Latest news


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvü Vladimir Vasilyeviç Timoşenkonu “Şöhrət” ordeni ilə təltif edib. Bununla bağlı Veteran.gov.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bu münasibətlə Vladimir Timaşenkonu təbrik edib, həmçinin, dövlət başçısına veteranlara göstərdiyi diqqət və qayğıya görə öz təşəkkürünü bildirib: “Öncə Təşkilatımızın Rəyasət Heyətinin üzvü Vladimir Timaşenkonu “Şöhrət” ordeni ilə təltif olunması münasibəti ilə təbrik edir, ona ictimai-siyasi fəaliyyətində uğurlar arzulayırıq. Vladimir Timaşenkonun “Şöhrət” ordeni ilə təltif edilməsi bir daha dövlət başçımızın veteranlara, ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edən şəxslərə qarşı necə böyük diqqət və həssaslıqla yanaşdığını göstərir. Buna görə bütün veteranlar, o cümlədən Təşkilatımız adından dövlət başçısına öz təşəkkürümüzü bildiririk. Prezidentimizin Vadimir Timoşenkoya verdiyi bu qiyməti ümumilikdə veteranlara, habelə, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına verilən qiymət hesab edirəm. Əminliklə bildirirəm ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Fatma Səttarovanın rəhbərliyi altında dövlət maraqlarımızın müdafiə edilməsi, gənc nəslin vətənpərvərlik tərbiyəsinin güclənməsi, onların milli maraqların müdafiəsinə köklənməsi, Ali Baş Komandanın ətrafında birləşməsi istiqamətindəki fəaliyyətini əzmlə davam etdirəcək, hər zaman dövlət başçısının etimadına layiq olmağa çalışacaqdır”.
Read more
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Vladimir Vasilyeviç Timoşenko “Şöhrət” ordeni ilə təltif edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 24 noyabr 2022-ci il
Read more
Bu gün Silahlı Qüvvələrimiz Azərbaycan dövlətinin təhlükəsizliyinin təminatçısıdır Bakı, 22 noyabr, AZƏRTAC Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev YAP-ın yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə ordu quruculuğu, bu istiqamətdə atılan addımlarla bağlı mühüm fikirlər səsləndirib, tarixi həqiqətlərə toxunub. Güclü ordu quruculuğu Ulu Öndərin əsas vəsiyyəti idi. Hazırda Azərbaycan Ordusu özünü tam təsdiqləyib. Cəmi 44 gün ərzində düşməni məhv edərək tarixi ədaləti, xalqımızın qürurunu bərpa edib. O, bu gün Azərbaycan dövlətinin təhlükəsizliyinin təminatçısıdır. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Prezidentin məlum çıxışını şərh edən Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov Azərbaycan Silahlı Qüvvələrindəki ilk islahatların xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb: “Məhz Heydər Əliyevin rəhbərliyi ilə ötən əsrin 90-cı illərində Azərbaycanda nizami və mərkəzləşdirilmiş ordu yaradılıb, onun silah-sursat, hərbi texnika ilə təchizatı istiqamətində sistemli addımlar atılıb. Ulu Öndər tərəfindən nizami ordunun formalaşdırılması Birinci Qarabağ müharibəsində erməni işğalının genişlənməsinin qarşısını alıb, dövlətimizə düşmənə qarşı uğurla mübarizə aparmaq imkanı verib. Heydər Əliyevin ən böyük xidmətlərindən biri daxili sabitliyin bərpasına, ölkədəki çoxsaylı qanunsuz silahlı birləşmələrin neytrallaşdırılmasına nail olması idi. Ölkəmizdə daxili sabitlik və asayişin bərpa olunması insanlarımızın təhlükəsizliyini təmin etməklə yanaşı, xarici investorların da Azərbaycana sərmayə qoymasına yol açdı. