Latest news

Böyük Vətən Müharibəsi zamanı xalqımızın qəhrəman oğulları böyük şücaət göstərib, vətənlərini müdafiə etmək üçün canlarını fəda ediblər. Onların göstərdiyi igidlik və vətənpərvərlik, Sovet İttifaqının alman işğalçılarına qarşı mübarizəsində çox önəmli rol oynayıb. Müharibə boyunca yüz minlərlə azərbaycanlı, rus, ukraynalı və digər xalqların nümayəndələri cəbhəyə gedərək, döyüşlərdə iştirak edib, bir çoxu həyatını itirib, bir çoxu isə döyüşlərdə şücaət göstərərək qəhrəmanlıqla yadda qalıb. Onların göstərdiyi qəhrəmanlıq, hər birimizin qürur duyduğu bir irsdir. Həmçinin, müharibə iştirakçılarının adları və döyüşlərdəki xidmətləri, həm o dövrkü, həm də bugünkü nəsil üçün əvəzsiz dəyərə malikdir. Müharibə iştirakçılarının bir çoxu geri döndükdən sonra cəmiyyətin inkişafı üçün müxtəlif sahələrdə xidmət etmişdir. Mirzəxan Hüseynov da belə bir şərəfli ömür sürmüşdür. Müharibənin acılarını və çətinliklərini yaşamış, amma öz xalqına, torpağına olan sevgisini heç vaxt itirməmiş və sonrakı dövrlərdə də bu sevgini öz əməlləri ilə göstərmişdir. Mirzəxan Həsən oğlu Hüseynov 1926-cı il mayın 20-də Kürdəmir rayonunun Çarlı kəndində anadan olmuşdur. İlk təhsilini Şamaxı şəhərində almışdır. Müharibə başlananda yaşı çatmasa da könüllü şəkildə hərbi komisarlığına müraciət etmiş və xüsusi komissiya sağlamlığını və istəyini nəzərə alaraq doğum tarixini 1924-cü il olaraq qeyd etməklə onu ordu sıralarına yazmışdır. O, Tbilisi şəhərində 6 aylıq tankçılıq kursu keçmişdir. Kuban şəhərində gedən döyüşlərdə iştirak etmiş və sağ qolundan yaralanmışdır. Müalicə üçün Soçi şəhərində hərbi xəstəxanaya yatırılan Mirzəxan Hüseynov sağaldıqdan sonra yenidən ordu sıralarına qayıtmışdır. Bu dəfə onu 18-ci ordunun sıralarına yazmışlar. Mirzəxan Hüseynovun da içərisində olduğu 18 nəfər Gilinski şəhərinə transfer edilib desant kursuna yollanmışdır. Təlimlər tamamlandıqdan sonra 1943-cü ilin fevralın 4-ü Novorossiski şəhərində yerləşən Semes buxtasına desant göndərilmişdir. Elə ilk gündən bölgədə açıq döyüşlər başlamışdır. Gecə döyüşləri zamanı almanlara qalib gələn dəstə onların pulemyot atış nöqtələrini ələ keçirmişdir. Atışmalar zamanı 6 yerindən yaralanan Mirzəxan Hüseynov yenidən Soçi şəhərinə xəstəxanaya göndərilmişdir. 6 aylıq müalicə dönəmi sonrası 1943-cü ilin dekabrında ordudan tərxis olunmuşdur. Tərxis olunduqdan sonra Şamaxı şəhərinə qayıtmışdır. Müharibə dövründə göstərdiyi rəşadətə görə I və II dərəcəli Vətən müharibəsi ordeni ilə təltif olunmuşdur. Müharibədən sonra müəllimliyə başlamışdır. Şamaxı rayonu Xınıslı kəndinin ibtidai məktəbinin direktoru vəzifəsində çalışmağa başlayır. Ardınca Sis kəndində eyni vəzifədə işləmişdir. Bundan sonra onu Şamaxı partiya təşkilatının qərarı ilə Bakıda yeni açılmış hüquq məktəbinə təhsilə göndərmişlər. Mirzəxan Hüseynov təhsilini başa vurduqdan sonra Naxçıvan Muxtar Respublikasının Culfa rayonu 1 saylı Xalq Məhkəməsinə xalq hakimi təyin edilmişdir. 1949-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun coğrafiya fakültəsinə qəbul olmuş və 4 il sonra təhsilini başa vurmuşdur. Təhsilini bitirdikdən sonra Saatlı rayonuna təyinat almış və Mərzəli kənd məktəbində direktorluğa başlamışdır. Bunun ardınca isə Krasnoselski məktəbində eyni vəzifədə çalışmağa başlamışdır. Növbəti təyinatını Nərimankənd məktəbinə alan Mirzəxan Hüseynov buradakı uğurlu fəaliyyəti nəticəsində bu orta məktəb iki dəfə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin iştirakçısı olmuşdur. Pedaqoji fəaliyyətiylə yanaşı partiya sıralarında da aktiv rol oynayan Mirzəxan Hüseynov 1965-ci ildən başlayaraq hər il yerli xalq deputatları sovetinə üzv seçilmişdir. 