Ən son xəbərlər
İki həftə əvvəl ölkə KİV-ində yayılmış təkzibimizə baxmayaraq, cumhuriyyet.az Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyyəti, xüsusilə Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov barəsində yalan və böhtan kompaniyasını davam etdirir. Heç bir fakta əsaslanmadan, öz təbirləri ilə desək “baş verən proseslər haqda silsilə yazılar dərc edən” bu saytın kimlərə və nəyə xidmət etdiyi bizə tam aydındır. Respublika Veteranlar Təşkilatının Nizamnaməsinə uyğun olaraq 2016-cı ildə yerli təşkilatlardan seçilmiş nümayəndələrin iştirakı ilə keçirilən növbəti Plenum ərəfəsində və ondan sonra tirajlanan yalan və böhtan xarakterli məlumatlar bir daha göstərdi ki, saytın məqsədi öz missiyasına uyğun olaraq cəmiyyətə obyektiv informasiyalar çatdırmaq yox, ölkədə yüksək nüfuza malik olan Təşkilatın fəaliyyətinə kölgə salmaqdır. Böhtançılıq missiyasına sadiq qalan sayt hətta Təşkilatın sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayevin Plenumdan öncə öz iş otağında bir qrup veteranla görüşməsini də (bunu 22-23 noyabra aid KİV məlumatları təsdiq edir) şübhə altına alıb. Halbuki, böhtançılara həm bu fakt, həm də Təşkilata ayrılan vəsaitin xərclənməsi ilə bağlı faktlar yaxşı məlumdur (əks halda sədr müavini C.Xəlilovun 19 noyabr 2016-cı ildə AzərTAc-da yayılmış və “Respublika” qəzetində dərc edilmiş müsahibəsindən xəbərsizlik sayt əməkdaşlarının peşəkarlığına şübhələri artırardı). Yaxud əvvəlki sayıqlamalarında tirajladıqları “sədr dəyişikliyi ilə bağlı” yalanların təsdiqini tapmaması. Böhtançılara və Plenumun işinə qatılan “mənbələri”nə də məlum olduğu kimi Plenumda Təşkilatın 2016-cı ildəki fəaliyyəti və növbəti il qarşıda duran vəzifələr müzakirə olundu. Yalan və böhtanlarının hər dəfə faktlarla ifşasının cumhuriyyet.az-ı pis vəziyyətə salmasının günahkarlarına gəlincə, biz cavabımızla həmin şəxslərə layiq olmadıqları diqqətin göstərilməsinə yenə lüzum görmürük. Yalnız onu bildiririk ki, Təşkilatın sabiq əməkdaşı Kamal Əliyev vəzifə səhlənkarlığına və işdə yol verdiyi digər nöqsanlara (lazım gələrsə, açıqlaya bilərik) Təşkilatın sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev tərəfindən işdən çıxarılıb. Guya mövqelərinə isnad edilən veteranlara gəlincə, adları çəkilən həmin şəxslər bizimlə əlaqə saxlayaraq yazılanları təkzib edir, cumhuriyyet.az, yaxud digər sayta hər hansı məlumat vermədiklərini, onların adından yazılanların yalan olduğunu bildirirlər. Bir daha qeyd edirik ki, qarayaxma kompaniyası aparanlar və dəstəkçiləri əmin olsunlar ki, Respublika Veteranlar Təşkilatı bütün iş istiqamətləri üzrə fəaliyyətini inamla davam etdirir və keçirdiyi tədbirlərin əhatə dairəsini günbəgün genişləndirir. Böhtan və yalanları tirajlayanları düz yola dəvət edir, onlara Respublika Veteranlar Təşkilatı ətrafında əsassız şayiələr yaymaqdan uzaq olmağı, veteran hərəkatına layiqincə xidmət göstərən insanların dəyərli vaxtlarını kimlərinsə əsassız iddiaları və hədyanları ilə almamağı tövsiyə edirik. Biz veteran təşkilatı olaraq KİV-lə münasibətləri başqa müstəvilərə çıxarmağı özümüzə rəva bilmirik. Ancaq şərəfli həyat yolu keçmiş və bu gün də xalqına, dövlətinə layiqincə xidmət edən zabitlərimizin ünvanına böhtan yağdıranlar başqa seçim qoymurlar. Respublika Veteranlar Təşkilatı bir daha bəyan edir ki, öz fəaliyyəti, yaxud ona aidiyyatı olan istənilən məsələ ilə bağlı mediaya daim açıqdır və biz özümüzə dost hesab etdiyimiz KİV nümayəndələrindən yalnız obyektiv məlumat gözləyirik. Respublika Veteranlar Təşkilatının İctimaiyyətlə əlaqələr şöbəsi.
Hamısını oxuÖlkəmizdə fəaliyyət göstərən hərb yönümlü QHT - ları - Respublika Veteranlar Təşkilatı, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi, “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyi, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi, Ehtiyatda Olan Zabitlər Konfederasiyası bir yerdə, birgə fəaliyyət göstərirlər. Hərbi yönümlü QHT-ı öz fəaliyətlərini Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan üçün müəyyənləşdirdiyi strategiya üzərinə qururlar. Ölkə Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətini Respublikamızda fəaliyyət göstərən veteranlar və onların ətrafında birləşdikləri hərb yönümlü təşkilatlar dəstəkləyir və dəstəkləyəcəkdirlər. Bu danılmaz faktdır ki, ölkəmizdə veteran siyasəti veteranlara göstərilən diqqət və qayğı məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır və bu gündə o siyasət möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Şəhid ailələri, veteranlar daim diqqət mərkəzində saxlanılır. Vətən uğrunda canından sağlamlığından keçmiş şəxslərin və onların yaxınlarının sosial-məişət şəraiti günü-gündən daha da yaxşılaşdırılır. Respublikamızda fəaliyyət göstərən hərbi yönümlü QHT-də bu qayğını və diqqəti hər an hiss edir, öz fəaliyyətlərini təkmilləşdirirlər. Hərb yönümlü QHT-ı üzərlərinə düşən tapşırıqların, xüsusən gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işə məsuliyyətlə yanaşır və öhdəsindən layiqincə gəlməyi bacarırlar. Bir amala - gənc nəslin vətənpərvərlik ruhda tərbiyyəsinə, torpaqlarımızın azadlığına, qəhrəmanlarımızın tanıdılmasına xidmət edən fəaliyyətimiz hər zaman uğurla davam edəcək. Lakin təəssüflər olsun ki, ölkənin bəzi KİV-də hərb yönümlü QHT-a, xüsusəndə, Respupublika Veteranlar Təşkilatına və Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinə qarşı böhtan, qarayxma kompaniyası aparılır. Respublika Veteranlar Təşkilatının fəaliyyətini və nüfuzunu gözügötürməyən, daim öz şəxsi mənafelərini güdən “şəxslər” bu böhtanların arxasında dayanaraq “nəyəsə” nail olmağa çalışırlar. Həqiqətlə heç cür uzlaşmayan, yalan bəyanatlar verərək nifaq yaratmağa çalışırlar. Biz hərb yönümlü QHT-ı bütün bu cür lüzümsuz, böhtan xarakterli, yalan “yazılara” kəskin etiraz edir və bunların arxasında dayanan şəxslərin layiqli cəzalalandırılmasını tələb edirik. Bir daha qeyd edirik ki, hərb yönümlü QHT-ı olaraq birgə fəaliyyət göstərir, xalqımıza və dövlətimizə xidmət edirik. Bu cür yalan yazılar yazan şəxsləri həqiqətə çağırır, vətənin keşiyində dayanmış və bu gündə dayanan şəxslərin qarasınca danışmaqdan, onlara böhtan, iftira xarakterli danışıqlardan çəkinməyə səsləyirik. Respublika Veterannar Təşkilatının sədr müavini ehtiyatda olan polkovnnik Cəlil Xəlilov Ehtiyatda Olan Zabitlər Konfederasiyasının sədri ehtiyatda olan general – mayor Məhəmmədhüseyn Sarıyev Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin sədri Mehdi Mehdiyev Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Fizuli Rzaquliyev
Hamısını oxu22 noyabr 2016-cı ildə Respublika Veteranlar Təşkilatının inzibati binasında Respublika Veteranlar Təşkilatının VI Plenumu keçirilmişdir. Tədbir Azərbaycan Respublikası Dövlət himninin səslənməsi ilə başlanmışdır. Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatın sədr müavini, e/o polkovnik Cəlil Xəlilov açmışdır. C.Xəlilov Respublik Veteranlar Təşkilatının 2016-cı il üzrə Tədbirlər Planına və Rəyasət Heyətinin qərarlarına uyğun olaraq Təşkilatın ilin əvvəlindən bu günədək olan fəaliyyəti ilə əlaqədar VI Plenumun keçirilməsi məqsədi ilə toplaşdıqlarını, tədbirdə, RVT-nin şəhər və rayon təşkilatlarının sədrləri, İkinci Dünya, Qarabağ, Əfqanıstan müharibələri, əmək və Silahlı Qüvvələr veteranları, ziyalılar, media nümayəndələrinin iştirak etdikrlərini bildirmişdir. Çıxışlara başlamazdan əvvəl Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin, eləcə də Təşkilatın ötən plenumdan sonra dünyasını dəyişmiş Rəyasət Heyəti üzvlərinin xatirəsini 1 dəqiqəlik sükutla yad edilmişdir. Plenumda Respublika Veteranlar Təşkilatının bütün şəhər və rayon təşkilatlarından, RVT Rəyasət Hüyətinin üzvləri, Mərkəzi aparatın işçiləri, İkinci Dünya, Qarabağ müharibələri və Silahlı Qüvvələr veteranları olmaqla seçilmiş 118 nəfər üzvdən 103 nəfəri Plenumda iştirak etmişdir. Təşkilatın sədr müavini, e/o polkovnik Cəlil Xəlilov Plenumun gündələyini elan etmiş, sonra birinci məsələnin müzakirəsinə başlanılmışdır. Respublika Veteranlar Təşkilatının 2016-cı ilin 11 ayı ərzidəki fəaliyyəti ilə bağlı Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxaş məruzə ilə çıxış etmişdir. Sonra Respublika Veteranlar Təşkilatının illik fəaliyyəti bağlı məsələlərlə əlaqədar, məruzə ətrafında çıxışlara başlanılmış, ilk söz İkinci Dünya müharibəsi veteranı Fatma xanım Səttarovaya verilmişdir. Suraxanı rayon Veteranlar Təşkilatının sədri Eldar Rüstəmov, Şəki rayon Veteranlar Təşkilatının sədri Müstafa Əhmədov, Şamaxı rayon Veteranlar Vəşkilatının sədri Ağarza Bayramov, Təşkilatın Nəzarət-Təvtiş Komissiyasının sədri Cahangir Nəsirov, millət vəkili Xanhüseyn Kazımlı, Prezident Adminstrasiyasının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rasim Mirzəyev çıxış etmiş, Respublika Veteranlar Təşkilatının illik fəaliyyətini qənaətbəxş qiymətləndirmişlər. Sonra gündəliyin 2-ci məsələsi, RVT-nin 2017-ci ilə aid fəaliyyət planı barədə Təşkilatın sədr müavini, e/o polkovnik Cəlil Xəlilov qısaca məlumat çatdırmış, onun təsqdi olunması ilə bağlı təkliflər səsləndirilmişdir. Plan bəzi təkliflər nəzərə alınmaqla qəbul olunmuşdur. Plenum işini başa çatdırmışdır.
