Последние новости

Məlum olduğu kimi, “YAŞAT” Fondunun rəhbərliyi və Himayəçilik Şurasının üzvlərinin bəziləri müharibə veteranlarından və şəhid ailələrinin nümayəndələrindən təşkil olunub. Fondun Himayəçilik Şurasının tərkibinin müharibə veteranları və şəhid ailələrinin nümayəndələrindən təşkili hər şeydən əvvəl dövlətimizin başçısının bu kateqoriyadan olan vətəndaşlarımıza qayğısının bariz nümunəsidir. AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib. C.Xəlilov bildirib ki, bu, bir daha Prezident İlham Əliyevin müharibə veteranlarına, şəhid ailələrinə münasibətdə xüsusi həssaslıq, onlara yüksək diqqət və qayğı göstərdiyinin əyani təsdiqidir. Eyni zamanda, bu Fond vətəndaşlarımızın problemlərinə daha duyarlı münasibəti təmin edəcək. Çünki Fondda çalışan insanlar da məhz bu kateqoriyadan olan şəxslərdir. Onlar araşdırılması vacib müraciətlərin, problemlərin mahiyyəti ilə yaxından tanış olan insanlardır. Bu baxımdan, “YAŞAT” Fondunda məhz müharibə veteranı və şəhid ailələrinin təmsilçilərinin yer alması böyük əhəmiyyətə malikdir. “Əminəm ki, dövlətimizin başçısının müvafiq Fərmanı ilə yaradılan və müqəddəs məqsədə xidmət edən “YAŞAT” Fondu bütün şəhid ailələrinin, müharibə veteranlarının ümid və gözləntiləri doğruldacaq, onların probleminin həllinə böyük töhfə verəcək”, - deyə C.Xəlilov vurğulayıb.
Читать далее
Vətən müharibəsindəki şanlı Qələbə və Ermənistanın kapitulyasiyasından qırx gün ötür. Bu günü rəmzi olaraq Vətən uğrunda canından keçmiş şəhidlərimizin qırx günü kimi qəbul etmək olar. Hazırda biz tamamilə yeni, qalib, məğrur Azərbaycanda yaşayırıq. Şəhidlərin ruhuna ən böyük töhfə dövlətimizin başçısının rəhbərliyi ilə doğma Qarabağın bərpası üçün hazırlanan böyük planlar, möhtəşəm layihələrdir. AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib. C.Xəlilov bildirib ki, əslində, Qarabağ Zəfəri ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin uzun illərdir apardıqları məntiqi siyasətin nəticəsidir. Güclü iqtisadiyyat, ən yüksək tələblərə cavab verən müzəffər ordu, yüksək nizam-intizam bu Qələbəni şərtləndirən mühüm amillərdir. Bu Qələbə ölkəmizin gələcək inkişafına böyük töhfələr verəcək. Bu günümüzə görə canından keçmiş şəhidlərimizi ehtiramla yad edir və onlara Allahdan rəhmət diləyirik. O, eyni zamanda, qeyd edib ki, Azərbaycan bu Zəfəri ilə bütün dünyaya sübut etdi ki, onun qüdrətli, məğlubedilməz ordusu var. Bu ordu istənilən missiyanı yerinə yetirməyə, ölkənin və xalqın təhlükəsizliyini təmin etməyə qadirdir.
Читать далее
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Şuşaya səfərlə bağlı paylaşım edib. Publika.az həmin paylaşımı təqdim edir:
Читать далее
Prezident İlham Əliyev Şuşada Azərbaycan bayrağını yüksəldib. Publika.az xəbər verir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar.
Читать далее
Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərinə səfəri zamanı Yuxarı Gövhər Ağa məscidində olub. Publika.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva kəlağayıya bükdüyü “Qurani-Kərim”i məsciddə Prezident İlham Əliyevə təqdim edib. Dövlət başçısı müqəddəs kitabı öpərək onu məsciddə xüsusi yaradılmış guşəyə qoyub. Daha sonra dualar edilib.
Читать далее
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoyub. Publika.az xəbər verir ki, sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar. Füzuli-Şuşa yolunun yeni işlənmiş layihəsinə körpü və tunellərin inşası daxildir. Yəni, çətin relyefə malik olan ərazilərdə dolama yolların yerinə körpü və tunellərin tikintisi nəzərdə tutulur. Yeni yol Füzuli hava limanı ilə əlaqəndiriləcək və bu yoldan İsa bulağına yeni yol çəkiləcək. Dövlətimizin başçısı və birinci xanım yolun təməlini qoydular. Sonra Prezident İlham Əliyev Füzuli rayonunda beynəlxalq hava limanının təməlini qoydu. Uçuş-enmə zolağının uzunluğu 2800 metr olacaq hava limanı beynəlxalq standartlara uyğun infrastrukturla təchiz ediləcək. Burada təyyarələrin qəbulu və yola salınması, sərnişinlərin rahatlığı üçün hər cür şərait yaradılacaq. Prezident İlham Əliyev dedi: - Bu gün yanvarın 14-də Füzuli Beynəlxalq Hava Limanının təməli qoyuldu. Mən hava limanının tikintisi ilə bağlı Azərbaycan xalqına məlumat vermişdim. Bu, azad edilmiş bölgələrimizin inkişafı üçün çox önəmli bir layihədir. Füzuli Beynəlxalq Hava Limanı bu il istifadəyə verilməlidir. Hər halda uçuş-enmə zolağı bu il istifadəyə verilməlidir. Hava limanının binası isə ola bilər bu il, ola bilər gələn il istifadəyə veriləcək. Bu hava limanının əsas məqsədi xarici qonaqların Şuşaya gəlişini təmin etməkdir. Çünki buradan Şuşaya olan məsafə o qədər də böyük deyil. Nəzərə alsaq ki, bu gün Füzuli-Şuşa dördzolaqlı və bəzi yerlərdə altızolaqlı yeni avtomobil yolunun təməli qoyulub, xarici qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək, çox rahat və qısa müddət ərzində Şuşa şəhərinə gedə biləcəklər. Şuşa şəhəri mənim tərəfimdən Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Şuşa şəhərinin bərpası və tarixi simasının özünə qaytarılması istiqamətində işlərə start verildi. Bütövlükdə müharibədən cəmi iki ay vaxt keçib, ancaq böyük quruculuq işlərinə start verildi. Azad edilmiş torpaqlarımızda ikinci beynəlxalq hava limanı Kəlbəcər və ya Laçın rayonlarının ərazisində inşa ediləcək. İndi yer seçilir və beləliklə, iki beynəlxalq hava limanının tikintisi yaxın zamanlarda təmin edilməlidir. Böyük qayıdış başlayır, bütün işlərə start verildi. Əminəm, necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, - cəmi 44 gün ərzində, - bizim tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik. Qarabağ Azərbaycandır! XXX Daha sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşa şəhərinə yola düşdülər. Füzuli-Şuşa yolunun Xocavənd rayonunun Böyük Tağlar kəndi ərazisindən keçən hissəsində dövlətimizin başçısı, birinci xanım və qızları Leyla xatirə şəkli çəkdirdilər. XXX Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı qaldırdı. Sonra dövlətimizin başçısı hərbçilərlə görüşdü və çıxış etdi. Prezident İlham Əliyevin çıxışı -Əziz hərbçilər, noyabrın 8-i xalqımızın tarixində əbədi qalacaq. Noyabrın 8-də qədim Şuşa şəhərimizi düşməndən azad edərək Azərbaycan parlaq qələbə qazandı. Şuşanın işğaldan azad edilməsi böyük qəhrəmanlıq, peşəkarlıq, milli ruh tələb edirdi. Azərbaycan hərbçiləri bütün bu ülvi xüsusiyyətləri nümayiş etdirmişdir. Mən Şuşaya Qələbə yolu ilə gəlmişəm. O yol indi açılıbdır, yol yox idi. Dağlardan, meşələrdən, dərələrdən keçərək, onlarla kilometr məsafəni qət edərək qəhrəman Azərbaycan hərbçiləri yol boyunca kəndləri, qəsəbələri düşməndən azad edib, Şuşa şəhərinə yaxınlaşıb, Daşaltı kəndini azad edib və ondan sonra Şuşanı işğalçılardan azad edib. Əminəm ki, Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaqdır. Artıq məndə məlumat var ki, inkişaf etmiş bir çox ölkələrin mütəxəssisləri 44 günlük Vətən müharibəsinin hər bir gününü təhlil edirlər. Çünki 44 günlük müharibənin hər bir günü qələbə, zəfər günüdür. Şuşanın işğaldan azad edilməsi düşmənə vurulan ən böyük zərbə idi. Çünki düşmən hesab edirdi ki, Şuşanı azad etmək mümkün deyil və yəqin ki, müəyyən dərəcədə haqlı idi. Çünki Pənahəli xan bu şəhəri elə salmışdır ki, hər tərəfdən sıldırım qayalar və təbii landşaft Şuşanı mühafizə edir. 1992-ci ilin mayında o vaxtkı Azərbaycan rəhbərliyinin və hakimiyyət uğrunda mübarizə aparan AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa işğal altına düşdü. O vaxt ermənilər öz dırnaqarası əməliyyatına bir ad vermişdilər – dağlarda toy. Halbuki heç əməliyyat da keçirilməmişdi. Şuşa şəhəri boşaldılmışdı. O vaxtkı müdafiə naziri demişdi ki, Şuşa əldən getsə, başıma güllə çaxacağam, qorxaqcasına Şuşadan qaçmışdı. Ondan sonra isə ermənilər guya bu əməliyyat haqqında əfsanələr uydurmuşdular – dağlarda toy. İndi biz onlara elə toy tutmuşuq ki, onlar bu dərsi əbədi yadda saxlayacaqlar. Qəhrəman Azərbaycan övladları mükəmməl hərbi əməliyyat keçirərək cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirərək Şuşanı işğalçılardan azad etmişlər və uzun fasilədən sonra noyabrın 8-də Şuşada Azərbaycan bayrağı qaldırılmışdır. Bakıda möhtəşəm Dövlət Bayrağı Meydanı açılanda mən çıxış edərkən demişdim ki, gün gələcək və Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaqdır. Bax, bu gün gəldi. Xatırlayıram, erməni separatçı rejiminin bəzi dırnaqarası nümayəndələri o vaxt demişdilər ki, ancaq bir halda Azərbaycan bayrağı Şuşada qaldırıla bilər, o da əgər Azərbaycan “Dağlıq Qarabağ respublikası”nı tanısa və Azərbaycan Dağlıq Qarabağda öz səfirliyini açsa. Görün, nə qədər iyrənc, nə qədər təkəbbürlü ifadələr işlədilib. İndi siçan kimi oturublar, dillərini qoyublar qarınlarına. Bir kəlmə də söz deyə bilmirlər. Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Döyüşə-döyüşə gəlmişik. Heç kim bu torpaqları bizə elə-belə verməyib. Heç bir danışıqlar heç bir əhəmiyyətə malik deyildi. Biz gördük ki, ancaq öz gücümüzlə öz torpaqlarımızı azad etməliyik və bunu etdik. Bütün dünyaya gücümüzü sübut etdik, göstərdik, düşmənin başını əzdik. Düşməni məcbur etdik ki, qabağımızda diz çöksün, kapitulyasiya aktına imza atsın. Belə də oldu və alçaldıcı kapitulyasiya aktı tarixdə əbədi qalacaq. Bütün dünya bizim Qələbəmizdən danışır. Bütün dünyanın aparıcı media orqanları Azərbaycanın parlaq qələbəsi haqqında yazırlar, reportajlar hazırlayırlar. İndi analitik məqalələr dərc edilir, kitablar da yazılacaq. Bizim şanlı Ordumuzun 44 günlük müharibəsi XXI əsrin müharibəsidir. Biz bu müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik. Mən dəfələrlə demişdim ki, o cümlədən hərbçilərlə görüşlərimdə, çoxsaylı görüşlərimdə, əgər düşmən torpaqlarımızdan öz xoşu ilə çıxmasa, məcbur edəcəyik onları, qovacağıq torpaqlarımızdan, güc amili öz rolunu oynayacaqdır və belə də oldu, 44 günlük müharibənin hər bir günü zəfər günü idi. Hər gün biz qabağa gedirdik. Bir gün belə geri addım atmadıq. Bu, müharibələrdə çox nadir hallarda müşahidə edilən bir mənzərədir. Müharibələrdə hücumlar olur, geriyə çəkilmə olur, manevrlər olur, biz isə hər gün qabağa gedirdik. Hər həftə onlarla yaşayış məntəqəsini işğalçılardan azad edirdik. Nəticədə düşmənə sarsıdıcı zərbələr endirərək 300-dən çox yaşayış məntəqəsini və Şuşanı azad etdik. Onları məcbur etdik və cəmi 20 gün ərzində Ağdam, Laçın və Kəlbəcər rayonlarından qoşunlarını çıxardılar, rədd oldular bizim torpaqlarımızdan və biz qayıtmışıq. Müharibə başlayan gündən mən deyirdim ki, rədd olun bizim torpağımızdan, dərhal öhdəlik götürün. Özü də demişdim ki, bu öhdəliyi Ermənistan rəhbərliyi götürməlidir, deməlidir, tarix verməlidir ki, filan tarixdə mən torpaqlardan çıxıram, mən də müharibəni dayandırıram. Əks-təqdirdə, sona qədər gedəcəyik. Bütün təzyiqlərə, bütün telefon zənglərinə, bütün təhdidlərə baxmayaraq, dedim ki, sona qədər gedəcəyik, düşməni torpaqlarımızdan qovacağıq. Etdik də, getdik də, qovduq da və düşmən məcbur olub noyabrın 10-da kapitulyasiya aktını imzaladı və beləliklə müharibəyə son qoyuldu. Bu müharibə bizim tariximizdə əbədi yaşayacaq. Bu müharibəni biz şəhidlərimizin canı, qanı bahasına, hərbçilərimizin şücaəti hesabına qazanmışıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Allah onların yaxınlarına səbir versin! Bütün şəhid ailələri dövlət tərəfindən qayğı ilə əhatə olunub. Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcəkdir. Artıq bu ildən başlayaraq göstəriş verildi. Şəhid ailələri üçün müavinət 300 manatdan 500 manata qaldırıldı və daim o ailələr diqqət mərkəzində olacaqlar. Birinci Qarabağ müharibəsində həlak olmuş 9 min şəhidin ailəsinə dövlət artıq mənzillər, evlər vermişdir. Yaralı hərbçilərimiz dövlət tərəfindən qayğı ilə əhatə olunub. Əlil olmuş hərbçilərin reabilitasiyası, onların müasir protezlərlə təmin edilməsi məsələsi öz həllini tapacaq. Müharibədə qəhrəmanlıq göstərmiş minlərlə hərbçi mənim tərəfimdən yüksək orden və medallarla təltif edilib. “Vətən Müharibəsi Ordeni” Azərbaycanın ən ali hərbi ordenidir. “Zəfər” ordeni, “Qarabağ” ordeni. Bütün bu ordenlərin adlarını mən özüm təklif etmişəm. Qəsəbələrimizin, şəhərlərimizin azad edilməsi işində fərqlənmiş hərbçilərə o rayonların adlarını daşıyan medallar verilib. Ordumuz Şuşaya qədər qələbə yolu ilə, uğurla gedərək Cəbrayıl, Füzuli, Xocavənd rayonlarını, Suqovuşan, Hadrut qəsəbələrini, Murovdağ silsiləsini, Laçın rayonunun cənub hissəsini, Qubadlı, Zəngilan rayonlarını azad edib və noyabrın 8-də Şuşa şəhərini azad edib. Noyabrın 9-da düşmən təslim olub, ağ bayraq qaldırıb, diz çöküb və öz məğlubiyyətini etiraf edib. Biz qalib xalqıq. Mən Şuşaya son dəfə 39 il bundan əvvəl gəlmişəm. 39 il bundan əvvəl iki dəfə gəlmişəm və birinci dəfə yanvarın 14-də gəlmişəm. Bax, bu gün, yanvarın 14-də yenə də buradayıq. Bu dəfə müzəffər Azərbaycan Ordusunun, qalib Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi gəlmişəm. Düşmənin belini qıran Ordunun Ali Baş Komandanı kimi gəlmişəm və burada müqəddəs bayrağın altında, qəhrəman hərbçilərin önündə deyirəm ki, biz bu torpaqlarda əbədi yaşayacağıq! Biz Şuşanı və dağıdılmış bütün başqa şəhər və kəndlərimizi bərpa edəcəyik. Dağıdılmış bütün tarixi abidələrimizi bərpa edəcəyik. Ermənistan saxtakarlıq edərək bütün dünyaya Şuşa haqqında uydurmalar çatdırırdı ki, guya Şuşa onların qədim şəhəridir. Pənahəli xanın saldığı şəhər necə erməni şəhəri ola bilər?! Axı bu, yaxın tarixin işidir, hadisələridir. Əgər onlar bu şəhəri öz şəhəri hesab edirdilərsə, nə üçün belə bərbad vəziyyətə qoydular, nə üçün bütün binaları dağıtdılar? Görün, nə gündədir bu şəhər?! Daş üstə daş qalmayıb 30 il ərzində, ancaq özləri üçün villalar tikdiriblər, özləri üçün şərait yaradıblar. Biz bu şəhəri bərpa edəcəyik. Mənim göstərişimlə böyük bir qrup ezam edildi, bütün təhlil aparıldı. Dünən mənə ilk dəfə olaraq məruzə edildi, artıq müvafiq göstərişlər verilibdir. Yaxın zamanlarda biz Şuşanın bərpasını planlı şəkildə təmin edəcəyik. Əlbəttə ki, bundan sonra biz Şuşanı göz bəbəyi kimi qorumalıyıq. Bizim hərbçilərimiz, bizim qəhrəman övladlarımız Şuşanı qoruyacaqlar ki, düşmən heç bu tərəfə baxmağa özündə cəsarət tapmasın. Mən demişəm ki, əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə, o, bizim dəmir yumruğumuzu bir daha görəcək. Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Əgər bizə qarşı hər hansı bir təxribat törədilərsə, cavabımız çox sərt olacaq, çox peşman olacaqlar və yenə də acı məğlubiyyətlə üzləşəcəklər. Heç kim bizim qabağımızda dura bilməz. Bundan sonra həmişə belə olacaq. Azərbaycan Ordusu, xüsusi təyinatlılar, bizim qəhrəman övladlarımız, hərbi birləşmələrin döyüşçüləri Şuşanı və azad edilmiş bütün torpaqları göz bəbəyi kimi qorumalıdırlar ki, düşmən bir daha belə cəhd etməsin. Cəhd edərsə, axırı lap pis olacaq. Noyabrın 8-də Şəhidlər xiyabanında Azərbaycan xalqına Şuşanın azad edilməsi müjdəsini verərkən çıxışımın sonunda demişdim: Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Bu gün eyni sözləri təkrarlayıram. Şuşa bizimdir! Qarabağ Azərbaycandır! XXX Hərbçilərlə xatirə şəkli çəkdirildi. XXX Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşa şəhərindəki Saatlı məscidini ziyarət etdilər. Dövlətimizin başçısı məscidə “Qurani-Şərif” hədiyyə etdi. Prezident İlham Əliyev dedi: -Saatlı məscidini ziyarət etdik, dualarımızı etdik, Məkkədən gətirilmiş “Qurani-Şərif”i Saatlı məscidinə hədiyyə etdim. Sonra Aşağı Gövhərağa, Yuxarı Gövhərağa məscidlərində olacağıq. Oraya da müqəddəs Məkkədən gətirdiyim “Qurani-Şərif”i bağışlayacağam. Düşmən bizim azad edilmiş torpaqlardakı dini abidələrimizi işğal dövründə məhv edib, 67 məscidi dağıdıb, yaxud da ki, belə yararsız vəziyyətə salıb. Şuşa işğaldan