1971-ci ildə pedaqoji fəaliyyətinə görə ona Respublikanın “Qabaqcıl maarif xadimi” nişanı verilmişdir. 1973-cü ildə “Sosializm yarışının qalibi”, 1974-cü ildə “Əmək veteranı”, 1985-ci ildə “Maarif əlaçısı”, yenə eyni ildə SSRİ Mədəniyyət Nazirliyinin medalı və nişanlarıyla təltif edilir. 1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü olmuşdur. 1998-ci ildə keçirilən Respublika Müəllimlərinin Qurultayında nümayəndə kimi iştirak etmişdir. Uzun müddət Saatlı rayon Veteranlar Təşkilatının sədri olmuşdur. Mirzəxan Hüseynov kimi qəhrəmanların müharibədən sonrakı illərdə göstərdikləri xidmətlər, yalnız döyüş meydanında qazandıkları zəfərlərlə deyil, eyni zamanda vətənə olan sədaqət və fədakarlıqları ilə də yaddaşlarda əbədi olaraq qalacaq. Bu qəhrəmanların ömür yolu unudulmaz, çünki onların göstərdiyi fədakarlığı və Vətənə olan sonsuz sevgi, zamanla silinməyən iz buraxmış. Hər bir qəhrəmanımız, adını tarixə yazdıraraq gələcək nəsillərə örnəyə çevrilmişdir.
Read more
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov polkovnik Şamil Süleymanovu 90 illik yubileyi münasibətilə təbrik edib.
Read more
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "X" platformasındakı paylaşımında İrəvanın Azərbaycanın daxili işlərinə qarışmaq siyasətini tənqid edib. Hikmət Hacıyev qeyd edib ki, Ermənistan Bakıda erməniəsilli şəxslərlə bağlı keçirilən məhkəmə prosesindən narahatdır. Prezidentin köçməkçisi qeyd edib ki, İrəvan “məhkəmə prosesinə qarşı lazımsız təbliğat aparmaq əvəzinə, Ermənistan hökuməti, keçid ədalətinin bərpası və regionda davamlı sülhün təmin edilməsi üçün ədliyyə prosesi ilə əməkdaşlıq etməlidir”. Mövzu ilə bağlı Veteran.gov.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, Ermənistanın Hikmət Hacıyevin məlum çağırışından nəticə çıxarmalı olduğunu bildirib: “Ermənistan hakimiyyəti bəlli bir müddətdir ki, Bakıda erməni cinayətkarları ilə bağlı keçirilən məhkəmə prosesini gözdən salmağa, bu prosesin obyektivliyini şübhə altına almağa çalışır. İrəvan yaxşı bilir ki, məhkəmə zamanı təqsirləndirilən şəxslərin verdiyi hər bir ifadə onların qanlı əməllərini bir daha ifşa edəcək, Paşinyan rejimi üçün hüquqi məsuliyyət yaradacaq. Buna görə də Ermənistan şəffaf və obyektiv keçirilən məhkəmə prosesi haqqında həqiqətdən uzaq fikirlər formalaşdırmağa cəhd edirlər. Bu isə hörmətli Hikmət Hacıyevin də qeyd etdiyi kimi, Azərbaycanın daxili işlərinə qarışmaq, ictimai rəydə yanlış fikir formalaşdırmaq cəhdidir. Ermənistan beynəlxalq hüquqla yasaqlanan bu cür müdaxilələrdən əl çəkməli, Bakıdakı məhkəmə prosesi əleyhinə təbliğat aparmağı dayandırmalıdır. Bununla yanaşı, İrəvan vaxtiylə Azərbaycana qarşı ağır cinayətlərə yol verən şəxsləri də ölkəmizə təhvil verməli, onları himayə etməkdən imtina etməlidir. Söhbət ilk növbədə Sərkisyan, Köçəryan, Ohanyan və s. kimi şəxslərdən gedir. Xatırladaq ki, onların bir çoxu öz cinayətlərini mediaya verdikləri müsahibələrdə açıq etiraf ediblər. Belə olan halda həmin şəxsləri himayə etmək, bu şəxsləri Azərbaycana verməmək cinayətkarlarla həmrəylik sərgiləmək, onların cinayətinə haqq qazanmaqdan başqa bir şey deyil. Belə bir mövqe isə Ermənistanın beynəlxalq hüquqdan uzaq olduğunu göstərməklə yanaşı, Cənubi Qafqazda sülh və təhlükəsizlik üçün də ciddi təhdiddir. Buna görə də İrəvan həqiqətən də sülhə hazır olduğunu göstərmək istəyirsə, ilk növbədə xalqımız qarşısında ağır cinayətlər törədən bu şəxsləri Azərbaycana təhvil verməli, bununla da ədalət və hüquqa hörmət etdiyini isbatlamalıdır”. Seymur ƏLİYEV