Hamısını oxuMən ehtiyatda olan zabit kimi, son günlər cumhuriyyet.az saytında şərəfli yol keçmiş Əfqanıstan, Qarabağ müharibələri, Azərbaycan Silahlı Qüvvələri və Təhlükəsizlik orqanları veteranı, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları Təşkilatının sədr müavini, ehtiyyatda olan polkovnik Cəlil Xəlilova qarşı ədalətsiz və böhtan xatakterli yazılara münasibət bildirərək demək istəyirəm ki, şərəfli döyüş yolu keçmiş vətənpərvər bir zabitə qarşı, həqiqətə uyğun olmayan, tamamilə əsassız məlumatların yayılmasından böyük təssüf hissi keçirirəm. Xatrlatmaq istəyirəm ki, mən 1985-1987-ci illərdə Əfqanistanında xidməti vəzifəmi yerinə yetirdiyim müddətdə, 1986-ci ilin yanvar ayının sonunda Əfqanistanın Bədəxşah viləyyətində Mövləvi Cəlilə qarşı hərbi əməliyatda iştirak edən zaman Dağlıq rayon sayılan Bədəxşanın Mürqab sərhəd dəsdəsində siyasi şöbədə baş leytenant, azərbaycanlı zabit Cəlil Xəlilovla tanış oldum. Dağlıq Bədəxşanın Mürqab sərhəd dəsdəsində xidmət edən sərhədçi həmyerlimizi, baş leytenant Cəlil Xəlilovu mənə savadlı, hazırlıqlı və cəsarətli bir zabit kimi xarakterezə edərək təqdim etdilər. Baş leytenant Cəlil Xəlilovun düşmənlərlə sərhəddə baş verən sillahlı toqquşmada yaxından iştirak edərək gösdərdiyi igidliyi və sücayəti haqqında eşidikdə onunla qürur duydum. Sovetlər birliyi dağıldıqdan sonra, Cəlil Xəlilov da 1991-ci ildə könüllü olaraq vətənnə dönərək keçmiş döyüşçü zabit kimi Azərbaycan Republikası təhlükəsizlik orqanlarının tərkibində olan Sərhəd Qoşunlarının yaranmasında yaxından iştirak etdi. Cəlil Xəlilov müxtəlif, yüksək vəzifələrdə xidmət göstərərək Azərbaycan Republikası Silahlı Qüvvələrinin tərkibində bu qoşun növünün formalaşmasında bilik və bacarığını əsirgəməmişdir. 1993-cü ildə Lənkaran şəhərində Əlikram Hümbətovun başçılığı altında Talış-Muğan Respublikası kimi qondarma qurumun yaradılması cəhdlərinin qarşısının alınmasında, qiyamın yatırılmasında Lənkəran Sərhəd Dəstəsinin qərərgah rəisi kimi Cəlil Xəlilovun xüsusi rolu olmuşdur. O, Əlikram Hümbətovun bandasının və özünün tərkisilah edillərək həbs olunması əməliyyatına bilavasitə rəhbərlik edən şəxslərdən biri olmuşdur. Mən o vaxt Talış Muğan separatçılarına qarşı keçirilmiş əməliyatda mayor Cəlil Xəlilovun dövlətçiliyə göstərdiyi dəyərli və əvvəzsiz xidmətlər barədə Azərbaycan Republikası Milli Təhlükəsizlik Nazirliyinə raportla məlumat vermişdim. Cəlil Xəlilov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini kimi vətənimiz uğrunda şəhid olmuş insanların ailələrinə, müharibə əlillərinə, Böyük Vətən Müharibəsi, Əfqanıstan, Qarabağ müharibəsinin veteranlarına diqqət və qayğı ilə yanaşaraq, veteranların hörmətini qazanmışdır. Cəlil Xəlilov xarici ölkələrdə keçirilmiş Beynəxalq tədbirlərdə Respublika Veteranlar Təşkilatını təmsil edərək, erməni separatçılarına qarşı çəkinmədən çıxışlar etmiş, tarixi faktlarla Azərbaycan, o cümlədən Qarabağ həqiqətlərini dünya ictimayyətinə çatdırmışdır. Ehtiyatda olan polkovnik Cəlil Xəlilov Azərbaycan Vətəndaş Cəmiyətinin inkişafında, bu sahədə dövlət siyasətinin həyata keçirilməsində, ölkədə Veteran Hərəkatının genişlənməsində və gənc nəslə vətənpərvərlik ruhunun aşılanmasında yaxından iştirak edən ən fəal veteranımızdan biridir. Ehtiyatda olan polkovnik Cəlil Xəlilovun Azərbaycan Resublikası Sərhəd Qoşunlarında və Azərbaycan Silahli Qüvvələrindəki xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilərək döyüş medalları və Fəxri Fərmanlarla təltif olunmuşdur. Cəlil Xəlilov Azərbaycan Silahlı Qüvələrinin Veteranları, ehtiyatda olan hərbiçilər və keçmiş döyüşçülərlə birlikdə Azərbaycan Resublikası Prezidenti, Silahlı Qüvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə hər an səfərbər olaraq torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda yenidən döyüşlərə qatılmağa hazır olan vətənpərvər zabitlərimizdn biridir. Şərəfli ömür yolu keçmiş və Vətənə bu gün də layiqincə xidmət edən, ehtiyatda olan polkovnik Cəlil Xəlilov kimi döyüşçü veteranlarımız gənc nəsilin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında həmişə örnəkdirlər. SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Fəxri əməkdaşı, Əfqanıstan, Qarabağ müharibələri, Müstəqil Dövlətlər Birliyinin Döyüş əməliyyatları, Azərbaycan Republikası Silahlı Qüvvələri və təhlükəsizlik orqanlarının veteran zabiti, ehtiyatda olan polkovnik Elşad Şabanov.
