Latest news

Джалил Бей ! Поздравляю Вас Лично ! Вашу Семью ! Родных Вашей Душе И Сердцу Людей ! ВСЕХ ПОГРАНИЧНИКОВ АЗЕРБАЙДЖАНА ! Весь Азербайджанский Народ ! С Государственным Праздником ! С Днём Пограничника Государственной Пограничной Службы Азербайджанской Республики ! Желаю Вам Всем ! Высочайшей Моральной И Боевой Готовности ! Крепкого Здоровья ! Долгих Счастливых Лет Жизни ! Мирного Неба Над Вашими Головами ! Материального Достатка ! А Также Всего Самого Наилучшего ! С Уважением К Вам Гасанов Олег Тэльманович ! Не Победимая Украина ! Столица ! Город Красавец ! Город Боец ! Город Герой Киев ! СЛАВА АЗЕРБАЙДЖАНУ ! ! ! СЛАВА УКРАИНЕ ! ! ! ВСЕГДА НА СВЯЗИ ! ! ! = 102= 24/7/365 ! ! !
Read more
Tədbir Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın ad gününə həsr olunub 19 avqust 2022-ci il saat 11:00-da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ad günü ilə bağlı “Humanizmin Azərbaycan simvolu” adlı tədbir keçirilib. Tədbirdə “Humanizmin Azərbaycan simvolu” kitabının da təqdimatı olub. Tədbiri giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov qonaqları tədbir itşriakçılarına təqdim edib, daha sonra Mehriban xanımın Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərinə diqqət çəkib: “Xeyirxahlığına, yüksək bacarığına, diqqət və qayğısına görə hamının hörmətini, məhəbbətini qazanmış Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolu, mühüm xidmətləri danılmazdır. Əlbəttə ki, bu xeyirxahlıqdan, nəcib əməllərdən, sosial layihələrdən danışarkən Mehriban Əliyevanın 2004-cü ildən bəri rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etməmək mümkün deyil. Bu gün tam əminliklə deyə bilərik ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ulu öndərin ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirir. Fond ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək etməyi, uşaq müəssisələrinin infrastrukturlarını inkişaf etdirməyi, ekologiya sahəsində mühüm tədqiqatları dəstəkləməyi, sağlam həyat tərzini təbliğ etməyi, Azərbaycan Respublikasının ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarlar, eləcə də uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərini təşkil etməyi, dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verməyi öz fəaliyyətində prioritet məsələlər kimi görür. Birinci vitse-prezidentin fəaliyyətində ən mühüm məqamlardan, istiqamətlərdən birini, bəlkə də birincisini şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, qaçqın və məcburi köçkünlərlə bağlı məsələlər təşkil edir. Mehriban xanım Əliyeva bu gün valideyn himayəsindən məhrum uşaqların mənəvi anası, dərdli şəhid analarının, qaçqın və məcburi köçkünlərin dayağıdır. Harada yardıma möhtac biri varsa, o, Mehriban xanımın pənahındadır. Birinci xanım xeyirxah qəlbinin səsi ilə bütün qüvvəsini, zamanını təmənnasız olaraq insanların rifahı, xoşbəxt yaşamı uğrunda sərf edir. Bütün bu keyfiyyətlərin məcmusunu xarakterizə edən əsas cəhət isə, əlbəttə ki, Mehriban Əliyevanın müstəqil Azərbaycan dövlətinin yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin ideyalarının reallaşmasında cənab Prezident İlham Əliyevin ən yaxın silahdaşı olmasıdır”. Tədbirdə çıxış edən siyasi elmlər doktoru, “Humanizmin Azərbaycan simvolu” kitabının müəllifi Vaqif Abdullayev Mehriban xanımın çoxşaxəli fəaliyyətinə toxunub, Birinci vitse-prezidentin rəhbərliyi altında həyata keçirilən sosial, humanitar və mədəni layihələrə diqqət çəkib. Vaqif Abdullayev vurğulayıb ki, Mehriban Əliyevanın istər Heydər Əliyev Fondunun Prezidenti, istərsə də Birinci vitse-prezident kimi fəaliyyəti Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilməkdə, xalqımızın həyatında dərin izlər qoymaqdadır. Müəllifi olduğu “Humanizmin Azərbaycan simvolu” kitabı haqqında tədbir iştirakçılarına məlumat verən Vaqif Abdullayev, Mehriban xanım haqqında bundan sonra da cild-cild kitabların yazılacağını vurğulayıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva çıxışında Mehriban Əliyevanın əsasən təhsil sahəsindəki xidmətlərinə diqqət çəkib, bu istiqamətdə həyata keçirilən böyük işlərdən danışıb. Mehriban Vəliyeva qeyd edib ki, məhz Birinci vitse-prezidentin bilavasitə qayğısı ilə respublikamızın hər yerində müasir məktəblər inşa edilib, təhsil şəraitinin yaxşılaşması, onun müasir tələblər əsasında qurulması istiqamətində mühüm işlər görülüb. Tədbirdə çıxış edən millət vəkili Jalə Əhmədova Mehriban Əliyevanın xalqın böyük məhəbbətini qazandığını vurğulayıb. Millət vəkili qeyd edib ki, xalqın Birinci vitse-prezidentə olan bu sevgisi özünü hər addımda göstərir ki, bu da təsadüfi deyil. Mehriban xanımın Azərbaycan xalqı qarşısındakı xidmətlərinə toxunan millət vəkili, bu xdimətlərin əsrlər sonra da hörmət və ehtiram hissi ilə yad ediləcəyini bildirib. Nəriman Nərimanov adına 45 nömrəli tam orta məktəbin direktoru Nəcibə Axundova Mehriban xanımın hər bir vətəndaşa, o cümlədən şəhid ailələrinə, müharibə əlilləri və veteranlara böyük qayğı və diqqət göstərdiyini qeyd edib, onun məhz öz xidmətləri, fədakarlığı sayəsində xalqın sevimlisinə çevrildiyini bildirib. “Humanizmin Azərbaycan simvolu” adlı kitabın önəminə toxunan Nəcibə Axundova, belə nəfis və maraqlı kitab ərsəyə gətirdiyi üçün siyasi elmlər doktoru Vaqif Abdullayevə öz təşəkkürünü bildirib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova müasir Azərbaycan Respublikasının inkişafında Prezident İlham Əliyevlə yanaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da böyük xidmətləri olduğunu bildirib. Fatma Səttarova qeyd edib ki, hədsiz qayğıkeşliyi və çalışqanlığı, humanizmi və nəcbliyi Mehriban xanımı Azərbaycan xalqına sevdirən əsas xüsusiyyətlərdəndir. Mehriban xanımın müharibə veteranı, sadə bir Azərbaycan qadını kimi ona hər zaman böyük qayğı göstərdiyini bildirin Fatma Səttarova, bu cür humanisr münasibətə görə Birinci vitse-prezidentə təşəkkür edib, minnətdarlığını bildirib. Tədbirin sonunda maraqlı mahnılar ifa edilib, xatirə şəkli çəkilib.
Read more
Cəlil Xəlilov: “Sərhədçilər bu gün də vətənimizin keşiyində ayıq-sayıq dayanmaqdadır” 18 avqust Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramıdır. Bu tarixi günlə bağlı saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, peşəkar sərhədçi polkovnik Cəlil Xəlilov Dövlət Sərhəd Xidmətinin 8 Noyabr zəfərinin əldə edilməsindəki tarixi roluna toxunub, sərhədçilərin göstərdiyi qəhrəmanlıqlara diqqət çəkib: “27 sentyabr 2020-ci il tarixində başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin mühüm tərkib hissəsindən biri kimi Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları da yaxından iştirak etmiş, qanlı döyüşlərdə böyük qəhrəmanlıqlar göstərmişdi. Suqovuşan, Füzuli, Zəngilan, Cəbrayıl və s. yaşayış məntəqələrimizin erməni işğalından azad edilməsində sərhədçilər mühüm rol oynamış, düşməni həm canlı qüvvə, həm də hərbi texnika baxımından ağır itkilərlə üz-üzə qoymuşdular. Müharibənin taleyinə həlledici təsir göstərən Şuşa döyüşlərində də sərhədçilərimiz şücaətlə döyüşmüş, şəhərin azad edilməsinə böyük töhfə vermişdir. Qürurvericidir ki, sərhədçilərimiz bu gün də vətənimizin, onun təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanmaqda, onu etibarlı şəkildə qorumaqdadır. Mən 18 avqust peşə bayramı münasibəti ilə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev başda olmaqla bütün sərhədçiləri təbrik edir, onlara ağır və şərəfli peşələrində uğurlar arzulayıram. Sərhədçilərimiz bilməlidir ki, onların fədakarlığı Azərbaycan xalqı tərəfindən daim yüksək qiymətləndirilir və minnətdarlıq hissi ilə yad edilir”.