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycan neftini dünya bazarına çıxarmağa, onun satışından böyük vəsaitlər əldə etməyə imkan verdi. İqtisadiyyatın güclənməsi ordu quruculuğuna daha böyük vəsaitlər ayırmağa, onun təminatını əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa şərait yaratdı”. Cəlil Xəlilov deyib ki, Ulu Öndərin əsasını qoyduğu islahatlar sonrakı dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib, 44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi Qələbəsini təmin edib: “Ulu Öndərin əsasını qoyduğu islahatlar sonrakı dövrdə Prezident İlham Əliyev tərəfindən daha da genişləndirilib. Prezident İlham Əliyev Ordumuzun həm döyüş hazırlığının yüksəldilməsi, həm də hərbi-texniki təchizatının müasir tələblər səviyyəsinə qaldırılması istiqamətində mühüm addımlar atıb. Nəticədə Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alıb”. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan Ordusunun gücünü bütün dünyaya əyani şəkildə nümayiş etdirdi. Cəmi 44 gün ərzində düşməni otuz il ərzində möhkəmləndiyi yerlərdən vurub çıxaran, onu hərb meydanında darmadağın edən Ordumuz bununla dövlətimizin ərazi bütövlüyünü təmin etdi. Ordumuz regionda hərbi baxımdan da lider dövlət olduğunu isbatladı. Bununla yanaşı, ordumuzdakı islahatlar gələcəkdə də davam etdiriləcək, Silahlı Qüvvələrimizin zərbə gücünün qorunub saxlanılması, daha da inkişaf etdirilməsi daim diqqət mərkəzində olacaq. Çünki günümüzün reallıqları bizdən məhz bunu tələb edir”.
Read more
veteran.gov.az xəbər verir ki, konfransda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağıriv, rayon veteranları və ziyalıları iştirtak edib. Giriş nitqi və hesabat məruzəsi ilə çıxış edən Ağsu Rayon Veteranlar Təşkilatının sədri Camaləddin Zeynalov görülən işlər haqqında məlumat verib, aktual məsələlərə toxunub. Daha sonra Yadulla Mehdiyev Təftiş komissiyasının hesabını səsləndirib. Tədbirdə çıxış edən əmək veteranlarıYaşar Qarayev, Tahir Xası, Əmrulla Kərimov dövlətin veteranlara olan qayğısından bəhs edib, gənc nəsillə veteranlar arasında təmasların güclənməsinin vacibliyindən danışıblar. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov veteranların cəmiyyətdəki roluna diqqət çəkib. Dövlətin veteranları daim diqqət mərkəzində sxladığını bildirən Cəlil Xəlilov, veteranların da ölkənin ictimai həyatında aktiv iştirak etdiyini, dövlət başçısının siyasətini qətiyyətlə dəstəklədiklərini bildirib. Veteranlar qarşısıdna duran vəzifələr toxunan polkovnik Cəlil Xəlilov qeyd edib ki, veteranlar bundan sonra da milli maraqlarımızın müdafiəsində yaxından iştirak etməli, gənc nəslin maariflənməsi, onların vətənpərvərlik ruhunda tərbiyəsində əllərindən gələni əsirgəməməlidirlər. Yekun nitqi ilə çıxış edən Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov veteranların rayonun ictimai həyatındakı roluna toxunub, onların fəaliyyətini yüksək qiymətləndirib. Dövlət başçısının şəhid ailələrinə, veteranlara yüksək qayğı və diqqət göstərdiyini bildirən icra başçısı, gənc nəslə ali mənəvi dəyərlərlərin aşılanmasında veteranların mühüm rol oynadığını vurğulayıb, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Seymur ƏLİYEV
Read more
