Ən son xəbərlər

Prezident İlham Əliyev Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Bununla bağlı AZƏRTAC məlumat yayıb. Sərəncama əsasən, respublika ərazisində modul tipli məktəblərin quraşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.66-cı bəndində göstərilmiş məbləğin 630 149 000 manatının bölgüsü”nün 1.9.2-ci yarımbəndində “Respublika ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması” üçün nəzərdə tutulmuş yeddi milyon manat Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılacaq.
Hamısını oxu
“Pandemiyanın bilavasitə təsirini, həm də ikinci dərəcəli təsirlərini azaltmaq üçün xüsusi tədbirlər hazırlanıb”. Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib. Onun sözlərinə görə, bunların hamısı vaxtında icra olunmaqdadır: “Yeni zərərçəkmiş sahələrin üzərində iş gedir. Təbii ki, pandemiya uzandıqca bir çox sahələrə təsir edir və biz bunu nəzərə almalıyıq”. İlhamə Əbülfət
Hamısını oxu
"Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da dəyişiklik edilib. AZXEBER.COM-un məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov qərar imzalayıb. Qərara əsasən, sənədin 6-cı maddəsində dəyişiklik olunub. Qeyd edək ki, Təlimatın 6-cı maddəsi mülki silahın əldə edilməsi ilə bağlı icazə sistemini müəyyənləşdirir. Həmin sənədə əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ var. Şəxs spirtli içkilərə, narkotik vasitələrə və ya psixotrop maddələrə aludədirsə, ruhi xəstəliyi, habelə görmə qabiliyyətinin pozulması ilə bağlı müvafiq səhiyyə orqanının tibbi rəyi olduqda onun mülki silah almaq hüququ yoxdur. Bu barədə sənədin 6.45.2-ci yarımbəndində yazılıb. Nazir Vilayət Eyvazovun qərarı ilə isə həmin yarımbənddə olan "səhiyyə orqanının tibbi rəyi” sözləri, "tibb müəssisəsinin rəyi” sözləri ilə əvəzlənib. Qərar iyulun 31-dən qüvvəyə minib.
Hamısını oxu
AZXEBER.COM-un xəbərinə görə, məktubda deyilir: "Hörmətli xanım Prezident, Ölkənizin milli bayramı münasibətilə Sizə və dost Sinqapur xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm. Azərbaycan-Sinqapur münasibətlərinin bugünkü səviyyəsi və beynəlxalq təsisatlar, xüsusən də Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığımız məmnunluq doğurur. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xalqınıza daim rifah diləyirəm”.
Hamısını oxu
Şahbaz Musa oğlu Muradov "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. AZXEBER.COM-un məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. O, Azərbaycanda elmin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.
Hamısını oxu
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejiminə nəzarətin gücləndirilməsinə dair məsələləri müzakirə edib. Baş Nazir Əli Əsədovun sədrlik etdiyi videokonfransda Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilati məsələlər üzrə köməkçisi Zeynal Nağdəliyev, Baş Prokuror Kamran Əliyev, Daxili İşlər Naziri Vilayət Eyvazov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Maliyyə naziri Samir Şərifov, Səhiyyə naziri Oqtay Şirəliyev, Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzli, İcbari Tibbi Sığorta Agentliyinin sədri Zaur Əliyev, TƏBİB-in sədri Ramin Bayramlı və 68 şəhər və rayonun icra hakimiyyəti başçıları, şəhər və rayon prokurorları, daxili işlər və DTX şöbələrinin rəisləri, sanitar–epidemiologiya mərkəzlərinin, rayon mərkəzi xəstəxanaları və səhiyyə şöbələrinin rəhbərləri