azad olunandan sonra bizim vətəndaşlar əl gəzdirib, məscidi təmizləyib və müəyyən təmir işlərini görüblər. Ancaq əlbəttə ki, məscidin əsaslı təmiri bundan sonra aparılacaq, bütün müvafiq göstərişlər verilib, Heydər Əliyev Fondu bu missiyanı öz üzərinə götürüb. Mehriban xanım bu barədə açıqlama verib və biz bütün tarixi-dini abidələrimizi bərpa edəcəyik. Bildirməliyəm ki, ziyarət etdiyim Ağdam cümə məscidinin əsaslı təmiri və bərpası işlərinə start verildi. Artıq mütəxəssislər oraya ezam edildi və yaxın zamanlarda təmirlə bağlı təkliflər veriləcək. Eyni zamanda, Şuşa şəhərinin məscidləri də bərpa ediləcək. Minarənin dağıdılması düşmənin islamofob xislətini göstərir. Ermənistan daim çalışır ki, müsəlman ölkələri ilə münasibətlər qursun, bəzi ölkələrlə münasibətləri inkişaf etdirsin, özünü sanki müsəlman xalqlarına müsbət münasibət bəsləyən bir ölkə kimi qələmə versin. Hamısı yalandır. Əgər buna kimsə bu günə qədər inanıbsa, gəlsin Şuşaya, Ağdama, Füzuliyə, Cəbrayıla, bizim azad edilmiş digər torpaqlara, görsün ki, Ermənistan rəhbərliyi nə günə salıb müsəlman məscidlərini. Hər bir müsəlman üçün müqəddəs olan məbədlərimizi nə günə salıb. Dağıdıb, təhqir edib, donuz saxlayıb, inək saxlayıb, məscidlərimizin üzərində təhqiramiz ifadələr yazdırıb. Belə bir ölkə müsəlman ölkələri ilə dost ola bilərmi? Əlbəttə ki, yox. Mən bunu dəfələrlə bütün beynəlxalq kürsülərdən bəyan edirdim, müsəlman ölkələrinin liderlərinə müraciət edərək həm ikitərəfli formatda, həm çoxtərəfli görüşlər əsnasında, beynəlxalq tədbirlərdə deyirdim ki, Ermənistan müsəlman ölkələri üçün dost ola bilməz, məscidləri bu günə qoyan ölkə müsəlman ölkələri ilə dost ola bilməz. Bu, riyakarlıqdır və Ermənistanı dost ölkə kimi qəbul etmək də riyakarlıqdır, Allahsızlıqdır. Bunu dağıdanla müsəlman ölkələrinin liderləri necə dost ola bilərlər? Cavab versinlər buna. Mənə yox, öz xalqlarına cavab versinlər. Məscidləri dağıdan, oraya inək salan müsəlman ölkələri ilə dost ola bilər? Qoy onların xalqları buna cavab versinlər. Biz bütün dinlərin məbədlərini qoruyuruq və qoruyacağıq. Heç kimdə şübhə olmasın. Artıq bunu müstəqillik tarixi də göstərib, müstəqillikdən əvvəlki tarix də göstərib. Bütün dinlərin abidələri bizdə qorunur – kilsələr, sinaqoqlar, o cümlədən erməni kilsəsi Bakının mərkəzində dövlət tərəfindən qorunur, təmir edilib. Onlar nə ediblər? Mən Zəngilanda olarkən dağıdılmış, divarları qalmış məscidin önündəki çıxışımda Azərbaycan xalqına müraciət edərək dedim onlar nə ediblər, beynəlxalq təşkilatlara müraciət edərək dedim ki, gəlin baxın, hesabatı burada hazırlayın, öz kabinetlərinizdə yox. Ermənistan rəhbərliyinin və onun havadarlarının yalan məlumatlarına inanmayın, gəlin öz gözlərinizlə baxın nə günə salıblar bizim məscidlərimizi. Sadəcə olaraq, onlar görüntü yaratmaq üçün Yuxarı Gövhərağa məscidini guya bir xarici şirkətlə birlikdə təmir etdiriblər. Bu təmir bizə lazım deyil. Bu təmir riyakarlıq rəmzidir, sadəcə olaraq, görüntü yaratmaqdır ki, guya Ermənistan rəhbərliyi məscidləri təmir etdirir. Əfsuslar olsun ki, bir ölkənin şirkəti bu çirkin əməllərdə onlarla şərik olub. Əlbəttə ki, Yuxarı Gövhərağa məscidinin təmiri qəbuledilməzdir. Çünki bizim icazəmiz olmadan, qanunsuz olaraq torpaqlarımıza gəlib, orada aylarla oturub, Ermənistanın kriminal xunta rejimi ilə əlbir olub bu məscidi guya təmir ediblər. Bizə belə təmir lazım deyil və heç kimi aldatmasın, heç kim bu yalana uymasın. Biz bütün məscidlərimizi yenidən təmir etdirəcəyik, yenidən bərpa edəcəyik və bütün dünya görməlidir ki, mənfur düşmən bizim müqəddəs məbədlərimizi nə günə salıb. Şuşa işğaldan azad olunandan sonra şəhərin, bütün tarixi binaların bərpa edilməsi prosesinə start verilib. Şuşanı erməniləşdirmə cəhdlərinə son qoyulub. Otuz il onlar çalışırdılar ki, Şuşanı erməniləşdirsinlər, nail ola bilmədilər. Bu, onlar üçün yad şəhərdir, öz şəhəri saysaydılar, bu günə qoymazdılar. Şuşanın əsl sahibləri qayıdıb, biz qayıtmışıq. Şuşa bizimdir! Qarabağ Azərbaycandır! XXX Dövlətimizin başçısı, birinci xanım və qızları Leyla Şuşadakı Aşağı Gövhərağa və Yuxarı Gövhərağa məscidlərini də ziyarət etdilər. XXX Ermənistanın Azərbaycan torpaqlarını, o cümlədən Şuşanı işğal etməsi nəticəsində tarixi, mədəni abidələrimiz dağıdılıb, ev muzeyləri qarət edilib. Onların arasında Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşadakı büstləri də var. Güllələnmiş bu büstlər erməni vandalizminin şahidləridir. Prezident İlham Əliyev çıxışlarının birində demişdi ki, ərazi bütövlüyümüz bərpa ediləndən sonra Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstləri yenə də Şuşada qoyulacaq. Dövlətimizin başçısının bu sözləri artıq reallığa çevrilib. Həmin dahi şəxsiyyətlərin büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyulub. Bununla bağlı keçirilən tədbirdə çıxış edən Prezident İlham Əliyev dedi: -Bu gün Şuşaya gələrkən 30 ilə yaxın Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılan dahi şəxsiyyətlərimizin – Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini gətirmişəm. Bu yerdə Şuşa Mədəniyyət Mərkəzi, Mədəniyyət Evi yerləşirdi və Üzeyir bəyin, Bülbülün büstləri məhz bu yerdə qoyulmuşdu. Mənfur düşmən Şuşa Mədəniyyət Evini dağıdıb və dahi şəxsiyyətlərimizin büstlərini gülləbaran edib. Xurşidbanu Natəvanın büstünü Heydər Əliyev özü şəxsən açmışdır, 1992-ci ilin yay aylarında. Mən də o vaxt atamla birlikdə burada idim. Bax, buradan bir qədər aralı bir yerdə Xurşidbanu Natəvanın büstü qoyulmuşdu. Ermənilər dahi şəxsiyyətlərimizin büstlərini təhqir edəndən sonra onları əridib satmaq, pul əldə etmək üçün Ermənistana aparmışdılar. Görün nə qədər alçaq keyfiyyətli insan olmalısan ki, tarixi şəxsiyyətlərin xatirə büstlərini güllə ilə vurasan, təhqir edəsən, sonra aparıb bunu əritmək istəyəsən. O vaxt Polad Bülbüloğlu bundan xəbər tutmuş və ulu öndər Heydər Əliyevə müraciət etmişdi. Görülmüş tədbirlər nəticəsində bu büstlər ermənilərdən alındı. Onu da açıq deməliyəm, pulla alındı. Satdılar onlar. Necə ki, hər şeyi satıblar ömrü boyu. Büstləri də biz pulla almışıq. O vaxt gətizdirdik və onlar İncəsənət Muzeyinin həyətində yerləşdirildi. Sonra müxtəlif vaxtlarda bəzi insanlar mənə müraciət etmişdilər ki, bəlkə bu büstləri Bakının hər hansı bir yerində qoyaq, orada olsun. Dedim ki, yox. Onları biz ancaq Şuşanı düşməndən azad edəndən sonra gətirib öz yerlərində qoyacağıq və öz yerlərində də qoyduq. Dahi şəxsiyyətlərimizin büstləri bizim Qələbəmizin rəmzidir. Onların ruhu şaddır. Onlar doğma Vətənə qayıdıblar. Biz qaytarmışıq onları, düşməni qova-qova, düşməni məhv edərək, torpaqlarımızdan rədd edərək, Şuşanı geri alaraq, azad edərək qaytarmışıq. Burada duracaq, Şuşaya gələn hər bir insan yaxından görəcək erməni vəhşiliyini. Tarixi ədalət bərpa olunur. Biz tarixi ədaləti bərpa edirik - güc hesabına, əzm, iradə hesabına, cəsarət, mətanət hesabına, milli ruh hesabına! Natəvan, Üzeyir bəy, Bülbül milli ruhumuzun təcəssümüdür. Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayıb və əbədi yaşayacaqdır. Qarabağ Azərbaycandır! XXX Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşa Rayon İcra Hakimiyyətinin binası, Natəvan bulağı, Bülbülün ev muzeyi ilə də tanış oldular. XXX Şuşa şəhərində erməni vandalizminə məruz qalan abidələrdən biri də XVIII əsrdə yaşamış Azərbaycan şairi və ictimai-siyasi xadim, Qarabağ xanının vəziri olmuş Molla Pənah Vaqifin muzey-məqbərə kompleksidir. Ümummilli lider Heydər Əliyevin iştirakı ilə 1982-ci ildə Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin açılışı olub. Şuşa şəhərinin məşhur yerində - Cıdır düzünə yaxın bir ərazidə böyük şairin məzarı üstündə inşa edilən məqbərə dördkünc quruluşa malikdir və mərmərlə bəzədilmişdi. Burada Vaqifin Şuşa həyatını əks etdirən dövrə aid səksənə yaxın eksponat da sərgilənirdi. 