Hamısını oxuSon günlər cumhuriyyet.az saytı Əfqanıstan, Qarabağ müharibəsinin və Azərbaycan Silahlı Qüvvələrinin veteran zabiti, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilova qarşı yazılmış qərəzli, ədalətsiz, böhtan xarakterli yazılara münasibət bildirirəm ki, belə təxribat xarakterli yazılar, həqiqəti əks etdirmir, müharibə şəraitində olan ölkəmizdə gənclərin hərbi vətənpərvərlik ruhunun aşılanmasına mənfi təsir göstərir. Xüsusi ilə vurğulamaq istəyirəm ki, bu gün böhtan xarakterli yazılarla ittiham edilən ehtiyatda olan polkovnik Cəlil Xəlilovun Azərbaycan Silahlı Qüvvələrinin və xüsusi ilə də Azərbaycan Sərhəd qoşunlarının formalaşmasında böyük əməyi olan və 1993-cü ildə özünü Talış-Muğan Respublikasının rəhbəri elan edərək qiyam qaldırmış Əlikram Hümbətovun dəstəsinin və özünün tərkisilah edilməsində həbs edilməsində Lənkəran Sərhəd Dəstəsinin qərərgah rəisi kimi xüsusi xidmətləri olmuşdur. Cəlil Xəlilov 2014-cü ildə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini vəzifəsinə seçildikdən sonra o,sədr müavini kimi rəhbərlik etdiyi təşkilatın adına uyğun struktur və nizam-intizam yaratmışdır. Bu gün Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Ehtiyatda olan hörmətli, əziz generalımız Dadaş Rzayevin və ehtiyatda olan polkovnik Cəlil Xəlilovun əməyi sayəsində nəyinki Azərbaycanda, hətta MDB-olan ölkələrdə analoqu olmayan Veteran Təşkilatına çevrilmişdir. Adı fərəhlə çəkilən veteranlar təşkilatına əməyi olmuş, silahlı qüvvələrində döyüşmüş veteranlar kifayət qədərdir. Təşkilat Azərbaycanda fəaliyyət göstərən bütün veteran və vətənpərvər Qeyri Hökumət Təşkilatları ilə yaxından əməkdaşlıq edərək keçirdiyi bütün tədbirlərə həmin təşkilatları dəvət edir və onların təşkil etdiyi tədbirlərə qatılaraq dəstəyinin onlardan əsirgəmir. O, Azəbaycanın müstəqilliyi və torpaqlarının bütövlüyü uğrunda döyüşərək şəhid olmuş şəhid ailələrinə, müharibə əlillərinə, Əfqanıstan, Qarabağ müharibəsinin və Azərbaycan Silahlı Qüvvələrinin veteranına diqqət və qayğı ilə göstərərək onlara hörmətlə yanaşmışdır. Cəlil Xəlilov dəfələrlə beynəxalq tədbirlərdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini kimi iştirak edərək erməni separatçılarına qarşı çəkinmədən çıxış edərək onları real faktlarla əks etdirən sənəd-sübutla susdurmuşdur. Mən bir Əfqanıştan və Qarabağ müharibəsi veteranı və Azərbaycan Respublikası Beynəlminəçi Əlil Döyüşçülər Fondunun prezidenti kimi Cəlil Xəlilovu Azərbaycan Dövlət siyasətinin həyata keçirilməsində, Azərbaycanda Vətəndaş Cəmiyətinin inkişafında yaxından iştirak edərək gənclər arasında hərbi vətənpərvərlik ruhunun aşılamasındakı və Əfqanıstan, Qarabağ müharibəsində sağlamlıqlarını itirmiş əlillərə, veteranlara, Şəhid alələrinə diqqət və qayğı göstərən şəxs kimi tanıyıram. Bu gün mən başa düşə bilmirəm ki, belə bir vətənpərvər ehtiyatda olan zabitimizə çəkinmədən böhtan, yalan, hədiyan yazılarla görəsən bunlar “kimlərə” xidmət edərək, “nəyə” nail olmaq istəyirlər?.. Azərbaycan Respublikası "Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondunun Prezidenti, Əfqanıstan, Qarabağ müharibəsi iştirakçısı Sərraf Orucov
Hamısını oxuCəlil müəllim, ilk sualımız Təşkilatın qarşıda gözlənilən plenumu ilə əlaqədardır. Bu əvvəlcədən planlaşdırılmışdı, yoxsa hansısa zərurətlə bağlıdır? Bir də sirr deyilsə, gündəliyə hansı məsələlər çıxarılıb? Respublika Veteranlar Təşkilatının plenumları Nizamnaməyə uyğun olaraq ildə bir dəfə, adətən noyabr, yaxud dekabr aylarında keçirilir. Plenumda Təşkilatın il ərzində gördüyü işlər müzakirə edilir, növbəti ildə qarşıda duran vəzifələr müəyyənləşdirilir. Növbəti plenum da bu baxımdan əvvəlkilərdən fərqlənmir. Yaratdığınız imkandan istifadə edərək noyabrın 22-də baş tutacaq həmin tədbirə Sizi də, iştirak etmək istəyən digər media nümayəndələrini də dəvət edirik. 2016-cı ildəki fəaliyyətiniz barədə qısaca nə deyərdiniz? - Respublika Veteranlar Təşkilatının fəaliyyəti illik Tədbirlər Planına və Rəyasət Heyətinin qərarlarına uyğun olaraq əsasən bir neçə istiqamət üzrə həyata keçirilir. Əlbəttə, bizim hər il ən başlıca tədbirimiz İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həmin müharibənin iştirakçıları ilə görüşünün təşkilinə hazırlıq işləri ilə bağlı olur. 9 may 2016-cı ildə faşizm üzərində Qələbənin 71 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidentinin İkinci Dünya müharibəsi veteranları ilə görüşü baş tutmuş, dövlət başçısının adından veteranlara böyük ziyafət verilmişdir. Bu görüşə hazırlıqla bağlı cari ildə də ölkənin orta və ali məktəblərində, o cümlədən hərbi yönümlü təhsil ocaqlarında, müxtəlif təşkilatlarda, idarə-müəssisələrdə silsilə tədbirlər keçirilmişdir. Bir qayda olaraq, həmin tədbirlərdə İkinci Dünya, Qarabağ və Əfqanıstan müharibələri veteranları, RVT, rayon veteran təşkilatları, yerli icra orqanları və ictimaiyyətin nümayəndələri, gənclər və ziyalılar iştirak edirlər. Azərbaycanın qəhrəmanlıq tarixinin, ata-babalarımızın şanlı döyüş yolunun təbliği, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların dövlətə və xalqa sədaqət ruhunda yetişmələri məqsədi güdən belə tədbirlər istisnasız olaraq, ölkənin bütün şəhər və rayonlarında keçirilir. Mən C.Naxçıvanski adına Hərbi Liseydə, Kaspi liseyində, Dövlət Təhlükəsizlik Xidməti, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidmətinin Akademiyalarında, Milli Qvardiyada, Dövlət İqtisad, Odlar Yurdu, Bakı Slavyan, Qərb universitetlərində, Dövlət Uşaq Filarmoniyasında və Xalça Muzeyində baş tutan tədbirlərimizi xüsusi qeyd etmək istərdim. Əlbəttə, Təşkilatın inzibati binasında keçirilən tədbirlərimiz həm mövzu rəngarəngliyi, həm də əhatə etdiyi auditoriya baxımından daha geniş olmuşdur. Ölkə veteranlarının Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin nümayəndələri ilə geniş tərkibdə görüşü, cəbhə xəttində Ermənistan hərbi birləşmələrinin təxribatının qarşısının alınması ilə əlaqədar “Biz Azərbaycan əsgərinə, Ali Baş Komandanımıza və parlaq qələbəmizə inanırıq”, “Multikulturalizmin Azərbaycan nümunəsi: Multikulturalizmin inkişafı və beynəlxalq platformaya çevirilməsi başlıca məqsəddir” mövzusunda Elmi – praktiki Konfrans, Bakı Slavyan Universitetinin tələbələrinin iştirakı ilə Respublika günü münasibətilə “Gənclərdə milli ruhun gücləndirilməsi” mövzusunda ədəbi-bədii gecə, dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr edilmiş “Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir” tədbiri, İkinci Dünya müharibəsində Moldovada həlak olmuş və itkin düşmüş sayılan azərbaycanlı döyüşçülərdən 206 nəfərin taleyinin aydınlaşması münasibətilə Moldovada nəşr edilmiş xatirə kitabının təqdimatı və digər tədbirlərimiz ölkə ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmışdır. Yeri gəlmişkən, Moldova Respublikası ərazisində Böyük Vətən müharibəsində həlak olmuş azərbaycanlılardan Bakı və Sumqayıt şəhərlərindən orduya göndərilmiş 4 nəfərin qohumları artıq tapılmışdır. Onlardan Sumqayıt şəhəri və Xəzər rayonunda yaşayan 2 nəfər RVT-də 27 oktyabr 2016-cı il tarixdə keçirilən tədbirdə iştirak etmişdir. Xatirə kitabında adları keçən digər döyüşçülərin qohumları tapıldıqca, media məlumatlandırılacaqdır. Təşkilatımız Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklərlə bağlı referendumun keçirilməsi tədbirlərində də fəal iştirak etmiş, bununla əlaqədar “Vətəndaş cəmiyyəti” təşviqat qrupunun yaradılmasında ilk təşəbbüskarlardan olmuşuq. Veteranların sosial müdafiəsinin gücləndirilməsi sahəsindəki fəaliyyətinizi qənaətbəxş saymaq olarmı? Veteranların sosial müdafiəsinin gücləndirilməsi əsas fəaliyyət istiqamətlərimizdən biridir. Bu siyasətin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndərin şəxsi nəzarəti altında hazırlanan “Veteranlar haqqında” Qanunun 1994-cü ildə