üzü görən "Vətən uğrunda ölərəm" adlanan kitabın redaktoru rayon Veteranlar Təşkilatının sədri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, "Sözün işığı" qəzetinin baş redaktoru Ədalət Salmandır. Ədalət müəllim, həm də kitaba "Yad eyləyəcək Azərbaycan" sərlövhəli ön söz yazıb. Rayon Veteranlar Təşkilatı bu günlərdə qəhrəman şəhidin "Vətən uğrunda ölərəm" adlı ilk və son kitabının geniş təqdimatını keçirəcək, şəhid ailələrinə və qazilərə həmin kitablar paylanılacaq.
Read more
İkinci Dünya Müharibəsinin döyüş meydanlarında həlak olmuş Qızıl Ordu əsgərlərinin qalıqlarını axtaran Rusiya bölmələrindən biri 1943-cü ildə ən böyük tank döyüşünün baş verdiyi Kursk vilayətində azərbaycanlı döyüşçünün qalıqlarını tapıb. Caliber.Az-dan bildirilir ki, onun kimliyi qalıqlar arasından tapılan “ölüm medalyonu”nun vasitəsilə müəyyən olunub. Məlum olub ki, o, əslən Gəncədən (Sovet dövründə Kirovabad) olan 1913-cü il təvəllüdlü Əhməd Həsənovdur. Rusiya Müdafiə Nazirliyinin tarixi arxivindən verilən məlumata görə, 81-ci qvardiya atıcı diviziyasının Qızıl Ordu əsgəri Ə.Həsənov 1943-cü il iyulun 17-də Kursk vilayətinin Belenixinski rayonunun Maloyablonovo kəndi yaxınlığında itkin düşüb. Hazırda müəyyən olunub ki, Əhməd Həsənov Kursk döyüşündə qəhrəmancasına həlak olub və kütləvi məzarlıqda dəfn edilib. Rusiya axtarış bölmələri Azərbaycan sakinlərindən 80 ildir taleyindən xəbərsiz qalınan qəhrəmanın qohumlarının tapılmasına köməklik göstərməyi xahiş edir.
Read more
Veteran.gov.az xəbər verir ki, 18 oktyabr 2023-cü il tarixində Ağdam rayonunda Müstəqilliyinin Bərpası Günü qeyd edilib. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başcısı Vaqif Həsənov,YAP sədri, Ağdam Rayon Veteranlar Təşkilatının sədri, rayon ziyalıları iştirak ediblər. Tədbir Ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı və digər natiqlər çoxəsrlik tarixə malik qalib Azərbaycan xalqının dövlət müstəqilliyinin bərpasının 32-ci illiyini qeyd etməsindən, bu günün tarixi əhəmiyyətindən bəhs ediblər. Tədbir iştirakçıları qeyd edib ki, bu gün Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf etməkdə, bütün dünyada söz sahibi olan dövlətlərdən birinə çevrilməkdədir. Müstəqilliyə gedən ağır və şərəfli yol, habelə bu müstəqilliyi qorumaq, möhkəmləndirmək uğrunda görülən işlər, verilən qurbanlar da tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Read more
“Avropa İttifaqının Azərbaycanla bağlı bəyanatı ədalət adına utancdır”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Birliyinin sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bəyanat tamamilə yalan və böhtan üzərində qurulub ki, bu da ölkəmizə qarşı qərəzli münasibətin göstəricisidir: “Avropa İttifaqının 18 oktyabr tarixində ölkəmizlə bağlı qəbul etdiyi bəyanat, bu bəyanatda yer alan iddialar tamamilə absurddur və bunun Azərbaycan reallqları ilə heç bir əlaqəsi yoxdur. Məlum bəyanat sadəcə Avropa İtifaqının Azərbaycana qarşı nə qədər qərəzli, riyakar və ədalətsiz mövqe tutduğunu, Qərbdə bir çox ölkənin bu gün də erməni yalanlarına ciddi dəstək verdiyini göstərir. 30 il ərzində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün problemlərinə kor olan, Qarabağda qətlə yetirilən minlərlə günahsız insanın faciəsini görməyənlərin, indi Qarabağı könülü tərk edən ermənilərə görə bu cür narahatlıq keçirməsi heç cür anlaşılan deyil. Görünür, Avropa İttifaqı, habelə, demokratiyadan, ali insani dəyərlərdən, ədalətdən bəhs edən Qərb dövlətləri bütün bu dəyərlərə öz maraq və mənafelərindən yanaşır. Onlar hesab edir ki, ədalət də, demokratiya da, insani dəyərlər də ancaq bəzi dövlətlərə münasibətdə tətbiq olunmalıdır. Halbuki, Azərbaycan ermənilərə qarşı nə müharibə, nə də post-müharibə dönəmində heç bir anti-insani mövqe sərgiləməyib. Düşünürəm ki, Avropa İttifaqı bu bəyanata yenidən baxmalı, Azərbaycana münasibətdə necə gülünc, rüsvayçı, ikrahedici mövqe sərgilədiyini görməlidir. Sözügedən qurum anlamalıdır ki, bu cür bəyanatlar sadəcə onun öz nüfuzuna kölgə salır, Avropa İttifaqının ədalətinə olan ümidlərin üstündən xətt çəkir”. Seymur ƏLİYEV