iştirak ediblər. Baş Nazir qeyd edib ki, Prezident İlham Əliyev avqustun 6-da keçirdiyi video müşavirədə hökumət və müxtəlif dövlət orqanları qarşısında nəzarətin gücləndirilməsi haqda ciddi tapşırıq verib. Baş Nazir Əli Əsədov bildirib ki, Operativ Qərargah infeksiyaya yoluxmaların sayının azalmasını və iqtisadi fəallığın artırılması zərurətini nəzərə alaraq avqustun 10-dan bəzi istehsal, ticarət və xidmət sahələrində yumşalmaları elan edib. Tapşırıq ondan ibarətdir ki, sanitar qaydalara ciddi əməl olunmalı, nəzarət funksiyasını həyata keçirəcək orqanlar müəyyənləşməli, nəzarət funksiyası qüsursuz tətbiq edilməlidir. Baş Nazir vurğulayıb ki, iqtisadi aktivlik ilə sanitar qaydalara əməl olunmasını sinxronlaşdırmaq lazımdır. Yenidən geriyə qayıtmamağımız üçün bu, ən mühüm məsələdir. Qəbul olunmuş qaydalara əməl olunmasına əsas məsuliyyət daşıyan orqanlar kimi şəhər və rayon İcra hakimiyyətləri, hüquq-mühafizə orqanları - Prokurorluq, DİN, DTX, səhiyyə strukturları və fəaliyyətinə icazə verilmiş sahələrdəki sahibkarlardır. Fəaliyyətinə icazə verilmiş sahələrdə yoluxmalara görə məsuliyyət tam olaraq sahibkarların üzərinə düşəcək. Xüsusi qeyd olunub ki, şəhər və rayonlarda yoluxma hallarının artması tendensiyası müşahidə olunduğu təqdirdə şəhər və rayon rəhbərliyi əlaqələndirici qurum olaraq nəzarət mexanizmlərini daha da gücləndirməlidir. Proses dövlət başçısı tərəfindən nəzarətdə saxlanılır. Hökumət vəziyyətə dair mütəmadi olaraq Pezidentə məruzə edəcək. Müşavirədə son bir ay ərzində bütün ölkə üzrə karantin qaydalarına əməl olunmasına nəzarətin vəziyyəti müzakirə olundu, nöqsanlar qeyd edildi, onların aradan qaldırılması haqda təkliflər səsləndirildi. Karantin qaydalarına riayət edilməsi üzərində nəzarətin texniki, inzibati və maarifləndirmə aspektləri müzakirə olundu.
Hamısını oxu
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 34 dəfə pozub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Əsrik Cırdaxan, Ağbulaq kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Hamısını oxu
“İşsizliyin aradan qaldırılması üçün dövlət tərəfdindən mühüm işlər görülür”.Modern.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında deyib.“Biz keçmişi yaddan çıxartamalıyıq. Vaxt var idi ki, Azərbaycanda yol, qaz, işıq anlayışı yox idi. İndi isə 3 kənddə qazın olmaması davasını edirik. Mən yol kənarında ağacların kəsilməsini, quldur dəstələrin olmasını, ayrı-ayrı yerlərdə bəzi insanların quldur hərəkətləri etməsini xatırlayıram. Cəmiyyət varsa, müəyyən problemlər də olmalıdır. Guya ABŞ-da problem yoxdur? Torpaq islahatı ilk dəfə Azərbaycanda həyata keçirilib. Onun nəticəsində bu gün kənd təssərrüfatının inkişafının şahidi oluruq. Bu gün rayonla şəhər arasında fərqi heç kim görə bilmir”, - S.Novruzov əlavə edib.Komitə sədri bildirib ki, bu gün Azərbaycan təhlükəsizlik adasıdır:“Azərbaycanın səsi hər yerdən eşidilir. Təbii ki, Azərbayacanı gözü götürməyən qüvvələr olacaq. Biz onlara qarşı birlikdə mübarizə aparmalıyıq”.
Hamısını oxu
Tovuzda gedən döyüşlərdə ağır yaralanıb, komaya düşən əsgərimiz Zeynalov Məhəddindən sevindirici xəbər var. AZXEBER.COM xəbər verir ki, əsgər 24 günlük komadan sonra ayılıb. Qeyd edək ki, Məhəddin ailəsi ilə bərabər Rusiyada yaşayıb. O hərbi xidmət keçmək üçün Azərbaycana gəlib və Tovuz döyüşlərində ağır yaralanıb. Əsgərimizə şəfa diləyirik.
