Latest news

Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının əbədi lideri və xilaskarıdır. Xalqımız Ulu Öndəri, onun tarixi xidmətlərini heç vaxt unutmayacaq. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətləri unudulmazdır və bu xidmətlər hər zaman xalqımız tərəfindən minnətdarlıq hissi ilə xatırlanacaq: “Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, dövlətimizin güclənməsi, erməni işğalının genişlənməsinin qarşısının alınması, ölkəmizin iqtisadi qüdrətinin artması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev öz müdrik siyasəti ilə xalqımızın, dövlətimizin həyatında prinsipial rol oynayıb. Ulu Öndərin milli dövlətçiliyin möhkəmlənməsi, təhlükəsizliyimizin təmin edilməsi istiqamətindəki ən mühüm xidmətlərindən biri isə nizami ordunun formalaşdırılmasıdır. Çünki məhz vahid komandanlıq sisteminin tətbiqi, peşəkar hərbi kadrların hazırlanması, ordunun müasir hərbi texnika ilə təmin edilməsi Ermənistanın işğalının genişləndirilməsinin qarşısını aldı. Düşmən öz işğalçılıq planlarını sona qədər həyata keçirə bilmədi. 1994-cü ildə Heydər Əliyev “Əsrin müqaviləsi” adlı nəhəng neft müqaviləsinin imzalanmasına nail oldu. Bu da Azərbaycan neftinin dünya bazarına çıxışını təmin etməklə yanaşı, dövlət büdcəmizə böyük maliyyə vəsaitlərinin daxil olmasına imkan verdi. Nəticədə, ordumuzun maddi-texniki təchizatının yaxşılaşdırılması, müdafiə qabiliyyətimizin güclənməsi üçün əlverişli zəmin formalaşdı. Bu gün Azərbaycan xalqı öz böyük liderinin 19-cu ildönümünü, Anım Gününü minnətdarlıq hissi ilə yad edir. Azərbaycanın hər bir vətəndaşı anlayır ki, onun bugünkü firavanlığının kökündə Heydər Əliyev faktoru dayanır. Məhz Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycan xalqının rifahını, sosial ədaləti, təhlükəsizliyimizi təmin edib. Biz bütün bunlara görə Ulu Öndər Heydər Əliyevə, onun memarı olduğu dövlətçilik ənənəsinə borcluyuq”. “Biz Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq Heydər Əliyevi sevgi və minnətdarlıq hissi ilə yad edir, veteranlar olaraq ona öz sonsuz ehtiramımızı bildiririk. Heydər Əliyevin müqəddəs xatirəsi hər birimizin qəlbində əbədi yaşayacaq və dövlətimizin çiçəklənməsi uğrunda fəaliyyətimizdə bizim üçün ən böyük stimul olacaq”, - deyə Cəlil Xəlilov vurğulayıb.
Read more

Veteran.gov.az xəbər verir ki, bu gün Anım Günü ilə əlaqədar olaraq Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşları polkovnik Cəlil Xəlilovun rəhbərliyi altında Ulu öndərin məzarını ziyarət edib, abidə önünü əkil və gül dəstələri qoyublar. Veteranlar Ulu öndərin ruhuna dualar oxuyub, onun Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərini minnətdarlıq hissi ilə yad ediblər. Veteranlar akademik Zərifə xanım Əliyevanın də məzarını ziyarət edib, görkəmli oftalmoloqun məzarı üstünə gül dəstələri qoyublar.
Read more
“Azərbaycan və Türkiyənin “Qardaş yumruğu” adlı birgə hərbi təlimləri anti-türk qüvvələrinə hərbi-siyasi mesajdır”. Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu təlimlər Azərbaycan və Türkiyə arasında genişlənən hərbi əməkdaşlıq əlaqələrini əks etdirməklə yanaşı, həm də hər iki dövlətin regiodna sülh və təhlükəsizliyin təminində nə qədər qərarlı olduğunu göstərir: “Təbii ki, “Qardaş yumruğu” təlimi hər şeydən öncə Azərbaycanla Türkiyə arasında hərbi sahədə genişlənməkdə olan əlaqələri əks etdirir. Bu təlimlər göstərir ki, iki dövlət arasında hərbi əməkdaşlıq sürətlə genişlənməkdə, mahiyyət etibarı ilə yeni mərhələyə qədəm qoymaqdadır. Bu təlimlər həm də Azərbaycan və Türkiyənin bölgədə sülh və sabitliyi təmin etməkdə nə qədər qərarlı və qətiyyətli olduğunu göstərir. Azərbaycan və Türkiyə bu təlimlərə göstərir ki, əgər kimsə, hansısa bir qüvvə bölgədə gərginlik yaratmaq, sabitlik üçün təhlükə törətmək, türk dünyasının maraqları əleyhinə hərbi müstəvidə hər hansı addım atmaq istəyərsə, o zaman qarşısında “Qardaş yumruğu”nu görəcək. Bu baxımdan, hər kəs bu təlimlərdən lazımi nəticə çıxarmalı, Azərbaycan və Türkiyəyə qarşı təxribatlardan çəkinməlidir. Bundan dərs çıxarmayaraq təxribata cəhd edənlər, ən sərt şəkildə cavablarını alacaqdır”.