qəbulu ilə ölkədə veteran hərəkatının yenidən dirçəldilməsi dövrü başlanmışdır. Hazırda bu siyasət Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Başlıca hədəflər və məqsəd vətənpərvər insanların yüksək statusunun daim nümayiş etdirilməsi, sosial müdafiəsinin, cəmiyyətdəki mövqeyinin gücləndirilməsi ilə vətənpərvərliyin təşviq olunmasıdır. İnamla deyə bilərik ki, bu zümrəyə aid edilən insanların, problemlərinin vaxtında həlli dövlətin həyata keçirdiyi ardıcıl və məqsədyönlü xətdir. Hər il İkinci Dünya Müharibəsi iştirakçılarına, bu müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə verilən birdəfəlik maddi yardımın həcminin artırılması (2016-cı ildə bu məbləğ 1000 və 500 manat olmuşdur), eləcə də veteranların sosial müdafiəsinin gücləndirilməsi sahəsində yalnız bu il imzalanmış sərancam və fərmanlar bu qayğının əyani sübutlarıdır. Biz bütün bunları yüksək qiymətləndirir və ona layiqincə cavab vermək üçün fəaliyyətin səmərəliliyini ildən-ilə artırmağa çalışırıq. Bu məqsədlə veteranların yaşayış səviyyəsinin yüksəldilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, müəyyənləşdirilmiş güzəşt və imtiyazlardan faydalanmaları, asudə vaxtlarının səmərəli təşkili və s. işlər Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi, digər dövlət orqanları, yerli icra hakimiyyətləri, və bələdiyyələrlə qarşılıqlı əlaqədə həyata keçirilir. Bir faktı qeyd edim ki, bu məsələlərlə bağlı ötən 11 ay ərzində Təşkilata daxil olmuş 100-dən artıq müraciətlə bağlı müvafiq ünvanlara məktublar göndərilmiş, problemlər əsasən həll olunmuş, ərizəçilər görülmüş tədbirlər barəsində vaxtında məlumatlandırılmışlar. Bu il möhtərəm Prezidentin Veteranlar Təşkilatına ayırdığı vəsaitin xeyli hissəsinin yataq xəstəsi olan İkinci Dünya Müharibəsi veteranlarına çatdırılması ilə bağlı RVT Rəyasət Heyətinin qərarı ilə lazımi sənədləşdirmə işləri aparılmışdır. Artıq Bakı şəhərinin rayonları üzrə ayrılmış müvafiq maddi yardımlar əməkdaşlarımızın və yerli icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə veteranlara çatdırılmışdır. Digər rayonlar üzrə bu işlər ilin sonunadək yekunlaşacaqdır. Ölkənin 4 regionunda və Bakı şəhərində şəhid ailələrinə maddi yardımlar da eyni qaydada çatdırılmışdır. Təşkilata hər gün müxtəlif məsələlərlə bağlı neçə veteran müraciət edir. Biz onları məmuniyyətlə dinləyir, problemlərinin həllinə kömək göstərməyə çalışırıq. Qaldırılan problemlərin həlli səlahiyyətlərimiz çərçivəsində olmadığı hallarda belə dövlət orqanları və təşkilatlar bizə imkan daxilində köməklik göstərirlər. Fürsətdən istifadə edib Təşkilat adından onlara minnətdarlığımızı çatdırıram. Veteranların yubileylərinin keçirilməsi, sağlamlıqlarının qorunması, asudə vaxtlarının səmərəli təşkili də diqqətdə saxlanılmış, bir qrup veteran ölkənin sanatoriya-kurort müalicəsi almış, Şahdağa, Qobustana səfərləri təşkil edilmişdir. Veteranların çoxsaylı müraciətlərini nəzərə alaraq, bəzi imtiyazların bərpası barədə müvafiq dövlət orqanlarına müraciət etməyi nəzərdə tuturuq. Zənnimcə, bu məsələnin müsbət həlli veteranların sosial müdafiəsinin daha da gücləndirilməsinə əlavə dəstək olacaqdır. Təşkilatınızın nümayəndələri tez-tez cəbhə xəttində olur, xidməti borcunu şərəflə yerinə yetirən əsgər və zabitlərimizlə görüşürlər. Bu ənənəniz digər ictimai birliklərə də nümunə ola bilər. - Bütün ictimai təşkilatların, dövlət orqanlarının, mən deyərdim hər bir azərbaycanlının ən ümdə borcu bu gün işğal altında olan torpaqlarımızın erməni tapdağından azad edilməsi üçün bacardığını əsirgəməməsidir. Son illər Azərbaycanda güclü ordu qurulması istiqamətində atılan uğurlu addımlar bizim bu vəzifənin öhdəsindən şərəflə gələcəyimizə inamımızı daha da artırıb. Cari il aprel ayının 2-5-də erməni silahlı bölmələrinin təxribatlarının qarşısının alınması zamanı Azərbaycan əsgərinin sarsıdıcı cavab zərbəsi ilə düşmənin darmadağın olunması xalqımızın qəhrəmanlıq tarixinə yeni səhifələr yazdı. Cənubi Qafqazın ən müasir və güclü ordusu olan Azərbaycan Ordusunun ərazilərimizi düşmən işğalından qurtarmağa, ölkənin ərazi bütövlüyünü bərpa etməyə tam qadir olduğu dünyaya nümayiş etdirildi. Həmin hadisələrlə bağlı yayılan bəyanatda yaşlarının ixtiyar çağlarında olmalarına baxmayaraq, veteranlar düşmənə qarşı vuruşmağa hər an hazır olduqlarını ifadə etmişdilər. Bu qəti mövqe həmin hadisələrdən əvvəl də, sonra birbaşa cəbhə xəttində olan hərbçilərimiz qarşısında dəfələrlə səsləndirilmiş, gənclərimizin döyüş ruhunu daha da artırmışdır. Biz Müdafiə Nazirliyi, Respublika Hərbi Prokurorluğunun müvafiq idarələrinin əməkdaşları ilə birgə cəbhə xəttində və ona yaxın ərazilərdə birgə tədbirlər keçiririk. Bu görüş və tədbirlər sırasında may ayının 19-20-də Respublika Veteranlar Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayevlə birgə cəbhə bölgəsinə səfərimiz xüsusilə yadda qalan oldu. Biz N saylı hərbi hissənin şəxsi heyəti ilə görüşdük. Görüşdə gənc əsgərlərimizdə döyüş, Qələbə ruhunun necə yüksək olduğunu görmək qəlbimizi dağa döndərdi. Azərbaycan əsgərinin Vətənə, xalqa, torpağa, dövlətinə olan sevgisi bizi valeh etdi. Ötən il Təşkilat nümayəndələri və veteranların Bərdə, Tərtər, Qazax, Horadiz istiqamətində döyüş rayonlarında hərbi hissələrin şəxsi heyəti ilə görüşləri təşkil olunmuşdur. Gənc nəslin orduya hazırlanmasında yaxından iştirakı da bizim ümdə vəzifə borcumuzdur. Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Respublika üzrə təşkil etdiyi “Vətənin Müdafiəsinə Hazıram” adlı silsilə tədbirlər çərçivəsində bizim əməkdaşlar Daşkəsən, Qazax, Abşeron, Qaradağ, Suraxanı, Yasamal və digər rayonlarda keçirilən tədbirlərdə fəal iştirak edilmişlər. Biz bu il Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qarabağ uğrunda döyüşlərin qəhrəmanlarını tanıyaq və tanıdaq!” adlı layihə çərçivəsində ölkənin 4 regionunda və Bakı şəhərində seminar-müşavirələr keçirdik. Bu tədbirlərin əsas məqsədi xalqımızın qəhrəmanlıq tarixində mühüm xidmətləri olan Azərbaycan övladlarının keçdiyi şərəfli həyat yolunun yeniyetmə və gənclərə daha yaxından tanıdılması, onlarda xalqına, dövlətinə sədaqət, tarixinə hörmət hissi aşılanması, vətənpərvərlik ruhunun gücləndirilməsi, həmçinin, bu istiqamətdə dövlət orqanlarının apardığı işə dəstək verilməsidir. Biz bunlarla yanaşı düşmənin əsl simasının, işğalçılıq siyasətini davam etdirməsinin ifşası, yerli və dünya ictimaiyyətinin bu barədə müntəzəm məlumatlandırılması istiqamətində də ardıcıl iş aparırıq. Belə tədbirlərdən biri cari ilin iyununda Təşkilatın inzibati binasında keçirilmişdir. Həmin tədbirdə II Dünya Müharibəsində alman faşizminə xidmət etmiş ermənilərdən ibarət qisasçı legionun yaradıcıları general Dronun və Qaregin Njdenin MDB məkanında genişmiqyaslı təbliğatına, onların qəhrəman kimi təqdim edilməsinə, barələrində filmlərin çəkilməsinə, Yerevanda abidələrinin qoyulmasına veteranların etirazını əks etdirən müraciət qəbul edilmiş, MDB dövlətlərinin başçılarına, parlamentlərinə, beynəlxalq təşkilatlara, veteran təşkilatlarına göndərilmişdir. Müraciətə Rusiya Federasiyası, Ukrayna, Belarus və Qazaxstanın dövlət orqanlarından, ictimai təşkilatlardan ermənilərin həmin hərəkətlərini qınayan cavablar gəlmişdir. Yeri gəlmişkən, Azərbaycan veteranlarının bu, eləcə də Ermənistanın torpaqlarımızı işğal altında saxlamasına etirazların yer aldığı mövqeyi Veteran Təşkilatlarının MDB çərçivəsində baş tutan tədbirlərində də dəfələrlə ifadə edilmişdir. Sonuncu qeydinizə istinadən Təşkilatın beynəlxalq əməkdaşlıq əlaqələri barədə soruşmaq istərdik. Bu əlaqələrin indiki səviyyəsi Sizi qane edirmi? - Respublika Veteranlar Təşkilatının beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi məqsədi ilə AR Diasporla iş üzrə Dövlət Komitəsi və Xarici İşlər Nazirliyi ilə əlaqələrimiz