Ən son xəbərlər
Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov açmışdır. O qeyd etmişdir ki , Fatma xanım Səttarovanın anadan olmasının 95 illiyi tamam olur. Fatma xanımı bütün Azərbaycan ictimaiyyəti, mən deyərdim Azərbaycan xalqı yaxşı tanıyır. O, həm İkinci Dünya müharibəsi veteranı, həm ziyalı, həm də fəal bir insan kimi ölkənin həyatında yaxından iştirak edir. Necə deyərlər, Fatma xanım həmişə sıradadır, həmişə ön cəbhədədir. Qısaca məlumat verim ki, Səttarova Fatma Hüseyn qızı 1922-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1941-ci ildə könüllü surətdə cəbhəyə getmiş, müxtəlif cəbhələrdə, o cümlədən Moskva ətrafı döyüşlərdə və Leninqrad blokadasında iştirak etmişdir. Onun alman faşizminə qarşı döyüşlərdə göstərdiyi qəhrəmanlıqlar, şücayətlər barədə çox yazılıb, çox danışılıb. Elə bizim Təşkilatın qəzetinin son saylarından birində maraqlananlar bir daha bu barədə oxuya bilərlər. Fatma Səttarova Azərbaycan Dövlət Universitetinin İqtisadiyyat və Moskvada Plexanov adına Universitetin Ticarətin idarəedilməsi fakültələrini bitirmişdir. O, yüksək təhsili, geniş dünyagörüşü ilə də farqlənən bir insandır. Uzun illər dövlət idarələrində müxtəlif vəzifələrdə çalışdığı dövrlərdə o, əməli fəaliyyəti ilə bunu dəfələrlə sübuta yetirmişdir. Fatma Səttarova bu gün də ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edir. O, müharibə və əmək veteranı kimi Respublika Veteranlar Təşkilatının keçirdiyi tədbirlərdə fəal iştirak etməklə, gənclərin Vətənə, dövlətə sədaqət, hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında təcrübəsini və biliyini əsirgəmir. Azərbaycanı MDB ölkələrində, o cümlədən Rusiya Federasiyası, Belarus, Ukraynada İkinci Dünya müharibəsi ilə bağlı keçirilən tədbirlərdə layiqincə təmsil etmişdir. Səttarova Fatma Hüseyn qızının həyatı bu gün gənc nəslin tərbiyəsində, Azərbaycanın ən layiqli insanları kimi yetişmələrində dəyərli nümunələrdən biridir. Biz ona bundan sonra da səmərəli fəaliyyət, cansağlığı və nəvə-nəticələri ilə birlikdə sevinc dolu neçə-neçə illər arzulayırıq. Tədbirdə çıxış edən Respublika Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Fərzəliyev Abdin, Millət vəkili Adil Əliyev, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri, Nərimanov Rayon Veteranlar Təşkilatının sədri Alı Hüseynov və digərləri yubliyarı təbrik edib ona öz xoş arzularını çatdırdılar. Fatma xanım Səttarovanın keçdiyi həyat yolu hər bir Azərbaycan gəncinə nümunə olduğu vurğulandı. Onun həyat və təcrübəsinindən daim istifadə edilməsinin vacibliyi bildirildi. Yubliyar Fatma Səttarova çıxışında başda Prezident İlham Əliyev olmaqla ölkə rəhbərliyinə və tədbirdə iştirak edən hər kəsə göstərdikləri diqqət və qayğıya görə minnətdarlıq etdi. Hər zaman Azərbaycan xalqını layiqincə təmsil etdiyini və bundan qürur duyduğunu ifadə etdi. Sonda Yubliyara Respublika Veteranlar Təşkilatının təsis etdiyi “Veteran Həmrəyliyi” medalı Təşkilatın rəyasət heyətinin qərarı ilə yubliyara təqdim edildi. Həmçinin Respublika Veteranlar Təşkilatı tərəfindən yubliyara maddi yardım edildi, xatirə şəkli çəkdirildi.
Hamısını oxuŞərəfli döyüş yolu keçmiş Həzi Aslanovun tarixi şücaətləri heç vaxt yaddaşlardan silinməyəcək. AZƏRTAC xəbər verir ki, bu fikir yanvarın 24-də iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun xatirəsini anma mərasimində səsləndirilib. Əvvəlcə tədbir iştirakçıları Şəhidlər xiyabanında cəsur sərkərdə Həzi Aslanovun abidə-kompleksi önünə əklil və gül dəstələri qoyub, generalın xatirəsini hörmət və ehtiramla yad ediblər. Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev çıxış edərək bildirib ki, xalqımızın igid övladı, Böyük Vətən müharibəsinin iştirakçılarından olan Həzi Aslanovun qəhrəmanlıqla dolu həyat yolu hər bir vətəndaşımız üçün nümunədir. Xalqımızın ümummilli lideri Heydər Əliyev Həzi Aslanovun hərb tariximizdə müstəsna rol oynadığını dəfələrlə qeyd edib və qəhrəmanın adının əbədiləşdirilməsi üçün bir çox sərəncamlar imzalayıb. Bu diqqət Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən davam etdirilir. R.Əliyev Azərbaycan xalqının qəhrəmanlıq ənənələrinin təbliğ olunması məqsədilə keçirilən tədbirlərin Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş və vətənpərvərlik ruhunun yüksəldilməsində böyük əhəmiyyət kəsb etdiyini deyib. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun şərəfli döyüş yolundan danışaraq qeyd edib ki, o, Azərbaycan xalqının yetirdiyi ən böyük sərkərdələrdəndir. Azərbaycan xalqının igid övladı, Böyük Vətən müharibəsinin qəhrəmanlarından olan Həzi Aslanovun adı ən istedadlı sərkərdələrdən biri kimi tariximizə yazılıb. Bildirilib ki, 1941-ci ilin iyununda müharibənin od-alovları içərisinə atılan qəhrəman həmyerlimizin komandanlıq etdiyi tank briqadası Donbas, Moskva, Xarkov, Stalinqrad, Taqanroq, Kursk və digər şəhərlərin faşizmdən azad olunmasında fəal iştirak edib. Həzi Aslanov 34 yaşında Sovet İttifaqı Qəhrəmanı adına və general rütbəsinə layiq görülüb. Onun adı qəhrəmanlıq simvoluna çevrilib. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Həzi Aslanovun, eləcə də Azərbaycan övladlarının tarixi şücaətləri heç vaxt yaddaşlardan silinməyəcək, gənc nəsil üçün vətənpərvərlik nümunəsi olacaq. Azərbaycan xalqının yetirdiyi ən böyük sərkərdələrdən biri olan Həzi Aslanovun adı həmişə qədirbilən xalqımız və dövlətimiz tərəfindən əziz tutulub. Sonra Həzi Aslanovun nəvəsi Emin Aslanov göstərilən diqqət və qayğıya görə ailə üzvləri adından Azərbaycan Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.