Read more
Avqustun 17-də “Yaşıl Teatr” Bakı Konsert Kompleksində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünyaşöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər. Xatirə gecəsində ulu öndər Heydər Əliyevin Müslüm Maqomayev haqqındakı fikirlərini əks etdirən fraqmentlər nümayiş olundu. Sonra Müslüm Maqomayevin “Odlar Yurdu Azərbaycan” mahnısı səsləndirildi. Daha sonra Azərbaycan Respublikasının Xalq artistləri Azər Zeynalov, Dinarə Əliyeva, Elçin Əzizov, Emin Ağalarov, Samir Cəfərov, Əməkdar artist Azər Rza, Başqırdıstan Respublikasının Xalq artisti Askar Abdrazakov, Gürcüstanın Xalq artistləri Nani Breqvadze, Vaxtanq Kikabidze, italiyalı tenor, dünyaşöhrətli müğənni Alessandro Safina, Nürnberq Opera Teatrının solisti, vokalçıların Müslüm Maqomayev adına birinci beynəlxalq müsabiqəsinin laureatı Cavid Səmədov, Rusiyanın Əməkdar artisti Yana Melikayeva və digər ifaçılar Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini ifa etdilər. Eləcə də Müslüm Maqomayevin repertuarından əsərlər səsləndirildi, görkəmli müğənni haqqında videoçarxlar nümayiş olundu. Konsertdən sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və unudulmaz sənətkarın ömür-gün yoldaşı, SSRİ Xalq artisti, məşhur opera müğənnisi Tamara Sinyavskaya səhnəyə gələrək ifaçılarla görüşdülər. Xatirə gecəsində çıxış edən Prezident İlham Əliyev dedi: - Bu gün unudulmaz bir gündür. Bu gün səhər əziz Müslümün şəhərimizin ən gözəl yerlərindən birində - bulvarda abidəsini açdıq. Onu da bildirməliyəm ki, bu günə qədər bulvarda heç bir abidə olmamışdır. Birinci abidə Müslümün şərəfinə qoyulub və bu, təbiidir. Çünki bulvar şəhərimizin gözüdür. Bulvar Müslümün də ən sevimli yeri olmuşdur. Bu gün bu abidə bir daha onu göstərir ki, Azərbaycan xalqı Müslümü nə qədər sevirdi və o, bu sevgiyə nə qədər layiq idi. Bu gün bizim incəsənət ustaları bizə gözəl bir hədiyyə bəxş etmişlər. Mən əminəm ki, bu konserti dinləyən hər kəs böyük zövq almışdır. Müslümün unudulmaz siması bir daha gözümüzün önündən keçdi. Onu yaxından tanıyanlar bir daha gördülər ki, o, nə qədər böyük sənətkar, nə qədər gözəl insan idi. Bugünkü konsertin bütün iştirakçılarına təşəkkür etmək istərdim. Biz bu gün səhərdən Müslümün gününü qeyd edirik. Şəhərin ən gözəl yerində, Dənizkənarı Bulvarda, unudulmaz “Mavi əbədiyyət” mahnısında tərənnüm etdiyi, hamımızın çox sevdiyi Xəzər dənizinin fonunda Müslümün möhtəşəm abidəsi ucalır, onun gözəlliyini, istedadını, qamətini, məğrur simasını, ləyaqətini təcəssüm etdirir. Bu gün biz abidəni açarkən mən dedim ki, indi səslənən “Əlvida, Bakı” mahnısı vəfatından az öncə onun tərəfindən yazılıb və mən onu ilk dəfə Bakıda, Filarmoniyanın binasında keçirilən Müslümlə vidalaşma mərasimində dinlədim, o, mənə çox təsir etdi. Çünki o, şəhərlə, dostları ilə, həyatı ilə vidalaşırdı. Bu mahnını yazmağın ona necə çətin olduğunu, onun hansı hisslər keçirdiyini yalnız təxmin etmək olar. Əlbəttə, bu barədə danışarkən mən dedim, burada ucalan bu abidə onu göstərir ki, Bakı onunla heç vaxt vidalaşmayıb və heç bir zaman vidalaşmayacaq. O, bizimlədir. Mən bizim ifaçılara təşəkkür etmək istəyirəm. Əminəm ki, bu gün Azərbaycan ifaçılarının gözəl səsləri hamımızı heyran etdi. Bu, bizim fəxrimizdir. Bu, onu göstərir ki, Müslümün yaradıcılığı yaşayır və xalqımızın nəsil-nəsil nümayəndələri yaradıcılıqda zirvəyə ucalır. Bu gün biz Müslümlə onun bütün həyatı boyu fəxr etdiyimiz kimi, bugünkü gözəl ifaçılarımızla da fəxr edirik. Əlbəttə, mən dost ölkələrdən gələn bizim əziz, sevimli qonaqlarımıza xüsusi təşəkkür etmək istərdim. Bu gün bizimlə olduğunuza, Müslümə olan sevginizə, onun haqqında xatirələrinizə, ona münasibətinizə görə sizə təşəkkür edirəm. Bu gün unudulmaz gündür. Biz əziz dostumuzu, qardaşımızı, Azərbaycan xalqının böyük oğlunu bir daha xatırlayaraq deyirik ki, Müslüm həmişə bizimlədir. Bu gün Nani xanım bu barədə mahnı oxudu. Hörmətli Vaxtanq ölkəmizə həsr edilən gözəl mahnı və ecazkar popurri ifa etdi. Bu gün çıxış edən bütün ifaçılarımız Müslüm obrazından ruhlanmışdı. Hamıya Allahdan cansağlığı, bütün ölkələrə, xalqlara firavanlıq arzu edirəm. Yaşasın Azərbaycan. Sağ olun. x x x Qeyd edək ki, Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakıda anadan olub. O, ilk dəfə səhnəyə 14 yaşında çıxıb. 1960-70-ci illərdə Müslüm Maqomayevin şöhrəti artıq bütün dünyaya yayılmışdı. Həmin dövrdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub, İtaliyanın dünyaşöhrətli “La Skala” teatrında təcrübə keçib. 31 yaşında SSRİ Xalq artisti adına layiq görülüb. Onun repertuarında 600-dək əsər var. Müslüm Maqomayev həm də gözəl mahnılar müəllifidir. Xalq şairi Nəbi Xəzrinin sözlərinə bəstələdiyi və dillər əzbəri olan əzəmətli "Azərbaycan" mahnısı isə ölkəmizə ithaf edilmiş ən gözəl əsərlərdən biridir. Müslüm Maqomayevin milli musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri hər zaman yüksək qiymətləndirilib və o, müstəqil Azərbaycan Respublikasının ali mükafatları – "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif edilib. Qeyd edək ki, avqustun 17-də Bakının Dənizkənarı Milli Parkında unudulmaz sənətkar Müslüm Maqomayevin abidəsinin açılışı olub.
Read more


Modern.az saytı Milli Məclisdə necə fəaliyyət göstərməsindən asılı olmayaraq, yaddan çıxan, unudulan keçmiş deputatları bir daha sizə xatırladır.Bu məqsədlə də “Unudulan deputatlar” adlı rubrikamızda vaxtilə parlamentin üzvü olmuş şəxslərdən bəhs edirik.Rubrikamızda haqqında danışacağımız növbəti sabiq deputat Vladimir Timoşenkodur. General-mayor Vladimir Timoşenko vaxtilə bitərəf deputat kimi iki çağırış Azərbaycan Milli Məclisinin üzvü olub. Amma daha əvvəl də Ali Sovetin deputatı seçilmişdi...O, həm I çağırış (1995-2000), həm də II çağırış (2000-2005) parlamentdə Bakının Nəsimi rayonunu təmsil edib.Vladimir Vasilyeviç Timoşenko 1942-ci il noyabrın 25-də Ukraynada – Atom Elektrik Stansiyasının qəzaya uğradığı məşhur Çernobıl vilayətində anadan olub. O, Vladiqafqazda Ali Hərbi Zenit-Raket Məktəbini və Moskvada Hərbi-Siyasi Akademiyanı bitirib.1962-1990-cı illərdə SSRİ Silahlı Qüvvələrininin müxtəlif hərbi hissələrində xidmətdə olub. Hərbi xidmətə Bakıda kursant kimi başlayan Timoşenko 20 yaşında Hövsan qəsəbəsində təcrübə keçib. Sonralar Rusiyada, Ukraynada qulluq edib, general-mayor rütbəsinədək yüksəlib.V.Timoşenko hərbi xidmətin son illərini Zaqafqaziya Hərbi Dairəsində korpusun siyasi şöbə rəisi vəzifəsində, ordu Hərbi Şurasının üzvü kimi başa vurub... və 1990-cı ildə ehtiyata buraxılıb. O, “Qırmızı ulduz”, II və III dərəcəli “SSRİ Silahlı Qüvvələrində Vətənə xidmətə görə” ordenləri və medallarla təltif olunub. Vladimir Timoşenko 1990-cı illərdə hərbi xidmətini başa vurandan sonra ömürünün geridə qalan hissəsini Azərbaycanla bağlamaq qərarı verib.General V.Timoşenko 1990-cı illərdə Azərbaycanda yeni yaradılmış “dövlət başçısının hərbi müşaviri” postuna dəvət olunanda, bunu tərəddüdsüz qəbul edərək işə başlamışdı. Daha sonra onun yolu parlamentdən keçdi...Ukraynalı general müstəqil Azərbaycanın bütün 4 prezidentinin dövründə parlamentimizdə təmsil olunub.Belə ki, o, hələ 1990-cı il sentyabrın 30-da - keçmiş SSRİ-nin süquta uğradığı ərəfədə Azərbaycan SSR-in XII çağırış Ali Sovetinə keçirilən seçkilərə qatılaraq deputat seçilib. O zaman Ali Sovetə 340 deputat mandat almışdı.XII çağırış Ali Sovetin ilk iclası 5 fevral 1991-ci il tarixində prezident Ayaz Mütəllibovun iştirakı ilə keçirilmişdi.Bu iclasda parlament ölkə üçün çox vacib bir məsələni müzakirə etmişdi. Və həmin müzakirənin sonunda Azərbaycan SSR-in Azərbaycan Respublikası adlandırılması haqqında qərar qəbul edilmişdi.1990-ci ildə formalaşdırılan həmin Ali Sovet Azərbaycanın keçmiş SSRİ tərkibindəki son, müstəqil Azərbaycanın isə ilk qanunverici orqanı oldu. Belə ki, Ali Sovetin 1991-ci ilin fevral ayında fəaliyyətə başlamasından bir müddət sonra - 1991-ci ilin avqustunda Sovet İttifaqı dağıldı. Həmin il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası reallaşdı.1991-ci il noyabrın 26-da isə müxalifət və müstəqil deputatların təkidi ilə Ali Sovet 50 nəfərlik Milli Şura ilə əvəzləndi.Beləliklə, Azərbaycan Ali Sovetinin nəzdində Milli Şuranın yaradılması barədə qərar qəbul edildi. Ali Sovetin 340 deputatı arasından 50 nəfər seçilməklə Milli Şura yaradıldı. Həmin 50 deputatdan 25-i parlamentdəki kommunistlərin ("komblok"), 25-i isə demokratların ("demblok") nümayəndəsi idi.O zaman general Vladimir Timoşenko da Milli Şuranın 50 üzvündən biri oldu.1992-ci il Xocalı soyqırımından sonra istefa verən prezident Ayaz Mütəllibovun ardınca Milli Şuranın sədri Elmira Qafarova da postunu tərk etdi (1992-ci ilin martında). Milli Şura 1992-ci ilin may ayının 18-də Azərbaycan Respublikasının Milli Məclisi adlandırıldı.1992-ci ilin 8 iyununda Azərbaycan Respublikasında keçirilən prezident seçkiləri Əbülfəz Elçibəyin qələbəsilə başa çatdı.Vladimir Timoşenko Milli Məclisin deputatı kimi həm Əbülfəz Elçibəyin hakimiyyətdə olduğu 1 ilə, həm də 1993-cü ildə Heydər Əliyevin iqtidara gəlişinə şahidlik etdi....Nəhayət 1995-ci ilin noyabr ayında Azərbaycanın Milli Məclisinə ilk seçkilər keçirildi. Həmin seçkilərdə Bakının Nəsimi rayonundakı 27 saylı İkinci seçki dairəsindən deputatlığa namizəd olan general Timoşenko bu marafonda qalib gələrək mandat aldı.O, I çağırış Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komissiyasının