Cəlil Xəlilov: “Bu qətnamə Fransanın ədalət anlayışından nə qədər uzaq olduğunu göstərir” “Senatın Azərbaycanla bağlı qətnaməsi Fransa adına tarixi rüsvayçılıqdır və onun ədalət anlayışından nə qədər uzaq olduğunu göstərir”. Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilkatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Senatın bu qətnaməsi Fransanın ədalət anlayışının nə qədər qüsurlu olduğunu göstərir: “30 illik erməni işğalı dönəmində yüz minlərlə azərbaycanlının vətənindən didərgin salınmasına, təməl insani haqlarından məhrum edilməsinə, minlərlə soydaşımızın ermənilər tərəfindən qətlə yetirilməsinə, amansız işgəncələrə məruz qalmasına göz yuman Fransanın, birdən-birə Azərbaycanı ittiham etməsi, vaxtı ilə ermənilərin Qarabağda yaratdığı qondarma qurumun müdafiəsinə qalxması tarixi riyakarlıq və absurd kimi dəyərləndirilməlidir. Bu yanaşmanın özü Fransanın ədalət anlayışının nə qədər qüsurlu və təhlükəli olduğunu göstərir. Təcavüzə məruz qalan Azərbaycanın deyil, terrorçu Ermənistanın yanında yer alan və onun ökəmizə qarşı ərazi iddialarını dəstəkləyən Fransa, bununla beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozmaqda, erməni faşizmini açıq şəkildə müdafiə etməkdədir. Senatın qətnaməsi ilə bağlı ən gülünc müddəalardan biri ondan ibarətdir ki, qətnamədən Azərbaycandan “Ermənistan əraizisi”ndən geri çəkilmək və 2020-ci ilin 10 noyabr Bəyanatının şərtlərinə əməl etmək tələb olunur. Halbuki, Azərbaycanın 44 günlük Vətən müharibəsini yalnız öz qanuni dövlət sərhədləri çərçivəsində həyata keçirdiyi, bu müharibədə Ermənistan ərazisinə hər hansı şəkildə müdaxilə edilmədiyi bütün dünyaya məlumdur. Belə olan halda Azərbaycanı “Ermənistan ərazisi”ndən geri çəkilməyə səsləyən Fransa Senatı, bununla dövlətimizi öz tarixi-hüquqi torpaqlardından imtina etməyə səsləyir ki, bu da elementar məntiqdən uzaqdır. Fransa Senatının məlum qətnaməsi Cənubi Qafqazdakı hərbi-siyasi vəziyyəti gərginləşdirməyə, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının qarşısını almağa hesablanıb. Aydındır ki, Fransa Senatının məlum qətnaməsi iki ildir ki, 10 noyabr Bəyanatına əməl etməyən, davamlı olaraq ölkəmizə qarşı terror və təxribatçılıq siyasəti həyata keçirən Ermənistanı öz bəd əməllərini davam etdirməyə həvəsləndirəcək, qarşıdurma meyillərini gücləndirəcəkdir. Fransa Senatı unutmamalıdır ki, İkinci Dünya müharibəsi zamanı yüzlərlə azərbaycanlı Fransanın faşistlərdən azad edilməsində yaxından iştirak etmiş, onların bir çoxu öz həyatını qurban vermişdir. Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndəsi Əhmədiyyə Cəbrayılovun Fransanın azad edilməsində göstərdiyi qəhrəmanlıqlar buna ən parlaq nümunədir. Bu baxımdan Fransa Senatının Azərbaycanla bağlı məlum qətnaməsi Fransanın azadlığı uğrunda döyüşən azərbaycanlıların xatirəsinə hörmətsizlik və tarixi nankorluqdur. Biz veteranlar olaraq Fransa Senatının Azərbaycanla bağlı qətnaməsini lənətləyir, bunu sülh və təhlükəsizlik, eləcə də hüquq və ədalət baxımından son dərəcə təhlükəli təşəbbüs hesab edirik. Hesab edirik ki, Fransa Senatı onun adına rüsvayçılıq olan bu qətnamədən imtina edərək tarixi səhvini düzəltməli, terrorçu Ermənistanın haqsız iddialarını müdafiə etməklə Cənubi Qafqazda yeni bir qarşıdurmanın baş verməsini tətikləməməlidir. Hüququn da, ədalətin də tələbi hamı üçün aydındır və Fransa da hər kəs kimi bu tələbə hörmətlə yanaşmalıdır”. Seymur ƏLİYEV
Read more
Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin müdiri ehtiyatda olan polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 11 noyabr 2022 –ci il tarixində Bakı şəhəri Sabunçu rayonunda yerləşən Rixard Zorge adına 90 saylı tam orta məktəbdə tədbirdə iştirak ediblər. Sovet İttifaqı Qəhrəmanı Rixard Zorgenin xatirəsinin bir daha əbədiləşdirilməsi üçün məktəbin foyesində qəhrəmanın baralefinin açılışı olub. Baralefin açılışı ilə əlaqədar keçirilən tədbirdə Sabunçu rayon VT-nın sədri Sabir Allahverdiyev, Dimitriy Kurqanov, Nelli Kurqanova, Qazibəyova