Hamısını oxuBakı, 23 yanvar, AZƏRTAC Əhalinin maddi rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” imzaladığı sərəncamlar ölkə veteranları tərəfindən də rəğbətlə qarşılanıb. Respublika Veteranları Təşkilatından AZƏRTAC-a bildiriblər ki, veteranları məmnun edən başlıca cəhət əhalinin, xüsusilə onun aztəminatlı və sosial müdafiəyə daha çox ehtiyac duyan hissəsi sayılan pensiyaçıların rifah halının ilbəil yüksəldilməsi dövlətimizin başçısının daim diqqət mərkəzində olmasıdır. Bu baxımdan son qərarlar ümumən ölkə ictimaiyyəti tərəfindən razılıqla qarşılanıb. Təşkilata müraciət edən ölkə veteranları Prezident İlham Əliyevin bu humanist addımını yüksək qiymətləndirir, onun əmək pensiyası alan veteranların maddi durumuna müsbət təsir göstərəcəyini xüsusilə vurğulayırlar. Veteranlar, həmçinin bildirirlər ki, bu addım Azərbaycan Prezidenti İlham Əliyevin yaşlı insanların, eləcə də aztəminatlı ailələrin sosial problemlərinin həllinə daim qayğı və diqqətlə yanaşmasının növbəti təzahürüdür. Veteranlar Azərbaycan dövlətinin bütövlükdə ölkə vətəndaşlarının, xüsusilə veteranların sosial-maddi vəziyyətinin yaxşılaşması istiqamətində ardıcıl proqramlar həyata keçirdiyini, cari ildə də bu məsələlərin diqqətdə saxlanacağına əminliklərini ifadə ediblər
Hamısını oxuRespublika Veteranlar Təşkilatının nümayəndələri, İkinci Dünya, Qarabağ, Əfqanıstan müharibəsi, əmək və Silahlı Qüvvələr veteranları 20 Yanvar - Ümumxalq Hüzn günü münasibəti ilə Şəhidlər Xiyabanını ziyarət etmiş, şəhid məzarlarına tər qərənfillər düzmüş, Əbədi Məşəl Kompleksi önünə gül çələngi qoymuşlar. Ziyarət başa çatdıqdan sonra Respublika Veteranlar Təşkilatının inzibati binasında 20 Yanvar - Ümumxalq Hüzn gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir iştirakçıları çıxışlara başlamazdan əvvəl 20 Yanvar şəhidlərinin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad etmişlər. Ziyalılar, media nümayəndələrinin də qatıldığı tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov açmışdır. O, Azərbaycan tarixinin faciəli olduğu qədər də qəhrəmanlıq və şərəfli səhifələrindən sayılan 20 Yanvarla bağlı geniş məlumat vermişdir. Bu faciənin təməlinin hələ 1987-ci ilin oktyabrında ermənilərin Azərbaycana qarşı torpaq iddialarının həyata keçirilməsinə mane olan Heydər Əliyevin Siyasi Bürodan və SSRİ rəhbərliyindən uzaqlaşdırılması ilə başlandığını bildirən C.Xəlilov demişdir: “20 Yanvar Azərbaycan xalqının milli azadlıq və demokratiya uğrunda mübarizəsini boğmaq, xalqa ağır mənəvi zərbə vurmaq məqsədilə qabaqcadan düşünülüb hazırlanmış təcavüzkarlıq aksiyası idi. Bu qanlı faciəni törədənlər Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının qarşısını bütün vasitələrlə almaq istəyirdilər. Ermənilərin əsas mədsədi isə DQMV-in Azərbaycandan qoparılaraq Ermənistana biriləşdirilməsi idi. Bu məkrli planın ilk qurbanları Ermənistanda yaşayan azərbaycanlılar oldu. 1989-cu ilin sonunda Ermənistanda azərbaycanlılara qarşı son etnik təmizləmə həyata keçirilməklə, 230 min azərbaycanlı dədə-baba torpaqlarından qovuldu. Deportasiya zamanı 255 nəfər öldürüldü, 1200 adam yaralandı, 31 min ev və digər əmlaklar talan edildi. Bu olaylara Moskva göz yumur, Azərbaycanın o vatkı rəhbərləri isə səriştəsiz mövqe nümayiş etdirirdilər. 1989-cu ilin sonu, 1990-cı ilin yanvarında Azərbaycanda ictimai-siyasi vəziyyət kəskinləşdi, mövcud iqtidarın hadisələrə nəzarəti xeyli zəiflədi, hakimiyyət böhranı və qarşıdurma dərinləşdi. 1990-cı il yanvarın 19-na keçən gecə Bakıya qanunsuz olaraq, fövqəladə vəziyyət elan edilmədən yeridilən SSRİ Müdafiə Nazirliyinin, Daxili Qoşunların və DTK-nın hərbi birləşmələri şəhərdə “Udar” kod adlı əməliyyat həyata keçirməklə SSRİ və Azərbaycan SSR Konstitusiyalarını kobud surətdə pozdular. Görünməmiş qəddarlıqlar törətmiş həmin hərbi qruplaşmanın tərkibi qvardiya hava-desant diviziyalarının üç alayı, motoatıcı diviziya, xüsusi təyinatlı briqada, dəniz piyadaları, DTK-nın xüsusi təyinatlı “Alfa” qrupu, Ctavropol vilayətindən toplanmış əksəriyyəti ermənilərdən ibarət xalqımızın qanına susamış vəhşilər idi. İri hərbi kontingentin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilməklə, Bakıda və Respublika rayonlarında 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri olmuşdur. Tanklar və BTR-lər qarşılarına çıxan hər şeyi əzir, hər yan amansız atəşə tutulur, insanlar nəinki küçələrdə, hətta avtobusda, öz mənzillərində güllələrə tuş gəlirdilər. Həmin ağır günlərdə, 1990-cı il yanvarın 21-də ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində çıxış edərək, xalqla birgə olduğunu bildirdi. O, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, qanlı faciənin törədilməsinə görə mərkəzi və respublika rəhbərlərini ittiham etdi. Bu tarixi çıxışın mətni dünyaya, respublikaya geniş yayıldı. Xalqın qəlbində ümid çırağı yandı”. C.Xəlilov daha sonra demişdir: “20 Yanvarın 1999-cu ildən etibarən Ümumxalq hüzn günü kimi keçirilməsinin Əmək Məcəlləsində əksini tapması da məhz ümummilli lider Heydər Əliyevin xidmətidir”. Tədbirdə çıxış edən digər şəxslər də 20 Yanvarın Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad edilməsi, həm də Azərbaycan xalqının qəhrəmanlıq, birlik günü olduğunu vurğulamış, şəhidlərin heç unudulmayacaqlarını, xalqımızın yaddaşında əbədi yaşayacaqlarını qeyd etmişlər.