Read more
Наша победа действительно беспрецедентна, ведь Азербайджан победил не только карабахских сепаратистов и армянские войска, но и мировое армянство, которое вот уже полтора столетие вынашивало проект «Арцах» как предпосылку создания мифической «Великой Армении от моря до моря». Победа стала возможной под впечатляющим руководством Президента Азербайджана – Ильхама Алиева. Разве это не является доказательством особой роли личности в истории! Именно ясная и четкая позиция Ильхама Алиева, его продуманная, взвешенная внутренняя и внешняя политика позволили мобилизовать все возможности страны для победы. Развитие экономики, создание современной армии, патриотическое воспитание стали определяющими факторами государственной стратегии Азербайджана в последние 20 лет. Параллельно президент обращал особое внимание на формирование «мягкой силы».Необходимо было одолеть анти азербайджанский миф, искусственно создаваемый в мире рупорами армянской диаспоры, и объективно представлять Азербайджан в глобальном коммуникационном пространстве, распространять правдивую информации о стране, народе, его чаяниях. На наших глазах Баку, Гянджа, Габала. Шеки стали центрами многочисленных гуманитарных форумов, различных международных фестивалей, масштабных спортивных состязаний. Почти 35 лет длилась карабахская драма. Война в Карабахе в начале 90-х годов велась армянской стороной в игнорирование всех международных норм. Достоянием общественности стали бесчисленные преступления армянских фашистов против человечности. Одна пятая часть территории Азербайджана была разорена армянами. Более тридцати тысяч азербайджанцев — преимущественно женщины, старики и дети — погибли, около миллиона человек стали беженцами и лишились элементарных условий жизни. Армянский фашизм не пощадил и цветущие города, поселения, памятники культуры. Чудовищным образом все было разрушено и разворовано. Мера ненависти и злодейства армян по отношению к азербайджанцам не поддаются разумному объяснению. Как сказал в недавнем своем выступлении в городе Физули Ильхам Алиев, «эти античеловеческие, варварские действия очень трудно понять, особенно если учесть, что армяне еще недавно жили рядом с нами, были органично вписаны в азербайджанскую действительность». Азербайджанский народ прошел жестокий экзамен на историческую зрелость. И под руководством Ильхама Алиева весь наш потенциал —культурный, дипломатический, экономический, военный был мобилизован на то, чтобы достойно и с наименьшими потерями выйти из этого испытания. Благодаря должной информационной политике, выдающимся программным выступлениям президента в средствах массовой информации, системному патриотическому воспитанию азербайджанцы прониклись мыслью, что происходящее сегодня на нашей земле — это борьба не на жизнь. а на смерть, это отечественная война. Трагедия Карабаха изменила не только облик городов и сел Азербайджана, но и содержание различных сфер жизни. Эти изменения отразились в психологии, мышлении азербайджанцев, они столь значительны, что можно без преувеличения сказать: азербайджанская нация, ее ценностные установки во многом сформировались заново. Думаю, сейчас не нужно особенно обольщаться победой. Армяне вряд ли вскоре согласятся с тем, что идея «Великой Армении» — нереализуемый бред, ибо идею эту они воспринимают с молоком матери как главную — национальную. Нужно быть готовым ответить на их возможные реваншистские вызовы. “Dəmir yumruq”должен быть всегда начеку. Джалил Халилов, полковник, заместитель председателя Организации ветеранов войны, труда и вооруженных сил Азербайджанской Республики