Read more
Bugünlərdə gənc tarzən Fərid İmranlı yeni və maraqlı ifası ilə diqqət çəkib. Fərid İmranlının ifa etdiyi “Azərbaycan maralı” mahnısı sosial şəbəkələrdə böyük marağa səbəb olub. Veteran.gov.az həmin ifanı oxuculara təqdim edir. Xatırladaq ki, Fərid İmranlı bugünə qədər keçirilən bir çox müsabiqənin laureatıdır.
Read more
Azərbaycan qadınları tarix boyunca cəmiyyətin inkişafında, dövlətçilik ənənələrinin qorunub saxlanılmasında, mədəniyyətin və elmin yüksəlişində mühüm rol oynayıb. Qadınlarımızın fədakarlığı və əzmkarlığı onların cəmiyyətimizin ayrılmaz bir hissəsinə çevrildiyini göstərir.Tarixi mənbələr və dastanlar sübut edir ki, Azərbaycan qadınları təkcə ana kimi deyil, həm də dövlət quruculuğunda, siyasi və hərb sahəsində fəal iştirak etmişlər. “Kitabi-Dədə Qorqud” dastanında qadınların cəsarət və şücaəti təsvir edilmiş, Tomris, Möminə Xatun, Sara Xatun kimi qadın liderlər öz müdriklikləri ilə dövlət idarəçiliyində mühüm rol oynamışlar.Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlarımızın seçib-seçilmək hüququ əldə etməsi isə Şərq dünyasında bir ilk idi. Bu, qadınlarımızın ölkəmizin ictimai-siyasi həyatında daha fəal iştirakına yol açdı. Sürətlə maariflənən qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar.Keçmişin unudulmaz səhifələrində möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də cəmiyyətin inkişafına fədakarcasına xidmət edirlər. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınlarının mədəni və intellektual potensialından xəbər verir.Qadın siyasəti və hüquqları bu gün dövlətimiz üçün prioritetdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları var, bütün bu proseslər də öz növbəsində ictimai-siyasi həyatın bütün sahələrində gender siyasətinin güclənməsinə gətirib çıxarıb.1995-ci ildə keçirilmiş IV Ümumdünya Qadın Konfransında Azərbaycan Pekin Bəyannaməsi və Fəaliyyət Platformasını qəbul etmişdir. Platformanın əsas məqsədi qadınların siyasi, iqtisadi və sosial vəziyyətlərinin yaxşılaşdırılmasıdır. Pekin Bəyannaməsi və Fəaliyyət Platforması bütün dünya qadınlarının hüquqlarının qorunacağını, sülhə və gender bərabərliyinə nail olmaq üçün inkişaf proseslərində yaxından iştiraklarına mane olan amillərin aradan qaldırılacağını bəyan etmişdir.Müstəqil Azərbaycanın dövlət siyasətinin prioritetlərindən biri qadın hüquqlarının qorunması və onların ictimai-siyasi, iqtisadi sahələrdə daha geniş təmsil olunmasıdır. Ulu Öndər Heydər Əliyev qadınların cəmiyyətin müxtəlif sahələrində fəal iştirakını təşviq edən mühüm qərarlar imzalamış, onların idarəçilikdə yer almasını dəstəkləmişdir.Heydər Əliyev ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırmış, onların hərtərəfli fəaliyyətinə hərtərəfli şərait yaratmışdır. Ölkəmizdə dövlət səviyyəsində gender siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev hər zaman qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı.Prezident İlham Əliyevin rəhbərliyi ilə gender siyasəti yeni meyarlarla zənginləşdirilib, qadınların ictimai və dövlət idarəçiliyində rolu daha da artırılıb. Milli Məclisdə qadın deputatların sayının hər çağırışda artması, dövlət və özəl sektorda qadınların mühüm vəzifələrə təyin olunması bu siyasətin uğurla davam etdiyini göstərir.Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva uğurlu fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə qadınların nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Onun təşəbbüsü ilə həyata keçirilən humanitar layihələr ölkəmizə yeni dostlar qazandırır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxsaylı böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınlarının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.Bu gün Azərbaycan qadınları təhsil, elm, səhiyyə, incəsənət və idman sahələrində mühüm uğurlar qazanır. Onların uğurlarını daha da artırmaq üçün dövlət tərəfindən mütəmadi olaraq yeni proqram və təşəbbüslər həyata keçirilir. Bu istiqamətdə hər zaman dövlətimizin dəstəyi davam edəcəkdir. Məşhur MəmmədovMilli Məclisin deputatı
Read more
Veteran.gov.az xəbər verir ki, Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Xocalı soyqırımı haqqında həqiqətlərin Özbəkistan ictimaiyyətinə daha yaxından çatdırılması məqsədilə özbək dilində sənədli film hazırlanaraq, bu ölkənin ən populyar Kun.uz xəbər portalının “Youtube” kanalında izləyiçilərə təqdim olunub. “Xocalı soyqırımı-bəşər tarixinin qanlı səhifəsidir” adlı filmdə Xocalı hadisələrinin XX əsrin ən böyük faciəsi kimi tarixə yazıldığı, faciə zamanı yüzlərlə dinc sakinin erməni silahlı qüvvələri tərəfindən vəhşicəsinə qətlə yetirildiyi, dözülməz işgəncələrə məruz qaldığı və doğma yurd-yuvalarından didərgin düşməyə məcbur edildiyi bildirilir. Bundan başqa, faciənin başvermə səbəbi kimi Ermənistanın tarixən Azərbaycana qarşı ərazi iddiaları irəli sürərək, torpaqlarımızı işğal etmək və soydaşlarımıza qarşı soyqırımı törətmək siyasəti yürütməsi göstərilib. Qeyd edilir ki, Azərbaycan 30 ilə yaxın işğal altında olan torpaqlarını azad edib, Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunan Xocalı şəhərində və digər torpaqlarda Azərbaycanın Dövlət bayrağını dalğalandırıb. Sənədli filmdə 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin blokada şəraitində olan köməksiz bir şəhərə - Xocalıya ağır texnika, tank və iriçaplı silahlarla hücuma keçdiyi, Xocalı soyqırımının XX əsrin sonlarında yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ağır cinayət kimi tarixə düşdüyü qeyd olunur. Bildirilir ki, 7 min əhalisi olan Xocalı o gecə yerlə yeksan olundu, qocaları, qadınları, uşaqları nəzərə almadan hamını qırdılar. Faciə zamanı amansızlıqla öldürülənlər, yaralananlar, itkin düşənlər haqqında məlumat verilir, vurğulanır ki, bu qırğında 106 qadın, 63 uşaq, 70 qoca qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Həmin gün 1275 nəfər əsir götürülüb, 150 nəfərin taleyi haqqında hələ də heç bir məlumat yoxdur. Ermənistan ordusunun və keçmiş SSRİ-nin 366-cı alayının Xocalını hədəf seçməkdə məqsədlərindən biri də şəhərin strateji mövqeyi, tarixi-mədəni və sosial əhəmiyyəti idi. Xocalının məhvi, əhaliyə qarşı soyqırımın törədilməsi əvvəlcədən planlaşdırılan işğalçılıq siyasəti olub. Qeyd edilir ki, 2008-ci ildən başlayaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması məqsədilə “Xocalıya ədalət!” adı altında möhtəşəm, genişmiqyaslı beynəlxalq informasiya kampaniyası aparılır. “Xocalı soyqırımı-bəşər tarixinin qanlı səhifəsidir” adlı filmlə aşağıdakı linkə daxil olaraq izləyə bilərsiniz: https://www.youtube.com/watch?v=kx62tH1bBgE&rco=1