Hamısını oxuO, Qarabağ torpağının düşmən işğalından azad edilməsi üçün qəhrəman Azərbaycan əsgəri ilə yanaşı, Qarabağ qazilərinin də bü gün yenidən silaha sarılmağa hər an hazır olduqlarını, eləcə də, gənclərin vətənpərvərlik tərbiyəsində onların xüsüsi xidmətləri olduğunu bildirmişdir. C.Xəlilov öz sıralarında böyük veteranlar ordusunu birləşdirən Respublika Veteranlar Təşkilatının II Dünya müharibəsi veteranları ilə yanaşı, xüsusən Qarabağ müharibəsi veteranlarını da daim diqqət mərkəzində saxladığını və bunun gələcəkdə də uğurla davam etdiriləcəyinə əmin olduğunu ifadə etmişdir. Qarabağ müharibəsi vetaranları onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etmiş, bu gün düşmən tapdağında olan torpaqlarımızın azad edilməsi uğrunda əsgərlərimizlə bərabər döyüşlərə qatılmağa, onlara göstərilən edimadı hər an doğrultmağa hazır olduqlarını bildirmişlər. Onlar eyni zamanda, Respublika Veteranlar Təşkilatının daim Qarabağ veteranlarının yanında olduğunu vurğulamış, gənclərin vətənpərvərlik tərbiyəsində Təşkilatın fəaliyyətini yüksək qiymətləndirdiklərini xüsusi qeyd etmişlər. C.Xəlilov Qarabağ veteranlarının da bu sahədə üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirirdiklərini və bu məsələnin hazırkı mərhələdə Azərbaycan üçün olduqca mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir. O, ölkənin bütün ictimai təşkilatlarını gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində öz səylərini birləşdirməyə, mövcud imkanlardan daha səmərəli istifadə etməyə, ümumən dövlətin uğurla həyata keçirdiyi gənclər siyasətinə gəstək olmağa səsləmişdir. Görüşün sonunda Qarabağ müharibəsi veteranlarından Mürşüd Mahmudov “Həzi Aslanov” yubiley medalı, Kamil Şirinov isə “Səməd bəy Mehmandarov” yubiley medalı ilə təltif edilmişlər. Görüş xatirə şəkilinin çəkdirilməsi ilə başa çatmışdir.
Hamısını oxuSon günlər o qədər də tanınmayan bəzi saytlarda, eləcə də facebook sosial şəbəkəsində “Hərbi Xəbərlər”, “Məlumatlar” və digər anonim adlar altında fəaliyyət göstərən səhifələrdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə bağlı bəzi xoşagəlməz yazılara rast gəlinir. Bir vaxtlar Qarabağ savaşında erməni qəsbkarlarına və onların havadarlarına qarşı bərabər olduğumuz bəzi yoldaşlarımız heç bir ciddi əsas olmadan adı yuxarıda qeyd olunan resurslarda Respublika Veteranları Təşkilatının rəhbərliyinin ünvanına əsası olmayan, yalan və böhtan xarakterli fikirlər səsləndirirlər. Mən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki kimi, şərəfli yol keçmiş Əfqanıstan, Qarabağ müharibələri, Azərbaycan Silahlı Qüvvələri və Təhlükəsizlik orqanları veteranı, Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilova qarşı ədalətsiz və heç bir əsası olmayan məlumatların yayılmasından, hətta facebook sosial şəbəkəsində kimlərinsə öz səhifələrində açıq təhqirə yol vermələrindən böyük təssüf hissi keçirirəm. Bu yalanlara, məsuliyyətsiz və təhqiramiz fikirlərə qəti etirazımı bildirir, şərəfli xidmət və döyüş yolu keçmiş vətənpərvər bir zabitə qarşı belə yaramaz, qərəzli kompaniyanın təşkilatçılarından kimlərisə öz çirkin məqsədlərinə alət etməmələrini, böhtan üzərində qurduqları kompaniyalarını nəhayət dayandırmalarını tələb edirəm. Cəlil Xəlilov 2014-cü ildə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini seçildikdən sonra Təşkilatın fəaliyyəti xeyli canlanmış, keçirilən tədbirlərin coğrafiyası daha da genişlənmiş və sanbalı artmışdır. O, Təşkilatın sədri ehtiyatda olan hörmətli generalımız Dadaş Rzayevin tapşırıqını layiqincə və vaxtı-vaxtinda yerinə yetirməklə yanaşı, irəli sürdüyü və reallaşdırılmasında yaxından iştirak etdiyi çoxsaylı təşəbbüsləri ilə yüksək bilikli, təcrübəli və bacarıqlı sədr müavini olduğunu əməli işdə dəfələrlə göstərmişdir. Məhz onun səyi ilə hazırlanan Təşkilatın yeni strukturu bu günki uğurlu fəaliyyətin təmin edilməsində başlıca stimullardan olmuş, işin səmərəsinin, Mərkəzi Aparatda nizam-intizamın daha da yüksəldilməsinə imkan vermişdir. Cəlil Xəlilovun fəaliyyətinin əsas nəticələrindən biri bu gün düşmənlə üzbəüz səngərlərdə xidmət edən əsgər və zabitlərimizlə veteranların, xüsusilə müharibələrdə iştirak təcrübəsi olan, şərəfli döyüş yolu keçmiş veteranların və Təşkilat nümayəndələrinin mütəmadi görüşlərinin təşkil edilməsidir. Özünün dəfələrlə iştirak etdiyi belə görüşlərin, cəbhə bölgələrinə müntəzəm səfərlərin bir əsas məqsədi var: əsgər və zabitlərimizi düşmən üzərində qələbəyə ruhlandırmaq. Məhz onun təşəbbüsü ilə ölkənin müxtəlif regionlarında keçirilən “Qarabağ uğrunda döyüşlərin qəhrəmanlarını tanıyaq və tanıdaq, “Azərbaycan qəhrəmanlar diyarıdır”, “Aprel döyüşləri xalqımızın qəhrəmanlıq salnaməsinin parlaq səhifəsidir”,“Torpaq uğrunda ölən varsa Vətəndir”,“Milli qəhrəmanlarımız” və s. tədbirlərin də məqsədi budur. Azərbaycan gənclərini Vətənə, xalqa, torpağa, dövlətə sevgi ruhunda tərbiyə etməklə, onları hazırda erməni hərbi birləşmələrinin işğalı altında olan yurdlarımızı düşməndən azad etməyə həvəsləndirmək və bu müqəddəs missiyanın həyata keçirilməsinə hazırlamaq. Bütün bu fəaliyyətləri ümumiləşdirərək belə demək olar. Cəlil Xəlilov xalqımızın qəhrəmanlıq tarixində mühüm xidmətləri olan Azərbaycan övladlarının keçdiyi şərəfli həyat yolunun yeniyetmə və gənclərə daha yaxından tanıdılması, onlarda xalqına, dövlətinə sədaqət, tarixinə hörmət, vətənpərvərlik ruhunun gücləndirilməsi, həmçinin onlar arasında milli-mənəvi dəyərlərimizin, dövlətçilik ənənələrimizin təbliği istiqamətində dövlət orqanlarının apardığı