1992-ci ilin may ayında Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsi nəticəsində kompleksin binası və burada sərgilənən eksponatlar məhv edilib. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva vaxtilə Molla Pənah Vaqifin büstünün və məqbərəsinin olduğu yerə gəldilər. Məqbərənin qarşısında çıxış edən Prezident İlham Əliyev dedi: - Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş Molla Pənah Vaqifin məqbərəsinin düz 39 il bundan əvvəl - 1982-ci il yanvarın 14-də açılışı olmuşdur. Bu tarixi gün mənim yadımdadır. Çünki o vaxt atamla bərabər, bax, bu yerdə mən də durmuşdum. Bu, tarixi videokadrlar da var. Çox şaxtalı, qarlı bir hava idi. Möhkəm qar yağırdı. Amma buna baxmayaraq, bu tədbirə yığışmış insanlar, Azərbaycan ziyalıları heç o soyuğu hiss etmirdilər. Çünki Qarabağ xanının vəziri olan Molla Pənah Vaqifin möhtəşəm məqbərəsi açılırdı. Bu təşəbbüsü ulu öndər Heydər Əliyev irəli sürmüşdü, onun rəhbərliyi ilə inşaat işləri aparılmışdı və gözəl, əzəmətli məqbərə ucaldılmışdı. Xanın vəziri olan insanın şərəfinə o vaxt - sovet dövründə məqbərə ucaltmaq qeyri-adi bir hadisə idi. İndi buna hər kəs təbii hadisə kimi baxa bilər, amma o vaxt - sosializm dövründə xanın vəzirinin şərəfinə məqbərə ucaltmaq doğrudan da fövqəladə bir hadisə idi. Məhz Heydər Əliyevin təkidi və cəsarəti nəticəsində o vaxt Azərbaycan buna nail ola bildi və bu yer də təsadüfən seçilmədi. Molla Pənah Vaqifin qəbri buradadır. Bu məqbərənin yaradılması və açılışı bir tərəfdən Azərbaycan Respublikasının öz tarixinə, Azərbaycan xalqının öz dahi şəxsiyyətlərinə olan hörmətin əlaməti idi. Digər tərəfdən bu məqbərənin Şuşada açılması bir daha təsdiq edirdi ki, Şuşa Azərbaycan şəhəridir. Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılanda Şuşanı bu vilayətin tərkibinə salmaqla güdülən məqsəd də aydın idi ki, yavaş-yavaş, tədricən burada Azərbaycan izi silinsin, bu ərazi erməniləşdirilsin və azərbaycanlılar öz respublikasının bu ərazisində azlıq təşkil etsinlər. Məqsəd bu idi. Ulu öndər Heydər Əliyevin dövründə - 1969-1982-ci illərdə onun səyləri nəticəsində, siyasəti nəticəsində, o cümlədən Yevlaxdan, Ağdamdan Xankəndiyə dəmir yolunun çəkilişi, Dağlıq Qarabağda müəssisələrin yaradılması və bu müəssisələrə Azərbaycanın müxtəlif yerlərindən mütəxəssislərin gəlməsi burada milli tərkibin Azərbaycan xalqının xeyrinə xeyli dəyişmişdi və 1982-ci ildə azərbaycanlılar Dağlıq Qarabağ Muxtar Vilayətində əhalinin 25 faizini təşkil edirdi. Əgər o vaxt Heydər Əliyev Azərbaycanda qalsaydı növbəti 10 il ərzində Dağlıq Qarabağ Muxtar Vilayətində azərbaycanlılar əksəriyyət təşkil edəcəkdilər və beləliklə, heç vaxt burada hər hansı bir münaqişə, yaxud da ki, separatizm meydana çıxa bilməzdi, separatizm baş qaldıra bilməzdi. Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı, doğma ədəbiyyatına, mədəniyyətinə olan sevgisi, bax, bu məqbərənin tikintisində özünü göstərib. Bir daha demək istəyirəm ki, sovet rəsmi ideologiyasında xanlıqlar antimilli qurum kimi qələmə verilirdi, xanlar ictimaiyyətə düşmən kimi təqdim edilirdi. Sovet dövlətinin rəsmi ideologiyası elə idi ki, sanki Azərbaycan ərazisində mövcud olan xanlıqlar insanları yalnız istismar edirdi. Azərbaycan xalqı sanki gözləyirdi ki, bu xanlıqlar ləğv edilsin və sovet hakimiyyəti yaradılsın. Təbii ki, bu, cəfəngiyatdır, Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşamışdır. Əfsuslar olsun ki, tariximizin böyük əksəriyyəti müstəmləkəçilik formatında keçib. Biz başqa dövlətlərin tərkibində yaşamışıq. Bizi buna məcbur ediblər, zorla, öz xoşumuzla yox. Ulu Öndər sovet dövründə də milli ruhun yüksək səviyyədə olması üçün çox böyük işlər görürdü. Bu məqbərənin açılışı tarixi hadisə idi. Mən o günü çox yaxşı xatırlayıram. Mən təxminən orada, kənarda durmuşdum, burada atam və görkəmli mədəniyyət xadimləri. Yadımdadır, Azərbaycan və erməni şairləri şeirlər deyirdilər. Hətta erməni şairləri Azərbaycan dilində şeirlər deyirdilər. Bu, bir dostluq bayramı, dostluq tədbiri idi və heç kimin ağlına gələ bilməzdi ki, bir neçə ildən sonra burada separatizm baş qaldıracaq, Ermənistan Azərbaycana qarşı təcavüz edəcək, bizim tarixi şəhərimizi əlimizdən alacaqlar, tarixi abidələrimizi, məscidlərimizi, bu məqbərəni bu günə salacaqlar, Azərbaycan xalqının çoxəsrlik irsini Qarabağ diyarından silməyə çalışacaqlar. Heç kimin ağlına gələ bilməzdi. Mən dəfələrlə demişəm və bir daha deyirəm, əgər Heydər Əliyev 1982-ci ildə Bakıdan Moskvaya getməsəydi, əgər onu Moskvaya təyin etməsəydilər, heç vaxt imkan verməzdi ki, burada separatizm baş qaldırsın, heç vaxt. Ancaq Heydər Əliyev hakimiyyətə gələndə artıq Şuşa işğal altında idi, Kəlbəcər işğal altında idi, Laçın işğal altında idi, Daşaltı işğal altında idi, bütün ətraf bölgələr işğal altında idi və Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaradılmışdı. Xalq Cəbhəsi-Müsavat hakimiyyəti bunun günahkarıdır. Onlar bu xəyanəti törətdilər, ondan sonra da qorxaqcasına qaçıb gizləndilər, fərarilik etdilər, Şuşanı satdılar. Şuşa kimi alınmaz qalanı düşmənə təslim etdilər ki, Azərbaycandakı o vaxtkı hakimiyyəti yıxsınlar və hakimiyyətə gəlsinlər. Belə də oldu. Şuşanın əldən getməsi o vaxtkı hakimiyyətin süqutuna gətirib çıxardı. Xalq Cəbhəsi bundan istifadə edib Şuşa əldən gedəndən sonra və Laçın düşmənə təhvil veriləndən sonra hakimiyyətə gəldi. Hər kəs bu tarixi görə bilər, bu, yaxın tarixdir. Xalq Cəbhəsi-Müsavat ancaq hakimiyyətə gəlmək üçün xəyanət, satqınlıq, cinayət törədib. Sonra nə edib? Sonra da Azərbaycanda talançılığı dövlət siyasətinə çevirib, rüşvətxorluğu öz ideoloji prinsipi elan edib, satqınlığı, fərariliyi Azərbaycan xalqının tarixinə bir ləkə kimi yapışdırıb. Xalq Cəbhəsi-Müsavat satqınları xalqımızı dünyanın gözü qarşısında rəzil etmişlər, biabır etmişlər. Ermənistan kim idi ki, biz onlara məğlub olaq? Kim idi? Xalq Cəbhəsi-Müsavat, antimilli ünsürlər Şuşanı düşmənə verdilər, özləri də qaçıb gizləndilər. Ondan sonra erməni vandalları bizim bütün şəhərlərimizi yerlə-yeksan etdilər. İndi azad edilmiş torpaqlarda olarkən bunu öz gözümlə görürəm və bütün dünya görməlidir. Məscidlərimizi, qəbirlərimizi, tarixi abidələrimizi, bütün binalarımızı yerlə bir ediblər. Bu məqbərəni də yadelli düşmənlər dağıdıblar. Məqbərənin bu hissəsində naxışlar var idi, indi tarixi şəkillər var, hamısı sökülüb talan edilib, məqbərə dağıdılıb. Onların ürəyində nə qədər düşmənçilik hissi olmalı idi ki, bax, bu vəhşiliyi törətsinlər. Bunu törədən Sarkisyan-Koçaryan cütlüyüdür. Bizim şəhərlərimizi bu günə salan Sarkisyan-Koçaryan cütlüyüdür. Quldurları, Xocalı cəlladlarını, özündən yalançı qəhrəman düzəldənləri biz məhv etmişik. Onların ordusunu biz məhv etmişik. Şuşanı onların ordusunun əlindən biz geri almışıq, qəhrəmanlıq göstərərək, sıldırım qayalardan qalxaraq. Yüngül silahlarla, bıçaqlarla toplara, tanklara qarşı vuruşaraq məhv etdik onların ordusunu. Harada idilər onlar? Qaçıb gizlənmişdilər İrəvanda. Biri burnunu soxmuşdu buraya. Amma beş gündən sonra dovşan kimi buradan qaçdı. O birisi, ümumiyyətlə, heç səsini çıxarmırdı. Üçüncüsü də var, müharibə cinayətkarı - Ohanyan, özü də burada doğulub, bizim torpağımızda. Müharibə dövründə guya Şuşanı müdafiə etməyə gəlmişdi. İti qovan kimi qovduq onu. İndi yenə sülənir Ermənistanda. Ağzını açıb çirkin sözlər deyir. Bizə sataşanın aqibəti nə oldu, onu hər kəs gördü. Heç kim unutmasın bu dəmir yumruğu. Düşmənin belini qırdıq. Lazım olarsa, bir daha qırarıq. Koçaryan-Sarkisyan, Azərbaycan xalqının düşmənləri, siz buranı bu günə saldınız. Mən müzəffər Ordunun Baş Komandanı kimi gəlmişəm və burada durmuşam, öz torpağımda durmuşam. Sizin iziniz də, tozunuz da rədd olub buradan və bir daha olmayacaq, heç vaxt olmayacaq. Bu gün Dağlıq Qarabağda özünü siyasətçi adlandıran bəzi ünsürlər yenə də baş qaldırmağa çalışırlar. Unutmasınlar, bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın. Yoxsa ordu qurub torpaqları geri alacaq? Gəlin, alın. Gəlin bura, siz buradasınız, yaxındasınız. Gəlin alın, görüm necə alırsınız? İti qovan kimi qovmuşuq sizi, rədd etmişik, cəhənnəmə göndərmişik. Vaqif Poeziya Günləri bərpa ediləcək. Mən artıq göstəriş vermişəm, bu il keçiriləcək. “Xarı bülbül” festivalı bu il keçiriləcək. Biz artıq Şuşanın bərpasını başlayırıq. İndi baş plan hazırlanır. Bütün binaların təftişi aparılıbdır. Şuşa Azərbaycan dövlətinin mədəniyyət paytaxtı kimi dünyanın ən gözəl şəhərlərinin birinə çevriləcəkdir. Əslində, həmişə belə olub. Sadəcə olaraq, mənfur düşmən bütün tarixi abidələrimizi dağıdıb. Amma biz bərpa edəcəyik. Onların əsl simasını qaytaracağıq. Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaq. Şuşa bizimdir! Qarabağ Azərbaycandır! XXX Şuşaya səfər çərçivəsində Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Cıdır düzündə də olublar. Cıdır düzü tarixən cıdır yarışlarının keçirildiyi və Qarabağ xanlığı dövründən yerli əhalinin Novruz bayramını keçirdiyi ərazidir. Bu ərazidə bir çox milli xalq oyunları keçirilirdi. Bu oyunların qalibinə bəzən qızıl pullar, bəzən isə taxıl, buğda, məişət əşyaları verilirdi. Bu düzdə güləş, qaçış, oxatma və sair oyunlar keçirilirdi. Sonralar həmin ərazidə at yarışları, çövkən oyunları keçirildiyinə görə bu ərazini Cıdır düzü adlandırıblar. Prezident İlham Əliyev: -Bura Cıdır düzüdür. Hər birimiz üçün əziz, doğma Cıdır düzü. Şuşanı Cıdır düzüsüz təsəvvür etmək mümkün deyil, Azərbaycanı isə Şuşasız təsəvvür etmək mümkün deyil. Biz Şuşaya qayıtmışıq, Cıdır düzünə qayıtmışıq və tarixi yerdə bundan sonra muğam səsi eşidiləcək, Azərbaycan mahnıları ifa olunacaq, böyük tədbirlər keçiriləcək, toy-bayram olacaq. Bir müddət bundan əvvəl işğalçı qüvvələr bizim üçün müqəddəs olan bu yerdə heysiyyətimizə toxunmaq, Azərbaycan xalqını təhqir etmək üçün eybəcər hərəkətlər etmişlər, - bütün dünya artıq bundan xəbərdardır, - “Yallı” getmişlər. İzi-tozu da qalmayıb burada, rədd etmişik. İndi Cıdır düzü də, Şuşa da, Qarabağ da azaddır. Bu torpağın sahibləri qayıdıblar, əllərində silah, əllərində bayraq, ürəklərində Vətən sevgisi. Vətən sevgisi bizi Qələbəyə gətirdi. Vətən sevgisi, vətənpərvərlik Qələbəmizin əsas amilinə çevrildi. Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. On yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi. Gənc nəsil, yaşlı nəsil, təcrübəli insanlar, bütün xalqımız, bütün etnik qrupların nümayəndələri, bütün dinlərin nümayəndələri bir yumruqtək birləşib. Qələbəmizin rəmzi təsadüfən yumruq seçilməyib. Mən demişəm, burada - Cıdır düzündə bir daha demək istəyirəm ki, bu yumruq, həm gücdür, həm birlikdir. Onsuz da bizdə birlik kifayət qədər yüksək səviyyədə idi, bundan sonra daha da güclü olacaq. Birliyi olan ölkələr qələbə qazanırlar. İradəli olan liderlər qələbə qazanırlar. Heç nəyə baxmayan, heç kimdən çəkinməyən, milli maraqları müdafiə edən liderlər qələbə qazanırlar. Azərbaycanın timsalında bunu hər kəs gördü. Biz Qələbə qazanmışıq, Ermənistan məğlub olub. Biz, eyni zamanda, haqlıyıq. Bizim davamız haqq davasıdır. Ermənistanın davası işğalçılıq davasıdır. Haqq-ədalət zəfər çaldı, güc hesabına, iradə hesabına, siyasət hesabına, birlik hesabına! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan! XXX Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşadakı Qazançı kilsəsinə baxdılar. XXX İşğal dövründə ermənilər qondarma “Dağlıq Qarabağ respublikası”nın “parlamentini” Şuşa şəhərinə köçürmək üçün burada bina tikməyə başlamışdılar. Ancaq şanlı Azərbaycan Ordusu düşmənin bu niyyətini puç etdi. Şuşa 2020-ci il noyabrın 8-də işğaldan azad olundu. Qondarma rejimin “parlamenti” binasının inşası yarımçıq qaldı. Prezident İlham Əliyev dedi: - Onlar qondarma “Dağlıq Qarabağ respublikası”nın “parlamentini” Şuşa şəhərinə köçürəcəkdilər. Beləliklə, Şuşa şəhərini erməniləşdirmək üçün növbəti dəfə cəhd edilməli idi. Artıq inşaata da başlamışdılar. Bax, bu binanı onlar qondarma “Dağlıq Qarabağ respublikası”nın “parlament” binası kimi inşa etməyə başlamışdılar. Ancaq çatdıra bilmədilər. Biz gəldik, bu torpağın sahibləri gəldi, onları buradan qovdu və beləliklə, onların bu çirkin əməlləri həyata keçmədi. “Parlament” də gorbagor oldu, status da gorbagor oldu, cəhənnəmə getdi. Qarabağ Azərbaycandır! XXX Daha sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva erməni vandalizminin qurbanı olmuş Şuşa Realnı Məktəbinin dağıdılmış binası ilə tanış oldular. Şuşa Realnı Məktəbi dövrünün nümunəvi maarif ocağı sayılırdı. Məşhur Azərbaycan yazıçıları Əbdürrəhim bəy Haqverdiyev və Yusif Vəzir Çəmənzəminli bu məktəbin məzunu olmuşlar. 1992-ci ilin may ayında Şuşa şəhəri işğal edildikdən sonra erməni vandalları Realnı Məktəbini yandıraraq xarabazara çeviriblər.
Читать далее
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva qondarma “Dağlıq Qarabağ respublikası”nın “parlamentini” Şuşa şəhərinə köçürmək üçün burada tikintisinə başlanılmış, lakin Azərbaycan Ordusunun 2020-ci il noyabrın 8-də şəhəri işğaldan azad etməsi nəticəsində inşası yarımçıq qalmış binada olub. APA-nın məlumatına görə, Prezident İlham Əliyev bildirib ki, onlar qondarma “Dağlıq Qarabağ respublikası”nın “parlamentini” Şuşa şəhərinə köçürəcəkdilər: “Beləliklə, Şuşa şəhərini erməniləşdirmək üçün növbəti dəfə cəhd edilməli idi. Artıq inşaata da başlamışdılar. Bax, bu binanı onlar qondarma “Dağlıq Qarabağ respublikası”nın “parlament” binası kimi inşa etməyə başlamışdılar. Ancaq çatdıra bilmədilər. Biz gəldik, bu torpağın sahibləri gəldi, onları buradan qovdu və beləliklə, onların bu çirkin əməlləri həyata keçmədi. “Parlament” də gorbagor oldu, status da gorbagor oldu, cəhənnəmə getdi. Qarabağ Azərbaycandır!”
Читать далее
“Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. On yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi”. Publika.az-ın xəbərinə görə, bunu Preizdent İlham Əliyev Şuşaya səfəri çərçivəsində Cıdır düzündə çıxışı zamanı deyib. “2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi. Gənc nəsil, yaşlı nəsil, təcrübəli insanlar, bütün xalqımız, bütün etnik qrupların nümayəndələri, bütün dinlərin nümayəndələri bir yumruqtək birləşib. Qələbəmizin rəmzi təsadüfən yumruq seçilməyib. Mən demişəm, burada - Cıdır düzündə bir daha demək istəyirəm ki, bu yumruq, həm gücdür, həm birlikdir. Onsuz da bizdə birlik kifayət qədər yüksək səviyyədə idi, bundan sonra daha da güclü olacaq. Birliyi olan ölkələr qələbə qazanırlar. İradəli olan liderlər qələbə qazanırlar. Heç nəyə baxmayan, heç kimdən çəkinməyən, milli maraqları müdafiə edən liderlər qələbə qazanırlar. Azərbaycanın timsalında bunu hər kəs gördü”.
Читать далее
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin məzmununun hazırlanması ilə bağlı onlayn görüş keçirilib. Nazirlikdən Axar.az-a verilən məlumata görə, görüşdə çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 3 dekabr 2020-ci il tarixli 2316 nömrəli sərəncamının icrası ilə bağlı nazirlik tərəfindən görülən işlər barədə məlumat verib. Eyni zamanda görüşdə qeyd olunub ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Zəfər muzeyinin məzmununun hazırlanması və bununla bağlı İşçi qrupunun yaradılması Mədəniyyət Nazirliyinə həvalə edilib. Qısa müddət ərzində tərtib edilmiş Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin konsepsiyası barədə görüş iştirakçıları arasında ilkin müzakirələr və fikir mübadiləsi aparılıb. Həmçinin, Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin qurulması məqsədilə məzmun materiallarının toplanması üzrə Tədbirlər Planının ilkin layihəsi də görüşdə müzakirə edilib. Bu yaxınlarda Mədəniyyət Nazirliyin nəzdində yaradılacaq daxili İşçi qrupunun görüşlərinin daha geniş tərkibdə keçirilməsi nəzərdə tutulur.