Read more
Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı təbrik edib. Təbrik məktubunu oxucuların diqqətinə çatdırırıq:
Read more
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib. Veteran.gov.az-a daxil olan təbrik məktubunda deyilir: “Hörmətli xanımlar! Sizi 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm. Bu gün biz müstəqil Azərbaycan dövlətinin vətəndaşı olaraq tariximizin hər səhifəsinə diqqət yetirir, hörmət və ehtiramla yanaşırıq. Siz Azərbaycan qadınları xalqın gücü və ruhunun yenilməz olduğunu sübut etmiş, cəsarət simvolu olaraq qəlbimizdə dərin yer tutmusunuz. Ümummilli Liderimiz Heydər Əliyev və onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin ictimai-siyasi həyatında, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, xalqımızın milli əxlaqi dəyərlərinin qorunmasında qadınların müstəsna rolunu hər zaman yüksək qiymətləndiriblər. Bu gün də qadınlarımız ölkəmizin elmi-mədəni, ictimai-siyasi həyatında aktiv iştirak edir ki, bu da hər birimizdə qürur doğurur. Sizi bir daha Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, sizə xoşbəxtlik, cansağlığı, uzun ömür arzulayiram”.
Read more
4 mart 2025-ci il tarixində Şirvan Şəhər İcra Hakimiyyətinin və Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir keçirilib. Bu barədə Veteran.gov.az Şirvan Şəhər İcra Hakimiyyətinin rəsmi saytına istinadən məlumat verir. Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin və idman məktəblərinin kollektivləri, veteran və gənc idmançılar iştirak ediblər. Tədbirdə əvvəlcə şəhərin mərkəzi meydanında ucalan Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, əziz xatirəsi ehtiramla anılıb. Sonra şəhərin yeniyetmə və gənc idmançılarının idmanın müxtəlif növləri üzrə nümunəvi çıxışları izlənilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov idmançıları və idmansevərləri 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edib, idmanın inkişafında və gələcək yarışlarda onlara uğurlar arzulayıb. Qeyd edib ki, ölkəmizin idman sahəsində qazandığı yüksək nəticələrin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Qabaqcıl idman ölkələrindən biri olan Azərbaycanın hazırda beynəlxalq Olimpiya hərəkatının fəal üzvlərindən biri olduğunu vurğulayıb. Bildirib ki, bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, idmançılara göstərilən diqqət və qayğı, ölkəmizdə ən yüksək standartlara cavab verən mükəmməl idman infrastrukturu qarşıdakı illərdə daha böyük nailiyyətlərin qazanılacağına güclü zəmin formalaşdırır. Sonra çıxış edən Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin rəisi Aydın Yusifov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə bütün idman ictimaiyyətini təbrik edib, ölkəmizdə idmana olan dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən, idman və bədən tərbiyəsinin inkişafı, kütləviliyin təmin edilməsi məqsədilə görülən işlərdən danışıblar. Daha sonra bir qrup idmançı və məşqçi-müəllimlər idman sahəsində qazandığı nailiyyətlərə və şəhərin ictimai həyatında fəal iştirakına görə Fəxri Fərman və Təşəkkürnamələrlə təltif olunub. Sonda idmançılarla xatirə şəkli çəkilib. Seymur ƏLİYEV
Read more
Veteran.gov.az xəbər verir ki, “Qızıl Aypara 105 il şagirdlərin gözü ilə” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb. Müsabiqə ilə bağlı videoxülasəni oxucuların diqqətinə çatdırırıq.