Read more
Veteran.gov.az xəbər verir ki, Respublika Veteranlar Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin əməkdaşları - şöbə müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 2 dekabr 2022-ci il tarixində Nəsimi rayonunda Beynəlxalq Əlillər Günü ilə bağlı tədbirdə iştirak ediblər. Tədbirdə Nəsimi rayon VT-nin sədri Validə Vəliyeva,”Dovlət və Qanun ”qəzetinin Baş redaktoru, AJB üzvü Yasəmən Möhübbətqızı, qazilərdən Quluyev Xəyyam, Qasımov Şəhriyar və digər qonaqlar iştirak edib. Tədbiri Nəsimi rayon VT-nın sədri Validə Vəliyeva açıb. Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sorna çıxış edən Adil Haqverdiyev Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarovanın və sədr müavini, polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarıa çatdırıb. Polkovnik Adil Haqverdiyev 3 Dekabr - Beynəlxalq Əlillər Günü ilə bağlı RVT-nın keçirdiyi sağlamlığını itirmiş qazilərlə görüşdən söz açıb. Onların hər zaman dovlətin diqqtində olduğunu vurğulayıb: “Torpaqlarımızın düşmən tapdağından azad edilməsində öz sağlamlıqlarını itirmış qazilərimizin qarşısında baş əyirəm. Uca Allahdan şəhidlərimizə rəhmət,q azilərimizə cansağlığı arzulayıram”. RVT HİK –nin sədri Nəbi Hacıyev rəhbərlik etdiyi qurumun əllilyi olan veteranlara göstərdiyi xidmətlərdən danışıb, bir neçə tədbir iştirakçılarına Heydər Əliyev Sarayında keçiriləcək “Gələcəyə İşıqlı Yollar” adlı konsertdə iştirak etmək üçün konsert bileti təqdim edib. Əmək veteranı Yasəmən Möhübbətqızı əlillərə yaradılan dövlət qayğısından bəhs edib. Dövlət qayğısını həyata keçirməli olan qurumların bu sahəyə məsuliyyətlə yanaşdıqlarını, əlillərin istirahəti, müalicəsi,evlə, işlə təminatı ilə ciddi məşğul olduqlarını qeyd edib. Tədbirdə Birinci Qarabağ Müharibəsi veteranları, ATU-nin dosenti Əməkdar Həkim Taryel Eyvazov və İbrahim Dağlı RVT-nin medalları ilə təltif ediliblər. Tədbir çay süfrəsi ətrafında davam edib, xatirə şəkli çəkilib.
Read more
Cəlilabad Rayon Veteranlar Təşkilatı Qarabağ Qaziləri ictimai birliyinin Cəlilabad filialı ilə birlikdə 3 -Dekabr Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirib. Rayon Veteranlar evində təşkil olunan tədbirdə Cəlilabad rayon icra hakimiyyətinin rəsmiləri əmək və müharibə veteranları ictimai birliklərin nümayəndələri və qələm adamları iştirak ediblər. Tədbirdən öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla anılıb.Rayon Veteranlar Təşkilatının sədri şair yurnalist Ədalət Salman çıxış edərək bildirib ki Beynəlxalq Əlillər Günü bütün dünyada hər il dekabrın 3-də qeyd edilir. Məqsəd ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunması və geniş ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdir. O, ölkəmizdə əlillərin sosial rifahının yaxşılaşdırılması mənzillə təmin olunması üçün dövlətimiz tərəfindən həmişə diqqət və qayğı göstərildiyini xüsusi vurğulayıb.Əmək və müharibə veteranları çıxış edib kövrək təbəqəyə mənsub olan əlillərimizə həssaslıqla yanaşıb onlara hər cür qayğı göstərmək hamımızın müqəddəs borcu olduğunu bildiriblər. Tədbirin sonunda müharibə əlillərindən bir qrupuna rayon Veteranlar Təşkilatının Fəxri Fərmanları təqdim olunub və xatirə şəkilləri çəkilib. Cenubtv.az
Read more