intensivləşmişdir. RVT-nin beynəlxalq əlaqələrinin yeni keyfiyyət səviyyəsinə qaldırılması zərurəti nəzərə alınaraq, bu sahəyə cavabdeh şöbə yaradılmışdır. Hazırda Gürcüstan, Türkiyə, Ukrayna, Moldova, Rusiya Federasiyası və Belarus Veteranlar Təşkilatları ilə qarşılıqlı əlaqələrimiz xüsusilə genişdir. Bu təşkilatların tədbirlərinə daim dəvət alır, həmçinin onları öz tədbirlərimizə dəvət edirik. Hər il alman faşizmi üzərində Qələbənin ildönümü ərəfəsində MDB dövlətlərin Bakıdakı səfirliklərinin keçirdikləri tdbirlərdə iştirak edirik. Bu ilin mayında Respublika Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Ukraynanın faşizm işğalından azad olunmasında iştirak edən azərbaycanlı döyüşçülərə xatirə medalları təqdim edildi. Mərasimdə çıxış edən Ukraynanın Azərbaycandakı səfiri cənab Aleksandr Mişenko bildirdi ki, Ukrayna Prezidentinin sərəncamı ilə 316 nəfər azərbaycanlı veteran döyüşçü medallarla təltif olunmuşlar. Eləcə də, digər MDB dövlətlərinin xatirə medalları azərbaycanlı döyüşçülərə təqdim edilmişdir. Bu, xalqlarımız arasında dostluq əlaqələrinin qorunduğunu göstərir. Ayrı-ayrı tanınmış veteranların yubileyləri ilə əlaqədar qarşılıqlı təbriklərin göndərilməsi də mütəmadi xarakter daşıyır. Əməkdaşlarımız Qələbənin 71 illiyinə həsr olunmuş “Память и Победа” kitabının nəşrində fəal iştirak etmiş və həmin kitab 9 may Qələbə günündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təqdim olunmuşdur. Bu ilin iyun və sentyabr aylarında Ukrayna veteranları təşkilatının dəvəti ilə Kiyev və Moskva şəhərlərində tədbirlərdə iştirak etmişik. Oktyabr ayında isə Türkiyənin Müharibə Veteranları Dərnəyinin Qars vilayəti üzrə nümayəndə heyəti Bakıya səfər etmişdir. Onların Təşkilatın rəhbərliyi, AR Müdafiə Nazirliyi və Türkiyənin ölkəmizdəki səfirliyinin rəsmiləri və Müdafiə Nazirliyinin H.Əliyev adına Hərbi Məktəbinin kursantları ilə görüşləri təşkil olunmuş, qonaqlar Bakının tarixi yerləri və ölkənin muzeyləri ilə tanış edilmişlər. Sentyabr ayında Rusiya Federasiyası Silahlı Qüvvələri Veteranları Təşkilatının sədri, ordu generalı Viktor Yermakov RVT-də olmuş, burada yaradılan şəraitdən, veteranlara göstərilən dövlət qayğısından bütün MDB ölkələrinin nümunə götürməli olduğunu bildirmişdir. Hər il 9 may ərəfəsində Avstriyanın paytaxtı Vyanada yerləşən beynəlxalq “Qara Xaç” cəmiyyətinin üzvləri və Almaniyadan gələn qonaqlar Bakı, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində İkinci Dünya müharibəsində əsir düşmüş və vəfat etmiş insanların dəfn edildikləri qəbirstanlıqlara ziyarətləri təşkil olunur. Çoxsaylı tədbirləri, eləcə də, fəaliyyətinizin digər istiqamətləri üzrə işləri ölkə ictimiyyətinə lazımınca çatdıra bilirsinizmi? - RVT-nin orqanı olan “Azərbaycan Veteranı” qəzeti tədbirlərimizi, eləcə də, fəaliyyətimizi kifayət qədər işıqlandırır. Bu sahədə ölkə KİV-nin, xüsusilə AzTV, İctimai, Lider, “SPACE”, “Xəzər” televiziyalarının, AzərTAC-ın, digər informasiya agentliklərinin, “Azərbaycan”, “Xalq qəzeti”, “Respublika”, “Ədalət” və digər qəzetlərin bizə göstərdikləri köməyini minnətdarlıqla qeyd etmək istərdim. Təşkilatın tarixi və azərbaycanlıların İkinci Dünya müharibəsində iştirakı ilə bağlı dərc edilmiş kitab da ictimaiyyətin məlumatlandırılması sahəsində az rol oynamamışdır. Biz digər ölkələrin Bakıda yerləşən daimi müxbir postlarının imkanlarından da təbliğat işinin qurulmasında yararlanmağa çalışırıq. Fəaliyyətimizin səmərəli qurulmasında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin veteranlara və Təşkiltımıza göstərdiyi qayğı və diqqətin mühüm rol oynadığını xüsusi vurğulamaq istərdim. - Son vaxtlar bəzi saytların Təşkilatla bağlı hansısa mənbələrə istinadən yaydıqları məlumatlarda bəzi qüvvələrin rəhbərliyin dəyişdirilməsinə cəhd göstərdikləri bildirilir. Bu barədə nə deyərdiniz? - Biz həmin məlumatların yalan və böhtan xarakteri daşıdığını, sədrin səhətinin hazırda normal olduğunu bəyan etməklə, həmin saytları dəqiqləşdirilməmiş informasiyaları tirajlamaqdan uzaq olmağa çağırmışdıq. Ancaq buna baxmayaraq, bəziləri eyni missiyanı nəinki davam etdirdilər, hətta digər İctimai Təşkilatların üzvlərini də öz yalanlarına ortaq etməyə çalışdılar. Biz yenə dözüm nümayiş etdirib həmin saytların təmsilçilərini də ayın 22-də keçiriləcək Plenumumuza dəvət edirik. Qoy onlar şər və böhtan yaymaqdansa, İkinci Dünya, Əfqanıstan və Qarabağ müharibələri veteranlarının nə düşündükləri barədə birbaşa onların özlərindən eşitsinlər. Bizsə yalnız onu bir daha vurğulayırıq ki, Respublika Veteranlar Təşkilatı öz fəaliyyəti, yaxud ona aidiyyatı olan istənilən məsələ ilə bağlı mediaya daim açıqdır. - Aldığımız məlumata görə gələn il Respublika Veteranlar Təşkilatının 30 illik yubileyi keçiriləcəkdir. Bununla bağlı qərar varmı? - Əvvəla onu deyim ki, 30 il bundan qabaq fəaliyyətə başlayan Respublika Veteranlar Təşkilatının ilk sədri yaxın günlərdə 95 illik yubileyini keçirdiyimiz general-mayor, sərhədçi Mustafa Nəsirov olmuşdur. Bəli, 30 illiklə bağlı müvafiq tədbirlər planı hazırlanmışdır. Plana əsasən yubiley münasibətilə təşkilat və müəssisələrdə, xüsusilə təhsil ocaqlarında tədbirlərin keçirilməsi, ölkə KİV-ində müvafiq məqalə, veriliş və çıxışların təşkili, Təşkilatın tarixinə aid kitabın yazılıb çap etdiriməsi, sənədli filmin çəkilməsi, mədəni-kütləvi, o cümlədən müxtəlif ölkələrin veteran təşkilatları ilə əlaqələr çərçivəsində birgə tədbirlərin təşkili və s. işlər görüləcəkdir. - Gələcək palanlarınız barədə nə deyərdiniz? - Bu barədə bir neçə gün sonra baş tutacaq tədbirimizdə danışacağıq. Ancaq ümumən onu deyə bilərəm ki, biz fəaliyyətimizin səmərəsini artırmaq, ictimaiyyətin daha geniş təbəqələrini əhatə etmək üçün mövcud iş mexanizmlərini daha da təkmilləşdirməyi nəzərdə tuturuq. Bir milyondan artıq veteranı təmsil edən Təşkilatın fəaliyyəti daim yüksək səviyyədə olmalı, doğma Azərbaycanın hərtərəfli inkişafına töhfə verməlidir. MEHPARƏ Əliyeva
Hamısını oxu15 noyabr 2016-ci il tarixində Moskva şəhərində Müharibə və Silahlı Qüvvələr veteranları evində “Müstəqil Dövlətlərin Veteranlar (pensiyaçılar) İctimai Təşkilatları İttifaqı”nın VI Beynəlxalq qurultayı keçirilmişdir. Qurultayda Azərbaycanı Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatını sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov təmsil etmişdir. C.Xəlilov ən məhsuldar illərini vətənə xidmətə həsr etmiş veteranları Azərbaycan veteranları adından salamlayaraq, Təşkilatın Rusiya Fedarasiyası, Ukrayna, Belarus, Moldova Respublikası icmaları, MDB ölkələrinin səfirlikləri ilə sıx əməkdaşlıq əlaqələri saxladığını qeyd etmiş, son illərdə MDB ölkələrinin müvafiq qurumları ilə əməkdaşlıq əlaqələrinin gücləndiyini, əməkdaşlığın daha da inkişaf etdiriləcəyini vurğulamışdır. O, İkinci Dünya Müharibəsində faşizm üzərində qələbənin əldə olunmasında Azərbaycanın yaxından iştirakından, azərbaycanlıların qəhrəmanlığından, qanlı döyüşlərdə 300 mindən çox soydaşımızın həyətlarını itirməsindən danışmış, bəşəriyyətin dəhşətli bəladan xilasında xalqların birgə nailiyyətinə verilən digər töhfələrdən bəhs etmişdir. C.Xəlilov həmçinin tədbir iştirakçılarlnln diqqətini İkinci Dünya Müharibəsinin tarixinin ermənilər tərəfindən məqsədli şəkildə saxtalaşdırılmasına, belə münasibətin yolverilməzliyinə yönəltmiş, Azərbaycanın bu məsələlərdə tutduğu qəti və obyektiv mövqeyi çatdırmışdır. Sonda C. Xəlilov Azərbaycan Veteranlar Təşkilatı tərəfindən nəşr olunmuş “Победа и память» (“Qələbə və yaddaş”) kitabını İttifaqın Rəyasət Heyətinə hədiyyə etmişdir. Qurultayda Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev və Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov “Müstəqil Dövlətlərin Veteranlar (pensiyaçılar) İctimai Təşkilatları İttifaqı”nın Rəyasət Heyətinə yenidən üzv seçilmişlər.