Qurbantac, məktəbin direktor əvəzləyicisi Sivetlana Nəbiyeva, müəllimlər və şagirdlər iştirak ediblər. Tədbiri açıq elan edən Svetlana Nəbiyeva qonaqları tədbir iştirakçılarına təqdim etdi. İlk öncə söz polkovnik Adil Haqverdiyevə verilib: “ Azərbaycan çoxmillətli ölkədir. Bü gün xatirəsinin bir daha əbədiləşdirilməsi üçün toplaşdığımız tədbirin qəhrəmanı Rixard Zorge alman əsilli olmuşdur. O, 4 oktyabr 1895–ci ildə Bakı şəhəində, Sabunçuda doğulub. Rixard Zorge hələ körpə olarkən onun valideynləri Almanyanın Berlin şəhərinə köçüb. Gələcəkdə dünyanın ən çox araşdırılan kəşfiyyatçısı olan qəhrəman hər zaman Bakıda doğulmasını fəxrlə söyləyib. O, Sovet İttifaqının kəşfiyyatçısı olaraq Yaponiyada gizli tapşırıqları yerinə yetirib. Almaniyanın Sovet İttifaqına hücumunun vaxtını dəqiqliklə xəbər verib. Lakin alman əsilli olduğuna görə onun verdiyi bu məlumata inamsızlıq göstərilib. Rixard Zorge 7 noyabr 1944-cü ildə Yaponiyada edam olunub. Bu cəsur kəşfiyyatçı unudulmuşdur. 1964-cü ildə fransız rejissoru bu kəşfiyyatçı haqqında film çəkmişdir. Film ekrana çıxdıqdan sonra onun fəaliyyəti araşdırılmış və ona Sovet İttifaqı qəhrəmanı fəxri adı verilmişdir”. Daha sonra Sabir Allahverdiyev, Dimitriy Kurqanov, Nəbi Hacıyev çıxış edib. Tədbirin sonunda xatirə şəkli çəkilib.
Read more
Veteran.gov.az xəbər verir ki, Bakı şəhəri Nizami rayonunda 4 saylı Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. 5 noyabr 2022-ci il tarixində keçirilən tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırliğı şöbəsinin müdiri ehtiyatda olan polkovnik Adil Haqverdiyev, liseyin direktoru Mahir Namazov, direktor müavini Vüsal Balakişiyev, şəhid anası Kəmalə Fəxri, qazilər Arzuman Vəliyev, Vasif Zeynalov, Mehdi Əhmədov və digər qonaqlar iştirak ediblər. İlk öncə Dövlət Himni səslənib, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib. Liseyin direktoru Mahir Namazov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, qonaqları tədbir iştirakçılarına təqdim edib. Çıxış üçün söz Adil Haqverdiyevə verildi. Adil Haqverdiyev ilk öncə Respublika Veteranlar Təşkilatının rəisi Fatma xanım Səttarovanın və müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilovun salam və təbriklərini tədbir iştirakçılarına çatdırıb: “Bu gün biz dünya azərbaycanlılarının qürur və fəxirlə qeyd etdikləri unudulmaz bir gunun, Zəfər Gününün qeyd olunmasına toplaşmışıq. Bu unudulmaz günü bizə bəxş edən ordumuza, Ali Baş Komandan İlham Əliyevə minnətdarıq. Onlar nəinki, torpaqlarımızı, qürurumuzu mənliyimizi qaytardılar. İndi başımız dik, alnımız açıq gəzirik. Ölkəmizin hüdudlarından kənarda fəxrlə söyləyirik “mən azərbaycanlıyam”. Mən ehtiyatda olan bir zabit, bir vətəndaş kimi olkəmizə atılan iftiralara, qərəzli fikirlərə Prezident İlham Əliyevin tutarlı cavablarını izləyirəm. O, hər zaman çıxşlarında söyləyir ki, bizim tutduğumuz yol ədalətlidir. Bizim heç kəsin torpağında gözümüz yaxdur. Əgər düşmən üzərinə düşən öhtəliyi yerinə yetirməsə, dəmir yumruq işə düşəcək. Mən bir daha Allahdan şəhidlərimizə rəhmət,qazi və veteranlarımıza cansağlığı diləyirəm”. Çıxış edənlərdən direktor müavini Vüsal Balakişiyev 44 gün ərzində ordumuzun göstərdikləri qəhrəmanlıqlardan danışıb. Şəhid anası Kəmalə Fəxri bildirib ki, şəhidlər bir ailənin, bir nəslin yox, bütün Azərbaycanın övladlarıdır: “Mən əminəm ki, şəhidlərimiz qədirbilən xalqımızın daim qəlbində yaşayacaq. Mən bütün şəhid valideynlərinə Allahdan səbir diləyirəm”. Tədbirin sonunda xatirə şəkli çəkilib.