işə dəstək verir. Cəlil Xəlilov Veteran hərəkatının güclənməsində, Azərbaycanda Vətəndaş Cəmiyyətinin inkişafında, gənclər arasında vətənpərvərlik ruhunun yüksəlməsində, müharibə veteranlarının, əlillərin, şəhid ailələrinin tibbi-sosial problemlərinin həllində yaxından iştirak etməklə, bütün səyini əsirgəmir. Bu gün Respublika Veteranlar Təşkilatı hörmətli sədrin və sədr müavininin əməyi sayəsində nəinki Azərbaycanda, hətta MDB ölkələrdə böyük nüfuza malik Veteran Təşkilatına çevrilmişdir. Təşkilatın adı ölkə daxilində, ictimaiyyət arasında fərəhlə çəkilir. Onun sıralarında Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda döyüşmüş, Silahlı Qüvvələrdə şərəfli xidmət yolu keçmiş kifayət qədər veteran var. Təşkilat Azərbaycanda fəaliyyət göstərən bütün veteran və vətənpərvər Qeyri Hökumət Təşkilatları ilə yaxından əməkdaşlıq edərək keçirdiyi bütün tədbirlərə həmin təşkilatların nümayəndələrini də dəvət edir və onların təşkil etdiyi tədbirlərə qatılaraq dəstəyini əsirgəmir. Bütün bunlarda keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında müxtəlif hərbi hissə və birləşmələrdə xidmət yolu keçmiş, kifayət qədər təcrübəli, tanınmış bir zabit olan Cəlil Xəlilovun danılmaz əməyi vardır. Uzun illər Azərbaycan Silahlı Qüvvələrində şərəfli xidmət yolu keçmiş Sərhəd Qoşunlarının Komandan müavini olmuş Cəlil Xəlilov polkovnik rütbəsində əsl vətənpərvər zabitdir. Yüksək savada, hərtərəfli hazırlığa və bacarığa malik olan bir zabiti, Respublika Veteranlar Təşkilatının sədir müavini kimi ictimai statusu olan bir şəxsi hər vasitə ilə ləkələməyə, haqqında həqiqətlə yaxından-uzaqda əlaqəsi olmayan məlumatlar yaymaqla ölkə ictimaiyyətini çaşdırmağa çalışanlar heç nəyə nail ola bilməyəcəklər. Ancaq məni də, hər şeyə obyektiv qiymət verməyi bacaran digər zabitlərimizi də narahat edən erməni xislətli şəxslərin Vətən, xalq naminə iş görməyə hərtərəfli potensialı, təcrübəsi və Vətən üçün döyünən qəlbi olan insanlarımızı gündəlik fəaliyyətindən yayındırmağa cəhd göstərmələridir. Təsüflər olsun ki, şərəfli döyüş yolu keçmiş, hər vaxt ölümlə üz-üzə qalmış Cəlil Xəlilov kimi ehtiyatda olan cəsur zabitimizi bəzi nankor, şərəfsiz və səngərdə barıt qoxusu duymayan adamlar bu gün hansısa saytlarda, facebook sosial şəbəkəsində “Hərbi Xəbərlər”, “Məlumatlar” və digər adlar altında fəaliyyət göstərən səhifələrdə kimlərinsə sifarişini yerinə yetirərək, Respublika Veteranlar Təşkilatının adına və onun sədir müavininin nüfuzuna xələl gətirməyə çalışırlar. Biz Azərbaycan Silahlı Qüvələrinin ehtiyatda olan zabitləri bu cür məkirli, iyrənc sifarişi yerinə yetirən adamlara üz tutaraq bunlara son qoyulmasını tələb edirik. Belə təxribatları biz veteranlar torpaqlarının 20 faizi işğal altında və müharibə şəraitində olan ölkəmizdə gənclərin hərbi vətənpərvərlik ruhunda böyümələrinə zərbə kimi qiymətləndir və mənfur düşmənin siyasətinə dəstək hesab edirik. Adil Haqverdiyev, Respublika Veteranlar Təşkilatının hərbi vətənpərvərlik şöbəsinin müdiri, Əfqanıstan və Qarabağ müharibələrinin veteranı, ehtiyatda olan polkovnik .
Hamısını oxuВ январе 1980 года руководством КГБ СССР принято решение о прикрытии афганско-китайской и пакистано-афганской границы. Эту задачу возложили на Краснознаменный Восточный пограничный округ. При непосредственном участии начальника ГУПВ КГБ СССР генерала армии В.А. Матросова разработана операция под условным названием «Крыша». План операции утвержден Председателем КГБ СССР Ю.В. Андроповым. Подготовка операции началась со сбора разведывательных данных. Ею руководил начальник разведотдела управления войск КВПО генерал-майор В.А. Саидгареев. Разведку местности выполняла пограничная авиация округа, которую возглавлял летчик-профессионал высокого класса полковник Н.А. Тимофеев. В январе 1980 года генерал армии В.А. Матросов поставил перед частями КВПО задачу - провести операцию на Памирском направлении по вводу войск в Афганистан, в последующем прикрыть афгано-китайскую около 200-километров ,и афгано-пакистанскую границу около 500 километров. С этой целью в мае того же года и была осуществлена операция под условным названием "Крыша". Активную боевую деятельность авиация ВПО начала вести с мая 1980 г., приняв участие в операции «Крыша» на сархад-гумбадском направлении в целях перекрытия перевалов Барогиль и Очхили на границе с Пакистаном, чтобы не допустить проникновения афганской оппозиции на территорию ДРА. Операции обеспечивала авиация округа в составе 10 отдельного авиационного полка в г. Алма-Ате (Бурундай). К лету 1980 г. пограничные подразделения устойчиво закрепились в афганских населенных пунктах Ширхан, Янги-Кала, Чахи-Аб, Рустак, Хоун, Калай-Куф и Нусай, на Малом афганском Памире - в районах Сархад и Гумбат. Для выполнения этой задачи в декабре 1979 года ММГ 131 Ошского ПО, КВПО под командованием м-ра Петренко М. П. на БТР выдвинулась из расположения ПО и совершив 5-дневный марш по ПАМИРСКОМУ ТРАКТУ прибыла в расположение 35 Мургабского ПО. В состав ММГ входили 1 ПЗ к-на Власенко И.,2 ПЗ к-на Богуславец Н., взвод связи и хоз.взвод .На Мургабе ММГ была усилена 1 ПЗ ММГ-1 35 Мургабского ПО из 5-ти БМП . Ошская ММГ прибыла в Хорог 29 декабря 1980 года, в след за ней из Мургаба 30 декабря 1979 года пришла 1 ПЗ ММГ-1 л-та Чугунова и Ошскийминбат (МБ) к-на Шикула. 66 Хорогский ПО, КСАПО был местом сбора подразделений КВПО, где и произошло боевое сглаживание в СБО” Гульхана”. В марте 1980 года 35 Мургабский ПО инспектировал начальник ПВ КГБ СССР генерал-армии Матросов и начальник КВПО генерал-лейтенант Донсков, проверялись ММГ-1,2 на боеспособность, по полной. 