Читать далее
Moskva görüşündə Prezident İlham Əliyev ortaq bəyanatın ilkin mətninə dəyişiklik edib.Publika.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti mənbələrinə istinadən yazır.Qəzet qeyd edir ki, ilkin mətn 5 maddədən ibarət olub: “Maddələrdən biri məhkumlar və itkin düşmüş şəxslərlə bağlı idi, lakin görüş zaman İlham Əliyev bu maddəni mətndən çıxarıb və yalnız Azərbaycanın maraqlarına uyğun formada saxlanılmasına nail olub”.Qeyd edək ki, müharibə başa çatandan (10 noyabr) sonra Azərbaycab Ordusunun Qarabağda keçirdiyi anti-terror əməliyyatı zamanı erməni hərbçilər əsir götürülüb. Rəsmi məlumata görə, Azərbaycanda 62 erməni hərbçi həbs edilib. Rəsmi Bakı bu şəxslərin Azərbaycan qanunvericiliyi ilə məsuliyyətə cəlb olunacağını açıqlayıb. Nikol Paşinyan da görüşdən sonra “hərbi əsirlərlə bağlı razılıq əldə olunmadı” deyə qeyd edib.Bu, erməni silahlıların hələ də qaldığı ərazilərin də Azərbaycan qanunvericliyi ilə idarə olunması məsələsində Bakının prinsipial mövqeyidir.Asif
Читать далее
Azərbaycan vətəndaşlarından, xaricdə yaşayan soydaşlarımızdan, eləcə də qardaş Türkiyənin vətəndaşlarından Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə məktublar gəlməkdə davam edir. Onlar Vətən müharibəsində qazandığımız tarixi Zəfərə görə dövlət başçısına minnətdarlıqlarını bildirirlər. Publika.az məktublardan bəzilərini təqdim edir: "Xalq-Ordu-Prezident vəhdəti dünyaya sübut etdi ki, Azərbaycan xalqı Sizin rəhbərliyinizlə hər şeyə qadirdir" Zaur Spivakdan, Berlin, Almaniya: "Cənab Prezident, Müzəffər Ali Baş Komandan! Sizin Azərbaycan naminə gördüyünüz bütün işlər xalqımız tərəfindən dəstəklənir. Qələbə ilə başa çatan 44 günlük müharibədə Xalq-Ordu-Prezident vəhdəti dünyaya sübut etdi ki, Azərbaycan xalqı Sizin rəhbərliyinizlə hər şeyə qadirdir. Həmin günlərdə biz- Vətəndən kənarda yaşayan azərbaycanlılar - Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəklədiyi Azərbaycanlıların Koordinasiya Şuralarında birləşən diaspor təşkilatları Vətənin bu məsuliyyətli günlərində üzərimizə düşən vəzifəni dərk edərək Azərbaycanın haqlı mübarizəsini, öz torpaqlarını işğaldan azad etmək haqqının olduğunu yaşadığımız ölkələrin, şəhərlərin müxtəlif orqanlarına çatdırmağa səy göstərdik, erməni təxribatlarına bütün səviyyələrdə layiqli cavablar verdik. Azərbaycan diasporu daim Sizin qayğı və diqqətinizi hiss edir. Bu il “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı və təşəkkürnamə ilə təltif olunan soydaşlarımızın adları içərisində mənim də adımın olmasından qürur və fərəh hissi keçirdim. Bu, Sizin və dövlətimiz tərəfindən mənim fəaliyyətimə verilən yüksək qiymətdir. Cənab Prezident! Sizə dərin minnətdarlığımı bildirirəm. Sizi əmin edirəm ki, daim Vətənimizin yanında olaraq, ölkəmizin dünyada daha yaxşı təbliği və beynəlxalq aləmdə milli maraqlarımızın qorunması üçün əlimdən gələni edəcəyəm". "Rəhbərliyiniz altında müzəffər Azərbaycan Ordusunun uğuru bizi çox sevindirdi" Cavid Çağlardan, İstanbul, Türkiyə: "Hörmətli cənab Prezident, dəyərli qardaşım, Sizi Ermənistanın işğalına qarşı mübarizədə qazandığınız Qələbə münasibətilə təbrik edir və alqışlayıram. Rəhbərliyiniz altında müzəffər Azərbaycan Ordusunun uğuru bizi çox sevindirdi. Atanızın yaxın dostu olaraq Sizi və Azərbaycan xalqını təbrik edir, yeni ilinizin uğurlu olmasını arzu edirəm". "Mən fəxr edirəm ki, Sizin rəhbərlik etdiyiniz ölkənin vətəndaşıyam" Xədicə Məmmədəliyevadan, Tərtər, Azərbaycan: "Hörmətli cənab Prezident. Xalqımıza yaşatdığınız tarixi Zəfər üçün Sizə sonsuz minnətdarlığımızı bildiririk. Bu 30 ildə bizlərə- məcburi köçkünlərə böyük diqqət və qayğı göstərmisiniz. Mən fəxr edirəm ki, Sizin rəhbərlik etdiyiniz ölkənin vətəndaşıyam. Sizə uzun ömür cansağlığı arzulayıram". "Siz xalqımızın haqq işi uğrunda əsl fədakarlıq nümunəsi ortaya qoyaraq tarixi ədaləti bərpa etdiniz" Baba Əliyevdən, Bakı, Azərbaycan: "Möhtərəm cənab Prezident! Hər bir azərbaycanlının əbədi qürur duyacağı Müzəffər Ali Baş Komandan! Başa vurduğumuz 2020-ci ildə istər çoxşaxəli islahatlar və pandemiya ilə mübarizədə öncül rəhbər, istərsə də müzəffər lider və Azərbaycan xalqının amalını gerçəkləşdirən şəxsiyyət kimi könülləri yenidən fəth etdiniz. 44 gün davam edən və işğal altındakı yurd yerlərimizin şanlı ordumuz tərəfindən azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Siz xalqımızın haqq işi uğrunda əsl fədakarlıq nümunəsi ortaya qoyaraq tarixi ədaləti bərpa etdiniz. Sizin “Qarabağ Azərbaycandır!” ifadəniz bu gün bütün dünya azərbaycanlıları üçün milli qürur, fəxarət, birlik və həmrəylik göstəricisidir. Bu qəhrəman xalqa, bu müqəddəs Vətənə sonsuz sevginiz ətrafında əldə edilmiş əvəzsiz birlik və həmrəyliyi də heç vaxt və heç nə sarsıda bilməz. Bu birlik və həmrəyliyimizin, əzəli və əbədi torpaqlarımızın azad olunması sevinci ilə Sizi, qürurunu hər gün yaşadığımız və yaşayacağımız Zəfər Günü münasibətilə ürəkdən təbrik edir, Sizə cansağlığı və uzun ömür, müstəqil Azərbaycanımızın daima inkişafı naminə yeni-yeni uğurlar arzulayıram. Yaşasın Azərbaycan, yaşasın Xalq-Prezident həmrəyliyi! Qarabağ Azərbaycandır!". "Müzəffər Ali Baş Komandan, Sizin rəhbərliyiniz və uzaqgörən siyasətiniz nəticəsində biz Qələbənin sevincini daddıq" Elmir Kazımovdan, Füzuli, Azərbaycan: "Müzəffər Ali Baş Komandan, 44 günlük Vətən müharibəsində qazandığınız parlaq Qələbə münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edirəm. Doğma kəndimiz, orada keçirdiyim uşaqlıq illərinin xatirələri 28 ildə bir an da olsa mənim yadımdan çıxmadı. Bu illər ərzində Qarabağımıza, doğma yurd-yuvamıza qayıtmaq arzusu ilə yaşamışıq. Nəhayət ki həmin gün gəlib çatdı. Müzəffər Ali Baş Komandan, Sizin rəhbərliyiniz və uzaqgörən siyasətiniz nəticəsində biz Qələbənin sevincini daddıq. Bu gün biz öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalqıq. Hər bir qarabağlı kimi mən də Qarabağımıza, Yuxarı Yağlıvənd kəndinə qayıdacağım günü səbirsizliklə gözləyirəm. Cənab Prezident, icazənizlə Sizi və ailənizi babam Seyid Musa Ağanın ocağına dəvət edirəm. Çünki bizlərə bu sevinci yaşadan, dədə-baba ocaqlarımıza qaytaran məhz Sizsiniz. Buna görə Sizə bir daha minnətdarlığımı bildirirəm. Sizə ilk növbədə cansağlığı, tükənməz həyat eşqi, bol-bol uğurlar arzu edirəm. Hakimiyyətə gəldiyiniz ilk gündən çiyinlərinizə necə mürəkkəb və məsuliyyətli, eyni zamanda şərəfli missiyanın düşdüyünü anlamış, bu yolda yorulmadan, əzmlə addımlamısınız. Şükürlər olsun ki, bu gün də çəkdiyiniz əziyyətin bəhrəsini gördünüz. Bu gün ərazi bütövlüyünü bərpa etmiş qalib sərkərdə, Müzəffər Ali Baş Komandansınız. Sizin kimi bir lideri olduğu üçün Azərbaycan xalqı çox xoşbəxtdir. Sizə ancaq Qələbə yaraşır. Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Azərbaycan!". "Siz Azərbaycan dövlətçiliyi, Azərbaycan xalqı üçün misli görünməmiş qəhrəmanlıq səhifəsi yazdınız" Səlahəddin Aslanovdan, Ağcabədi, Azərbaycan: "Müzəffər Ali Baş Komandan! Sizi yeni tarix yazmağınız, doğma Qarabağ torpaqlarını almağınız münasibətilə səmimi qəlbdən təbrik edirəm. Siz həqiqətən Azərbaycan dövlətçiliyi, Azərbaycan xalqı üçün misli görünməmiş bir qəhrəmanlıq səhifəsi yazdınız! Siz bunu dünyanı mat qoyan müdrik və uzaqgörən siyasətinizlə bacardınız. Azərbaycan dövlətinin və xalqının gücünü və mərhəmətini bütün dünyaya göstərdiniz. Sizin xarici ölkə jurnalistlərinə verdiyiniz müsahibələri, xüsusilə dövlətimizə qarşı qərəzli münasibət sərgiləyən mətbuat nümayəndələri ilə dialoqlarınızı, onlara verdiyiniz kəskin və tutarlı cavablarınızı, Azərbaycanın haqlı mövqeyini bütün dünyaya çatdırmağınızı böyük qürur və iftixar hissi ilə izləyirdik. XX əsrin qəhrəmanı ulu öndərimiz Heydər Əliyevdir, XXI əsrin qəhrəmanı isə Sizsiniz, cənab Ali Baş Komandan! Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!". "Siz bu şanlı Qələbəyə imza atmaqla atanızın əbədiyaşar ideyalarına sədaqətinizi və sadiqliyinizi nümayiş etdirdiniz" Murad Əliyevdən, Oğuz, Azərbaycan: "Hörmətli cənab Prezident, Sizi və müzəffər Azərbaycan Ordusunu şəxsən öz adımdan və yaşadığım Calut sakinləri adından möhtəşəm, şanlı Qələbə münasibətilə təbrik edirəm, minnətdarlığımı bildirirəm. Siz bu şanlı Qələbəyə imza atmaqla, atanızın vəsiyyətini yerinə yetirməklə onun ruhunu şad etdiniz, onun əbədiyaşar ideyalarına sədaqətinizi və sadiqliyinizi nümayiş etdirdiniz. Bizə isə qalib ölkənin qalib vətəndaşı sevincini yaşatdınız. Ulu Tanrı Sizi, Mehriban xanım Əliyevanı və bütün ailə üzvlərinizi qorusun. Sizləri bu ölkənin, bu xalqın başı üzərindən əskik etməsin. Sizə qalib Azərbaycanın xoşbəxt gələcəyi naminə yeni zəfərlər arzulayıram. "Biz Sizin ətrafınızda dəmir yumruq kimi birləşmişik" Mütəllib Əliyevdən, Mingəçevir, Azərbaycan: "Əziz və hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan! İkinci Qarabağ müharibəsinin iştirakçısı, Suqovuşan və Talışkənd döyüşlərinin iştirakçısı kimi Sizə dərin təşəkkürümü bildirirəm. Siz tarixdə əbədi iz qoydunuz. Sizin böyük siyasətçi və lider olduğunuzu bütün dünya bir daha gördü. Biz Sizin ətrafınızda dəmir yumruq kimi birləşmişik. Biz fəxr edirik ki, Azərbaycanlıyıq! Biz fəxr edirik ki, Sizin kimi Prezidentimiz, Ali Baş Komandanımız var. Yaşasın Azərbaycan Ordusu! Yaşasın Ali Baş Komandan!". "Bu günləri bizə yaşatdığınız üçün Sizə təşəkkür edirik." Davud Məmmədovdan, Naftalan, Azərbaycan: "Müzəffər Ali Baş Komandan,Sizə təhsil aldığım Səməd Vurğun adına Naftalan şəhər tam orta məktəbin şagirdləri və şəxsən öz adımdan dərin minnətdarlığımı bildirirəm. Siz düşmən üzərində böyük zəfər çalmaqla və Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə bütün dünyaya sübut etdiniz ki, Qarabağ Azərbaycandır! Hazırda biz dünyanın ən xoşbəxt övladlarıyıq. Bu günləri bizə yaşatdığınız üçün Sizə təşəkkür edirik. Bizim Prezidentimiz, bizim rəhbərimiz, Uca Allah Sizi qorusun!". "Siz fəxr etdiyimiz Xalq Qəhrəmanısınız" Əli Zayidovdan, Göyçay, Azərbaycan: "Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan,Vətən döyünən ürəyimiz, məsləyimiz, öz yurdumuza hakimliyimiz, üçrəngli bayrağımız qürurumuz, and yerimiz, Siz isə fəxr etdiyimiz Xalq Qəhrəmanısınız. Sizə ailə üzvlərim və şəxsən öz adımdan azad, güclü Azərbaycanın vətəndaşı olduğuma görə təşəkkür edir, Sizin yürütdüyünüz siyasəti dəstəkləyirəm. Allah daim Sizi qorusun! Amin Sizin müdrik və uzaqgörən siyasətinizin nəticəsidir ki, bu gün Azərbaycanın ərazi bütövlüyü bərpa olunduRamilə Cəfərlidən, Bakı, AzərbaycanHörmətli cənab Prezident, Tükənməz səbriniz və dəmir iradəniz sayəsində Siz başda olmaqla Azərbaycan Ordusu iki əsr sonra şanlı tarix yazdı. Sizin müdrik və uzaqgörən siyasətinizin nəticəsidir ki, bu gün Azərbaycanın ərazi bütövlüyü bərpa olundu, dövlətimiz və xalqımız həm beynəlxalq arenada, həm də döyüş meydanında alnıaçıq, üzüağ olaraq qalibiyyət qazandı. Buna görə, cənab Prezident, Sizə dərin minnətdarlığımı bildirirəm. Sizə möhkəm cansağlığı, uzun ömür arzulayıram. Allah həmişə yolunuzu açıq etsin! Allah Sizi xalqımıza çox görməsin!". "Sizin ölkəmizin bütün sahələrində apardığınız uğurlu siyasətin nəticələri öz bəhrəsini verməkdə davam edir" Ramazan Salamovdan, Şəki, Azərbaycan: "Çox hörmətli cənab Prezident, Ölkəmizin ərazi bütövlüyü uğrunda apardığınız böyük mübarizənizi tarixi zəfərlə başa vurmağınız münasibəti ilə Sizi ailə üzvlərim və şəxsən öz adımdan təbrik edirəm. Torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş əsgər və zabitlərimizə Allahdan rəhmət diləyir, yaralanmış qazilərimizə isə tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayıram. Sizin ölkəmizin bütün sahələrində apardığınız uğurlu siyasətin nəticələri öz bəhrəsini verməkdə davam edir. Vətəndaşlarımıza göstərdiyiniz qayğı xalqımızın yaddaşına, hafizəsinə birdəfəlik daxil olmuş və bu xeyirxah əməlləriniz tarix boyu ürəklərdə yaşayacaq. Xüsusilə də təhsilə, səhiyyəyə, sosial sahəyə və digər sahələrə diqqət sözün əsl mənasında təqdirə layiqdir. Cənab Prezident, övladım Xəyalə Salamova Azərbaycan Memarlıq və İnşaat Universitetinin memarlıq fakültəsində ödənişli əsaslarla təhsil alır. O, Azərbaycan Respublikası Gənclər Fondunda keçirilən müsabiqədə iştirak etmiş və qalib olmuşdur. Keçirilən müsabiqədə qalib olduğu üçün bu ilki təhsil haqqı Gənclər Fondu tərəfindən ödənilmişdir. Bu diqqət həm ailəmizə sevinc bəxş etmiş, həm də qızımı daha yaxşı oxumağa həvəsləndirmişdir. Bu diqqət və qayğıya görə Sizə öz minnətdarlığımızı bildiririk. "İlham Əliyev əsl Liderdir!" Natəvan Ağayevadan, Sumqayıt, Azərbaycan: "Əziz və hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan! Tarix Sizi millətin şan-şöhrət rəmzi kimi yetişdirib. İlham Əliyev mötəbər məclislərdə xalqımızın ləyaqətli elçisidir. Onun daşıdığı titulların hər birinə nəzər salsaq iftixarla deyə bilərik: İlham Əliyev əsl Liderdir! Qarabağ probleminin həlli yolunda biz ondan çox şey gözləyirdik və inamlarımız liderimizin sayəsində gerçək oldu. Ali Baş Komandan, möhtərəm cənab Prezident, Sizə işğal altındakı torpaqlarımızı azad etdiyinizə, qaçqın və məcburi köçkünlərimizin öz yurd-yuvalarına, doğma ocaqlarına qayıtmasında qazandığınız uğura görə, Qələbəmizə görə təşəkkür edirəm. Mən bir Şurnuxlu kimi Sizə çox sağ olun deyirəm, mənim ata-baba torpağımı yağı düşməndən azad etdiyiniz üçün minnətdarlığımı bildirirəm. Müdrik bir atalar sözü var: “Ataların yolu oğulların yoludur”. Bu atalar sözü Sizin haqqınızda deyilib. Siz Ulu Öndərimizin davamçısısınız. Atanıza verdiyiniz sözü tutdunuz. Uğurlarınız davamlı olsun! Biz bilirik ki, Siz işğaldan azad olunmuş torpaqlarımızı cənnətə çevirəcəksiniz. Bir daha Sizə təşəkkür edirəm". Sizin göstərişiniz əsasında qazilərə qayğı, maddi və mənəvi dəstək olunmasının canlı şahidiyəm Teymur Heydərovdan, Ağcabədi, Azərbaycan: "Müzəffər Ali Baş Komandan! 27 sentyabr 2020-ci il tarixində başlamış, 44 gün ərzində davam etmiş Vətən müharibəsində erməni faşistlərini dəmir yumruğunuzla məhv etdiniz. Bu qələbə ilə Siz Azərbaycan tarixində görünməmiş bir zəfər qazandınız. Sizə ailə üzvlərim və şəxsən öz adımdan dərin təşəkkürümü bildirirəm. Sizin göstərişiniz əsasında qazilərə qayğı, maddi və mənəvi dəstək olunmasının canlı şahidiyəm. Çünki mənim oğlum, qazi olan mayor Heydərov Elşad Teymur oğluna da yüksək səviyyədə diqqət və qayğı göstərilir. Buna görə Sizə sonsuz minnətdarlığımı bildirirəm. Övladım Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə sağ ayağını dizdən yuxarı itirmişdir. Vətən sağ olsun! Mən fəxr edirəm ki, oğlum torpaqlarımızın azad olunması uğrunda mübarizədə iştirak etmişdir. Sizə uzun ömür və möhkəm cansağlığı arzulayıram. Allah Sizi xalqımızın başının üstündən əskik etməsin! "Fəxr edirəm ki, bizim bu cür güclü və qəhrəman, torpağını və xalqını sevən Prezidentimiz var" Ayə Tağıyevadan, Mingəçevir, Azərbaycan: "Müzəffər Ali Baş Komandanımız,Mən gözəl nur şəhəri olan Mingəçevir şəhərində anadan olmuşam, hazırda bu şəhərdə yaşayıram. 