Read more
Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Cəlilabad Rayon Təşkilatında Zəfər Günü ilə bağlı tədbir keçirilib.Veteranlar Evində təşkil olunan tədbirdən öncə torpaqlarımızın işğaldan azad olunması uğrunda apardığımız haqq savaşında şəhid olan igidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman veteranları şanlı qələbə münasibəti ilə təbrik edib, bu qələbənin qazanılmasında dövlət-xalq-ordu birliyinin sarsılmazlığını, möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik qüdrətini, qəhrəman əsgər və zabitlərimizin şücaətini xüsusi vurğulayıb. Tədbirdə əmək və müharibə veteranları da çıxış edərək 44 gün davam edən Vətən müharibəsində əsgərlərimizin qəhrəmanlığından, qazanılan qələbənin böyük əhəmiyyətindən danışıblar, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə dövlətimizə öz minnətdarlıqlarını bildiriblər. Tədbirin sonunda şəhidlərimizin anım günlərində fəal iştirak edənlərə rayon Veteranlar Təşkilatının Fəxri Fərmanları təqdim olunub.
Read more
Cəlil Xəlilov: “General Əli Nağıyev Prezidentin etimadını doğruldaraq bu qurumu qısa zamanda layiq olduğu zirvəyə yüksəldə bilib” 8 noyabr Zəfər Günü ilə yanaşı, həm də Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyevin ad günüdür. Bü münasibətlə Veteran.gov.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Vetaranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Dövlət Təhlükəsizliyi Xidmətinin Vətən müharibəsindəki roluna diqqət çəkib, general Əli Nağıyevin ad gününü təbrik edib: “8 noyabr Azərnbaycan xalqının Zəfər Günü, mənəvi diriliş günüdür. Düz iki il bundan öncə Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında erməni faşizmini cəmi 44 gün ərzində darmadağın edərək işğaldakı torpaqları yağı düşməndən azad edib. 30 illik işğal dönəmindən sonra ərazi bütövlüyümüz təmin olunub, Şuşada, Laçında, Kəlbəcərdə üçrəngli bayrağımız dalğalanıb. Bu müharibədə erməni işğalçılarına qarşı mübarizədə Dövlət Təhlükəsizliyi Xidməti də yaxından iştirak edib, qələbəmizin əldə edilməsində mühüm rol oynayıb. 8 noyabr həm də Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyevin ad günüdür. Xatırladım ki, məhz general Əli Nağıyev Prezidentin etimadını doğruldaraq Dövlət Təhlükəsizliyi Xidmətini qısa zamanda layiq olduğu zirvəyə yüksəldə, bu qurumun fəaliyyətində ciddi keyfiyyət dəyişikliyinə nail ola bilib. Mən hörmətli Əli müəllimi həm Zəfər Günü və Dövlət Bayrağı Günü, həm də ad günü münasibəti ilə təbrik edir, ona, habelə onun rəhbərlik etdiyi quruma gələcək fəaliyyətlərində uğurlar arzulayıram. Əminəm ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında dövlətimiz sürətlə inkişaf etməkdə davam edəcək, Dövlət Təhlükəsizliyi Xidməti xalqımızın və dövlətimizin əmin-amanlığının etibarlı təminatçısı kimi bütün məkirli qüvvələrə hər zaman olduğu kimi, bundan sonra da öz yerini göstərəcəkdir”. Seymur ƏLİYEV