üzvü idi. General 2000-ci ildə yenidən eyni seçki dairəsindən deputat seçildi. V.Timoşenko II çağırış Milli Məclisdə Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü kimi fəaliyyət göstərdi.Deputatlığının növbəti 5 il ərzində o, mərhum prezident Heydər Əliyevin vəfat etməsinə (2003-cü il) və İlham Əliyevin yeni dövlət başçısı seçilməsinə şahid oldu.Vladimir Timoşenko 2005-ci ildə deputatlıq səlahiyyətlərini başa vuraraq təqaüdə çıxıb. V.Timoşenko ilə dost olan Əməkdar jurnalist Rəhman Orxan onu əslən ukraynalı, qəlbən isə azərbaycanlı adlandırır.Rəhman Orxan deyir ki, 1990-cı ilin yanvarında Bakıda törədilmiş qanlı faciədən xeyli əvvəl SSRİ müdafiə naziri Dmitri Yazov Vladimir Timoşenkoya Rusiyadakı hərbi dairələrin birində prestijli yüksək vəzifə təklif etmişdi:“Lakin Timoşenko bu təklifdən qəti imtina etmiş, həm özü, həm də övladları üçün sadəcə doğma ev yox, sözün həqiqi mənasında Vətən hesab etdiyi Azərbaycanda həmişəlik qalmağı qərara almışdı. O, hələ daha əvvəl də Leninqrad Hərbi Dairəsində yüksək vəzifə vəd edən mərkəzin – Moskvanın təklifindən imtina edərək, o vaxt İttifaqın müdafiə naziri olan Yevgeni Şapoşnikova müraciətlə Azərbaycanda işləmək üçün ezam olunmasını istəmişdi. Vladimir Vasilyeviçin öz tarixi vətəni Ukraynaya – Çernobıla qayıtması məsələsinə gəldikdə isə nə qədər istəsə də, bu artıq mümkün deyildi. Oraya qayıtmaq həddən artıq təhlükəli idi və yəqin ki, 100 ildən sonra da belə olacaqdır, çünki generalın ata yurdu olan doğma kəndi Çernobılın radiasiya zonasında yerləşir. Onun ata evində keçirdiyi qayğısız uşaqlıq və yeniyetməlik illəri həmişəlik təhlükəli zonada qalıb”. V.Timoşenkonun özü uşaqlıq illəri ilə bağlı xatirələrində deyir: “Hələ də gözlərimin önündədir, ailəmizdə həmişə qarşılıqlı hörmət və məhəbbət ab-havası hökm sürürdü. Atam heç vaxt anamın üstünə səsini qaldırmazdı. Anam bizim hamımız üçün əziz, sevimli insan idi. Ailəmiz mənim üçün ilk və ömürlük həyat məktəbi olmuşdur - mənəvi tərbiyə, humanizm və sevgi məktəbi. Xoşbəxtəm ki, həyat yoldaşım Qalina Mixaylovna da ailəmizin ən yaxşı ənənələrinə sadiq olmuş, oğlanlarımızı bu ruhda tərbiyə etmişdir”.Əməkdar jurnalist Rəhman Orxanın sözlərinə görə, Vladimir Timoşenko fəaliyyəti boyu həmişə Azərbaycanın düşmənlərinin əsassız hücumlarına kəskin münasibət bildirib:“O, həmişə bizimlədir, bizim adamdır, bizim generaldır. Belə olmasaydı, yüksək səviyyəli görüşlərdəki uca tribunalardan çıxışlarında “bizim ölkə”, “bizim Azərbaycan xalqı” sözlərini səmimiyyətlə deyə bilməzdi”. Timoşenko ilə dostluq münasibətlərini bu gün də davam etdirən jurnalist deyir ki, əslən ukraynalı general Azərbaycana ürəkdən yanır və demək olar ki, azərbaycanlılarla çoxdan qaynayıb-qarışıb: “Ermənistanın Azərbaycana qarşı açıq təcavüzündən, Qarabağ probleminin həllində keçmiş Sovet İttifaqının və Qərb ölkələrinin şərəfsiz mövqe tutmasından hiddətlənmiş general Timoşenko vaxtilə respublikadakı döyüş texnikasının buradan çıxarılaraq Rusiyaya aparılmasına hər vasitə ilə - özünün gələcək karyerasını və hətta həyatını da riskə məruz qoyaraq müqavimət göstərmişdi. O, bədnam 366-cı motoatıcı alayın Xankəndidən çıxarılmasını birincilər sırasında tələb etmiş, İrəvandan mütəmadi “mükafat” almaq müqabilində erməni daşnakların işğalçılıq ideyalarını dəstəkləyənlərə - Vilnüs hadisələrində “ad çıxarmış” qəddar general Açalov, xalqımızın qatı düşməni Starovoytova və başqalarına qarşı açıq mübarizə aparmışdı. Buna görə də təsadüfü deyildi ki, 1993-cü ildə “Moskovski komsomolets” qəzetində ermənilərin əli ilə təşkil edilmiş “General kim idi və indi kimdir?” sərlövhəli materialda Vladimir Timoşenko satqınlıqda, bir sıra başabəla “sərkərdə”lərdən fərqli olaraq, Ermənistanı deyil, Azərbaycanı dəstəkləməkdə ittiham edilirdi. Rusiyada müəyyən dairələr 1 milyard dollar dəyərində ən müasir hərbi texnikanı Ermənistana müftə verəndə general Timoşenko məxsusi bu məsələ ilə əlaqədar iki dəfə Moskvada olmuş, orada çıxış edərək bu qanunsuz aksiyanı kəskin tənqid etmiş, Rusiyanın dövlət və hərbi strukturlarını inandırmağa çalışmışdı ki, işğalçı siyasət yeridən Ermənistanın hərbiləşdirilməsi yolverilməzdir. Bu hadisədən az sonra “Qolos Armenii” qəzetində dərc olunmuş “General Timoşenko kimin adından danışır?” sərlövhəli məqalədə Azərbaycan parlamentinin üzvünün ünvanına iyrənc hücumlar edilmişdi”. 2013-cü ildə “Rusiya-Ermənistan strateji və ictimai təşəbbüslərinə dəstək mərkəzi”nin russia-armenia.info saytında dərc edilən “Vladimir Timoşenko: qəhrəman yoxsa satqın?” adlı geniş məqalədə də o zaman 70 illik yubileyini qeyd edən generalın ünvanına hədyanlar yazılmışdı. Məqalədə Timoşenko SSRİ-nin varisi olan Rusiya ordusuna dönük çıxmaqda ittiham olunaraq, haqqında “O, faktiki olaraq ordusunu atıb Azərbaycan tərəfinə keçdi”, - deyə vurğulanmışdı.Rəhman Orxan deyir ki, V.Timoşenko bir general və Milli Məclisin deputatı kimi Azərbaycan Milli Ordusunun yaradılmasında da fəal iştirak edib. “Respublikamızın ən ağır günlərində general Timoşenko özü kimi Azərbaycanın təəssübünü çəkən Vladimir Malinovun təşəbbüsü ilə yaradılmış beynəlmiləl batalyonun formalaşmasında iştirak etmiş və Qarabağ cəbhəsində bir sıra uğurlu döyüş əməliyyatları aparmışdı. Bu beynəlmiləl batalyonun cəsur döyüşçülərindən biri öz vətəni Azərbaycanı alovlu məhəbbətlə sevən bakılı yəhudi, şəhid Milli Qəhrəman Albert Aqarunov idi...…90-cı illərin əvvəlində Timoşenkonun Qarabağ münaqişəsinin tarixi və onun acı nəticələri haqqında Ukrayna televiziyası ilə açıq, cəsarətli çıxışı Kiyevin, bütün Ukraynanın sakinlərini son dərəcə heyrətləndirmişdi. Onlar Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında, Qarabağ müharibəsi və onun həqiqi səbəbləri barədə, erməni faşistlərin məkrli işğalçılıq məqsədləri və vəhşilikləri barədə həqiqəti ilk dəfə öz məşhur həmyerlilərinin dilindən eşitdilər. Bu çıxış o qədər güclü əks-səda doğurmuşdu ki, Ukrayna Dövlət televiziyası həmin çıxışı dəfələrlə təkrarən efirə verməli olmuşdu. Azərbaycan ətrafında yaradılmış informasiya blokadasının aradan qaldırılması işinə general Timoşenkonun bir töhfəsi də ondan ibarətdir ki, o, keçmiş İttifaqın müxtəlif guşələrində yaşayan dostlarını vaxtaşırı respublikamıza dəvət edirdi”. Jurnalistin sözlərinə görə, general Timoşenko vaxtilə Ukraynanın Azərbaycandakı səfiri işləmək təklifindən də imtina edərək, Milli Məclisin deputatı olmağı üstün tutub...Azərbaycanı doğma vətəni kimi sevdiyini deyən general V.Timoşenkonun burada özünü çox rahat hiss etdiyini söyləyir:“Rusiyanın, Ukraynanın müxtəlif yerlərində xidmət keçmişəm, amma heç bir yerdə Azərbaycandakı qədər rahat olmamışam. Bu yer möhtəşəm təbiəti ilə yanaşı, xalqın qeyri-adi xarakteri və gözəlliyilə cənnətdir”.Vaxtilə Rusiyadan gələn vəzifə təkliflərindən imtina etdiyini xatırladan Timoşenko “Mənim üçün ən yüksək vəzifə Azərbaycan vətəndaşı olmaqdır” deyir.Əvəllər hərbi ekspert kimi açıqlamalar verən general Timoşenko 44 günlük Vətən müharibəsindən hələ xeyli öncə demişdi: “Qarabağ problemi heç vaxt sülh yolu ilə həll edilməyəcək... Biz genişmiqyaslı hərbi əməliyyatlara hazır olmalıyıq ki, torpaqlarımızı azad edək”.Zaman istefada olan generalın proqnozlarını doğrultdu... Sabiq deputat Vladimir Timoşenko hazırda ailəsilə birgə Bakıda yaşayır. Təqüdçü eks-deputat bəzən dəvət olunduğu rəsmi və qeyri-rəsmi tədbirlərdə iştirak edir.Qeyd edək ki, generalın üç oğlu və bir qızı var. Böyük oğlu İqor atasının yolu ilə gedib. Ali Hərbi Məktəbi bitirib, hərbçidir – Ukrayna Ordusunun generalıdır. İkinci oğlu Oleq iqtisadçıdır, Azərbaycan Dövlət İqtisad İnstitutunda təhsil alıb. Onların hər ikisi hazırda Ukraynada yaşayır.İqor və Oleq sabiq deputatın ilk həyat yoldaşı Qalina Mixaylovna ilə nikahından dünyaya gəlib. Qalina Mixaylovna çoxdan dünyasını dəyişib.İlk həyat yoldaşının vəfatından illər keçəndən sonra yenidən evlənən Vladimir Timoşenkonun ikinci xanımından daha bir oğul və bir qız övladı doğulub. Maraqlıdır ki, general ikinci evlilikdən doğulan oğluna da İqor adı qoyub. Onun hazırda 16 yaşı var. Qızı Maşa isə 18 yaşındadır.İkinci evliliyini nəzərdə tutaraq “Mən hələ də güc və enerji ilə doluyam” deyən Timoşenko zarafat etməyi, ürəkdən gülməyi, tost söyləməyi sevir:“Tez-tez ziyafətlərdə dostlarımın xahişi ilə tamada rolunu ifa edirəm. Deyirlər ki, bu məndə pis alınmır. Tamadalıq zamanı vəziyyət imkan versə, bir-iki lətifə də deyə bilərəm. Yeri gəlmişkən, mənim lətifələrdən ibarət 4 mindən çox kolleksiyam var”.Bu gün Bakıda yaşayan general Vladimir Timoşenkonun bir gözü gülsə də, bir gözü ağlayır... Bu da səbəbsiz deyil. Generalın gözü-qulağı tarixi vətəni Ukrayna ilə bağlı xəbərlərdədir.Hələ Rusiyanın Ukraynada başladığı işğalçılıq müharibəsindən xeyli əvvəl Modern.az-a verdiyi müsahibədə o, tarixi vətəni ətrafında cərəyan edən hadisələrdən bərk narahat olduğunu bildirmiş, “mənim iki oğlum Kiyevdə, qardaşım Dnepropetrovskda, bacım Kiyev yaxınlığında yaşayır. Oradakı qohumlarım saysız-hesabsızdır” deyərək, ukraynalıların başına gətirilən müsibətlərə görə rəsmi Moskvanı lənətləmişdi.“Putin özünü şortikdə gəzən küçə uşağı kimi aparır. O düşünür ki, Krımı Rusiyaya birləşdirməklə reytinqini qaldırıb. Bəs dünyada nə qazanıb? Bütün dünya ictimaiyyəti Putinə nifrət edir. O öz simasını bir daha göstərdi”,- deyə V.Timoşenko müsahibə zamanı Rusiya prezidentinə yönəlik qəzəbini ifadə etmişdi.Milli Məclisin keçmiş üzvü, istefada olan general-mayor Vladimir Timoşenko bu ilin noyabrında 80 illik yubileyini qeyd edəcək. İndi onun ən böyük arzusu Ukraynanın müharibəni qələbə ilə başa vurmasıdır.Əfqan Qafarlı