Read more
Cəlilabad rayon Veteranlar Təşkilatı 18 oktyabr Müstəqilliyin Bərpası Günü ilə əlaqədar tədbir keçirib. Tədbirdən öncə iştirakçılar Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla ehtiramla anıblar. Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman çıxış edərək qeyd edib ki, müstəqil Azərbaycan dövləti 1918-1920 ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. SSRİ süquta uğrayandan sonra yaranmış tarixi şəraitdən sonra Azərbaycan ikinci dəfə öz müstəqilliyini bərpa etmişdir. 18 oktyabr 1991-ci ildə Azərbaycan Ali Sovetinin sessiyasında Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunmuşdur. Müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda çox sınaqlara sinə gərmişik və biz sarsılmaz Xalq-Dölət-Ordu birliyi sayəsində bu gün buna nail olmuşuq. Bəli, biz birlikdə daha güclüyük. Gəlin, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi naminə həmişə bir olaq. Tədbirdə "Qarabağ qazilərinə Qayğı" ictimai birliyinin sədri Asəf İsmayılov, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əfrahim Abbas, R.Abdullayev adına 2 saylı şəhər tam orta məktəbin direktor müavini Əliniyaz Müslümoğlu, ehtiyatda olan hərbçi mayor Elşən Abbasov, polis veteranı Rəsul Bayramov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Cəlilabad raypn nümayəndəsi Cavidan Rəşidov, tanınmış mədəniyyət işçisi Xeyrulla Şahbazlı, Qarabağ qazisi, yszıçı Qurban Əhməd və başqaları çıxış edib, müstəqilliyimizin və ərazi bütövlüyümüzün bizə yaşatdığı qürur hissini xüsusi olaraq vurğulayıblar. Sonda sevimli xanəndə Akif Babayevin məlahətli səslə ifa etdiyi "Qarabağ şikəstəsi" tədbir iştirakçılarına xoş ovqat bəxş eləyib.
Read more
Müdafiə Nazirliyinin Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi Cəlilabad rayon İcra Hakimiyyəti ilə birlikdə "Əsgərə məktub " layihəsi çərçivəsində tədbir keçirib. Müstəüilliyin Bərpası gününə həsr edilmiş tədbirdə Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailərinin üzvləri, qazilər, müharibə veteranları, ümumtəhsil məktəblərinin şagirdləri və təhsil işçiləri iştirak ediblər. Yüksək əhval-ryhiyyədə keçən tədbirdə iştirakçılar Azərbaycan Ordusu sıralarında xidmət edən əsgərlərimizə öz salamlarını və istəklərini çatdırmaq üçün məktublar yazıblar. Gənclərimizə vətənpərvərlik ruhu aşılayan bu tədbirdə müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Cəlilabad Rayon Veteranlar Təşkilatının üzvləri də fəal iştirak edib, qüdrətli ordumuzun qalib əsgərlərinə şanlı məktublar ünvanlayıblar.
Read more
Oktyabrın ayının 18-i Nehrəm qəsəbə şəhidliyində keçirilən anım tədbirində Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalan, 44 günlük Vətən müharibəsi şəhidi leytenant Ümid Fərman oğlu Məmmədovun xatirəsi ehtiramla yad edilib. Anım mərasimində Babək Rayon İcra Hakimiyyətinin nümayəndələri, Nehrəm qəsəbə Bələdiyyəsinin nümayəndələri, iş adamı Səfər Əlirzayev, Babək rayon YAP-nın sədri İsa Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək Rayon Şöbəsinin əməkdaşları, Naxçıvan şəhərində yerləşən N saylı hərbi hissənin hərbi qulluqçuları, Vətən müharibəsi iştirakçıları, şəhidin ailə üzvləri, dini icmanın nümayəndələri, şəhid ailələri, qəsəbə sakinləri, qazilər, Vətən müharibəsi iştirakçıları, gənclər, qəsəbə məktəbliləri və digər ictimaiyyət nümayəndələri qəhrəman zabitin məzarını ziyarət ediblər. Anım mərasimində şəhidin məzarına əklillər qoyulub önünə qərənfillər düzülüb. Azərbaycanın ərazi bütövlüyünün qorunması, bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalanların ruhlarına dualar oxunub, xatirələri yad edilib. Allah rəhmət eləsin!
Read more