Read moreVeteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Zəfər Günü ilə bağlı tədbir keçirilib. Veteranların iştirakı ilə keçirilən tədbir Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatı ilə Veteranlar Təşilatının birgə təşkilatçılığı ilə baş tutub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi, şəhdilərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan Təşkilatın sədr müavini, polkvonik Cəlil Xəlilov 8 Noyabr tarixinin önəmindən söz açıb, qələbənin əldə edilməsini şərtləndirən amillərə toxunub: “8 Noyabr tarixi sadəcə Azərbaycan deyil, bütün türk dünyası tarixi baxımından mühüm hadisədir. Bu, türk dünyasının ən şanlı zəfərlərindən biridir. Hansı ki, bu zəfər Azərbaycan xalqı, türk dünyası ilə birlikdə sonsuza kimi yaşayacaqdır. Ordumuzun Vətən müharibəsindəki qalibiyyəti bütün regionun gələcək taleyini həll etdi. Şübhəsiz, Azərbaycan Ordusunun qalibiyyəti sadəcə ölkəmiz üçün deyil, regiondakı digər dövlətlər üçün də yeni bir mrəhələnin başlanması demək oldu. Çünki Azərbaycan erməni faşizmini məğlub etməklə, regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verdi, habelə iqtisadi inkişaf üçün geniş perspektivlər açdı. Şübhəsiz, 44 günlük Vətən müharibəsi dönəmində qələbəni təmin edən ən mühüm faktorlardan biri, bəlkə də birincisi məhz bacarıqlı sərkərdə, təcrübəli Ali Baş Komandan faktoru olmuşdur. Məhz Prezident İlham Əliyevin Ali Baş Komandan kimi peşəkarlığı ermənilərin sadəcə hərbi müstəvidə deyil, bütün müstəvilərdə məğlub edilməsində mühüm rol oynamış, böyük, həlledici qələbəni təmin etmişdir. Hansı ki, Ali Baş Komandanımızın əzmkarlığı, müharibədəki həlledici rolu xarici ölkə ekspertləri tərəfindən də etiraf olunmaqda, təsdiqlənməkdədir. Bütün bunlar bir daha onu göstərir ki, biz bu qələbəyə görə hər şeydən öncə Ali Baş Komandanımıza, o cümlədən şəhidlərimiz, qazilərimizə minnətdarıq”. Polkovnik Cəlil Xəlilovun çıxışından sonra 44 günlük Vətən müharibəsindən bəhs edən film nümayiş olunub. Tədbridə çıxış edən “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyev Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi tarixi qəhrəmanlığa diqqət çəkib: “44 günlük Vətən müharibəsində Azərbaycan xalqı böyük əzm və fədakarlıq göstərdi. Ali Baş Komandanın ətrafında sıx birləşən xalq, onun hər bir fərdi qələbənin əldə edilməsi üçün əlindən gələni əsirgəmədi. Ancaq heç şübhəsiz, bu qələbədə ən böyük pay şəhidlərimizə və qazilərimizə məxsusdur. Çünki məhz onlar düşmənlə üz-üzə mübarizə apararaq işğaldakı torpaqlarımızı qanları və canları bahasına düşməndən azad etdi. Azərbaycan xalqı ona bu böyük zəfəri yaşadanları heç vaxt unutmayacaq, onları hər zaman sevgi və minnətdarlıq hissi ilə xatırlayacaqdır”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova isə çıxışında 8 Noyabr zəfərini xalqa bəxş edən qazilər və şəhidlərin ruhu qarşısında baş əydiyini bildirib: “8 Noyabr Azərbaycan xalqının qürur günü, milli özünütəsdiq günüdür. Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusu erməni faşizmini məhv etdi, düşməni işğaldakı torpaqlardan qovaraq dövlətimizin ərazi bütövlüyünü təmin etdi. Biz bu qələbəyə görə Prezidentimizə, Ordumuza, şəhidlərimizə və qazilərimizə borcluyuq. Mən bizə bu böyük zəfəri yaşadan şəhidlərimizin ruhu qarşısında, qazilərimiz qarşısında baş əyirəm. Azərbaycan xalqı sizin qəhrəmanlığınızı heç vaxt unutmayacaq”. Tədbirdə çıxış edən 44 günlük Vətən müharibəsi qazisi tankçı Ramin Şirinov ordumuzun müharibədəki qəhrəmanlığından danışıb, şəhid ailələri və qazilərə göstərdiyi dəstəyə görə dövlət başçısına təşəkkür edirb. Daha sonra Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solostləri gizir Leyla Əliyeva və Mətləb Ağayev tərəfindən hərbi vətənpərvərlik mahnıları ifa edilib. Tədbirin sonunda veteranlara bayram sovqatı verilib, onlar üçün çay süfrəsi təşkil olunub.