Read more
Tanışlığımızdan otuz ilə yaxın bir dövr keçir. Maraqlı həyat yolu, uğrunda mübarizə aparıb qələbələrə imza atan, uğurunu daxilən qəlbində gizlədən, sevincini dost bildiyi insanlarla bölüşən, xeyirhaxlığından heç vaxt dönməyən peşəkar hərbçi, istedadlı alim, əsl dost. Bu polkovnik Cəlil Xəlilovdur. Hər bir kəsin taleyi öz əlindədir desək, yanılmarıq. Cəlil Xəlilov da istəyinə çatmaq üçün heç zaman çətinlikdən qorxmayıb, maneələrə sinə gərib, prinsipiallıq göstərib. 1975-ci ildə Masallı rayonunun Həsənli kənd orta məktəbini bitirən Cəlil Xəlilov uşaqlıqdan çox kəşməkeşli həyat yolu keçib. Hərbçi olmaq arzusu ilə yaşayan gənc Cəlil Ural Hərbi Dairəsində 1977-1978-ci illərdə əsgəri xidmətdə olub. Nümunəvi əsgər kimi komandirlərinin hörmət və etimadını qazanıb. Məhz bu keyfiyyətlərinə görə ona komandirləri çox müsbət xasiyyətnamə yazıblar. O, Simferopol Ali Hərbi Siyasi Məktəbinə qəbul olunub. Kursant həyatının çətinlikləri onu qorxutmayıb. Xalqının adını həmişə uca tutub, onun şərəfli tarixinə sadiq qalıb. Elmlərə dərindən yiyələnməklə yanaşı, idmanla müntəzəm və ciddi məşğul olub. Bir sözlə, gələcək zabit davranışları ilə həmişə seçilib. Bəlkə, tale onu daha çox sınağa çəkməklə, daha da möhkəmləndirib mətinləşdirib. O, bu sınaqlardan üzü ağ çıxmaqla mübarizliyini, sübut edib. Ali Hərbi Məktəbi bitirəndən sonra gənc zabitə keçmiş SSRİ DTK-nın cənub-şərq, Pamir Sərhəd dəstəsinə təyinat veriblər. O zaman Əfqanıstanla yüzlərlə kilometr sərhədi olan Tacikistanda da vəziyyət çox gərgin idi. Sərhəddə silahlı toqquşmalar, basqınlar, terror-təxribat hadisələri ara vermirdi. Xidmət çox ağır bir şəraitdə aparılırdı. Cəlil Xəlilov sərhəd pozucularının ardı-arası kəsilməyən hücumuna məruz qalan Bədəxşanın Murqab sərhəd dəstəsində əsl zabit, qorxmaz bir hərbçi kimi şücaət göstərib. Hər an təhlükə, hər an ölüm, gərgin həyat onu qorxutmayıb. Necə deyərlər, bir əlində silahı, bir əlində qələm-kitabı. Siyasi şöbədə baş təlimatçı kimi irəli çəkilən Cəlil Xəlilov təhsilini də davam etdirməyi qərarlaşdırıb. Bir dəfə söhbət əsnasında dedi ki, adını dilinə gətirmək istəmədiyim bir zabit vardı, mənim təhsil almağıma hər yolla mane olmaq istəyirdi. Gecə-gündüz çalışırdım. O zaman Orta Asiya Hərbi Dairəsinin hərbi tribunalın sədri olan general Firudin Rəsul oğlu Hüseynovun qəbuluna düşdüm. Firudin müəllim çox böyük nüfuz sahibi idi. Məni diqqətlə dinlədi. Mənim ikinci təhsil almağımı biləndə sifətində bir işıq, bir təbəssüm hiss etməyə başladım. Aradan bir az keçmiş sərhəd dəstəsindən xəbər verdilər ki, mənim təhsil almağıma icazə verilib. Sənədlərimi Tacikistan Dövlət Universitetinin hüquq fakültəsinə verdim. Xidmətimlə yanaşı, hüquq fakültəsinin tələbəsi kimi daha yaxşı oxumağı qarşıma məqsəd qoydum. 1987-ci ildə onun xidməti yerini Lənkəran sərhəd dəstəsinə dəyişirlər. Astarada komendantın şəxsi heyətlə iş üzrə müavini vəzifəsinə təyinat alan Cəlil Xəlilov xidməti işin təşkili, nizam-intizamın möhkəmləndirilməsi istiqamətində mühüm işlər görməyə başlayır. Tanınmış hərbçi, alim, sərhəd qoşunlarımızın formalaşmasında can yandıran, öz bilik və bacarığı ilə sərhəd dəstəsinin qərargah rəisi vəzifəsindən Sərhəd Qoşunlarının komandanının müavini vəzifəsinə qədər yüksəlmiş bir zabitin ömür yolu örnəkdir desək, yanılmarıq. Xatırlayıram, 1992-ci ilin noyabrında Lənkəran sərhəd dəstəsinə ezamiyyətə getmişdim. Rusiya Federasiyasının sərhədçiləri hələ Lənkəranı tərk etmədiyi üçün Azərbaycan sərhədçiləri Vel qəsəbəsindəki düşərgədən təlim-tədris məntəqəsi kimi istifadə edirdi. Xəzərin sahilində yerləşən bu düşərgə sovetlər zamanı sərhədçi zabit-gizirlərin övladlarının istirahət yeri olmuşdu. İlk görüşümüzdən Cəlil Xəlilovun bacarıqlı zabit, dərin biliyə sahib, mənəvi cəhətdən yetkin bir ziyalı olduğunu yəqin etdim. Yenicə yaranan Sərhəd Qoşunlarımızın qarşısında duran ağır, çətin və şərəfli vəzifələrin öhdəsindən gəlmək üçün çox çalışmaq lazım idi. Ordu quruculuğunda çox yaxından iştirak edir, yeni yaranan sərhəd qoşunlarımızın uğurlu gələcəyinə varlığı qədər inanırdı. Azərbaycanın müstəqilliyini gözü götürməyən qüvvələr ölkədə sabitliyi pozmaq, iğtişaşlar törətmək, ayrı-seçkilik toxumu səpmək, inamsızlıq yaratmaq kimi məkrli siyasəti həyata keçirmək üçün cəhd göstərirdilər. Bu çox təhlükəli oyunun qarşısını almaq üçün hər bir Azərbaycan vətəndaşı qeyrət göstərmiş, xainlərə layiqincə və tutarlı cavab vermişdir. 1993-cü ilin avqust ayında Lənkəranda baş verən hadisələr zamanı sərhəd qoşunlarımızın şəxsi heyəti içdikləri anda sadiq qaldılar və bir qrup separatçının zərərsizləşdirilməsində, ifşa olunmasında, qətiyyətli mövqe tutdular. O zaman Lənkəran Sərhəd Dəstəsinin rəhbərliyi və bütün şəxsi heyəti vətən sevgisinin müqəddəsliyini bir daha sübuta yetirdilər. Birliyimizi, bərabərliyimizi pozmağa cəhd edənlərin bədxah niyyətləri puç oldu, xəbis ürəklərində qaldı. Haqq qələbə çaldı. C.Xəlilovun da hərbi taleyində bu anlar heç zaman yaddan çıxmayacaq, yaddaşlardan silinməyəcək. Xidməti işin təşkilində əldə etdiyi uğurlar ona böyük etimad göstərilməsinə səbəb oldu. Bakı Əlahiddə Nəzarət Buraxılış Məntəqəsinin rəisi, sonradan MTN Sərhəd Qoşunları komandanının şəxsi heyətlə iş üzrə müavini vəzifəsinə yüksəldi. Bir zabit kimi respublikamızın aparıcı qəzet və jurnallarında C.Xəlilovun sərhəd həyatından, ordu quruculuğundan bəhs edən onlarla maraqlı məqalələri dərc olunub. O, elmi fəaliyyətini də unutmur. Elmi mövzuda qələmə aldığı əsərlər oxucular tərəfindən rəğbətlə qarşılanıb. C.Xəlilov müxtəlif vəzifələr tutmasına baxmayaraq daim öz səmimiliyini qoruyub saxlamaqda, insanlara qarşı xeyirxahlığını əsirgəməməkdədir. Qarabağ uğrunda gedən döyüşlərdə Silahlı Qüvvələrimizin tərkibində düşmənə qarşı qətiyyətlə döyüşən sərhədçilərimizin şücaəti danılımazdır. O, zaman Cəlil Xəliov səngərdə əsgər və zabitlərimizlə birgə idi. Erməni faşizminə qarşı döyüşmək, düşməni məhv etmək müqəddəs borcdur. Fizuli, Beyləqan istiqamətində gedən döyüşlərdə C.Xəlilov bir peşəkar zabit kimi həmişə öndə idi. Onun dövlətçiliyimizə əvəzsiz xidmətləri həmişə diqqət mərkəzində olmuş və daim qiymətləndirilmişdir. Qeyd etdiyim kimi, o, elmi araşdırmalarını davam etdirir. 2002-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının aspiranturasını bitirən C.Xəliov "Milli Təhlükəsizliyin təmin olunmasında milli mənlik şüurunun rolu" mövzusunda dissertasiya müdafiə edərək alimlik dərəcəsi-siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Ömrünün qırx ilə yaxın bir dövrünü sərhəddə xidmətdə keçirən Cəlil Xəlilov həmin anları heç bir zaman unutmur. Taleyindən qızıl xətt kimi keçən hər günündə bir sərhəd sevgisi var. Sərhədimizdə baş verən hər bir uğurlu addıma hamı kimi o da ürəkdən sevinir, qürrələnir. 1993-cü il iyun ayının 15-də xalqımızın təkidi tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev çox böyük müdriklik, siyasi iradə, yüksək dövlət idarəçiliyi nümunəsi göstərərək Azərbaycanı düşdüyü ağır bəlalardan, xalqımızı fəlakətlərdən xilas etdi. Tariximizdə əsrlər boyu müasir Azərbaycanın qurucusu kimi yaşayacaq Ulu Öndərin dövlətimizin bütün sahələrini əhatə edən çox müdrik, qiymətli ideyaları əbədiyaşardır, daimidir. Bu qiymətli ideyalar ordu quruculuğunda çox mühüm, əhəmiyyətli yer tutur. Politoloq alim kimi Cəlil Xəlilovun yaradıcılığında bu məqamlar xüsusi vurğulanır. Çox maraqlıdır ki, Cəlil Xəlilov xidmət etdiyi dövrdə veteranlara qarşı daim böyük hörmət, qayğı göstərir. Əlamətdar günlərdə, tədbirlərdə əmək və silahlı qüvvələrimizin veteranları sərhədçilərin qonağı olur. Milli Ordu və sərhəd qoşunlarında şərəfli xidmət yolu keçmiş həmin general və zabitlərin əsgər və zabitlərimiz qarşısındakı çıxışları çox müsbət qarşılanmaqla bərabər, uzun müddət onların xatirələrində yaşayır, müsbət duyğular oyadır. Bu yaxınlarda 100 illiyini qeyd edəcək Sərhəd Qoşunlarımızın əldə etdiyi uğurlara qəlbən sevinən C.Xəlilov görülən işlərin, həyata keçirilən tədbirlərin daimi və uzunömürlü olacağına, sərhəd qoşunlarımızın yüksəlişinə, müqəddəs sərhədlərimizin mühafizəsi kimi şərəfli xidmətlərinə uğur arzulamaqdadır. Respublika Veteranlar Təşkilatına xalqımızın ləyaqətli oğlu general-polkovnik Tofiq Ağahüseynov rəhbərlik edən zamandan bu qurumda çox müsbət dəyişikliklər baş verməkdədir. General-polkovnik T.Ağahüseynovun zəngin hərbi təcrübəsi və sərişdəsi, C.Xəlilovun yüksək təşkilatçılığı və işgüzarlığı bu qurumun nüfuzunu daha da yüksəldib. C.Xəlilov 2014-cü ildə Respublika Veteranlar Təşkilatının sədr müavini seçilir. Bu gün Prezident İlham Əliyein veteranlarla bağlı həyata keçirdiyi dövlət siyasətinin uğurla yerinə yetirilməsində, gənclərin azərbaycançılıq ideyalarına sadiq, vətənpərvərlik, xalqımızın tarixinə hörmət ruhunda tərbiyə olunması istiqamətində C.Xəlilov çox böyük işlər görür. Onlarla orta məktəbdə, Müdafiə Nazirliyinin təhsil müəssisələrində, digər güc nazirliklərinin akademiyalarında, həmçinin ali məktəblərdə veteranlarla yaddaqalan görüşlər keçirilir Uzun illərin zəngin təcrübəsi, toplanmış nəzəri biliklər, aparılan ciddi araşdırmalar, əldə olunmuş nailiyyətlər bir yerə toplanmış və istedadlı alim tərəfindən qələmə alınaraq “Milli Təhlükəsizlik strategiyası” adlı