Hamısını oxu
Bununla bağlı Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli vurğulayıb ki, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların mənzillə və fərdi evlərlə təminatı işləri ildən-ilə genişlənir. O bildirib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq yaxın bir neçə ildə şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan mənzil proqramı başa çatdırılacaq. Nazir müavini qeyd edib ki, 2018-ci ildə Nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan üç dəfə çox olmaqla 626 mənzil və fərdi ev təqdim edilibsə, 2019-cu ildə bundan 50 faiz çox olmaqla 934 mənzil və fərdi ev verilib. 2020-ci ildə isə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan artıq 539 mənzil verilib, digər mənzillər və fərdi evlər də ilin sonunadək veriləcək. İndiyədək şəhid ailələrinə və müharibə əlillərinə 8127 mənzil və fərdi ev verilib. V.Nəsirli bildirib ki, Nazirlik müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə isə 600 avtomobil verib. 2020-ci ildə də 400 avtomobilin verilməsi nəzərdə tutulub və onlardan artıq 150-si təqdim edilib.Ümumilikdə isə Nazirlik tərəfindən ötən dövrdə müharibə əlilləri və onlara bərabər tutulanların 6900 minik avtomobili ilə təminatı həyata keçirilib. Yeni mənzillə təmin edilən şəhid ailələri və Qarabağ müharibəsi əlilləri onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına, ümumən hərtərəfli təminatlarına göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.
Hamısını oxu
Böyük Vətən müharibəsinin Mingəçevirdən olan sonuncu iştirakçısı dünyasını dəyişib. APA-nın yerli bürosunun xəbərinə görə, şəhər sakini, 99 yaşlı Baba Əliyev bu gün vəfat edib. Qeyd edək ki, B.Əliyev 1921-ci ildə Yevlax rayonunun Xanabad kəndində anadan olub. O, 1941-1945-ci illərdə 223-cü diviziyanın tərkibində Qafqazdan keçmiş Yuqoslaviya ərazisinədək olan cəbhə xəttinin ən qanlı döyüşlərində şərəfli döyüş yolu keçib.
Hamısını oxu
COVİD-19 pandemiyasının dünyaya gətirdiyi xəstəlik və sosial-iqtisadi çətinliklər hər bir ölkə üçün sınaq mərhələsi oldu. Bu sınaq həm də böyüklüyündən, yaxud kiçikliyindən asılı olmayaraq, bütün dövlətlərin həm vətəndaşına münasibətini, həm də təbii fəlakətlər qarşısında xalqını necə qoruduğunun nümayişi idi. İstər inkişaf etmiş Qərb dövlətləri, istər Asiyanın böyük ölkələri bu sınaqdan çıxa bildilərmi? Sualın cavabı müəmmalı olaraq qalır, xüsusilə milyonlarla insanın işsiz qalması, aclıq və yoxsulluğun pandemiya dövründə sürətlə artması faktları fonunda...Azərbaycan çox az ölkələrdən biridir ki, bu sınaqdan üzüağ çıxdı və sosial dövlət, vətəndaşa xidmət nümunəsini sərgilədi. Əksər ölkə vətəndaşının sosial təminatının taleyini düşünmədən, “Evdə qal” addımları atarkən, bəzən daha da sərt tədbirləri həyata keçirərkən, Azərbaycan dövləti vətəndaşın sağlamlığını qorumaqla yanaşı, onun sosial təminatını da unutmadı. Və “Evdə qal” deməklə qalmadı, həm də dövlət dəstəyi vətəndaşın evinə qədər aparıldı.Pandemiya ilə əlaqədar məşğulluğun və sosial rifahın dəstəklənməsi sahəsində görülən tədbirlər, atılan addımlar faktlarda öz əksini tapır.Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 12 tədbir əksini tapıb. 17 apreldə Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə bu məqsədlər üçün 600 milyon manat vəsait ayrılıb.