Read more
Səmyar Abdullayev: “Bu böyük günün qəhrəmanları isə Müzəffər Ali Baş Komandan, ordu və xalqdır” “Şəhidlərimizi və qazilərimizi hər zaman sevgi və minnətdarlıqla yad edəcəyik” Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev 8 Noyabr Zəfər Günü ilə bağlı Veteran.gov.az-a müsahibə verib. Həmin müsahibəni oxucuların diqqətinə çatdırırıq: -Səmyar bəy, qarşıdan 8 Noyabr – düşmən üzərindəki tarix qələbinin ikinci ildönümü gəlir. Öncə bu günün əhəmiyyəti ilə bağl fikirlərinizi bilmək istərdik. -Zəfər Günü sadəcə işğalçı Ermənistan üzərində tarixi qələbə günü deyil. Zəfər Günü həm də Azərbaycan xalqının, onun timsalında bütün türk dünyasının uzun fasilədən sonra ayağa qalxdığı, özünü bir xalq kimi təsdiq etdiyi gündür. Xalqımız bu tarixi zəfərlə sadəcə, öz ərazi bütövlüyün təmin etmədi. Həm də milli qürurunu, tarixi ədaləti bərpa etdi. 8 Noyabr zəfəri ilə Azərbaycan xalqı bütün dünyaya göstərdi ki, o, öz suverenliyini, ərazi bütövlüyünü, haqqını və hüququnu qorumağa qadirdir. Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, onun güclü sərkərdəsi, yenilməz ordusu var bu bu ordu cəmi 44 gün ərzində düşməni darmadağın edəcək gücdədir. Bu baxımdan 8 Noyabr zəfərinin hərbi-siyasi əhəmiyyəti ilə yanaşı, mənəvi-ideoloji əhəmiyyətini də yüksək qiymətləndirirəm. -Sizcə 44 günlük Vətən müharibəsində qələbəni təmin edən əsas amillər hansılar oldu? -Şübhəsiz ki, Vətən müharibəsində qələbəni təmin edə ən başlıca amil güclü sərkərdə faktoru oldu. Ali Baş Komandan İlham Əliyev bütün xalqı ətrafıdna birləşdirərək düşmən üzərində tarixi zəfərə imza atdı. Dövlət başçısı müharibə dönəmində elə bir hərbi-siyasi əzm ortaya qoydu ki, yalnız Ermənistan deyil, onun havadarları da bu əzm qarşısında geri çəkilməyə, Azərbaycanın iradəsi ilə razılaşmağa məcbur oldular. Müharibədə qələbəni təmin edən əsas faktorlardan biri də qüdrətli ordu amili oldu. Müharibə göstərdi ki, son 30 ildə ordumuzda həyata keçirilən islahatlar həqiqətən də güclü, modern ordunun formalaşmasına gətirib çıxardıb. Müharibə sübut etdi ki, Azərbaycan Ordusu həqiqətən də bütün dünyanın ən güclü ordularından biridir və bu ordu istənilən tapşırığı yerinə yetirməyə qadirdir. Qələbənin təminində ordu və Ali Baş Komandanla tam bir həmrəylik sərgiləyən Azərbaycan xalqının fədakarlığı da həlledici rol oynadı. Azərbaycan xalqı hər bir fərdi ilə Prezidentin yanında oldu, orduya böyük dəstək verdi. Başqa sözlə desək, xalq Ali Baş Komandanın və Azərbaycan Silahlı Qüvvələrinin ətrafında bir yumruq kimi birləşdi və məhz bu yumruq erməni faşizminin başını əzdi. -Səmyar bəy, müharibə həm də Azərbaycan hərbçilərinin qeyri-adi qəhrəmanlıqları ilə yadda qaldı. Sizcə bu qəhrəmanlıqların təbliği və yaşadılması nə dərəcədə zəruridir? -Şübhəsiz, 44 günlük Vətən müharibəsinin hər günü, hər dəqiqəsi Azərbaycan əsgərinin misilsiz qəhrəmanlığı və fədakarlığı ilə yadda qaldı. 