Read more
Veteran.gov.az xəbər verir ki, Cəlilabad Rayon Veteranlar Təşkilatı şəhid Mübariz İsayevin mövlud günündə onun 50 yaşının tamam olması ilə bağlı tədbir keçirib. Qarabağ müharibəsində itkin düşmüş şəhidimiz yaşasaydı, mart ayında 50 yaşı tamam olacaqdı. Şəhid Mübariz İsayevin doğulduğu Üçtəpə kəndində təşkil olunan tədbirdə şəhidin doğmaları, şəhid ataları, qazilər, tanınmış ziyalılar, əmək və müharibə veteranları, rayon İcra Hakimiyyəti və ictimaiyyət nümayəndələri ilə yanaşı qonşu rayonlardan gəlmiş qonaqlar da iştirak edibllər. Tədbirdən öncə torpaqlarımızın azadlığı uğrunda canlarnı fəda etmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub. Rayon Veteranlar Təşkilatının sədri, şair-jurnalist Ədalət Salman tədbiri giriş sözü ilə açaraq şəhid Mübariz İsayevin həyat və döyüş yolundan danışıb. Qeyd edib ki, 1975- ci ilin mart ayında dünyaya göz açan Mübariz İsayev orta məktəbi bitirdikdən sonra 1993-cü ildə torpaqlarımızın müdafiəsi uğrunda mübarizəyə qoşulub. Füzulinin Seyfəli ərazisində hərbi təlim keçdikdən sonra Murovdağ istiqamətində gedən döyüşlərdə şücaət göstərib, canından artıq sevdiyi Vətən yolunda şəhadətə ucalıb. Rayon İcra Hakimiyyətinin şöbə müdiri Füzuli Cəfərov, AYB Lənkəran bölməsinin sədri, yazıçı-dramaturq Qafar Cəfərli, Qarabağ qaziləri İctimai Birliyinin rayon filialının rəhbəri Maşallah Əliyev, şəhid atası Fuad Vəlişov, rayon Bələdiyyələri Əlaqələndirmə Şurasının sədri Əmrah Quluyev, RİH-nin Üçtəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Hafis Əliyev, Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin rayon şöbəsinin sədri Asəf İsmayılov, Prezident təqaüdçüsü Əfrahim Abbas, ADPU-nun Cəlilabad filialının baş müəllimi Ələsgər Mirzəzadə, şəhidin müəllimi olmuş Sakit Kazımov, bədii qiraətçi Tarix Vüsallı və başqaları çıxış edərək torpaqlarımızın azadlığı və ölkəmizin suverenliyi uğrunda mərdlik göstərmiş igidlərimizin qəhrəmanlıqları ilə qürur hissi keçirdiklərini bildiriblər. Dövlətimiz və xalqımız tərəfindən şəhidlərimizin əziz xatirəsinin həmişə ehtiramla yad olunduğunu xüsusi vurğulayıblar. Şəhidin qardaşı Sakit İsayev tədbirin keçirilməsinə görə rayon Veteranlar Təşkilatına və tədbir iştirakçılarına minnətdarlıq edib. Tədbirdən sonra şəhidlərimizin xatirəsinə düzəldilmiş abidənin önünə güllər qoyulub və şəhidlərimizin ruhuna dualar oxunub. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Read more
Azərbaycan xalqının ümummilli lideri, dahi siyasətçi Heydər Əliyev Azərbaycan qadını haqqında belə bir müdrik fikir söyləyib: “Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi, millətinə, torpağına olan hədsiz məhəbbəti və gözəlliyilə, Azərbaycan xalqının xüsusiyyətləri ilə tanınıb”. Türk etnosunun yaratmış olduğu ən qədim yazılı kitabə olan “Kitabi-Dədə Qorqud”da qadın, ana hüquqları Tanrı səviyyəsinə qaldırılır. Ulu Tanrıdan sonra ikinci yaradıcı ana hesab edilir. Azərbaycan xalqı tarixən özünəməxsus dəyərlərə, adət-ənənələrə bağlı olan yüksək zəkalı, nəcib və xeyirxah xanımları ilə qürur duymuş,ana adını uca tutub, qadına dərin hörmət və ehtiramla yanaşıb. Fitri istedadı, müdrikliyi və iradəsi ilə seçilən qadınlarımız tarixin ən müxtəlif dönəmlərində səmərəli fəaliyyət göstərərək, xalqımızın taleyüklü məsələlərinin həllinə öz sanballı töhfələrini veriblər. Azərbaycan qadını azad, dövlət işlərində kişilərlə bərabərhüquqlu iştirak etmək, seçki, əmək hüququna malik olmaq, yüksək təmsil olunmaq kimi hüquqlara nail olmaq yolunda keşməkeşli bir həyat yaşayıbdır. Şərqdə ilk dəfə seçki hüququnu məhz Azərbaycan qadınının qazanması asan əldə