Ümumilikdə Tədbirlər Planı üzrə ayrılan vəsait təqribən 3,5 milyard manatdır. Bu, dünya səviyyəsində pandemiya ilə mübarizə çərçivəsində ən yüksək sosial dəstək paketlərindən biridir.Pandemiya ilə əlaqədar sosial dəstək tədbirləri təqribən 5 milyona yaxın vətəndaşı əhatə edir:- Dövlət və özəl sektorda muzdla çalışanların iş yerlərinin və əməkhaqqı gəlirləri qorundu;- Dövlət sektorunda 910 min işçidən karantin dövründə təxminən 80 faizi işə çıxmasa da, onların əməkhaqqı ödənilir;- Özəl sektorda pandemiyadan zərər çəkmiş sahələrdə işləyən 600 min nəfərə dövlət dəstəyinin göstərilməsi tapşırığı verildi və artıq 320 min şəxs bu dəstəkdən yararlanıb;- 2 milyon vətəndaşa sosial təminat növləri (pensiya, təqaüd, müavinət) üzrə ödənişlərin davamlılığı təmin edildi;- Aprel-may aylarında 600 minədək, iyul ayında 16 rayon və şəhər üzrə 290 minə yaxın aztəminatlı işsiz şəxsi əhatə edən aylıq 190 manat birdəfəlik ödəmə proqramı icra edildi;- Məşğulluq imkanlarının artırılması üçün ödənişli ictimai iş yerlərinin sayı 90 minə çatdırıldı, artıq 65 min insan əmək müqaviləsi ilə bu işlərə cəlb olunub;- Özünüməşğulluq proqramı çərçivəsində minimum 12 min ailə (50 min ailə üzvü) kiçik təsərrüfatların qurulması işləri aparılır;- 85 min ailənin 350 mindən çox üzvü ünvanlı dövlət sosial yardımı ilə təmin olunur;- 100 minədək aztəminatlı ailə (400 min ailə üzvü) ərzaq yardımı ilə təmin edildi;- 20 minədək şəxsin işsizlikdən sığorta ödənişi əhatə olunması işləri aparılır.İş yerlərinin və əməkhaqlarının qorunmasıDövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün məqsədyönlü tədbirlər görülüb. Elektron sistem üzərindən prosesə gündəlik nəzarət edilir. Əmək müqaviləsi sayında azalma deyil, əksinə, artım baş verib: 1 yanvar 2020-ci ildən özəl sektorda əmək müqavilələrinin sayında 110 minədək, yəni 17 faizlik artım baş verib. Əmək müqaviləsi ilə özəl sektorda işləyən insanların sayı 751,3 minə çatıb. Əmək müqavilələrinin sayının artımı nəticəsində əməkhaqqı fondunda 8,24 faiz artım baş verib, o cümlədən özəl sektor üzrə bu artım 14 faizdən çoxdur. 300 min muzdlu işçinin əmək haqlarının bir hissəsi maliyyələşdirilib və təqribən 300 min fərdi sahibkara dəstək verilib.Əhalinin məşğulluq imkanlarının artırılmasıDövlət başçısının tapşırığına əsasən, ödənişli ictimai iş yerlərinin sayı 38 mindən 90 minə çatdırılıb, artıq 65 min insan əmək müqaviləsi ilə bu işlərə cəlb olunub.Prezident İlham Əliyevun tapşırığına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi monitorinqlər aparılır, işçilərin işə davamiyyəti, xüsusilə işçilərin əməkhaqqı kartlarının özlərində olub-olmaması yoxlanılır. Şəffaflığın, ictimai nəzarətin təmin edilməsi üçün həm 190 manatlıq ödəniş, həm də ictimai işçilərin hər birinin siyahısı elektron portal vasitəsilə ictimaiyyətə açıqlanıb.Birdəfəlik ödəmə proqramıİşsizlər və xüsusi karantin rejiminə görə işini itirən, qeyri-formal işləyən şəxslərdən ibarət aztəminatlıları əhatə edən birdəfəlik ödəmə proqramı icra olunub. Dövlət başçısının göstərişi ilə birdəfəlik ödəmə proqramının əhatə dairəsi 3 dəfə artırılıb və 600 min şəxsi əhatə edib. Həmin şəxslərə aprel-may ayları üzrə ölkə üzrə yaşayış minimumu səviyyəsində (aylıq 190 manat) birdəfəlik ödəmə verilib. Bu məqsədlə 229 milyon manat sərf olunub. Əlavə olaraq, sonralar sərt karantin rejimi tətbiq edilən 16 şəhər və rayon (Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax, Abşeron Goranboy, Göygöl, Mingəçevir, Bərdə, Xaçmaz, Samux, Siyəzən, Şəki) üzrə 290 minə yaxın şəxs 190 manat ödənişlə təmin edilib, bu məqsədlə 55 milyon manat vəsait sərf olunub.İşsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsiİşsizlikdən sığorta ödənişlərinin əhatə dairəsi genişləndirilir. Hazırlanmış yeni qanunverciilik layihəsində əmək müqaviləsinin müddəti bitmiş şəxslərə də işsizlikdən sığorta ödənişinin şamil edilməsi təklifi qeyd edilib. 2020-ci il üçün bu növ ödənişin 20 min nəfəri əhatə etməsi nəzərdə tutulur.İşsizlikdən sığorta və peşə hazırlığı kurslarının müdavimlərinin sosial müdafiəsiİşsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə sığorta ödənişinin, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə təqaüdün verilməsi müddəti uzadılıb. Həmçinin NK-nın qərarı ilə peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə təqaüdün verilməsi müddəti artırılıb.Özünüməşğulluq proqramının genişləndirilməsi və icrasının sürətləndirilməsiDövlət başçısının tapşırığı ilə 2020-ci il üzrə 12 min ailənin (50 min ailə üzvü) özünüməşğulluq proqramına cəlb edilməsi işləri aparılır. Bunun üçün İşsizlikdən Sığorta Fondundan 70 milyon manat ayrılıb. 2021-ci ildə proqramın əhatə dairəsi daha da genişlənəcək. 28 iyul 2020 tarixədək artıq 4200-ə yaxın şəxs proqrama cəlb edilib.Nazirlər Kabinetinin 25 iyul 2020-ci il tarixli yeni Qərarı ilə özünüməşğulluq proqramına cəlb edilmiş şəxslərin 2020-ci ildə bu məqsədlə təşkil olunan təlimlərə cəlb edilmədən natura şəklində material, avadanlıq və digər əmlakla təmin olunmaları nəzərdə tutulur. Bu da özünüməşğulluq proqramının icrasının yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə də ardıcıl şəkildə davam etdirilməsinə imkan yaradır. Həmin şəxslərə yerli məşğulluq orqanlarının köməkliyi ilə tərtib etdikləri biznes planlar əsasında material, avadanlıq və digər əmlak veriləcək.Qərara əsasən, xüsusi karantin rejimi bitdikdən və ya onlayn təlim proqramları istifadəyə verildikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsiz və işaxtaran kimi qeydiyyata alınmış və özünüməşğulluq proqramına cəlb edilmiş şəxslərin müvafiq proqramlar üzrə təlimlərə cəlb olunmasını təmin edəcək. Bununla əlaqədar Nazirlik özünüməşğulluğun təşkili məqsədilə onlayn təlim proqramlarının hazırlanmasını da sürətləndirəcək.Proqramın genişləndirilməsində Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi ilə əməkdaşlıq edilir (hər il 250 ailə). Banklarla da əməkdaşlıq həyata keçirlir. Aprelin 8-də banklar tərəfindən proqram iştirakçılarına aktivlər verilməsi işləri aparılır və prosesə qoşulan bankların sırası getdikcə genişlənir. Dünya Bankı və Azərbaycan Hökuməti arasında ölkəmizdə özünüməşğulluq proqramının genişləndirilməsində Dünya Bankı ilə əməkdaşlığı nəzərdə tutan “Məşğulluğa Dəstək Layihəsi” üzrə kredit sazişi imzalanıb. 2020-2025-ci illəri əhatə edən layihə üzrə bu müddətdə həssas əhali kateqoriyalardan olan 22 min işsiz şəxsin (o cümlədən 2 min nəfərinin 2020-ci il üzrə) proqrama cəlb edilməsi və kiçik biznesinin yaradılması nəzərdə tutulur. BMT-nin İnkişaf Proqramı ilə birgə layihə üzrə 500 əlilliyi olan şəxsin biznesə çıxışına dəstək verilir. Layihə çərçivəsində bir sıra bölgələrdə əlilliyi olan şəxslərə aktivlərin verilməsi prosesinə başlanıb və davam edir.Xüsusi həssas təbəqələrin sosial müdafiə tədbirlərinin gücləndirilməsiDövlət Sosial Müdafiə Fondunun 2019-cu il üzrə yaranmış 200 mln. manat ehtiyatı əhaliyə sosial ödənişlərin davamlılığı təmin etməyə yönəldildi. Bu ödənişləri (pensiya, müavinət təqaüd, kompensasiya, ünvanlı sosial yardım) 2,3 milyon şəxs alır.