çox qiymətli kitab ortaya qoyulmuşdur. Ad günü insanların ən yadda qalan, günlərindəndir. Ona görə yox ki, insanlar bir yerə toplaşır, ürək sözlərini söyləyir, təbriklərini yetirirlər, ona görə ki, sonda insan özü ilə təkbətək qalır, keçdiyi ömür yoluna nəzər salır, vicdanı qarşısında hesabat verir. Altmış yaşın işığında hər şey aydın görünür. Keçilən yolda gərgin əmək, məqsədə çatmaq üçün qətiyyətli iradə, dözüm, zəhmətə qatlaşmaq kimi bir sınaq dayanır. Bu deyilənlərə əməl edən hər kəsi uğur gözləyir. İlk sərhədçi generalımız Mustafa Nəsirov xidmətdən söz düşəndə Cəlil Xəlilovun adını hörmətlə çəkirdi. Milli Sərhəd Qoşunlarımızın ilk komandanı, general-mayor İsgəndər Allahverdiyev Cəlil Xəlilovun uğrunu, hərbi xidmətdəki uğurunu həmişə dəstəkləmişdir. Sərhəd Qoşunlarının keçmiş komandanı, general-mayor Abbasəli Novruzov Cəlil müəllimi yaxşı tanıyırdı, ona inanırdı. Bir neçə dəfə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilmiş general-mayor Vladimir Timoşenko polkovnik Cəlil Xəlilova qarşı rəğbətini gizlətmir və “Həqiqi polkovnik” adlı məqaləsində onu peşəkar hərbçi, milli təhlükəsizlik sahəsində tanınmış mütəxəssis, veteranların problemlərinin həllinə can atan, Avropada Azərbaycanı ləyaqətlə təmsil edən bir politoloq, varlığı ilə Azərbaycanı sevən, azərbaycançılığı yorulmadan təbliğ edən istedadlı bir alim kimi dəyərləndirir. P.S. Peşəkar hərbiçi, istedadlı alim, Pamirdən Azərbaycan sərhədlərinə qədər şərəfli xidmət yolu keçmiş polkovik Cəlil Xəlilov haqqında yalnız səmimi ürək sözlərimin bir hissəsini qələmə aldım. Rəsmiyyətdən uzaq. Nəsibiniz həmişə uğur olsun, Cəlil müəllim! İlqar Quliyev, polkovnik
Read more
Hər bir insanı, onun həyatı və fəsliyyətini tərcümeyi-halından tanımaq olur, yaşadığı ömürlük onun barometridir, necə var, eləcə, həyatını bütün dolğunluğu ilə əks etdirir. Onu dəyişmək, redaktə etmək olmur, o, yazılmır, yaşanılır. Aradan illər keçir, geriyə baxanda yaşanmış ömür bir daha gözlərinin qarşısından keçir, o zaman gördüyün işlər haqqında, istər-istəməz hesabat verməli olursan. Burada bir deyimi yada salmaq yerinə düşər: "Tarix, əslində yoxdur, olan-bioqrafiyalardır". Bu mənada bizim bioqrafiyalarımız keçilmiş yol haqqında çox şey, bəlkə də hər şeyi deyir... Çoxdan tanıdığım ehtiyatda olan polkovnik, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Cəlil Xəlilov belə bir bioqrafiyaya malikdir. Nə zamansa xəyallarında zabit olmaq, orduda xidmət etmək arzusunu quranda talenin onu Əfqanıstan, Qarabağ müharibələrindən keçirəcəyini xəyalına belə gətirmirdi. Ancaq bu ömür yaşandı. Onun bioqrafiyası yaşadığı ömrü, fəaliyyətini tamamilə əks etdirir. Bioqrafiyası ilə tanışlıq Cəlil müəllimin keçdiyi yol, yaşadığı ömür haqqında aydın təsəvvür yaradır. Onu tanıdığım zaman (90-cı illərin ortaları) mən Müdafiə Nazirliyinin orqanı olan "Azərbaycan ordusu" qəzetinin baş redaktor müavini kimi hərbi vətənpərvərlik istiqamətində gedən prosesləri yaxından izləyirdim. C.Xəlilov isə Sərhəd Qoşunları Silahlı Qüvvələrində xidmət edir, peşəkar zabit olaraq ordu quruculuğunda əlindən gələni edirdi. Tanışlığımıza qədərki həyat yolunu isə yalnız tərcümeyi-halından öyrənirəm. Polkovnikin ömürlüyünə nəzər salarkən özünü gənc yaşlarından orduya həsr etdiyinin şahidi oluruq. Hərb işə olan marağıi və bacarığı onu Semferopol Ali Hərbi Siyasi Məktəbinə gətirib çıxarmış və oranı bitirmişdir. Hərbi təhsillə kifayətlənməyərək, 1990-ci ildə Tacikistan Dövlət Universitetinin Hüquq fakultəsini də (qiyabi) bitirmişdir. Həmin ildən SSRİ DTK-nın Cənub Sərhəd dairəsinin Pamir sərhəd dəstəsində zastava rəisinin müavini, sərhəd dəstəsində hərbi-siyasi şöbədə təlimatçı vəzifəsində xidmət etmişdir. Sovetlər dönəmində hər bir əsgər və zabitin ən böyük sınağı Əfqanıstan müharibəsi hesab olunurdu. Onun da taleyinə Əfqanıstan müharibəsindən keçmək yazılmışdı. Xalq arasında qorxunc müharibə imici qazanan Əfqanıstan müharibəsində o, sərhədçi kimi xüsusi xidmət orqanlarının tərkibində bir neçə xüsusi əməliyyatın iştirakçısı olur. Əfqanıstan müharibəsi və təhlükəsizlik orqanları veteranı Elşad Şabanov C.Xəlilovun bu bölgədə xidmətini belə xatırlayır: "... 1985-1987-ci illərdə Əfqanistanında xidməti vəzifəmi yerinə yetirdiyim müddətdə, 1986-ci ilin yanvar ayının sonunda Bədəxşan viləyətində Mövləvi Cəlilə qarşı hərbi əməliyatda iştirak edən zaman Dağlıq rayon sayılan Bədəxşanın Mürqab sərhəd dəstəsində siyasi şöbədə baş leytenant, azərbaycanlı zabit Cəlil Xəlilovla tanış oldum. Dağlıq Bədəxşanın Mürqab sərhəd dəstəsində xidmət edən sərhədçi həmyerlimizi, baş leytenant Cəlil Xəlilovu mənə savadlı, hazırlıqlı və cəsarətli bir zabit kimi təqdim etdilər. Baş leytenant Cəlil Xəlilovun düşmənlərlə sərhəddə baş verən sillahlı toqquşmada yaxından iştirakı, göstərdiyi igidlik və şücayəti haqqında eşitdikdə onunla qürur duydum". Deyim ki, istedad, elə isteddadır, istər sənətdə, ədəbiyyatda olsun, istərsə də hərbdə, ordu quruculuğunda... C.Xəlilovun da ordu quruculuğundakı həyat yolu onun belə bir istedada malik olduğunu göstərir. O, harada, hansı vəzifədə xidmət etməsindən asılı olmayaraq hərbçi bacarığı, intuisiyası, intizamı, tapşırığı vaxtında və səhvsiz yerinə yetirməsi ilə komandirlərin hörmətini qazanmış, həm də hərb olimpində addım-addım irəliləmişdir. Gərək ki, filosof, esseist Ralf Emersonun sözləridir: "Zəif adamlar uğura inanırlar, güclülərsə cəbəb və nəticəyə". Bu baxımdan C.Xəlilovun hərbçi taleyində səbəb-nəticə komponentləri paralel olaraq çıxış edir. Əfqanıstandakı şücayəti nə qədər qürur doğursa da, yaxud müharibədən sonrakı xidməti uğurlu keçsə də, onu vətənində gedən proseslər daha çox düşündürürdü. Ona görə də sovetlərin dağılması ərəfəsində dərhal vətənə dönərək ən çətin vaxtda ordu quruculuğu prosesində yaxından iştirak edir, təcrübəsini yeni yaranan orduya həsr edir. Əfqanıstan təcrübəsi Qarabağ döyüşlərində onun köməyinə gəlir. Gənc zabitin həyatında çox qısa bir müddətdə iki fərqli müharibədə iştirakı ömrünün qürur səhifələrini təşkil edir. C.Xəlilov bu dövrdə Azərbaycan təhlikəsizlik orqanlarının tərkibində olan Sərhəd Qoşunlarının yaradılması və formalaşması prosesində öz bilik və bacarığını əsirgəmir. Bu spesifik qoşunların hazırda ölkə Silahlı Qüvvələrinin tərkibində özünəməxsus yer tutmasında Sərhəd Qoşunları Komandanının şəxsi heyətlə iş üzrə müavini kimi polkovnik C.Xəlilovun da danılmaz əməyi olmuşdur. Deyim ki, istənilən qoşun növündə şəxsi heyətlə iş hərbi və milli vətənpərvərlik amili prioritet istiqamətlərdən biridir. Bu mənada C.Xəlilovun yeni ordu quruculuğunda gördüyü işlər həqiqətən də təqdirəlayiqdir. Onun dövlətçiliyə göstərdiyi dəyərli və əvəzsiz xidmətlər daim diqqət mərkəzində olmuş, yüksək qiymətləndirilmişdir. C.Xəlilov ümumiyyətlə, 2013-cü ilə qədər Sərhəd Qoşunları və keçmiş Milli Təhlükəsizlik Nazirliyində müxtəlif rəhbər vəzifələrdə layiqincə xidmət etmişdir. Bu illərdə xidməti işi ilə bağlı o, çox çətinliklərlə üzləşib, son dərəcədə gərgin vəziyyətlərlə qarşılaşıb. Ancaq zabit peşəkarlığı və sayıqlığı ilə onların öhdəsindən bacarıqla gəlib. 1993-cü ilin yayında Lənkəran Sərhəd Dəstəsinin qərargah rəisi olarkən bir qrup separatçı tərəfindən Azərbaycanın cənubunda Talış-Muğan respublikası yaradılması cəhdlərinə qarşı qətiyyətli mübarizə polkovnik Cəlil Xəlilovun xidməti həyatının ən uğurlu səhifələrindən biridir. Belə şərəfli səhifələrin sayı isə həqiqətən də çoxdur. Hər bir hərbçinin həyatında bir veteran olmaq xoşbəxtliyi də var. Belə ki, şərəf dolu hərbi xidmət arxada qaldıqdan sonra C.Xəlilov yenə də həyatını ordu quruculuğundan kənarda görmədi. Yüz minlərlə veteranın həyatı, güzaranı onu düşündürdüyü üçündür ki, ömrünü Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına bağlayır, vətən uğrunda şəhid olmuş insanların ailələrinə, müharibə əlillərinə, İkinci Dünya, Əfqanıstan və Qarabağ müharibələrinin veteranlarına diqqət və qayğı ilə yanaşır və çox az bir müddətdə veteranların hörmətini qazanır. General-mayor Dadaş Rzayevin rəhbərlik etdiyi bu təşkilat respublika veteranlarını təmsil edir. Veteranların bu birliyi yeni gənc nəsil üçün də bir örnəkdir. Ehtiyatda olan polkovnik C.Xəlilov 2014-cü il Respublika Veteranlar Təşkilatının sədr müavini seçilir. O, bu gün ölkə rəhbərliyinin veteranlarla bağlı həyata keçirdiyi dövlət siyasətinin uğurla yerinə yetirilməsində, gənclərin azərbaycançılıq məfkurəsinə uyğun, vətənpərvərlik, öz tarixinə hörmət ruhunda tərbiyə olunmasında bütün biliyini, bacarığını sərf edir. Məhz onun təşkilatçılıq səyinin nəticəsidir ki, bu gün Respublika Veteranlar Təşkilatının dövlət orqanları və ictimai təşkilatlarla sıx əlaqələri qurulmuş, veterenların ölkənin ictimai-siyasi həyatında fəal iştiraklarına nail olunmuşdur. Ölkənin təhsil ocaqları, müxtəlif idarə və müəssisələri, xüsusilə cəbhə bölgəsində yerləşən hərbi hissələrdə veterenlarla gənclərin müntəzəm görüşlərinin təşkilində Cəlil müəllimin böyük əməyi vardır. Səngərlərdə dayanan əsgər və zabitlərimizlə növbəti unudulmaz görüşlərdən biri yaxın vaxtlarda İkinci Dünya Müharibəsi veteranları Bəkir Məmmədov və Damət Nəbiyevlə birlikdə Beyləqan və Füzuli istiqamətlərində cəbhə bölgəsində yerləşən hərbi hissələrimizə səfər zamanı baş tutub. Təşkilatın başlıca vəzifələrindən biri veteranların cəmiyyətə inteqrasiyasına nail olmaqla, vətəndaş cəmiyyətinin formalaşmasında yaxından iştirakdır. Cəlil Xəlilov