olunmamış və bu yolda heç bir qüvvə mərd, mübariz Azərbaycan qadınını qələbə əzmindən döndərə bilməmişdir. Azərbaycan qadınının inkişafı, onun təhsili, cəmiyyətin bütün sahələrində yüksək təmsilçiliyi, xürafat və cəhalətdən qorunması, onların dövlət idarəçiliyinə cəlb olunması kimi problemlər hələ sovet dövründə Heydər Əliyevi düşündürən ən aktual məsələlərdən biri olmuşdur. Yetmişinci illərdə Azərbaycan qadınları ölkənin qanunvericilik orqanlarında irəli çəkilməyə, əməyinin, ağlının təkcə istehsalat üçün yararlı olmayıb, yüksək kürsülərə layiq olduğunu sübut edirdisə, əsrin sonlarında onlar dünya qadın hərəkatının aparıcı qüvvələri kimi hərəkət edir, kişilərlə bərabər hüquq qazanmaq, öz iradəsini, bilik və düşüncəsini dövlətin – ölkənin idarəetmə və qanunvericilik sahəsinə tətbiq etməyə çalışırdılar. Əslində, Azərbaycanda qadın hərəkatı dedikdə XIX əsrin ortalarından başlayan maarifçilik fəaliyyəti, 1905-ci il inqilabından sonrakı yüksəliş başa düşülürsə, ictimai və siyasi iştirakçılıq baxımından bu tarixi uğur və nailiyyət Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi həm birinci və həm də ikinci dövrə təsadüf edir. Respublikamızda Ulu Öndərimizin rəhbərliyi ilə keçirilən qadın qurultayları isə Azərbaycanda qadın hərəkatının dünya qadınlar birliyinə inteqrasiya yolunda böyük üfüqlər açıb. Azərbaycanda qadın hərəkatının təşəkkül tapmasında, Azərbaycan qadınının uğurlarının təməlində Ümummilli lider Heydər Əliyevin qadın siyasəti amili dayanır. Dövlət başçısı qadın problemlərinin dövlət səviyyəsində həlli üçün mühüm fərman da imzalamışdır. 1998-ci ildə Qadın problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Komitə qadın hüquqlarının müdafiəsi istiqamətində əhəmiyyətli işlər görmüş, tədbirlər həyata keçirmişdir. Heydər Əliyevin iştirakı ilə elə həmin ildə Azərbaycan Qadınlarının I Qurultayı, 2003-cü ildə isə II qurultayı baş tutmuşdur. Dünyanın müxtəlif ölkələrindən dövlət və cəmiyyət həyatında xidmətləri olan tanınmış qadınlar bu qurultaylarda iştirak edirdilər. Qadınlarımız bu qurultayla demokratik cəmiyyətdə qadın hərəkatının əsasını qoymuşdular. Şərəfli tarixi keçmişi olan Azərbaycan qadın hərəkatı Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti sayəsində inkişaf dövrünü yaşamışdır. Onun Azərbaycanın siyasi rəhbərliyində olduğu bütün dönəmlərdə qadınlar daim diqqət və ehtiramla, məhəbbətlə əhatələnmişdir. Heydər Əliyev 15 sentyabr 1998- ci ildə keçirilən Azərbaycan Qadınlarının I Qurultayında iştirak edən şəhid analarına öz hörmət və ehtiramını bildirmişdir. Qeyd etmişdi ki, Azərbaycan qadınları Azərbaycan ordusunu daha da gücləndirmək , inkişaf etdirmək, daha da qüdrətli etmək üçün bundan sonra da gözəl insanlar yetişdirəcək, o insanlar tərbiyəli, vətənpərvərlər olacaqlar. Məhz unudulmaz dövlət rəhbərimizin sonsuz qayğısının, diqqətinin bariz ifadəsidir ki, Azərbaycan qadınları artıq bütün dövlət idarəçilik strukturlarında, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etməklə, yüksək səviyyədə təmsil olunurlar. Bu gün ölkəmizdə beynəlxalq standartların tələblərinə cavab verən dövlət qadın siyasətinin formalaşmasını, hətta ən mötəbər beynəlxalq təşkilatlar da təsdiqləyir. Artıq respublikamızda da qadın hüquqları, qadın hərəkatı və gender siyasəti təhsil müəssisələrində tədris edilməklə dərindən öyrənilir və elmi tədqiqat obyekti kimi tədqiq edilir. İllər keçəcək, əsrlər və qərinələr bir-birini əvəz edəcək, Azərbaycan qadını daim ölkəmizdə əzəmətli qadın hərəkatına görə müasir Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət, əvəzolunmaz dövlət