Ünvanlı dövlət sosial yardımının verilməsi müddətinin uzadılması və təyinatının sadələşdirilməsiXüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə də bu yardımın müddəti uzadılıb. Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli Qərarında ünvanlı dövlət sosial yardımının müddəti bitmiş aztəminatlı ailələrə bu yardımın, habelə əlillik müddəti başa çatan əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, peşə hazırlığı prosesində fasilə yaranan kursların müdavimlərinə ödənişlərin də davam etdirilməsi nəzərdə tutulur. Ünvanlı sosial yardım alan ailələrin sayı artmaqda davam edərək, son aylarda isə 15 minədək artaraq 85 min olub. Onlarda ümumilikdə 350 mindən çox ailə üzvü var. Hər ailəyə düşən yardımın orta aylıq məbləği 225 manatdan çoxdur. Eyni zamanda, ünvanlı sosial yardımla bağlı qanunvericilikdə sadələşdirmə və şərtlərin yumşaldılması üçün hazırlanmış qanun layihəsi parlamentdə qəbul olunub və Prezident İlham Əliyev iyulun 14-də həmin qanunu - “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununu təsdiq edib. Qanuna əsasən tətbiq edilən yeniliklər proqramın daha da genişlənməsini şərtləndirəcək.2020-ci ilin 6 ayı dövründə dövlətin vətəndaşlara sosial dəstəyi rəqəmlərlə:- 1,3 milyon nəfərə yaxın şəxsin pensiyaları üçün 2 milyard 250 milyon manat vəsait xərclənib - (2019-cu ilin müvafiq dövrünə nisbətən 436,51 milyon manat və ya 24,09 faiz çox);- 743 min nəfərə sosial müavinət və təqaüd üçün - 475 milyon manat xərclənib - (2019-cu ilin müvafiq dövrünə nisbətən 151 milyon manat və ya 46,6 faiz çox);- 85 minə yaxın ailənin 350 mindən çox üzvünə ünvanlı dövlət sosial yardımın verilməsi məqsədilə 105 milyon manat xərclənib - (2019-cu ilin müvafiq dövrünə nisbətən 40,4 milyon manat və ya 62 faiz çox);- Aprel-may aylarında 600 min şəxsə aylıq 190 manat birdəfəlik ödəmə üçün 229 milyon manat vəsait xərclənib;Ümumilikdə bu tədbirlər 3 milyon vətəndaşı əhatə edib və 3 milyard 59 milyon manat vəsait ödənilib. Bu, 2019-cu ilin müvafiq dövrünə nisbətən 860 milyon manat və ya 40 faiz çoxdur.Bununla yanaşı, yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsi və xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmət müəssisələrində xidmət göstərilməsi işləri aparılıb. 15 000-dən çox tənha yaşlı sosial xidmətlərlə əhatə olunub. Həmçinin, sosial tərəfdaşlar vasitəsilə artıq 100 min ərzaq payı aztəminatlı ailələrə (400 min ailə üzvü) verilib. Hazırda 9 sosial xidmət müəssisəsində 1000-dək şəxs stasionar şəraitdə sosial xidmətlər təmin olunur.Əhaliyə güzəştli işıq limiti aprel-may aylarında 100 kvts. həcmində artırılıb. Tələb olunan vəsait (2 aylıq) 10 milyon manat təşkil edib.Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi, vergi, sığorta, kredit güzəştləri üzrə icra olunan paketlər çərçivəsində də 100 minlərlə insana dəstək verilir.Bütün bunlar Azərbaycanın sosial dövlət nümunəsidir və həyata keçirilən tədbirlər Prezident İlham Əliyevin “Bizim dövlətimiz hər zaman vətəndaşın yanındadır” fikrinin bariz təzahürüdür.Asif
Hamısını oxu