23 мая 1980 года одновременно через РЕЧНУЮ и Лянгар начался ввод ММГ-1,2 35 ПО на перевалы Очхили и Барагиль, ММГ-1 м-ра Макаревича выдвинулась на Гумбатское направление и заняла БАЗАЙ-Гумбад 27 мая 1980 года. ММГ-1 закрывала перевал Иршан-Увин на китайско-афганской границе, и перевал ОЧХИЛИ на афгано-пакистанской границе, ММГ-2 ст.л-та Анохина выдвинулась на Сархадское направление и заняла Сархад 6 июня 1980 года и закрывала перевал Барагиль на афгано-пакистанской границе. В ноябре 1980 года ММГ-2 на Сархаде сменила ММГ-3 35 Мургабского ПО, капитана Шенец. ММГ-2 была до весны 1981 года в отряде и 6 сентября 1981 года ММГ-2 была переброшена на ПЗ “Калай-Хумб” 66 Хорогского ПО для усиления СБО "Гульхана" в связи с активизацией боевых действий в к.Джорф и Куфабском ущелье. В мае месяце по просьбе афганского руководства силами Мургабского погранотряда (Восточный погранокруг) на Малом афганском Памире (МАП) были взяты под охрану вероятные маршруты движения караванов с оружием и боеприпасами из Пакистана и Китая. Операция по вводу подразделений Восточного пограничного округа (ВПО) в Афганистан на Памире проходила в исключительно сложных условиях. Моторизованным подразделениям пришлось преодолеть сотни километров бездорожья в условиях высокогорья (более 3,5 тыс. метров над уровнем моря). Операция прошла успешно и без потерь. Руководство осуществляли начальник войск ВПО генерал-лейтенант В.С. Донсков и его заместитель генерал-майор Б.Е. Сентюрин. С 1980 по 1985 год 329 военнослужащих отряда, принимавших участие в боевых действиях на территории Афганистана, награждены орденами и медалями Советского Союза, 32 человека — орденами и медалями Республики Афганистан, более 2700 человек — нагрудными знаками «Отличник погранвойск» I и II степеней. Появление пограничников на территории Афганистана вызвало пристальный интерес спецслужб Пакистана и Китая. Задержания на афганско-пакистанской и афганско-китайской границе свидетельствовали о нарастании этой активности. Перед войсками Среднеазиатского и Восточного Пограничного округов поставлены дополнительные задачи — совместно с частями и подразделениями афганских сухопутных войск, во взаимодействии с 40-й армией очистить от вооруженных формирований оппозиции северные районы Афганистана, содействовать в установлении там законной власти, а также обеспечить безопасность государственной границы СССР. Формирование группировки пограничных войск в ДРА завершилось к 1982 году. Ситуация в приграничных районах на территории Афганистана в июне 1983 года обсуждалась на совещании у начальника ГУПВ КГБ СССР генерала армии В.А. Матросова. Учитывая обстановку, складывающуюся в зоне ответственности КСАПО и КВПО, признано целесообразным передать зону ответственности Среднеазиатского пограничного округа на Малом афганском Памире, в районах Гульханы, Работи-Чехильтона, Бандар-поста Восточному пограничному округу. Сюда вводились две мотоманевренные и десантно-штурмовая группы КВПО. Таким образом, прикрытие участка границы Афганистана с Китаем и Пакистаном протяженностью более 700 километров стало осуществляться группировкой округа. Важное значение имело выделение округу зоны ответственности на Файзабадском направлении. Основной задачей здесь являлось пресечение переброски через афганско-пакистанскую границу отрядов моджахедов из Пакистана в центральные районы Афганистана. Направление с десятком горных ущелий, имевших выходы к границе с Пакистаном, представляло оперативную значимость — в летнее время все перевалы на границе были преодолимы. Летом 1980 года задержана идущая из Пакистана вооруженная и хорошо экипированная группа из троих человек, которая имела задачу разведки дислокации и устремлений пограничных подразделений. От задержанных тогда впервые были получены данные о подготовке моджахедов в лагерях на территории Пакистана. Славный боевой путь прошла ДШМГ КВПО, сформированная в марте 1982 года на базе Пржевальского пограничного отряда. Начальником ДШМГ стал майор И.П. Барсуков, удостоенный звания Героя Советского Союза, начальником штаба — майор Р.Ф. Ракимов .ДШМГ- Восточная базировалась в 35 Мургабском ПО до середины 1983 года. В 1982—1983 годах майор И.П. Барсуков в ходе проведения боевых операций действовал решительно, проявляя героизм и отвагу. Он принимал участие в разработке 40 операций, в ходе которых личным составом ДШМГ уничтожено свыше 1500 и взято в плен около 3000 боевиков, захвачено более 3000 единиц различного вооружения и большое количество боеприпасов. Барсуков лично уничтожил более 57 душманов. В марте 1983 года, выполняя специальные задачи в районе г. Мазари-Шариф,группа, возглавляемая майором Басуковым, десантировалась в район перевала Шортоколь в центр опорного пункта бандформирования. В ходе высадки завязался тяжелый бой. Майор И.П. Барсуков дважды поднимал в атаку личный состав, проявляя исключительное мужество, отвагу и героизм. В бою уничтожено более 150 душманов, захвачены склады, полевой госпиталь, более 400 единиц вооружения. 6 апреля 1983 года подразделение в количестве 20 человек под интенсивным огнем прорвавшейся группы противника высадилось на остров Даркат, что на реке Пяндж, и с ходу вступило в бой, отразив более 12 атак численно превосходящего противника. Группа майора И.