Hamısını oxuУважаемые делегаты съезда! Уважаемые гости! Позвольте приветствовать вас от имени всех ветеранов Азербайджана! Пожелать плодотворной работы Высокому съезду, представляющему поколение, безоглядно отдавшее свои лучшие годы служению Родине, обеспечению его суверенитета и безопасности. Понятие «ветеран» происходит от латинского слова «vetus», что означает старый, бывалый. В эпоху Римской империи ветеранами называли воинов, прошедшие реальные испытания более 20 лет. Именно они составляли ядро, так называемых, «железных воинов», на которые опирался Цезарь. Со временем это понятие обобщилось, оно стало охватывать и гражданских лиц, проживших достойную жизнь и ставших профессионалами своего дела в разных областях. Ветераны не уходят бесследно в прошлое, а представляют социальную силу, во многом определяющее будущее страны. Это золотой фонд любого государства, его основа, формирующая духовный климат, нравственные ориентиры для новых поколений. Их исторический опыт, апробированные в тернях жизни ценностные, мировоззренческие установки становятся мерилом политической, экономической деятельности, культурного развития. Преемственность поколений - это как «нить Арианды» выводит общество из сложных, запутанных ситуаций. Без преемственности поколений невозможна целостность страны, сохранение традиций, национальной культуры. В современную эпоху вследствие глобальных процессов эти вопросы приобрели особую актуальность. Вот почему индикатором силы государства, его цивилизованности является, кроме всего остального, качество жизни ветеранов, уровень внимания к ним, влияние их мнения на принятие решений на различных уровнях социальной иерархии. Оправданно считается: для того, чтобы заглянуть в будущее, надо обернуться в прошлое. В Азербайджане, испокон веков, в народе пользовались особым уважением умудренные опытом пожилые люди, «аксакалы». «Аксакал» - дословно означает седобородый. Это слово относилось к старейшинам и мудрецам общины. Аксакалы играли значительную роль в разрешении конфликтов, социальной жизни. Продолжая данную традицию, правительство Азербайджана и лично Президент Республики Ильхам Алиев держат в центре внимания деятельность ветеранов, оказывают целенаправленную материальную и моральную поддержку. Особо чтят ветераны внимание руководства страны к важнейшим историческим событиям, которые чрезвычайно ценны для воспитания подрастающего поколения. Примечательно в этом отношении слова Президента, сказанные в дни празднования 70-летия Великой Победы над фашистской Германией: ««Все люди, сражавшиеся на фронте и самоотверженно работавшие в тылу, достойны самого глубокого уважения. Ваш пример чрезвычайно важен для формирования грядущих поколений». Как считают психологи, сознание человека, его определяющие установки формируются в раннем возрасте. Уже к 13-14 годам система ценностей человека приобретает форму аксиом, их трудно видоизменить. Все что в раннем возрасте воспринимается в процессе обучения, через различные средства информации становятся нормой, ибо они закладываются на подсознательном уровне. Особую ответственность в этой связи несут семья, представители образования, педагоги. Наш совет ветеранов неоднократно проводил совещания с соответствующими ведомствами, учебными центрами, посвященные вопросам патриотического воспитания, исторического образования, формирования личности в условиях глобализации. В центре государственной политики Азербайджана находятся вопросы мультикультурализма, интернационализма. И наша организация уделяет этим вопросам (очень важным для многонационального Азербайджана) пристальное внимание. В своей деятельности мы используем разнообразные формы воспитательной работы. Плодотворные результаты дают проводимые нами героико – патриотические конкурсы на лучшие сочинения, рисунок и исполнения песен военных и после военных лет под девизом: «Герои войны с фашизмом и самоотверженный труд народа в тылу»; «Дружба народов СССР как предпосылка победы в Великой Отечественной Войне»; «Вклад Азербайджана в великую победу Советского народа над фашизмом» Победители награждаются ценными подарками и Почетными грамотами. Хорошо поставлена в нашей организации печатная пропаганда. Издается своя газета, выходит журнал. За последние несколько лет издано более 50 книг и сборников о Великой Отечественной Войне. Среди них «Полководцы, военачальники Великой Победы», «Маршал Советского Союза Г. К. Жуков», « Адмирал Флота Советского Союза Н. Г. Кузнецов», «Дружба рожденная кровью в боях», о деятельности представителей литературы и искусства в годы великой Отечественной войны. Азербайджан, как вы хорошо знаете, уже более 25 лет втянут в Карабахский конфликт. Естественно, что этот вопрос до сих пор остается центральным для правительства и общественности Азербайджана. Нагорный Карабах и семь прилегающих к нему районов - 20 процентов территории Азербайджана - остаются под оккупацией Армении. В мае 1994 года был достигнут режим прекращения огня. Под эгидой Минской группы ОБСЕ и при сопредседательстве России, Франции и США начались мирные переговоры, которые, к сожалению, до сих пор ни к чему не привели. Советом безопасности ООН были приняты четыре резолюции по освобождению оккупированного Нагорного Карабаха и прилегающих к нему территорий. Армения не спешит выполнять эти требования, ей выгодно сохранение нынешнего статус-кво. Решение Карабахского вопроса, несомненно, ускорило бы социальное, экономическое развитие, как Азербайджана, так и Армении, переориентировало бы вынужденные военные расходы на гармонизацию социально-экономической сферы. Это в принципе разрешимый по всем канонам международного права вопрос упирается на волюнтаристические амбиции Армении. Наши ветераны периодически выезжают на передовые позиции Карабахского фронта, выступают перед солдатами и командирами, организуют концерты ведущих артистов, распространяют книги, брошюры, газеты. Обсуждают насущные социальные, политические вопросы, возможные пути разрешения Карабахского конфликта. Ветеранская организация Азербайджана поддерживает активные связи с русской, украинской, белорусской, молдовской и казахстанской общинами Республики. Мы сотрудничаем также с посольствами стран СНГ. Тесные связи установились с посольством России. Российское посольство неизменно поддерживает ветеранов Великой Отечественной Войны, выделяет им бесплатные путевки в санатории, обеспечивает подписку на российские газеты и журналы, приглашает ветеранов на праздничные приемы и другие мероприятия. За последние годы особенно укрепились связи с Патриархом Бакинским и Прикаспийским, что приносит свои положительные плоды. Пользуясь случаем хочу обратится к ветеранам Армении: в последнее время в Армении усиливается проявлении неофашизма, реанимируются изменники, ставятся памятники военным преступникам, это нельзя допускать, это заверение пяти славного поколения победителей на священной войне. В заключение хотел бы обратить ваше внимание на следующие вопросы. 1.Мы являемся свидетелями того, что сегодня фашистская идеология в некоторых странах вновь поднимает голову. Ставят памятники военным преступникам. Этого нельзя допустить, нельзя оставаться равнодушным к человеконенавистным, расистским идеологиям. Давайте подумаем, почему это происходит и как пресечь это страшное зло. Целенаправленно искажается победа Советского народа в Великой Отечественной Войне. На Западе пытаются переписать историю на свой лад, отрицать решающую роль Советской Армии в достижении Победы. Это не соответствует исторической истине. Мы должны сказать свое веское слово по данному вопросу. Военные действия в Сирии и Ираке на наших глазах уничтожают невинных людей, женщин, детей, стариков, разрушают города, исторические памятники, все то, что строилось и создавалось веками. Предлагаю, чтобы наш съезд обратился к ООН, к Лиге арабских стран, Организации исламского сотрудничества, руководителям государств, участвующих в этом беспрецедентном конфликте с требованием: принять безотлагательные, коллективные меры для тушения пламени войны в этих многострадальных странах, прекратить бойню местного населения, без промедления разрешить острые гуманитарные проблемы. Уважаемые делегаты! Благодарю вас за внимание! Сейчас позвольте подарить Вашей Организации книгу «Победа и Память», подготовленную и изданную нашим Ветеранским Организацием.
Hamısını oxuAzərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qarabağ uğrunda döyüşlərin qəhrəmanlarını tanıyaq və tanıdaq!” adlı layihənin icrasını təmin etmək məqsədi ilə 08 noyabr 2016-cı il tarixdə Respublika Veteranlar Təşkilatının akt zalında seminar–müşavirə keçirilmişdir. Tədbiri Respublika Veteranlar Təşkilatinın sədr müavini Cəlil Xəlilov giriş sözü ilə açaraq tədbir haqqında məlumat verib. Tədbir Qarabağ uğrunda müharibədə şücaət göstərərək Azərbaycanın Milli Qəhrəmanları adına layiq görülmüş, eyni zamanda, 2016-cı ilin aprel ayında şəhid olan hərbçilərimizin həyatından və döyüş yolundan bəhs edir. Tədbirin əsas mahiyyəti xalqımızın qəhrəmanlıq tarixində mühüm xidmətləri olan Azərbaycan övladlarının keçdiyi şərəfli həyat yolunun yeniyetmə və gənclərə daha yaxından tanıdılması, onlarda xalqına, dövlətinə sədaqət, tarixinə hörmət, vətənpərvərlik ruhunun gücləndirilməsi, həmçinin onlar arasında milli-mənəvi dəyərlərimizin, dövlətçilik ənənələrimizin təbliği istiqamətində dövlət orqanlarının apardığı işə dəstək verilməsidir. Tədbirin əsas məqsədi ölkədə yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində görülən işlərdə yaxından iştirak etmək, Azərbaycan dövlətinin həyata keçirdiyi Dövlət Gənclər siyasətinə dəstək vermək, gənc nəslə hərb tariximiz, döyüş ənənələrimiz, milli qəhrəmanlarımız, tarixi abidələrimiz haqqında geniş bilgilər çatdırmaqla maarifləndirmə işləri aparmaq, gənc nəslin Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına hər an hazır olmaq ruhunda yetişmələri məqsədilə müvafiq təbliğat işləri aparmaq, yeniyetmə və gənclərə ən ağır problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı Azərbaycanın dövlət mövqeyinin çatdırılması ilə onları hərtərəfli məlumatlandırmaqdır. Seminar-müşavirəyə Binəqədi, Xəzər, Xətai, Nərimanov, Nəsimi, Nizami, Sabunçu, Səbail, Suraxanı, Yasamal, Abşeron, Sumqayıt, Qaradağ şəhər (rayon ) veteran təşkilatlarının sədrləri dəvət olunublar. Eyni zamanda seminar-müşavirədə Respublika Veteranlar Təşkilatının əməkdaşlarının, fəal gənclər, veteranlar, müvafiq dövlət və ictimai təşkilatlarının nümayəndələri, şəhid ailələri, eyni zamanda Azərbaycan Respublikasının Milli qəhrəmanı Rafıq Alıcanovun ailə üzvləri iştirak ediblər. Seminar-müşavirədə “Azərbaycan qəhrəmanlar diyarıdır”, “Aprel döyüşləri xalqımızın qəhrəmanlıq salnaməsinin parlaq səhifəsidir”, “Torpaq uğrunda ölən varsa Vətəndir”, “Milli qəhrəmanlarımız” mövzularında məruzələr dinlənilib, çıxışlar olub. Tədbirin sonunda bir neçə şəhid ailəsinə maddi yardım edilib, Milli Qəhərmanlara həsr olunan film nümayiş etdirilib.