rəhbəri, gözəl insan, dünya şöhrətli siyasətçi Heydər Əliyevi ehtiramla yad edərək ona daim minnətdar olacaqdır. Müstəqil respublikamızda qadın hüquqları bu gün də etibarlı şəkildə qorunur, yüksək səviyyədə müdafiə edilir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2006-cı il 6 fevral tarixli sərəncamı gender sahəsində vahid dövlət siyasətini həyata keçirən komitənin adı dəyişdirilmiş, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimi yenidən formalaşdırılmışdır. Bu təşkilatın ümumən Cənubi Qafqazda gender sahəsində fəaliyyət göstərən yeganə dövlət strukturu olduğu da xüsusi qeyd olunmalıdır. Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü əsasında 2006-cı ilin dekabrında Milli Məclisdə qəbul olunmuş "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikasının Qanunu da bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Qanunda gender balansının qorunması ilə bağlı hüquqi tənzimləmə mexanizmi öz əksini tapmışdır. Qanunun əsas məqsədi kişi və qadınların ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanların təmin edilməsi və cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasıdır. Qanun gender bərabərliyinin təmin edilməsi ilə bağlı dövlət siyasətinin əsas istiqamətlərini və vəzifələrini müəyyən etmişdir. Bütün bunlar Azərbaycan qadınının ictimai-siyasi fəallığını artırır, cəmiyyətimizin inkişafı, dövlət quruculuğu prosesində onların rolunu gücləndirir. Qadınlar bütün tarixi dövrlərdə ictimai həyatda fəal iştirak edərək, cəmiyyətimizin inkişafına öz töhfələrini vermişlər. Onların arasında görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimlər vardır. Qadınların cəmiyyətdəki yeri və rolunun mühüm göstəricisi onların müxtəlif dövlət vəzifələrini tutmaları və ümumiyyətlə, aktiv əmək fəaliyyəti ilə məşğul olmalarıdır. Hal-hazırda qadınlarımız dövlətin yaratdığı bütün imkanlardan istifadə edirlər. Sərbəst təhsil almaqla, fiziki hazırlıqlarını inkişaf etdirməklə, peşəkarlıq səviyyələrini artırmaqla yanaşı qadınlar həm də, ictimai-siyasi proseslərdə fəal iştirak edərək cəmiyyətin qurucusuna çevrilirlər. Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Fəxrlə deyə bilərik ki, onun simasında dünya dövlətlərinə dərin bilik və intellekt sahibi olan gözəl ziyalı, peşəkar siyasətçi, humanist Azərbaycan qadını obrazı təqdim olunur. Mehriban xanımın gördüyü işlərin mühüm göstəricisi Heydər Əliyev Fondunun timsalında əks olunub. Heydər Əliyev Fondu Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə Ümumilli Lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrın reallaşmasını və digər mühüm işlərin icrasını təmin edir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir. O, Ali Baş Komandan, Prtezident İlham Əliyevin ən yaxın silahdaşı kimi, Azərbaycanın inkişafı, daha da güclü və qüdrətli dövlət olması üçün əlindən gələni əsirgəmir. Bu gün müasir Azərbaycanda qadın hərəkatının inkişafında torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş qadınlar, bütün şəhid anaları və xanımları, döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların ömür-gün yoldaşları, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarının da rolu danılmazdır. Çünki qəhrəman analarımızın sağlam ruhda böyüdüb boya-başa çatdırdığı övladları 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edərək, Azərbaycanın ərazi bütövlüyünü təmin etdilər. Bu gün biz şəhidlərimizə, qazilərimizə nə qədər borcluyuqsa, bir o qədər də onları əsl qəhrəman kimi böyüdən analara borcluyuq. Yasamal rayon Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi Mustafayeva Arifə Akif qızı
Read more