Azərbaycan Vətəndaş Cəmiyyətinin inkişafında, bu sahədə dövlət siyasətinin həyata keçirilməsində də fəaldır. Onun ölkədə veteran hərəkatının genişlənməsində xüsusi rolu və təşkilatçılıq səyləri danılmazdır. Veteranlar bunu bilir və yüksək qiymətləndirirlər. Erməni seperatizminə qarşı mübarizə bu gün yalnız cəbhədə deyil, hər yerdə, eləcə də beynəlxalq arenada davam edir. Erməni işğalçılarının yalanlarını ifşa etmək, işğalın mahiyyətini dünyaya çatdırmaq üçün Təşkilat da öz səylərini səfərbər etmişdir. Xüsusilə sədr müavininin Rusiya, Ukrayna, Belarusda keçirilən tədbirlərdə və bir çox beynəxalq görüşlərdə erməni separatçılarına qarşı çəkinmədən etdiyi çıxışlar, gətirdiyi tarixi faktlarla Qarabağ həqiqətlərini, münaqişənin əsl mahiyyətini dünya ictimayyətinə çatdırır. C.Xəlilovun Təşkilata gəlişi onun ümumi fəaliyyətinə yeni nizam, mütəşəkillilik və sistemlilik gətirib. Artıq Təşkilatın fəaliyyəti respublikanın bütün rayon və şəhərlərini əhatə etməklə, yerli icra orqnları, ictimai, o cümlədən gənclər təşkilatları və ziyalılarla sıx əlaqədə qurulmaqla cəmiyyətin bütün təbəqələrini əhatə edir. Yalnız bu il onlarla orta məktəbdə, Təşkilat Müdafiə Nazirliyinin təhsil müəssisələrində, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd xidmətlərinin akademiyalarında, Bakı Slavyan, Dövlət İqtisad, Odlar Yurdu, Qərb və digər universitetlərdə, neçə dövlət müəssisəsində müxtəlif və rəngarəng tədbirlər keçirmişdir. Təşkilat ölkə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində qəbul olunan dövlət sərəncamlarının həyata keçirilməsi istiqamətində də ardıcıl fəaliyyət göstərir. Burada başlıca məqsəd veteranların sosial müdafiəsinin, cəmiyyətdəki mövqeyinin gücləndirilməsindən ibarətdir. C.Xəlilov peşəkar hərbçi olmaqla, həm də bir alim ömrü yaşayır; bu iki amili uzlaşdırmaq hər bir hərbçiyə müyəssər olmur. O, hərb sahəsindəki praktik bacarığını elmi sahəyə də gətirmiş "Milli təhlükəsizliyin təmin edilməsində milli mənlik şüurunun rolu" mövzusunda elmi işini uğurla müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. Bu istiqamətdə yazdığı məqalələr ölkənin nüfuzlu elmi jurnallarında dərc edilmişdir. Məlumdur ki, dünya siyasətinin əsas prinsiplərindən birini təşkil edən milli mənafe və təhlükəsizlik məsələləri Azərbaycan müstəqilliyini qazandıqdan sonra qarşıda duran prioritet istiqamətlərindən biri olmuşdur. Çünki dövlətin və xalqın mənafe və maraqlarının özü bunu tələb edir. Azərbaycan da mürəkkəb geosiyasi bir coğrafiyada yerləşdiyindən dayanıqlı, gələcəyə yönəlik bir milli təhlükəsizlik konsepsiyasına malik olmalıdır. Müstəqilliyini qazanan Azərbaycanın bu istiqamətdə hazırladığı davamlı və dayanıqlı konsepsiyalar onun milli mənafe və təhlükəsizliyini qorumağa yönəldilmişdir. Lakin milli təhlükəsizlik və mənafelərin qorunması həm də bir vətəndaşlıq borcudur. Çünki milli təhlükəsizliyin təminatı fərdlərin bu işə münasibətindən asılıdır. Hər bir fərdin milli təhlükəsizliklə bağlı biliklər sistemində, dünyagörüşündə bu problem başlıca yer tutmalıdır. O, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti kimi bu sahədəki elmi və praktik biliklərinin gənc nəsilə çatdırılmasında səylərini heç zaman əsirgəmir. Dörd kitab, əllidən çox elmi məqalə, bir proqram və dərslik müəllifi kimi araşdırmalarını davam etdirir. Praktik və nəzəri biliklərini ali məktəblərdə biliklər sisteminə çevirib tədris etmək onun tərcümeyi-halının ən önəmli səhifələrindən birini təşkil edir. Ali məktəblərin, universitet və akademiyaların uyğun bölümlərində bu vəzifə həyata keçirilsə də, əsas məsələ bu istiqamətdə yeni proqramların, dərsliklərin və dərs vəsaitlərinin yazılmasıdır. Bu mənada siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent C.Xəlilovun "Milli təhlükəsizlik strategiyası" (Bakı, 2016) dərsliyi olduqca böyük əhəmiyyət daşıyır. İndiyədək C.Xəlilov milli təhlükəsizlik problemi ilə bağlı bir çox məqalələr yazsa da, son tədqiqatı monumentallığı, aktuallığı və əhəmiyyəti ilə bu sahədəki boşluğu tamamilə doldurur. Əslində bu vəsait dərslik adlandırılsa da, elmi sanbalı, məzmunu, problemlərin qoyuluşu və ona yanaşma baxımından tədqiqatın da tələblərinə tamamilə cavab verir və ona görə də onu cəsarətlə dərslik-monoqrafiya adlandırmaq mümkündür. Dərslikdə milli təhlükəsizlik strategiyası və onun nəzəri əsasları, formalaşması və inkişaf xüsusiyyətləri, eləcə də prioritetləri konseptual şəkildə təhlil edilir. Müasir beynəlxalq münasibətlər nəzəriyyəsində milli təhlükəsizlik problemini daha çox nəzəri istiqamətdə araşdırır və təhlükəsizliyin təmin edilməsi məsələsində beynəlxalq münasibətlər nəzəriyyəsi və təcrübəsinə əsaslanır. N.Makiavelli, T.Hobs, F.Ratsel, X.Makkinder, N.Şpaykmen kimi görkəmli geopolitika nəzəriyyəçilərinin əsərlərində formalaşan siyasi realizm məsələləri yeni düşüncə ilə təhlil edilir. Dərslik-monoqrafiyada kollektiv təhlükəsizlik sisteminin mahiyyəti, məzmunu və xüsusiyyətlərinə ayrıca bir fəsil ayırması problemin aktuallığından irəli gəlmişdir. Belə ki, indiki zamanda kollektiv təhlükəsizlik, dövlətlərin sülhə təhdidin aradan qaldırılması, təcavüz aktlarının qarşısının alınması, yaxud yatırılmasında beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsini şərtləndirən əsas amillərdəndir. Beynəlxalq təhlükəsizlik sisteminin universal və regional məsələləri ilə bağlı son əlli ildə dünyada qəbul edilən qərarlar və müxtəlif beynəlxalq təşkilatların fəaliyyəti yeni dünya təhlükəsizik sisteminin formalaşması istiqamətində dəyərləndirilir. Dərslikdə dünyada milli təhlükəsizliyin mürəkkəb, çoxşaxəli bir sistem olduğu və burada şəxsiyyətin, cəmiyyətin, dövlətin təhlükəsizlik məsələləri və onların tərkib hissələri, eləcə də prioritet istiqamətlərinin başlıca yer tutması çoxsaylı nümunələr və nəzəri fikirlər əsasında təhlil edilir. Dosent Cəlil Xəlilovun "Milli təhlükəsizlik strategiyası" dərsliyinin böyük bir hissəsi Azərbaycan Respublikası milli təhlükəsizlik siyasətinin təşəkkülü, formalaşması və inkişaf xüsusiyyətlərinə həsr edilmişdir. Müəllif çox doğru olaraq, müasir geosiyasətdə Azərbaycanın daxili və xarici siyasətinin özünəməxsus yeri olduğunu, 1993-cü ildən başlayaraq milli təhlükəsiliyin təmin edilməsinin formalaşması üçün verilən qərarların, görülən işlərin təkmilləşdirildiyi və sistemli bir fəaliyyət halına gəldiyini qeyd edir: "Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəldikdən sonra ən mürəkkəb problemlərdən biri sayılan regional səviyyədə dövlətin xarici münasibətlərinin ziddiyyətli, qeyri-sabit xarakteri və dünya xarici siyasət səhnəsində qeyri-müəyyən perspektivlərlə üzləşdi". Buna baxmayaraq Azərbaycanın xarici siyasət prioritetləri sırasında beynəlxalq təşkilatlarla əməkdaşlıq, enerji layihələrinin işlənib hazırlanması və ralllaşdırılması, iki qitə arasında nəqliyyat dəhlizi rolunun yerinə yetirilməsində mühüm rol oynaması onun strategiyasını müəyyənləşdirmişdir. Bütün bunlar ölkənin sabit və davamlı inkişafını şərtləndirdiyini, ictimai həyatın bütün sahələrini əhatə edən dinamik dəyişikliklər prosesinə mühüm təsir göstərmişdir. Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov həmişə olduğu kimi, bu gün də eyni əzm və işgüzarlıqla Azərbaycan dövlətinə və xalqına sədaqətlə xidmət edir. Mən burada C.Xəlilovun tərcümeyi-halının bəzi məqamları üzərində dayandım. Bu məqamlardan həyatının bütün anlarında ürəyi vətəni, xalqı, dövləti ilə döyünən bir vətəndaş boy göstərir. Bu cür insanlar, bütün varlığı, həyatı, fəaliyyətləri ilə Vətəni ucaldır və bir parçasına çevrildikləri cəmiyyətin inkişafına təkan verirlər. Bədirxan Əhmədli, professor, Qarabağ müharibəsi veteranı
Read more
О жизни настоящего полковника Джалила Халилова Я счел своим долгом написать очерк об уникальном человеке, полковника, заместителе председателя Организации ветеранов войны, труда и Вооруженных сил Азербайджанской Республики, ученом, доценте Академии Государственного Управления, докторе философии по политическим наукам Джалиле Маликовиче Халилове. Много лет я восхищаюсь его высокой культурой и активной многогранной деятельностью. В мирской суете мы не уделяем должного внимания ближайшему окружению, не оцениваем по достоинству людей, которые живут, работают рядом с нами, с которыми по умолчанию решаем текущие вопросы и, в лучшем случае, говорим о погоде… Между тем, каждый индивид, окружающий нас, интересен, по своему одарен и талантлив. Мы, не обращая внимание на другого человека, по существу, обедняем себя, остаемся в неведение о многих сторонах действительности. Реальную картину эпохи можно создать, обратившись к «портрету» отдельных людей, анализируя их жизнедеятельность анализируя их жизнедеятельность. Меня всегда радует общение с Джалилем Маликовичем. Этот ответственный, образованный человек прошел славный боевой и трудовой путь. Природа его одарила аналитическим умом, доброжелательностью, высокими нравственными качествами. Его чуткое отношение к людям, старание понять заботы и проблемы другого не просто восхищают, но и создают гармоничную, дружескую ауру. Джалил удивительно любознателен, его солидная эрудиция — результат неуемного стремления к знаниям. История, геополитика, культурология его хобби. А в вопросах безопасности он профессионал – автор целого ряд научных работ и учебников для высших учебных заведений. В его трудах сделан добротный сравнительный анализ систем национальной безопасности