Laçının azad olunması ərazi bütövlüyümüzün təmin edilməsi istiqamətində atılan tarixi addımdır. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Sədr müavini qeyd edib ki, Laçının erməni işğalından azad olması bəzi məqamları ilə böyük əhəmiyyətə malikdir. Laçın 2020-ci ilin 10 noyabr üçtərəfli Bəyanatından sonra – həmin il dekabrın 1-də azad edilib. 44 günlük Vətən müharibəsində darmadağın olunan erməni faşizmi üç rayonu döyüşsüz azad etməyi öhdəsinə götürmüşdü ki, bunlardan da biri Laçın idi. Laçının bir güllə belə atılmadan düşmən tapdağından azad olunması heç şübhəsiz Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi-diplomatik qələbəsi idi. Laçının azad olunması Azərbaycanın sadəcə hərbi müstəvidə deyil, siyasi-diplomatik müstəvidə də söz sahibi olduğunu əməli şəkildə sübut etdi. Bu hadisə bir daha göstərdi ki, Azərbaycan regionun lider dövlətidir və bölgədəki hər dövlət, eləcə də Ermənistan onun iradəsi ilə razılaşmaq məcburiyyətindədir. Polkovnik Laçının hərbi əməliyyatlarsız azad edilməsinin Azərbaycana döyüş itkilərindən qaçmağa imkan verdiyini, bunun da dövlətimizin insan həyatına verdiyi önəminin göstəricisi olduğunu deyib: “Əgər Laçın da digər rayonlarımız kimi döyüşlə alınsaydı, o zaman şübhəsiz ki, düşmənlə yanaşı, biz də müəyyən itkilər verəcəkdik. Laçının dağlıq relyefini, düşmənin bu ərazidə 30 il ərzində formalaşdırdığı müdafiə sistemlərini, minalanmış ərazilərin hədsiz çoxluğunu nəzərə alsaq, deyə bilərik ki, bu itkilərdən yayınmaq mümkün olmayacaqdı. Bu baxımdan, Prezident İlham Əliyevin Laçını döyüşsüz azad etməsi heç bir itki vermədən bu ərazilərə nəzarəti təmin etməyimizə şərait yaratdı. Bu gün Laçında geniş quruculuq işləri həyata keçirilir. Bu isə o deməkdir ki, yaxın gələcəkdə insanlarımız doğma yurdlarına qayıdacaq və onlara bu böyük səadəti yaşadan hər kəsi – şəhidləri, qaziləri, Ali Baş Komandanımızı sonsuzadək əbədi minnətdarlıq hissi ilə xatırlayacaqlar”.
Read moreVeteran.gov.az xəbər verir ki, Milli Qəhrəman Çingiz Qurbanovun atası Salman Qurbanov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilat sədri Fatma Səttarova və sədr müavini polkovnik Cəlil Xəlilovla görüşüb. Görüşdə dövlətimizin şəhid ailələri və qazilərə göstərdiyi diqqət və qayğıdan bəhs edilib, Ali Baş Komandanın bu istiqamətdə atdığı addımların cəmiyyət tərəfindən məmnunluqla qarşılandığı vurğulanıb. Görüşdə milli maraqlarımızın etibarlı müdafiəsi, ölkəmizin daha da inkişafı üçün cəmiyyətin bütün təbəqələrinin, eləcə də veteranların dövlət başçısı ətrafında sıx birləşməsinin zəruriliyi qeyd olunub.
Read moreVeteran.gov.az xəbər verir ki, bu gün Almatı və Bişkek Mərkəzli “TÜRKEL” Yayın Qrupunun prezidenti, Qırğızıstan Respublikasının Əməkdar mədəniyyət xadimi Hökümə Xəlilova və sözügedən yayın qrupunun baş redaktoru, filologiya elmləri namizədi Ramiz Məşədihəsənli Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında qonaq olub. Təşkilat sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilovla görüşən qonaqlar rəhbərlik etdikləri qurumun fəaliyyəti haqqında ətraflı məlumat verib, bu fəaliyyətin bütün türk dünyasının maraqlarına xidmət etdiyini vurğulayıblar. Görüş əsnasında gələcək əməkdaşlıqla bağlı geniş fikir mübadiləsi aparılıb, birgə əməkdaşlığın üqmumi istiqamətləri müəyən edilib. Qeyd edək ki, TÜRKSOY laureatları olan Hökümə Xəlilova və Ramiz Məşədihəsənli həm də Qırğızıstanın “Piramida” televiziya kanalının “Dostluq körpüsü” proqramının aparıcılarıdır və sözügedən proqram türk dünyasındakı dostluq əlaqələrinin daha da inkişaf etdirilməsinə, türk xalqlarına məxsus mədəniyyətlərin, adət-ənənələrin, tarixi həqiqətlərin təbliğinə xidmət edir. Görüşdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat katibi – Veteran.gov.az saytının baş redaktoru Seymur Əliyev, Təşkilati və beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi polkovnik Samir Musayev, yazıçı-publisist, ehtiyatda olan polkovnik-leytenant Azər Hacıbəyli Səlimov da iştirak edib.
Read more