П. Барсукова в течение 8 часов стойко удерживала занятые позиции и не допустила выхода бандгруппы из блокированного района. В этом бою майор Барсуков лично уничтожил 15 боевиков. Начальнику десантно-штурмовой маневренной группы майору Ивану Петровичу Барсукову Указом Президиума Верховного Совета СССР от 11 августа 1983 года присвоено звание Героя Советского Союза. 15 марта 1985 года в КВПО за счет штата Мургабского пограничного отряда сформирована оперативно-войсковая группа. В нее вошли управление, две мотоманевренные группы, десантно-штурмовая маневренная группа и подразделения обеспечения. Всего в составе группы было 871 солдат и сержантов и 99 офицеров и прапорщиков. К 1 июля 1986 года в зоне ответственности округа действовали 5 мотоманевренных групп, 14 пограничных застав и взводов, расположенных в 9 гарнизонах. Практически во всех пограничных отрядах округа формировались мотоманевренные группы или отдельные подразделения, которые после подготовки направлялись в Афганистан. Всего сформировано 12 мотоманевренных групп, 2 ДШМГ,6 минометных батарей, 7 взводов повышенной боеспособности, 6 противотанковых взводов и 7 инженерно-саперных взводов, 8 пограничных застав мотоманевренных групп, 2 нештатных парашютно-десантных взвода. С мая 1985 г. Гульхана стала основной базой ОВГ Восточного погранокруга в/ч 9878. Здесь постоянно находилось до двух ММГ, с 1984 г. до вывода войск базировалась авиационная группа Восточного ПО, Гульхана также стала базой Восточной ДШМГ. Эта была самая крупная база пограничников на территории Афганистана. Оперативная Войсковая Группа КВПО, в/ч 9878 ( С мая 1985года) ММГ-1, Ярим ММГ-2, Тергиран ММГ-3, Гульхана ММГ-4, Умоль, Изван ММГ-5, Бондар-Пост. . В дальнейшем Гульхана стала БАЗОЙ пребывания загранподразделений КВПО на Малом Афганском Памире, провинция БАДАХШАН. В 1990 году резерв пограничного отряда привлекался для урегулирования межнациональных конфликтов в г. Ош и Ошской области. За выполнение данных задач 6 военнослужащих награждены медалями СССР, 68 — нагрудным знаком «Отличник погранвойск»I и II степеней. В 2002 году Мургабский Пограничный Отряд ликвидирован, Боевое знамя части сдано в музей ПВ КГБ СССР. На территории ПО находится Учебный Пункт Пограничных войск Таджикистана. Многие из тех, кто служил в Мургабском пограничном отряде, достигли крупных успехов в службе, им присвоены высшие офицерские звания. Среди них первый начальник пограничного отряда генерал-лейтенант Б.И. Грибанов, генерал армии В.Е. Проничев, до недавнего времени — первый заместитель Директора руководитель Пограничной службы ФСБ России,генерал-лейтенант Неверовский Е.Н., генерал-майор В.И. Отрощенко, еще недавно возглавлявший управление воспитательной работы Пограничной службы ФСБ России,,генерал-майор А.Н. Морозов, Т.И. Бузубаев и многие другие. Заместитель председателя организации ветеранов войны, труда и вооруженных сил Азербайджанской Республики, доцент академии госслужбы при Президенте Азербайджанской Республики, доктор философии, Полковник Джалил Халилов
Hamısını oxuQara Abbas oğlu Fərzəliyev 1923-cü ilin oktyabr ayında Naxçıvan şəhərində anadan olub. Keçmiş SSRİ İkinci Dünya müharibəsinə cəlb olunanda o da digər həmyaşıdları kimi cəbhəyə yollanıb. Q.Fərzəliyev 402-ci milli Azərbaycan diviziyasının 678 saylı istehkamçı batalyonunda xidmətə başlayıb. İlk döyüşdəcə ağır yaralanan Qara Fərzəliyev Qroznı və Bryansk şəhərlərində yerləşən hərbi xəstəxanalarda müalicə olunduqdan sonra yenidən cəbhə xəttinə, odlu-alovlu döyüş meydanlarına qayıdır. Bu dəfə o, 77-ci milli Azərbaycan diviziyasının 105-ci atıcı alayında Krasnodar və Rostov vilayətlərinin bir sıra məntəqələrinin düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə rəşadət göstərir. Bu döyüşlərdə cəsarəti, igidliyi və hərbi bacarığı ilə fərqlənən cəsur həmyerlimizi 1943-cü ildə xüsusi zabit hazırlığı kursuna göndərirlər. Altıaylıq kursu əla qiymətlərlə bitirərək hərbi biliklərə yiyələnən Qara Fərzəliyevə kiçik leytenant hərbi rütbəsi verilir. Gənc leytenant sonrakı döyüş yolunu 417-ci diviziyanın 1372-ci alayında 5-ci bölüyün taqım komandiri kimi davam etdirir. Q.Fərzəliyevin komandiri olduğu taqım Birinci Pribaltika cəbhəsində Latviya və Litva respublikalarının şəhər və kəndlərinin alman faşistlərinin işğalından azad olunmasında fəal iştirak edir. Bu döyüşlərdə göstərdiyi şücaətə görə o, “Qırmızı Bayraq” ordeni ilə təltif olunur. Qara Fərzəliyevin döyüş yolu keçmiş SSRİ bir çox ərazilərinin, xüsusilə Ukrayna və Belarus torpaqlarının faşist işğalından azad edilməsindən keçib. Q.Fərzəliyev Krım, Sapunqara, Sevastopol və Qomel uğrunda gedən döyüşlərdə özünü əsl komandir kimi göstərib, cəsurluğu ilə fərqlənib. 1944-cü ilin iyununda Litvanın Skoudas şəhəri uğrunda gedən döyüşlərdə göstərdiyi igidlik həmyerlimizin şöhrətini daha da artırıb. Həmin döyüşdə taqımın irəliləməsinə imkan verməyən alman pulemyotçunu silahı ilə birlikdə əsir götürən Qara döyüşçülərin yolunu açır, nəticədə düşmənin xeyli canlı qüvvəsi və hərbi texnikası məhv edilir. Faşistlər bu itkinin əvəzini çıxmaq üçün dəfələrlə əks-hücuma keçsələr də, cəsur komandirin rəhbərlik etdiyi taqımın məğlubedilməzliyi qarşısında bütün səyləri puça çıxıb. Hər hücumda daha çox itki verən düşmən geri çəkilməyə məcbur olur. 1372-ci atıcı alayın 3-cü batalyonunun 5-ci bölük komandiri olmuş V.Krivenko sonralar müharibənin odlu-alovlu döyüşlərini yada salaraq “Pravda Lubensine” qəzetində “Cəbhə dostluğu yaşayır” adlı məqaləsində Qara Fərzəliyevin daha bir qəhrəmanlığından belə bəhs etmişdir: “1944-cü ilin avqust ayında Latviyanın Elqava şəhərini düşməndən azad edilməsində