многих ведущих стран. На этой основе, учитывая особенности Азербайджана, он предлагает инновационные пути совершенствования системы безопасности Республики. Джалил считает, что для обеспечения национальной безопасности, прежде всего, необходимы: социальная стабильность, этническое и конфессиональное согласие, развитие национальной экономики, повышение качества работы органов государственной власти, наличие действенных механизмов их взаимодействия с гражданским обществом. Особого внимания при этом требуют вопросы соблюдения права на жизнь, труд, жилье, здоровье, доступное образование и культурное развитие. В целом он приходит к выводу, что для реализации этих высоких целей приоритетное значение имеет борьба с коррупцией в различных ветвях власти, повышение эффективности государственного управления. Джалил, несомненно, прав, считая коррупцию главным злом для государственного управления, социального и экономического благополучия людей. Если человек талантлив, то он, как говорится, талантлив во всем. Джалил замечательный публицист, прекрасно владеет пером, пишет на русском языке, как на родном. Недавно мы обсуждали с ним феномен патриотизма. Перебирали разные точки зрения, его возмутил взгляд одного из современных российских «либералов». Автор писал, что прав шотладский писатель 18 столетия Джеймс Босуэлл «патриотизм — последнее прибежище негодяя». Джалил несколько дней знакомился с трудами Босуэлла, все выяснил и позвонил мне. В его голосе чувствовалось радостное облегчение. Он сказал, — знаешь, эта фраза вырвана из контекста. Босуэлл имел ввиду британцев, которые, совершив преступления и дабы избежать тюремного заключения, использовали ореол «патриотизма», чтобы получать помилование и отправляться «вместо виселицы» служить в британские колонии. Джалил написал блестящую статью о патриотизме, которая была опубликована в газете «Бакинский рабочий» и вот уже почти год анонс этой статьи остается на первой странице газеты. Это является показателем высокой оценки данной статьи. Примечательно, что эпиграфом к статье он привел слова национального лидера Гейдара Алиева: «Если нет чувства патриотизма, то человек лишен духовности» и великого английского поэта Джорджа Байрона: «Тот,кто нелюбит свою страну, ничего любить не может». Осмысление вопросов птриотизма Джалилем продолжается. Он обосновал понятие «культура патриотизма», статья под названием «Патриотизм – это культура» включена в книгу: «Диалог культур – вызовы современной эпохи», которая выходит в свет в Москве при поддержке Фонда имени Гейдара Алиева. Патриотизм — оборотная сторона исторической памяти народа. Если удается теми или иными средствами целенаправленно затушевать эту память, то можно как угодно переписать историю, манипулировать общественным сознанием, формировать поколения, которые смирятся с искаженными геополитическими трансформациями. В этой связи неизменно следует учесть возможную внешнюю диверсию против устоявшихся канонов азербайджанского патриотизма. Подмывание истоков патриотизма, справедливо считает Джалил, — опасная, изощренная работа, разрушающая со временем основы государства. Часто это делается руками недовольных властью внутренних врагов, так называемой «пятой колонны». Обычно это политические группировки, противодействующие национальным интересам, политике государства. История изобилует примерами разрушительной деятельности «пятой колонны». Достаточно напомнить уничтожение Советского Союза. Идеологи перестройки начали именно с дискредитации советского патриотизма, вели систематическую уничижительную идеологическую работу по отношению ко всему святому, чем гордились советские люди. В 1982 году он окончил Высшее Симферопольское военно-политическое училище. Был направлен служить в исключительно опасную зону — таджико-афганской границе СССР. Здесь, видя частое бандитское нападение «душменов», их жестокость он осознал подлинную ценность жизни. Удивительно, но в этих экстремальных условиях Джалил находил время для учебы, и в 1990 году заочно окончил юридический факультет Таджикского государственного университета и защитил диссертацию по теме «Национальное сознание и национальная безопасность» в Академия Государственного Управления при Президенте Азербайджанской Республики, и стал доктором философии по политический науки. После распада СССР Джалил принял активное участие в создании пограничных войск Азербайджана. В своих публикациях он подчеркивает, что главный показатель действенности любого государства — это его способность обеспечить неуязвимость территории страны, безопасность населения от внешних угроз. Это сложная задача, зависящая от множества факторов. Но очевидно, что предпосылкой для ее решения является наличие высокоорганизованных пограничных войск и профессионалов, посвятивших свою жизнь служению в этих войсках. В очерке, посвященном генералу Мустафе Насирову, Джалил так характеризует пограничника. «Пограничник — необычный военный, его служба проходит на периферии страны, на линии государственной границы. А это горы и леса, степи и пустыни, долины рек и морские берега. Суровую, рискованную во многих отношениях службу на границе могут выдержать только ответственные, высоконравственные люди, подлинные патриоты. Даже не длительную службу солдата на границе можно считать подвигом. И бесценным является подвиг тех, кто посвятил службе на границе всю свою жизнь». Джалил всегда находится на гребне политических, социальных событий. Его выступления, комментарии по актуальным вопросам времени неизменно звучат в средствах массовой информации. Он обращает внимание общественности на актуальные темы: попыткам пересмотра итогов Второй Мировой войны, состоянию решения карабахской проблемы, положению ветеранов в современном обществе, отражению в содержании образования военно-патриотических тем, вопросам диверсификации азербайджанской экономики, связям с диаспорой. Когда в Москве решили закрыть Всероссийский Азербайджанский Конгресс (ВАК), Джалил писал, что в Азербайджане бережно относятся к русскому языку, русской культуре, историческим связям с Россией, поэтому считаю «правовой» шаг Верховного суда Российской Федерации политической провокацией, спровоцированной проармянскими кругами для подрыва дружеских, партнерских отношений между Азербайджаном и Россией, для отчуждения народов наших стран. Заслуживают внимания его мысли о том, что армянские захватчики сейчас пытаются сочетать военную агрессию, аннексию исконных азербайджанских земель с присвоением нематериальных ценностей или превратной трактовкой их исторического смысла. Известно, что, считая себя «древней нацией» армяне без угрызения совести, вопреки известным историческим фактам, представляются аборигенами Закавказья и приписывают себе как материальные, так и нематериальные культурные ценности. В работах Джалиля показана история переселении армян во времена Российской империи с нынешних территорий Ирана, Сирии и Турции в Закавказье, и, прежде всего, на земли азербайджанских ханств. Он подчеркивает, что одним из непредвиденных последствий этой управляемой царской Россией миграции стало не только постепенное вытеснение местного населения, но и уничтожение или присвоение его культурного наследия. Джалил придерживается в своей деятельности философий мультикультурализма и «азербайджанизма», завещанных Гейдаром Алиевым. И не случайно ветеранская организация Азербайджана поддерживает активные связи с русской, украинской, белорусской общинами республики, сотрудничает с посольствами стран СНГ. Его волнует неполноценная оценка вклада Азербайджана в победу над фашистской Германией. Действительно, тогда на фронт из Азербайджана ушли 700 тысяч человек, половина из которых героически погибла на полях сражений. За подвиги, совершенные в годы Великой Отечественной войны, 124 представителей Азербайджана удостоены высокого звания Героя Советского Союза. Более того, в те тяжелые для страны времена именно Азербайджан являлся главным поставщиком нефти и нефтепродуктов на фронт. Республика производила 80% топлива страны. В Баку выпускались более 123 видов вооружений и боеприпасов. Так что, не случайно в Азербайджане высоко чтят память о великом подвиге советского народа. Для Джалиля забота о ветеранах войны, их социальная защита – святое дело. По его инициативе в рамках общественного движения «Помоги ветерану» в Азербайджане под опеку практически взят каждый фронтовик. Стала доброй традицией участие ветеранов в торжественных проводах молодежи в вооруженные силы Азербайджанской Республики, проведение с участием ветеранов уроков мужества, литературных, музыкальных конкурсов. Особо хочу отметить международную деятельность Джалила. Его многочисленные выступления в Москве, Париже, Белграде на заседаниях различных ветеранских организаций неизменно вызывает интерес и поддержку участников. В своих выступлениях он показывает, что благодаря беспрецедентному развитию экономики Азербайджана в последнее десятилетие удалось не только остановить падение уровня и качества жизни населения, но и обеспечить их рост. Государственная политика по развитию гражданского общества, правового государства сделали безосновательными различные сеператистские движения. Обороноспособность страны усилился благодаря должному вниманию к армии, ее организации, обеспеченностью современными видами вооружений. Это устранило угрозу внешней