10-cu sinif şagirdiyəm. Mən Sizinlə qürur duyuram, fəxr edirəm ki, bizim bu cür güclü və qəhrəman, torpağını və xalqını sevən Prezidentimiz var. Arzu edirəm ki, heç bir zaman qocalmayasınız, həmişə belə cavan və güclü olasınız. Sizə olan ürək sözlərim çoxdur, nə qədər gözəl sözlər yazsam belə, Sizin üçün az olar. Mən televizor vasitəsilə Sizi əsgərlərimizlə görüşərkən gördüm. Mənim də arzumdur ki, Sizi canlı olaraq görüm, Sizi bir baba kimi qucaqlayım. Mən Sizi çox sevirəm, Sizi görən kimi sevinirəm. Həyatda ən böyük arzum Sizinlə görüşməkdir. Sizin gözəl ürəyiniz var, Uca Rəbbim ürəyinizə görə versin! İnşallah! Müharibə vaxtı çox qorxu, həyəcan, stress keçirsək də, Mingəçevirə atılan raketlərin qorxunc səsləri biz uşaqları qorxutsa da, nəhayət ki, bütün bunların sonu Sizin kimi uzaqgörən, müdrik rəhbərimiz və qəhrəman əsgərlərimiz sayəsində sevinclə bitdi. Sizə və əsgərlərimizə sonsuz təşəkkürlərimi bildirirəm. Şəhid olan qardaşlarımın ruhu qarşısında baş əyirəm, onların ailələrinə səbir diləyirəm. Allah bütün qazilərimizə də şəfa versin! Bundan belə hər bayramda bizlər şəhid olan qardaşlarımızın ailələrinə baş çəkməli, qazilərimizi ziyarət etməliyik. Əgər bizlər 2021-ci ilə sağ-salamat qalmışıqsa, Sizin və əbədi səssizliyə qovuşanlar sayəsində, Vətən üçün canından keçənlər sayəsində, qazilərimiz sayəsində qalmışıq. Bizim gələcəyimiz olsun deyə, öz gələcəyindən keçənlərdir şəhidlər! Biz gülək deyə, öz ailələrini gözüyaşlı qoyanlardır şəhidlər! Biz torpağımızda rahat gəzək deyə, qanını torpağa tökənlərdir şəhidlər! Üçrəngli bayrağımız zirvələrdə dalğalansın deyə, o bayrağa bürünüb gözünü əbədi yumanlardır şəhidlər! Şəhidlik böyük zirvədir. Hər adama nəsib olmur. Şəhidlərimizi heç vaxt unutmayacağam. Bu il şəhidlərin ilidir. Öpürəm bütün şəhid analarının əllərindən. Sizə isə, cənab Prezident, sonsuz təşəkkürlər! Sizi çox sevirəm. Yaxşı ki varsınız. "44 günlük Vətən müharibəsində əldə etdiyiniz Qələbə müvəffəqiyyəti Sizin 17 illik gərgin fəaliyyətinizin məntiqi yekunudur" Elşad Hüseynovdan, Bakı, Azərbaycan: "Hörmətli Prezident! Müzəffər Ali Baş Komandan! 44 günlük Vətən müharibəsində əldə etdiyiniz Qələbə müvəffəqiyyəti Sizin 17 illik gərgin fəaliyyətinizin məntiqi yekunudur. Bu, Azərbaycan kimi gənc bir ölkə və onun gənc ordusu üçün həqiqətən misilsiz uğur, inanılmaz nailiyyətdir. Sizin xalqı bir yumruq kimi birləşdirən “Qarabağ Azərbaycandır!” ifadəniz bu gün bütün dünya azərbaycanlılarının milli qürur, fəxarət, birlik və həmrəylik göstəricisinə çevrilmişdir. Bu xoş günləri bizlərə yaşatdığınız üçün Sizə dərin təşəkkürümüzü və sonsuz minnətdarlığımızı bildiririk. Bütün məcburi köçkünlər kimi Laçın rayonu Mirik kənd əhalisinin mütləq əksəriyyəti də vandal düşmənlər tərəfindən darmadağın edilmiş ata-baba yurd yerlərimizin bərpası və abadlaşdırılması işində iştirak etmək üçün səbirsizliklə o torpaqlara qayıdacağı günü gözləyir. "Siz Azərbaycanın şərəfini, qürurunu, ləyaqətini özünə qaytardınız" Vəzir Qasımovdan, Bakı, Azərbaycan: "Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan! Mən Vətən müharibəsinin şəhidi, 1995-ci il təvəllüdlü Şəhriyar Qasımovun atasıyam. Oğlum Şəhriyar Azərbaycanın işğal altındakı torpaqlarının azad olunması uğrunda aparılan müharibəyə könüllü getmiş və ön cəbhədə düşməni məhv etmək üçün hücuma keçən hərbi hissənin tərkibində döyüşlərə qatılmışdır. Döyüş yoldaşlarının danışdıqlarına və dövlətimizin qiymətləndirməsinə əsasən, tam qətiyyətlə deyə bilərəm ki, oğlum qəhrəmancasına vuruşmuş və arzuladığı şəhidlik zirvəsinə ucalmışdır. Bu şərəfli yolu tutmuş Şəhriyar Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, şəxsi igidlik və şücaət göstərdiyinə görə Sizin tərəfinizdən “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Qəlbində sonsuz Azərbaycan sevgisi olan Şəhriyar hələ orta məktəbdə oxuduğu dövrdən yaxın əhatəsində Qarabağ uğrunda döyüşlərdə iştirak etməyi və Vətən uğrunda şəhid olmağı arzuladığını bildirirdi. Azərbaycan bayrağının aşiqi idi. Həqiqi hərbi xidmətdə olduğu dövrdə də Şəhriyar könüllü olaraq ön cəbhədə düşmənə qarşı döyüşlərdə iştirak etmişdir. Şəhriyarın Vətən sevgisi yolu nəhayət Qarabağ müharibəsində şəhidlik zirvəsini fəth etməsi ilə yekunlaşdı. Bu gün Şəhriyardan ata-anasına, bacısına və əzizlərinə heç vaxt unudulmayacaq övlad acısı, amma eyni zamanda şərəfli ad və qürur hissi qaldı. Mən Şəhriyarın bütün əzizləri adından Sizin tərəfinizdən oğlumun “Vətən uğrunda" və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif etməsini çox yüksək qiymətləndirirəm və buna görə Sizə çox minnətdarıq ki, balamızın adını əbədiləşdirmisiniz. Biz çox minnətdarıq ki, hər gün bizim qayğılarımızla maraqlanır, övladımızın xatirəsinin əziz tutulması üçün mümkün olan hər şey edilir. Möhtərəm cənab Prezident! Mən çox qürurluyam ki, Sizin Ali Baş Komandanlığınızla torpaqlarımızın azad olunmasını gördüm, Azərbaycan tarixinin ən şərəfli dövrünün şahidi oldum. Siz Azərbaycanın şərəfini, qürurunu, ləyaqətini özünə qaytardınız. Çox xoşbəxtəm ki, yeganə oğul övladım Şəhriyar da bu şərəfli tarixin xalqımıza yaşadılmasında bilavasitə, qanı-canı ilə iştirak etmişdir. Qarabağımız, xüsusilə Şuşa azadlığına qovuşanda təskinlik tapdım ki, balamın ruhu da rahatlıq tapacaqdır. Müzəffər Ali Baş Komandan! Əmin ola bilərsiniz ki, mən də, Şəhriyarın digər əzizləri də hər zaman Sizin əmrinizlə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərə hazırıq. Allah Sizi və ailənizi qorusun! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır! "Cənab Prezident, Qələbəyə aparan həmrəylik məhz Sizin sayənizdə mövcud oldu" Samir Əliyevdən, Gəncə, Azərbaycan: "Müzəffər Ali Baş Komandan, 44 gün davam edən Vətən müharibəsinin Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnməsi və 30 ilə yaxın düşmən tapdağı altında qalan əzəli torpaqlarımızın azad olunması bir vətəndaş kimi məni hədsiz qürurlandırır. Bu, Sizin də qeyd etdiyiniz kimi, Azərbaycanın haqq savaşı idi. Böyük zəfərlə başa çatan 44 günlük bu haqq savaşında gördüyüm birlik və bərabərlik, düşmənə qarşı bir yumruğa çevrilməyimiz mənə bu xalqın bir parçası olmağımın qürurunu yaşatdı və bunun üçün, heç şübhəsiz, ən böyük təşəkkür Sizə düşür, cənab Prezident. Qələbəyə aparan bu həmrəylik məhz Sizin sayənizdə mövcud oldu. Siz bunu bacardınız. Mən bir şəhid atası olaraq onu deyə bilərəm ki, övladını cəbhəyə, vətən torpaqlarını azad etməyə yollayan hər bir valideyn bir an olsun belə tərəddüd etməyib. Bizim Sizə olan inamımız böyükdür. Cənab Prezident, məhz bu inam və həmrəylik bizə bu qələbəni gətirdi. Mən öz övladımı vətən uğrunda şəhid verdim, əvəzində yüzlərlə övlad qazandım. Bu gün həmin övladlar bizi bir gün belə tək qoymurlar. Hər kəs, hamı bizə diqqət göstərir. Əlbəttə, bütün bunlar bizi qürurlandırdığı kimi, övladımın ruhunu da sevindirir. Allah Sizi və komandanı olduğunuz Azərbaycan Ordusunu daim müzəffər etsin!".
Читать далее
Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfərə gəlib. Publika.az xəbər verir ki, Moskvanın “Vnukovo-2” Beynəlxalq Hava Limanında dövlətimizin başçısını Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər qarşılayıblar.
Читать далее