Qara Fərzəliyevin komandirlik etdiyi taqımın döyüş xidmətləri çox olub. Daha sonra Tukums şəhəri uğrunda gedən döyüşlərdə vəziyyətin ağırlığını, məsuliyyətini düzgün qiymətləndirən azərbaycanlı komandir Q.Fərzəliyev şəxsən pulemyotun arxasına keçərək düşmənin əks-hücuma başlamasına imkan vermədi. Nəticədə, çoxsaylı canlı qüvvə itkisinə məruz qalan faşistlər 2 ədəd zirehli transportyoru döyüş meydanında qoyub geri çəkilməyə məcbur oldular. Bu döyüşdə Qara Fərzəliyevin özü və taqımından 8 nəfər əsgər ağır yaralansa da, axıradək döyüş meydanını tərk etmədilər”. Qara Fərzəliyevin qəhrəmanlıqlarla dolu döyüş yolu alay komandanlığı tərəfindən də yüksək dəyərləndirilib, haqqında xoş sözlər söylənilib, təltiflərə layiq görülüb. Ona 10 may 1945-ci il tarixində 1372-ci atıcı alayın komandiri, polkovnik-leytenant Markov tərəfindən verilən xasiyyətnamə bunu bir daha təsdiqləyir. “Atıcı taqımın komandiri Qara Fərzəliyev özünü savadlı, bacarıqlı, təşəbbüskar, hərbi texnikanı mükəmməl bilən komandir kimi göstərib. Baltikyanı respublikaların azad edilməsi uğrunda döyüşlərdə həlak olan bölük komandirini çox bacarıqla əvəz edib, iki dəfə yaralansa da, döyüş meydanını tərk etməyib, şəxsi heyət arasında yüksək nüfuz qazanıb. Buna görə Qara Fərzəliyevin fotoşəkli alayın şərəf lövhəsində vurularaq hərbi hissəyə yeni gələn gənc əsgərlərə onun kimi xidmət etmək tövsiyə edilib”. Qara Fərzəliyev alman faşizminə qarşı döyüşlərdə göstərdiyi şücaət və igidliklərə, vətənpərvərliyinə görə, o dövrün ən yüksək ordenlərindən sayılan “Qırmızı Bayraq”, iki dəfə isə birinci dərəcəli “Vətən müharibəsi” ordeni və 15 medalla təltif edilib, dəfələrlə Ali Baş Komandanın təşəkkürünü alıb. Döyüşlərdə dəfələrlə yaralanmasına, hətta bir böyrəyini itirməsinə baxmayaraq, bacarıqlı, savadlı, təcrübəli hərbçi olan Qara Fərzəliyev müharibə başa çatdıqdan sonra orduda saxlanılıb, xidmətini fəaliyyəti məxfi sayılan hərbi hissələrdə davam etdirib. Nəhayət, 1957-ci ilin sentyabrında öz xahişi ilə hərbi xidmətdən ehtiyata buraxılaraq, doğulub böyüdüyü Naxçıvan şəhərinə qayıdıb. Q.Fərzəliyev Azərbaycana qayıtdıqdan sonra müxtəlif hərbi və mülki vəzifələrdə də vicdanla çalışıb, 1961-ci ilədək Naxçıvan Şəhər Mülki Müdafiə İdarəsinin rəisi, həmin ildən 1995-ci ilin mart ayına kimi isə Naxçıvan Mülki Müdafiə Qərargahının məxfi işlər üzrə rəisi vəzifələrində işləyib. Təqaüdə çıxdıqdan sonra da o, Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatından kənarda qalmır, xüsusilə gənc nəslin Vətənə, xalqa, dövltə sədaqətli insankar kimi yetişməsində bütün bilik və bacarığını sərf edirdi. Bu xidmətləri, həqiqi vətənpərvərlik xüsusiyyətləri və təşkilatçılıq qabilyyəti yüksək qiymətləndirilərək Qara Fərzəliyev 1995-ci ildə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Naxşıvan Muxtar Respublikası üzrə Təşkilatının sədri vəzifəsinə seçilmşdir. Q.Fərzəliyev sədr olduğu dövrdə Naxşıvan Muxtar Respublikası Veteranlar Təşkilatının fəaliyyəti xeyli güclənmiş və həyata keçirilən tədbirlərin əahtə dairəsi genişlənmişdir. Q.Fərzəliyev istər hərbi, istərsə mülki sahədə ona tapşırılan vəzifələrin öhdəsindən daim layiqincə gəlmiş, çalışdğı kollektivlərin dərin hörmətini qazanmışdı. O, keçmiş SSRİ-nin, müstəqil Azərbaycanın və Naxçıvan Muxtar Respublikasının müxtəlif mükafatları ilə təltif edilmişdi. Qocaman veteranın ən böyük arzusu Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, torpaqlarımızın erməni işğalından tezliklə azad olunması idi. Ordumuzun gücünə, Azərbaycan gənclərinin vətənpərvərliyinə əmin olan veteran döyüşçü düşmən üzərində qələbə çalınacağına inanırdı. Qara Fərzəliyevin əziz xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır. Allah rəhmət eləsin. Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti.
Hamısını oxuAzərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. İctimai xadim, İkinci Dünya Müharibəsi və Silahlı Qüvvələr veteranı, general-mayor Bahadur Məmmədqulu oğlu Hüseynov uzun sürən xəstəlikdən sonar 96 yaşında vəfat etmişdir. Bahadur Məmmədqulu oğlu Hüseynov 1921-ci il dekabr ayının 15-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kəndli ailəsində anadan olmuşdur. Ağır iqtisadi həyat şəraitini yüngülləşdirmək məqsədilə 1924-cü ildə ailəsi Naxçıvandan Gəncəyə köçməli olmuşdur. 1934-cü ildə yeddiillik təhsilini başa vuran Bahadur Gəncə Toxuculuq Texnikumuna qəbul olur və 1938-ci ildə həmin texnikumu müvəffəqiyyətlə bitirərək Toxuculuq Kombinatında işə düzəlir. Həmin vaxtlar Xarkov şəhərində təhsil alan böyük qardaşı Əhməd Bahaduru da təhsilini davam etdirmək üçün öz yanına çağırırı. Təhsilini davam etdirmək və ürəyinə daha çox yatan işlə məşğul olmaq istəyən Bahadur Hüseynov bu istəklə 1939-cu ilin mayında Xarkov şəhərinə gedir və burada Elektrotexnika İnstitutunun hazırlıq şöbəsinə daxil olur. Həmin şöbəni bitirdikdən sonra təhsilini çoxdan arzusunda olduğu F.E.Dzerjinski adına Xarkov sərhədçilər məktəbində davam etdirir. Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar Bahadur da təhsilini vaxtından əvvəl başa vuraraq, kiçik leytenant rütbəsində, tağım komandiri kimi cəbhəyə yollanır. Onun ilk döyüşü 1941-ci ildə Smolensk istiqamətində vuruşan 246-cı diviziyanın 908-ci alayının tərkibində olur. Düşmənlə amansız ölüm-dirim savaşında kiçik leytenant B.Hüseynov üç dəfə ağır yaralanır. Qorki şəhərində bir müddət müalicə olunduqdan sonar, yenidən cəbhəyə yola düşmək üçün Gürcüstan ərazisində yerləşən ehtiyat briqadasına göndərilir. Ancaq Bahadur Hüseynovun Sərhəd Məktəbini bitirdiyini bilən briqada komandanlığı onun cəbhəyə getmə xahişini qəbul etmir və Gürcüstanda — Sərhəd qoşunlarında xidmətə yollayır. Gənc zabit 1942-ci ildən 1948-ci ilə kimi Gürcüstanın müxtəlif bölgələrində tərcüməçi, zabit, böyük zabit vəzifələrində qulluq edir. 1948-1963-cü illərdə Sərhəd Qoşunlarının Azərbaycan dairəsinin 43-cü sərhəd dəstəsində əvvəlcə bölmə rəisi, kəşfiyyat bölmə rəisi vəzifələrində xidmət edir. 1960-cı ildə polkovnik-leytenant rütbəsi alır və az sonra xidmət etdiyi hissənin rəis müavini təyin edilir. Elə həmin dövrdə, 1961-ci ildə xidmətdən ayrılmadan Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olur və 1967-ci ildə universiteti ali təhsilli hüquqşünas ixtisası almaqla bitirir. Polkovnik-leytenant Bahadur Hüseynovun biliyi, intizamlılığı, bacarığı nəzərə alınıb, onun xidmətini Dövlət Təhlükəsizlik orqanlarında davam etdirməsi tövsiyə olunur. 1963-cü ildə baş tutan bu təyinatda həmin vaxt Təhlükəsizlik orqanlarında rəhbər vəzifədə çalışan ulu öndər Heydər Əliyevin rolu olmuşdur. B.Hüseynov az sonra məhz Heydər Əliyevin təqdimatı ilə Dövlət Təhlükəsizlik Komitəsində bölmə müdiri vəzifəsinə təyin edilir. Xüsusi xidmət orqanlarında vəzifə pillələrində inamla irəliləyən Bahadur Hüseynov 1969-cu ildə Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizlik Komitəsinə sədr təyin olunur. B.Hüseynov bu məsuliyyətli vəzifədə 7 il şərəflə, ləyaqətlə xidmət edir. 1976-cı ildə Azərbaycan KP MK-nın Birinci Katibi Heydər Əliyevin təklifi və təqdimatı ilə polkovnik Bahadur Hüseynov Azərbaycan DTK-sına sədr müavini təyin edilir. Həmin vaxt o, rəhbər vəzifəli şəxs, təvazökar və sadə insan kimi artıq respublikada kifayət qədər tanınırdı. Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində sədr müavini Bahadur Hüseynovun xidmətləri nəzərə alınaraq, ona 1978-ci ildə general-mayor rütbəsi verilmişdir. 1986-cı ildə təhlükəsizlik orqanlarından ehtiyata buraxılan Bahadur Hüseynov yenə də ölkənin ictimai-siyasi həyatından kənarda qalmır, Azərbaycan naminə bütün bilik və bacarığını sərf edirdi. Həqiqi vətənpərvər insan və ictimai xadim kimi xidmətləri yüksək qiymətləndirilərək, Bahadur Hüseynov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının məsul katibi, sədrin müavini vəzifələrinə seçilmiş, 1992-ci ildən 2001-ci ilə kimi isə Təşkilatın sədri vəzifəsində seçilmşdir. O, 1987-ci ildə fəaliyyətə başlayan bu Respublika Veteranlar Təşkilatının yaradıcılarından biri olmuşdur. Təşkilatın sədri olduğu müddətdə də Bahadur Hüseynovun bütün fəaliyyəti Azərbaycanın tərqqisi, gənclərin Vətənə, xalqa layiq insanlar kimi yetişmələrinə həsr edilmişdir. O, sədr olduğu dövrdə Azərbaycan Veteranlar Təşkilatının xarici əlaqələri xeyli genişlənmişdir. Məhz Bahadur Hüseynovun təşəbbüsü ilə Azərbaycan Veteranlar Təşkilatı Ümumdünya Veteranlar Federasiyasının tərkibinə daxil olmuş və həm də o, bu təşkilatın Rəyasət Heyətinin üzvü seçilmiş ilk azərbaycanlı olmuşdur. Bahadur Hüseynov ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməklə, dəfələrlə Cəlilabad rayon Zəhmətkeş Deputatları Sovetinə, Naxçıvan Muxtar Respublikası Ali Sovetinə deputat seçilmişdir. O, Azərbaycan KP-nin qurultaylarının nümayəndəsi, Bakı şəhər Partiya Komitəsinin üzvü seçilmişdir. Onu ölkədən kənarda, xüsusilə MDB məkanında yaxşı tanıyır, peşəkarlığına, bacarığına hörmətlə yanaşır, xidmətlərini nəzərə alırdılar. Bahadur Hüseynov 1991-2001-ci illərdə MDB ölkələri veteranlar təşkilatının Əlaqələndirmə Şurası Rəyasət Heyətinin üzvü olmuşdur. Bahadur Hüseynovun əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. İki dəfə Qırmızı Əmək Bayrağı, I və II dərəcəli Vətən müharibəsi ordenlərinə, həmçinin 30-a yaxın medala layiq görülmüşdür. Müharibə veteranları arasında fəal beynəlmiləlçi fəaliyyətinə görə, Bahadur Hüseynov MDB ölkələrinin və Monqolustan Xalq Respublikasının də mükafatları ilə də təltif edilmişdir. Bahadur Hüseynov Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, keçmiş SSRİ-nin fəxri çekisti idi. Respublikanın ictimai-siyasi həyatında fəal iştirak etdiyinə və xidməti fəaliyyətində əldə etdiyi nəticələrə görə, iki dəfə Azərbaycan Respublikasının, üç dəfə Naxçıvan MR-nin fəxri fərmanları ilə təltif edilmiş, SSRİ və Azərbaycan DTK-nın qiymətli hədiyyələri ilə mükafatlandırılmışdır. Bahadur Hüseynovun əziz xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır. Allah rəhmət eləsin. Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti.
Hamısını oxuRespublika Veteranlar Təşkilatı Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə veteranlarla görüş keçirdi. Veteranları hər iki Bayram münasibəti ilə təbrik edib onlara hədiyyələr təqdim olundu. 2016-cı il ərzində fəallıq nümaiş etdirən bir qrup II Dünya müharibəsi veteranı Fəxri Fərmanlarla təltif edildilər. II Dünya müharibəsi veteranı Bahadur Hüseynovla görüş isə onun yaşadığı evdə baş tutdu. Təşkilatın sədr müavini e.o polkovnik Cəlil Xəlilov veteranın səhhəti ilə maraqlandı, 95 illik yubileyi ilə və yeni il münasibəti ilə təbrik edib, hədiyyə təqdim etdi. Həmçinin Bahadur Hüseynov təltif edildiyi medalı veterana təltif edildi. Sosialist əməyi qəhrəmanı, əmək veteranı Ömər Ağayevə də hədiyyə təqdim olundu. 2016 - ci ildə veteran hərəkatında göstərdiyi xidmələrə görə “Veteran Həmrəyliyi” medalı ilə təqdim olundu. Veteranlar onlara göstərilən diqqət və qayğıya görə Ölkə Başçısı cənab ilham Əliyevə, eləcə də, Respublika Veteranlar Təşkilatına və onun kollektivinə minnətdarlıqlarını bildirdilər.
Hamısını oxu