экспансии. На основе национальных интересов определены адекватные позиции в международной политике и отношениях с другими странами, что значительно приумножило международный авторитет страны. Вместе с тем в этих выступлениях он обязательно затрагивает вопросы оккупации азербайджанских земель Арменией, говорит о Ходжалинском геноциде, о положении беженцев, о рецидивах фашизма в некоторых странах. Предлагает участникам конференций подумать: почему происходит рецидив фашизма в мире и как пресечь это страшное зло. По инициативе Джалиля азербайджанские ветераны Второй мировой войны обращались к Папе Римскому Франциску. В этом обращении, вызвавший международный резонанс, говорилось: «В условиях, когда Азербайджан и Ватикан демонстрируют миру наглядный пример сотрудничества во имя диалога между цивилизациями и религиями, в соседней с нами Армении ведется пропаганда фашистских идей на государственном уровне. С болью в сердце мы хотим обратить Ваше внимание на то, как Армения использует все ресурсы для отбеливания приближенных Гитлера и Гиммлера, глав армянского карательного легиона СС Драстамата Канаяна и Гарегина Тер-Арутюняна, известных как генералы Дро и Нжде… На совести этих «национальных героев» Армении десятки тысяч жизней в Украине и Польше, преступления против евреев и других «неугодных» для нацистской идеологии, массовые убийства в гитлеровских концлагерях… Это ли не надругательство над памятью погибших?! Это ли не циничное глумление над жертвами фашизма?!» В этом очерке я попытался осветить лишь некоторые грани масштабной теоретической и практической работы Джалиля Меликовича Халилова. Остались в тени его насыщенная повседневная, текучая работа, направленная на повышение эффективности самого гуманного учреждения: Организации ветеранов войны, труда и Вооруженных сил Азербайджанской Республики. Владимира Тимошенко, генерал-майор, депутат ряда созывов Милли Меджлиса Азербайджана
Read moreGülşən Əliyeva: “O, daim veteranların müalicəsini, onların sosial problemlərini diqqət mərkəzində saxlayıb” Avqustun 9-u Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilovun ad günüdür. Bu münasibətlə Veteran.gov.az-a açıqlama verən Müharibə Veteranlarının Respublika Xəstəxanasının baş həkimi Gülşən Əliyeva polkovnik Cəlil Xəlilovu ad günü münasibətilə təbrik edib, onun veteranlara olan qayğıkeş münasibətinə toxunub: “Polkovnik Cəlil Xəlilov hər zaman veteranlara qayğıkeş münasibəti ilə diqqət çəkib, onların müalicəsi, sosial rifahı, arzu və təkliflərinə xüsusi həssaslıqla yaanşıb. Təkcə bir faktı qeyd edim ki, son iki ayda bir neçə dəfə Müharibə Veteranlarının Respublika Xəstəxanasına səfər edən polkovnik Cəlil Xəlilov xəstəxanada veteranlara yaradılan şəraitlə tanış olub, onların müalicəsi və istirahəti ilə maraqlanıb. Cəlil müəllim veteranlara xidmət səviyyəsinin daha da yüksəldilməsinə, onların müalicəsinin daha effektiv şəkildə təşkilinə nail olmaq üçün əlaqədar dövlət qurumları qarşısında konkret təkliflərlə çıxış edib. Məhz onun təşəbbüsü və müraciəti ilə bir sıra yetkililər xəstəxanaya səfər edib, mövcud vəziyyətlə yerindəcə tanış olub, problemlərimizlə maraqlanıblar. Bu səbəbdən də Müharibə Veteranlarının Respublika Xəstəxanası olaraq polkovnik Cəlil Xəlilovun xidmətlərini yüksək qiymətləndirir, onu ad günü münasibəti ilə ürəkdən təbrik edirik. Əminik ki, veteranların həqiqi dostu, təmənnasız yardımçısı olan polkovnik Cəlil Xəlilov hər zaman olduğu kimi bundan sonra da veteranlara diqqət və qayğı göstərməkdə davam edəcək, veteranların ona olan ümidlərini daim doğruldacaqdır”. Seymur ƏLİYEV
Read more
Heydər Əliyev: “Azərbaycanın Sərhəd Qoşunlarında xidmət edən hər bir şəxs öz vəzifəsinin nə qədər məsuliyyətli olduğunu dərk edir” Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Dövlət Sərhəd Xidməti dinamik inkişafa nail olmuş və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində dövlət sərhədinin etibarlı mühafizəsini təşkil etməyə qadir olan böyük bir quruma çevrilmişdir. Bu gün Dövlət Sərhəd Xidmətində gənclərin Vətənə, tariximizə, mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunması, onlarda sərhədçi peşəsinə marağın artırılması istiqamətində mühüm işlər görülür. Müstəqil Azərbaycanın tarixində şanlı iz buraxmış Sərhəd qoşunlarının yaranmasının 103-cü il dönümünün ərəfəsindəyik.Jurnalist olmasamda ildə bir dəfə Dövlət Sərhəd Xidməti haqqınada yazmağı özümə borc bilirəm. Sözsüz ki, Sərhəd Qoşunlarının formalaşmasında Heydər Əliyevin rolu müstəsna olmuşdur. Məhz onun rəhbərliyi altında Azərbaycanda Sərhəd Qoşunları formalaşdı, gücləndi və bu gün ölkəmizin milli maraqlarını çox ləyaqətlə qorumağa başladılar. Xalqımızın ümummilli liderinin qərarı ilə Sərhəd Qoşunları müstəqil qurum kimi fəaliyyətə başladıqdan sonra bu istiqamətdə çox böyük müsbət dəyişikliklər baş verdi.DSX-nin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və şücaət nümunələri Azərbaycanın tarixinə salnamə kimi yazıldı. Bu gün Azərbaycan Sərhəd Qoşunları bütün yüksək standartlara cavab verir və ölkəmizin sərhədləri etibarlı şəkildə qoruyur. DSX-nın tarixi çox qədimdir. DSX müxtəlif dönəmlərdə müxtəlif mərhələlərdən keçib. Bu gün DSX güclü maddi-texniki bazaya malikdir. Şəxsi heyətin keyfiyyətli xidmətini təmin etmək, habelə, onların asudə vaxtını səmərəli keçirməsi üçün hər cür şərait yaradılıb. Ehtiyatda olan zabit kimi, təhsil işçisi kimi DSX-ya məxsus hərbi hissələrdə oluram. Həm Qazax istiqamətində, həm Cəbrayıl və Zəngilan istqiamətlərində, həm də işğaldan azad edilən digər ərazilərəimizdə yerləşən hərbi hissələrdə olan zaman şəxsi heyətə yardılan şəraitlə tanış olmuşam. Bu səfərlər zamanı şahid olmuşam ki, hərbi hissələrin maddi-texniki bazası, şəxsi heyət üçün yaradılan şərait müasir tələblər səviyyəsindədir. DSX rəhbərliyi bu gün də məlum işğaldan azad olunmuş ərazilərdə mühüm addımlar atmaqda, görülən işləri daha da genişləndirməkdədir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında DSX mühüm yeniliklərə imza atır və görülən bu işlər heç şübhəsiz təqdirəlayiqdir. 44 günlük Vətən Müharibəsində tarixi zəfərin əldə edilməsində DSX-nın mühüm rolu olub. Cəbrayıl, Zəngilan və digər yaşayış məntəqlərləimizin düşmən işğalından azad edilməsində sərhədçilər mühüm rol oynayıb, böyük qəhrəmanlıqlar göstərib. DSX-nın bir çox hərbi qulluqçusu Ali Baş Komandan tərəfindən “Vətən Müharibəsi qəhrəmanı” adı, “Rəşadət” ordeni, “Qarabağ” ordeni, habelə digər orden və medallarla təltif olunub. DSX-nın şəxsi heyəti müharibənin ilk günündən əzmkarlıqla döyüşüb, böyük igidiliklər göstəriblər. DSX-nın Çevik Hərəkət Qüvvələri bizim xüsusi təyinatlılarla birlikdə işğaldakı torpaqlaırn azad edilməsi uğrundakı döyüşlərin ön səfində yer alıb, zəfər bayrağımızı işğaldan azad edilən torpaqlarda qaldırıb. Vətən müharibəsində ağır məğlubiyyətə uğrayan Ermənistan ordusu biabırçı şəkildə geri çəkildi, öz silah-sursatını ataraq qaçdı. Hansı ki, onların da həmin ərazilərdə sərhəd zastavaları var idi. Bu zastavalardakı düşmən hərbçiləri də öz postlarını qoyaraq qaçmağa başladılar. DSX-nın bir sıra zastavaları məhz Ermənistan hərbçilərinin qoyub qaçdığı zastavaların yerində qurulub. Ali Baş Komandan da bu zastavaların açılışında şəxsən iştirak etdi, görülən işləri yüksək qiymətləndirdi. Bu gün Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin rəhbərliyi altında Dövlət Sərhəd Xidməti dünyanın ən modernləşmiş hərbi qürumlar sırasındadır. Məhz, general polkovnik Elçin Quliyev ulu öndər Heydər Əliyev tərəfindən sərhəd qoşunları komandanı təyin olunmasından bu günədək Azərbaycan sərhədçilərimizin keçdiyi inkişaf yolu göz qabağındadır. Fəxrlə söyləmək olar ki, Dövlət Sərhəd Xidmətinin bir çox dövlətlərin sərhəd xidməti qurumları ilə faydalı, qarşılıqlı əlaqələrin qurulmasında və möhkəmləndirilməsində, böyük innovativ başlanğıclara imza edərək , bu sahədə uğurlu nəticələr və müsbət göstəricilərə nail olmuşdur. Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti ilbəil öz professional bilik və bacarıqlarını artıraraq bu gündə Vətənimizin sərhədlərinin mühafizəsini yüksək mətinlik və şərəf hissi ilə həyata keçirirlər.Vətənimizin həmsərhəd ərazilərində hərbi qulluqçularımızın sərhəd mühafizəsini yüksək döyüş və mənəvi-psixoloji ruh yüksəkliyində aparılması üçün müasir infrastruktur, texniki avadanlıqlar yaradılmışdır.Sərhədçilərimiz erməni ordusu ilə üzbə-üz duraraq vəzifə borclarını layiqincə yerinə yetirirlər.Bu onu göstərir ki,Dövlət Sərhəd Xidmətinin rəisi general polkovnik Elçin Quliyevin bacarıqlı və səriştəli rəhbərliyi altında sərhədçilərimiz istənilən döyüş tapşırıqlarını yerinə yetirmək iqtidarındadır. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin çıxışından sitat gətirmək istəyirəm:”Sərhəd qoşunlarında Vətənpərvərlik ruhu çox yüksəkdir. Bu da çox önəmlidir. Mən hər dəfə sərhədçilərlə görüşəndə, vəziyyətlə tanış olanda bunları görürəm. Bilin ki, mən bundan sonra da Azərbaycanın Sərhəd Qoşunlarının inkişafına öz töhfəmi verəcəyəm, bu məsələlərə daim böyük diqqətlə, qayğı ilə yanaşacağam. Biz hamımız Azərbaycanda Sərhəd Qoşunlarının daha da inkişafına çalışmalıyıq.” Yazının sonunda Dövlət Sərhəd Xidmətinin bütün şəxsi heyətini DSX-nin rəisi general –polkovnik Elçin Quliyev başda olmaqla səmimi qəlbdən təbrik edirəm və sərhədlərimizin etibarlı mühafizəsində uğurlar və müvəffəqiyyətlər arzulayıram. Mürsəl Qurbanov
Read more