30 il ərzində düşmənin müxtəlif mühəndis-istehkam qurğuları ilə möhkəmləndirdiyi, bir neçə səddən ibarət müdafiə səddi yaratdığı torpaqları cəmi 44 gündə azad etmək bu qəhrəmanlığın ən bariz göstəricisidir. Şuşanın erməni işğalından azad edilməsi zamanı ordumuzun ortaya qoyduğu əzm isə bütün dünyanı heyrətləndirməkdir. Əminəm ki, illər, əsrlər keçəcək, ancaq Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlar bütün bəşəriyyət tərəfindən öyrənilməkdə, tədqiq edilməkdə davam edəcək, bununla bağlı cild-cild kitablar yazılacaq, filmlər çəkiləcəkdir. Məlumat üçün qeyd edim ki, artıq ölkəmzidə bizi bu tarixi zəfərə qovuşduran şəhdilərimiz, qazilərimizlə bağlı xeyli sayda sənədli filmlər çəkilib, yazılar yazılıb. Yaxın gələcəkdə bu proses daha da kütləviləşəcək, şəhidlərimizin, qazilərimizin qəhrəmanlığı təbliğ ediləcək, yaşadılacaqdır. Gələcək nəsillər 44 günlük Vətən müharibəsi qəhrəmanlarına baxaraq öz keçmişləri ilə fəxr edəcək, varislik ənənələrini qürurla davam etdirəcəklər. -Post-müharibə dönəmində işğaldan azad edilən ərazilərdə həyata keçirilən geniş abadlıq-quruculuq işlərini necə dəyərləndirirsiniz? -Hesab edirəm ki, Azərbaycan dövlətinin işğaldan azad edilən ərazilərdə həyata keçirdiyi layihələr, gördüyü işlər sadəcə region dövlətlərinə deyil, bütün dünyaya nümunədir. Bir tərəfədn mina terroruna qarşı mübarizə aparan, işğaldan azad edilən torpaqlarımızı döyuüş sursatından təmizləyən dövlətimiz, digər tərəfdən bu ərazilərdə geniş tikinti işləri həyata keçirməkdədir. Bu gün dövlətimiz işğaldan azad edilən ərazilərdə erməni vandalizminin məhv etdiyi tarixi-mədəni abidələri bərpa edilməklə yanaşı, böyük iqtisadi və enerji layihələri həyata keçirməkdədir. Yalnız yerli deyil, həm də xarici investisiyanın iştirakı ilə bu ərazilərdə müasir istehsalat müəssiələrinin, fabrik və zavodların inşası, ekoloji baxımdan təmiz enerji resurslarından maksimum səmərəli istifadə, modern kənd təsərrüfatı müəssisələrinin yaradılması dövlətimizin bu torpaqlarda həyata keçirdiyi mühüm layihələr sırasındadır. Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi altında görülən işlərin miqyas və əhəmiyyətini nəzərə alsaq, əminliklə deyə bilərik ki, yaxın illərdə Qarabağ və ətraf rayonlar iqtisadi inkişaf tempinə görə bütün dünyanın sürətlə tərəqqi edən bölgələrindən birinə çevriləcək, Azərbaycan iqtisadiyyatına böyük töhfələr verəcəkdir. Bu isə öz növbəsində xalqımızın sosial rifaının daha da yaxşılaşmasına, vətənimizin daha da çiçəklənməsinə səbəb olacaqdır. Seymur ƏLİYEV
Read more