Hamısını oxuAzərbaycanın hərb tarixində İkinci Dünya müharibəsində azərbaycanlıların göstərdiyi qəhrəmanlığın xüsusi yeri vardır. Ancaq alman faşizmi üzərində tarixi qələbədən 71 ildən artıq vaxt keçməsinə baxmayaraq, həmin müharibədə iştirak etmiş azərbaycanlıların bir hissəsinin taleyi bugünədək aydınlaşmamış qalır. Onlar arasında keçmiş SSRİ-nin bir sıra ərazilərində, o cümlədən Moldovada döyüşənlər də olmuşdur. Moldova Respublikasında Azərbaycanın bu ölkədəki səfirliyinin yaxından iştirakı ilə aparılan araşdırmalar nəticəsində vaxtılə itkin düşmüş sayılan soydaşlarımızdan 206 nəfərinin taleyinə aydınlıq gətirilmiş, onların kimlikləri, təvəllüd tarixləri, rütbələri, hərbi xidmətə çağrıldıqları tarix, məntəqələr, dəfn yerləri müəyyən olunmuş, sənədlərinin saxlandığı arxivlər dəqiqləşdirilmişdir. Bu münasibətlə keçirilən tədbir başlanmazdan əvvəl Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.Tədbirdə, Moldova Respublikasının Azərbaycandakı səfiri cənab George Luka, Türkiyənin Müharibə Veteranları Dərnəyinin Qars vilayəti üzrə rəhbərləri Yüksəl Öztürk, Munis Acay və Məvlud Kara, Azərbaycanın Moldova Respublikasındakı sabiq səfiri Namiq Əliyev, Azərbaycan Respublikası 2 saylı İnzibati İqtisad məhkəməsinin sədri Çingiz Bəşirov, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitunun direktor müavini, professor Cəbi Bəhramov, Respublika Hərbi Prokurorluğunun şöbə rəisi ədliyyə polkovniki Toğrul Hüseynov, İkinci Dünya, Qarabağ, Əfqanıstan müharibəsi, əmək və Silahlı Qüvvələr veteranları, ziyalılar, gənclər, media nümayəndələri iştirak etmişlər. Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov açaraq demişdir: “II Dünya müharibəsində faşizm üzərində qələbəyə Azərbaycan böyük töhfə vermişdir. Azərbaycanlılar bu müharibədə əsl rəşadət, igidlik göstərmiş, onlardan 127 nəfəri Sovet İttifaqı qəhrəmanı adına, on minlərlə soydaşımız orden və medallara layiq görülmüşlər. Azərbaycanlıların döyüş yolu həm də Moldovadan, bu torpaqların faşist işğalından azad Azərbaycanın Moldova Respublikasındakı səfirliyinin yaxından iştirakı ilə aparılan araşdırmalar nəticəsində vaxtılə itkin düşmüş sayılan soydaşlarımızdan 206 nəfərinin taleyinə aydınlıq gətirilməsi çox böyük hadisədir.Respublika Veteranlar Təşkilatı II Dünya, Qarabağ, Əfqanıstan müharibələrində döyüşmüş, həlak olmuş, itkin düşmüş əsgər və zabitlərimizin taleyinə aydınlıq gətirilməsi istiqamətində ardıcıl iş aparır. Ötən il Moldova Respublikasında və Rusiya Federasiyası ərazisində həlak olmuş azərbaycanlı döyüşçülərin dəfn edildikləri yerlərin müəyyən olunması bizi olduqca sevindirdi. Artıq qələbə günündə, digər bayramlarda həmin ərazilərdə yaşayan soydaşlarımız, eləcə də yerli ictimaiyyətin nümayəndələri həmin məzarları ziyarət edirlər, üstünə gül dəstəsi qoyurlar. Bu imkan, döyüşmü ruhlarının şad olması həmin insanların doğmaları, yaxınları ilə yanaşı bizim hər birimizin qəlbini sevindirir. Allah onlara rəhmət eləsin”. Azərbaycanın Moldova Respublikasındakı sabiq səfiri Namiq Əliyev öz çıxışında soydaşlarımızdan 206 nəfərinin taleyinə aydınlıq gətirilməsində Moldova Respublikasının dövlət orqanlarının göstərdiyi köməklikdən, səfirliyin bu istiqamətdəki fəaliyyətindən danışdı. Bu insanların taleyinin aydınlaşdırılmasının doğurduğu hisslərin əvəzedilməz olduğunu vurğuladı.Çıxış edən İkinci Dünya müharibəsi veteranı A.A.Qritçenko cəbhə xatirələrini yada saldı, döyüşçülərimizin şücayətindən, rəşadətindən danışdı. Bildirdi ki, Azərbaycanın öz döyüşçü oğullarını unutmaması, onların taleyinə gec də olsa aydınlıq gətirilməsi təqdirəlayiq işdir. Respublika Veteranlar Təşkilatının bu fəaliyyətlərə yaxından dəstək verməsi, belə tədbirlər keçirməsinin gənclərin hərbi vətənpərvərlik tərbiyəsində çox böyük rolu vardır.Çıxış edən II dünya müharibəsində Moldovoda döyüşmüş Veteran İsmayıl Fərəcov müharibə ilə bağlı xatirələrini bölüşdü.Moldova Respublikasında döyüşlərdə həlak olmuş Sumqayıt şəhərindən cəbhəyə yola düşmüş Rzayev Oruc Şirin oğlunun, Xəzər rayonundan cəbhəyə getmiş Abbasov Vəli Abbas oğlunun yaxınları (Rzayev Oruc Şirin oğlunun bacısı oğlu Sərxan, Abbasov Vəli Abas oğlunun qardaşı oğlu Abasov Vəli İmaməli və onun qardaşı Əfqan) çıxış edərək doğmalarının taleyinə aydınlıq gətirilməsinə, xeyirxah işə görə Azərbaycanın Moldova Respublikasındakı səfirliyinin əməkdaşlarına öz minnətdarlığını çatdırdılar, bunun Vətən qarşısında həqiqi xidmət olduğunu bildirdilər.Daha sonra çıxış edənlər Azərbaycanın İkinci Dünya müharibəsində iştirakından, azərbaycanlıların keçdiyi döyüş yolundan bəhs etdilər, Moldova Respublikasında Azərbaycanın bu ölkədəki səfirliyinin yaxından iştirakı ilə aparılan araşdırmalar nəticəsində vaxtılə itkin düşmüş sayılan soydaşlarımızdan 206 nəfərinin taleyinə aydınlıq gətirilməsini böyük hadisə kimi qiymətləndirərək bu xeyirxah işdə, eləcə də “Xatirə kitabı”nın hazırlanmasında əməyi olanların hamısına dərin təşəkkürlərini bidirdilər. Tədbirin sonunda bir neçə şəxs Respublika Veteranlar Təşkilatının təsis etdiyi yubiley medallarları ilə təltif edildilər.
Hamısını oxuMustafa Nəsirov SSRİ dövründə bir sıra məsul hərbi vəzifələr tutmuş, ölkəmiz müstəqillik əldə etdikdən sonra isə hərb işinin inkişafında, sərhəd qoşunlarının formalaşdırılmasıda xidmətləri olmuşdur. Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov açaraq demişdir: Mustafa Nəsirov, onun keçdiyi zəngin və şərəfli həyat yolu haqqında izlədiyimiz filmdə tam da olmasa, bir çjö epizodlar öz əksini tapmışdır. Şübhə etmirəm ki, yvbilyarın burada iştirak edən həmkarları, dostları, ailə üzvləri öz çıxışlarında bu böyük insanın keçdiyi həyat yoluna geniş nəzər salınacaqlar. Buna görə də mən qısa danışmaqla, bu yolun yalnız bəzi məqamlarını sizə xatırlatmaq istəyirəm. Onun II Dünya müharibəsində əsl Azərbaycanlı rəşadəti göstərməsini və bütün həyatı boyu bu ənənəsinə sadiq qalmasını xüsusi vurğulamaq istərdim. 1942-ci ildə döyüş cəbhəsindən Saratov Sərhəd Qoşunlarının hərbi məktəbinə göndərilən Mustafa Nəsirov bütün həyatını bu şərəfli peşəyə həsr etmişdir. Azərbaycan və Zaqafqaziya sərhəd dairələrinin qərargahlarında müxtəlif vəzifələrdə xidmət göstərmişdir. Göytəpə Sərhəd Dəstəsinin qərargah rəisi və Neftçala Sərhəd Dəstəsinin rəisi vəzifələrində çalışmışdır. M.Nəsirov 1962-1968-ci illərdə Naxçıvan Sərhəd Dəstəsinin rəisi olmuşdur. 1968-ci ilin oktyabrından ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Zaqafqaziya Sərhəd Dairəsinin hərbi əməliyyat şöbəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir. 1972-ci ilin dekabrından Bakıda HƏŞ-nin rəisi, SSRİ DTK – nin Zaqafqaziya sərhəd dairəsinin rəis müavini, dairənin Hərbi Şurasının və Azərbaycan Respublikası DTK-nin kolleqiyasının üzvü olmuşdur. 1977-ci ildə SSRİ Hərbi Qüvvələrinin Baş Qərargahı nəznindəki Akademiyada rəhbər heyətinin təkmilləşdirilməsi üzrə ali akademik kurslarını bitirmişdir. Mustafa Nəsirov 1993-cü ilin avqustunda Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin sərhəd məsələləri üzrə baş məsləhətçisi təyin olunmuş və bu vəzifədə 1995-ci ilin iyuluna qədər işləmişdir. 1994-cü ildən 1995-ci ilə qədər MDB ölkələri iştirakçılarının parlamentarası Assambleyasının üzvü, mühafizə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyanın sədri olmuşdur. Bir faktı fəxrlə qeyd etmək lazımdır ki, o, sovet dövründə sərhəd qoşunlarında ilk azərbaycanlı zabit olmuşdur. General-mayor M.C.Nəsirov 1987-ci ilin iyununda 65 yaşında istefaya çıxmışdır. M.Nəsirov Respublikamızda veteran hərəkətinin inkişafına da böyük tövhələr vermişdir. Bu gün biz qürurla deyə bilərik ki Mustafa Nəsirov 1987-ci ilin mart ayında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının ilk sədri seçilmişdir. Onun veteranlara göstərdiyi diqqət və qayğı ilə bugünki veteran hərəkatının təməli olmuşdur. Biz, Mustafa Nəsirovun Bakı Təşkilatından Respublika səviyyəsinə yüksəltdiyi təşkilatda fəaliyyət göstərməyimizdən qürür duyur, onun yaratdığı ənənələri bu gün də yaşatmağa çalışırıq. Mustafa Nəsirovun həyat və fəaliyyətindən bəhs edən bir neçə kitab yazılmış, sənədli və bədi film çəkilmişdir. Vətən qarşısındakı xidmətlərinə Mustafa Nəsirov Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülmüşdür. Veteranlar heç bir zaman bu böyük insanın Azərbaycan naminə xidmətlərini unutmurlar. O bizim qəlbimizdə bu gün də yaşayır, sabah da yaşayacaq və nəsillərə nümunə kimi tanıdılacaqdır”. Daha sonra çıxış üçün söz İctimai Televiziya və Radio yayımları şirkətinin direktoru Cəmil Quliyevə verildi. C.Quliyev M.Nəsirovun xidmətlərindən, həmçinin ictimai fəaliyyətindən bəhs etdi. General-mayor Abbasəli Novruzov Mustafa Nəsirovla bağlı xoş xatirələrini yada saldı, onun peşəkar hərbiçi olmasından, əsl sərhədçi rəşadətindən danışdı. Bildirdi ki, müstəqil Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının qurulmasında və inkişafında M.Nəsirovun danılmaz rolu olmuşdur. A.A.Qritçenko, Soltan Məmmədov və başqaları çıxışlarında Mustafa Nəsirovun keçdiyi mənalı ömür yolundan bəhs etdi. Onunla bağlı xatirələrini çatdırdılar. Tədbirin sonunda bir neçə şəxs Respublika Veteranlar Təşkilatının təsis etdiyi yubiley medallarları ilə təltif edildilər. Daha sonra general-mayor Mustafa Nəsirov haqqında film nümaiş olundu.
Hamısını oxuOktyabrın 14-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında dövlət müstəqilliyimizin bərpasının 25-ci ildönümünə həsr edilmiş “Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir” mövzusunda tədbir keçirilib.Tədbirdə müharibə, əmək və Silahlı Qüvvələr və Qarabağ müharibəsi veteranları, ictimai təşkilatların nümayəndələri, ziyalılar, gənclər və media təmsilçiləri iştirak ediblər. Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış edərək bildirib ki, tədbir Prezident İlham Əliyevin oktyabrın 11-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında imzaladığı Sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar təşkil edilib. Azərbaycanın müstəqillik günü ölkə daxilində olduğu kimi, xaricdə də qeyd edilir. Ötən 25 il ərzində Azərbaycan siyasi, iqtisadi, hərbi və digər sahələrdə böyük nailiyyətlər əldə edib. O, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik edib.Qeyd edilib ki, Azərbaycan xalqı 70 ildən çox müddətdə sovet imperiyasının tərkibində azadlıq, müstəqillik arzusu ilə yaşayıb. Nəhayət XX əsrin sonlarında SSRİ-nin süqutu müstəqilliyin bərpasına tarixi imkan yaradıb. 1988-ci ilin fevralından başlanan meydan hərəkatı Azərbaycan xalqının əzəli arzusu olan dövlət müstəqilliyinə qovuşmaq ideyası ilə geniş vüsət almışdı. Ulu öndər Heydər Əliyevin 20 Yanvar hadisələrinin ertəsi günü etiraz olaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyindəki mətbuat konfransında xalqımıza qarşı törədilən qanlı faciəyə siyasi qiymət verməsi müstəqillik uğrunda mübarizəyə yeni təkan verdi. Azərbaycan bundan sonra daha böyük inad və inamla müstəqilliyə doğru irəlilədi. 1991-ci il oktyabrın 18-də Respublika Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Beləliklə, xalqımız uzun illərdən bəri can atdığı azadlığına, müstəqilliyinə qovuşdu. Müstəqillik qazanılsa da, 1993-cü ilin ortalarına doğru hakimiyyət böhranı, vətəndaş müharibəsinə zəmin yaranması, müxtəlif bölgələrdə separatçılıq meyillərinin baş qaldırması Azərbaycanı müstəqil bir dövlət kimi parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qoydu. Azərbaycanın böyük oğlu Heydər Əliyevin xalqın bu ağır günlərində hakimiyyətə gəlməsi daxili, xarici düşmənlərimizin bütün planlarını iflasa uğratdı. Dövlət strukturlarının yaradılması, idarəetmə mexanizminin təkmilləşdirilməsi Azərbaycanın inkişafına müsbət təsir göstərdi. Xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını aldı. Azərbaycan gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizin iqtisadi inkişafına təkan verdi.Diqqətə çatdırılıb ki, müstəqillik dövründə ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlər Azərbaycanın müdafiə potensialını gücləndirib. Azərbaycan müdafiə sənayesinin inkişafı Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsinə zəmin yaradıb və ordunun döyüş qabiliyyətini artırıb. Ermənistanın təxribatçı fəaliyyəti səbəbindən cari ilin aprelində cəbhədə baş verən hadisələrin nəticələri Qafqazda ən güclü orduya malik olduğumuzu bir daha təsdiq etdi.Veteranlarımıza dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışan Cəlil Xəlilov vurğulayıb ki, hərtərəfli qayğı ilə əhatə olunan veteranlarımız bu gün bütün sosial şəraitlə təmin ediliblər.“Hazırda Azərbaycan Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın sürətlə inkişaf edən qüdrətli, sabit ölkələrindən birinə çevrilib, müxtəlif sahələrdə böyük nailiyyətlər qazanıb. Bu gün müstəqilliyimizi qoruyub saxlamaq, möhkəmləndirmək və inkişaf etdirmək hər bir vətəndaşın borcudur. Hər bir Azərbaycan vətəndaşının qarşısında duran əsas vəzifələrdən biri bunu qürur mənbəyinə çevirməkdir”, - deyə Cəlil Xəlilov vurğulayıb.Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova tədbirdə çıxış edərək müstəqillik illərində ölkəmizin böyük nailiyyətlər qazandığını söyləyib. O vurğulayıb ki, bu gün Azərbaycan beynəlxalq aləmdə söz sahibi olan ölkəyə çevrilib.F.Hüseynova bildirib ki, dövlət müstəqilliyimizin qorunmasında veteranların da xidmətləri böyükdür. Onlar gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayırlar. Veteranlarımızda olan Vətən sevgisi hər bir azərbaycanlıda olmalıdır.Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini gündən-günə inkişaf edən ölkəmizdə şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlara hər zaman yüksək diqqət və qayğı, hərtərəfli yardım göstərildiyini vurğulayıb.Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Rasim Mirzəyev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq kafedrasının professoru Bəhram Zahidov, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun elmi katibi, professor Bədirxan Əhmədov məruzə ilə çıxış edərək dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizin ictimai-siyasi həyatında baş verən hadisələrdən, müstəqil Azərbaycanın davamlı inkişafının təmin edilməsində və dünyada nüfuzunun artmasında həyata keçirilən uğurlu strategiyanın nəticələrindən danışıblar. Sonda ölkənin ictimai-siyasi həyatında fəal iştiraklarına və Azərbaycan gənclərinin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsindəki xidmətlərinə görə bir qrup şəxsə Respublika Veteranları Təşkilatı Rəyasət Heyətinin təsis etdiyi medallar təqdim edilib.
Hamısını oxu